Kolayır (Ağstafa)
Kolayır — Azərbaycan Respublikasının Ağstafa rayonunun Düzqışlaq kənd inzibati ərazi dairəsində kənd.
== Toponimikası ==
Kolayır Ağstafa rayonunun Düzqışlaq i.ə.v.-də kənd. Gəncə-
Qazax düzənliyindədir. Kəndin adı yerli əhalinin dilində Koləir kimi tələffüz
edilir. Bəzi tədqiqatçıların ehtimalına görə, oykonim qismən
təhrifə uğramış, əslində Kolayir olmalıdır. Oykonimin tərkibindəki kol
sözü "xırda meşə, meşəlik" mənasındadır. Kəndin adı "meşə yeri, meşəli yer"
kimi izah edilir. Toponimi tayfa adı ilə əlaqələndirənlər də var. Lakin türk
dillərində kolayi sözü işlənir ki, bu da "əlverişli, rahat" mənalarını ifadə edir.
Kəndin Düzqışlaq adlı i.ə.v.-in tərkibində olması da ərazinin hamar, rahat bir yer
olduğunu bildirir.