Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Möhtədi (xəlifə)
Əbu İshaq Məhəmməd ibn Əl-Vasiq (ərəb. أبو إسحاق محمد بن هارون الواثق‎) və ya Əl-Möhtədi (ərəb. المهتدي بالله‎) (d. 833 - ö. 18 iyun 870) — 14. Abbasi xəlifəsi. Ya‘kūbî, Târîḫ, II, 483, 484, 504-506. Taberî, Târîḫ (Ebü’l-Fazl), IX, 154, 157, 279, 326, 391-469, 473. Mes‘ûdî, Mürûcü’ẕ-ẕeheb (Abdülhamîd), IV, 182-197. Hatîb, Târîḫu Baġdâd, III, 347-351.
Möhtəkir
Möhtəkirlik — əhaliyə lazım olan məhsulların ucuz qiymətə alınıb saxlandıqdan sonra baha qiymətə satılması, eləcə də ərzaq məhsullarını satmayıb bazarda qıtlıq yaratmaq, sonra isə baha qiymətə satmaq. İslam peyğəmbərindən nəql olunan hədislərdən aydın olur ki, möhtəkirliyi yalnız xəyanətkarlar və günahkarlar edə bilərlər: "Xəyanətkarlardan başqa heç kəs möhtəkirlik etməz.""Günahkardan başqa kimsə möhtəkirliyə əl atmaz." Nəhcül-bəlağədə Əli ibn Əbu Talib Malik Əştəri Misirə vali təyin etdiyi fərmanında Möhtəkirliyin qarşısının alınmasının zəruriliyi haqda qeyd olunur: "Bütün bunlarla yanaşı bil ki, onların çoxu – tacirlər və sənətkarlar – alverdə həddindən artıq amansızdırlar və xoşagəlməz xəsislikləri var. Onlar daha çox xeyir götürmək məqsədilə möhtəkirlik edər və onlara öz istədikləri kimi baha qiymət qoyarlar. Bu da xalq kütləsi üçün zərərli, rəhbərlər üçünsə eyb və rüsvayçılıqdır.
Mövləvi
Mövləvilik (osmanlıca: مولويه, türkcə, farsca, ərəbcə mövləvi deyilir) — Avropada "rəqs edən dərvişlər" cəmiyyəti adlandırılan sufi cəmiyyətidir. Onun adı mövlana, yəni bizim ağamız sözündən götürülmüşdür. Təriqət Mövlanə Cəlaləddin Ruminin (1207–1273) adı ilə bağlıdır. Rumi Bəlxdə dünyaya gəlmişdir. 1213-cü ildə atası və ilk müəllimi Bəhaəddin Vələd ailəsi ilə birlikdə Hicaza, daha sonra Səlcuqluların hakimiyyəti altında olan Konyaya köçmüşdür. 1244-cü ildə onun ölümündən sonra təhsilini atasının davamçısı Bürhanəddin Tirmizidən almış, mədrəsədə dərs deməyə başlamışdır. Həmin dövrdə Cəlaləddin kübravilər təriqətinin "ayıqlıq" adlandırdığı mənəvi yola üstünlük vermiş, lakin 1244-cü ildə dərviş Şəms Təbrizi ilə görüşdükdən sonra sufiliyin "eşq" yolunun tərəfdarı olmuş və ilhamını fars poeziyasının bədii obrazlarından almışdır. Mövlanə öz təriqətini sonralar formalaşdırmışdır. Vəfatından sonra isə bu təriqət onun adını daşımış və ardıcılları tərəfindən inkişaf etdirilmişdir. Mövləvilər təriqətinin xüsusi mənəvi yolu vardır.
Müstəvi
Müstəvi – həndəsənin əsas anlayışlarındandır. Nəzəri cəhətcə kiçik ölçülü sonsuz uzunluğa malik yastı, sonsuz kiçik qalınlığa malik obyekt. Müstəvinin tənliyi ilk dəfə olaraq A.K.Kleronun 1731-ci ildə nəşr edilmiş əsərində, müstəvinin kəsiklərdə tənliyi Q.Lamenin 1816-1818-ci illərdə çap edilmiş işlərində, normal tənliyi isə L.Qessenin 1861-ci ildəki tədqiqatlarında rast gəlinir. Müstəvinin n-ölçülü fəzada təsvirini ifadə edən tənliyi E.Kondratyev 2006-cı ildə təklif edib. Müstəvinin aşağıdakı əlamətləri vardır: Müstəvi üzərindəki istənilən iki nöqtədən keçən düz xətt bu müstəvidə yerləşir; İki verilmiş nöqtədən eyni məsafədə yerləşən nöqtələr çoxluğu mövcuddur; n-ölçülü fəzada n-1 ölçülü fəzaya aid olan nöqtələr çoxluğu vardır.
Annaqılınc Möhtaci
Annaqılınc Möhtaci (1824 (1825) - 1884) — türkmən şairi. == Həyatı == Gerçək adı Annaqılınc, təxəllüsü Möhtaci olan şair 1824-cü ildə Aşqabadın Köşi kəndində dünyaya gəlmişdir. XIX əsrin görkəmli şairlərindən biridir. Xallı Bəxşi ilə eyni kənddən olması və qonşuluğu onun şeirlərinin mahnı kimi xalq içində yayılmasını təmin etmişdir. Möhtaci kənd məktəbini bitirmiş, ənənəvi türkmən mədəniyyətini, xalq dastanlarını dərindən öyrənmişdir. Gəncliyində sevdiyi və qovuşa bilmədiyi Annagülün həsrəti onu saza-sözə bağlamış, şairliyə sövq etmişdir. Annaqılınc Möhtaci bir müddət İranda əsirlikdə qalmış, 1879-81-ci illərdə baş verən Göytəpə faciələrinin şahidi olmuş, 1884-cü ildə Köşi kəndində qızılca xəstəliyindən vəfat etmiştir. Onun çoxlu övladı olmuş, atası kimi şair olan oğlu Molladurdu maarif naziri vəzifəsində işləmişdir. Nəvəsi Murad da şair ol-muşdur. Törəmələri Aşqabadda yaşayırlar.
Mənuçöhr Möttəki
Mənuçöhr Möttəki (fars. منوچهر متکی‎;12 may 1953, Bəndər Gəz şəhristanı, Gülüstan ostanı) — İran İslam Respublikasının xarici işlər naziri (24 avqust 2005 – 13 dekabr 2010). Manuçehr Mottaki 1953-cü ildə İranın Bəndərgəz şəhərində anadan olub. Tehran və Banqalor şəhərlərində ali təhsil alıb.İranın Türkiyədə və Yaponiyada səfiri olub. 2005-ci ilin avqust ayından 2010-cu il dekabrın 13-də qədər İran İslam Respublikasının xarici işlər naziri olub.
Proyektiv müstəvi
Proyektiv müstəvi - proyektiv həndəsədə qeyri-məxsusi (sonsuz uzaqlaşmış) elementlərlə tamamlanmış müstəvidir (Evklid müstəvisi). Hər bir düz xətt sonsuz uzaqlaşmış nöqtə ilə, bütün müstəvi isə sonsuz uzaqlaşmış düz xətlə tamamlanmışdır. Proyektiv müstəvidə paralel düz xətlər yoxdur. İstənilən iki düz xətt kəsişir. Proyektiv müstəvidə qeyri-məxsusi düz xətlə adı düz xətt arasında fərq yoxdur. 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Fizika, riyaziyyat və informatika tədrisi" jurnalları, 2000-2012-ci illər,Bakı.
Səməd Mövləvi
Əbdülsəməd Mirzə Məhəmməd oğlu Mövləvi-Rzalı (20 fevral 1900, Təbriz, Cənubi Azərbaycan – 3 fevral 1962, Naxçıvan) — Azərbaycan teatr aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1960). Əbdülsəməd Rzalı 20 fevral 1900-cü ildə Təbriz şəhərində yoxsul bir ailədə dünyaya göz açmışdır. Atası Mirzə Məmməd Mövləvi Təbrizdə xalçaçılıq karxanasında işləmişdir. Səməd Mövləvi 8 yaşında ikən atasını itirmiş və böyük qardaşı Əhməd ağanın himayəsində yaşamışdır. O, ilk təhsilini molla məktəbində almış və 1916-cı ildə buranı bitirmişdir. 1921-ci ildə Cənubi Azərbaycanda baş verən siyasi proseslərə görə Naxçıvana köçməyə məcbur olmuşdur. Həmin ildən etibarən Azərbaycanın görkəmli səhnə xadimi Hüseyn Ərəblinski tərəfindən səhnəyə cəlb edilmişdir. SSRİ Xalq artisti Sidqi Ruhulla öz xatirələrində belə yazır: "Mən qastrola gedərkən Təbrizdə Nəriman Nərimanovun "Nadir Şah" faciəsini tamaşaya qoyduğumuz zaman qadın surəti Gülcahanı ifa edən tapılmadı. Mən həmin rolu "Rüşdiyyə" məktəbində təhsil alan gənc tələbə Səməd Mövləviyə tapşırdım. O, heç nədən çəkinmədən çox böyük bir cəsarətlə Gülcahan rolunu ifa etdi".
Tofiq Mövləvi
Tofiq Səməd oğlu Mövləvi (21 dekabr 1938, Naxçıvan – 24 may 2024) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının Xalq artisti. Mövləvi Tofiq Əbdülsəməd oğlu 21 dekabr 1938-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 24 may 2024-cü ildə vəfat edib. Mövləvi Səmədin oğludur. 1954-cü ildən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında işləyir. Əsas rolları: Heydər ("Qız atası", Ə. Əsgərov), Serqo ("Şeyx Sənan" Hüseyn Cavid), Çərkəz Murad ("Ana", Hüseyn Cavid), Rza bəy ("O olmasın, bu olsun",Üzeyir Hacıbəyov), Müküş ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli) və s.
Zöhrəvi xəstəliklər
Zöhrəvi xəstəliklər, bəzən cinsi yolla keçən xəstəliklər (CYBX) kimi qeyd olunur — cinsi fəaliyyət, xüsusən vaginal əlaqə, anal seks və oral seks yolu ilə keçən infeksiya. Bu cür xəstəliklər başlanğıcda simptomlara səbəb olmur, bu da infeksiyanın başqalarına keçmə ehtimalını artırır. CYBX-ın simptomlarına və əlamətlərinə vaginal axıntı, penis boşalması, cinsiyyət orqanlarında və ya ətrafında yaralar və çanaq ağrısı daxildir. Otuzdan çox müxtəlif bakteriya, virus və parazit cinsi fəaliyyətlə yoluxa bilər. Bakterial CYBX-lərə xlamidiya, qonoreya və sifilis daxildir. Viruslu CYBX-lərə genital herpes, QİÇS və cinsiyyət orqanlarının siğilləri daxildir. Parazitik CYBX-lərə trixomonoz daxildir. Bəzi CYBX-lər donor toxuması, qan, doğuş zamanı və ya ana südü yolu ilə yayıla bilər. CYBX-lərin qarşısını almağın ən təsirli yolu cinsi əlaqədə olmamaqdır. Bəzi vaksinasiyalar, hepatit B və bəzi HPV növləri daxil olmaqla, infeksiyaların riskini azalda bilər.
Mövləvi (din)
Mövləvi (ərəb. مرجع تقليد‎) — Mövlanə, molla və ya şeyx kimi müsəlman din alimlərinə və ya üləmalarına verilən islami şərəf və hörmət terminidir. Mövləvi sözü ərəbcə mövla sözündəndir. Mövləvi ümumiyyətlə yüksək ixtisaslı İslam alimi deməkdir. Çox vaxt mövləvi bütün mədrəsə təhsilini bitirmişdir. Daha çox fars dünyasında (İran və Əfqanıstan), Orta Asiya, Cənubi Asiya, Cənub-Şərqi Asiya və Şərqi Afrikada istifadə olunur. Bundan əlavə, Mövləvi mövləvilik təriqətinə mənsub olan dərviş və ya müriddir.
Müstəvi pardaqlama dəzgahı
Müstəvi pardaqlama dəzgahı üst səthləri müstəvi olan maşın hissələrinin abraziv alətlə emalı üçün tətbiq olunur. Müstəvi pardaqlama dəzgahları şpindelin vəziyyətinə və stolun formasına görə fərqlənirlər. Şpindeli üfüqi vəziyyətdə yerləşmiş dəzgahlarda tətbiq olunan pardaq dairəsi doğuranı boyunca kəsmədə iştirak edir. Şaquli vəziyyətdə olan şpindeldə bərkidilmiş alət isə yan tərəfi ilə metal qatı çıxarır. Müstəvi pardaqlama dəzgahları əsasən üfüqi şpindelə malik olurlar. Bu dəzgahların stolu bir, şpindel başlığı bərkidilmiş dayaq isə iki ox boyunca hərəkət edə bilir. Koordinat oxlarının bölgüsü dəzgahın təyinatından asılı olaraq fərqli ola bilər. Bu dəzgahlarda müstəvi, profil və müxtəlif dərinliklərin pardaq dairəsi ilə emalı aparılır. Proses tsiklik olaraq kompyüterdən idarə edilir. Tsikl pəstahın mövqeləşdirilməsi, pardaq dairəsinin verilmiş rejimdə işə salınma- ması, alətin sürətlə pəstaha yaxınlaşması (boş gediş), alətin kəsməyə daxil olması (işçi gediş), səthin pardaqlanması, sığallama, alətin səthdən uzaqlaşdırılması kimi mərhələlərdən ibarətdir.
Rifa ət-Təhtəvi
Rifaə Rəfi ət-Təhtavi (ərəb. رفاعة رفيع الطهطاوي‎; 15 oktyabr 1801 – 27 may 1873, Qahirə, Misir xidivliyi, Osmanlı imperiyası) —Ərəb filosofu. İslam dünyasında şəhərlərin artımı determinizm prinsipinin fəaliyyət məkanını genişləndirirdi. Şəhər mədəniyyətinin özünün inkişaf meylləri isə determinist və ya analitik təfəkkürün həll etməli olduğu çoxsaylı problemləri üzə çıxardı. Lakin müsəlman təfəkkürünə nisbətən Avropa təfəkkürü determinizmə daha çox yatımlı olduğundan, Yeni dövr problemlərini Avropa müsəlman dünyasına nisbətən daha yaxşı həll etdi və Yeni dövr tarixinin aparıcı qüvvəsinə çevrildi. İslam dünyası yavaş-yavaş, qəlpə-qəlpə öz siyasi sərhədlərini daraldır, Avropanın müstəmləkəsinə yaxşı halda isə, yarımmüstəmləkəsinə çevrilirdi. Müsəlman dünyası özünü qoruyub saxlama xatirinə Avropa elmini öyrənməli olur. Bu iş isə ilk növbədə maarifçilər tərəfindən yerinə yetirilir. Ərəb maarifçilərindən ən nüfuzlusu isə öncə xatırladılan Rifaə Təhtavi idi. Lakin Rifaə Təhtavi dövründə və ondan sonra da, bir çox ərəb mütəfəkkirləri Avropanı,sadəcə olaraq, təqlid etmədilər, Avropa sivilizasiyasının tənqidi olaraq mənimsənilməsinə üstünlük verdilər.
Mirzə Möhbəli xan Yekani
Möhbəli xan ibn Mirzə Məhəmmədtağı Yekani (1834-1890) — XIX əsr Azərbaycan şairi, Mərənd xanı. Möhbəli xan ibn Mirzə Məhəmmədtağı 1834-ci ildə Mərənd bölgəsinin Yekan mahalında anadan olmuşdur. Mir Qılınc xan Babanın törəməsindəndir. Naziməddövlə ləqəbini daşıyırdı. İbtidai təhsilini atasından almışdı. Təbrizdə mədrəsə təhsili aldıqdan sonra Mərəndə qayıdıb, yaradıcılıqla məşğul olmuşdur. Divanı var. Mirzə Möhbəli xan Yekani 1890-cı ildə vəfat edib. Mirzə Möhbəli xanın Cahangir xan adlı oğlu vardı.
Moheli
Moheli yerli dildə Mwali adası Komor adalarını təşkil edən üç adadan biridir. 11 avqustun 1997-ci ildə Moheli (Mwali) ,bir həftə sonra Anjuan (Ndzuwani) Komordan ayrılıb . Mohelinin separatçı liderləri Said Məhəmməd Soefu Prezident və Soidri Ahmed Baş nazir oldu. 1998-ci ildə Moheli yenidən Komora birləşdi. 2002-ci ildə Moheli yeni Komor Konstitusiyasını ratifikasiya etdi. Burada zəif mərkəzləşdirilmiş federal hökumətin qurulması və ada hökumətlərinə daha çox səlahiyyətin verilməsi nəzərdə tutulurdu. Bu Komorda davam edən siyasi qarışıqlıq və Ndzuwani (Anjuoan) adasında davam edən separatçılığın həllinə kömək etdi. Həmçinin 2002-ci ildə Mohamed Said Fazul Prezident seçildi. Onun tərəfdarları 2004-cü ildə Moheli Məclisinə seçkilərində yer çoxluğu ilə qalib gəldi.
Vilma Montezi
Vilma Montezi (3 fevral 1932, Roma – 9 aprel 1953, Roma) — 1953-cü ildə cəsədi Roma yaxınlığında tapılan italyan qadın. Qadının sensasiyalı qətlinin üstü illər keçməsinə baxmayaraq hələ də açılmayıb. Qadının cəsədi 1953-cü il aprel ayının 11-də paytaxtın Torvayanika adlı çimərliyində tapılmışdır. Öldürüldüyündə qadın 21 yaşında idi. Ailəsi tərəfindən 9 apreldə polis axtarışına verilmişdi. 1932-ci ildə Romada mühafizəkar bir ailənin qızı olaraq dünyaya gələn Vilmanın cansız cəsədi çimərlik işçisi Fortunato Bellini tərəfindən tapılıb. Dediyinə görə cəsədi aşkar edərkən nahar edirmiş və cəsəd arxasında sahildə uzanıqlı vəziyyətdə imiş. Uzun müddət araşdırmaların aparılmasına baxmayaraq qatilin tapıla bilməməsi hadisənin İtalyanın kriminal tarixinə yazılmasına səbəb olub. Ümumulikdə, proffessional qatilin cəsəd üzərində hər hansı əl izi və sübut qoymaması uzun müddət ölkədə əsas gündəm mövzusu olmuşdur.
Bibliya motivi
Biblida (ing. Biblis) — Vilyam Buqro tərəfindən şəklimiş rəsm əsəri. Əsər 1884-cü ildə Parisdə tamamlanmışdır. Əsərdə yunan mifologiyasının qəhrəmanlarından olan Biblida təsvir edilmişdir. "Biblida" əsəri hal — hazırda şəxsi kolleksiyada saxlanılmaqdadır.
Mvali (Moheli)
Moheli yerli dildə Mwali adası Komor adalarını təşkil edən üç adadan biridir. 11 avqustun 1997-ci ildə Moheli (Mwali) ,bir həftə sonra Anjuan (Ndzuwani) Komordan ayrılıb . Mohelinin separatçı liderləri Said Məhəmməd Soefu Prezident və Soidri Ahmed Baş nazir oldu. 1998-ci ildə Moheli yenidən Komora birləşdi. 2002-ci ildə Moheli yeni Komor Konstitusiyasını ratifikasiya etdi. Burada zəif mərkəzləşdirilmiş federal hökumətin qurulması və ada hökumətlərinə daha çox səlahiyyətin verilməsi nəzərdə tutulurdu. Bu Komorda davam edən siyasi qarışıqlıq və Ndzuwani (Anjuoan) adasında davam edən separatçılığın həllinə kömək etdi. Həmçinin 2002-ci ildə Mohamed Said Fazul Prezident seçildi. Onun tərəfdarları 2004-cü ildə Moheli Məclisinə seçkilərində yer çoxluğu ilə qalib gəldi.