Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mövlanə Muzeyi
Mövlanə Muzeyi Konyada yerləşən, öncədən Mövlanənin köşkü sayılan kompleksdə 1926-cı ildən bəri fəaliyyət göstərən muzeydir. "Mövlanə Türbəsi" olaraq da adlandırılır. Muzey 1927-ci ilin martın 2-də açılmışdır. 1954-cü ildən etibarən isə Mövlanə Muzeyi kimi adlandırılır. (Yaşıl Qübbə) deyilən Mövlanənin türbəsi dörd qalın sütun üzərində tikilmişdir. O, gündən sonra tikinti işləri heç bitməmiş, 19-cu əsrin sonuna qədər tikilən əlavələrlə davam etmişdir. Osmanlı sultanlarının bir qisminin Mövləvi təriqətindən olması səbəbindən türbə xüsusi bir önəm əldə etmiş və yaxşı qorunmuşdur. Muzeyin əhatə dairəsi bağçası ilə birlikdə 6.500 m² ikən aparılan genişləndirmə işləri nəticəsində əhatə dairəsi 18.000 m²-ə çatmışdır. Muzeyin bağçasında yerləşən və I Səlim tərəfindən tikilən kiçik su hövzəsi tikilisi Germiyanoğulları bəyliyi tərəfindən hədiyyə edildiyi deyilir.Kompleksə giriş ödənişli olan dövrdə aid olduğu Mədəniyyət Nazirliyinə ən çox gəlir gətirən ikinci muzey idi. (Birinci Topqapı sarayı muzeyi.) Türbə, Mövlanənin ölümündən sonra inşa edilmişdir.
Mövlanə Cəlaləddin Rumi
Mövlana Cəlaləddin Bəlxi (fars. مولانا جلال الدین محمد رومی‎ Mevlānā Celāl-ed-Dīn Muhammed Balkhi; 30 sentyabr 1207 – 17 dekabr 1273[…], Konya, Rum Səlcuqlu dövləti) — İslam və təsəvvüf dünyasından olan fars şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin nümayəndəsi. Molavi, Mövlana və Rumi kimi tanınan Cəlaləddin Məhəmməd Bəlxi (6 Rəbiul-əvl 604 – 5 Cümadi əl-Sani 672 h.) İran farsdilli şairdir. Onun tam adı "Məhəmməd bin Məhəmməd bin Hüseyn Hüseyni Xətibi Bəkri Bəlxi"dir və sağlığında "Cəlaləddin", "Xodavəndgər" və "Mövlana Xədvəndgər" titulları ilə çağırılıb. Sonrakı əsrlərdə (görünür, IX əsrdən) onun üçün “Mülvi”, “Mulana”, “Mülvi Rumi” və “Mula Rumi” titullarından istifadə edilmişdir. == Həyatı == Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul-Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir. Mövlana Cəlaləddin Rumi ("Rumi" ləqəbi ona Anadoluya (o vaxtlar Anadolu "Diyari Rum" adlanırdı) yerləşib orada yaşadığı üçün, "Ağa" mənasına gələn "Mövlana" ləqəbi isə ona qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) İranın Xorasan vilayətinin (indiki Əfqanıstanın ) Bəlx şəhərində anadan olmuşdur.
Alimlərin sultanı. Mövlanə Cəlaləddin Rumi
Alimlərin sultanı. Mövlanə Cəlaləddin Rumi qısametrajlı sənədli televiziya filmi rejissor Xürrəm Sultan tərəfindən İctimai televiziyada istehsal edilmişdir. Film İslam və təsəvvüf dünyasında tanınmış şair Mövlanə Cəlaləddin Rumi haqqındadır. == Məzmun == Film İslam və təsəvvüf dünyasında tanınmış şair, mövləvi yolunun öncülü, panteizm fəlsəfəsinin tanınmış nümayəndəsi Mövlanə Cəlaləddin Rumi haqqındadır.
Alimlərin sultanı. Mövlanə Cəlaləddin Rumi (film)
Alimlərin sultanı. Mövlanə Cəlaləddin Rumi qısametrajlı sənədli televiziya filmi rejissor Xürrəm Sultan tərəfindən İctimai televiziyada istehsal edilmişdir. Film İslam və təsəvvüf dünyasında tanınmış şair Mövlanə Cəlaləddin Rumi haqqındadır. == Məzmun == Film İslam və təsəvvüf dünyasında tanınmış şair, mövləvi yolunun öncülü, panteizm fəlsəfəsinin tanınmış nümayəndəsi Mövlanə Cəlaləddin Rumi haqqındadır.
Mövlanə Hacı Abdulla Həmid Əfəndi Hacı Mustafa Əfəndi oğlu
Əfəndizadə Hacı Məcid Əfəndi ( Mövlanə Hacı Abdulla Həmid Əfəndi Hacı Mustafa Əfəndi oğlu; 1829, Şamaxı - 1908, Şamaxı) - Şamaxı Məktəbbr Komissiyasmın sədri, Bakı Qəza Müsəlman Məclisinin sədrİ, Quberniya qazısı, görkəmli maarifçi və dində reformator. == Həyatı == Əslən indiki İsmayıllı rayonunun Diyallı kəndİndəndir. Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Ilk təhsilini atasının mjllaxanasıda almsş, sonra da 3 il Şamaxıda dünyəvi təhsil almışdır. Atasınm təkidi ib 1846-cı ildə İstanbula gəlir. Aii Ruani məktəbinə daxil olur. Orada İlahİyyatla yanaşı tarix, coğrafıya və nücum tlmləri üzrə də təhsil alır. 4 üdən sonra oranı müvəffəqiyyətlə biürib "Əfəndi" titulu alır. Dini və dünyəvi təlısilin ərəb sistemini də öyrənmək istəyir. Bu məqsədlə Vətənə dönmədən Bağdada üz tutur.
Mövlana
Mövlana Cəlaləddin Bəlxi (fars. مولانا جلال الدین محمد رومی‎ Mevlānā Celāl-ed-Dīn Muhammed Balkhi; 30 sentyabr 1207 – 17 dekabr 1273[…], Konya, Rum Səlcuqlu dövləti) — İslam və təsəvvüf dünyasından olan fars şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin nümayəndəsi. Molavi, Mövlana və Rumi kimi tanınan Cəlaləddin Məhəmməd Bəlxi (6 Rəbiul-əvl 604 – 5 Cümadi əl-Sani 672 h.) İran farsdilli şairdir. Onun tam adı "Məhəmməd bin Məhəmməd bin Hüseyn Hüseyni Xətibi Bəkri Bəlxi"dir və sağlığında "Cəlaləddin", "Xodavəndgər" və "Mövlana Xədvəndgər" titulları ilə çağırılıb. Sonrakı əsrlərdə (görünür, IX əsrdən) onun üçün “Mülvi”, “Mulana”, “Mülvi Rumi” və “Mula Rumi” titullarından istifadə edilmişdir. == Həyatı == Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul-Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir. Mövlana Cəlaləddin Rumi ("Rumi" ləqəbi ona Anadoluya (o vaxtlar Anadolu "Diyari Rum" adlanırdı) yerləşib orada yaşadığı üçün, "Ağa" mənasına gələn "Mövlana" ləqəbi isə ona qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) İranın Xorasan vilayətinin (indiki Əfqanıstanın ) Bəlx şəhərində anadan olmuşdur.
Mövlan
KəndlərMövlan-i Süfla (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Mövlan-i Ülya (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.ŞəxslərMövlan Əliyev — Azərbaycanlı mayor.
Mövlan Əliyev
Mövlan Məzahir oğlu Əliyev - Azərbaycanlı mayor. == Həyatı == Əliyev Mövlan Məzahir oğlu 17 iyun 1909-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1926-cı ildə FZO məktəbini bitirdikdən sonra, təhsilə olan marağı onu 1930-cu ildə "Lassal" adına Bakı Neft Texnikumuna gətirir, sonra isə 1937-ci ildə Bakı Neft İnstitutunu bitirir. Bir neçə il neft sahəsində işlədikdən sonra M.Əliyev 1939-cu ildə Bakıda Kirov adına Sənaye Akademiyasını bitirib, 1940-cı ildə "Körgöz" rayonuna ikinci katib təyin edilir. 1941-ci ildə o, ailəsi ilə birlikdə Moskvaya V.I.Lenin adına Hərbi-Siyasi Akademiyada təhsilini davam etdirməyə yollanır. Həmin ildə də Moskva şəhərində ÜIK(b)P MK-nın 6 aylıq kursunu bitirir. Mayor Əliyev Mövlan Məzahir oğlu 1971-ci il oktyabrın 12-də 62 yaşında ürək xəstəliyindən vəfat edir. == Hərbi fəaliyyəti == O, ailəsini Bakıya yollayaraq, hərbi komissarlığa ərizə yazıb cəbhəyə könüllü göndərilməsini xahiş edir. 1941-ci ilin sonunda — 1942-ci ilin əvvəllərində Şimal-Qərb cəbhəsinin bazasında 52-ci atıcı briqada yaradılır və həmin briqadanın batalyon komissarı mayor Əliyev Mövlan təyin olunur. 1942-ci ilin may ayında 780-ci Artilleriya alayının komandir müavini təyin edilir, həmçinin də 207-ci Don və Stalinqrad cəbhəsinin atıcı diviziyasında vuruşur.
Mövlana Cəlaləddin Rumi
Mövlana Cəlaləddin Bəlxi (fars. مولانا جلال الدین محمد رومی‎ Mevlānā Celāl-ed-Dīn Muhammed Balkhi; 30 sentyabr 1207 – 17 dekabr 1273[…], Konya, Rum Səlcuqlu dövləti) — İslam və təsəvvüf dünyasından olan fars şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin nümayəndəsi. Molavi, Mövlana və Rumi kimi tanınan Cəlaləddin Məhəmməd Bəlxi (6 Rəbiul-əvl 604 – 5 Cümadi əl-Sani 672 h.) İran farsdilli şairdir. Onun tam adı "Məhəmməd bin Məhəmməd bin Hüseyn Hüseyni Xətibi Bəkri Bəlxi"dir və sağlığında "Cəlaləddin", "Xodavəndgər" və "Mövlana Xədvəndgər" titulları ilə çağırılıb. Sonrakı əsrlərdə (görünür, IX əsrdən) onun üçün “Mülvi”, “Mulana”, “Mülvi Rumi” və “Mula Rumi” titullarından istifadə edilmişdir. == Həyatı == Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul-Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir. Mövlana Cəlaləddin Rumi ("Rumi" ləqəbi ona Anadoluya (o vaxtlar Anadolu "Diyari Rum" adlanırdı) yerləşib orada yaşadığı üçün, "Ağa" mənasına gələn "Mövlana" ləqəbi isə ona qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) İranın Xorasan vilayətinin (indiki Əfqanıstanın ) Bəlx şəhərində anadan olmuşdur.
Mövlana Himməti Əngurani
Mövlana Himməti Əngurani — Azərbaycanın 15 və 16-cı əsrdə yaşayan şair. Mahnişan şəhristanının Ənguran kəndində dünyaya gəlibdir. Şah İsmayıl Xətai dövrü ndə Şiə Məzhəbini təbliğ etmək üçün Osmanlı İmperiyasına səfər edib.
Mövlan-i Süfla (Nir)
Mövlan-i Süfla (fars. مولان سفلي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 11 nəfər yaşayır (6 ailə).
Mövlan-i Ülya (Nir)
Mövlan-i Ülya (fars. مولان عليا‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (12 ailə).
Altay Mövlanov
Altay Tahir oğlu Mövlanov (5 avqust 2000, Lerik – 30 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Altay Mövlanov 2000-ci il avqustun 5-də Lerik şəhərində anadan olub. Qardaşı Elgün Mövlanovda İkinci Qarabağ müharibəsində şəhid olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Altay Mövlanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Altay Mövlanov oktyabrın 30-da şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Altay Mövlanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Altay Mövlanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elgün Mövlanov
Elgün Tahir oğlu Mövlanov (2 aprel 2002, Lerik – 29 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün Tahir oğlu Mövlanov 2002-ci il aprelin 5-də Lerik şəhərində anadan olub. Qardaşı Altay Mövlanov da İkinci Qarabağ müharibəsində şəhid olub. == Hərbi xidməti == Elgün 08 may 2020-ci ildə həqiqi hərbi xidmətə başlayıb.Azərbaycan Ordusunun əsgəri olan Elgün Mövlanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elgün 29 sentyabrda Talış kəndində şəhid olub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Mövlanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. == Təltifləri == (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) == Xatirəsi == 2021-ci il 5 avqustda Lerik şəhərində şəhid Elgün və Altay Mövlanov qardaşlarının xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu. Açılış mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Kavlanə (Sərdəşt)
Kavlanə (fars. كاولانه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 133 nəfər yaşayır (12 ailə).
Nizami Mövlanov
Nizami Mövlanov (tam adı: Nizami Bəydəmir oğlu Mövlanov Utuq, Quba, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Nizami Mövlanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Rövşanə Ağasəfqızı
Rövşanə Ağasəfqızı == Haqqında == 6 may 1979-cu ildə anadan olmuşdur. Azərbaycan telejurnalisti, filologiya elmləri namizədidir. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 2009-cu ildən ANS TV-də fəaliyyətə başlayıb. O, qadın problemlərinə yönəlik "İncə maraqlar" verilişini aparmışdır. 2009-cu il sentyabrın 19-da Rövşanə Ağasəf qızı bu layihə ilə ilk dəfə ANS-in efirində çıxış edib. O, 2013-cü ildə Təkamül və İnteqrasiya İctimai Birliyinin "Mətbuatın dostu" mükafatına layiq görülmüşdür. ANS TV-də Kamran Həsənli ilə birlikdə "Bazar Səhəri" verilişinin aparmışdır. Hazırda isə "Yoldaş Rövşanə" verlişinin aparıcısıdır. Azərbaycan Beynəlxalq Universiteti bağlanana qədər jurnalistika fakültəsində dərs deyirdi.
Rövşanə Bektaşi

Vüqar Mövlanov
Vüqar Tumarxan oğlu Mövlanov (11 dekabr 1994; Günəşli, Lerik rayonu, Azərbaycan — 6 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüqar Mövlanov 11 dekabr 1994-cü ildə Lerik rayonunun Günəşli kəndində anadan olmuşdur. 2000-2011-ci illərdə Lerik rayon Günəşli kənd tam orta məktəbində təhsil almışdır. Hərbi xidmətini başa vurduqdan sonra 2 il mühafizə polisi olaraq çalışmışdır. == Hərbi xidməti == Vüqar Mövlanov 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuşdur. Vüqar Mövlanov 27 sentyabr 2020-ci ildə Lerik Rayon Hərbi Komissarlığında qeydiyyatdan keçmişdir. Azərbaycan Ordusunun əsgəri olan Vüqar Mövlanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Hadrutun və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vüqar Mövlanov 6 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Lerik rayonunun Günəşli kəndində dəfn olunmuşdur.
Rövlan Muradov
Rövlan Muradov (28 mart 1998, Azərbaycan) – Azərbaycan Premyer Liqasında çıxış edən Qəbələnin futbolçusu. == Karyerası == === Qəbələ === Qəbələdə ilk matçına 11 may 2019-cu ildə keçirilən Sumqayıt-Qəbələ matçında çıxıb.Matça start heyətdə başlayan Rövlan 78-ci dəqiqədə əvəzlənib. Eyni zamanda matçın 45-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.Matç Sumqayıtın 1-0 hesablı qələbəsi ilə başa çatıb. Qəbələdə ilk qolunu isə 21 sentyabr 2019-cu ildə keçirilən Səbail-Qəbələ matçının 17-ci dəqiqəsində vurub. Matça start heyətdə başlayan Rövlan 78-ci dəqiqədə əvəzlənib.Matç 1-1 hesablı bərabərliklə başa çatıb.
Rövlan Məmmədov
Rövlan Qurban oğlu Məmmədov (24 may 2001, Qaraxanbəyli, Füzuli rayonu, Azərbaycan — 15 oktyabr 2020;, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rövlan Məmmədov 2001-ci il mayın 24-də Füzulidə anadan olub. Xətai rayon 194 nömrəli tam orta məktəbdə təhsil almışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rövlan Məmmədov Füzuli, Cəbrayıl, Kəlbəcər döyüşlərində savaşıb. 15 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində şəhid olmuşdur. Rövlan Məmmədov I Zabrat qəbristanlığında torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövlan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövlan Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rövlan Məmmədov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövlan Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Rövlan Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Morane
Morane (fr. Morane) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). == Coğrafiya == Atollun sahəsi 2 km²-dir. Daxilində laqun vardır. Manqareva atollundan 110 km məsafədə yerləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Deh-i Cövlan
Deh-i Cövlan (fars. ده جولان‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 7 ailədə 26 nəfəri kişilər və 27 nəfəri qadınlar olmaqla cəmi 53 nəfərdir.
Azad Mövləna Əbul Kəlam
Əbul Kalam Qulam Muhiyuddin Əhməd bin Xeyrəddin Əl-Hüseyni Azad (ing. Abul Kalam Ghulam Muhiyuddin Ahmed bin Khairuddin Al-Hussaini Azad; 11 noyabr 1888, Məkkə, Hicaz vilayəti – 22 fevral 1958[…], Dehli) — Hindistan siyasi xadimi, alim. Milli Azadlıq Hərəkatı liderlərindən biri. Hindistan müsəlman birliyinin ardıcıl tərəfdarı. 1912-ci ildən Hindistan Milli Konqresinin üzvü, 1947-ci ildən maarif naziri olmuşdur. 1912–1914-cü illərdə Britaniya müstəmləkəçiləri əleyhinə təbliğat aparan "Əl-Hilal" qəzetini nəşr etmişdir. Urdu fəlsəfəsinə və ədəbiyyatı tarixinə, Quranın şərhinə dair əsərlərin müəllifidir. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Abul Kalam Azad at Encyclopædia Britannica APJ Abdul Kalam Scholarship Arxivləşdirilib 30 aprel 2019 at the Wayback Machine Azad's Careers – Roads taken and roads not taken – Lineages of the Present: Ideology and Politics in Contemporary South Asia By Aijaz Ahmad An Introduction to Abul Kalam Azad & collection of his quotes – Eminent Indian freedom fighters Vol2 Chapter 11 p. 310 By S. K. Sharma Abu'l Kalam Azad, Chapter 44, pp.
Kqalema Motlante
Kqalema Motlante (19 iyul 1949[…], Yohannesburq, Transvaal[d]) — Cənubi Afrika Respublikasının və Afrika milli konqresinin keçmiş vitse-prezidenti. Cənubi Afrika Respublikasının ilk tsvana dilli prezidenti. == Həyatı == 1977–1987-ci illərdə Robben ada həbsxanasında 10 il həbs cəzası çəkib. 1992–1997-ci illərdə Mədənçilər Milli İttifaqının baş katibi; 1997–2007-ci illərdə Afrika milli konqresinin baş katibi; 2007-ci il tarixindən Afrika milli konqresinin vitse-prezidenti; 20 may 2008-ci ildə Cənubi Afrika Parlamentinin deputatı və CAR-ın portfelsiz naziri; 25 sentyabr 2008-ci ildən 9 may 2009-cu ilə qədər Cənubi Afrika Respublikasının prezidenti; 9 may 2009-cu il tarixində CAR prezidenti Yaqub Zuma oldu, Motlante vitse-prezident oldu.
Şövzəb Mövla Şakir
Şövzəb Mövla Şakir (ərəb. شوذب مولی شاکر‎) — Kərbəla döyüşündə şəhid olan Hüseyn ibn Əli səhabələrindən biri. == Tərcümeyi-hal == Şövzəb bəzi mənbələrdə Şakir ibn Abdullah əl-Həmdani əl-Şakirinin xidmətçisi kimi bəhs edilmiş, digərləri isə onu Əbis ibn Əbu Şəbib əş-Şakirinin qulu kimi qeyd etmişlər.O, hədis hafizi idi və Əli ibn Əbu Talibdən hədislər nəql edirdi. == Hüseyn ibn Əlinin səhabəsi == O, Əbis ibn Əbu Şəbib əş-Şakiri ilə birlikdə Müslüm ibn Əqilin Kufədən məktubunu Məkkədə Hüseynə çatdırdılar və onu Məkkədən Kərbəlaya müşayiət etdilər. == Aşura günündə == Əbis ibn Əbu Şəbib əş-Şakiri qohumu olan Şövzəbin yanına gəlib dedi: “Qəlbinin arzusu nədir?” Cavab verdi: “Mən nə istəyirəm? Rəsulullahın nəvəsini müdafiə edərək, şəhid olana qədər sizinlə bərabər döyüşmək istəyirəm”. Əbis cavab verdi: "Səndən başqa heç nə gözlənilmirdi. Əgər bu gün səndən daha əziz birisi olsaydı, mən getməzdən əvvəl onu döyüş meydanına göndərərdim."Hənzələ ibn Əsəd əş-Şibamidən sonra Aşura günü günortadan sonra şəhid oldu.
Nuriyə Ülviyyə Mevlan Civələk
Nuriyə Ülviyyə Mevlan Civələk — türkiyəli jurnalistdir. O, Balıkəsirin Gönen vilayətində 1893-cü ildə anadan olmuşdur. Türkiyənin qadın hüquq mühafizəçisidir. İlk Türkiyəli feminist qadın jurnalının və müsəlman qadın hüquqlarının yaradıcısıdır. == Həyatı == 1893-cü ildə Sofiya və Çərkəz Mahmudun 7-ci qızıdır. Osmanlı imperiyası dövründə Balıkəsirdə anadan olmuşdur. Nuriyyənin ailəsi Kafkasyada yaşadığı müddət ərzində Rusiya imperiyası tərəfindən sürgün edilmişdir. Sürgündən sonra Trabzona ordanda Balıkəsirə gəlirlər. Burada onlar maddi cəhətdən sıxıntı çəkillər. Buna görə də qızlarını 6 yaşında Ulduz saraya göndərirlər.
Aleksandr Movçan
Aktyor == Həyatı == Aleksandr Andreyeviç Movçan 24 mart 1932-ci ildə Ukraynada anadan olub. Kiyev Teatr İnstitutundan məzun olub (1961). A. Dovjenko adına kinostudiyada (1961–1966, 1971), Almaniyada Sovet Qoşunları Teatrında işləyib (1966–1971).
Lalela Msvane
Lalela Mswane (27 mart 1997]) — cənubi afrikalı model və gözəllik kraliçası, Miss Supranational 2022 müsabiqəsinin qalibidir. O, əvvəllər “Miss Cənubi Afrika 2021” və “Miss Universe 2021” müsabiqələrinin qalibi olub və burada 3-cü ikinci yeri tutub.
Moline (Kommuna)
Moline (fr. Molinet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Dompyer-syur-Bebr kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03173. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1176 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 733 nəfər əmək qabiliyyətli insan (15-64 yaş arasında) 535 nəfəri iqtisadi cəhətdən fəal, 198 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə 70.9%). Fəal 535 nəfərdən 478 nəfər (268 kişi və 210 qadın) işləyir, 57 nəfər işsizdir (20 kişi və 37 qadın). 198 hərəkətsiz 42 nəfər arasında şagird və ya tələbə, 88 nəfər təqaüdçü, 68 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Mulane (mahal)
Mulane — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. == Coğrafiya == Mulane ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Mulane şəhəridir. Mahal şərqdə Falombe mahalı, cənubda Mozambik, şimalda Zomba mahalı, qərbdə Çiradzulu mahalı və Tayolo mahalı ilə qonşudur. == Əhali == Mulane mahalında 525,429 nəfər yaşayır.
Mulane dairəsi