Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müştəri
Müştəri: Müştəri — müəyyən xidmətlərdən istifadə edən şəxs. Digər tərəf (xidmət göstərən)vəziyyətdən asılı olaraq müxtəlif cür adlana bilər : ticarətdə — satıcı, proqramlaşmada — server və s. Müştəri (informatika) — serverə sörğu göndərən aparat və ya proqram komponenti. Müştəri (film) — 1994-cü ildə ABŞ-də istehsal edilmiş film.
Müştəri (dəqiqləşdirmə)
Müştəri: Müştəri — müəyyən xidmətlərdən istifadə edən şəxs. Digər tərəf (xidmət göstərən)vəziyyətdən asılı olaraq müxtəlif cür adlana bilər : ticarətdə — satıcı, proqramlaşmada — server və s. Müştəri (informatika) — serverə sörğu göndərən aparat və ya proqram komponenti. Müştəri (film) — 1994-cü ildə ABŞ-də istehsal edilmiş film.
Müştəri (informatika)
Klient (ing. Client) — fərdi istifadəçi funksiyaları yerinə yetirən və bir və ya bir neçə serverə qoşulan kompüterdir. Klientin sorğusu əsasında server şəbəkə istifadəçilərinə xidməti: fayllara, disklərə, çap qurğularına, elektron poçt sistemlərinə müraciəti təmin edir.
Mehr və Müştəri
"Mehr və Müştəri" hicri təqvimlə 778-ci ildə, miladi təqvimlə 1376-cı ildə Əssar Təbrizi tərəfindən fars dilində məsnəvi formasında yazılmış romantik poemadır. Əssar Təbrizi "Mehr və Müştəri" poemasının mövzusunu "Mehru-mah" adlı xalq dastanından almışdır. Əsər əruz vəzninin həzəc bəhrində yazılmışdır. 5120 beytdən ibarətdir. Pir Məhəmməd ibn Vəlid Əzmi əsəri türkcəyə çevirmişdir. M. Sultanov isə fars dilindən Azərbaycan dilinə çevirərək ayrıca kitab halında çap etdirmişdir Əsərdə İstəxr şəhərinin hakimi Şapurun oğlu Mehr və Şapurun vəzirinin oğlu Müştəri arasındakı sevgidən bəhs edilir. Gənclik illərindən bir-birini sevən bu iki oğlan, bütün ömürləri boyu çətinliklərlə üzləşmələrinə baxmayaraq ömürlərinin sonuna kimi sevgilərinə sadiq qalırlar. == Tədqiqi == Prof. M. H. Təhmasibin fikrincə, Mehr, Avestada adı tez-tez çəkilən "Mitra"dır. O, yazır: "Əslində, səhər günəşinin önüncə gəlib, axşam günəşini yola salan və ancaq o batdıqdan sonra çəkilən işığın antropomorfizmindən ibarət olub, gənc, gözəl və qüvvətli bir oğlan cildində təsvir edilən Mitr-Mehr uzun əsrlər boyu qələbə tanrısı, əhdi-peyman keşikçisi hesab edilmişdir." Mitr-Mehr obrazının bu əsatiri xüsusiyyətlərini Əssar Təbrizi də əks etdirmişdir.
Müştəri-qulluqçu arxitekturası
Müştəri-qulluqçu arxitekturası - işçi stansiyaların və serverin hesablama güclərindən (imkanlarından) maksimal səmərəli istifadə edilməsi məqsədilə idarəetmənin onlar arasında paylanmasına əsaslanan lokal şəbəkə (LAN) strukturu. Bu arxitekturada tətbiqi proqramın işlənməsi iki komponent – müştəri və server (qulluqçu) arasında bölüşdürülür. Meynfreymlərə əsaslanan çoxistifadəçili sistemlərin “lal” terminanlarından fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturasındakı müştərilər mükəmməl fərdi kompüterlər olur. Server olaraq başqa fərdi kompüterdən, minikompüterdən və ya menifreymdən istifadə edilə bilər; o, müştəriyə çoxistifadəçi mühitində işləməyin ənənəvi üstünlüklərini – verilənlərin idarəedilməsi imkanlarını, informasiyaya kollektiv erişməyi, verilənlərin şəbəkə administirasiyasını və qorunmasını verir. Özündən öncəki arxitekturalardan (meynfreym və fayl serveri) fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturası çərçivəsində çalışan proqram təminatının üzərində serverlər və işçi stansiyalar birgə işləyir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Müştəri-server arxitekturası
Müştəri-qulluqçu arxitekturası - işçi stansiyaların və serverin hesablama güclərindən (imkanlarından) maksimal səmərəli istifadə edilməsi məqsədilə idarəetmənin onlar arasında paylanmasına əsaslanan lokal şəbəkə (LAN) strukturu. Bu arxitekturada tətbiqi proqramın işlənməsi iki komponent – müştəri və server (qulluqçu) arasında bölüşdürülür. Meynfreymlərə əsaslanan çoxistifadəçili sistemlərin “lal” terminanlarından fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturasındakı müştərilər mükəmməl fərdi kompüterlər olur. Server olaraq başqa fərdi kompüterdən, minikompüterdən və ya menifreymdən istifadə edilə bilər; o, müştəriyə çoxistifadəçi mühitində işləməyin ənənəvi üstünlüklərini – verilənlərin idarəedilməsi imkanlarını, informasiyaya kollektiv erişməyi, verilənlərin şəbəkə administirasiyasını və qorunmasını verir. Özündən öncəki arxitekturalardan (meynfreym və fayl serveri) fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturası çərçivəsində çalışan proqram təminatının üzərində serverlər və işçi stansiyalar birgə işləyir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ay müştəri... (film, 1986)
Amblyseius murteri
Proprioseiopsis murteri
Proprioseiopsis murteri (lat. Proprioseiopsis murteri) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü.
Müstəti
Müstəti – müsəlmana həcc ziyarətinin vacib olması. Müstəti olmağın şərtləri bunlardır: 1) Yol azuqəsi və ehtiyacı olan surətdə miniyi olsa, ya bunları əldə etməyə imkan verən malı olarsa; 2) Məkkəyə getməyə və çox əziyyət çəkmədən həcci yerinə yetirməyə sağlamlığı və qüvvəsi olsun. Bu şərt həcci şəxsin özünün yerinə yetirməsində şərtdir. Bir kəsin maddi imkanı olsa, amma şəxsən özü həccə getmək üçün fiziki qüdrəti olmasa, yaxud şəxsən getməsi çox çətin olsa, (fiziki) vəziyyətinin də yaxşılaşmasına ümidi olmasa, gərək başqasını bu işə naib tutsun. 3) Yolda getməyə mane olan bir şey olmasın; əgər yol bağlı olsa, ya yolda insanın canının, ya namusunun aradan getməsindən, ya malının aparılmasından qorxusu olsa, həcc ona vacib olmur. Lakin əgər başqa yol ilə gedə bilsə, uzaq olmağına baxmayaraq gərək o yol ilə getsin, amma o yol, "həcc yolu bağlıdır" deyiləcək dərəcədə uzaq və qeyri-adi olsa, gərək o yolla getməsin. 4) Sair cəhətlərdən imkanı olsun ki, həcc əməllərini yerinə yetirə biləcək qədər vaxtı olmalıdır. 5) Xanımı və uşaqları kimi xərclərini təmin etmək boynuna vacib olan şəxslərlə, xərcliyin tərkolunması şəxs üçün çətin olan şəxslərin xərclərini təmin etmiş olmalıdır. 6) Geri qayıtdıqdan sonra yaşayışını qazanc, əkinçilik, mülk gəliri və ya başqa bir yolla təmin edə bilməlidir. Belə ki, həccdən qayıtdıqdan sonra, həccə xərc etdiyi üçün çətinliklə yaşamağa məcbur qalmamalıdır.
Müstəvi
Müstəvi – həndəsənin əsas anlayışlarındandır. Nəzəri cəhətcə kiçik ölçülü sonsuz uzunluğa malik yastı, sonsuz kiçik qalınlığa malik obyekt. Müstəvinin tənliyi ilk dəfə olaraq A.K.Kleronun 1731-ci ildə nəşr edilmiş əsərində, müstəvinin kəsiklərdə tənliyi Q.Lamenin 1816-1818-ci illərdə çap edilmiş işlərində, normal tənliyi isə L.Qessenin 1861-ci ildəki tədqiqatlarında rast gəlinir. Müstəvinin n-ölçülü fəzada təsvirini ifadə edən tənliyi E.Kondratyev 2006-cı ildə təklif edib. Müstəvinin aşağıdakı əlamətləri vardır: Müstəvi üzərindəki istənilən iki nöqtədən keçən düz xətt bu müstəvidə yerləşir; İki verilmiş nöqtədən eyni məsafədə yerləşən nöqtələr çoxluğu mövcuddur; n-ölçülü fəzada n-1 ölçülü fəzaya aid olan nöqtələr çoxluğu vardır.
Proyektiv müstəvi
Proyektiv müstəvi - proyektiv həndəsədə qeyri-məxsusi (sonsuz uzaqlaşmış) elementlərlə tamamlanmış müstəvidir (Evklid müstəvisi). Hər bir düz xətt sonsuz uzaqlaşmış nöqtə ilə, bütün müstəvi isə sonsuz uzaqlaşmış düz xətlə tamamlanmışdır. Proyektiv müstəvidə paralel düz xətlər yoxdur. İstənilən iki düz xətt kəsişir. Proyektiv müstəvidə qeyri-məxsusi düz xətlə adı düz xətt arasında fərq yoxdur. 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Fizika, riyaziyyat və informatika tədrisi" jurnalları, 2000-2012-ci illər,Bakı.
Senecio mustersi
Senecio mustersi (lat. Senecio mustersi) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Müstəvi pardaqlama dəzgahı
Müstəvi pardaqlama dəzgahı üst səthləri müstəvi olan maşın hissələrinin abraziv alətlə emalı üçün tətbiq olunur. Müstəvi pardaqlama dəzgahları şpindelin vəziyyətinə və stolun formasına görə fərqlənirlər. Şpindeli üfüqi vəziyyətdə yerləşmiş dəzgahlarda tətbiq olunan pardaq dairəsi doğuranı boyunca kəsmədə iştirak edir. Şaquli vəziyyətdə olan şpindeldə bərkidilmiş alət isə yan tərəfi ilə metal qatı çıxarır. Müstəvi pardaqlama dəzgahları əsasən üfüqi şpindelə malik olurlar. Bu dəzgahların stolu bir, şpindel başlığı bərkidilmiş dayaq isə iki ox boyunca hərəkət edə bilir. Koordinat oxlarının bölgüsü dəzgahın təyinatından asılı olaraq fərqli ola bilər. Bu dəzgahlarda müstəvi, profil və müxtəlif dərinliklərin pardaq dairəsi ilə emalı aparılır. Proses tsiklik olaraq kompyüterdən idarə edilir. Tsikl pəstahın mövqeləşdirilməsi, pardaq dairəsinin verilmiş rejimdə işə salınma- ması, alətin sürətlə pəstaha yaxınlaşması (boş gediş), alətin kəsməyə daxil olması (işçi gediş), səthin pardaqlanması, sığallama, alətin səthdən uzaqlaşdırılması kimi mərhələlərdən ibarətdir.
Firidun Müşiri
Firidun Müşiri Əfşar (fars. فریدون مشیری‎) (21 sentyabr 1926 - 24 oktyabr 2000) — görkəmli müasir İranlı şair və jurnalist idi.Firidun Müşiri, Tehranda dünyaya gəlmişdir və Atası İbrahim Müşiri Əfşar Həmədanda dünyaya gəlmişdir. İran şeirində ölçü ya da ritmə bağlı olmayan "Yeni Şeir" və həm klassik şeirlər yazıb.Firidun Müşiri,Qacar dövrünün şairlərindən olan Mirzə Cavad xan Mötəminülməmalikin qız nəvəsi idi.
Topxana müşiri
Topxana müşiri, 1826-dan 1908-ci ilə qədər Osmanlı İmperiyasında istifadə edilən və artilleriya sinfinin komandirlərinə verilən hərbi ad idi. 1826-cı ildə Yeniçəri Ocağının ləğvi ilə Artilleriya Ocağının adı da ləğv edildi və o tarixdən bu yana Topxana müşiriyyəti olaraq mövcudluğunu davam etdirdi. Bu qurumun komandirləri də Topxana müşiri adlandırılmışdı və İkinci Məşrutiyyət elanından sonra bu ad da ləğv edilmişdir..
Misterio
Misterio (ing. Mysterio) – Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılmış komiks personajı. Sten Li və Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə "The Amazing Spider-Man" komiksinin 13-cü sayında peyda olmuşdur. Misterio adını daşıyan bir neçə şəxs olmuşdur. Bunlardan ən çox tanınanı və ilk Misterio olmuş Kventin Bekdir (ing. Quentin Beck). Misterio Hörümçək-adamın əzəli düşmənlərindən biridir. Misterio bir çox Hörümçək-adam animasiyasında və videooyununda peyda olmuşdur. 2009-cu ildə IGN Misterionu "Bütün dövrlərindən ən böyük komiks supercinayətkarları" siyahısında 85-ci yerdə göstərmişdir. Orijinal Misterio (Kventin Bek) Sten Li və Stiv Ditko tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 13-cü sayında (iyun 1964) görünmüşdür.
Muktəfi
Əbu Məhəmməd əl-Muktəfi Billah Əli ibn əl-Mutəzid Əhməd ibn əl-Müvəffəq 878-ci ildə anadan olmuşdur. Anası Çiçək türk əsilli cariyə idi. Bəstəboy və yaraşıqlı Muktəfi "Əbu Məhəmməd" ləqəbini daşımışdır. 894-cü ildə Rey vilayətinin hakimi təyin edilmişdir. Beş il vali olduğu vaxt Cibəl və İsfahanda hökmranlıq edən Düləfiləri məğlubiyyətə uğratmış, bölgədə Abbasilərin nüfuzunu gücləndirmişdir. 899-cu ildə Cəzirə valisi təyin olunmuş, 902-ci ildə atasının ölümündən sonra isə Raqqa bölgəsində olan Muktəfi Billah üçün vəzir Qasım ibn Ubeydullah xilafətin mərkəzi Bağdadda beyət almışdır. Xilafət kürsüsünə çıxan Muktəfinin ilk addımı atasının hakimiyyəti dövründə inşa edilən yeraltı zindanları dağıtmaq olmuşdur. O, taxta çıxanda xilafətin mərkəzi hakimiyyəti zəifləmişdi. Bölgələrdə yarımmüstəqil, bəzən də tamamilə sərbəst siyasət yürüdən feodallar xəlifə üçün başağrısına çevrilmişdi. Saffarilər, Əğləbilər, Qərmətilər, Sacilər kimi dövlətlər hər gün xilafətin tabeliyindəki ərazilərə hücuma keçir, yerli əhalini talan edirdilər.
Mustela
Gəlincik (lat. Mustela) — dələlər fəsiləsinə aid heyvan cinsi.
Mustelia
Stevia (lat. Stevia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Cinsə aid bütün növlər Şimali və Cənubi Amerikada bitir.
Musteron
Xırdaləçək (lat. Erigeron) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Conyzoides Fabr. Panios Adans.
Münster
Münster (alm. Münster‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Münster inzibati dairəsində şəhər. Sahəsi 302.89 km2, əhalisi 299 708 nəfərdir (2013). Münster həmdə Almaniyanın 20-ci ən böyük şəhəridir.
Müsküri
Müsküri — çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Yusif Müsküri Şihabuddin b. Abdulhalim əl-Müskürinin Şərhul Fəraiz adlı əsəri Yazılma tarixi 1083/1672. Abdussalam oğlu Məhəmməd Müsküri - Azərbaycanda yazılan ilk elmihal kitabını da Abdussalam oğlu Məhəmməd Müsküri yazıb.
Muscari
İlansoğanı (lat. Muscari) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi. Əsasən, Aralıq dənizi ölkələrində 60, keçmiş SSRİ-də 19, o cümlədən Azərbaycanda 9 növü yayılmışdır. Qrossheym ilansoğanı (M. grossheimi), qəşəng ilansoğanı (M. elegantlum), ağızcıqlı ilansoğanı (M. leucostomum) Azərbaycan florası üçün endemikdir. Çiçəklərindən efir yağı alınır və ətriyyat sənayesində işlədilir. Bəzi növləri dekorativ bitki kimi becərilir. Çiçəkləri müşk ətri verdiyi üçün bitki muskari adlandırılmışdır. Avropa, Asiya və Şimali Amerikada geniş yayılmışdır.[mənbə göstərin] Cinsin 2 növü gülçülükdə geniş istifadə olunur. Salxımşəkilli ilansoğanı (M. botryoides) hündürlüyü 20 sm-ə çatan çoxillik soğanaqlı bitkidir. Enli yarpaqları torpaqda topalarla yığılmışdır.
Musəvi
Musəvi — Soyad, təxəllüs.
Fələstin püstəsi
== Təbii yayılması == Aralıq dənizi, Mərakeş və portuqaliyada, Kanardan Suriya, Livan və İsrailə qədər olan ərazilərdə yaylımışdır. == Botaniki təsviri == Hündürlüyü təxminən 5–10 m-ə çatan iri kol və ya kiçik ağacdır. Yarpağı tökülən ikievli bitkidir. Yarpaqların dəstədə sayı 3–9 olub, uzunluğu 10–20 sm, mürəkkəb, tək lələkvaridir. Çiçəkləri bircinsli, xırda, qırmızımtıl-bənövşəyi rəngli iri süpürgəyə yığılmışdır. Aprel ayında çiçəkləyir, meyvəsi sentyabr-oktyabr ayında yetişir. Çiçəkyanlığı sadə,2–6 xırda yarpaqdan ibarətdir. Meyvələri xırda, qırmızı rəngli, yetişdikdə qaralan şarşəkilli çəyirdəklidir. Toxum və pöhrələrlə çoxaldılır. == Ekologiyası == Quraqlığa və şaxtayadavamlıdır.
Fərşid Rüstəmi
Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər
Hacı Məhəmmədsadıq xan Mirzə Yusif oğlu Müşiri-Dəftər (?-?) — Məşrutə hərəkatının üzvü == Həyatı == Hacı Məhəmmədsadıq xan Mirzə Yusif Mustovfinin oğlu, o da Mirzə Məhəmməd Mustovfinin, o da Mirzə Mətiya Mustovfi Təbrizinin oğludur. Bu ailə Azərbaycanın qədim əyanlar zümrəsinə məxsusdur. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Hacı Səməd xan Şücaəddövlənin hakimiyyəti dönəmində şəhərin ədliyyə idarəsinin rəisi olmuşdu. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Məşrutə inqilabı dövründə Təbrizin maliyə idarəsində çalışmışdı. Sonra Həştirud bölgəsində maliyə idarəsinə başçılıq etmişdi. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Müxbirüssəltənənin valiliyi dönəmində şəhərdə "Heyəti-Fəllah" adlı əncümən təşkil etmişdi. Hacı Məhəmmədsadıq xanın Məhəmmədvəli xan, Zeynalabdin xan adlı oğlanları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.