Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mücahid
Mücahid (ərəbcədir) — din uğrunda, müqəddəs iş uğrunda mübariz, müqəddəs müharibənin, cəhadın iştirakçısı deməkdir. Bütün müsəlman şərqində, məsələn, Əlcəzairdə, İranda, Əfqanıstanda, Çeçenistanda və başqa ölkələrdə işlədilən termindir. Sosial, milli azadlıq hərəkatlarında, habelə dini hərəkatlarda iştirak edən şəxslərə mücahid deyilir. Şəhid Dəyərlər saytı Dil--aztr Arxivləşdirilib 2011-02-01 at the Wayback Machine Əlşiə saytı Dil--aztr Arxivləşdirilib 2011-06-13 at the Wayback Machine İrfan dərgisi Dil--aztr Arxivləşdirilib 2008-08-19 at the Wayback Machine İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.91.
Daliya Mücahid
Daliya Mücahid (ing. Dalia Mogahed; 1974, Qahirə) — Misir mənşəli Amerika alimi. O, Qallupun müsəlmanlar üzrə araşdırmalar mərkəzinin icraçı direktorudur ki bütün dünyada müsəlmanların mövqeyini əks etdirmək üçün məlumat və təhlil təmin edən bitərəf araşdırma mərkəzidir. Daliya Mücahid, "Din Əsaslı və Çevrə Müəssisələr üzrə Ağ Ev Ofisi"ndə ABŞ prezidenti Barak Obamanın müşaviri kimi seçilmişdir.
Mücahid (jurnal)
Mücahid — Azərbaycan siyasi mühacirətinin Türkiyədə nəşr etdirdiyi aylıq jurnal. 1955-ci ilin iyulundan 1962-ci ilin iyununa kimi Çingiz Göygölün redaktorluğu ilə çıxmışdır. İlk nömrəsindəki proqram məqaləsində "bütün gücünü məhkum türk ellərinin qurtuluş davasına və kommunizm ilə mücadiləyə" yönəldəcəyini bildirirdi. Qafqaz birliyi ideyasına və bu fikrin daşıyıcılarına kəskin müxalifətdə duran "Türk izi" jurnalının nəşri dayandıqdan sonra çıxmağa başlayan "Mücahid" öz sələfinin mövqeyini bir qədər yumşaltsa da, yalnız türk birliyini qəbul etdiyini gizlətmir, "Türküstan, İdil-Ural, Şimali Qafqaz, Azərbaycan və Krım mücahidlərinin də müştərək bir türk cəbhəsi halında çalışmaları lüzumuna inandığını bəyan edirdi". Bununla bərabər, "Mücahid" Şimali Qafqazla Azərbaycan arasında dostluq və iş birliyi tərəfdarı və təbliğatçısı olmuşdur. "Şimali Qafqaz və Azərbaycan qardaşlığı" məqaləsində (1962, may-iyun, № 49–50) jurnal qeyd edirdi ki, Şimali Qafqazla Azərbaycan arasında sıx mənəvi yaxınlaşma mövcud olmuş, hətta Şimali Qafqazlılar Rusiyada çar rejimi devrildikdən sonra, qurduqları müstəqil Cümhuriyyətin dövlət dili kimi Azərbaycan türkcəsini qəbul etmiş, orta və ali məktəblərdə təhsilin türkcə tədrisinə qərar vermişdilər. "Mücahid" türkdilli xalqların tarixi, ədəbiyyatı, adət-ənənəsi, tanınmış liderləri haqqında materiallar dərc etmiş, türkçülük, türk birliyi ideyasına öz töhfəsini vermişdir.
Mücahid Partiyası
İctimaiyyun-Amiyyun, Mücahid və ya İran Sosial Demokrat Partiyası — İranlı (əsasən, Cənubi Azərbaycandan olan) fəhlələrin Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı təşkilatı və onun Hümmət Partiyasının fəal köməyi ilə 1905-ci ilin sonlarında yaradılmış ilk sosial-demokrat təşkilatı. 1904-cü ildə yaradılmış Ədalət Qrupu əsasında yaradılmış, sonralar Ədalət Partiyasının özəyini təşkil etmişdir. Yaradılmasında Nəriman Nərimanovun mühüm rolu olmuşdur. Partiya iranlı fəhlələrin inqilabi şüurunun oyanmasında və öz hüquqları uğrunda mübarizəyə cəlb edilməsində, habelə İranda 1905–1911 illər Məşrutə hərəkatında mühüm rol oynamışdır. Partiyanın Mərkəzi Komitəsi Bakıda yerləşirdi. Nəriman Nərimanov başda olmaqla, Hümmət Partiyasının bir çox üzvləri "İctimaiyyun-Amiyyun"un məramnaməsinin hazırlanmasında fəal iştirak etmişdilər. Məramnamənin layihəsi 1906-cı il dekabrın əvvəllərində Bakıda çap edilmişdir. Həmin sənəd partiya təşkilatlarının əsas fəaliyyət proqramı olaraq, Cənubi Qafqazda yayılmış, habelə İrana göndərilərək, partiyanın İran təşkilatlarının, xüsusilə Təbriz təşkilatının ölkədə ictimai-iqtisadi inkişafın səviyyəsi və inqilabın ilk mərhələsinin xüsusiyyətləri haqqında düzəliş və təklifləri əsasında aqrar məsələyə dair müəyyən dəyişiklikdən sonra təkmilləşdirilmiş və partiyanın proqramı kimi, onun 1907-ci ildə Məşhəddə keçirilən yığıncağında qəbul olunmuşdu. Mücahid Partiyasının proqramı Hümmətin proqramına nisbətən daha inqilabi xarakteri ilə fərqlənirdi. Partiya fərdi terror taktikasınıı qəbul etmişdi.
Mücahid təşkilatı
İctimaiyyun-Amiyyun, Mücahid və ya İran Sosial Demokrat Partiyası — İranlı (əsasən, Cənubi Azərbaycandan olan) fəhlələrin Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı təşkilatı və onun Hümmət Partiyasının fəal köməyi ilə 1905-ci ilin sonlarında yaradılmış ilk sosial-demokrat təşkilatı. 1904-cü ildə yaradılmış Ədalət Qrupu əsasında yaradılmış, sonralar Ədalət Partiyasının özəyini təşkil etmişdir. Yaradılmasında Nəriman Nərimanovun mühüm rolu olmuşdur. Partiya iranlı fəhlələrin inqilabi şüurunun oyanmasında və öz hüquqları uğrunda mübarizəyə cəlb edilməsində, habelə İranda 1905–1911 illər Məşrutə hərəkatında mühüm rol oynamışdır. Partiyanın Mərkəzi Komitəsi Bakıda yerləşirdi. Nəriman Nərimanov başda olmaqla, Hümmət Partiyasının bir çox üzvləri "İctimaiyyun-Amiyyun"un məramnaməsinin hazırlanmasında fəal iştirak etmişdilər. Məramnamənin layihəsi 1906-cı il dekabrın əvvəllərində Bakıda çap edilmişdir. Həmin sənəd partiya təşkilatlarının əsas fəaliyyət proqramı olaraq, Cənubi Qafqazda yayılmış, habelə İrana göndərilərək, partiyanın İran təşkilatlarının, xüsusilə Təbriz təşkilatının ölkədə ictimai-iqtisadi inkişafın səviyyəsi və inqilabın ilk mərhələsinin xüsusiyyətləri haqqında düzəliş və təklifləri əsasında aqrar məsələyə dair müəyyən dəyişiklikdən sonra təkmilləşdirilmiş və partiyanın proqramı kimi, onun 1907-ci ildə Məşhəddə keçirilən yığıncağında qəbul olunmuşdu. Mücahid Partiyasının proqramı Hümmətin proqramına nisbətən daha inqilabi xarakteri ilə fərqlənirdi. Partiya fərdi terror taktikasınıı qəbul etmişdi.
Mücahidin Milli Partiyası
Mücahidin Milli Partiyası — XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş partiya 1915-ci ildə Naxçıvan və Culfada Mücahidin Milli adlı partiya da yaradılmışdı. Onun liderləri Mirheydərzadə, İsmayıl bəy Camalbəyov, K. və R.Səfərbəyovlar idi. Partiyanın 60 nəfər üzvü var idi. Багирова И.С. Политические партии и организации Азербайджана в начале ХХ века. 1900–1917. Баку, 1997, с.30, 31–32.
Qazax mücahidləri (1921)
İran Xalq Mücahidləri Təşkilatı
İran Xalq Mücahidləri Terror Təşkilatı (fars. سازمان مجاهدين خلق ايران‎, romanlaşdırma: sâzmân-e mojâhedīn-e khalq-e īrân), abreviatur MEK, PMOI və ya MKO — 1965-ci ildə İranda yaradılmış terror təşkilatı. Əsas məqsədləri İran İslam Respublikasında 1979-cu ildən etibarən hakimiyyətdə olan İslam Respublikasınını ləğv etmək və əvəzində islam sosializmi əsaslı bir dövlət formalaşdırmaqdır. MEK 1965-ci ilin 5 sentyabr tarixində ABŞ tərəfindən dəstəklənən və şaha qarşı çıxan İran Azadlıq Hərəkatı ilə əlaqəli solçu iranlı tələbələr tərəfindən təsis edilmişdir. 1979-cu ildə baş vermiş İran İslam İnqilabı dövründə Şahənşah Məhəmməd Rza Pəhləvinin hakimiyyətdən kənarlaşdırılmasında fəal iştirak etmiş və sonradan ölkədə demokratiyanın bərqərar olmasına, xüsusən İranın orta sinif ziyalılarının dəstəyinə yiyələnmişdir. Şahın hakimiyyətdən salınmasından sonra MEK, yeni hökumətin konstitusiya referendumunda iştirak etməkdən imtina etmişdir. Referendum qərarının boykot edilməsi Ruhullah Xomeyni ilə olan münasibətlərin kəskinkləşməsi ilə nəticələnmişdir. 1981-ci ildən etibarən İranda İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən sistematik şəkildə təqib olunmağa başlayan İran Xalq Mücahidləri Təşkilatının üzvləri yeraltı fəaliyyətə keçmək və ölkəni tərk etmək məcburiyyətində qalmışdır. 1981-ci ilin 20 iyun tarixində təşkilat tərəfindən ölkənin Tehran, İsfahan, Ərak, Əhvaz, Şiraz, Bəndər-Abbas kimi şəhərlərində eyni gündə təşkil olunmuşdur və İranın demokratik yolla seçilən ilk prezidenti Əbülhəsən Banisədr dəstəkləyən iştirakçıların bu hərəkəti islamçılar tərəfindən hakimiyyət çevirilişinə cəhd formasında qiymətləndirilmişdir. 20 iyun mitinqlərindən sonra MEK tərəfdarlarının islamçılar tərəfindən daha şiddətli təqibi və edam dalğası başlamışdır.
Əfqan mücahidləri
Əfqan mücahidləri (ərəb. مجاهد‎ mujāhid, mujahiddin) — 1979–1992-ci illərdə ƏDR və Əfqanıstanda vətəndaş müharibəsi zamanı vahid üsyançı qüvvəyə çevrilmiş islam ideologiyasına əsaslanan qeyri-nizami silahlı dəstələrin üzvləri. 1979-cu ildən bəri Sovet ordusunun mövcudluğuna və Babrək Karmal və Nəcibulla hökumətlərinə qarşı silahlı mübarizə aparmaq məqsədi ilə yerli əhalidən toplanmışdır. 1990-cı illərin ortalarında müharibə bitdikdən sonra əfqan mücahidlərinin bir hissəsi Taliban, digərləri isə Şimali Alyansın birləşmələrinə qoşuldu. "Mücahid" sözü — ərəb mənşəli ("Mücahid", cəm forması "Mücahiddun"), hərfi mənada "iman uğrunda döyüşçü" deməkdir, eyni zamanda cihad və ya üsyan iştirakçısının adıdır. Sovet Ordusu və əfqan hökuməti onları düşmənlər (dəri دشمان — dušman, душмон, puştu دښمان — duxman,dušman) və qiyamçılar, əfqanlar isə sovet əsgərlərini şuravi (dəri شوروی — šuravî, шӯравӣ — "sovet") adlandırmışlar. Düşmənlər yerli əhali ilə eyni ənənəvi əfqan geyimlərini (köynəklər, qara gödəkçələr, çalma və ya pakol) geyinirdilər. Mücahidlərin məfkurəsinin əsas xətti və siyasi platformasın əsas prinsipin elan edilməsi idi: "Vətənini — Əfqanıstanı və imanını — müqəddəs İslamı kafirlərdən qorumaq hər bir əfqanın borcudur". Bütün mömin müsəlmanların müqəddəs İslam bayrağı altında birləşməsi: "… Allahın adı ilə hər bir mömin müsəlmanın vəzifəsi müqəddəs müharibə — Cihaddır, bunun üçün kafirlər öldürülməlidir, yalnız bu zaman o cənnət qapılarına girə bilər". Mücahidlərin ruhani və siyasi liderləri silahlı dəstələrin sıralarında və yerli əhali arasında siyasi təbliğat və təşviqat işlərinə xüsusi diqqət yetirirdilər.
Mücahit Yağcı
Mücahit Yağcı (2 may 1973) — Türkiyəli kişi ağır atlet. 62 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Türkiyəni təmsil edir. Mücahit Yağcı dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2001 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Müşahidə
Müşahidə dedikdə göz önünə ilk növbədə görmə vasitəsilə aparılan tədqiqat gəlir. Müşahidə əməl və nəticəsidir. Şübhəli məqamı aydınlaşdırmaq üçün yazılı bir qeydin adını vermək üçün də istifadə olunur. Həm də bir şərh və ya bir göstərici ola bilər. Müşahidələr, məsələn tədqiqat və ya qiymətləndirmə aparmaq üçün istifadə olunan bir məlumat toplama üsuludur. Bu söz Latın dilindən gəlir. Lakin nəzərə alınsa ki, insanın ətraf aləmdən informasiya alması onun beş əsas və iyirmiyə yaxın köməkçi hiss kanalları vasitəsilə baş verir, o zaman görmənin insan həyatında rolunun yüz faizli xarakter daşımadığını dərk etmək mümkündür və burada digər hissiyyatların da rolu dərhal nəzərə çarpasıdır. Ümumi halda, ətraf dünyada baş verən hər bir dəyişiklik dildir, hər bir titrəyiş öz mənasına malikdir. Sadəcə olaraq, onların şifrəsini aça bilmək vacibdir. Nəyin nəyə görə baş verdiyini bildikdən sonra isə ətraf dünyanı bir kitab kimi oxumaq, təbiətə "sən" deyə müraciət etmək mümkündür.
Cahid
Cahid — Azərbaycanlı kişi adı. Cahid Hilaloğlu — rejissor. Sovet dövründə milli hərəkatçı, dissident. Cahid Sidqi Tarançı — Türkiyə şairi. Cahid Həsənov — Azərbaycanın tanınmış memarı.
Daxili müşahidə
Daxili müşahidə və ya daxili baxış, psixologiyada bir stimul qarşısında insanın təcrübə etdiyi qavrayış, düşüncə və emosiyalarındakı müşahidə və nəticələrini ifadə edən bir üsuldur. Bu üsul: "Təcrübəni yaşayan insandan başqa heç kim müşahidə edə bilməz" fikrinə əsaslanır. Yəni, müşahidə edən və müşahidə olunan eyni insandır. Daxili müşahidə metodu psixologiya elmi ilə bərabər ortaya çıxan bir metod deyil. Bu metodun tarixi Sokrata qədər gedib çıxır. XIX əsrdə daxili müşahidə metodunu sistemləşdirən və onu psixologiyanın elmi metodu kimi ifadə edən ilk insan Vilhelm Vundt olmuşdur. Psixologiyada bu metoddan istifadə XIX əsrdə fizika və fiziologiya sahələrindəki inkişafdan qaynaqlanmışdır. İlk tədqiqatlar fizikada işıq və səsin, fiziologiyada isə hiss orqanlarının yoxlanılması üçün istifadə edilmişdir. Psixologiyadakı, strukturalist və humanist dünyagörüşünü qəbul edən tədqiqatçılar daxili müşahidə metodunu qəbul etmişlər. Biheviorizm yəni, davranışçılıq cərəyanının nümayəndələri isə daxili müşahidə motodunu elmi olmaması səbəbilə rədd etmişdir.
Müzahim Mehvalıoğlu
Müzahim İsmayılzadə
Müzahim İsmayılzadə (5 dekabr 1958, Nərimankənd, Gədəbəy rayonu) — yazıçı, şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin (1984) və Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002). Müzahim İsmayılzadə 5 dekabr 1958-ci ildə Azərbaycanın Gədəbəy rayonunun Nəriman kəndində ziyalı ailəsində anadan olmuşdur. 1965-1975-ci illərdə doğulduğu Nəriman kənd orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonar iki il istehsalatda çalışmışdır. 1976-1981-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində təhsil almışdır. Universiteti bitirdikdən sonra təyinatla İsmayıllı rayon tarix-diyarşünaslıq muzeyində, habelə şəhər 3№-li orta məktəbdə çalışmışdır (1981-1984). Azərbaycan Texniki Universitetində (1984-1990), “Ədəbiyyat qəzeti” ndə (1990-1992), Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunda (1992-1994), “Həyat” (1994-1995), “Xalq qəzeti” (1995-1999) və “Respublika” qəzetlərində (1999-2009) məsul vəzifələrdə çalışmışdır. 2009-2014-cu illərdə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində bələdiyyə üzvü seçilmiş, komissiya sədri olmuşdur. 2015-ci ildən Azərbaycan Dövlət Milli Arxiv İdarəsində işləyir. 1988-ci ildə ailə qurmuşdur.
Aeroloji müşahidə üsulu
Aeroloji müşahidə üsulu - atmosferin müxtəlif hündürlüklərində meteoroloji elementlərin ədədi qiymətləri barəsində məlumatların toplanması üsuludur. Bu məqsədlə şar-pilot, şar-zond, radio-zond, radio-pilot, sabit səviyyəli aerostat, xüsusi cihazlarla quraşdırılmış təyyarə, meteoroloji raket və Yerin süni meteoroloji peyklərindən istifadə olunur.
Hidrometeoroloji müşahidə şəbəkəsi
Hidrometeoroloji müşahidə şəbəkəsi−Azərbaycanda ilk meteoroloji müşahidələr 1843-cü ildə Naxçıvanda başlanılmış, 1847-ci ildə Lənkəranda, 1848-ci ildə Şuşa və Bakı şəhərlərində, 1872-ci ilə indiki Gəncə şəhərində, 1872-ci ildə Zaqatala və Şəkidə, 1879-cu ildə Göytəpədə aparılmışdır. Respublikanın ilk hidrometeoroloji məntəqələri Kür çayı üzərində qurulmuşdur. 1888 – ci ildə Yevlax, Zərdab və Sabirabadda, 1898 –ci ildə isə Salyanda təşkil edilmişdir. == Giriş == Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə şəbəkəsində struktur üzrə 54 Hidrometeoroloji stansiya, 1 Aqrometeoroloji Stansiya, 1 İxtisaslaşdırılmış Göl Stansiyası, 2 Dəniz Hidrometeoroloji Stansiya, 6 Radiometeoroloji Stansiya, 1 Aeroloji Stansiya , 32 Hidrometeoroloji məntəqə, 28 hidroloji məntəqə, 1 buzlaq məntəqəsi, 15 meteoroloji məntəqə, 8 Dəniz Hidrometeoroloji məntəqə ,4 Aqrometeoroloji məntəqə fəaliyyət göstərir. Respublika ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasında meteoroloji, hidroloji, aqrometeoroloji, aktinometrik müşahidələr, dəniz hidrometeoroloji müşahidələrin fasiləsiz olaraq aparılması təmin edilir. == Hidrometeoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılması == Avtomat meteoroloji stansiyalar Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılmasına 2005-2006-cı illərdən başlanılmış, indiyə qədər 68 sayda avtomat tipli meteoroloji stansiyaların qurulması ilə meteoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılması tam təmin olunmuşdur Bu stansiyaların 34 ədədi Finlandiya istehsalı olan VAİSALA MAWS-310 tipli, 16 ədədi MAWS-301 tipli, 18 ədədi isə WXT-520 tipli avtomat meteoroloji stansiyalardır. Personalsız fəaliyyət göstərən avtomat meteoroloji stansiyaların sayı 17-yə çatdırılmışdır. Bu avtomat meteoroloji stansiyalarda havanın faktiki, minimal və maksimal temperaturu, şeh nöqtəsi, nisbi rütubət, atmosfer təzyiqi, yağıntının miqdarı, torpağın temperaturu, küləyin istiqaməti, küləyin ani və maksimal sürətləri ölçülür. Bundan başqa 2015-ci ilin noyabr ayında hidrometeoroloji məlumatların ötürülməsi və saxlanması prosesinin modernləşdirilməsi məqsədilə Milli Hidrometeorologiya Departamenti tərəfindən Fransanın “COROBOR Systems” şirkətinin MESSIR-COMM məlumatların toplanması-paylanması sistemi və MESSIR-CLIM iqlim məlumat bazası yaradılmışdır. Stansiyalardan daxil olan məlumatlar bu sistem vasitəsi ilə toplanılaraq arxivləşdirilir, beynəlxalq yayıma ötürülür və həmçinin mübadilə edilir.
Meteorololji müşahidə üsulu
Meteorololji müşahidə üsulu – meteoroloji kəmiyyətlərin ölçülməsi və atmosfer hadisələrinin qeydə alınması üsuludur. Meteoroloji kəmiyyətlərə havanın temperaturu və rütubətliyi, atmosfer təzyiqi, küləyin surəti və istiqaməti, buludların miqdarı və hündürlüku, yağıntıların miqdarı, istilik axınları və s. aiddir. Bunlara atmosferin xassələrini və ya atmosfer proseslərini birbaşa əks etdirməyən, lakin onlarla sıx əlaqəli olan aşağıdakı kəmiyyətləri də aid etmək olar: torpağın və suyun səth qatının temperaturu, buxarlanma, qar örtüyünün hündürlüyü və vəziyyəti, günəş parlaqlığının davamiyyəti və s. Atmosfer hadisələrinə tufan, çovğun, duman və bir sıra optik hadisələr aiddir. Ən tam və dəqiq müşahidələr meteoroloji və aeroloji rəsədxanalarda aparılır.
Müsahib Mustafa Paşa
Müsahib Mustafa Paşa (ö. sentyabr 1686) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. Şair Süleyman ağanın oğludur. Əndəruna alınaraq burada tərbiyə edilmiş, ardından qapı ağası, 1663-cü ildə isə padşah müsahibliyinə gətirilmişdir. 1666-cı ilin avqustunda vəzir rütbəsi alaraq divanın ikinci vəziri oldu. Bu vəzifədə ikən 1675-ci ildə Sultan Mehmedin qızlarından Xədicə Sultanla nigahlandı. Toy mərasimi kiçik qardaşı Şahzadə Əhmədin sünnət mərasimi ilə birlikdə keçirildi. Ədirnədə 14 gün boyunca davam edən bu toy mərasimi o qədər təntənəli keçmişdi ki, Xədicə Sultanın cehizi 86 qatırla daşınmışdı. 11 il davam edən bu evlilikdən Sultanzadə Mehmed Bəy, 7 yaşında vəfat edən Həsən Bəy və kiçik yaşlarında vəfat edən digər övladları dünyaya gəldi. 1683-cü ilin dekabrında padşah müsahibliyindən alınaraq kaptan-ı dərya təyin edildi.
Cahid Arf
Cahit Arf (24 oktyabr 1910, Saloniki, Osmanlı imperiyası – 26 dekabr 1997, İstanbul) — Türkiyəli riyaziyyatçı. O, Arf halqaları və Arf yarımqrupu, budaqlanma teoremində Hasse-Arf teoremi, topologiyada 2 xarakteristik halqanın (düyün nəzəriyyəsi və cərrahi nəzəriyyədə tətbiq edilmiş) kvadratik formasının Arf invariantlığına görə tanınır. == Bioqrafiya == Cahit Arf 1910-cu il 11 oktyabrda Osmanlı imperiyasının bir hissəsi olan Salonikidə anadan olub. Ailəsi 1912-ci ildə Balkan müharibəsinin başlanmsı ilə İstanbula köçüb. Ailə nəhayət İzmirdə məskunlaşa bildi və Cahit Arf ibtidai təhsilini burada aldı. Türkiyə Təhsil Nazirliyindən təqaüd alandan sonra təhsilini Parisdə davam etdirdi və Paris Ali Normal Məktəbindən məzun oldu. Türkiyəyə qayıtdıqdan sonra o, Qalatasaray Liseyində riyaziyyat fənnini tədris etməyə başladı. 1933-cü ildə o, İstanbul Universitetinin riyaziyyat kafedrasına qoşuldu. 1937-ci ildə Cahit Arf Göttingenə getdi və Göttingen Universitetindən PhD dərəcəsini aldı. O, burada Helmut Hasse və Josue Kruz de Munyoz ilə birlikdə işləyib.
Cahid Bağçı
Cahit Bağçı (türk. Cahit Bağcı; 25 iyun 1964, Osmancık, Çorum ili) — Türkiyəli siyasətçi, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri == Həyatı == Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. O, üç dönəm – 2007 2011 və 2015-ci illərdə Çorumdan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. Orta Şərq Texniki Universitetinin sosiologiya fakültəsini bitirib. Britaniyanın Mançester Universitetində doktorantura təhsili alıb. Türkiyə-Avropa İttifaqı parlament komitəsinin, NATO PA-nın üzvü olub. 1988-ci ildə Dövlət Planlanma Təşkilatının Sosial Planlaşdırma departametində işə başlayıb. 1993-cü ildə Van Yüzüncü İl Universitetində tədqiqatçı olub. Burada sosiologiya kafedrasında dosent və kafedra müdiri vəzifələrində çalışıb. Mançester Universitetində Türk tələbələri dərnəyini yaradıb.
Cahid Berkay
Cahid Berkay (3 avqust 1946, İsparta) — türk kino bəstəkarı. == Həyatı == 12 may 1946-cı ildə İsparta, Uluborluda anadan olmuşdur. == Diskoqrafiya == === Albomları === 1975: Teşekkür Ederim Babaanne / Teşekkür Ederim Babaanne (Enstrümantal) 1997: Film Müzikleri Vol. 1 1999: Film Müzikleri Vol. 2 2001: Film Müzikleri Vol. 3 2005: Sinema Bir Mucizedir Film Müziği 2007: Toprak (Cahit Berkay and Grup Zan) 2009: Yağmurdan Sonra 2012: Arda Kalan (feat. Derya Petek) === Digərləri === 1966: Ararım / Bahçelere Geldi Bahar (Selçuk Alagöz) 1967: Konya Kabağı / Bahçelerde Börülce (Rana Alagöz) 1980: Günlerimiz (Zülfü Livaneli) 1990: Yiyin Efendiler (Cem Karaca, Cahit Berkay, Uğur Dikmen) 1992: Nerde Kalmıştık?
Cahid Camal
Cahid Camal Şamil oğlu (15 noyabr 1928, Gülablı – 17 iyun 2011) — Rusiya Federasiyasının əməkdar rəssamı, Moskva Rəssamlar İttifaqının üzvü, Azərbaycan və Monqolustan Rəssamlar Birliyinin üzvü, Beynəlxalq Rəssamlar Fondunun üzvü. Ata tərəfdən Cahid Camal Sarıcalı xanlarının xətti ilə Qarabağ xanı Pənahəli xanın nəsildən olan Dağlıq Qarabağın bəy ailəsindəndir. == Həyatı == Cahid Camal Şamil oğlu 15 noyabr 1928-ci ildə Azərbaycanın Gülablı kəndində anadan olmuşdur. Ailəsinin evi Şuşadadır. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, ərəb dilini bilmişdir. 1953-cü ildə Surikov adına Moskva Rəssamlıq İnstitutunun dekorativ rəssamlıq sinfini bitirmişdir. Zaqolovok və kitab qrafikası sahəsində çalışmışdır. "Raduqa", "Proses" və s. nəşriyyatlarda kitabların illüstrasiyalarını işləyib. Bir neçə il "Soyuzmultfilm" studiyasında cizgi rəssamı kimi fəaliyyət göstərib.
Cahid Hilaloğlu
Cahid Hilaloğlu (1928, Ağdam, Ağdam qəzası – 30 may 1991, Ağdam) — rejissor. Sovet dövründə milli hərəkatçı, dissident. 1956-cı ildə Sovet hakimiyyətinə etiraz olaraq üçrəngli bayrağı Qız qalasının üzərində qaldırdığına görə, 4 il azadlıqdan məhrum edilmişdir. Aktrisa Naibə Allahverdiyevanın ögey atasıdır. == Həyatı == Cahid Hilal oğlu Şirinov 1928-ci ildə Azərbaycan SSR-in Ağdam şəhərində anadan olmuşdur. Kiçik yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Atası neft mədənlərində işləyir, Cahid isə 13 saylı məktəbdə oxuyurmuş. 1941-ci ilin avqustunda İranın Quzeyini işğal edən Sovet qoşun birləşmələrinə qoşulub valideynlərindən xəbərsiz Arazı keçən 13 yaşlı Cahid iki il Güney Azərbaycanda qaldıqdan və müxtəlif məşəqqətlərlə rastlaşdıqdan sonra yenidən Bakıya qayıdır. 1947-ci ildə Bakıdakı 1 saylı orta məktəbi bitirib Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsinə qəbul olunan Cahid Azərbaycanın iki yerə bölünməsilə, illər boyu ananın oğul, bacının qardaş üzünə həsrət qalmasıyla barışmırdı. O, fikirlərini bölüşməyə həmdərd axtarırdı.
Cahid Həsənov
Cahid Həsənov (12 noyabr 1966, Lənkəran) — Azərbaycanın tanınmış memarı. Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, Türkdilli Ölkələrin Beynəlxalq Araşdırmaları Elmlər Akademiyasının fəxri doktoru, professor == Həyatı == Cahid Mirnağı oğlu Həsənov 1966-cı ildə Lənkəran rayonunda anadan olub.1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (indi ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti) daxil olub və 1990-cı ildə oranı bitirib.1990–1995-ci ildə fərdi memarlıq-tikinti firmasında baş direktor kimi fəaliyyət göstərib.1996–1998-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin "Reklam və İnformasiya İdarəsin"nin rəisi çalışmışdır.1999–2003-cü illərdə Bakı şəhərində təsis "Memarlıq və Tikinti" firmasında baş direktor kimi fəaliyyət göstərmişdir,2003–2005-ci ildə Azərsun Holding firmasında Reklam departamendində aparıcı mütəxixəsis işləmişdir,2006–2008-ci illərdə Lənkəran Şəhərinin baş memarı vəzifəsində çalışmışdır.2009-cu ildən bu günədək "CH Architect" firmasının baş direktorudur."Lənkəranın memarlıq tarixi" adlı bir kitabın və on elmi məqalənin müəllifidir. 4 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Sumqayıt şəhərinin sosial və iqtisadi inkişafında xidmətləri "Tərəqqi" medalı ilə təltif olunub. Ailəlidir, iki övladı var.
Cahid Qayaoğlu
Cahid Qayaoğlu (türk. Cahit Kayaoğlu; 29 dekabr 1976, Elazığ) — Zaza kökənli Türkiyəli ssenarist və aktyor. Qurdlar Vadisi Pusqu serialında canlandırdığı Cahid Qaya personajı ilə tanındı. == Həyatı və karyerası == Zaza kökənlidir. Daha əvvəl Atatürk Hava Limanı Beynəlxalq Terminalında polis məmuru olaraq çalışdı. Qurdlar Vadisi Pusqu serialında 9-10 mövsümlər (230–300 bölümlər) ssenarisini yazdı və 4-10 mövsümlər (77–300 bölümlər) Cahid Qaya personajını canlandırdı. Qurdlar Vadisi Pusqu serialı ilə yanaşı Qurdlar Vadisi Vətən filmində ssenarisini yazdı və rol aldı.
Mühid Orucov
Cahid Quliyev
Cahid Süleyman oğlu Quliyev (10 yanvar 1928, Ağdam — 16 iyul 1991, Bakı) — Fəlsəfə elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm xadimi == Həyat == Quliyev Cahid Süleyman oğlu 10 yanvar 1928-ci il tarixində Azərbaycan Respublikasının Ağdam şəhərində anadan olmuşdur. 1944-cü ildə Ağdam şəhərində orta məktəbi bitirdikdən sonra Ağdam şəhərindəki iki illik müəllimlər institutunun fizika-riyaziyyat ixtisasına daxil olmuş, 1946-cı ildə həmin institutu bitirmişdir. Həmin il Cahid Süleyman oğlu Quliyev S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuş, 1951-ci ildə bu təhsilini də müvəffəqiyyətlə başa vurmuşdur. 1951-ci ildə universitetin fəlsəfə şöbəsini bitirdikdən sonra C. S. Quliyev taleyini Azərbaycan Dövlət Pedaqoji İnstitutuna bağlamış, ömrünün 40 ilini respublika üçün müəllim kadrların hazırlanması işinə həsr etmişdir. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin elmi sovetində "Fəhlə və kəndlilərin ittifaqını möhkəmləndirmək kommunizm quruculuğu üçün mühüm şərtdir" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmlər namizədi alimlik dərəcəsi almışdır. 1962-ci ildə ona dosent elmi adı verilmişdir. Fakültə dekanı vəzifəsində çalışan C. S. Quliyev 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin elmi sovetində "İncəsənətdə humanizm" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır. 1974-cü ildə ona professor elmi adı verilmişdir. Bu illərdə C. S, Quliyev elmi kommunizm kafedrasının müdiri vəzifəsində çalışmışdır. === Həyatı === 1957-ci ildə Quliyeva Tamilla Talıb qızı ilə ailə həyatı qurmuş, 16.07.1991-ci il tarixində dünyasını dəyişmişdir.