Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnori Minase
İnori Minase (水瀬 いのり, Minase Inori, d. 2.12.1995) — Yaponiya səs aktrisası və müğənnisi. Sony Music Entertainment Japan şirkətinin budaq şirkəti olan Sony Music Artists üçün fəaliyyət göstərir. 2015-ci ilin dekabrında King Records leyblı altında müğənni kimi debüt etmişdir. 2016-cı ilin martında "The Anthem of the Heart" anime filmindəki Cun Naruse roluna və "School-Live!" anime serialındakı Yuki Takeya rolunda görə 10-cu Seyyu mükafatı tədbirində "Ən yaxşı baş rol" kateqoriyasında mükafat sahibi olmuşdur.
Münke xaqan
Münke xaqan (ən tezi 10 yanvar 1209, Böyük Monqol imperiyası – 11 avqust 1259) - Möngkə qaan adı ilə tanınan Monqol imperatoru. 1251-1259-cu illərdə hakimiyyətdə olmuşdur. == Hakimiyyətə gəlişi == Qızıl Ordu dövlətinin başçısı Batının köməyi ilə Münke 1251-ci ildə xaqan oldu . XIII əsrin 50- ci illərində İranda, Ərəb İraqında, Ön Asiyanın digər ölkələrində elə ərazilər var idi ki, onlar nə iqtisadi, nə də strateji cəhətdən tabe edilməmişdi. Bu əraziləri tabe etmək üçün böyük hərbi ekspedisiya hazırlandı və həyata keçirmək üçün Ali Monqol Xaqanı Münke öz qardaşı Hülakü xanı başda olmaqla göndərdi.
Münke xaqanın sikkələri
Münke xaqanın sikkələri - Monqol imperatoru Münke xaqanın hakimiyyəti illərində (1251 – 1259)dövriyyədə olan pul sikkələri. == Ümumi məlumat == AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan,Monqol imperatoru Munqke qaan (1251 – 1259) dövrünə aid Təbriz dirhəmləri XIII əsrin I yarısına dair Azərbaycan zərbxanaları,eləcə də, həmin dövrün pul dövriyyəsi haqqında məlumat toplamağa yardım edir . == Səciyyəvi xüsusisiyyətləri == Üst tərəfinə altıguşəli sikkə möhüründə “qaan əl-adil” (ədalətli qaan), arxa tərəfinə “tovhid” ifadələri, zərbxana, hicri qəməri təqvimi ilə zərb ili olan bu sikkələrin zərbi, bəzi fasilələrlə, hicri 683 = 1284-cü ilədək davam etmişdir. Şəkil 1. NF 7935. Çingizilər. Təbriz, 652 = 1254 - 1255, d – 24-25 mm, 2,48 q Şəkil 2. NF 10890. Çingizilər. Təbriz, d – 24 mm, 2,6 q (“həzə dinar” – “bu dinar” sözləri ilə) == Tapılma yerləri == Azərbaycan Respublikası ərazisində aşkarlanan numizmatik tapıntılar, Çingizilər dövründə Təbriz, Gəncə, Laçın, Beyləqan, Kiran (Naxçıvan MR, Ordubadda yaşayış yeri) və d.
Kuntze
Otto Kuntze (alm. Karl Ernst Otto Kuntze‎; 23 iyun 1843, Leypçiq — 1907, San-Remo) — alman botaniki və səyyahı. == Elmi işləri == Taschen-Flora von Leipzig. — Leipzig, 1867. Rubus-Reform deutscher Brombeeren. — 1867. Cinchona. — Haessel, 1878. (alm.) Um die Erde. — Leipzig, 1881.
Minarə
Minarə (ərəb. منارة‎) vəya Güldəstə (fars. گلدسته‎) — Azan vermək üçün məscidlərin yanında və ya üstündə ucalan qüllə.
Çünzə
Çünzə-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Çünzə-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Cənazə evi
Cənazə evi (ing. Funeral home) - Vəfat etmiş şəxsin dəfn edilməzdən əvvəl saxlanılması üçün nəzərdə tutulmuş fərdi və inzibati evlər. Cənazə evləri XIX əsrdə Amerika Birləşmiş Ştatlarında geniş yayılmışdır. XIX əsrdə cənazə evləri ölüm elanlarının hazırlanması, vəfat etmiş şəxslərin saxanılması, onlara xüsusi tibb baxımın həyata keçirilməsi və vəfat etmiş şəxs barədə müxtəlif sənədləşmə işlərinin həyata keçilməsi kimi xidmətlər göstərirdilər. Müasir dövrdə də cənazə evlərinin xidmət sahələri arasında ciddi bir dəyişiklik olmamışdır.
Galium murale
Galium murale (lat. Galium murale) — boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonim == Aparinanthus muralis (L.) Fourr. Aparine minima All. ex DC. Aspera muralis (L.) Lowe Aspera nutans Moench Galium apsheronicum Pobed. Galium calvipes Pau Galium filiforme (Aiton) Roem. & Schult. Galium fragile Pourr. ex DC. Galium minimum Roem. & Schult.
Le-Mutare
Le-Mutare (fr. Le Moutaret) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Riv kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38268. Kommunanın 2012-ci il üçün əhalisi 237 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 320 ilə 1089 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 40 km şimal-qərbdə yerləşir.
Minarə Tahirova
Minarə Məmməd qızı Tahirova (1936, Göyçay rayonu, Zaqafqaziya SFSR, SSRİ – 20 oktyabr 2017, Sumqayıt, Azərbaycan) — Azərbaycan Respublikasının Əməkdar müəllimi, "Şöhrət" ordenli pedaqoq.Uzun müddət 1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. == Həyatı == Minarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə o vaxtkı APİ-nin Tarix fakültəsinə daxil olmuşdur. 1959-cu ildən taleyini Sumqayıtla bağlayıb. O, bu şəhərə münasibətini belə ifadə edir: Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini, 23 saylı məktəbdə direktor vəzifəsidə çalışmışdır. 1981–1983-cü illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri, 1983–1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləmişdir. 1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. Həmin lisey uzun müddət Sumqayıtda "Minarənin liseyi" adı ilə tanınıb. 20 oktyabr 2017-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. Onunla vida mərasimi Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində keçirilib.
Minarə məscidi
Minarə məscidi (az.-əbcəd میناره مسجیدی‎) — Qacarlar dönəmində Urmiyada Hacı Əliyarxan sifarişi ilə tikilmiş tarixi məscid. == Haqqında == Minarə məscidi Qacarlar dönəmində və 19-cu əsrin sonlarında tikilib. Minarə məscidində 1908-ci ildə quruculuq işləri aparılaraq, restavrasiya edilmişdir. Bu məscid Urmunun başqa məscidləri ilə fərqli olaraq, bir uca minarəyə malik olmasına görə belə adlandırılmışdır. İndilikdə məscid Urmunun mərkəzi hissəsi olan İmam xiyabanında yerləşir. == Memarlıq xüsusiyyətləri == Minarə məscidi kiçik bir məscid olaraq, həyət, eyvan və hovuzu yoxdur. Bu məscid bir uca minarəsi olmaqla, günbəzsizdir. Amma damının qabarıq olmasına görə ilk baxanda günbəzli bir məscidə bənzəyir. Məscidin tikintisində işlədilən əsas materiallar kərpic, daş və ağacdır. Məscid minarəsinin hündürlüyü 22,5 metr olmaqla eni aşağıdan yuxarıya azalır.
Minayə Azaflı
Minayə Azaflı (Zeynaova Minayə Mikayıl qızı; d. 1952, Azaflı kəndi, Tovuz rayonu, Azərbaycan) — Azərbaycan aşığı. == Həyatı == Zeynalova Minayə Mikayıl qızı (Dilarə Azaflı) 1952-ci ildə Tovuz rayonunun Azaflı kəndində aşıq Mikayıl Azaflının ailəsində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 2000-ci ildə isə Yenidən Hazırlanma Bakı Baş İnstitutunda təhsilini davam etdirmiş, psixoloq ixtisasına yiyələnmışdir. Hazırda filoloq-psixoloq kimi fəaliyyət göstərir. Ailəlidir, dörd övladı var. == Yaradıcılığı == İlk şeirləri dördüncü sinifdə oxuyanda "Azərbaycan pioneri" qəzetində çap olunub. "Aşıq Pəri" şeirlər kitabında şeirləri nəşr olunub. Bir çox televiziya verilişlərində çıxışları olub.
Minayə Əkbərova
Minayə Əkbərova (19 iyul 2001, Ağcabədi) — Azərbaycanı təmsil edən taekvondoçu. == Həyatı == Minayə Tapdıq qızı Əkbərova 2001-ci il iyulun 19-da Ağcabədi şəhərində anadan olub. == Karyerası == === 2014–2015-ci illər: Yeniyetmələrin Dünya Çempionatında gümüş medal === Minayə Əkbərova beynəlxalq səviyyə birinci uğuruna 2014-cü ildə Lommel şəhərində baş tutan yeniyetmələr arasında "Belgian Open" beynəlxalq turnirində imza atdı. Turnirin yarım-final mərhələsidə Çexiya nümayəndəsi Sara Xattibovanı 8:4, final görüşündə isə Xorvatiya təmsilçisi Lara Peteni 5:4 hesabı ilə məğlub edən Minayə Əkbərova, "Belgian Open" beynəlxalq turnirinin qalibi oldu. Daha sonra o, Avstriyada baş tutan "Austrian Open" beynəlxalq turnirində mübarizə apardı. Turnirin yarım-final mərhələsidə İtaliya nümayəndəsi Sofiya Zampettiyə 11:10 hesabı ilə qalib gələn Minayə Əkbərova, final görüşündə Çexiya təmsilçisi Sara Xattibovaya 0:4 hesabı ilə məğlub oldu və "Austrian Open" beynəlxalq turnirinin gümüş medalına oldu. 2014-cü ilin əsas turniri iyulda Azərbaycanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatı oldu. Turnirin 1/8 final mərhələsində ABŞ nümayəndəsi Ashleigh Rose Oganı 4:2, 1/4 final mərhələsində Birləşmiş Krallıq təmsilçisi Şayanne Sarsozanı 5:2, 1/2 final mərhələsində isə Rusiya nümayəndəsi Yelizaveta Rojinanı 5:2 hesabları ilə məğlub edən Minayə Əkbərova turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə o, İran təmsilçisi Mahla Momenzadəyə 1:6 hesabı ilə məğlub oldu və yeniyetmələr arasında Dünya Çempionatının gümüş medalına sahib oldu.Minayə Əkbərova 2014-cü ilin noyabrda Antalya şəhərində baş tutan yeniyetmələr arasında Klublararası Avropa Çempionatında çıxış elədi. "Gilan" TK üzvü olan Minayə Əkbərova, turnirin bürünc medalına sahib oldu.
Minayə Əliyeva
Minayə Əlisahib qızı Əliyeva (14 noyabr 1943, Sabirabad rayonu) — azərbaycanlı dövlət və siyasi xadim Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Minayə Əliyeva 1943-cü il noyabrın 14-də Sabirabad rayonunda anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində filologiya üzrə ali təhsil alıb. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Minayə Əliyeva ailəlidir, 2 övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçkilərində 82 nömrəli Sabirabad dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Minayə Əliyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Minayə Əliyeva Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Mulane (mahal)
Mulane — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. == Coğrafiya == Mulane ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Mulane şəhəridir. Mahal şərqdə Falombe mahalı, cənubda Mozambik, şimalda Zomba mahalı, qərbdə Çiradzulu mahalı və Tayolo mahalı ilə qonşudur. == Əhali == Mulane mahalında 525,429 nəfər yaşayır.
Mulane dairəsi
Mulane — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. == Coğrafiya == Mulane ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Mulane şəhəridir. Mahal şərqdə Falombe mahalı, cənubda Mozambik, şimalda Zomba mahalı, qərbdə Çiradzulu mahalı və Tayolo mahalı ilə qonşudur. == Əhali == Mulane mahalında 525,429 nəfər yaşayır.
Münirə Sultan
Münirə Sultan (d. 10 dekabr 1844, İstanbul – ö. 1862, İstanbul) — 31. Osmanlı padşahı I Əbdülməcidin qızlarındandır. == Həyatı == 1844-cü ildə İstanbulda Topqapı Sarayında dünyaya gəlmişdir. Atası I Əbdülməcid, anası Verdicanan xanımdır. Atasının istəyilə Qərb musiqisi öyrədildi. Piano və ud ifa edə bilirdi.İki dəfə nigahlanmışdır. İlk evliliyi Misir xədivi Abbas Hilmi Paşanın oğlu İbrahim Hilmi Paşa ilə baş tutdu. Cütlüyün 1854-cü ilin aprelində İstanbuldakı Şəmsi Paşa sarayında baş tutan nişan mərasimi olduqca dəbdəbəli keçirildi.
Otto Kuntze
Otto Kuntze (alm. Karl Ernst Otto Kuntze‎; 23 iyun 1843, Leypçiq — 1907, San-Remo) — alman botaniki və səyyahı. == Elmi işləri == Taschen-Flora von Leipzig. — Leipzig, 1867. Rubus-Reform deutscher Brombeeren. — 1867. Cinchona. — Haessel, 1878. (alm.) Um die Erde. — Leipzig, 1881.
Robert Muqabe
Robert Muqabe (şo. Robert Gabriel Mugabe [muɡaɓe], ing. Robert Gabriel Mugabe [muːˈɡɑːbiː]; 21 fevral 1924[…], Kutama[d], Cənubi Rodeziya[d], Britaniya İmperiyası – 6 sentyabr 2019[…]) — Zimbabvenin ikinci prezidenti (21 fevral 1924[…], Kutama[d], Cənubi Rodeziya[d], Britaniya İmperiyası – 6 sentyabr 2019[…]), diktator. == Həyatı == 21 fevral 1924-cü ildə Kutama qəsəbəsində anadan olan Muqabenin atası dülgər, anası isə Britaniya müstəmləkəsi olan Cənubi Rodeziyadan (indiki Zimbabve) müəllimə idi. == Təhsili == Muqabe ibtidai təhsilini katolik məktəbində almış, ali təhsilini isə Cənubi Afrika Respublikasındakı qaralar üçün nəzərdə tutulmuş universitetdə davam etdirmişdir. Bakalavr təhsilini bitirdikdən sonra bir müddət Qana Respublikasında müəllim işləmişdir. == Siyasi fəaliyyəti == Ölkəsinə geri qayıdarkən burada irqi mübarizənin gərginləşdiyini görən Muqabe müəllimlik işini buraxaraq, siyasi fəaliyyətə başlayır və Coşua Nkomonun yaratdığı Zimbabve Xalq İttifaqına qoşulur. 1963-cü ildə Coşua ilə gərgin münasibətlərinə görə Coşuadan ayrılıb özünə yeni partiya qurur. === Həbsi === Yeni partiya rəhbəri olduqdan qısa müddət sonra həbs edilərək 11 il cəza çəkir. Bu illər o, çox əziyyət çəkir, işgəncələr görür, hətta xəstəlikdən dünyasını dəyişmiş üçyaşlı oğlunun dəfninə də onu buraxmırlar.
Yivli minarə
Yivli Minarə — Antalyadakı ilk İslam tikililərindəndir. XIII əsrə aid bir Səlcuqlu əsəridir. == Memarlıq == Qaydası kəsmə daşdandır. Gövdə hissəsi kərpic və firuzə rəngli çinilərdən tikilmişdir. 8 Yivlidir. Minarə hazırda Antalya şəhərinin simvolu halına gəlmişdir. Hündürlüyü 38 mt olub 90 pilləli pilləkən ilə çıxılır. Yivli minarənin bir qismi kərpic və firuzə rəngli kaşılardan yaranmışdır. Yivllərinə görə Yivli Minarə adı verilmişdir. == Külliyə == Qalaqapısı səmtində yerləşən və çoxsaylı Səlcuqlu yaradıcılığından ibarət əsərlər birliyidir.
İsa Munayev
İsa Munayev (20 may 1965, Yandi[d], Çeçen-İnquş MSSR – 1 fevral 2015, Debaltsev, Donetsk vilayəti) — Çeçenistan-Ukrayna səhra komandiri, Birinci və İkinci Çeçenistan müharibələrinin, həmçinin Ukraynanın şərqindəki müharibənin iştirakçısı. Tanınmamış Çeçen İçkeriya Respublikasının Silahlı Qüvvələrinin briqada generalı. Birinci Çeçenistan müharibəsində Lemi Munayev adına 1-ci hücum batalyonunun komandiri, İkinci Çeçenistan müharibəsində isə Qroznı komendantı və Çeçenistan Respublikasının cənub-qərb müdafiə sektorunun, Cövhər Dudayev adına batalyonunun komandiri. Debaltsev uğrunda gedən döyüşlərdə öldürülmüşdür. == Bioqrafiyası == 20 may 1965-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Açxoy-Martan rayonu ərazisində anadan olmuşdur. Doğulduğu yer haqqında dəqiq məlumat yoxdur: bəzi mənbələrdə Alxan-Qala kəndi, digərlərində Yandı kəndi göstərilir (Munayev 1977-ci ildə ailəsi ilə birlikdə Alxan-Qalaya köçüb). 18 yaşında orduya çağırılır. Təsdiq edilməmiş məlumatlara görə, Munayev 2 il Əfqanıstanda xidmət edir. Birinci Çeçenistan müharibəsi zamanı Munayev separatçıların tərəfində vuruşur. Lemi Munaev adına 1-ci hücum batalyonunun komandiri olaraq, milis polkovniki rütbəsinə sahib idi.
Əyri minarə
Əyri minarə (ərəb. منارة الحدباء‎) ― İraqın Nineva əyalətinin inzibati mərkəzi Mosul şəhərində, xüsusilə də Mosulda Dəclə çayının sağ sahilində (qərb) yerləşən Qədimi şəhər ərazisindəki böyük əl-Nuri məscidinin minarəsinə deyilir. == Tarixi == Əl-Nuri məscidi minarəsi ilə birgə əslən Səlcuq əmirlərindən olan Nurəddin Zəngi tərəfindən 1172-ci ildə tikilib. Əyri minarə və Ən-Nuri məscidi İraqın tarixi məscidlərindən biridir və onun yaşı təxminən doqquz əsrdir. Məscid şəhərdəki Əməvilər məscidindən sonra Mosulda tikilən ikinci məscid hesab olunur. Bir neçə dəfə yenidən qurulmuş, sonuncusu dəfə isə hicri 1363 / miladi 1944-cü ildə təmir edilmişdir. Məscid orijinal binanın yeganə qalan hissəsi olan şərqə doğru əyilmiş minarəsi ilə məşhurdur. Ona görə Əl-Hədbə (əyri) sözü adətən Mosulla əlaqələndirilir və bu mayaka bənzər minarə şəhərin ən görkəmli tarixi abidələrindən biridir. == Hazırkı vəziyyəti == Baxımsızlıq üzündən minarə uçmaq təhlükəsi ilə üzləşdiyindən İraqın Turizm və Qədim Əsərlər Nazirliyi tərəfindən bir neçə dəfə onu təmir etmək cəhdləri olub, lakin bu cəhdlər lazımi səviyyədə olmayıb. 2014-cü ildə İŞİD terror təşkilatı ilə döyüşdən sonra ciddi xəsarət alıb və daha sonra minarə bəzi videogörüntülərə görə elə içəridən yerləşdirilən partlayıcılarla partladılıb.
Aksel Munte
Aksel Martin Frederik Munte (31.10.1857, Oskarshamn – 11.2.1949, Stokholm) — İsveç həkimi, yazıçı. == Həyatı == 1857-ci ildə əczaçı ailəsində dünyaya gəlmişdir. 1874-cü ildə Upsala universitetinin tibb fakultəsinə daxil olmuşdur. Fakultənin ən parlaq və çalışqan tələbəsi olan Aksel Munte iki il sonra 1876 cı ildə ciddi xəstələnir. Həkimlərin qoymuş olduğu ağciyər qanaxması diaqnozundan sonra yeganə ümidlə cənuba, dəniz sahillərinə üz tutur. 1876-1878 ci illərdə Fransanın cənubunda, Monpele universitetində, 1878-1880 cı illərdə isə Paris universitetinin tibb fakultəsində təhsilini davam etdirərək, Fransada ən gənc diplomlu həkim olur. Hələ Parisdə oxuyarkən, işgüzarlığı, bilik və təcrübəliliyi ilə Jan-Martin Şarkonun diqqətini cəlb etmiş və onun rəğbətini qazanmış olur. 1880 cı ildə evləndikdən dərhal sonra Kapri adasına yaşamağa gedir. Onun peşəkar karyera nailiyyətləri özünə məxsusluğu ilə seçilir. 1881 ci ilin payızında Parisə dönərək avenyu Viledə öz praksisini açır.
Conatan Munoz
Conatan Munoz (10 noyabr 1995) — Meksikalı kişi ağır atlet. 69 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Meksikanı təmsil edir. Conatan Munoz dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
David Munoz
David Munoz (29 sentyabr 1964) — Panamalı atıcı. David Munoz Panamanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == David Munoz birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə hava tapançası yarışında iştirak etdi. Ümumilikdə 563 xal toplayaraq 46-cı yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Gunaz tv
Günaz TV — mərkəzi qərargahı Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində yerləşən Azərbaycan dilində fəaliyyət göstərən televiziya kanalı. 2004-cü ildə güneyli siyasi mühacir Əhməd Obalı tərəfindən təsis edilib. 2005-ci ilin may ayından canlı yayıma başlamışdır. == Haqqında == Günaz TV və ya Güney Azərbaycan Televiziyası müstəqil kütləvi informasiya vasitəsidir və 2004-cü ildə güneyli siyasi mühacir Əhməd Obalı tərəfindən təsis edilib. Telekanal Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərindən yayımlanır. Televiziya heç bir qrup və ya təşkilata bağlı deyil, Beynəlxalq İnsan Haqları, Bəyannamələr və Konvensiyalar əsasında fəaliyyət göstərir. Telekanalın öz fəaliyətində rəhbər tutduğu İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsində deyilir: GünAz TV 24 saat müxtəlif peyklər vasitəsilə Avropa, Yaxın Şərq, Afrikanın şimal hissəsi və Orta Asiyaya müxtəlif proqramlar yayımlayır. Televiziyanın verilişlərini istənilən vaxt rəsmi saytlarından canlı izləmək mümkündür. === Prinsipləri === İnsan hüquqları və demokratiyaya inanaraq bu istiqamətdə olan öhdəliklərə əməl etmək; Mənəvi-Əxlaqi dəyərlərə sadiq qalmaq; Fikir ayrılığına önəm vermək; İnformasiyanın azad dövriyyəsinin təmin edilməsi; İrqçilik, ayrı-seçkilik və qeyri-bərabərliklə mübarizə; Millətlərin hüquq bərabərliyinin təmini uğrunda fəaliyyət göstərmək; Sülhsevər olmaq, zorakılığın dayandırılması və məsələlərin dialoq və danışıqlar yolu ilə həllinə inanmaq. === Hədəfləri === İranda irqçilik və hökumətin ayrı-seçkilik siyasətinə qarşı dinc və mədəni fəaliyyət; Azərbaycan türkləri və İran adlanan coğrafiyanın digər bölgələrində yaşayan türklərin mədəni soyqırımı və dil asimilasyonuna qarşı mübarizə aparmaq; İran İslam Cümhuriyyəti hökuməti senzura, yalan və kütləvi informasiya vasitələrinə təzyiqlərlə Azərbaycan və digər türk toplumunda informasiyanın azad dövriyyəsinə mane olduğu üçün, Güney Azərbaycan türklərini maarifləndirmək məqsədi ilə ədalətli informasiya yaymaq; Azərbaycan və İrandakı digər türk bölgələrində demokratiya, insan hüquqları, söz və əqidə azadlığını inkişaf etdirmək məqsədi ilə prosesi təhlil etmək və informasiya çatdırmaq.
Muraz Cabbarov
Muraz İlham oğlu Cabbarov (7 mart 2000; Zağalı, Daşkəsən, Azərbaycan — 10 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Muraz Cabbarov 2000-ci il martın 7-də Daşkəsən rayonunda anadan olub. == Hərbi xidmətləri == 2018-ci ildə hərbi xidmətə başlayan Muraz Cabbarov xidmətinə Xüsusi Təyinatlı Qüvvələrdə davam eləmişdir.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Muraz Cabbarov Fizuli və Kəlbəcər döyüşlərində savaşıb. 10 oktyabr 2020-ci ildə Füzuli istiqamətində həlak olmuşdur. 2 noyabr 2020-ci il tarixində Daşkəsən rayonunun Şəhidlər xiyabanında dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Muraz Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Muraz Cabbarov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Muraz Cabbarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Muraz Cabbarov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.