Minayə Əliyeva

Minayə Əlisahib qızı Əliyeva (14 noyabr 1943, Sabirabad rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.

Minayə Əliyeva
24 noyabr 1995 – 12 noyabr 2000
Şəxsi məlumatlar
Doğum tarixi 14 noyabr 1943(1943-11-14) (81 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Minayə Əliyeva 1943-cü il noyabrın 14-də Sabirabad rayonunda anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində filologiya üzrə ali təhsil alıb. Rus dilini bilir. Minayə Əliyeva ailəlidir, 2 övladı var.

1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 82 nömrəli Sabirabad dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Minayə Əliyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Minayə Əliyeva Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[1][2]

  1. "I çağırış Azərbaycan Milli Məclisinin İnsan hüquqları Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
  2. "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.