Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müştəri
Müştəri: Müştəri — müəyyən xidmətlərdən istifadə edən şəxs. Digər tərəf (xidmət göstərən)vəziyyətdən asılı olaraq müxtəlif cür adlana bilər : ticarətdə — satıcı, proqramlaşmada — server və s. Müştəri (informatika) — serverə sörğu göndərən aparat və ya proqram komponenti. Müştəri (film) — 1994-cü ildə ABŞ-də istehsal edilmiş film.
Müştəri (dəqiqləşdirmə)
Müştəri: Müştəri — müəyyən xidmətlərdən istifadə edən şəxs. Digər tərəf (xidmət göstərən)vəziyyətdən asılı olaraq müxtəlif cür adlana bilər : ticarətdə — satıcı, proqramlaşmada — server və s. Müştəri (informatika) — serverə sörğu göndərən aparat və ya proqram komponenti. Müştəri (film) — 1994-cü ildə ABŞ-də istehsal edilmiş film.
Müştəri (informatika)
Klient (ing. Client) — fərdi istifadəçi funksiyaları yerinə yetirən və bir və ya bir neçə serverə qoşulan kompüterdir. Klientin sorğusu əsasında server şəbəkə istifadəçilərinə xidməti: fayllara, disklərə, çap qurğularına, elektron poçt sistemlərinə müraciəti təmin edir.
Mehr və Müştəri
"Mehr və Müştəri" hicri təqvimlə 778-ci ildə, miladi təqvimlə 1376-cı ildə Əssar Təbrizi tərəfindən fars dilində məsnəvi formasında yazılmış romantik poemadır. Əssar Təbrizi "Mehr və Müştəri" poemasının mövzusunu "Mehru-mah" adlı xalq dastanından almışdır. Əsər əruz vəzninin həzəc bəhrində yazılmışdır. 5120 beytdən ibarətdir. Pir Məhəmməd ibn Vəlid Əzmi əsəri türkcəyə çevirmişdir. M. Sultanov isə fars dilindən Azərbaycan dilinə çevirərək ayrıca kitab halında çap etdirmişdir Əsərdə İstəxr şəhərinin hakimi Şapurun oğlu Mehr və Şapurun vəzirinin oğlu Müştəri arasındakı sevgidən bəhs edilir. Gənclik illərindən bir-birini sevən bu iki oğlan, bütün ömürləri boyu çətinliklərlə üzləşmələrinə baxmayaraq ömürlərinin sonuna kimi sevgilərinə sadiq qalırlar. == Tədqiqi == Prof. M. H. Təhmasibin fikrincə, Mehr, Avestada adı tez-tez çəkilən "Mitra"dır. O, yazır: "Əslində, səhər günəşinin önüncə gəlib, axşam günəşini yola salan və ancaq o batdıqdan sonra çəkilən işığın antropomorfizmindən ibarət olub, gənc, gözəl və qüvvətli bir oğlan cildində təsvir edilən Mitr-Mehr uzun əsrlər boyu qələbə tanrısı, əhdi-peyman keşikçisi hesab edilmişdir." Mitr-Mehr obrazının bu əsatiri xüsusiyyətlərini Əssar Təbrizi də əks etdirmişdir.
Müştəri-qulluqçu arxitekturası
Müştəri-qulluqçu arxitekturası - işçi stansiyaların və serverin hesablama güclərindən (imkanlarından) maksimal səmərəli istifadə edilməsi məqsədilə idarəetmənin onlar arasında paylanmasına əsaslanan lokal şəbəkə (LAN) strukturu. Bu arxitekturada tətbiqi proqramın işlənməsi iki komponent – müştəri və server (qulluqçu) arasında bölüşdürülür. Meynfreymlərə əsaslanan çoxistifadəçili sistemlərin “lal” terminanlarından fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturasındakı müştərilər mükəmməl fərdi kompüterlər olur. Server olaraq başqa fərdi kompüterdən, minikompüterdən və ya menifreymdən istifadə edilə bilər; o, müştəriyə çoxistifadəçi mühitində işləməyin ənənəvi üstünlüklərini – verilənlərin idarəedilməsi imkanlarını, informasiyaya kollektiv erişməyi, verilənlərin şəbəkə administirasiyasını və qorunmasını verir. Özündən öncəki arxitekturalardan (meynfreym və fayl serveri) fərqli olaraq, “müştəri-qulluqçu” arxitekturası çərçivəsində çalışan proqram təminatının üzərində serverlər və işçi stansiyalar birgə işləyir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Mutter
Mutter (azərb. Ana‎) — Rammstein qruppunun üçüncü albomudur.
Muxtar
Muxtar — Azərbaycan kişi adı və təxəllüs. Muxtar Səqəfi — Hüseyn ibn Əlinin Kərbəla döyüşündəki ölümünün intiqamını almaq üçün İraqın Kufə şəhərində Əməvi xəlifəliyinə qarşı üsyana başçılıq edən mübahisəli bir erkən İslam inqilabçısı Muxtar Qasımov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Muxtar Maniyev — Azərbaycanın görkəmli kino aktyoru, Azərbaycanın xalq artisti (2000). Muxtar Həmzəyev (alim) — psixologiya elmləri doktoru, professor. Muxtar Şaxanov — tanınmış qazax yazıçısı, hüquqşünası, Qazaxıstanın Qırğızıstandakı səfiri Muxtar İbadov — aktyor, inzibatçı.Yaşayış məntəqələriMuxtar (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd.
Mir Yəhya Müztər
Mir Yəhya Mir Mustafa oğlu Müztər (Təbriz) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Mir Yəhya Mir Mustafa oğlu Cənubi Azərbaycanın Zunuz qəsəbəsində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Müztər təzəllüsü ilə şeir yazırdı. Divanı Təbriz şəhərində çap edilmişdi.
Ay müştəri... (film, 1986)
Ay müştəri... qısametrajlı sənədli süjeti rejissor Ceyhun Mirzəyev tərəfindən 1986-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə zavodlarda istifadəsiz qalan artıq avadanlıqlardan düzgün istafadə edilməməsindən bəhs edilir. == Məzmunu == Filmdə zavodlarda istifadəsiz qalan artıq avadanlıqlardan düzgün istafadə edilməməsindən bəhs edilir. == Film üzərində işləyənlər == Müəllif: C. Məlikov Rejissor: Ceyhun Mirzəyev Operator: Vaqif Muradov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Amblyseius murteri
Osman Muxtari
Siracəddin Osman Muxtari (1074 -1119) — Qəznəvi saray şairi. == Həyatı == Siracəddin Osman Muxtari Qəznəvi farsdilli ədəbiyyatda özünün 8 min beytlik divanı və “Şəhriyarnamə” poeması ilə məş-hurdur. Şairin bu poeması vaxtilə Firdövsinin yazdığı “Şahnamə” epopeyasının davamıdır. Poemada Rüstəmin nəticəsi Bərzunun oğlu Şəhriyarın qəhrəmanlığından bəhs olunur. Mifik qəhrəman olan Şəh-riyarın bütün şücaəti Hindistanda olur. Firdovsidə bəhs edilən İran-Turan artıq bu poemada yoxdur. Poemada Qəznəvilərin siyasəti ön plana çəkilmişdir. Burada müsəlman və qeyri-müsəlman olan hind tayfaları arasındakı mübarizədən bəhs olunur. Poema Sultan Məsuda III ithaf olunur. Muxtari onun üzərində üç il işləmişdir.
Proprioseiopsis murteri
Proprioseiopsis murteri (lat. Proprioseiopsis murteri) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü.
Le-Mutare
Le-Mutare (fr. Le Moutaret) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Riv kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38268. Kommunanın 2012-ci il üçün əhalisi 237 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 320 ilə 1089 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 40 km şimal-qərbdə yerləşir.
Mirzə Muxtar
Mirzə Muxtar Ağa Mirzə Əli Əsgər oğlu Məmmədov (ən tezi 1841 və ən geci 1859, Şuşa, Şuşa qəzası – təq. 16 yanvar 1929, Bakı) — Azərbaycanın ilk peşəkar aktyorlarından və Şuşada Azərbaycan teatrının yaradıcılarından biri, xanəndə, pedaqoq, musiqişünas. Mirzə Muxtar 1870–1883-cü illərdə Şuşada bir sıra tamaşaları səhnələşdirmiş, Gəncə və Tiflisdə müəllimlik etmiş, 1899-cu ildən isə Bakıda fərqli teatr truppalarında çıxış etmişdir. O, "Leyli və Məcnun", "Şah Abbas və Xurşid banu", "Əsli və Kərəm" operalarında müxtəlif rolların ilk ifaçısı olmuşdur. == Həyat və yaradıcılığı == === Şuşa dövrü === Mirzə Muxtar Mirzə Ələsgər oğlu Şuşa şəhərində musiqiçi ailəsində anadan olmuşdur. Atası Mirzə Əli Əsgər Qarabaği xanəndə, tarzən və kamança ifaçısı olmuş, Xurşidbanu Natəvanın atası Mehdiqulu xanın sarayında saray musiqiçisi vəzifəsinə layiq görülmüşdür. Mirzə Muxtar ilk təhsilini elə atasının yanında almış, muğamları ondan öyrənmişdir. Onun doğum ili müxtəlif mənbələrdə 1841, 1842, 1852 və 1859 kimi verilmişdir.Mirzə Muxtar əvvəlcə mədrəsədə, iki il sonra isə türk-rus (rus-tatar) mütərəqqi məktəbində təhsil almış, fars və rus dillərini mənimsəmişdir. Yeniyetmə yaşlarından Azərbaycan və fars dillərində lirik şeirlər, qəzəllər müəllifi kimi tanınmışdır. Bundan əlavə, Xarrat Qulunun muğam məclislərində yaxından iştirak etmiş, "Segah", "Mahur-Hindi", "Qatar bayatısı" muğamlarını ifa etmişdir.
Muxtar (Xocalı)
Muxtar (əvvəlki adı: Mxitarikənd) — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Mxitarikənd kəndi Muxtar kəndi adlandırılmışdır. Kənd 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Hazırda Rusiya Federasiyası Sülhməramlı Qüvvələrinin nəzarəti zonasındadır. == Toponimikası == XIX əsrdə Çar Rusiyasi Azərbaycanı işgal etdikdən sonra gəlmə ermənilər burada yerləşdirilmiş və bir müddət Mxitarikənd adlandırılmışdı. 1992-ci ildən kəndin adı Muxtar kimi rasmiləşdirilmişdir. Oykonimi şəxs adı ilə əlaqələndirirlər. Ermənilər tərəfindən Mxitarişen adlandırılır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Muxtar (Əsgəran)
Muxtar (əvvəlki adı: Mxitarikənd) — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Mxitarikənd kəndi Muxtar kəndi adlandırılmışdır. Kənd 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Hazırda Rusiya Federasiyası Sülhməramlı Qüvvələrinin nəzarəti zonasındadır. == Toponimikası == XIX əsrdə Çar Rusiyasi Azərbaycanı işgal etdikdən sonra gəlmə ermənilər burada yerləşdirilmiş və bir müddət Mxitarikənd adlandırılmışdı. 1992-ci ildən kəndin adı Muxtar kimi rasmiləşdirilmişdir. Oykonimi şəxs adı ilə əlaqələndirirlər. Ermənilər tərəfindən Mxitarişen adlandırılır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Muxtar Abdullayev
Muxtar Nağı oğlu Abdullayev (1896, Nuxa – 13 oktyabr 1937, Bakı) — Nuxa (Şəki) şəhər sovetinin sədri, repressiya qurbanı. == Haqqında == 16.08.1937-ci ildə "vətən xaini" kimi həbs olunub. Kommunist partiyanın rəhbərlərindən biri kimi "Stalin güllələnmə siyahi"nda idi.13 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəmənini Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən "vətən xaini" kimi I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. 20 ildən sonra, 6 iyun 1957-ci ildə SSRİ Ali Məhkəmənini Hərbi Kollegiya ona bəraət verildi.Ailə tərkibi: həyat yoldaşı :Həyat Abdullayeva, oğlanları Məmməd — 13 yaş, Əhməd — 9, Firidun — 5 yaş,Rafiq, qızları :Zümrüd - 17 yaş, Yaqut - 15 yaş, Barat — 10 yaş, Qüdrət — 8 yaş,Rəna — 6 aylıq.
Muxtar Abduyev
Muxtar Abduyev - kənd təsərrüatı elmləri doktoru (1966), professor (1971). == Həyatı == Muxtar Abduyev 1926-cı ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olmuşdur. 1941-ci ildə Ağdaş rayon 3 saylı orta məktəbini, 1944-cü ildə isə Ağdaş Pedaqoji Məkətbini bitirmişdir. M. Abduyev 1951-ci ildə ADU-nun geoloji-coğrafiya fakültəsini bitirdikdən sonra torpaqşünaslıq ixtisası üzrə Azərbaycan SSR EA-nın aspiranturasına daxil olmuş və 1956-cı ildə "Şirvan düzünün şərq hissəsi torpaqlarında şorluğunun dinamikası" mövzusunda dissertasiya müdafiə ederək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini almışdır. 1955-1965-ci illərdə apardığı gərgin elmi tədqiqatlar müsbət nəticəsini vermişdir. Abduyev ilk dəfə olaraq "Delüvial formalı şorlaşmış torpaqlar və onların meliorasiyası məsələləri" mövzusunda doktorluq dissertasiyası (1966) müdafiə etmişdir. 1971-ci ildə ona professor dərəcəsi verilmişdir. 16 iyul 1979-cu ildə vəfat etmişdir. == Fəaliyyəti == M. Abduyev 1954-1956-cı illərdə kiçik elmi işçisi, 1956-1968-ci illərdə baş elmi işçi vəzifələrində, 1968-1979-ci illərdə isə Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işlər üzrə müavin vəzifəsində çalışmışdır. M. Abduyev həmçinin Azərbaycan SSR EA Rəyasət Heyətinin Torpaqşünaslıq və Meliorasiya Problemlərinin Koordinasiya Şurasının üzvi kimi respublikada elmi-tədqiqat işlərinin təşkilində və inkişafında fəal iştirak etmişdir.
Muxtar Auezov
Muxtar Omarhan oğlu Əvəzov ( qaz. Мұхтар Омарханұлы Әуезов, rus. Мухтар Омарханович Ауэзов; 28 sentyabr 1897 — 27 iyun 1961) — qazaxıstanlı pedaqoq, yazıçı, tərcüməçi, tənqidçi, siyasətçi, mütəfəkkir. == Həyat və fəaliyyəti == Qazaxstanın yazıçılarından biridir. Qazax dastanları və ümumi türk ədəbiyyatı ilə araşdırmalar etmiş, hekayə, tərcümə, sınaq, roman növlərində əsərlər yazmışdır. Özü üçün “Şərqin Şolohovu ” və ya “ İkinci Abay ” ləqəblərindən istifadə etmişdir. Qazax ədəbiyyatında qərb tərzində nəsr ənənəsinin ilk nümayəndəsi hesab edilir.О, qazaх məktəblərinin şagirdləri üçün ilk dərs vəsaiti olan “Qırğız müntəxabatı” kitabını hazırlayır. Kitabda pedaqoqun “Gəlin, uşaqlar, oxuyaq”, “Biliklərə yiyələnən xalqlar”. “Kasıb olsan da oğurluqla dost olma”, “Akının ədalətli sultana müraciəti”, “Yay”, “Çay” və digər şeirlərində müxtəlif səpkili ictimai-sosial, tarixi, etik-fəlsəfi, doğma təbiət səhnələri, aydın və sadə formadan istifadə edilməklə qələmə alınmışdır. Çoxsaylı pyeslər (“Enlik və Kebek”, “El ağası”, “Baybişə və tokal”, “Ayman-Şolpan”, “Sərhəddə”, “Xan Kenə”, “Ağ ağcaqayın”, “Oktyabr uğrunda”, “Abay” – L.Sobolevlə birlikdə və s.), hekayələr və povestlər (“Fırtına”, “Yetim nəsibi”, “Oxumuş vətəndaş”, “Çöl hekayələri”, “Evlənmə”, “Yaslı gözəl”, “Qanlı gecə”, “Karaş-karaşda olay” – Aşırımda atəş”, “Barımta”, “Gənc nəsil” və s.
Muxtar Avşarov
Muxtar Həsən oğlu Avşarov (14 fevral 1914, İrəvan – 6 dekabr 2004, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2002). == Həyatı == 90 il insan həyatında dünyagörüşün tamam formalaşdığı, keçmiş həyat yolunun dolğunlaşaraq mənalı təsdiqi, həmçinin çəkdiyi əməyin və yaradıcılığın çiçəklənərək bəhrə verməsi üçün şərəfli, həm də uzun bir yoldur. Bu ömür yollarında püxtələşərək qüdrətli sənətkara çevrilən Muxtar Avşarovun sənət aləmində izləri bu gün də onu sevən minlərlə insanın qəlbindən silinməyib. Şablonçuluqdan uzaq, sənətə özünəməxsus dəsti-xəttini, istedadlı tapıntılarını, və əvəzolunmaz peşəkarlıq keyfiyyətlərini özündə təcəssüm etdirən M. Avşarov bu gün də unudulmayıb, ürəklərdə yaşayır. Əsərlərdəki oynadığı rolların böyük və kiçikliyindən asılı olmayaraq personayın fikrini, düşüncələrini özünəməxsus tərzdə təbii boyalarla vermək arzusu, rolun səciyyəvi xüsusiyyətlərinə uyğun davranış, əvvəldən axıradək bu xəttin düzgün aparılması M. Avşarovun sənət amalı olmuşdur. Belə ki, əsərlərdəki surətlərin müsbət və yaxud mənfi olmasından asılı olmayaraq onların daxili çalarlarını peşəkarcasına, düzgün tapdığına görə M. Avşarovu tamaşaçılara sevdirmişdir. O, böyük sənətkarlığı ilə bərabər, övladları üçün qayğakeş, mehriban ata, nəvələri üçün örnək baba, bütün xalqı və milləti üçün el ağsaqqalı idi. Ömrünün 90 ilinin 65 ilini peşəkar səhnəyə bağlamış, zəngin dünyagörüşünə malik, həyatının hər bir anında daima səhnəni düşünən, kiçik yaşlarımdan tanıdığım, tez-tez ünsiyyətdə olduğum, sənətinə pərəstiş etdiyim nurani sənətkarımız barədə ad günündə məqalə hazırlamağı özümə borc bildim. Etiraf edim ki, sənətkar barəsində keçmiş zamanda yazmağa çox çətinlik çəkirəm. Muxtar Həsən oğlu Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində anadan olmuşdur.
Muxtar Aymaxanov
Muxtar Rabatoviç Aymaxanov — (qaz. Мұхтар Рабатұлы Аймаханов, 1 yanvar 1967-ci il təvəllüdlü) - Yuri Qaqarin adına Kosmonavtlar Tədqiqat İnstitutu dəstəsinin sınaq kosmonavtı. Milliyyətcə qazax olan Aymaxanov 2012-ci ildən — Rusiya kosmonavt korpusuna yazılmaq və kosmik uçuşlar həyata keçirə bilməsi üçün Qazaxıstan Respublikasının vətəndaşlığını dəyişdirərək Rusiya Federasiyası vətəndaşlığını qəbul edir. Kosmik uçuşlarda təcrübəsi yoxdur, kosmonavtlar korpusunun ixtisaslaşması və təkmilləşdirilməsi qrupunda təlim keçir. S. I. Vavilov adına Təbiət və Texnologiya Elmləri Tarixi İnstitutunun elmi işçisidir. == Həyatı == SSRİ, Qazaxıstan SSR-in Qızılorda vilayətinin, Cosalı kəndində anadan olmuşdur (indiki Qazaxıstan Respublikası, Qızılgül vilayəti).Məktəbdə oxuyarkən Alma-Ata uçan klubunda uçuş təlimini keçir. 1988-ci il Çerniqov Ali Hərbi Aviasiya Məktəbini bitirib "pilot-mühəndis" ixtisasına yiyələnir.1988-ci ildən bəri SSRİ Silahlı Qüvvələrinin Hava Qüvvələri sıralarında, daha sonra Qazaxıstan Respublikasının Hərbi Hava Qüvvələrində ehtiyat kapitanı olaraq xidmət etmişdir. 1993-1998-ci illərdə hərbi xidmətdən ayrıldıqdan sonra Qazaxıstan Fond Birjasında, Orta Asiya Depozit Sistemi Altın-Kazna ASC, Terminal LLP, MAAGBOL LLP-də çalışıb. 2002-ci ildə "Adilet" Ali Hüquq məktəbinin hüquqşünaslıq ixtisasını bitirib. Elə həmin il "Altın-Konsalt" LLP-nin baş direktoru olur.
Muxtar Babayev
Muxtar Babayev (16 oktyabr 1967, Bakı) — Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri, Azərbaycan Respublikasının Milli Məclisi IV və V çağırış deputatı, Azərbaycan Alpinizm Federasiyasının prezidenti. == Həyatı == Muxtar Bahadur oğlu Babayev 1967-ci il, 16 oktyabr tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. 1986–1988-ci illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını bitirib. 2000-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının "Dünya iqtisadiyyatı" ixtisasını bitirib.1991–1992-ci illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində çalışıb. == İctimai-siyasi fəaliyyəti == 1992–1993-cü illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib. 1994–2003-cü illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində, 2003–2007-ci illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində çalışıb. 2007–2010-cu illərdə SOCAR-ın Ekologiya üzrə vitse-prezident vəzifəsində işləyib.
Muxtar Bisavad
Muxtar Bisavad Kərpalı oğlu — şair. == Həyatı == Muxtar Bisavad Kərpalı oğlu 1847-ci ildə Bakının Maştağa kəndində anadan olmuşdur. Gənc yaşlarından şeirler yazmağa başlamış, özünə "Bisavad" təxəllüsünü götürmüşdür. Bakı-Abşeron kəndlərində keçirilən şeir məclislərində iştirak etmiş, dövrünün şairlərindən, elm adamlarından öyrəndiklərilə savadını artırmış, Nizami, Füzuli, Sədi, Hafiz, Xəyyam, Seyid Əzim kimi sənətkarların yaradıcılığından bəhrələnmişdir. Yaradıcılığında əsas yeri qəzəl, növhə tutmuş, lakin təmsillər, felyetonlar həcvlər də yazmışdır. Məcməüş-şüəra ədəbi məclisinin üzvü olmuşdur. Şair 1938-ci ildə ruhi xəstəlikdən vəfat etmiş, Buzovnada dəfn olunmuşdur.
Muxtar Dadaşov
Muxtar Baba oğlu Dadaşov (11 sentyabr 1913, Bakı – 7 may 1998, Bakı) — Azərbaycan rejissoru, kinooperator, ssenarist, Azərbaycan SSR xalq artisti (1976), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980). == Həyatı == Muxtar Baba oğlu Dadaşov 11 sentyabr 1913-cü ildə Bakıda anadan olmuşdur. 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedir. Orada da bir sıra filmlərin çəklişində iştirak edir. 7 may 1998-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == Hələ erkən yaşlarından tale onun yolunu böyük sənət məbədindən salır. 1924-cü ildə ilk dəfə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsinə çıxmış, dörd il sonra C. Cabbarlının "Sevil" pyesinin ilk tamaşasında Gündüzü oynamışdır. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayır. Eyni zamanda tamaşalarda kiçik rollar oynayır.1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə düzəlir. Bir sıra sənədli və bədii filmlərin lentə alınmasında iştirak edir.Moskvada təhsilini başa vurduqdan sonra böyük ümidlərlə vətənə dönür, kinostudiyada operator işinə qayıdır.Muxtar Dadaşovun sənədli filmləri Azərbaycan kinosu tarixində əhəmiyyətli yer tutur.
Muxtar Hacıyev
Muxtar Hacı oğlu Hacıyev (dekabr 1876, Fərəhli, Qazax qəzası – 21 aprel 1938, Bakı) — Azərbaycan və sovet dövlət xadimi, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin ilk sədri (1921–1922). == Həyatı == Muxtar Hacıyev 1876-cı ildə Qazax qəzasının Fərəhli kəndində doğulmuşdur. 1897-ci ildən Bakıda fəhlə işləmişdir.Repressiya qurbanı olmuşdur. 1938-ci ildə ölmüşdür. == Siyasi fəaliyyəti == Muxtar Hacıyev Hümmət Partiyasının üzvü, 1904-cü ildən etibarən isə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Muxtar Hacıyev Bakıda fəhləlik etdiyi dövrdə keçirilmiş fəhlələrin nümayiş və tətillərində iştirak etmişdir. O, Neft Sənayesi Fəhlələri İttifaqı və Mədən Zavod Komitəsinin üzvü olmuşdur.Muxtar Hacıyev 1908–1916-cı ildən Bakının sənaye rayonlarında və Qazax qəzasında sosial-demokrat və bolşevizm təbliğatı aparmışdır. 1917-ci ildə Qazax qəzasında kəndli hərəkatına dəstək vermiş və qəzada Hümmət Partiyasının yerli şöbəsinin yaradıcılarından olmuşdur.Muxtar Hacıyev 1920–1921-ci illərdə Qazax Qəza İnqilab Komitəsinin sədri olmuşdur. 1921-ci ildə keçirilmiş Birinci Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilmişdir. O, bu vəzifədə 1922-ci ilədək çalışmış, 1922–1926-cı illərdə Azərbaycan SSR Xalq Torpaq Komissarlığının kollegiya üzvü olmuşdur.
Muxtar Hüseynzadə
Muxtar Hüseyn oğlu Hüseynzadə (21 mart 21, 1900-cu il - 1985-ci il) — Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi. == Həyatı == Muxtar Hüseyn oğlu Hüseynzadə 1900-cu il martın 21-də Güney Azərbaycanın Mərənd vilayətinin Zunuz kəndində anadan olmuşdur. Onun gözünü açıb gördüyü və ilk uşaqlıq illərini keçirdiyi İranın vəziyyəti çox ağır idi. Muxtarın atası Hüseyn kişi böyük savadı olmasa da, çox maarifpərvər adam olduğu üçün oğlunu savadlı görmək istəyirdi, buna görə də 1910-cu ildə onu molla məktəbinə qoymuşdu. Getdikdə vəziyyətinin ağırlaşdığını görən Hüseyn kişi öz ailəsi və qardaşı Tağı ilə birlikdə minlərlə iranlı kimi Zaqavqaziyaya köçməyə qərar verir. 1913-cü ildə Muxtar Hüseynzadə ailəsi ilə birlikdə Quzey tərəfə gəlir. Əvvəlcə atası ilə birlikdə mis mədənində fəhlə işləyir. 1917-ci ildə o, Tiflis şəhərinə gəlir və müxtəlif yerlərdə fəhlə işləyir. O, savadını artırmaq üçün arzuladığı şəraiti məhz Gəncə şəhərinə köçdükdən sonra tapır. Bu dövrdə Azərbaycanda savadsızlığın ləğvi kursları yaradılırdı.
Muxtar Həmzəyev
Muxtar Həmzəyev — Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının rəhbəri, psixologiya elmləri doktoru, professor. == Həyatı == Həmzəyev Muxtar Əliş oğlu 1929-cu ildə Laçın rayonunun Əhmədli kəndində anadan olub. Əhmədli kənd yeddi illik kənd məktəbində təhsil aldıqdan sonra Laçın şəhərindəki pedaqoji məktəbi 1948-ci ildə fərqlənmə diplomu ilə bitirib və Azərbaycan Pedaqoji İnstitutuna daxil olub. 1948-1952-ci illərdə həmin institutun Dil və Ədəbiyyat fakültəsinin məntiq və psixologiyası şöbəsində təhsil alıb. 1952-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Pedaqoji İnstitutunun elmi şurasında müvəffəqiyyətlə müdafiə edərək,psixologiya ixtisası üzrə Pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdər. 1969-cu ilin aprel ayında Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında “Azərbaycan Dili Orfoqrafiya və Durğu İşarələrinin mənimsənilməsi psixologiyası məktəbdə” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək o dövrdə Azərbaycanda ən gənc psixologiya elmləri doktoru olmuşdur. 11 İyun 1971-ci il tarixdə Ali Attestasiya Komissiyasının qərarı ilə psixologiya kafedrası üzrə professor elmi adına layiq görülmüşdür. 1970-ci ildə Azərbaycanın “Qabaqcıl maarif xadimi”döş nişanı, 1989-cu ildə “Əmək veteranı”medalı,1990-cı ildə “İşdə əla müvəffəqiyyətinə görə”döş nişanı ilə təltif olunmuşdur.Akademik M.Mehdizadə mükafatının laureatıdır. Dəfələrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir.
Muxtar Kazımoğlu
Muxtar İmanov (İmanov Muxtar Kazım oğlu; 28 may 1955, Axura, Noraşen rayonu) — folklorşünaslıq sahəsində tanınmış Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şurasının sədri. AMEA-nın həqiqi üzvü (2017). == Həyatı == Akademik Muxtar Kazım İmanov 28 may 1955-ci ildə Naxçıvan MR Şərur rayonunun Axura kənədində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirmişdir. 1980–1983-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" ixtisası üzrə əyani aspiranturasında təhsilini davam etdirmişdir. 1984-cü ildə "Müasir Azərbaycan nərsində psixologizm" mövzusunda namizədlik, 2007-ci ildə "Azərbaycan folklorunda gülüşün genezisi və poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2009-cu ildə dosent, 2016-cı ildə professor elmi adını almışdır. 2014-cü ildə "Ədəbiyyatşünaslıq" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü seçilmişdir. M.K.İmanov əmək fəaliyyətinə Naxçıvan MR Şərur rayonunun Həmzəli kənd səkkizillik məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamışdır (1977–80). Aspirantura təhsilindən sonra, 1983–1992-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır.
Muxtar Maniyev
Muxtar Qəmbər oğlu Maniyev (4 aprel 1935, Bakı, Azərbaycan SSR – 22 dekabr 2016, Bakı) — Azərbaycan Milli kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq artisti. == Həyatı == Ömür də kino kimidir. Bu qədər filmə çəkilmək hər aktyora qismət olmur. Xalq artisti Muxtar Maniyev 157 filmə çəkilib. Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. İlk təhsilini də şəhərin 199 saylı məktəbində alıb. Deyəsən, uşaqlıq illərində heç aktyor olmaq həvəsi də yox imiş. Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan aktyorluq sənəti onu sanki ovsunlayır. Mühəndis diplomu aldıqdan sonra o, çox fikirləşmədən sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci təhsil ardınca gedib.