Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Münəvvər
Münəvvər — qadın adı. Münəvvər Rzayeva — Azərbaycanlı heykəltaraş Münəvvər Kələntərli — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1940). Münəvvər Əsgərova — üzümçü Münəvvər Məmmədquluzadə — Cəlil Məmmədquluzadənin qızı, SSRİ Ali Sovetinin II çağırış deputatı. Münəvvər Qasımova — Münəvvər Əliqızı —DigərMünəvvər (Şəbüstər) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd.
Münəvvər (Şəbüstər)
Münəvvər (fars. منور‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 377 nəfər yaşayır (99 ailə).
Münəvvər Kələntərli
Münəvvər Səməd qızı Kələntərli (21 dekabr 1912, Lənkəran, Lənkəran qəzası – 5 fevral 1963, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Münəvvər Kələntərli 1912-ci ildə Lənkəranda anadan olub. Təhsilini Lənkəranda alan aktrisa 17 yaşında ikən Bakıya gəlib. Gözəl səsə sahib olan Münəvvər Kələntərli qardaşı Haşım ilə birgə konsertlərdə xalq mahnılarını, "Aman nənə", "Kişmiri şal" və "Lolo" kimi el nəğmələrini ifa edirdi. Eyni zamanda tarzən Qurban Pirimovun, kamançaçı Qılman Salahovun və qarmonçalan Teymur Dəmirovun müşayiəti ilə muğam da oxumuşdur. Bundan xəbər tutan bəstəkar Müslüm Maqomayev 1933-cü ildə onu Opera Teatrına dəvət edir və beləliklə də Münəvvər Kələntərli 1933-cü ildən etibarən səhnə fəaliyyətinə başlayır. == Səhnə fəaliyyəti == Opera Teatrında səhnə fəaliyyətinə başlayan Münəvvər Kələntərli Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasında Leyli və Leylinin anası, "Əsli və Kərəm"də Əsli, "O olmasın, bu olsun"da Sənəm obrazlarını yaratmışdır. Öz arzusu ilə fəaliyyətini Musiqili Komediya Teatrında davam etdirən aktrisa burada F.Əmirovun "Gözün aydın", S.Ələsgərovun "Ulduz", T.Quliyevin "Qızıl axtaranlar", S.Rüstəmovun "Durna", A.Rzayevin "Aya səyahət" və başqa tamaşalarda uğurla çıxış etmişdir. == Kino fəaliyyəti == Münəvvər Kələntərli kino sənətinə Böyük Vətən müharibəsi illərində çəkilməyə başlayan, 1945-ci ildə ekranlara çıxan və dünyanın 136 ölkəsində nümayiş etdirilən "Arşın mal alan" filmində canlandırdığı Cahan xala roluyla başlayıb. Bu filmin çəkilməsi o zaman bütün Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edirdi.
Münəvvər Məmmədquluzadə
Münəvvər Cəlil qızı Məmmədquluzadə (1897, Nehrəm – 1965) — Cəlil Məmmədquluzadənin qızı, SSRİ Ali Sovetinin II çağırış deputatı. == Həyatı == Cəlil Məmmədquluzadə 1896-cı ildə Nehrəm kəndindən olan Həlimə Nağı qızı ilə ailə həyatı qurmuşdur. Bu nikahdan yazıçının birinci övladı Münəvvər Məmmədquluzadə dünyaya gəlmişdir. Cəlil Məmmədquluzadənin vəfatından sonra uzun müddət Nehrəm kəndində mamaça, sonra isə səhiyyə məntəqəsinin müdiri vəzifəsində işləmişdir. SSRİ Ali Sovetinin II çağırış deputatı olmuşdur.
Münəvvər Qarabulud
Münəvvər Qarabulud cinayəti — Lisey şagirdi Münəvvər Qarabuludun 3 mart 2009-cu il tarixində Cem Qəriboğlu tərəfindən öldürülməsi. Cinayət eşidildikdən sonra Türkiyə ictimaiyyətdə diqqət çəkmiş və böyük reaksiya meydana gəlmişdir. Qatil şübhəlisi Cem Qəriboğlu cinayətdən 197 gün sonra təslim olmuşdur. Mühakimə etmə müddəti 18 noyabr 2011 tarixində məhkumiyyət qərarının verilməsiylə sona çatmışdır. == Həyatı == Münəvvər Qarabulud, İstanbulda 7 Mart 1991 tarixində, əslən Bolu Məngənli bir ailənin ilk uşağı olaraq doğuldu. Atası Sürəyya Qarabulud aşpaz, anası Nagihan Qarabulud ev xanımı idi.Beşiktaş Bingül Ərdəm Liseyi son sinif şagirdi olan Qarabulud, eyni zamanda universitet hazırlıq dərsxanasına da gedirdi. Dərsxana dövründə Cem Garipoğlu ilə tanış oldu və yoldaşlıqları başladı. == Cinayət == 3 Mart 2009 axşamı Münəvvər Karabulutun cansız bədəni zibil yığıcı bir adam tərəfindən zibil konteynerində parçalanmış halda tapıldı. Ədli tibb araşdırması nəticəsində başı gövdəsindən ayrılmadan əvvəl bıçaq zərbələriylə yaralandığı daha sonra öldüyü təsbit edildi. == Məhkəmənin nəticəsi == İddia nəticəsində Cem Garipoglu 24 il həbs cəzası ilə cəzalandırıldı.
Münəvvər Qasımova
Münəvvər Cavad qızı Qasımova (1924-1990) – Tibb elmləri doktoru == Həyatı == 1946-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, həmin ildən Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda öz əmək fəaliyyətini başlamışdır. 1957-ci ildə Azərbaycan ET Oftalmologiya İnstitutunun qlaukoma şöbəsinin rəhbəri vəzifəsinə təyin olunmuşdur və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. Zəngin, hərtərəfli təhsil almış mütəxəssis, gözəl cərrah və təşkilatçı, t.e.d. M.C.Qasımova qlaukomaya, korluğa və görmə üzrə əlilliyə gətirib çıxaran ağır bir xəstəlik kimi baxmağa çağırırdı. M.C.Qasımovanın toksiki qlaukomanın öyrənilməsində xüsusi rolu olmuşdur. Öz doktorlıq dissertasiyasında klinik eksperimentlər və histokimyəvi tədqiqatlar əsasında o, bəzi kimyəvi maddələrin oftalmotonusun səviyyəsinə təsirini isbat etmişdir. M.C.Qasımova respublikada qlaukomanın epidemiologiyası, patogenezi, diaqnostika və müalicəsi problemləri ilə məşğul olmuş, bir sıra ixtisaslı qlaukomatoloq kadrları hazırlamışdır. M.C.Qasımova 160-dan artıq elmi əsərin müəllifidir. M.C.Qasımova elmi tədqiqatların və onların praktikada reallaşdırılmasının yüksək səviyyəsini təmin edən qlaukoma üzrə elmi və praktiki məktəb yaratmışdır.
Münəvvər Rzayeva
Rzayeva Münəvvər Məcid qızı (6 iyun 1929, Şuşa, DQMV – 6 iyun 2004, Bakı) — Azərbaycanlı heykəltaraş və ilk monumentalçı qadın heykəltaraş. Azərbaycan Respublikasının əməkdar rəssamı (1992). == Həyatı == Münəvvər Rzayeva 6 iyun 1929-cu ildə Şuşada anadan olmuşdur. Şuşada tanınmış xalça ustası Məcid kişinin ailəsində böyüyüb. 1950-ci ildə Bakıda Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1956-cı ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakültəsini bitirmişdir. O, Nikolay Tomskinin sinfində təhsil alıb.1943-cü ildən müxtəlif sərgilərin iştirakçısı olub. Münəvvər Rzayeva 1953-cü ildən Azərbaycan Rəssamlar İttifaqının Üzvü seçilmişdir. Eyni zamanda, Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü olmuş, AMEA Nizami adına Ədəbiyyat Muzeyində bərpaçı rəssam kimi fəaliyyət göstərmiş və bir sıra heykəlləri bərpa etmişdir.Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Ordubadi muzeyi, Siyəzən mədəniyyət evi və Bədii Fondda saxlanılır. M.Rzayeva psixoloji portret ustası idi. Heykəlləri qranit, mərmər, bürünc, ağac və s.
Münəvvər təpə
Münnəvər təpə və ya Firuzabad (fars. منورتپه‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 260 nəfər yaşayır (82 ailə).
Münəvvər Əliqızı
Münəvvər Əliqızı Tapdıqova — yazıçı, "Qızıl qələm" mükafatı laureatı == Həyatı == Münəvvər Əliqızı 27 yanvar 2012-ci ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şairə Zərəngiz Dəmirçi Qayalının 50 illik yubiley tədbiri keçirilən zaman vəfat edib. == Yaradıcılığı == Munəvvər xanım 4 kitab müəllifidir: "Baba Yadigarı", "Bayatılar", "Sevginin ölçüsü yoxdur", "Günəş-Ananur". "Sevginin ölçüsü yoxdur" kitabına görə Xan qızı Natəvan mükafatına, "Bayatılar" kitabına görə isə "Qızıl Qələm" Media mükafatına layiq görülüb. == Kitabları == "Baba Yadigarı", "Bayatılar", "Sevginin ölçüsü yoxdur", "Günəş-Ananur" == Həmçinin bax == Münəvvər Əliqızı şair İlyas Tapdıqın həyat yoldaşıdır. Münəvvər Əliqızı Azərbaycanın Əməkdar artisti Şəbnəm Tapdıqın anasıdır.
Münəvvər Əliyeva
Münəvvər Əliyeva (aktrisa, 1951)
Münəvvər Əsgərova
Münəvvər Mehbalı qızı Əsgərova (6 mart 1914, Kırna – 1 oktyabr 2001 və ya 10 yanvar 2001, Kırna, Naxçıvan Muxtar Respublikası) — üzümçü, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1947), Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyat və əmək fəaliyyəti == Münəvvər Əsgərova 6 mart 1914-cü ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Culfa rayonu) Kırna kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1938-ci ildə V.İ.Lenin adına kolxozda başlamış, 1968-ci ilə qədər bu kolxozda kolxozçu və manqabaşçısı işləmişdir. 1947-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1947-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 21 iyul 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. 1968-ci ildən İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Münəvvər Əsgərova 1 oktyabr 2001-ci ildə Culfa rayonunda vəfat etmişdir.
Mir Müsəvvər Ərjəngi
Mir Seyid Hüseyn — rəssam, xalı dizayneri. Atası Mir Seyid İbrahimdə rəssam idi və rəssamlığı Tiflisdə öyrənmişdi.Rəssam Ərjəngi Təbrizdə dünyaya gəlib.Nəsəbi Ağa Mirək Təbriziyə yetişir. O, rəssamlığı Rusiyada öyrənmişdir.
Münəvvər Qarabulud cinayəti
Münəvvər Qarabulud cinayəti — Lisey şagirdi Münəvvər Qarabuludun 3 mart 2009-cu il tarixində Cem Qəriboğlu tərəfindən öldürülməsi. Cinayət eşidildikdən sonra Türkiyə ictimaiyyətdə diqqət çəkmiş və böyük reaksiya meydana gəlmişdir. Qatil şübhəlisi Cem Qəriboğlu cinayətdən 197 gün sonra təslim olmuşdur. Mühakimə etmə müddəti 18 noyabr 2011 tarixində məhkumiyyət qərarının verilməsiylə sona çatmışdır. == Həyatı == Münəvvər Qarabulud, İstanbulda 7 Mart 1991 tarixində, əslən Bolu Məngənli bir ailənin ilk uşağı olaraq doğuldu. Atası Sürəyya Qarabulud aşpaz, anası Nagihan Qarabulud ev xanımı idi.Beşiktaş Bingül Ərdəm Liseyi son sinif şagirdi olan Qarabulud, eyni zamanda universitet hazırlıq dərsxanasına da gedirdi. Dərsxana dövründə Cem Garipoğlu ilə tanış oldu və yoldaşlıqları başladı. == Cinayət == 3 Mart 2009 axşamı Münəvvər Karabulutun cansız bədəni zibil yığıcı bir adam tərəfindən zibil konteynerində parçalanmış halda tapıldı. Ədli tibb araşdırması nəticəsində başı gövdəsindən ayrılmadan əvvəl bıçaq zərbələriylə yaralandığı daha sonra öldüyü təsbit edildi. == Məhkəmənin nəticəsi == İddia nəticəsində Cem Garipoglu 24 il həbs cəzası ilə cəzalandırıldı.
Münəvvər Əliyeva (aktrisa, 1951)
Əliyeva Münəvvər Əli qızı – aktrisa. == Həyatı == Münəvvər Əliyeva 1951-ci il iyun ayının 26-da Bakı şəhərində doğulub. 1968-ci ildə Ərəblinski adına Sumqayıt Dövlət Dram teatrı açılarkən orada yaradıcılıq fəaliyyətinə başlayıb. 1983-cü ildə M.Əzizbəyov adına Azərbaycan İncəsənət İnstitutunu bitirib. Mirzə Fətəli Axundovun "Müsyo Jordan və Dərviş Məstəlişah" tamaşasında Gülçöhrə, "Bəli, dünya dəyişib" tamaşasında Bənövşə, A.Ximelikin "Miliyonçu Laptep" tamaşasında Petrov, Nəcəf bəy Vəzirovun "Müsübəti-Fəxrəddin" tamaşasında Gülbahar rollarını alıb. 1970-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən təyinatla Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına göndərilib. Bu teatrda İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" tamaşasında Fəridə, Əziz Nesinin "Toros canavarı" tamaşasında Cülay, 3,2 tamaşasında Siva, X.Əlizadənin "Dovşanın ad günü" tamaşasında Dovşan, "Sevindik, qız axtarır" musiqili komediyasında Sevər, Bəxtiyar Vahabzadənin "İkinci səs" tamaşasında Qərənfil, G.Xuqayevin "Arvadın əri" komediyasında Zərimə və s. rolları müvəffəqiyyətlə oynayıb. 1975-ci ildə Lənkəran şəhərində yeni teatr açılarkən Münəvvər Əliyeva ora dəvət alıb. O, N.B.Vəzirov adına Dövlət Dram Teatrında bir-birindən fərqli rollar oynayıb və tamaşaçıların məhəbbətini qazanmağa nail olub.
Münəvvər Əliyeva (aktrisa, 1971)
Münəvvər Sabir qızı Əliyeva — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2006). == Həyatı == Münəvvər Sabir qızı Əliyeva 25 may 1971-cı ildə Sumqayıt şəhərində anadan olub. 1992-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirdikdən sonra bir müddət Yuğ Dövlət Teatrında aktrisa işləyib. 1994-cü ildən Akademik Milli Dram Teatrının aktyor truppasının üzvüdür. O, bu teatrda müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında oynayıb – D. Aslan "Dindirir əsir bizi" (Fərəh), İlyas Əfəndiyev "Hökmdar və qızı" (Səltənətbəyim), Əli Əmirli "Köhnə ev" (Cana), Ramiz Novruz "Hələ "sevirəm" deməmişdilər..." (Sona), Nəriman Həsənzadə "Pompeyin Qafqaza yürüşü" (Selcan), Hüseyn Cavid "Afət" (Alagöz), İsmayıl Şıxlı "Ölüləri qəbiristanlıqda basdırın" (Həcər), O. İoseliani "Kaş araba aşmayaydı!.." (Landa), Eduardo de Filippo "Kabuslar" (Mari), Hüseyn Cavid "Əmir Teymur" (Meliça), Eduardo de Filippo "Silindr" (Rita), Hüseynbala Mirələmov "Vəsiyyət" (Röya) və s. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırlanmış A. Rafın "İblis qadın" (İblis qadın), Zəlimxan Yaqubun "Didərginlər" (Ruh), Afaq Məsudun "Cəza" (katibə), teletamaşalarında oynayıb. Münəvvər Əliyeva "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş "Sarı gəlin" (Sarı gəlin, Erməni qızı və Azəri türkü) filmində oynayıb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Müzəffər
Müzəffər — təxəllüs və kişi adı. Müzəffər Hüseyn Mirzə — Sultan Hüseynin ikinci oğlu. Müzəffər Aləm — İranın Xarici İşlər vəziri. Müzəffər Abutalıbov — bitki fiziologiyası sahəsində Azərbaycanın ilk elmlər doktoru (1944), professor (1950) Müzəffər Əli xan Qızılbaş — Pakistanın maliyyə naziri. Müzəffər xan — Manqıtlar sülaləsindən Buxara əmirliyinin hökmdarı. Müzəffər Ağazadə — Müzəffər Səfərov —Bu təxəllüsü olan tanınmış şəxslərKəmalə Müzəffər — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti. Abdul Müzəffər Nur Əhməd — Mirzə Müzəffər —DigərAli-Müzəffər — Fars və İraq əyalətlərində hakimiyyəti ələ almış bir sülalənin adı.
Ali-Müzəffər
Ali-Müzəffər — Fars və İraq əyalətlərində hakimiyyəti ələ almış bir sülalənin adı. Əmir Mübarizəddin tərəfindən təsis edilmiş bu dövlət 1318-ci ildən 1392-ci ilədək davam etmişdir. Dövlətin paytaxtı Şiraz şəhəri olmuşdur.
Kəmalə Müzəffər
Kəmalə Hüseynova (tam adı: Kəmalə Müzəffər qızı Hüseynova; 29 may 1967, Nuxa) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2011). == Həyatı == Kəmalə Müzəffər qızı Hüseynova 29 may 1967-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1986-1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində ali təhsil almışdır. İnstitutda oxuduğu illərdə filmlərə çəkilməyə başlamışdır. Artıq dördüncü kursda Kəmalə Hüseynova Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunmuşdur. O zaman birbaşa baş rolda, Əli Əmirlinin "Ərizə" tamaşasındakı Reyhan rolunda çıxış etmişdir. 1 avqust 1990-cı ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2011-ci ilin avqust ayında Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə , 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 dekabr 2018-ci il tarixində Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Minəvvər Əsgərova
Münəvvər Mehbalı qızı Əsgərova (6 mart 1914, Kırna – 1 oktyabr 2001 və ya 10 yanvar 2001, Kırna, Naxçıvan Muxtar Respublikası) — üzümçü, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1947), Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyat və əmək fəaliyyəti == Münəvvər Əsgərova 6 mart 1914-cü ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Culfa rayonu) Kırna kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1938-ci ildə V.İ.Lenin adına kolxozda başlamış, 1968-ci ilə qədər bu kolxozda kolxozçu və manqabaşçısı işləmişdir. 1947-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1947-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 21 iyul 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. 1968-ci ildən İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Münəvvər Əsgərova 1 oktyabr 2001-ci ildə Culfa rayonunda vəfat etmişdir.
Munis Müzəffər
Əbülhəsən Munis Kuşuri (ərəb. ابوالحسن مؤنس ابوالحسن‎; 844 – 933, Bağdad), həmçinin Müzəffər (ərəb. المظفر‎) və Xədim (ərəb. ﺍﻟﺨﺎﺩﻡ‎) soyadları ilə də bilinir — 908-ci ildən 933-cü ildə ölümünə qədər Abbasilər xilafətinin ordusunun baş komandanı, 928-ci ildən xilafətin faktiki diktatoru. Əslən bizanslı yunan xədim və kölə olan Munis 880-ci illərdə gələcək xəlifə Mötəzid yanında hərbi xidmətə girmişdir. Yüksək rütbələr əldə edən Munis 901-ci ildə məhkəmə intriqalarında iştirakının nəticəsi olaraq qəfil rüsvay olmuşdur. O, növbəti yeddi ili Məkkə valisi kimi faktiki sürgündə keçirmiş, lakin 908-ci ildə xəlifə Müqtədir tərəfindən geri çağırılmışdır. Munis xəlifə Müqtədiri 908-ci ilin dekabrında baş tutan saray çevrilişində xilas etməklə fərqlənmişdir. O, xəlifə və xəlifənin anası Şəğəbin dəstəyi ilə xəlifə ordusunun baş komandanı olmuş və bu rolda Bizans imperiyasına qarşı bir neçə ekspedisiyada xidmət etmiş, 927-ci ildə Bağdadı qərmətilərdən xilas etmiş, 915-ci və 920-ci illərdə Fatimilər xilafətinin Misirdən iki yürüşünü dəf etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Bianquis, Thierry (1998).
Müzəffər Abutalıbov
Abutalıbov Müzəffər Heydər oğlu (14 dekabr 1908, Ordubad, Naxçıvan qəzası – 8 noyabr 1984, Bakı) — bitki fiziologiyası sahəsində Azərbaycanın ilk elmlər doktoru (1944), professor (1950), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1968). == Həyatı == Abutalıbov Müzəffər Heydər oğlu 1908-ci il dekabrın 14-də Ordubad şəhərində anadan olmuşdur. Müzəffər Abutalıbov Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakultəsini bitirmişdir (1930). Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun və Azərbaycan Dövlət Universitetinin dosenti, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun baş elmi işçisi, SSRİ EA Azərbaycan Filialı Botanika İnstitutunun şöbə müdiri və direktor müavini (1935-1947), Azərbaycan Dövlət Universiteti bitki fiziologiyası kafedrasının müdiri (1949-1959), Azərbaycan Milli EA Genetika və Seleksiya İnstitutunun (1960-1962), Botanika İnstitutunun (1947-1949; 1962-1978) direktoru vəzifələrində çalışmış, 1978-1984-cü illərdə Botanika İnstitutunda özünün yaratdığı bitki fiziologiyası şöbəsinə rəhbərlik etmişdir. == Elmi fəaliyyəti == Tədqiqatları, əsasən pambıq, kartof və digər kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına, onların mikroelementlərlə qidalandırılmasının nəzəri və əməli problemlərinin öyrənilməsinə, o cümlədən mikroelementlərin azotobakterin inkişafına və torpağın azotmənimsəyən mikroorqanizmlərinin fəaliyyətinə təsirinə, mineral maddələrin bitkilərə daxil olmasına, orqanizmdə hərəkətinə və hüceyrələrdə paylanmasına və s. həsr olunmuşdur. == Elmi Tədqiqatları == 0, 300-dən çox elmi məqalənin, 5 monoqrafiyanın və Azərbaycan dilində ilk ikicildlik "Bitki fiziologi­yası" dərsliyinin, "Bitkilərin mineral maddələrlə qidalanması” (1962) dərs vəsaitinin müəllifidir.Elmi məclislərdə, o cümlədən beynəlxalq biokimya (1961), botanika (1969), biofizika (1973) konqreslərində məruzələr etmişdir. M.Abutalıbov elmi tədqiqat işləri ilə yanaşı, pedaqoji sahədə də fəaliyyət gös­tərmiş və Azərbaycanda yüksək ixtisaslı bioloqların hazırlanmasında əhəmiyyətli rol oynamışdır. Onun rəhbərliyi altında 55 fəlsəfə doktoru və elmlər doktoru hazır­lanmışdır. == Elmi – təşkilati fəaliyyəti == 0, SSRİ Elmlər Akademiyasının Bitki fiziologiyası və biokimyası, Fotosintez Problem Şuralarının və Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyasının üzvü, SSRİ "Fiziologiya və biokimya” və "Fotosintez problemləri” üzrə Koordinasiya Sove­tinin üzvü, Azərbaycan üzrə həmin Problem Şurasının və SSRİ Botanika cəmiy­yətinin Azərbaycan bölməsinin sədri olmuşdur.
Müzəffər Alanquş
Müzəffər Alanquş (1 yanvar 1898, Ərzurum ili – 17 dekabr 1972, İstanbul) — Türk əsgər və siyasətçi. == Həyatı və hərbi xidməti == Müzəffər Alanquş 1898-ci ildə Ərzurumda anadan olub. 1914-cü ildə Kuleli Hərbi Liseyində oxuyarkən orduya girdi. 1915-ci ildə leytenant rütbəsi aldı. Müxtəlif bölmələrdə Komanda Komandiri və Bölmə Komandiri vəzifələrində çalışıb. 7-ci Diviziya Əməliyyatlara əlavə edilərkən əsir götürüldü. 1 oktyabr 1918–30 dekabr 1920-ci illər arasında Misirdə əsirlikdə qaldı. 28 aprel 1921-ci ildə Anadoluya getdi və Milli Orduya qoşuldu. Müxtəlif hissələrdə xidmət etdikdən sonra 1925–1926-cı illərdə Hərbi Akademiyada kapitan rütbəsi ilə təhsilini başa vurdu. 1926-cı ildə Hərbi Akademiyanı bitirib, 1929-cu ildə heyət üzvü oldu.
Müzəffər Aləm
Müzəffər Aləm (d.1882-ö.1973) — İranın Xarici İşlər vəziri. == Həyatı == Müzəffər Aləm 1882-ci ildə Osmanlı imperiyasının Trabzon şəhərində anadan olmuşdu. Atası Mirzə Əliəkbar xan Mötamədəlvüzəra Qəzvini Bakı, İstanbul, Dəməşq, Bağdad şəhərlərində konsul işləmişdi. Növbəti xidməti yerində Müzəffər xan dünyaya gəldi. İlk təhsilini Bakıda, sonra Tehranda aldı. İstanbulda Osmanlı Hərbiyyə məktəbində oxudu. Sonra Fransaya Sen-Sir (Saint Sier) Artileriya məktəbində təhsilini davam etdirdi. Müzəffər xan vətənə döndükdən sonra İran Xarici İşlər vəzarətində işə düzəldi. Dəməşq şəhərində konsul kimi xidmət etdi. Müzəffər xan 1910-cu ildə Xarici İşlər vəzarətindən istefa etdi.
Müzəffər Ağaliyev
Müzəffər Vahid oğlu Ağaliyev (30 dekabr 1981, Sumqayıt – 23 oktyabr 2020, Alxanlı, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağaliyev Müzəffər Vahid oğlu 1981-ci il dekabrın 30-da Sumqayıt şəhərində anadan olmuşdur. 1988–1999-cu illərdə H.Z.Tağyev qəhbəsəndə 19 Nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailəli idi. == Hərbi xidməti == 1 yanvar 2000-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Tərxis olunduqdan sonra müxtəlif sahələrdə işləmişdir. 2006-cı il oktyabr ayında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə daxil olmuşdur. Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçusu kimi xidmətə başlamışdır. Ermənistanın Qarabağda təcavüzünə qarşı, aprel döyüşləri və Tovuz döyüşlərində iştirak etmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçusu olan Müzəffər Ağalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Füzuli istiqamətlərində döyüşmüşdür.
Müzəffər Ağamalızadə
Müzəffər Məhəmməd İbrahim oğlu Ağamalızadə (23 yanvar 1940, Bakı) — Azərbaycanın görkəmli fleyta ifaçısı, professor, Azərbaycan Respublikasının xalq artisti (2005). == Həyatı == Müzəffər Ağamalızadə Məhəmməd İbrahim oğlu 23 yanvar 1940-cı ildə Bakıda fəhlə ailəsində dünyaya gözlərini açmışdır. O, Azərbaycan Dövlət Konservatoriyası nəznində olan 10 illik musiqi məktəbində (1953-1958) P.N.Zilbermanın sinfini bitirmiştir. Daha sonra, 1958–1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet simfonik orkestrində ifaçılıq fəaliyyətinə başlamış, bu dövr ərzində Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə (1959) iştirak etmişdir. 1959-64-cü illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fleyta sinfinə (Ə.İsgəndərovun sinfi) daxil olub, Solist, orkestra Solisti, müəllim ixtisaslarını qazanmışdır. 1960-62-ci illər arasında isə Azərbaycanda keçirilən müsabiqə və yarışmalarda birincilik diplomlarını almışdır. 1963-cü ildə isə Leninqrad şəhərində keçirilən müsabiqədə iştirak etmişdir. == Fəaliyyəti == 1961-72-ci illər ərzində Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin Solisti olmuş, 1970-ci ildən nəfəs alətləri kvintetinin ifaçısı kimi fəaliyyət göstərmişdir. 1965-ci ildən etibarən Asəf Zeynallı adına musiqi texnikumunda müəllim kimi çalışmış, 1972-75-ci illərdə isə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrində işləmişdir.Müzəffər Ağamalızadə 1975–1978-ci illərdə Sovetlər birliyi Mədəniyyət Nazirliyi tərəfindən Əlcəzair Bələdiyyə (Dövlət) Konservatoriyasına ezam edilərək, burada həm dərs demiş, həm də konservatoriyanın orkestrində solist olaraq fəaliyyətinə davam etmişdir. Vətənə qayıtdıqda isə bir çox not nümunələrini özü ilə gətirmişdir.
Müzəffər Ağazadə
Müzəffər Abusət oğlu Ağazadə — Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Ali Məhkəmənin elmi-məsləhət şurasının üzvüdür. == Həyatı == Ağazadə Müzəffər Abusət oğlu 1939-cu ildə Masallı rayonunun Müsaküçə kəndində anadan olmuşdur. 1958-ci ildə orta məktəbi bitirdikdən sonra Masallı rayon məhkəməsində katib işləməyə başlayan M. Ağazadənin əmək fəaliyyətinin sonrakı dövrü yalnız məhkəmə orqanları ilə bağlı olmuşdur. 1961-ci ildə, indiki Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, həmin təhsil müəssisəsini 1967-ci ildə bitirmişdir. Bir oğlu , üç qızı və səkkiz nəvəsi var. == Hakim fəaliyyəti == 1964–1968 — Bakı şəhəri, Oktyabr rayon xalq məhkəməsində iclas katibi, 1968–1969 — Azərbaycan SSR Nazirlər Soveti Hüquq Komissiyasının Məhkəmə Ekspertizası İnstitutunda baş elmi işçi olaraq çalışmışdır . Bundan sonra, Bakı şəhəri, Yasamal rayon məhkəməsində iclas katibi vəzifəsində işləmiş M. Ağazadə Universiteti bitirdikdən sonra, Azərbaycan SSRİ Nazirlər Soveti Hüquq Komissiyasının Elmi –Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu və Azərbaycan Respublikası Ali Məhkəməsinin nəzarət şöbəsində baş məsləhətçi vəzifələrində işləmişdir. M. Ağazadə 1970–1976-cı illərdə Daşkəsən rayon məhkəməsində hakim,1976–1987-ci illərdə Bərdə rayon məhkəməsinin sədri, 1987–1990-cı illərdə isə Ağdam rayon məhkəməsinin sədri vəzifələrində çalışmışdır. 1990-cı ildən Azərbaycan Respublikası Ali Məhkəməsinə hakim seçilən M. Ağazadə 2000-ci ildə yenidən həmin vəzifəyə təyin edilmişdir. 2010-cu ildə təqaüdə çıxmışdır.
Müzəffər Həsənov
Müzəffər Nərimanov
Nərimanov Müzəffər Əliəkbər oğlu (28 iyul 1897, Tiflis – 21 aprel 1938, Moskva) — Azərbaycan SSR dövlət xadimi, Nəriman Nərimanovun əmisi nəvəsi. == Həyatı == Nərimanov Müzəffər ilk təhsilini rus-tatar məktəbində almışdır. Bakı realni məktəbində oxuyarkən inqilabi hərəkata qoşulmuşdur. Fevral-burjua demokratik inqilabından (1917) sonra Bakı quberniya ərzaq komitəsinin müvəkkili, Azərbaycanda Sovet hakimiyəti qurulduqdan sonra isə Nuxa qəza və Zaqatala mahal fövqəladə komissarının müavini olmuşdur. 1921-ci ildə AK (b) P Fabrik və Zavod Rayon Komitəsinin katibi seçilmişdir. 1925-ci ildə G.V.Plexanov ad. Xalq Təsərrüfatı İnstitutunu bitirmiş, AK (b) P MK təşkilat şöbəsinin müdiri (1925-1927), Azərbaycan SSR Xalq FKM komissarını müavini (1927-1928), ÜİK (b) P Sverdlovsk Dairə Komitəsinin katibi (1929-1930), AK (b) P MK katibi, Ural Vil.İstehlak İttifaqının sədr müavini (1930-1933), AK (b) P MK kütləvi təşkilat şöbəsinin müdiri, Orconikidze Rayon Komitəsinin katibi, Bakı Komitəsinin katibi, sonra II katibi (1933-1937) vəzifələrində çalışmışdır.ÜİK (b) P-nın 16 və 17-ci qurultaylarının, AKP və Zaqafqaziya kommunist təşkilatlarının bir sıra qurultaylarının nümayəndəsi olmuşdur. Dəfələrlə AK (b) P MK, ÜİK (b) P Zaqafqaziya Ölkəvə Sverdlovsk Vil.Komitələrinə, Azərbaycan SSR MİK və SSR MİK-nə üzv seçilmişdir. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.Müzəffər Əliəkbər oğlu Nərimanov 1937-ci ildə sentyabrın 3-də Mir Cəfər Bağırov tərəfindən həbs edilmişdir. Saxtalaşdırılmış materiallar əsasında onun barəsində irəli sürülən ittihama görə Nərimanov Azərbaycanda fəaliyyətdə olan əksinqilabi təxribatcı və ziyanverici trotskiçi-terrorçu təşkilatın rəhbərlərindən biri kimi alman və türk kəşfiyyatı ilə xəyanətkar əlaqəyə girərək onların tapşırığı ilə Azərbaycanın xalq təsərrüfatına ziyan verən diversiya işlərini həyata keçirmişdir.
Müzəffər Nəsirli
Nəsirli Müzəffər Qasım oğlu (14 sentyabr 1911, Sələsüz, Şahbuz rayonu – 1980, Naxçıvan) — şair, 1940-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1911-ci il sentyabrın 14-də İrəvan quberniyası Naxçıvan qəzasının Şahbuz rayonundakı Sələsüz kəndində fəhlə ailəsində doğulmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvan şəhərində ibtidai təhsil almış, Naxçıvan Pedaqoji texnikumunu bitirmişdir (1926-1929). Bu vaxtdan əmək və yaradıcılıq fəaliyyətinə başlamışdır. Belə ki, 1929-cu ildə təyinatla Ordubad rayonun Vənənd kəndindəki kəndli gənclər məktəbinə müəllim göndərilir. 1930-cu ilədək burada işləyir. 1930-31-ci illərdə Noraşen (Şərur) rayonunun Qıvraq kəndində müəllim kimi çalışıb. 1931-32-ci illərdə İrəvan şəhərindəki Lenin adına fəhlə fakültəsində və kooperativ texnikumunda müəllim işləyib. Onun ilk şeiri “Indi” 1927-ci ildə Naxçıvan Pedaqoji Məktəbinin naşir etdi salnamədə çap olunmuşdur. Həmin illərdə Naxçıvan gənclər (komsomol) klubun nəzdində təşkil olunmuş “Qızıl qələmlər” ədəbi birliyində fəal iştirak etmiş, şerləri yerli və mərkəzi mətbuatda çap edilməyə başlanmışdır.
Muzeylər adası
Muzeylər adası (alm. Museumsinsel‎) — Almaniyanın paytaxtı Berlinin Mitte inzibati dairəsindən keçən Şpree çayının üzərindəki kiçik bir adanın şimal hissəsində sahəsi 1 kvadrat kilometr olan muzeylər kompleksi. 1990-cı ildə Almaniyanın birləşməsi ilə 1945-ci ildən bəri şərq və qərbə bölünən kolleksiyanı yenidən birləşdirmək imkanı yarandı. Muzeylər adası 1999-cu ildən YUNESKO-nun Ümumdünya irsi siyahısındadır. Adanın şimalında yerləşən beynəlxalq səviyyədə tanınan 5 muzeydən ibarət kompleksin muzeyləri: Köhnə muzey (Altes): 1830-cu ildə Karl Fridrix Schinkelin sifarişi ilə tamamlandı. Yeni muzey (Neues): Friedrich Avqust Stülerin planlarına görə 1859-cu ildə tamamlandı. İkinci Dünya Müharibəsində dağıdılmış muzey Devid Çipperfild tərəfindən yenidən qurulmuş və 2009-cu ildə yenidən açılmışdır. Köhnə Milli Qalereya (Alte Nationalgalerie): 1876-cı ildə tamamlanan muzey, Fridrix Avqust Stüler tərəfindən qurulmuşdur. Bode muzeyi: Adanın şimalında yerləşən muzey 1904-cü ildə açılmış və sonradan Kaiser Friedrich muzeyi adlandırılmışdır. Heykəltaraşlıq kolleksiyalarını, qədim antik dövrləri və Bizans sənət əsərləri nümayiş olunur.
Muzeylər gecəsi
Muzeylər gecəsi — Beynəlxalq Muzeylər Gününə həsr olunmuş beynəlxalq tədbirdir. Bu müddət ərzində muzey eksponatlarına gecədən səhərədək baxa bilərsiniz. Bu gecə, bir çox muzey günbatımından sonra demək olar ki, səhərə qədər ziyarətçilər üçün açıq olur. Aksiyanın əsas məqsədi müasir muzeylərin resurslarını, imkanlarını, potensialını göstərmək, gəncləri muzeylərə cəlb etməkdir. == Tarixi == "Muzeylər gecəsi" ilk dəfə 1997-ci ildə Berlində keçirilib. 1999-cu ildən etibarən Fransa Mədəniyyət və Rabitə Nazirliyinin təşəbbüsü ilə “Muzeylərin baharı” adlı tədbir keçirilməyə başlanmış, 2001-ci ildə artıq bu aksiyada Avropa və Amerikadan 39 ölkə iştirak etməyə başlamışdır. 2005-ci ildə "Muzeylərin baharı" "Muzeylər gecəsi"nə çevrildi. 2009-cu ildən etibarən Azərbaycan muzeyləri də bu aksiyaya qoşulur.