MÜZƏFFƏR

sif. [ ər. ] tənt. Üstün gələn (gəlmiş), zəfər qazanan (qazanmış), qələbə çalan (çalmış); qalib, qalibiyyətli. Müzəffər qoşun. Müzəffər yürüş.
– Müzəffər ordumuz hər gün dənizlər, dağlar aşdıqca; Yerin qəlbində tufanlar, təlatümlər qopub çağlar. S.Vurğun.
Napoleonun ordusu müzəffər xalq zərbələri altında tar-mar edildi. M.Hüseyn.

□ Müzəffər gəlmək (olmaq) – üstün gəlmək, qələbə çalmaq, qalib gəlmək (çıxmaq).

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜZƏFFƏR müzəffər bax qalib
  • MÜZƏFFƏR qalib — basılmaz — yenilməz

Etimologiya

  • MÜZƏFFƏR Ərəbcə zəfər sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MÜZAYİQƏ
MÜZƏFFƏRİYYƏT
OBASTAN VİKİ
Müzəffər
Müzəffər — təxəllüs və kişi adı. Müzəffər Hüseyn Mirzə — Sultan Hüseynin ikinci oğlu. Müzəffər Aləm — İranın Xarici İşlər vəziri. Müzəffər Abutalıbov — bitki fiziologiyası sahəsində Azərbaycanın ilk elmlər doktoru (1944), professor (1950) Müzəffər Əli xan Qızılbaş — Pakistanın maliyyə naziri. Müzəffər xan — Manqıtlar sülaləsindən Buxara əmirliyinin hökmdarı. Müzəffər Ağazadə — Müzəffər Səfərov — Bu təxəllüsü olan tanınmış şəxslər Kəmalə Müzəffər — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti. Abdul Müzəffər Nur Əhməd — Mirzə Müzəffər — Digər Ali-Müzəffər — Fars və İraq əyalətlərində hakimiyyəti ələ almış bir sülalənin adı.
Ali-Müzəffər
Ali-Müzəffər — Fars və İraq əyalətlərində hakimiyyəti ələ almış bir sülalənin adı. Əmir Mübarizəddin tərəfindən təsis edilmiş bu dövlət 1318-ci ildən 1392-ci ilədək davam etmişdir. Dövlətin paytaxtı Şiraz şəhəri olmuşdur.
Kəmalə Müzəffər
Kəmalə Hüseynova (tam adı: Kəmalə Müzəffər qızı Hüseynova; 29 may 1967, Nuxa) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2011). == Həyatı == Kəmalə Müzəffər qızı Hüseynova 29 may 1967-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1986–1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində ali təhsil almışdır. İnstitutda oxuduğu illərdə filmlərə çəkilməyə başlamışdır. Artıq dördüncü kursda Kəmalə Hüseynova Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunmuşdur. O zaman birbaşa baş rolda, Əli Əmirlinin "Ərizə" tamaşasındakı Reyhan rolunda çıxış etmişdir. 1 avqust 1990-cı ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2011-ci ilin avqust ayında Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 dekabr 2018-ci il tarixində Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Müzəffər Abutalıbov
Abutalıbov Müzəffər Heydər oğlu (14 dekabr 1908, Ordubad, Naxçıvan qəzası – 8 noyabr 1984, Bakı) — bitki fiziologiyası sahəsində Azərbaycanın ilk elmlər doktoru (1944), professor (1950), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1968). == Həyatı == Abutalıbov Müzəffər Heydər oğlu 1908-ci il dekabrın 14-də Ordubad şəhərində anadan olmuşdur. Müzəffər Abutalıbov Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakultəsini bitirmişdir (1930). Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun və Azərbaycan Dövlət Universitetinin dosenti, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun baş elmi işçisi, SSRİ EA Azərbaycan Filialı Botanika İnstitutunun şöbə müdiri və direktor müavini (1935-1947), Azərbaycan Dövlət Universiteti bitki fiziologiyası kafedrasının müdiri (1949-1959), Azərbaycan Milli EA Genetika və Seleksiya İnstitutunun (1960-1962), Botanika İnstitutunun (1947-1950; 1962-1978) direktoru vəzifələrində çalışmış, 1978-1984-cü illərdə Botanika İnstitutunda özünün yaratdığı bitki fiziologiyası şöbəsinə rəhbərlik etmişdir. == Elmi fəaliyyəti == Tədqiqatları, əsasən pambıq, kartof və digər kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına, onların mikroelementlərlə qidalandırılmasının nəzəri və əməli problemlərinin öyrənilməsinə, o cümlədən mikroelementlərin azotobakterin inkişafına və torpağın azotmənimsəyən mikroorqanizmlərinin fəaliyyətinə təsirinə, mineral maddələrin bitkilərə daxil olmasına, orqanizmdə hərəkətinə və hüceyrələrdə paylanmasına və s. həsr olunmuşdur. == Elmi Tədqiqatları == 0, 300-dən çox elmi məqalənin, 5 monoqrafiyanın və Azərbaycan dilində ilk ikicildlik "Bitki fiziologi­yası" dərsliyinin, "Bitkilərin mineral maddələrlə qidalanması” (1962) dərs vəsaitinin müəllifidir.Elmi məclislərdə, o cümlədən beynəlxalq biokimya (1961), botanika (1969), biofizika (1973) konqreslərində məruzələr etmişdir. M.Abutalıbov elmi tədqiqat işləri ilə yanaşı, pedaqoji sahədə də fəaliyyət gös­tərmiş və Azərbaycanda yüksək ixtisaslı bioloqların hazırlanmasında əhəmiyyətli rol oynamışdır. Onun rəhbərliyi altında 55 fəlsəfə doktoru və elmlər doktoru hazır­lanmışdır. == Elmi – təşkilati fəaliyyəti == 0, SSRİ Elmlər Akademiyasının Bitki fiziologiyası və biokimyası, Fotosintez Problem Şuralarının və Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyasının üzvü, SSRİ "Fiziologiya və biokimya” və "Fotosintez problemləri” üzrə Koordinasiya Sove­tinin üzvü, Azərbaycan üzrə həmin Problem Şurasının və SSRİ Botanika cəmiy­yətinin Azərbaycan bölməsinin sədri olmuşdur.
Müzəffər Alanquş
Müzəffər Alanquş (1 yanvar 1898, Ərzurum ili – 17 dekabr 1972, İstanbul) — Türk əsgər və siyasətçi. == Həyatı və hərbi xidməti == Müzəffər Alanquş 1898-ci ildə Ərzurumda anadan olub. 1914-cü ildə Kuleli Hərbi Liseyində oxuyarkən orduya girdi. 1915-ci ildə leytenant rütbəsi aldı. Müxtəlif bölmələrdə Komanda Komandiri və Bölmə Komandiri vəzifələrində çalışıb. 7-ci Diviziya Əməliyyatlara əlavə edilərkən əsir götürüldü. 1 oktyabr 1918–30 dekabr 1920-ci illər arasında Misirdə əsirlikdə qaldı. 28 aprel 1921-ci ildə Anadoluya getdi və Milli Orduya qoşuldu. Müxtəlif hissələrdə xidmət etdikdən sonra 1925–1926-cı illərdə Hərbi Akademiyada kapitan rütbəsi ilə təhsilini başa vurdu. 1926-cı ildə Hərbi Akademiyanı bitirib, 1929-cu ildə heyət üzvü oldu.
Abdul Müzəffər Nur Əhməd
Əlvənd Mirzə (bilinmir – 1505, Mardin) — Ağqoyunlu hökmdarı. == Həyatı == Uzun Həsənin nəvəsi Yusif bəy Bayandurun ikinci oğludur. 1478-ci ildə Sultan Xəlil tərəfindən Şiraz valisi təyin olunmuşdur. Gödək Əhmədin ölümündən sonra Azərbaycanda hakimiyyətə gəlmişdir. 1500-1501-ci illərdə iki yerə bölünmüş Ağqoyunlu dövlətinin bir hissəsinin hökmdarı olmuşdur. == Hakimiyyəti == Qazi bəy Bayandur və Kazım bəy Pörnak tərəfindən dəstəklənirdi. İlk işi qardaşı Məhəmmədi Yəzddən qovmaq oldu. Məhəmməd Mirzə İsfahana qaçdı. Növbəti döyüşdə Əlvənd bəy məğlub olub Təbrizə çəkildi. Bu hadisədən sonra Sultan Murad Eybə Sultanın qardaşları tərəfindən Şirvandan çağrıldı.
Munis Müzəffər
Əbülhəsən Munis Kuşuri (ərəb. ابوالحسن مؤنس ابوالحسن‎; 844 – 933, Bağdad), həmçinin Müzəffər (ərəb. المظفر‎) və Xədim (ərəb. ﺍﻟﺨﺎﺩﻡ‎) soyadları ilə də bilinir — 908-ci ildən 933-cü ildə ölümünə qədər Abbasilər xilafətinin ordusunun baş komandanı, 928-ci ildən xilafətin faktiki diktatoru. Əslən bizanslı yunan xədim və kölə olan Munis 880-ci illərdə gələcək xəlifə Mötəzid yanında hərbi xidmətə girmişdir. Yüksək rütbələr əldə edən Munis 901-ci ildə məhkəmə intriqalarında iştirakının nəticəsi olaraq qəfil rüsvay olmuşdur. O, növbəti yeddi ili Məkkə valisi kimi faktiki sürgündə keçirmiş, lakin 908-ci ildə xəlifə Müqtədir tərəfindən geri çağırılmışdır. Munis xəlifə Müqtədiri 908-ci ilin dekabrında baş tutan saray çevrilişində xilas etməklə fərqlənmişdir. O, xəlifə və xəlifənin anası Şəğəbin dəstəyi ilə xəlifə ordusunun baş komandanı olmuş və bu rolda Bizans imperiyasına qarşı bir neçə ekspedisiyada xidmət etmiş, 927-ci ildə Bağdadı qərmətilərdən xilas etmiş, 915-ci və 920-ci illərdə Fatimilər xilafətinin Misirdən iki yürüşünü dəf etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Bianquis, Thierry (1998).
Müzəffər Aləm
Müzəffər Aləm (d.1882-ö.1973) — İranın Xarici İşlər vəziri. == Həyatı == Müzəffər Aləm 1882-ci ildə Osmanlı imperiyasının Trabzon şəhərində anadan olmuşdu. Atası Mirzə Əliəkbar xan Mötamədəlvüzəra Qəzvini Bakı, İstanbul, Dəməşq, Bağdad şəhərlərində konsul işləmişdi. Növbəti xidməti yerində Müzəffər xan dünyaya gəldi. İlk təhsilini Bakıda, sonra Tehranda aldı. İstanbulda Osmanlı Hərbiyyə məktəbində oxudu. Sonra Fransaya Sen-Sir (Saint Sier) Artileriya məktəbində təhsilini davam etdirdi. Müzəffər xan vətənə döndükdən sonra İran Xarici İşlər vəzarətində işə düzəldi. Dəməşq şəhərində konsul kimi xidmət etdi. Müzəffər xan 1910-cu ildə Xarici İşlər vəzarətindən istefa etdi.
Müzəffər Ağaliyev
Müzəffər Vahid oğlu Ağaliyev (30 dekabr 1981, Sumqayıt – 23 oktyabr 2020, Alxanlı, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağaliyev Müzəffər Vahid oğlu 1981-ci il dekabrın 30-da Sumqayıt şəhərində anadan olmuşdur. 1988–1999-cu illərdə H.Z.Tağyev qəhbəsəndə 19 Nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailəli idi. == Hərbi xidməti == 1 yanvar 2000-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Tərxis olunduqdan sonra müxtəlif sahələrdə işləmişdir. 2006-cı il oktyabr ayında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə daxil olmuşdur. Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçusu kimi xidmətə başlamışdır. Ermənistanın Qarabağda təcavüzünə qarşı, aprel döyüşləri və Tovuz döyüşlərində iştirak etmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçusu olan Müzəffər Ağalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Füzuli istiqamətlərində döyüşmüşdür.
Müzəffər Ağamalızadə
Müzəffər Məhəmməd İbrahim oğlu Ağamalızadə (23 yanvar 1940, Bakı) — Azərbaycanın görkəmli fleyta ifaçısı, professor, Azərbaycan Respublikasının xalq artisti (2005). == Həyatı == Müzəffər Ağamalızadə Məhəmməd İbrahim oğlu 23 yanvar 1940-cı ildə Bakıda fəhlə ailəsində dünyaya gözlərini açmışdır. O, Azərbaycan Dövlət Konservatoriyası nəznində olan 10 illik musiqi məktəbində (1953-1958) P.N.Zilbermanın sinfini bitirmiştir. Daha sonra, 1958–1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet simfonik orkestrində ifaçılıq fəaliyyətinə başlamış, bu dövr ərzində Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə (1959) iştirak etmişdir. 1959-64-cü illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fleyta sinfinə (Ə.İsgəndərovun sinfi) daxil olub, Solist, orkestra Solisti, müəllim ixtisaslarını qazanmışdır. 1960-62-ci illər arasında isə Azərbaycanda keçirilən müsabiqə və yarışmalarda birincilik diplomlarını almışdır. 1963-cü ildə isə Leninqrad şəhərində keçirilən müsabiqədə iştirak etmişdir. == Fəaliyyəti == 1961-72-ci illər ərzində Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin Solisti olmuş, 1970-ci ildən nəfəs alətləri kvintetinin ifaçısı kimi fəaliyyət göstərmişdir. 1965-ci ildən etibarən Asəf Zeynallı adına musiqi texnikumunda müəllim kimi çalışmış, 1972-75-ci illərdə isə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrində işləmişdir. Müzəffər Ağamalızadə 1975–1978-ci illərdə Sovetlər birliyi Mədəniyyət Nazirliyi tərəfindən Əlcəzair Bələdiyyə (Dövlət) Konservatoriyasına ezam edilərək, burada həm dərs demiş, həm də konservatoriyanın orkestrində solist olaraq fəaliyyətinə davam etmişdir.
Müzəffər Ağazadə
Müzəffər Abusət oğlu Ağazadə — Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Ali Məhkəmənin elmi-məsləhət şurasının üzvüdür. == Həyatı == Ağazadə Müzəffər Abusət oğlu 1939-cu ildə Masallı rayonunun Müsaküçə kəndində anadan olmuşdur. 1958-ci ildə orta məktəbi bitirdikdən sonra Masallı rayon məhkəməsində katib işləməyə başlayan M. Ağazadənin əmək fəaliyyətinin sonrakı dövrü yalnız məhkəmə orqanları ilə bağlı olmuşdur. 1961-ci ildə, indiki Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, həmin təhsil müəssisəsini 1967-ci ildə bitirmişdir. Bir oğlu , üç qızı və səkkiz nəvəsi var. == Hakim fəaliyyəti == 1964–1968 — Bakı şəhəri, Oktyabr rayon xalq məhkəməsində iclas katibi, 1968–1969 — Azərbaycan SSR Nazirlər Soveti Hüquq Komissiyasının Məhkəmə Ekspertizası İnstitutunda baş elmi işçi olaraq çalışmışdır . Bundan sonra, Bakı şəhəri, Yasamal rayon məhkəməsində iclas katibi vəzifəsində işləmiş M. Ağazadə Universiteti bitirdikdən sonra, Azərbaycan SSRİ Nazirlər Soveti Hüquq Komissiyasının Elmi –Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu və Azərbaycan Respublikası Ali Məhkəməsinin nəzarət şöbəsində baş məsləhətçi vəzifələrində işləmişdir. M. Ağazadə 1970–1976-cı illərdə Daşkəsən rayon məhkəməsində hakim,1976–1987-ci illərdə Bərdə rayon məhkəməsinin sədri, 1987–1990-cı illərdə isə Ağdam rayon məhkəməsinin sədri vəzifələrində çalışmışdır. 1990-cı ildən Azərbaycan Respublikası Ali Məhkəməsinə hakim seçilən M. Ağazadə 2000-ci ildə yenidən həmin vəzifəyə təyin edilmişdir. 2010-cu ildə təqaüdə çıxmışdır.
Müzəffər Həsənov
Müzəffər Həsənov (azərb. Həsənov Müzəffər Qəzənfər oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == 1939-cu il fevralın 5-də anadan olub. Tikinti-quraşdırma trestinin avtobazasında sürücü işləmişdir. Dörd övladı qaldı: Zahid, Gülafər, Cavid, Gülnarə. 19-u gecə böyük oğlu Zahid evə gec gəlib. Müzəffər kişi övladını axtarmağa gedib. O gedən bir də evə qayıtmayıb. Gecə saat 4—5 radələrində Salyan qazarmasının yanında görüblər onu.
Müzəffər Nərimanov
Nərimanov Müzəffər Əliəkbər oğlu (28 iyul 1897, Tiflis – 21 aprel 1938, Moskva) — Azərbaycan SSR dövlət xadimi, Nəriman Nərimanovun əmisi nəvəsi. == Həyatı == Nərimanov Müzəffər ilk təhsilini rus-tatar məktəbində almışdır. Bakı realni məktəbində oxuyarkən inqilabi hərəkata qoşulmuşdur. Fevral-burjua demokratik inqilabından (1917) sonra Bakı quberniya ərzaq komitəsinin müvəkkili, Azərbaycanda Sovet hakimiyəti qurulduqdan sonra isə Nuxa qəza və Zaqatala mahal fövqəladə komissarının müavini olmuşdur. 1921-ci ildə AK (b) P Fabrik və Zavod Rayon Komitəsinin katibi seçilmişdir. 1925-ci ildə G.V.Plexanov ad. Xalq Təsərrüfatı İnstitutunu bitirmiş, AK (b) P MK təşkilat şöbəsinin müdiri (1925-1927), Azərbaycan SSR Xalq FKM komissarını müavini (1927-1928), ÜİK (b) P Sverdlovsk Dairə Komitəsinin katibi (1929-1930), AK (b) P MK katibi, Ural Vil.İstehlak İttifaqının sədr müavini (1930-1933), AK (b) P MK kütləvi təşkilat şöbəsinin müdiri, Orconikidze Rayon Komitəsinin katibi, Bakı Komitəsinin katibi, sonra II katibi (1933-1937) vəzifələrində çalışmışdır. ÜİK (b) P-nın 16 və 17-ci qurultaylarının, AKP və Zaqafqaziya kommunist təşkilatlarının bir sıra qurultaylarının nümayəndəsi olmuşdur. Dəfələrlə AK (b) P MK, ÜİK (b) P Zaqafqaziya Ölkəvə Sverdlovsk Vil.Komitələrinə, Azərbaycan SSR MİK və SSR MİK-nə üzv seçilmişdir. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.
Müzəffər Nəsirli
Nəsirli Müzəffər Qasım oğlu (14 sentyabr 1911, Sələsüz, Şahbuz rayonu – 1980, Naxçıvan) — şair, 1940-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1911-ci il sentyabrın 14-də İrəvan quberniyası Naxçıvan qəzasının Şahbuz rayonundakı Sələsüz kəndində fəhlə ailəsində doğulmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvan şəhərində ibtidai təhsil almış, Naxçıvan Pedaqoji texnikumunu bitirmişdir (1926-1929). Bu vaxtdan əmək və yaradıcılıq fəaliyyətinə başlamışdır. Belə ki, 1929-cu ildə təyinatla Ordubad rayonun Vənənd kəndindəki kəndli gənclər məktəbinə müəllim göndərilir. 1930-cu ilədək burada işləyir. 1930-31-ci illərdə Noraşen (Şərur) rayonunun Qıvraq kəndində müəllim kimi çalışıb. 1931-32-ci illərdə İrəvan şəhərindəki Lenin adına fəhlə fakültəsində və kooperativ texnikumunda müəllim işləyib. Onun ilk şeiri “Indi” 1927-ci ildə Naxçıvan Pedaqoji Məktəbinin naşir etdi salnamədə çap olunmuşdur. Həmin illərdə Naxçıvan gənclər (komsomol) klubun nəzdində təşkil olunmuş “Qızıl qələmlər” ədəbi birliyində fəal iştirak etmiş, şerləri yerli və mərkəzi mətbuatda çap edilməyə başlanmışdır.
Müzəffər Səfərov
Müzəffər Allahverdi oğlu Səfərov (4 may 1932, Şıxmahmud, Naxçıvan MSSR – 17 iyul 2016) — Azərbaycan aktyoru, Naxçıvan Dövlət Musiqili Dram Teatrının solisti. == Həyat və yaradıcılığı == Müzəffər Allahverdi oğlu Səfərov 1932-ci il mayın 4-də Babək rayonunun Şıxmahmud kəndində anadan olub. Gözəl səsi və xanəndəlik istedadı səhnə həyatında özünü göstərən cəhətlərdən olub. Müxtəlif dram dərnəklərində fəaliyyət göstərən Müzəffər Səfərov qüdrətli sənətkar İbrahim Həmzəyevin tövsiyəsi ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına gəlib. H. Cavidin "Şeyx Sənan", Ü. Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", S. Vurğunun "Vaqif", S.S. Axundovun "Laçın yuvası", S. Rüstəmin "Qaçaq Nəbi", K. Ağayevanın "Məhsəti", H. Razinin "Odlu diyar" tamaşalarında yaratdığı Kor Ərəb, Zeyd, Kərəm, Xanəndə, Səlim bəy, Qəhrəman, Aşıq Əli kimi obrazlar onun aktyor məharətini aşkara çıxarıb. Müzəffər Səfərov "Rolun böyük-kiçiyi yoxdur, aktyorun böyük-kiçiyi var " ifadəsini teatr həyatında doğruldan sənətkar olub. Tanınmış xanəndə Yaşar Səfərovun əmisidir. 1974-cü ildə o, "Naxçıvan MSSR əməkdar artisti" fəxri adına və 2009-cu ildə Prezident təqaüdünə layiq görülüb. Azərbaycanın müxtəlif rayonları, Gürcüstan, Dağıstan Respublikaları, o cümlədən Türkiyədə müxtəlif tamaşalarla qastrol səfərlərinində olub. 2016-cı il iyul ayının 17-də vəfat edib.
Müzəffər Tuğsavul
Muzaffer Tuğsavul (1894, Benqazi – 15 may 1952, İzmir) — Türk əsgəri. == Həyatı və hərbi xidməti == Müzəffər Tuğsavul 1894-cü ildə Benqazidə anadan olmuşdur. 1914-cü ildə Quru Qoşunları Hərbi Məktəbindən, 1925-ci ildə Hərbi Akademiyadan məzun oldu. Birinci Dünya Müharibəsində və Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak etmişdir. 1920-ci ildə Böyük hücuma, mayor rütbəsi ilə 14-cü Ordu ilə qatıldı. Süvari Diviziyasının Baş Qərargah rəisi vəzifəsində çalışdı. 1939-cu ildə briqadir rütbəsinə yüksəldi. Tuğgeneral rütbəsində Çanaqqala Topçu Komandanlığı və möhkəmləndirilmiş Sahə Komandiri vəzifələrini icra etdi. 1941-ci ildə general-mayor rütbəsinə yüksəldi. General-mayor rütbəsi ilə 69-cu.
Müzəffər Yusifli
Müzəffər Ziyəddin oğlu Yusifli (20 oktyabr 2000; Beyləqan rayonu, Azərbaycan — 9 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Müzəffər Yusifli 2000-ci il oktyabrın 20-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Müzəffər Yusifli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Müzəffər Yusifli oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunun Kəbirli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Müzəffər Yusifli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Müzəffər Yusifli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Müzəffər Yusifli ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Müzəffər xan
Seyid Müzəffərəddin Bahadur xan (1834 — 31 oktyabr 1885) — Manqıtlar sülaləsindən Buxara əmirliyinin hökmdarı. == Həyatı == Müzəffər xan Nəsrulla xan (1806—1860) oğlu 1834-cü ildə Buxara şəhərində anadan olmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi almışdı.Tarixçi Əhməd Danişə görə atası onu vəliəhd olaraq görmürdü. Əvəzinə nəvəsini xanlıq taxtına layiq bilirdi. Müzəffər xan 1860-cı ildə atasının vəfatından sonra xanlıq taxtına əyləşdi. Müzəffər xan 31 oktyabr 1885-ci ildə vəfat etdi. == Daxili siyasəti == Müzəffər xan taxta əyləşəndən sonra vəzir və digər məmurları dəyişdirdi.Onların mal-mükünü müsadirə edib, əvəzlərinə öz adamlarını yerləşdirdi. == Ədəbiyyat == Мирза Абдалазим Сами «Тарих-и салатин-и мангитийа» дар ас-салтана-и Бухараи шариф. Перевод Л. М. Епифановой. М.,1962.
Müzəffər Özdağ
Müzəffər Özdağ (15 aprel 1933, Pınarbaşı, Kayseri ili – 6 fevral 2002, Ankara) — əslən Dağıstan qumuqlarından olan türkiyəli siyasətçi və hərbçi. == Həyatı == Hərb Məktəbini, Hərb Akademiyasını və Ankara Universitetinin hüquq fakültəsini bitirmişdir. 27 may 1960-cı il hərbi çevrilişində zabit olaraq iştirak etmişdir. 13 noyabr 1960-cı ildə Milli Birlik Komitəsinin parçalanmasından sonra 14-lərdən biri olaraq Tokioya sürgünə göndərildi. Respublikaçı Kəndli Partiyasından siyasətə qatılmış və TBMM XIII çağırış Afyon millət vəkili seçilmişdir. 1971-ci ildən sonra siyasətdən ayrılmışdır. 2002-ci ilin 6 fevralında Ankarada vəfat etmişdir. Məşhur türk siyasətçisi və millətçisi Ümid Özdağın atasıdır.
Müzəffər Şərif
Muzaffer Şerif (29 iyul, 1906, İzmir, Türkiyə – 16 oktyabr, 1988, Alyaska, ABŞ) türk əsilli ABŞ sosial psixoloqu idi (en. Muzafer Sherif). Muzaffer Şerifin tədqiqatları qrupdaxili prosesləri və qruplar arası münasibətləri əhatə edirdi. Onun qrup dinamikasını öyrənən Quldurlar mağarası eksperimenti daha çox tanınır. == Karyera == M. Şerif 1927-ci ildə İzmirdə Amerika Beynəlxalq Kollecini bitirərək bakalavr dərəcəsini, 1929-cu ildə İstanbul Universitetini bitirərək master dərəcəsini qazandı. Bundan sonra o Amerikaya getdi və Harvard Universitetində təhsilini davam etdirərək 1932-ci ildə ikinci dəfə master dərəcəsini aldı. Şerif doktorluq dərəcəsini 1935-ci ildə Kolumbiya Universitetində qazandı. Karyerası boyunca M. Şerif Yale Universitetində, Oklahoma, Texas, Vaşinqton, Pensilvaniya Universitetlərində psixologiya, sosiologiya, psixiatriya sahələri üzrə aparıcı mütəxəssis kimi çalışmışdır. 1936-cı ildə Şerif konformluğun öyrənilməsində görkəmli yer tutan bir təcrübə apardı. Avtokinetik effekt əsasında qurulmuş bu təcrübə ilə Şerif göstərdi ki, qrupda konvergensiya prosesi necə gedir və qrup normaları necə yaranır.
Müzəffər Əsgərov
Müzəffər Əsgərov — (tam adı: Müzəffər Rza oğlu Əsgərov 1971-ci ildə fevralın 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonun Keçili kəndində anadan olub). 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti, 2017-ci ildə isə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görülüb. Naxçıvan MR Dövlət Televiziya və Radio Verlişləri Komitəsinin baş redaktoru. == Həyatı == 1971-ci ildə fevralın 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonun Keçili (Şahbuz) kəndində anadan olub. Kənddəki on illik orta məktəbi bitirib. 1989-1991-ci illərdə Orenburq vilayətinin Orsk şəhərində hərbi xidmətdə olub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinn Mədəni-maarif fakültəsinin Teatr kollektivinin rejissoru fakültəsinə qəbul olub. 1997-ci ildə həmin universiteti bitirib, təyinatla Naxçıvana göndərilib. 1998-ci ildən 2001-ci ilə qədər Naxçıvan şəhərində fəaliyyət göstərən Zabitlər evində hərbi işlər üzrə təlimatçı işləyib. İşlədiyi müddətdə zabitlər evinin kollektivi ilə bir neçə tamaşaya quruluş verib.
Müzəffər Qasımov
Müzəffər Mədət oğlu Qasımov (23 fevral 1941, Tovuz – 20 iyul 2021) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş sovet futbolçusu və məşqçisi. SSRİ idman ustası. Azərbaycan Respublikasının əməkdar məşqçisi. Gəncə şəhərinin fəxri sakini. == Həyatı == Müzəffər Qasımov 23 fevral 1941-ci ildə Tovuz şəhərində anadan olmuşdur. İlk futbol məşqçisi Təvəkkül Hüseynovdur. Məktəbdə 6-cı sinifdə oxuyarkən Tovuz yığmasına cəlb olunub. 1952-ci ildə Tovuz şəhərindəki 2 saylı orta məktəbi bitirmişdir. 1959-cu ilin iyun ayında Kirovabad şəhərinin ustalardan ibarət "Tekstilşik" futbol komandasına dəvət olunub. 1974-cü ilədək bu komandanın əsas heyətində çıxış etmişdir.
Müzəffər Hüseyn Mirzə
Müzəffər Hüseyn Mirzə Səfəvi — Sultan Hüseynin ikinci oğlu. == Həyatı == 1562-ci ildə, Qəndəharda doğulmuşdu. Xüsusi təhsil almışdı. 1578-1595-ci illərdə Qəndəhar hakimi olmuş, 1594-cü ildə Qəndəharı I Əkbərə təslim etmişdi. Buna görə də Əkbər şah tərəfindən "Fərzənd" (Oğul) titulu və mənsəbdarlıq verilmişdi. 5000 zat və 4000 səvarı vardı. 1599-cu ildə istefaya çıxaraq Dehliyə köçdü və ömrünün axırınacan orada yaşadı. 1603-cü ilin oktyabrı elə orada vəfat etdi və basdırıldı. Molla Heydər Xisali kimi şairlərə hamilik etmişdi. Sambhal şəhəri onun irsi mülkü idi.
Müzəffər Həsənov (şəhid)
Müzəffər Həsənov (azərb. Həsənov Müzəffər Qəzənfər oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == 1939-cu il fevralın 5-də anadan olub. Tikinti-quraşdırma trestinin avtobazasında sürücü işləmişdir. Dörd övladı qaldı: Zahid, Gülafər, Cavid, Gülnarə. 19-u gecə böyük oğlu Zahid evə gec gəlib. Müzəffər kişi övladını axtarmağa gedib. O gedən bir də evə qayıtmayıb. Gecə saat 4—5 radələrində Salyan qazarmasının yanında görüblər onu.
Müzəffər Nəsirli (şair)
Müzəffər Nəsirli İbrahimzadə (1902, Şağlaküçə, Lənkəran rayonu – 3 mart 1944 və ya 1944, Masallı) — talış əsilli Azərbaycan şairi, folklorşünası, dilçi, müəllim və jurnalist. O, Zülfüqar Əhmədzadə ilə həmmüəllif və talış folklorunun tanınmış toplayıcısıdır. == Həyatı == Müzəffər Nəsirli İbrahimzadə 1902-ci ildə Rusiya imperiyasının Bakı quberniyasının Lənkəran qəzasının Şağlaküçə kəndində anadan olub. Atası Hacı İbrahim tacir idi və kənddə dükanının sahibi idi. İbtidai təhsilini məscid nəzdində (mollaxana) və ibtidai məktəbdə almışdır. Sonra təhsilini Lənkəranda davam etdirib. 1920-ci ildə "Talış diyarının öyrənilməsi cəmiyyəti" yaradılır, o, bu cəmiyyətin işində iştirak edir və talış dili və folklorunun tədqiqatçısı, iranlı alim B. V. Millerlə tanış olur. Bu tanışlıq sonradan onun fəaliyyətinə müsbət təsir göstərir. O, B. V. Miller və professor Vəli Xuluflu ilə talış dilinin öyrənilməsi, folklor nümunələrinin axtarışı ilə bağlı elmi ekspedisiyalarda iştirak edib. M. Nəsirli əsas işini talış folklorunun toplanması, çapı, aydınlaşdırılması yolunda aparıb.
Azim Müzəffərov
Müzəffərov Azim Ələkbər oğlu (1 yanvar 1960, Gərd, Qafan rayonu – 8 mart 1984, Əfqanıstan) — 1982-1984-cu illərdə SSRİ -nin Əfqanıstanda apardığı müharibənin iştirakçısı olmuş azərbaycanlıdır. == Həyatı == Müzəffərov Azim Ələkbər oğlu 01.01.1960-cı ildə Qərbi Azərbaycanın (Ermənistan SSR ) Qafan rayonunun Gərd kəndində anadan olmuşdur. 1968-ci ildə Qafanda baş vermiş güclü zəlzələdən sonra ailəsi ilə birlikdə Abşeron rayonunun Saray qəsəbəsinə köçmüşdür. 1975-ci ildə Saray qəsəbəsinin hal-hazırda onun adını daşıdığı 2 №-li məktəbin 8-ci sinfini nümunəvi davranış, əla və yaxşı qiymətlərlə bitirmişdir. 1975-ci ildə Sovet İttifaqı Qəhrəmanı M. Ələkbərov adına Saray qəsəbə 1№-li orta məktəbin 9-cu sinfinə qəbul olunub, 1977-ci ildə müvəffəqiyyətlə bitirmişdir. Həmin il Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu ( hal-hazırda Azərbaycan Dillər Universiteti ) qəbul olmuşdur. 1982-ci ildə universiteti İngilis və alman dilləri ixtisası üzrə tam kursu bitirmişdir. Qısa bir müddətdə təyinatla Qərbi Azərbaycanın Qafan rayonunda müəllim işlədikdən sonra könüllü olaraq Hərbi xidmətə getmişdir. 1984-cü il 8 mart tarixində hərbi xidmətinin bitməyinə 2 gün qalmış , ƏDR –da öz beynəlmilləl borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur. Orta məktəb illərində şeir yazmağa başlamışdır.
Davud Müzəffərli
Davud Müzəffərli — Ssenari müəllifi. Kino redaktoru. == Həyatı == Davud Müzəffərli 19 dekabr 1974-cü il tarixində Yardımlı rayonunun Ostair kəndində doğulmuşdur. Ostair kənd orta məktəbini bitirmişdir. 1993-cü ilin aprel ayından 1996-cı yanvar ayınadək həqiqi hərbi xidmətdə olmuşdur. Ağdam rayonu uğrunda savaşda iştirak etmişdir, Qarabağ müharibəsi veteranıdır. 1999-cu ildə Lənkəran Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 2003-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ilin sentyabr ayından Lider televiziyasında (Lider Media Holding) Sənədli filmlər redaksiyasında redaktor və ssenari müəllifi vəzifəsində yaradıcı fəaliyyətə başlamışdır. 2007-ci ildən "MZ Production" MMC-də ssenari müəllifi kimi çalışmış, "Vətən sağ olsun" adlı hərbi-vətənpərvərlik layihəsinin (İctimai televiziyada yayımlanmışdır) ssenari müəllifi olmuşdur.
Kənan Müzəffərli
Kənan Müzəffərli (tam adı: Kənan Azər oğlu Müzəffərli; 22 dekabr 1995, Gədəbəy rayonu Çalburun kəndi – 27 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Müzəffərli Kənan Azər oğlu 22 dekabr 1995-ci ildə Gədəbəy rayonun Çalburun kəndində anadan olub. 15 sentyabr 2002–2013 illərdə Çalburun kənd tam orta məktəbində təhsil alıb. 2013-cü ildə Sumqayıt Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına daxil olub. 2017-ci ildə Universiteti bitirdidən sonra 2017–2018-ci illərdə hərbi xidmətdə olmuşdur. 15 sentyabr 2019-cu ildən Gədəbəy rayonun Dəyəqarabulaq kənd tam orta məktəbində müəllim kimi çalışıb. 23 dekabr 2019-cu il bələdiyyə seçkilərindən sonra Miskinli kənd bələdiyyəsinin sədr müavini kimi çalışıb. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılıb. 27 oktyabr 2020-ci ildə Zəngilan uğrunda gedən döyüşlərdə həlak olmuşdur. == Təltifləri == (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) == İstinadlar == https://oxu.az/war/446895.
Kənan Müzəffərli (əsgər)
Kənan Müzəffərli (tam adı: Kənan Azər oğlu Müzəffərli; 22 dekabr 1995, Gədəbəy rayonu Çalburun kəndi – 27 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Müzəffərli Kənan Azər oğlu 22 dekabr 1995-ci ildə Gədəbəy rayonun Çalburun kəndində anadan olub. 15 sentyabr 2002–2013 illərdə Çalburun kənd tam orta məktəbində təhsil alıb. 2013-cü ildə Sumqayıt Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına daxil olub. 2017-ci ildə Universiteti bitirdidən sonra 2017–2018-ci illərdə hərbi xidmətdə olmuşdur. 15 sentyabr 2019-cu ildən Gədəbəy rayonun Dəyəqarabulaq kənd tam orta məktəbində müəllim kimi çalışıb. 23 dekabr 2019-cu il bələdiyyə seçkilərindən sonra Miskinli kənd bələdiyyəsinin sədr müavini kimi çalışıb. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılıb. 27 oktyabr 2020-ci ildə Zəngilan uğrunda gedən döyüşlərdə həlak olmuşdur. == Təltifləri == (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) == İstinadlar == https://oxu.az/war/446895.
Meydan-i Müzəffərxan (Bicar)
Meydan-i Müzəffərxan (fars. ميدان مظفرخان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 217 nəfər yaşayır (55 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Müzəffərabad (Azad Kəşmir)
Müzəffərabad (مظفرآباد) − Pakistanın Azad Kəşmir bölgəsinin paytaxtıdır. == Şəhər barədə == == Şəhərin tarixi == Müzəffarabad şəhərinin orijinal adı Udabhanda idi. Udabhanda Şahi xanədanlığının paytaxtı olub. == Nəqliyyat == Ən yaxın dəmiryol stansiyaları Pakistanda Murree ve Hindistanın Cammu ve Kəşmir əyalətindəki Baramulladır. == 2005-ci il zəlzələsi == Şəhər 2005-ci ildə baş verən və 7.6 bal gücündə olan Kəşmir zəlzələsinin episentri yaxınlığında idi. Zəlzələ şəhərdəki binaların təxminən 50%-ni məhv edib (rəsmi binaların əksəriyyəti daxil olmaqla) və Kəşmirin Pakistanın nəzarəti altında olan ərazilərin 80000-ə (səksən min) yaxın əhalisinin ölümünə səbəb olub. 8 oktyabr 2005-ci il tarixindən etibarən Pakistan hökumətinin rəsmi məlumatlarına görə ölü sayı 87350 (səksən yeddi min üç yüz əlli) olmuşdur. Bəzi hesablamalara görə, ölənlərin sayı 100000-dən (yüz min) çoxdur.
Müzəffərabad (Qoşaçay)
Müzəffərabad (fars. مظفرآباد‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,707 nəfər yaşayır (340 ailə).
Müzəffərabad (Qürvə)
Müzəffərabad (fars. مظفر آباد‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 435 nəfər yaşayır (110 ailə). Əhalisini kürdlər təşkil edir.
Müzəffərabad (Xoy)
Müzəffərabad (fars. مظفراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 652 nəfər yaşayır (64 ailə).
Müzəffərilər
Müzəffərilər dövləti (1314-1393) — İranın Yəzd, Fars və Kirman əyalərlərində qurulmuş tarixi dövlət. Müzəffərilər sülaləsi — Müzəffərilər dövlətini idarə edən sülalə.
Müzəffərilər (İran)
Müzəffərilər sülaləsi — 1314-1393-cü illərdə İranın Yəzd, Fars və Kirman əyalərlərində qurulan Müzəffərilər dövlətini idarə etmiş sülalə.
Müzəffərilər dövləti
Müzəffərilər dövləti (1314-1393) — İranda feodal dövləti. == Tarixi == Müzəffərilər dövləti Yəzd, Fars və Kirman əyalərlərini əhatə edirdi. Paytaxtı Şiraz şəhəri idi. Dövlət müzəffərilər sülaləsinin nümayəndələri tərəfindən idarə olunurdu. Sülalənin banisi Şərəf əd-din Müzəffər Elxani hökmdarı Qazan xanın minbaşısı və Yəzd yaxınlığındakı Məybur şəhərciyinin hakimi olmuşdur. Sonralar Elxanilər dövlətinin tənəzzülü dövründə müzəffərilər bütün Fars, Kirman və İraq-i Əcəmi özlərinə tabe etdilər. 1359-cu ildə Mübariz əd-din Məhəmməd (1314-1359) Azərbaycana hücum edib Təbrizi tutdu. Lakin bir həftədən sonra Azərbaycanı tərk etməyə məcbur oldu və tezliklə oğlu Şah Şüca (1359-1384) tərəfindən öldürüldü. Şah Şücanın ölümündən sonr Müzəffərilər dövləti parçalandı. Teymur 1393-cü ildə sonuncu müzəffəri hökmdarı Mənsuru (1387-1393) məğlub edib Müzəffərilər dövlətinə son qoydu.
Müzəffərilər sülaləsi
Müzəffərilər sülaləsi — 1314-1393-cü illərdə İranın Yəzd, Fars və Kirman əyalərlərində qurulan Müzəffərilər dövlətini idarə etmiş sülalə.
Müzəffəroba
Müzəffəroba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Təhsil == Kənddə məktəb var. Lakin qəzalı vəziyyətdə olması səbəbindən yeni məktəb binasının təməli qoyulub. Kənddə 180 yerlik ikimərtəbəli yeni məktəb binası inşa olunur.
Müzəffərəddin Yavlak Arslan
Müzəffərəddin Yavlak Arslan və ya Yavlak Arslan Bəy (türk. Muzaffereddin Yavlak Arslan; ?, Çobanoğulları bəyliyi-1292, Konya, Anadolu Səlcuqlu Dövləti) - 1280-1292 Çobanoğlulları bəyi. "Saltuknamə"-də adı "Məlik Müzəffərəddin" olaraq keçməkdədir.
Müzəffərəddin şah
Müzəffərəddin şah Nasirəddin şah oğlu Qovanlı-Qacar (23 mart 1853, Tehran – 3 yanvar 1907, Tehran) — İran şahı (1896–1907). Nəsrəddin şahın oğlu. Qacarlar sülaləsindəndir. Uzun müddət Azərbaycan valisi olmuş və Təbrizdə yaşamışdır. Müzəffərəddin şahın dövründə İranın xarici ölkələrdən asılılığı daha da güclənmiş, aclıq və narazılıq artmış, inqilabi hərəkatın başlanmasına zəmin yaranmışdı. Xalq kütlələrinin təzyiqi ilə 1906-cı ildə İran tarixində ilk dəfə olaraq məclis çağırılması haqqında qərar verməyə məcbur olmuşdu. Yerinə oğlu Məhəmmədəli şah hakimiyyətə keçmişdi. == Həyatı == Müzəffərəddin şah Nasirəddin şah oğlu 25 mart 1853-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. 1861-ci ildə Cənubi Azərbaycan əyalətinin valisi olmuşdu.
Müzəffərəddin şah Qacar
Müzəffərəddin şah Nasirəddin şah oğlu Qovanlı-Qacar (23 mart 1853, Tehran – 3 yanvar 1907, Tehran) — İran şahı (1896–1907). Nəsrəddin şahın oğlu. Qacarlar sülaləsindəndir. Uzun müddət Azərbaycan valisi olmuş və Təbrizdə yaşamışdır. Müzəffərəddin şahın dövründə İranın xarici ölkələrdən asılılığı daha da güclənmiş, aclıq və narazılıq artmış, inqilabi hərəkatın başlanmasına zəmin yaranmışdı. Xalq kütlələrinin təzyiqi ilə 1906-cı ildə İran tarixində ilk dəfə olaraq məclis çağırılması haqqında qərar verməyə məcbur olmuşdu. Yerinə oğlu Məhəmmədəli şah hakimiyyətə keçmişdi. == Həyatı == Müzəffərəddin şah Nasirəddin şah oğlu 25 mart 1853-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. 1861-ci ildə Cənubi Azərbaycan əyalətinin valisi olmuşdu.
Rasim Müzəffərli
Rasim Müzəffərli (Rasim Müzəffər oğlu İmanov) — Azərbaycanlı filosof, bəstəkar-şair və naşir. 1958-ci il 21 iyunda Bakı şəhərində anadan olmuşdur. 1975-ci ildə Bakı şəhəri 20 saylı orta məktəbi, 1980-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. Fəlsəfə elmləri namizədidir (1984). Öz dövründə ictimai elmlər sahəsində Azərbaycanda ən gənc dosent (1985) olmuşdur. Azərbaycanda ilk qeyri-formal ictimai təşkilatlardan biri olan “CƏNGİ” birliyinin yaradıcısı və rəhbəri olmuşdur. Keçən əsrin 80-90-cı illərində Azərbaycan Dövlət Televiziyasında “Ekspromt” və “Çərşənbə axşamı” verilişlərinin, 2006-2007-ci illərdə isə ANS televiziya kanalında “CƏM” ictimai-siyasi tok-şounun müəllifi və aparıcısı olmuşdur. 1980-ci illərin əfsanəvi “OZAN” muğam-rok qrupunun (1981-1990) yaradıcısı və rəhbəridir. Ümumi tirajı 5 milyon nüsxədən çox olan 1000-dən çox adda kitabın naşiridir. "Şərq-Qərb" Nəşriyyat Evinin qurucusu və rəhbəri (2010-2016) olmuşdur.
Sultan Müzəffərəddin Özbək
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır. == Hakimiyyəti == === Gürcülərin hücumları === Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər. Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.

Digər lüğətlərdə