Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mir Yəhya Müztər
Mir Yəhya Mir Mustafa oğlu Müztər (Təbriz) — XIX əsr Azərbaycan şairi. Mir Yəhya Mir Mustafa oğlu Cənubi Azərbaycanın Zunuz qəsəbəsində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Müztər təzəllüsü ilə şeir yazırdı. Divanı Təbriz şəhərində çap edilmişdi.
Düzlər
Düzlər və ya Stalinçilər — Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Kənd dənizsahili düzənlikdə Dərbənd şəhərindən 25 km cənubda Tabasaran rayonu ilə sərhəddə yerləşir. Əskidən monoetnik azərbaycanlı kəndi olmuşdur. Ancaq son üç onillikdə (1980-ci ildən sonra) azərbaycanlılar kəndi tərk edir, onların yerlərinə tabasaranlılar yerləşirlər. Nəticədə etnik tərkibdə üstünlük tabasaranlılara keçmişdir. 2002-ci ildə aparılmış siyahıyaalınmaya əsasən sakinlərinin sayı 477 nəfər olmuşdur, əhali əsasən tabasaranlılardan, qismən azərbaycanlılardan ibarətdir. Topoqrafik xəritə K-39-XIII — 1 : 200 000 Topoqrafik xəritə K-39-61 — 1 : 100 000 Администрация Дербентского района Дагестанская АССР: Административно-территориальное деление. — Махачкала: Дагестанское кн. изд-во, 1966. Дагестанская АССР: Административно-территориальное деление.
Müqlər
Müqlər — qədimdə Azərbaycan ərazisində yaşamış türkmənşəli tayfa. Bu tayfa Atropatena ərazisində yaşamış 5 tayfadan biri idi.
Mərmər
Mərmər (lat. marmor; yun. Μάρμαρο — "parlayan daş", "daş qayması") — əhəngdaşı və dolomitlərin metamorfizmə uğraması (yenidən kristallaşması) nəticəsində əmələ gələn xırda, orta və iridənəli kristallik süxur. Tərkibində kvars, xalsedon, hematit pirit və s. mineralların, həmçinin üzvi birləşmələrin qatışıqları olur. Həcm çəkisi 2,65–2,90, sıxlığa davamlığı 500–2500 kqs/sm², rəngi qatışıqlardan asılı olaraq müxtəlifdir. Xırdadənəli növləri daha davamlıdır.
Məmər
Məmər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Məmər kəndinin adı ərəb mənşəli məmər sözündən olub, “çay keçidi” və ya “dağ keçidi” mənasındadır. Adlandırmada yaşayış məntəqəsinin fiziki-coğrafi mövqeyi əsas rol oynamışdır. Yaşayış məntəqəsi vaxtilə Həkəri çayının keçid (məmər) yerində salındığı üçün belə adlandırılmışdır.
Süzmə
Süzmə - suyunu süzərək qatılaşdırılmış qatıq. Süzməni qurudaraq qurut hazırlamaq olar.
Süzər
Süzər (lat. Certhia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin süzərlər fəsiləsinə aid heyvan cinsi.
Müammər Aksoy
Müammər Aksoy (1917 – 31 yanvar 1990) — Hüquqçu və siyasət adamı. 1961 Konstitusiyasını hazırlayan komissiyanın spikerliyini etmişdir. Millət vəkili Numan Aksoyun oğuludur. 1990-cı ildə, faili məchul bir cinayət nəticəsi öldürülmüşdür. İbradılı Hacı Musazadə Numan Aksoy və Nadirə Aksoyun oğuludur. Qardaşları Prof. Dr. Müzəffər Aksoy, Nilufər Pəhləvanlı, Dr. Fikrət Aksoy və Sevəm Batukandır. Ülkə Aksoy ilə evli olan Müammər Aksoy, İşıq və Təmizlən adında iki oğul ilə Əsli, Müammər Can Aksoy və İlke Aksoy adlı üç nəvəyə malikdir.
Müammər Gülər
Müammər Gülər (21 mart 1949, Mardin) — Türkiyənin daxili işlər naziri. Müammər Gülər 1949-cu ildə Mardində anadan olub. Ankara Hüquq Fakültəsi məzunu olan Gülər Niğdə, Kayseri, Qaziantep, Samsun və İstanbul valisi olub, daha sonra isə Dövlət İntizamı və Təhlükəsizliyi Baş İdarəsinin qurucu baş idarə rəhbəri olub. Gülər son seçkilərdə Mardindən millət vəkili seçilib.
Mərmər cürə
Mərmər cürə (lat. Marmaronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. (III-VU). Həssas, sayı azalmaqda olan növdür. Bədəninin ümumi rəngi bozdur, üzərində açıq rəngli dəyirmi ləkələr və naxışlar vardır. Erkəyin başında kəkil var. Avropa və Asiyada yayılıb. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarının su hövzələrində, Xəzərin sahillərində, Araz dəryaçasında məskunlaşır. Ağgöldə və Sarısuda yuvalayır. Qamış və qarğılıqlarla zəngin olan subasarlar və göllərdə yaşayır.
Mərmər oniksi
Mərmər oniksi – Ca[CO3] - Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Kalsit və araqonitin sıx, yaxşı pardaxlanan işıqkeçirən, yaxud yarımşəffaf zolaqlı və konsentrik - zonal quruluşlu incə çalarlı sarı, çəhrayı, yaşıl, krem və qəhvəyi rəngli aqreqatları mərmər oniksi adlanır. Parıltısı tutqun parıltıdan şüşə və yağlı parıltıyadək dəyişir. Sərtliyi – 3-4. Sınıqları qeyri-hamardır. Çox vaxt gözəl tekstur rəsmləri olan bütov kütlələri əhəngdaşları, əhəngli qumdaşları və travertinlərdə və s. layabənzər cisimlər və araqatlar, müxtəlif süxurların səthində örtüklər əmələ gətirir. Tez-tez mərmər oniksinin damarcıqlarına da rast gəlinir. Karst mağaralarında əhəngdaşları içərisində stalaktit və stalaqmitləri, bəzən mürəkkəb formalı aqreqatları müşahidə edilir. İri kütlələri isti mineral bulaqların məhsulu kimi kristallaşır.
Mərmər pişik
Mərmər pişik (lat. Pardofelis marmorata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pardofelis cinsinə aid heyvan növü. Cənub-Şərqi Asiyada yaşayan vəhşi pişikdir. Bədəninin uzunluğu 55 sm, quyruğunun uzunluğu 50 sm-ə çatan mərmər pişik ev pişiyindən bir qədər böyükdür.
Mərmər taxtabiti
Mərmər taxtabiti — (lat. Halyomorpha halys Stal.) Yarımsərtqanadlılar dəstəsinin (Hemiptera) bağacıq-taxtabitilər (Pentatomidae) fəsiləsinə aiddir. İngilis dilli ədəbiyyatda "brown marmorated stink bug" adlandırılır. Qəhvəyi mərmər iyili zərərverici orijinal rənginə görə belə adlandırılıb. Mərmər taxtabitinin bədəni armudşəkillidir, azca yastılaşmışdır, bədən uzunluğu 12–17 mm-dir. Həşəratın rəngi qəhvəyidir, baş və döş hissədə qeyri-adi naxışlar vizual görünüşdə mərməri xatırladır. Bədənin alt hissəsi ağ, yaxud açıq qəhvəyi rəngdədir, bəzən boz və ya qara nöqtəlidir. Bığcıqlarının son iki buğumunda ağ zolaqlar vardır. Ətrafları qəhvəyi olub ağ zolaqlıdır. Aprel ayından başlayaraq həşəratlar qışladıqları yerlərdən çıxırlar və 1–2 həftə ərzində qidalanmaq üçün sahib bitkilərini axtarırlar.
Mərmər tağ
Mərmər tağ (ing. Marble Arch) — Oksford Stritin qərb ucunda, Hayd parkının girişində yerləşən, Zəfər tağı. Mərmər tağ memar Con Neş ərəfindən 1828 ci ildə Romadakı Konstantin tağı stilində ucaldılmışdır. Tağ xalis mərmərdən tikildiyindən belə də adlanır. Tağ daxili üç hücrə mövcuddur ki, bunlardan polist posları kimi istifadə olunmuşdur.
Mərmər xul
Mərmər xulu (lat. Proterorhinus marmoratus) — Xanıyabənzərlər dəstəsinin bir nümayəndəsidir. Başının qalınlığı hündürlüyündən çoxdur. Başının uzunluğu bədəninin uzunluğuna 3,5-4,5 dəfə yerləşir. Bədəni gödəlmişdir və yanlardan basılmışdır. Başın hündürlüyü adətən enindən çoxdur. Burnu küt, yandan meyllidir. Qapaq sümüy çənələri eyni uzuznluqdadır. Alnının eni gözünün diametrindən azdır. Hiss kanallarının məsamələri aydın görünmür.
Məxmər inqilabı
Məxməri inqilab (çex. sametová revoluce) və ya Nəzakətli inqilab (slovak. nežná revolúcia) — Çexoslovakiyada 1989-cu ilin 17 noyabrından 29 dekabrına qədər baş verən dinc və qeyri-zorakı inqilab. Çexoslovakiya Kommunist Partiyasının tək partiya hökumətinə qarşı tələbə və digər populyar nümayişlər üstünlük təşkil edən inqilab, partiyanın ölkə üzrə nəzarətinin dağılmasına və sonrakı Çexiyanın parlament respublikasına çevrilməsinə gətirib çıxardı.
Məzgər (Kəleybər)
Məzgər (fars. مزگر‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 148 nəfər yaşayır (22 ailə).
Məzhər (qəzet)
Məzhər (az-əbcəd. مزهر‎) — XX əsrin əvvəllərində Tiflisdə Kamal Ünsizadənin redaktorluğu ilə Azərbaycan dilində çap olunan liberal ruhlu ictimai-siyasi qəzet. Kamal Ünsizadə gərgin mübarizələrdən sonra 1907-ci ilin 31 martında "Məzhər" adlı qəzetin nəşrinə icazə ala bilir. Qəzetin məramnaməsi geniş, əhatəli idi. 16 şöbədən ibarət olacaq bu qəzetdə daxili və xarici xəbərlərdən, sənət və ədəbiyyatın, elm və maarifin müxtəlif sahələrindən bəhs ediləcəkdi. Lakin o, öz məramnaməsini, ətrafında toplanan ziyalıların arzularını həyata keçirə bilmədi. Tiflis şəhərində 1908-ci il 25 martda nəşrə başlamış "Məzhər" qəzeti 1917-ci ilə qədər çox səliqəsiz, məzmunsuz və qeyri-müntəzəm çıxan bir qəzet idi. Nəşrə başlarkən həftəlik qəzet olması nəzərdə tutulmuş, lakin uzun fasilələrlə çap olunmuşdur. 1-ci nömrəsi 1908-ci il martın 25-də, sonuncusu 1917-ci il dekabrın 29-da çıxmışdır. Naşiri və redaktoru Kamal Ünsizadə idi.
Faruq Sümər
Faruq Sümər (türk. Faruk Sümer (Demirtaş); d. 1924 - ö. 1995) — Türkiyə tarixçisi, professor, türkoloq. Faruq Sümər 5 noyabr 1924-cü ildə Türkiyənin Konya ilinin Bozkır ilçəsinə daxil olan Akçapınar kəndində anadan olmuşdur. Anası Akçapınar kəndində müfti və müdərris olan Hüseyn Hilmi əfəndinin qızı Zeliha xanım, atası isə Türkiyə Qurtuluş Savaşı veteranı, keçmiş maliyyə məmuru Mehmed Zeki bəy idi. Faruq Sümərin Cengiz adlı qardaşı və Güner adlı bacısı var idi. Mehmed Zeki bəy İstanbul Kuleli Hərbi Liseyində təhsil almağa başlamış ancaq ağır xəstəliyə tutulmasından sonra oradakı təhsilini yarımçıq qoymuş və maliyyə dairəsində məmur olaraq işə düzəlmişdi. 10 yaşlı Faruqun ailəsi 21 iyun 1934-cü ildə Soyadı qanununun qəbulu və 2 yanvar 1935-ci ildə qüvvəyə minməsi ilə "Dəmirtaş" soyadını qəbul etmiş, daha sonra isə bu addan imtina edərək "Sümər" soyadını qəbul etmişdir. Mehmed Zeki bəyin işi ilə əlaqədar Sümər ailəsi 1931-ci ildə İstanbula köçdü.
Məmər məscidi
Məmər məscidi — Qubadlı rayonunun Məmər kəndində ХVIII əsrdə inşa edilmiş məscid. Sovet hakimiyyəti dövründə anbar binası kimi istifadə olunan məscid, Azərbaycan müstəqillik əldə edəndən sonra bərpa edilərək öz əvvəlki funksiyasını yerinə yetirmişdir. Qubadlı rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra məscid dağıdılmış və donuz tövləsinə çevrilmişdir. İslam Əməkdaşlığı Təşkilatı Azərbaycanın işğal edilmiş ərazilərində İslam məbədlərinin dağıdılması ilə bağlı narahatçılığını bildirərkən dağıdılmış Məmər məscidini erməni tərəfinin aqressiya siyasətinin sübutu adlandırmışdır.
Süzmə xingal
Qoyun əti - 165q, buqda unu - 100q, yumurta 1/5 əd., baş soğan - 30q, ərinmiş yağ - 20q, pendir - 15q, qatıq - 50q, sarımsaq - 3q, zəfəran - 0,1q, istiot - 0,1 q, duz. Qoyun əti 10-15 qramlıq tikələrə doğranır, istiot, duz vurulub soğanla birlikdə qızardılır. Zəfəran şirəsi vurulur və hazır vəziyyətə gətirilir. Xəmiraşı xörəyində olduğu kimi hazırlanmış lavaş 5x5 sm ölçüdə paxlava şəklində doğranır, suda bişirilir, aşsüzəndən süzülür. Süfrəyə verilən zaman süzmə xigalın üstünə yağ tökülür, qoyun ətindən hazırlanmış qiymə qoyulur, yanında sarımsaqlı qatıq və ovulmuş pendir verilir.
Ğümər (Avurğazı)
Adi süzər
Adi süzər (lat. Certhia familiaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin süzərlər fəsiləsinin süzər cinsinə aid heyvan növü. Azərbaycan faunasına iki yarımnövü daxil olur. Lənkəran təbii vilayətində yaşayan İran və qalan meşələrdə məskunlaşmış Qafqaz yarımnöləri. Bədəninin üst tərəfi qonurumtul-qəhvəyi, uzununa ağımtıl çilli, altı ağdır. Qanadları və quyruğu köndələn açıq zolaqlıdır. Tək-tək cə ya cütlərlə gəzir. Səsi sakit nəğməsi cingiltili cəh-cəh şəklindədir. Arealı Avropa, Asiya, Şimali Amerikadır. Meşələrdə, parklarda və köhnə ağacları olan bağlarda məskunlaşır.
Qümər (Avurğazı)
Qümər (başq. Вязовка, rus. Вязовка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Daştamaq kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 13 km, kənd sovetliyindən (Daştamaq): 2 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 43 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (98%) üstünlük təşkil edir.
Qısabarmaq süzər
Qısabarmaq süzər (lat. Certhia brachydactyla) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin süzərlər fəsiləsinin süzər cinsinə aid heyvan növü. Azərbaycan hüdudlarında, Astara rayonunda Kiçikasiya yarımnövü aşkar edilmışdir. Adi süzərə çox oxşayır, ancaq qaşları və bədəninin altı ağ, qarnında və böyürlərində qara-qonur çalar vardır. Arxa barmağının caynağı 7,5 mm-dən uzun deyildir. Ağac gövdələrində tək-tək və ya cütlərlə olur. Növün arealı Avropa, Şimal-Qərbi Afrika, Türkiyə, güman ki, İranın şimal-qərbidir. Oturaq yaşayır, ancaq qışda köçmələr edir. Azərbaycanda statusunun müəyyənləşməsi üçün əlavə materiallara ehtiyac duyulur.
Hummer
Hummer — General Motors konserninin tərkibinə daxil olan ABŞ şirkətidir. O, iri tutumlu nəhəng superofrouderlərin istehsalı üzrə ixtisaslaşıb. Hummer avtomobilləri İndiana ştatındakı Mişavaka (Mishawaka) şəhərində AM General şirkətinin UAW zavodunda istehsal olunur. Hummerin tarixi Amerika hərbçilərinin xüsusi avtomobilə tələbat duyduqları vaxtdan başlayır. Bu tələbatın nəticəsində 1979-cu ilin yayında AM General şirkəti çətin yollarda hərəkət etmək qabiliyyətinə malik olan avtomobilin yaradılması işlərinə başlandı. Bu proqrama HMMWV M998 (High Mobility Multipurpose Wheeled Vehicle Model 998), yəni "Yüksək çevikliyə malik çoxməqsədli təkərli nəqliyyat vasitəsi, 1998-ci ilin modeli" adı verildi (amerikanlar bu abreviaturanı "Hamm-vi" kimi tələffüz edirlər). Hummer adı məhz bu qısaldılmış addan əmələ gəldi. Konstruktorların qarşısında yüksək keçid qabiliyyətinə malik, əsgərləri və sursatları rahat yerləşdirə bilən geniş salonlu, böyük klirensli və kiçik siluetli (düşmən üçün asan hədəfə çevrilməmək üçün) ofrouder düzəltmək vəzifəsi dururdu. İşlərin başlanmasından 11 ay sonra General Motors korporasiyası M998 markalı hərbi avtomobilin ilk nümunəsini təqdim etdi. 1981-ci ildən başlayaraq bu avtomobil seriya ilə istehsal olunmağa başladı və bu gün hamı onu H1 adı ilə tanıyır.
Mutter
Mutter (azərb. Ana‎) — Rammstein qruppunun üçüncü albomudur.
Müller
Müller — Almaniya soyadı.
Mazer
Mazer — kvant generatorları. Lazerdən fərqli olaraq, mazer sözünün birinci hərfi microwave, yəni mikrodalğa sözünün birinci hərfidir. (NH3) ammiak molekullarından təşkil olunmuş fəal mühitdə işləyən kvant generatorlarını ilk dəfə 1954‐cü ildə rus alimləri N.Q.Basov, A.M.Proxorov və onlardan asılı olmayaraq ABŞ alimi Ç.Tauns ixtira etmişdi. Ammiak əsasında mazerlər hal‐hazırda da istifadə edilir. Mazerlərin iş prinsipi lazerlərə oxşardır. Əsas proses – həyəcanlanmış molekulların məcburi şüalanmasıdır.
Muzey
Muzey (yun. μουσεῖον) — tarixi, maddi və mənəvi dəyərlərin saxlandığı, qorunduğu, öyrənildiyi müəssisə. Cənubi Azərbaycanca Əcaibxana (az-əbcəd. عجايبخانه‎‎) da adlanır. Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinə sayılır. Muzey əslində elm, maarif müəssisəsidir. Ona sadəcə olaraq qiymətli əşyaların, maddi sərvətlərin saxlanc yeri kimi baxmaq düzgün deyildir. Muzeylər mahiyyətinə görə müxtəlif təmayüllü olurlar. Məsələn, dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq və s. Qoruq muzeylər adətən açıq havada olan xüsusi memarlıq üslubuna malik qeyri-adi tikililər, abidələr, bulaqlar, məqbərələr, məbədlər, qalalar sayılır.
Şumer
Şumer – e.ə. VI minillikdən başlayaraq cənubi İkiçayarasında (Dəclə və Fərat) mövcud olmuş ən qədim insan sivilizasiyası. Bu sivilizasiyanın yaranması və çiçəklənməsində, əhalinin sosial-mənəvi həyatında və həyat tərzinin formalaşmasında təbiətin təsiri, əsas da Dəclə və Fərat çaylarının böyük təsiri vardır. Odur ki, bu sivilizasiyanı "çay sivilizasiyası" adlandırmaq olar. Dəclə və Fərat çayları arasında yerləşən ərazi bəşəriyyətin ən qədim mədəniyyət ocaqlarından biri olmuşdur. Çayların və münbit torpaqların yaxınlığı əkinçiliyin, maldarlığın, ticarətin inkişafı üçün zəmin yaratmışdır. Burada Yaxın Şərqin bütün karvan yolları kəsişirdi. Alimlər hesab edirlər ki, bu ərazidə ilk insanlar hələ paleolit dövründən başlayaraq məskunlaşmışdırlar. Qədim yunanlar bu ərazini Mesopotamiya adlandırmışdılar. Coğrafi cəhətdən Mesopotamiyanın cənubu ovalıq, şimalı isə dağlıq ərazilərdə yerləşir.
Cohannes Müller
Cohannes Müller (alm. Johannes Müller‎ lat. Argoviensis, fr. Jean Muller d'Argovie; 9 may 1828 – 28 yanvar 1896, Cenevrə) — İsveçrə botaniki və mikoloqu. Ranunculus argoviensis W.Koch Psychotria argoviensis Steyerm. Typha argoviensis Hausskn. ex Asch. & Graebn.. Dictionary of the Fungi (9th edition). Brummitt RK; Powell CE. 1992.
Endless Summer
Endless Summer — Alman müğənni Okeana Malmannın "My House" (2012) adlı ikinci albomundan bir UEFA Avro 2012 -nin rəsmi mahnısı idi.Mahnının bir hissəsini UEFA Euro 2012 video oyununda eşitmək olar.
Ernst Kummer
Ernst Kummer (ing. Ernst Kummer; 29 yanvar 1810[…], Jarı[d], Brendenburq əyaləti[d], Prussiya – 14 may 1893, Berlin, Prussiya, Almaniya imperiyası) — Alman riyaziyyatçısıdır; cəbri ədədlər nəzəriyyəsi, həndəsə, riyazi analiz, nəzəri mexanika üzrə əsərlərin müəllifidir.
Ferdinand Müller
Ferdinand Müller (alm. Ferdinand von Mueller, Ferdinand Jacob Heinrich Mueller‎, 1825—1896) — XIX əsr alman təbiətşünası, botaniki, coğrafiyaşünası. Avstraliyanın təbiətinin öyrənilməsində müstəsna xidmətləri olub.
Fulmer Falls
Fulmer Falls – ABŞ Pensilvaniya ştatında şəlalə.
Gerd Müller
Gerhard Müller (alm. Gerhard Müller‎; 3 noyabr 1945 – 15 avqust 2021), əsasən Gerd Müller kimi tanınır — tanınmış alman futbolçusu, futbol üzrə Avropa və dünya çempionu. Bayern Münhen klubunda, AFR-in milli yığma komandasında hücumçu mövqeyində oynamışdır. Dünya futbolu tarixinə ən çox qol vuran futbolçulardan biri kimi düşmüşdür. Qərbi Almaniya millisində 62 oyunda 68 qol, klub səviyyəsində, Bayern Münhen ilə Bundesliga'nın 427 oyununda 365 qol, 74 Avropa klub oyununda isə 66 qol vurmuşdur. Qızıl top və 2 dəfə Qızıl buts lauteatı olmuşdur. Dünya çempionu: 1974 Avropa çempionu: 1972 AFR çempionu: 1969, 1972, 1973, 1974 Avropa Çempionlar Kubokunun qalibi: 1974, 1975, 1976 UEFA Kuboklar Kubokunun qalibi: 1967 AFR kubokunun qalibi: 1966, 1967, 1969, 1971 Qitələrarası kubokun qalibi: 1976 Dünya çempionatının ən yaxşı bombardiri: 1970 Avropa çempionatının ən yaxşı bombardiri: 1972 Bundesliqanın ən yaxşı bombardiri: 1967, 1969, 1970, 1972, 1973, 1974, 1978 Qızıl buts sahibi: 1970, 1972 Qızıl top sahibi: 1970 AFR-in ən yaxşı futbolçusu: 1967, 1969 FİFA 100 siyahısına daxildir Mənbələr: Vladimir Kolos. "Prolific scorers data — Gerd Müller". RSSSF.com (ingilis). 2012-11-19 tarixində arxivləşdirilib.
Henrix Müller
Henrix Müller (d. 28 aprel 1900 - ?) — Nasist Almaniyasında siyasi polis idarəsi Gestapo rəisi və Holokost edamlarının məsulu. Henrix Müller Mühafizə Baş dairəsində (RSHA) planlanmış, hazırlanmış və təşkil edilmiş əsasən bütün fəaliyətlərdə məsul olaraq önəmli rol oynamışdır. 1939-cu ilin sentyabrında siyasi müxaliflərin öldürülmələri təlimatını vermişdir. Adolf Eyxmanın başında olduğu Yəhudi şöbəsi də Müllerin nəzarəti altındaydı. SSRİ yəhudilərinin qətl edilməsi planının uyğulamağa qoyulmasının ən kiçik detallarınadək Müllerin doğrudan təsiri olmuşdur. Başçısı olan Reinhard Heydrixin ona verdiyi təlimatların, şəxsi birlikləri tərəfindən yerinə yetirilməsinə nəzarət edir və gerçəkləşdirilən işləri məruzə və təbliğ ediri. Henrix Müller 1 may 1945-ci ildə Berlindəki Fürerbunkerdə son görülen faşist zabiti idi. Qızıl ordunun Berlinə girməsindən sonra qeyb oldu.
Herd Müller
Gerhard Müller (alm. Gerhard Müller‎; 3 noyabr 1945 – 15 avqust 2021), əsasən Gerd Müller kimi tanınır — tanınmış alman futbolçusu, futbol üzrə Avropa və dünya çempionu. Bayern Münhen klubunda, AFR-in milli yığma komandasında hücumçu mövqeyində oynamışdır. Dünya futbolu tarixinə ən çox qol vuran futbolçulardan biri kimi düşmüşdür. Qərbi Almaniya millisində 62 oyunda 68 qol, klub səviyyəsində, Bayern Münhen ilə Bundesliga'nın 427 oyununda 365 qol, 74 Avropa klub oyununda isə 66 qol vurmuşdur. Qızıl top və 2 dəfə Qızıl buts lauteatı olmuşdur. Dünya çempionu: 1974 Avropa çempionu: 1972 AFR çempionu: 1969, 1972, 1973, 1974 Avropa Çempionlar Kubokunun qalibi: 1974, 1975, 1976 UEFA Kuboklar Kubokunun qalibi: 1967 AFR kubokunun qalibi: 1966, 1967, 1969, 1971 Qitələrarası kubokun qalibi: 1976 Dünya çempionatının ən yaxşı bombardiri: 1970 Avropa çempionatının ən yaxşı bombardiri: 1972 Bundesliqanın ən yaxşı bombardiri: 1967, 1969, 1970, 1972, 1973, 1974, 1978 Qızıl buts sahibi: 1970, 1972 Qızıl top sahibi: 1970 AFR-in ən yaxşı futbolçusu: 1967, 1969 FİFA 100 siyahısına daxildir Mənbələr: Vladimir Kolos. "Prolific scorers data — Gerd Müller". RSSSF.com (ingilis). 2012-11-19 tarixində arxivləşdirilib.
Herta Müller
Herta Müller (alm. Herta Müller‎; 17 avqust 1953[…])) — alman şairə və yazıçı, ictimai xadim, rəssam, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2009). Herta Müller 1953-cü ildə Rumıniyada, alman icmasının ailəsində doğulub. Orta və universitet təhsilini Rumıniyada alıb. Timişoara Universitetini bitirib, Rumıniya və alman ədəbiyyatı üzrə mütəxəssisdir. O, 1976-cı ildə zavodda tərcüməçi işləməyə başlayıb, amma gizli polislə əməkdaşlıqdan imtina etdiyi üçün iş yerini itirib. Uşaq bağçasında işləyib, fərdi şəkildə alman dili dərsi deyib. 1987-ci ildə əri, yazıçı Rixard Vaqnerlə birlikdə Almaniya Federativ Respublikasına köçüb. Universitetdə mühazirələr oxuyub. Hazırda Berlində yaşayır.
Muəmmər Qəddafi
Muəmmər Qəddafi və ya Müəmmər əl-Qəddafi ərəb. معمر القذافي‎ [muˈʕamːar alqaðˈðaːfiː]; 1942, Qəsr Əbu-Hadi[d], İtaliya Liviyası[d] – 20 oktyabr 2011[…], Sirt[…]) — Liviya dövlət və hərbi xadimi. İnqilab lideri və faktiki olaraq Liviyanın dövlət başçısı (1969–2011), Ümumi Xalq Konqresinin Baş katibi (1977–1979), Liviya İnqilabi Komandanlıq Şurasının Sədri (1969–1977), Liviyanın Baş naziri və Müdafiə naziri (1970–1972). 1969-cu ildə monarxiya quruluşunu devirərək "Üçüncü dünya nəzəriyyəsini" (Cəmahiriyyə) irəli sürmüş və fikirlərini üç hissədən ibarət "Yaşıl kitab"da ifadə etmişdir. Onun hakimiyyəti dövründə Liviya bir neçə hərbi münaqişəyə cəlb olunmuşdur. 1977-ci ildə Misirlə sərhəd müharibəsi, 1980-ci illərdə Çadda hərbi münaqişə, həmçinin bir sıra terror təşkilatlarına, inqilabçılara və milli azadlıq hərəkatlarına dəstək verməsi səbəbindən 1986-cı ildə ABŞ tərəfindən ölkənin bombalanması və 1990-cı illərdə Liviyanın atom proqramı ilə əlaqədar yeridilən sanksiyalar Qəddafinin hakimiyyət illərinə təsadüf edir. 1965-ci ildə Muəmmər Qəddafi leytenant rütbəsində Benqazidəki hərbi kolleci bitirdi və 1966-cı ildə hazırlıq səviyyəsinin artırılması üçün Böyük Britaniyaya göndərildi. Burada olduğu dövrdə kapitan rütbəsi aldı. 1967-ci ildəki Altı günlük müharibə zamanı öz tabeliyindəki hərbi birlikləri Liviya kralı I İdrisdən xəbərsiz Camal Əbdül Nasirə kömək üçün göndərməsi ilə ərəb dünyasında məşhurluq qazanmışdı. Zabitlərin dövlət çevrilişi planı olan "Əl-Qüds" planının icrası 1969-cu ilin yanvarında hazır olsa da, 3 dəfə — 12 və 24 mart, habelə 13 avqust tarixlərində təxirə salınmışdı.