MƏRMƏR

is. [ lat. ]
1. Heykəltəraşlıqda və memarlıqda işlənən müxtəlif rəngli kristallik dağ süxuru – kirəc daş. Ağ mərmər. Qara mərmər.
2. Sif. mənasında. Mərmərdən düzəldilmiş, üzərinə mərmər çəkilmiş. Mərmər heykəl. Mərmər pilləkən. Mərmər divar.
– Binanın dörd tərəfi mərmər balkondan ibarət idi. M.S.Ordubadi.

3. Sif. mənasında. Mərmər kimi ağ, hamar, parlaq. Mərmər üz. Mərmər bədən.
– Əziziyəm bağ sinə; Səyyad keçər, dağ sinə; Baxdım, huşum apardı; Mərmər buxaq, ağ sinə. (Bayatı).
İsti olmağına görə qız ağ mərmər döşünü açmışdı və hərdənbir ətrafına baxıb guya ləzzət aparırdı. N.Nərimanov.

◊ Mərmər xul zool. – yeyilən xul balığı növlərindən biri.
Mərmər xul – başının qalınlığı hündürlüyündən azdır. Çənələri eyni uzunluqdadır.
Alnının eni gözünün diametrindən azdır. Y.Əbdürrəhmanov.

Etimologiya

  • MƏRMƏR Yunan mənşəli sözdür, “daş” deməkdir (mramor da buradandır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MƏRKƏZLƏŞMƏK
MƏRMƏRİK

Digər lüğətlərdə