Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məşhəd
Məşhəd — İranın ikinci iri şəhəri. Rəzavi Xorasan ostanının inzibati mərkəzidir. Şərq iqtisadi rayonunun ən böyük şəhəri, iqtisadi, siyasi və mədəni mərkəzidir. Məşhəd ərəbcə "müqqədəs şəxsin şəhid olduğu yer" mənasını bildirir. O, İranın şimal-şərqində Kəşəvrud çayı dərəsindədir. Əhalisinin sayı 3,2 milyon nəfərdir. == Tarixi == Məşhəd haqqında ilk məlumat X əsrin sonuna aiddir. XI əsrdə Məşhədin yerində Sənaabad kəndi olmuşdur. 1736-1747-ci illərdə Nadir şah dövlətini paytaxtı idi. Məşhəd şiələrin müqəddəs şəhəridir.
Məşhəd Rizə
Məşhəd Rizə — İranın Rəzəvi Xorasan ostanının Taybad şəhristanının Miyan vilayət bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,307 nəfər və 1,808 ailədən ibarət idi.
Məşhəd metropoliteni
Məşhəd şəhər metropoliteni (fars. متروی مشهد‎) — İran İslam Respublikasının ikinci böyük şəhəri və şiə-İslam dünyasının əsas ziyarətgahlarından birinin yerləşdiyi Məşhəd şəhərinin metropoliten sistemi. İlkin layihədə metorpolitenin sadə sistem üzrə qurulması nəzərdə tutulsa da, sonradan bir sıra parametrlərinə görə tamhüquqlu metropoliten kimi inşa edilmişdir. Bir xətdən və 24 stansiyadan ibarətdir. Hazırda daha iki xəttinin tikintisi davam etdirilməkdədir və bu xəttlərin inşasının 2020-ci ilə qədər başa çatdırılması nəzərdə tutulur. Hazırkı metropoliteninin inşasına 1999-cu ildə başlanılmışdır. 24 aprel 2011-ci ildə isə metro sərnişinlərin istifadəsinə verilmişdir. Səhər saat 6:30-dan axşam saat 21:30-a qədər fəaliyyət göstərir. == Tarixi == Hazırkı metropolitenin tikintisinə 1999-cu ildə başlanılmışdır. Qatarların sınaq hərəkətinə 4 yanvar 2011-ci ildə icazə verilmişdir.
Məşhəd metrosu

Məşhəd şəhristanı
Məşhəd şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Məşhəd şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 2,798,298 nəfər və 732,996 ailədən ibarət idi.
Kuçan-Məşhəd vadisi
Kuçan-Məşhəd vadisi — İranda tektonik çökəklik. Kopetdağı Türkmən-Xorasan dağlarının mərkəzi silsiləsi ayırır. Uzunluğu 275 kilometr (171 mil), 15 kilometr (9.3 mil) qədərdir. Vadidən Atrek və Gərirud çayının sol qolu olan Kətəfrud çayları axır. Dibində çox vahə var. Kuçan-Məşhəd vadisi İranın şimal-şərqində suvarılan əkinçilik rayonunun mərkəzidir. Pambıq, tiryək xaşxaşı, tərəvəz, dənli bitkilər, üzüm yetişdirilir. Məşhəd, Kuçan, Şirvan şəhərləri Kuçan-Məşhəd vadisindədir. == İstinadlar == == Əlavə ədəbiyyat == Кучано-Мешхедская долина // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред.
Məşhəd Beynəlxalq Hava Limanı
Məşhəd Beynəlxalq Hava Limanı və ya Şəhid Haşimi Nejad Hava Limanı (IATA: MHD, ICAO: OIMM) (fars. فرودگاه شهید هاشمی نژاد مشهد‎) İranın Rəzavi Xorasan ostanının Məşhəd şəhərində yerləşən bir hava limanıdır. Hava limanı, Mehrabad Beynəlxalq Hava Limanı və Tehrandakı İmam Xomeyni adına Beynəlxalq Hava Limanından sonra ölkənin ən işlək üçüncü hava limanıdır. Uçuşlar 30-u daxili olmaqla ümumilikdə 57 istiqamətə həyata keçirilir. == Ümumi baxış == Məşhəd Beynəlxalq Hava Limanı İranın Tehran-Mehrabad Beynəlxalq Hava Limanı və İmam Xomeyni adına Beynəlxalq Hava Limanından sonra ölkənin ən işlək hava limanıdır. 2016-cı ildə Məşhəd Hava Limanı, 86,681 ton yük ilə 2015-ci illə müqayisədə 17% artaraq 10 milyondan çox sərnişinlə rekord göstərdi. 57 istiqamətə uçuşlar həyata keçirir ki, bunun 30-u İran daxilindəki şəhərlərə və 27-si Orta Asiya, Orta Şərq, Şərqi Asiya və Avropadakı istiqamətlərə müntəzəm uçuşlar həyata keçirdir.Məşhəd Beynəlxalq Hava Limanının üç terminalı var: daxili uçuşlar terminalı (Terminal 1), beynəlxalq uçuşlar terminalı (Terminal 2) və Həcc uçuşları terminalı (Terminal 3) == Genişləndirmə layihələri == Hava limanında 45,7 milyon dollar dəyərində bir genişləndirmə layihəsi tamamlanmışdır. 10.000 m² həcmli Həcc Terminalı 24 May 2010-cu ildə açıldı. Bundan dərhal sonra 30.000 m²-lik Beynəlxalq Terminal açılmış, ardından yeni park binası, yeni gömrük anbarı və yük terminalı, yeni yanğınsöndürmə məntəqəsi (ARFF) binası və taksi yolları avadanlıqları yeniləndi. Təyyarə təmir mərkəzi üçün yeni təyyarə anqarı və Daxili Terminalın şərq tərəfinin genişləndirilməsi üçün 26,5 milyon dollar dəyərində bir layihə davam etdirilir.
Məşhədi kəndi
Məşhədi kəndi (Sərab)
Məşhədi kəndi (Sərab)
Məşhədi kəndi (fars. مشهدي كندي‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd.
Məşhədi kəndi (Çaldıran)
Məşhədi kəndi (fars. مشهدي كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (16 ailə).
Əhməd Şamlı Məşhədi
Mirzə Əhməd Şamlı Məşhədi-Mirzə Həsən Şamlının oğlu 18-ci əsrin və Qacarlar dövrünün əvvəllərinin xəttatlarından idi.O, Fətəli şah Qacarın oğlu Məhəmmədəli mirzə Qovanlı-Qacarın xəttatı və onun xətt ustası idi. == Mənbə == Fəzayili, Həbibullah.Xətt Ətləsi.İsfahanın Məşəl Nəşrləri.İkinci çap, İsfahan 1983 Xəttatlıq çox pis şeydi. Heç vaxt xəttat olmaq fikrinə düşməyin. Düşənlər 3131-ci ilə qədər Əzab çəksinlər. Bir də ki Bir qız var Adı N ilə başlayır. I love she.
Razi Daneş Məşhədi
Razi ibn Əbu Turab Məşədi (Daneş adı ilə tanınır) (1665-ci ildə vəfat edib) — 1655-1662-ci illər arasında Moğol imperiyasının İran şairi laureatı. İsfahanda anadan olub. Atası Hindistana köç edən və Heydərabadda 1650-ci ildə vəfat etmiş bir şair idi. Daneş atasının ölümündən əvvəl Hindistana getdi. Daneş Sultan Şahcahanın sarayında qəsidə oxuyaraq 2000 rupi qazandı. Həmçinin o, Şahcahana və Şah Şücaya xidmət etmişdir.
Məşhədli (Germi)
Məşhədli (fars. مشهدلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 107 nəfər yaşayır (22 ailə).
Məşhər
Qiyamət (ərəb. يوم القيامة‎, — "Diriliş Günü" və ya يوم الدين Din Günü, Hökm Günü) monoteist və ya təktanrılı dinlərdə və bir çox inanışda olan, dünyanın sonunun gəlib bütün ölülərin dirilərək məhşər meydanında toplananacağına inanılan zaman, hesab günü, məhşər günü. == Qiyamətlə bağlı elm adamlarının ifadələri == Din adamları Qiyamətlə bağlı bir çox fikir bildiriblər.Həzrəti Məhəmməd Qiyamət yaxınlaşarkən saatın sürətlə hərəkət edəcəyini,insanların zinaya meyilli olacağını,insanların başına qəribə hadisələrin gələcəyini,qadınların başını açacağını,ateistlərin çoxalacağını və s.kimi 55 ifadə deyib.Demək olar ki bu 55 hadisədən 5-i qalıb:İmam Hüseynin qanlı köynəyi ilə geri gəlməsi,Mehdinin geri dönməsi,Dünya müsəlmanlarının ayağa qalxması,Yerlə göyün aralanması,sonuncu körpənin anadan olması. Əl müstədrək surəsində yazılana görə,Bir dəfə Ənəs ibn Malik və Hz.Məhəmməd bir yerdə söhbət edirmişlər.Birdən peyğəmbər gülür və ağ dişləri açıq qalır.İbn malik ondan niyə güldüyünü soruşur.Həzrət Məhəmməd deyir: -Allah Təala mənə qiyaməti göstərdi. İbn malik Hz.Məhəmmədə deyir: -Qiyamət necə bir yerdir? -Orada mənim məzhəbimdən olan iki nəfər gəlir.Allah-Təala onlardan birinə deyir: -Din qardaşını niyə bağışlamırsan? O cavabında deyir: -Ey Allah,O mənə çox əzab verib.Haqqımı ondan al. Allah Təala ona belə deyir: -Əgər sən ondan haqqını alsan onun savab gözündə heç nə qalmaz. Həmin adamın gözləri dolur və deyir: -Ey Allahım,qoy onda savab onda qalsın. == Qiyamət surəsi == And içirəm qiyamət gününə; And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə!
Məhəd Sofiyev
Məhəd Mahmud oğlu Sofiyev () — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Asiya və Afrika ölkələri tarixi kafedrası"nın professoru, tarix elmləri doktoru. == Həyatı == 1932-ci ildə anadan olmuşdur. 1952–1957-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsi nəzdində olan Yaxın və Orta Şərq tarixi şöbəsində təhsil almışdır. 1957-ci ildən Tbilisi şəhərində nəşr olunan "Şərqin şəfəqi" qəzetində çalışmış, 1958-ci ildən Gürcüstanın Qardabani rayonunun Qaracalar orta məktəbində tarix müəllimi işləmişdir. 1961–1963-cü illərdə Bakı Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 1964-cü ildə Tarix fakültəsində müəllim vəzifəsini tutmuşdur. 1965-ci ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1987-ci ildən professor elmi adına layiq görülmüşdür. 1991-ci ildə Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri vəzifəsinə seçilmişdir. Elmi araşdırmaları əsasən Türkiyə tarixi problemləri ilə bağlıdır.
Məşəd bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Məşəd şəhristanı
Məşhəd şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Məşhəd şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 2,798,298 nəfər və 732,996 ailədən ibarət idi.
Məsəd
Məsəd (ərəb. مسعد‎) — Əlcəzairin şimal-mərkəz hissəsində, Cəlfa vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, Böyük Səhranın Atlas dağlarına düşən yüksəkliklərindən, dəniz səviyyəsindən 761 metr yüksəklikdə yerləşir.Məsəd ölkənin paytaxtı Əlcəzairdən təxminən 290 kilometr cənubda yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 102,453 nəfər idi.
Məşədi Məmməd
Məşədi Məmməd; İsgəndər xan; İsgəndər bəy — sonuncu Şəki xanı Hüseyn xanın oğludur. İranda yaşayırdı. 1837-ci ildə xəlvəti Nuxaya gəlmişdi və Rusiya əleyhinə üsyan hazırlamaq məqsədiylə başına adam toplayırdı. Çox keçmədən Nuxada ruslar tərəfindən həbs edilir və hərbi məhkəmənin mühakiməsinə verilir. Lakin 20 avqust tarixində özü kimi iki başqa azərbaycanlı dustaq və iki sabiq əsgərlə birlikdə türmədən qaça bilir və Quba mahallarının dağlarında gizlənir. 1838-ci ilin iyun ayında isə rutullu Ağa bəylə Acınohur gölü ətrafına gəlir, burada başına çoxlu adam toplayır. O, əyalət əhalisinə xəbər göndərir ki, şəkililəri özü ilə həmməzhəb və özünə dost hesab edir, onlara heç bir pislik etmək fikrində deyil, amma əvəzində şəkililəri dinsiz hökumətin zülmündən qurtarmaq istəyir və bütün rusları, erməniləri məhv edəcəkdir. Rus mənbələrində etiraf edildiyi kimi, həqiqətən də ləzgilər yerli əhalidən yeməkdən başqa heç nə istəmədilər. Nəticədə, Nuxanın müdafiəsinin təşkil edilməsi üçün bura bir gün əvvəl − 12 sentyabr tarixində, ruslar tərəfindən xeyli əlavə hərbi qüvvələrinin gətirilməsinə baxmayaraq, ertəsi gün – 13 sentyabr tarixində, əhalinin dəstəyini qazanmış İsgəndər xan ləzgi qoşunu ilə Nuxanı tutdu və Nuxa qalasını mühasirəyə aldı. Hansı ki cəmi bir rota əsgər tərəfindən müdafiə olunan bu qalada komendantın evi, əyalət idarəsi və xəzinə vardı.
Məşədi Məmməd Fərzəliyev
Məşədi Məmməd Fərzəliyev (1872, Şuşa – 1962, İstanbul) — Azərbaycanlı xanəndə. == Həyatı == Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə Şuşada anadan olmuşdur. O, gənc yaşlarından Şuşanı tərk etmiş, bir müddət Gəncədə, sonralar isə Tiflis, Batumi, Vladiqafqaz, İstanbul və başqa şəhərlərdə yaşamış, xanəndəlik etmişdir. Xanəndə Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanınırdı.Məşədi Məmməd hələ Şuşada olarkən toy məclislərində və xalq şənliklərində tarzən Tatevos Arutunyan və Məşədi Zeynal ilə birlikdə çıxış etmişdir. O, ilk dəfə Şuşada Xandəmirovun teatrında verilən Şərq konsertində böyük uğur qazanmışdı.Məşədi Məmmədin oxuduğu “Bayatı-Kürd”, “Rast”, “Şur”, “Çahargah”, “Zabul-Segah”, “Kürdü Şahnaz”, “Heyratı”, “Mənsuriyyə”, “Səmayi–Şəms”, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Kərəmi”, “Əfşarı” və s. muğamlar geniş xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Məşədi Məmməd də “Şüştər” ustası kimi daha məşhur idi.Məşədi Məmməd Fərzəliyev 1912-ci ildə Varşava şəhərində fəaliyyət göstərən “Sport-Rekord” şirkəti tərəfindən bir dəvət aldı. O, Varşavada tarzən Qurban Pirimov, kamançaçı Saşa Oqanezaşvilinin müşayiəti ilə 40-a qədər muğam, təsnif və mahnını oxuyub vala yazdırır. Daha sonra Kiyev şəhərindən dəvət gəldi. Görkəmli sənətkar burada “Ekstrafon” şirkəti tərəfindən muğam və xalq mahnılarını qramofon valına yazdırdı.
Bayatulla Məshud
Bayatulla Məshud (təq. 1973, Bannu dairəsi[d], Xayber-Paxtunxva – 5 avqust 2009, Vəziristan, Xayber-Paxtunxva) — Pakistan Təhriki Təlibanın şeyxi."Qurd" adı ilə bütün Pakistan və Əfqanıstanda məşhurlaşıb. == Həyatı == Beytullah Mehsud, 1970-ci illərin əvvəllərində, Pakistanın Xayber Paxtunxva əyalətinin Bannu bölgəsindəki Landi Dhok kəndində, Cənubi Vəziristan Agentliyindəki Mehsud tayfasının bazasından bir qədər məsafədə yerləşmişdir. Etnik bir pushtun, o, Mehsud qəbiləsinin Şabi Khel sublanının Broomi Khel tərəfdən salamladı və beş qardaşdan biri idi.Medianın diqqətindən yayındı və dini inancına uyğun şəkil çəkdirməkdən imtina etdi. Məktəbdə və ya dini mədrəsədə iştirak etməmişdir. 2004-cü ildə Nek Məhəmmədin ölümündən dərhal sonra böyük bir qəbilə başçısı olaraq ortaya çıxdı.Molla Dadullah da daxil olmaqla, beş Taliban komandirinin qatıldığı mərasimdə Beytullah Molla Ömərin Mehsud bölgəsinin valisi təyin edildi. Nek Məhəmmədin ölümündən sonra Abdullah Mehsud və Beytullah Mehsud hər ikisi Pakistan Talibanının hakimiyyəti uğrunda mübarizə apardılar. Pakistanın təhlükəsizlik qüvvələri tərəfindən edilən basqında Abdullah öldü və daha sonra varisi bomba partlayışında öldü, Qari Zain və Abdullah fraksiyasının digər üzvləri hücumlarda Beytullahın rol oynadığından şübhələndilər. Rəqabət Zeynuddin Abdullahın dəstəsinə rəhbərlik etdikdən sonra davam edirdi. Guantanamodan azad edilən ilk əsirlər arasında olan Taliban lideri Abdullah Mehsud, Beytullahın qardaşı olaraq təsvir edilmişdir.Digər mənbələr onların klançı və ya sadəcə ortaq olduqlarını iddia etdilər.İslam Online bildirir ki, Beytullah Abdullahın ikiqat agent olduğundan şübhələnirdi.
Məşədi Məmməd/İsgəndər xan
Məşədi Məmməd; İsgəndər xan; İsgəndər bəy — sonuncu Şəki xanı Hüseyn xanın oğludur. İranda yaşayırdı. 1837-ci ildə xəlvəti Nuxaya gəlmişdi və Rusiya əleyhinə üsyan hazırlamaq məqsədiylə başına adam toplayırdı. Çox keçmədən Nuxada ruslar tərəfindən həbs edilir və hərbi məhkəmənin mühakiməsinə verilir. Lakin 20 avqust tarixində özü kimi iki başqa azərbaycanlı dustaq və iki sabiq əsgərlə birlikdə türmədən qaça bilir və Quba mahallarının dağlarında gizlənir. 1838-ci ilin iyun ayında isə rutullu Ağa bəylə Acınohur gölü ətrafına gəlir, burada başına çoxlu adam toplayır. O, əyalət əhalisinə xəbər göndərir ki, şəkililəri özü ilə həmməzhəb və özünə dost hesab edir, onlara heç bir pislik etmək fikrində deyil, amma əvəzində şəkililəri dinsiz hökumətin zülmündən qurtarmaq istəyir və bütün rusları, erməniləri məhv edəcəkdir. Rus mənbələrində etiraf edildiyi kimi, həqiqətən də ləzgilər yerli əhalidən yeməkdən başqa heç nə istəmədilər. Nəticədə, Nuxanın müdafiəsinin təşkil edilməsi üçün bura bir gün əvvəl − 12 sentyabr tarixində, ruslar tərəfindən xeyli əlavə hərbi qüvvələrinin gətirilməsinə baxmayaraq, ertəsi gün – 13 sentyabr tarixində, əhalinin dəstəyini qazanmış İsgəndər xan ləzgi qoşunu ilə Nuxanı tutdu və Nuxa qalasını mühasirəyə aldı. Hansı ki cəmi bir rota əsgər tərəfindən müdafiə olunan bu qalada komendantın evi, əyalət idarəsi və xəzinə vardı.
Məhşər
Qiyamət (ərəb. يوم القيامة‎, — "Diriliş Günü" və ya يوم الدين Din Günü, Hökm Günü) monoteist və ya təktanrılı dinlərdə və bir çox inanışda olan, dünyanın sonunun gəlib bütün ölülərin dirilərək məhşər meydanında toplananacağına inanılan zaman, hesab günü, məhşər günü. == Qiyamətlə bağlı elm adamlarının ifadələri == Din adamları Qiyamətlə bağlı bir çox fikir bildiriblər.Həzrəti Məhəmməd Qiyamət yaxınlaşarkən saatın sürətlə hərəkət edəcəyini,insanların zinaya meyilli olacağını,insanların başına qəribə hadisələrin gələcəyini,qadınların başını açacağını,ateistlərin çoxalacağını və s.kimi 55 ifadə deyib.Demək olar ki bu 55 hadisədən 5-i qalıb:İmam Hüseynin qanlı köynəyi ilə geri gəlməsi,Mehdinin geri dönməsi,Dünya müsəlmanlarının ayağa qalxması,Yerlə göyün aralanması,sonuncu körpənin anadan olması. Əl müstədrək surəsində yazılana görə,Bir dəfə Ənəs ibn Malik və Hz.Məhəmməd bir yerdə söhbət edirmişlər.Birdən peyğəmbər gülür və ağ dişləri açıq qalır.İbn malik ondan niyə güldüyünü soruşur.Həzrət Məhəmməd deyir: -Allah Təala mənə qiyaməti göstərdi. İbn malik Hz.Məhəmmədə deyir: -Qiyamət necə bir yerdir? -Orada mənim məzhəbimdən olan iki nəfər gəlir.Allah-Təala onlardan birinə deyir: -Din qardaşını niyə bağışlamırsan? O cavabında deyir: -Ey Allah,O mənə çox əzab verib.Haqqımı ondan al. Allah Təala ona belə deyir: -Əgər sən ondan haqqını alsan onun savab gözündə heç nə qalmaz. Həmin adamın gözləri dolur və deyir: -Ey Allahım,qoy onda savab onda qalsın. == Qiyamət surəsi == And içirəm qiyamət gününə; And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə!
Məlhəm
Məlhəm (Səlmas) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. Məlhəm (Şamaxı) — Şamaxı rayonunda kənd. Məlhəm (dərman) — Yaraya və ya ağrıyan yerlərə sürtülən yağlı dərman.
Məmməd
Məmməd — Azərbaycanda daha çox işlədilən kişi adı. Məmməd İsmayıl — Ssenari müəllifi. Aktyor. Məmməd Araz — şair, tərcüməçi, publisist Məmməd Əlili — Aktyor. Rejissor Köməkçisi. İkinci rejissor. Rejissor assistenti. Məmməd Sadıqov — Aktyor. Filmlərdə və arxiv kadrlarda iştirak edən. Məmməd Hüseynov — Kino rəssamı.
Məqsəd
Məqsəd — subyektin şüurlu surətdə can atdığı real və ya ideal zirvə; prosesin hərəkət etdiyi son nəticə. == Məqsəd və vasitələr == Məqsəd və vasitələrin qarşılıqlı münasibəti məsələsi müxtəlif dövrlərdə mütəfəkkirlərin diqqət mərkəzində olmuş, bu problemə fəlsəfi, etik, siyasi nöqteyi-nəzərdən yanaşılmışdır.Mənəvi məqsədlər, onların fəaliyyətinin nəzəri təsviri, adətən şəxsiyyətlərarası münasibətlər sahəsilə məhdudlaşırdı, siyasi sahələrdə isə o, təbliğat vasitəsi kimi qəbul olunurdu. Buna görə də bu mənada siyasi məqsəd və vasitələrin tədqiqi çox mürəkkəb xarakter daşıyır. Siyasi məqsəd və vasitələr probleminin əsasını siyasət və ideologiya üzərində nəzarət təşkil edir.Bu nəzarətə isə şəxsiyyətin azadlığı səbəb olur. Siyasi məqsəd və vasitələrin qarşılıqlı münasibətləri problemi ümumi milli mənafelərin nəzərə alınması, xüsusi maraqlar üzərində nəzarət sisteminin yaradılmasının zəruriliyini nəzərdə tutur. == Mənbə == Robert F. Mager. Goal Analysis, 3rd. edition, 1997. Eliyahu M. Goldratt, Jeff Cox. The Goal: A Process of Ongoing Improvement.
Məzhəb
Məzhəb (ərəb. مذهب‎) — Məzəbin lüğəti mənası "getmək, yol almaq" olub, "zəhəb" kökündə törəmiş bir sözdür və gedilən yer, yol mənasına gəlir. Zamanla terminləşən "məzhəb" sözü, fərqli sistemlərdə müxtəlif mənalarda istifadə edilmişdir. Kəlam elmində məzhəb bir alimin dini əqidə ilə bağlı məsələlərini izah edərkən seçdiyi yolu və ya bu şəkildə meydana gəlmiş bir kəlam məktəbini ifadə edir. Fiqhdə isə məzhəb, dinin əməli sahəsinə aid mövzularda fəqihin seçmiş olduğu yol və ya bu yol ilə ortaya çıxmış bir fiqh məktəbidir. Kəlam və məzhəblər tarixinə görə, "İslam məzhəbləri" məfhumu ümumilikdə, islam tarixində ortaya çıxan düşüncə, inanc və siyasi xarakteli zümrələşmələri ifadə edir. Bu elmin mütəxəssisləri məzhəbin tərifini " İslam dinin etiqadi və siyasi sahədəki düşüncə məktəbləri" şəklində vermişlər. Bu mənada məzhəb, "müəyyən bir şəxsin və ya o şəxsə tabe olan topluluğun, öz sosial-mədəni mirasına bağlı qalaraq Qurani-Kərimi və Məhəmməd peyğəmbərin (s) sünnəsini anlama şəkilləri" olaraq qəbul edirlər. == Əsahbul-məqalat == İslam dinin tarixi ərəfəsində birdə "əshabul-məqalat" adlı dini və siyasi qruplaşmalar olmuşdur. Bunun səbəbi isə bəzi alimlərin cəmiyyətdəki məsələlərlə bağlı "məqalə" (fikir, söz) adı yazılar yazmış və ya bəzi fikirlər sözlərlə ifadə etmələri olmuşdur.
Məsəd Surəsi
111-ci surə
Məbəd
Məbəd (tapınaq, ibadətxana və ya ibadətgah) — bütün inanc sistemlərində insanların dini sitayiş üçün istifadə etdiyi məkan. Məbəd insanların müqəddəs saydıqları yerdə inşa edilir. Təbii məbədlər olaraq da qayalar üzərinə oyulmuş olan və ya təbii mağaralardan istifadə edilmişdir. Texniki olaraq kilsələr, məscidlər, sinaqoqlar və paqodalar da umumi ad olan Məbəd kateqoriyasına daxil edilir. Bir çox başqa dində ibadət məkanı(ibadətgah) üçün xüsusi isim bilinmədikdə və ya təyin olunmadıqda Məbəd sözündən istifadə olunur. Məsələn Buddist məbədi və ya Şintoist məbədi. == Məbəd tikililəri == Qədimlərdən bu günə qədər memarlıqda ən məsuliyyətli tikililər içərisində məbəd tikililəri əsas yer tutur. Çünki bu tikililər insanları sadəcə estetik yox həm də şüuraltı təsirləndirməli, ilahi məhiyyətini büruzə etməlidir. Digər tərəfdən bu binalar ibadət üçün idisə deməli memarın qarşısında qeyri-adi problem qoyulur – ibadətin düzgün alınması. Çünki ibadət zamanı insanların fəzaya buraxdıqları vibrasiyalarla kosmosun biovibrasiyaları üst-üstə düşməlidir ki bu da ilahi qatla birbaşa əlaqə deməkdir.
Qəşəd
Qəşəd — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Mehmed
Mehmet — türk kişi adı. Mehmet Akif Ərsoy — Türk şairi, baytar, müəllim, vaiz, hafiz, Quran tərcüməçisi Mehmet Kaplan — Türkəsilli İsveçli siyasətçi. Mehmet Əli Ağca — türk cinayətkar. Mehmet Gün — türk rəssam. Mehmet Harmancı — əslən Kipr türkü olan siyasətçi Mehmet Korhan Fırat — Türkiyəli aktyor. Mehmet Yıldız — Futbolçu Mehmet Müəzzinoğlu — Türkiyənin səhiyyə naziri (2013–2016).
Mersed
Merced - Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında, Mersed əyalətində yerləşində bir şəhərdir. Şəhərin əhalisi 26 noyabr 2009-cu il tarixində 78958 nəfər idi. == Tarixi == İlk Merced poçt şöbəsi 1870-ci ildə açıldı. Mersed 1889-cu ildə yaradılıb və indi Hökumətin İdarəetmə meneceri formasında fəaliyyət göstərir. İkinci Dünya Müharibəsi dövründə, Mersed evlərindən çıxarılan Yapon Amerikalıların saxlanıldığı müvəqqəti "birləşmə mərkəzi" idi. Mərkəzi Kaliforniyadan olan 4,669 kişi, qadın və uşaq Mersed Assambleyası Mərkəzində 1942-ci il mayın 6-dan 15-nə kimi Kolorado ştatının daha qalıcı Granada internat düşərgəsinə köçürülmüşdü. == Demoqrafiyası == === 2010 === 15 mart 2010-cu ildə keçirilən əhalinin siyahıya alınması əsasında şəhərdə 72125 adam, 26970 ev və 18128 ailə qeydə alınmışdır. Şəhər əhalisinin 79.0% Ağ, 11.3% Afroamerikan, 0.3% yerli Amerikan, 5.2% Asiyalı, 0.1% Sakit okean adalarından və 1.1% digər qruplardandır. === 2000 === 1 aprel 2000-ci ildə keçirilən əhalinin siyahıya alınmasına əsasən şəhərdə 69.368 adam, 26.536 ev və 17.540 ailə qeydə alınmışdır. Şəhər əhalisinin 79.0% Ağ, 11.3% Afroamerikan, 0.3% yerli Amerikan, 5.2% Asiyalı, 0.1% Sakit okean adalarından və 1.1% digər qruplardandır.
Mesyes
Mesyes (fr. Meyssiès) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Jan-de-Burne kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38232. Kommunanın 1999-cu il üçün əhalisi 535 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 37 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Məscid
Məscid (ərəb. مسجد‎ — "səcdə yeri") — İslam dinində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulmuş memarlıq tikilisi. Məscid namaz qılınan məkanı ifadə edir. Xüsusi ərazidə olan günbəzli və minarəli bina üslubunda tikilir. Bir çox hallarda daxili həyətə malik olur. Minarələrin sayı birdən doqquzacan ola bilər. Daxili ibadət zalının divarları təsvirsiz olmalıdır. Ancaq divarlarda Qurandan ərəb dilində sətirlər yazıla bilər. Məscid Məkkə istiqamətində tikilməlidir. İbadət zalında Məkkə istiqamətindəki divarda mehrab adlanan boşluq olur.
Məsdər
Məsdər — həm felin, həm də ismin xüsusiyyətlərini özündə daşıyan sözlər. Nə etmək?, Nə olmaq? suallarından birinə cavab verir. Məsdər feillərə -maq2 bəzən də -ma2 şəkilçisini artırmaqla düzəlir. Sonuncu hecasında qalın sait olan fellərə -maq, incə sait olan fellərə isə -mək şəkilçisi əlavə edilir. Məsələn, yaz-maq, eşit-mək. Lüğətlərdə feillər məsdər formasında yazılır. == Məsdərin feilə aid xüsusiyyətləri == Feil və ondan əmələ gələn məsdər eyni leksik məna bildirir. Məsələn, götür və götürmək sözlərinin leksik mənaları arasında fərq yoxdur, amma qrammatik mənaları müxtəlifdir. Məsdər təsdiq və inkarda işlənə bilir.
Məskən
Məskən – (Mestoobitaniye) – fərdin, populyasiyanın və ya növün yaşadığı yer və şəraiti mühit. == Ümumi məlumat == Heyvanların məskəni bir neçə stasiyadan ibarət ola bilər (qışlamaq üçün, çoxalmaq üçün, yatmaq üçün, yemləmək üçün, yayılması üçün). Fitosenozun məskəni abiotik amillərin kompleksinin entopidə (fitosenozun relyefdə yerləşməsi), ekotopda(fitosenozun mühit rejimi – hava, su, mineral qidalanma, temperatur – radiasiya), biotik amillərin kompleksinin (fitosenoz üçün – heyvan və mikroorqanizmlərin fəaliyyəti) və fitosenogen amillərin kompleksinin (bitki qruplaşmalarının fəaliyyətindən yaranaraq ekotopu biotopa çevirir), məcmusundan ibarətdir.
Məskər
Məskər (ərəb. معسكر‎) və ya Maskara (fr. Mascara) — Əlcəzairin şimal-qərbində, eyniadlı vilayətin inzibati mərkəzi olan şəhər. Xobra çayı üzərində yerləşir. Maskara inzibati, ticarət və kommersiya mərkəzidir. Dəri məmulatları, taxıl, zeytun yağı və şərab istehsal olunur. == Tarixi == Maskara şəhərinin əsası 1701 -ci ildə qoyulmuşdur. Burada Osmanlı imperiyasının hərbi qarnizonu olmuşdur. Şəhərin adı ərəb dilində "hərbi düşərgə" mənasını verir. İndiki ad ərəb dilindəki adı fransız dilinə uyğunlaşdırılmış variantıdır.