MƏMİŞ
MƏMMƏDAĞA
OBASTAN VİKİ
Məmməd
Məmməd — Azərbaycanda daha çox işlədilən kişi adı. Məmməd İsmayıl — Ssenari müəllifi. Aktyor. Məmməd Araz — şair, tərcüməçi, publisist Məmməd Əlili — Aktyor. Rejissor Köməkçisi. İkinci rejissor. Rejissor assistenti. Məmməd Sadıqov — Aktyor. Filmlərdə və arxiv kadrlarda iştirak edən. Məmməd Hüseynov — Kino rəssamı.
Kosa Məmməd
Kosaməmməd, Kənizək, Batikyan, Aşağı Qanzak — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km cənub-şərqdə Kəvər çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Aşağı Qanzak olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə kəndin adı Kənizək formasında qeyd edilmişdir. Toponim ləqəb bildirən kosa sözü ilə Məmməd şəxs adı əsasında əmələ gəlib. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı 1924-cü ildə dəyişdirilib Batikyan qoyulmuşdur. == Əhalisi == 1897-ci ildə burada ermənilərlə yanaşı 16 azərbaycanlı yaşamışdır.
Məmməd (ad)
Məmməd — Azərbaycanda daha çox işlədilən kişi adı. Məmməd İsmayıl — Ssenari müəllifi. Aktyor. Məmməd Araz — şair, tərcüməçi, publisist Məmməd Əlili — Aktyor. Rejissor Köməkçisi. İkinci rejissor. Rejissor assistenti. Məmməd Sadıqov — Aktyor. Filmlərdə və arxiv kadrlarda iştirak edən. Məmməd Hüseynov — Kino rəssamı.
Məmməd Abbasov
Məmməd Cəfərqulu oğlu Abbasov (10 avqust 1950, Çərçiboğan, Noraşen rayonu) — Azərbaycan dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini (1991–2003), Naxçıvan MR Baş nazirinin müavini — kənd təsərrüfatı naziri (2003–2013). == Fəaliyyəti == Məmməd Cəfərqulu oğlu Abbasov 10 avqust 1950-ci ildə hazırkı Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1979-cu ildən Çərçiboğan kolxozunda baş iqtisadçı, M. Hüseynzadə adına kolxozda sədr, 1981-ci ildən isə Naxçıvan MSSR Nazirlər Sovetində Kənd təsərrüfatı şöbəsinin müdiri işləmişdir. 1982-ci ildə partiya işinə keçərək Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində şöbə müdiri, 1985-ci ildən Azərbaycan KP Mərkəzi Komitəsinin Təşkilat-partiya işi şöbəsində inspektor, 1988-ci ildən Azərbaycan KP İliç (Şərur) Rayon Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini təyin edilmişdir. Sonralar Naxçıvan MR Baş nazirinin müavini — kənd təsərrüfatı naziri işləmiş, 4 fevral 2013-cü ildə vəzifəsindən azad olunmuşdur. Məmməd Abbasov XI çağırış Naxçıvan MSSR Ali Sovetinin, XII çağırış Azərbaycan Ali Sovetinin, I çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmişdir. 29 avqust 1991-ci ildə və 5 mart 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti fövqəladə sessiyalarında redaksiya komissiyası tərkibinə daxil edilmişdir.
Məmməd Abdullayev
Məmməd Abbas oğlu Abdullayev (1903—1972) — fizika-riyaziyyat elmləri doktoru, professor. Riyaziyyat-fizika elmləri doktoru alimlik dərəcəsi almış ilk Azərbaycan fiziklərindəndir. == Həyatı == Məmməd Abdullayev 1903-сü ildə Azərbaycanın Qazax rayonunun Dağ Kəsəmən kəndində mədəni ailədə anadan olmuşdur. İlk təhsilini Qazaxda alaraq, Azərbaycan Pedoqoji İnstitutuna daxil olmuş və onu fərqlənmə diplomu ilə bitirmişdir. Məmməd müəllim riyaziyyat-fizika elmləri alimlik dərəcəsi almış ilk Azərbaycan fiziklərindəndir. ADU-nun (indiki BDU) 1940-1960-ci illərdə ən görkəmli müəllimlərdən olmuşdur. O, fizikanın mexanika və molekulyar fizika bəhslərindən çox yüksək səviyyədə mühazirə oxumuş, məharətlə məsələ həllini və laboratoriya işlərini aparmışdır. Dərin biliyə malik olan Məmməd müəllim həm də əsl ziyalı idi. Onun çox sayda tələbələri akademik, müxbir üzv və professordur. Onun tələbələrindən biri olmuş Qriqori Belenki müəllimi haqqında belə demişdir: "...universitetdə bizə çox istedadlı insanlar güclü təhsil verirdilər.
Məmməd Adilov
Məmməd Musa oğlu Adilov (18 noyabr 1953, Nuxa – 16 oktyabr 2011, Şəki) — ədəbiyyatşünas alim, AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru. == Həyatı == Məmməd Adilov 18 noyabr 1953-cü il tarixdə Nuxa şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin məzunudur (1976). 1976–1977-ci illərdə Şəki şəhərindəki orta peşə məktəbində müəllim, 1977–1982-ci illərdə Azərbaycan Radiosunda və "Bakı" qəzetində müxbir, 1981–1989-cu illərdə Azərbaycan Xarici Dillər İnstitutunda ikiillik ərəb dili kurslarında müəllim vəzifəsində işləyib. 1982–1984-cü illərdə ordu sıralarında tərcüməçi zabit kimi xidmət etdikdən sonra 1984-cü ildə Azərbaycan EA Əsaslı Kitabxanasında baş direktor, elə həmin ildən Azərbaycan EA Əlyazmalar İnstitutunda baş laborant, daha sonralar kiçik elmi işçi, elmi işçi, elmi katib, direktor müavini vəzifələrində çalışıb. Həmçinin, 1993–1996-cı illərdə Lənkəran Dövlət Universitetində, 1995–1998-ci illərdə isə Bakı İslam Universiteti Sumqayıt filialında müəllimlik etmişdir. 2003-cü ildə Azərbaycan MEA Əlyazmalar İnstitutunun direktoru vəzifəsinə seçilmişdir. 1986-cı ildə "Azərbaycan dilində ixtisar sözlər" mövzusunda namizədlik, 2004-cü ildə "Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. İkisi xarici ölkədə olmaqla 170-ə yaxın elmi əsəri nəşr olunub, 100-dən artıq kitabın nəşrə hazırlanmasında iştrak etmişdir. İSESKO-nun Rabatda (1993) və Qahirədə (1996) keçirilmiş simpoziumlarında iştirak etmiş, həmçinin, Moskvada, İstanbulda, Tehranda, Vilnüsdə, Aşqabadda, Məkkədə, Konyada, Urmiyada, Qazanda, Türküstanda elmi ezamiyyətlərdə olmuşdur.
Məmməd Alim
Məmməd Alim (d. 1949 – ö. 28 avqust 2014) — Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, Respublikanın əməkdar incəsənət xadimi, Rəsul Rza mükafatı laureatı. == Həyatı == Şair 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri vəzifəsində çalışırdı. Məmməd Alimin 20-yə qədər kitabı işıq üzü gorüb. Bundan başqa onun dünya ədəbiyyatından tərcümələri də çoxdur. İlk kitabı olan “Ürəyimin şəkli” 1979-cu ildə 30 yaşı olarkən dərc edilib. 2007-ci ildə onun haqqında "Yuva qurdum söz içində. Məmməd Alim" adlı sənədli film çəkilib. Həmin ekran əsərində şairin bütün yaradıcılığı, şeirlərinin yaranma tarixcəsi öz əksini tapıb.
Məmməd Altunbay
Məmməd Altunbay (türk. Mehmet Altunbay; 1911, Yelizavetpol – 27 dekabr 1987, İstanbul) — Azərbaycan əsilli Türkiyə hərbi və mülki pilotu. Gəncə üsyanının şahidi. Əslən Gəncə şəhərindən olan Məhəmməd Altunbəy SSRİ-yə məxsus təyyarəni əvvəlcə İrana və daha sonra Türkiyəyə qaçırmaqla bu ölkəyə mühacirət etmişdir. == Həyatı == Məmməd Altunbay 1911-ci ildə Gəncə şəhərində Zərrabi məhəlləsində Qaçaq İbrahimin evində anadan olub. Altunbayın dəqiq doğum tarixi və doğum günü məlum deyil. Atası Gəncə qəzasının Qaramusalı kəndindən olub, şəhərdə Dərvişoğlu Qaçaq İbrahim kimi tanınıb, Çar Rusiyasına qarşı mübarizə aparıb. Anasının adı Bəyim olub. Məmməd gənclik illəri haqqında xatirələrində yazır: Daha sonra Altunbay Odessa Ali Hərbi Hava Məktəbinə daxil olur, 1933-cü ildə buranı bitirir. SSRİ-nin bir sıra bölgələrində pilot kimi fəaliyyət göstərir, üç dəfə fəxri fərmanla təltif olunur.
Məmməd Aranlı
Məmməd Aranlı (tam adı: Ağayev Məmməd Salman oğlu; d.22 oktyabr 1922, Azərbaycan SSR, Ağcabədi rayonu — 7 oktyabr 1950, Bakı şəhəri) — Azərbaycanlı yazıçı-publisist, 1941—1945-ci illər müharibəsi iştirakçısı, 416-cı atıcı diviziyasının "Qızıl əsgər" qəzetinin məsul katibi == Həyatı və təhsili == Ağayev Məmməd Salman oğlu 22 oktyabr 1922-ci ildə Ağcabədidə anadan olmuşdur. İbtidai təhsilini burada və Ağdaş şəhərində almışdır. 1932-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüş və 6 nömrəli Bakı şəhər natamam orta məktəbini bitirmişdir(1932—1935).Sonra M.Sabir adına Pedaqoji Texnikumda təhsil almışdır. O, Ədəbi fəaliyyətə şeir və hekayələrlə tələbəlik illərindən başlamışdır. == Yaradıcılıq fəaliyyəti == 1937—1938-ci illərdə "Pioner" jurnalında,1939—1940-cı illərdə isə "Azəbaycan qadını" jurnallarında çalışmışdır. Hekayələri "Yeni il", "Gənc işçi", "Ədəbiyyat" qəzetlərində, "İnqilab və mədəniyyət", "Şərq qadını" jurnallarında dərc olunmuşdur. 1938-ci ildə texnikumu əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutuna qəbul olmuşdur. Burada ədəbiyyat və dil fakültəsində təhsil aldığı dövrdə "Qara xal qız", "Gecənin qəlbi" ,"Aldanmış ümid" və digər hekayələri yazmışdır. == Döyüş cəbhələrində == 1941-ci ildə Böyük Vətən Müharibəsinə başladığından İnstitutun son kursundan cəbhəyə getmişdir. O, kiçik leytenant kimi 416-cı atıcı diviziyada xidmətə başlamışdır.
Məmməd Araz
Məmməd Araz (doğum adı: Məmməd İnfil oğlu İbrahimov; 14 oktyabr 1933, Nursu, Naxçıvan MSSR – 1 dekabr 2004, Bakı) — Azərbaycan şairi, tərcüməçi, publisist, 1957-ci ildən AYİ-nın üzvü, Azərbaycan Respublikasının xalq şairi (1991), "İstiqlal" ordeni laureatı. == Həyatı == Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959–1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur. Məmməd Araz 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.
Məmməd Arif
Dadaşzadə Məmməd Arif Məhərrəm oğlu (29 may (11 iyun) 1904, Bakı – 27 dekabr 1975, Bakı) — Azərbaycan tənqidçisi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1936), filologiya elmləri doktoru (1954), professor (1955), Azərbaycan SSR EA müxbir üzvü (1955), Azərbaycan SSR EA həqiqi üzvü (1958), Azərbaycanın SSR Əməkdar elm xadimi (1960), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974). == Həyatı == Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü il iyun ayının 10-da Bakı şəhərində anadan olmuşdur. Əslən Xızı torpağının Bəylik adlanan ərazisindəndir. Bu ərazidən olan nəsil indi də Xızıda ehtiramla yad edilir. Bakıdakı rus-tatar məktəbini bitirdikdən sonra Məmməd Arif 1920–1930-cu illərdə I dərəcəli 5-ci sovet məktəbində (direktor S.S.Axundov) müəllim işləmişdir. Eyni zamanda o, Xalq Maarifi İnstitutunda təhsil almış və 1925-ci ildə bu institutu bitirmişdir. 1925–1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin "Şərq" fakültəsində oxumuş, Universiteti bitirdikdən sonra 1930–1931-ci illərdə Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır. Məmməd Arif 1932–1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, "Rus ədəbiyyatı" kafedrasının dosenti olmuşdur. Uzun illər Azərbaycan Dövlət Universitetində çalışmış, 1941–1950-ci illərdə burada "Rus ədəbiyyatı" kafedrasının müdiri olmuş, 1955-ci ildə professor elmi adını almışdır. Eyni zamanda o, 1930–1940-cı illərdə Azərbaycan Respublikası maarif nazirinin (komissarının) müavini vəzifəsini tutmuş, 1941–1947-ci illərdə "Vətən uğrunda" ("İnqilab və mədəniyyət", yəni indiki "Azərbaycan") jurnalının baş redaktoru işləmişdir.
Məmməd Hüseynov
Məmmədağa Hüseynağa oğlu Hüseynov (8 fevral 1929, Bakı – 20 yanvar 2002) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (2000). == Həyatı == Məmmədağa Hüseynov 8 fevral 1929-cu ildə Bakıda anadan olmuşdur. 1949-cu ildə Moskvada - Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsinə daxil olur. 1955-ci ildə oranı bitirib Bakıya qayıdır və "Azərbaycanfilm" yaradıcı fəaliyyətə başlayır. 20-yə qədər filmdə quruluşçu rəssam kimi çıxış edir. Azərbaycanın mədəni həyatında fəal iştirak edir. Respublika və xarici ölkələrdə keçirilən sərgilərin iştirakçısıdır. == Mükafatları == Azərbaycan SSR əməkdar rəssamı — 23 dekabr 1976 Azərbaycan Respublikasının xalq rəssamı — 18 dekabr 2000 == Filmoqrafiya == Asif, Vasif, Ağasif (film, 1983) Bahar rəqsləri (film, 1962) Bir məhəllədən iki nəfər (film, 1957) Bizim Cəbiş müəllim (film, 1969) Bizim küçə (film, 1961) Böyük dayaq (film, 1962) Dağlarda döyüş (film, 1967) Əhməd haradadır? (film, 1963) Əlavə iz (film, 1981) Fəallıq (film, 1975) Görüş (film, 1955) Xalq istedadları (film, 1967) Xoşbəxtlik qayğıları (film, 1976) İntizar (film, 1969) Kölgələr sürünür (film, 1958) Qaraca qız (film, 1966)(film, kinoalmanax) Qələbənin yolları (film, 1976) Qızıl qaz (film, 1972) Qocalar, qocalar...
Məmməd Kazım
Məmməd İsrafil oğlu Kazımov (Məmməd Kazım; 25 may 1934, Tatyanoba, Masallı rayonu – 10 mart 2018, Bakı) — azərbaycanlı şair, yazıçı, dramaturq, jurnalist, publisist, “Qızıl Qələm” mükafatı laureatı (1975), 1974-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Məmməd Kazım 25 May 1934-cü ildə Masallı rayonunun Tatyan kəndində anadan olmuşdur. Uşaqlığı İkinci Dünya Müharibəsi illərinə təsadüf etdiyi üçün oxumağı və yazmağı özü öyrənmiş, müharibə bitdikdən sonra birbaşa ikinci sinfə qəbul edilmişdir. Az bir vaxtda üstün zəkası ilə yaşıdlarından fərqləndiyinə görə dördüncü sinfə keçirilmişdir. 1950-ci ildə 7 illik təhsilini başa vurduqdan sonra Bakıya gedib Siyasi Maarif Məktəbinə qəbul olmuşdur. Yazdığı şeirler, o illərdə Maarif Məktəbində müəllim işləyən Xalq Yazıçısı Bayram Bayramov və Ədəbiyyat Dərnəyinin rəhbəri Yəhya Qarabağlı tərəfindən böyük maraqla qarşılanmışdır. İlk şeiri “Yeni həyat” qəzetində dərc olunan Məmməd Kazım 1956-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq Fakultəsində təhsilini davam etdirmişdir. İş həyatına 1953-cü ildə başlamış, Masallı rayon və kənd məktəblərində direktor, ədəbiyyat müəllimi, Masallı Radiosunda aparıcı və redaktor olaraq fəaliyyət göstərmişdir. Məmməd Kazım hələ 24 yaşında Güllütəpə Kənd Orta Məktəbinin direktoru vəzifəsini icra edərkən, məktəb yolu üzərində maneəyə çevrilən - sel daşqınlarına məruz qaldığından keçilməz halda olan - çaya öz hesabına, qardaşları ilə birlikdə körpü çəkib, kənd uşaqlarının təhsil almasına imkan yaratmışdır. 1960-cı illərin əvvəllərində Masallıda Ədəbiyyat Dərnəyi quraraq rayon camaatını ədəbi fəaliyyətlərə cəlb etmiş, eləcə də məktəblərdə bir çox şair və yazıçılarla görüşlər təşkil edərək insanların böyük rəğbətini qazanmışdır.
Məmməd Kovxa
Məhəmməd Mahmud oğlu Kovxa(Mahmudov) (1859 – 1933) xalq arasında Məmməd Kovxa kimi məşhur olmuşdur - Qazaxın general-qubernatoru (1918-1919). == Faəliyyəti == 1859-cu ildə Qazax qəzasının Daş salahlı kəndində anadan olub. M.Kovxa öz xeyirxah əməlləri ilə hələ general - qubernator vəzifəsinə təyin edilməmişdən əvvəl el-oba arasında böyük hörmət qazanmışdı . M.Kovxa hələ 1914-cü ildə Avey dağından camaata bulaq çəkdirmişdi. M.Kovxa 1914-1920-ci illərdə erməni-daşnak dəstələrinə zərbə vuranlardan biri idi. == AXC dövründə fəaliyyəti == Azərbaycan Cümhuriyyəti dövründə türklərin köməyə gəlişi zaman (1918-ci ilin iyununda) Qazaxın general-qubernatoru olmuşdu. Nuru Paşanın polkovnik rütbəsi ilə təltif etdiyi Məmməd Kovxa 800 atlı dəstəsi ilə Bakının işğaldan azad olunmasında iştirak edib. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə general-qubernator vəzifəsinə təyin edilmişdi. General-quberator işlədiyi dövrdə (1919-cu ilin oktyabrı-nadək) Qazaxda ciddi qayda-qanun yaratmışdır. Aprel işğalından sonra Məmməd Kovxa da repressiya qurbanlarından biri olan şəxsiyyətlərimizdən, milli istiqlal fədailərimizdəndir.
Məmməd Mehdiyev
Məmməd Əsəd oğlu Mehdiyev (1911, Şamaxı – 1988, Bakı) — baytarlıq elmləri doktoru, professor, Azərbaycan Ali Sovetinin deputatı və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun IX rektoru. == Həyatı == 1911-ci ildə Şamaxıda anadan olmuşdur. Ali təhsilini 1935-ci ildə İrəvan Baytarlıq İnstitutunda bitirmiş, ardınca Maksim Qorki adına Kazan Aqrar İnstitutunda təhsil almışdır. İkinci Dünya müharibəsi iştirakçısı olmuşdur. 1988-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == === Elmi fəaliyyəti === Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri, fakültə dekanı işləmişdir. 1953-cü ildə baytarlıq elmləri doktoru dərəcəsini və professor elmi adını almışdır. 1963-cü ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnsititutunda laboratoriya müdiri vəzifəsində çalışmışdır. === Siyasi fəaliyyəti === Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. 1954–1962-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda direktor və rektor qismində ali təhsil müəssisəsinin 9-cu rəhbəri olmuşdur.
Məmməd Muradzadə
Məmməd bəy Muradov (15 yanvar 1900-?) — Cümhuriyyət tələbəsi. == Həyatı == Məmməd bəy Fərhad bəy oğlu 15 yanvar 1900-cü ildə Şuşa qəzasının Muradbəyli kəndində anadan olmuşdu. Ağdam kənd məktəbini bitirmişdi. Sonra 1911-ci Bakı gimnaziyasına daxil olmuş, 28 fevral 1918-ci ildə tamamlamışdı. AXC dövründə İtaliyaya Tibb Universitetinə oxumağa göndərilmişdi. == Mart soyqırımı barədə xatirəsi == 1918-cı ilin dekabrında həmin hadisələri qələmə almış, 1919-cı ilin martında ona əlavələr etmişdir. 1920 ildə Həyat dəftərimdən bir parça rubrikasında Mart hadiseyi-əliməsi adı ilə hökumət mətbəəsində kitabça halında çap etdirmişdir (kitabça 1996 ildə kiril əlifbası ilə yenidən nəşr olunmuşdur). Ailəsinin başına gətirilən müsibətlərdən, atasının qohum və tanışlarının güllələnməsindən, həmin hadisələr zamanı kiçik qardaşı ilə qonşu yəhudinin evində gizlənməsindən danışan, şahidi olduğu acınacaqlı mənzərəni təsvir edən gənc yazısını belə yekunlaşdırırdı: Yazıda hadisələr zamanı öz niyyətlərinə çataraq "qalib çıxmış", kişiləri öz evlərində qətlə yetirib, qadm və qocaları əsir kimi nümayişkaranə surətdə küçələrdən keçirən qaniçən ermənilərin vəhşilikləri dərin ürək ağrısı ilə təsvir edilirdi. deyən düşmənin istehzalı tənələrinə dözə bilməyən gənc müəllif yazırdı: Məmməd Muradzadənin sonrakı taleyi haqqında məlumat əldə olunmamışdır.
Məmməd Musayev
Məmməd Musayev — iqtisadi elmlər namizədi, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti == Həyatı == Məmməd Qurban oğlu Musayev 1955-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1972-ci ildə orta məktəbi, 1976-cı ildə isə D. Bünyatzadə adına Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə ilə bitirmişdir. 1976–1984-cü illərdə Dövlət Bankının Azərbaycan Respublikası Kontorunda müxtəlif məsul vəzifələrdə çalışmış, 1984-cü ildən 1992-ci ilədək Dövlət Bankının Qaradağ şöbəsinin, Aqrar Sənaye Bankının Əməliyyat idarəsinin rəisi, 1992-ci ildən Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının İdarə Heyətinin Sədri, 2001-ci ildən isə hal-hazıradək "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri vəzifəsində çalışır. M. Q. Musayevin rəhbərliyi altında Kredit Təşkilatında "kənd təsərrüfatı sahələrinin kreditləşdirilməsinin standart şərtləri" və qaydaları hazırlanmış, kənd təsərrüfatında sahibkarlıq subyektlərinin kreditləşdirilməsi həyata keçirilir. Onun təşəbbüsü ilə 1995-ci ildə Türkiyə Respublikasının ən böyük kənd təsərrüfatı bankı olan "Ziraat" Bankı və Aqrar Sənaye Bankının birgə təsisçiliyi ilə "Azər-Türk Bank" Birgə Səhmdar Kommersiya Bankı yaradılmışdır. Qardaş Türkiyə Respublikasının ən iri sığorta şirkətlərindən biri olan "Başak" Sığorta Şirkəti ilə birgə "Başak-İnam" Sığorta şirkəti də M. Musayevin təklifi ilə yaradılmışdır. Hazırda onun rəhbərlik etdiyi "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı, "Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Beynəlxalq Konfederasiya" (CİCA), Azərbaycan Sahibkarlar Konfederasiyası, Kənd Təsərrüfatı Kreditləri üzrə Avrasiya Assosiasiyası (EURACA), Sakit Okean Ölkələrinin Kənd Təsərrüfatı Kreditləri üzrə Beynəlxalq Təşkilat (APRAKA), Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikro Maliyyə Assosiasiyası, "Bakı Banklararası Valyuta Birjası", Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvüdür. M. Q. Musayev "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının Sədri, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür. Işlədiyi müddət ərzində regionlarda sosial-iqtisadi inkişafın təmin edilməsi üçün kənd yerlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlərin verilməsi və bununla yeni iş yerlərinin açılması, əhaliyə göstərilən maliyyə-kredit xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə mövcud olan ən mütərəqqi üsulların tətbiq edilməsi istiqamətində xeyli işlər görmüşdür. M. Q. Musayev 1987-ci ildə "Dövlət Bankı əlaçısı" fəxri adına, 1998-ci ildə isə iqtisadi elmlər namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür.
Məmməd Mustafayev
Məmməd Mustafayev — Azərbaycan Respublikasının Əməkdar Rəssamı, SSRİ Rəssamlar İttifaqının üzvü (1978). == Həyatı == Məmməd Mustafayev 1948-ci ildə Bakı səhərində anadan olmuşdur. 1968-ci ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini bitirdikdən sonra rəssam təhsilini Azərbaycan Politexnik İnstitutundə davam etdirmişdir (1969-1974). 1974-1980 illərdə isə Kiyev İncəsənət Institutunda təhsil almışdır. Rəssam 1968-ci ildən başlayaraq ümumittifaq, respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. 1978-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. Sənətçinin heykəllərində güclü, lakin zərif duyğu hissləri yaratmaq üçün istifadə etdiyi müxtəlif materiallarda, onun memarlıq bacarığı əks olunur. 2001-ci ildə o, Azərbaycan Respublikasının Əməkdar Rəssamı fəxri adına layiq görülmüşdür.
Məmməd Mövsümzadə
Məmməd Mirzə oğlu Mövsümzadə — kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü == Həyatı == Məmməd Mirzə oğlu Mövsümzadə 1906-cı il dekabrın 25-də Bakı şəhərinin Nardaran kəndində anadan olmuşdur. 1925-ci ildə orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinin (ADU) pedaqoji fakültəsinin təbiət şöbəsinə qəbul olunmuşdur. 1929-cu ildən başlayaraq ADU-nun "Üzvi kimya"kafedrasında laborant vəzifəsində işləmiş, 1930-cu ildə isə universiteti bitirdikdən sonra həmin kafedrada assistent vəzifəsinə keçrilmişdir. 1931-1995-ci illərdə o,Azərbaycan Kənd Təsərrüfatı və Pambıqçılıq İnstitutunda, Neftayırma və Sənaye Texnikumlarında kimya müəllimi və laboratoriya müdiri vəzifəsində çalışmışdır. == Elmi fəaliyyəti == 1932-ci ildən başlayaraq Məmməd Mövsümzadə Azərbaycan Neft İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) "Üzvi kimya" kafedrasında müxtəlif vəzifələrdə çalışmış və 1947-ci ildən etibarən isə kafedraya rəhbərlik etmişdir. Neft məhsullarının pirolizi sahəsində apardığı tədqiqatlar əsasında o, 1938-ci il sentyabrın 25-də namizədlik dissertasiyası müdafiə etmiş və kimya sahəsində alimlik dərəcəsi almış ilk azərbaycanlılardan biri olmuşdur. Kimya elmləri namizədi M.Mövsümzadə 1938-1940-cı illərdə SSRİ Elmlər Akademiyası Kimya İnstitutunun Azərbaycan filialının baş elmi işçisi, 1939-cu ildə institutun "Üzvi kimya"kafedrasının dosenti olmuş və 1948-ci ilədək texnologiya fakültəsinin dekanı vəzifəsində işləmişdir. Böyük Vətən müharibəsi illərində əmək cəbhəsində göstərdiyi fədakarlığa görə M.Mövsümzadə 1945-ci ildə Böyük Vətən müharibəsində "Fədakar əməyə görə" medalı, 1946-cı ildə isə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Apardığı uğurlu tədqiqatların nəticəsi olaraq M.Mövsümzadə 1945-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1946-cı ildə kimya elmləri doktoru alimlik dərəcəsi və 1947-ci ildə üzvi kimya ixtisası üzrə professor elmi adı almışdır. Elmi tədqiqatlarını davam etdirən alim 1967-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasına müxbir üzv seçilmişdir.
Məmməd Mübariz
Məmməd Mübariz Əlizadə (1911 – 1994) — görkəmli Azərbaycan şərqşünası, tərcüməçi, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi. == Həyatı == Məmməd Mübariz Əlizadə 1911-ci il dekabrın 23-də İranın Xamnə qəsəbəsində dəmirçi ailəsində anadan olmuşdur. İlk təhsilini doğma şəhərindəki “Mərifət” mədrəsəsində almışdır. 8 yaşında Şeyx Məhəmməd Xiyabaninin ən yaxşı şagird üçün təsis etdiyi mükafata layiq görülmüşdür. Anasını erkən yaşlarında itirən M.Əlizadə 11 yaşından müstəqil həyata başlamış, bir tacirin yanında işə düzəlmişdir. Hələ gənc ikən İranda gedən azadlıq hərəkatına qoşulan M.Əlizadə 1928-ci ildə Araz çayını keçərək Naxçıvana gəlmişdir. Təhsil almaqla bağlı çoxdankı arzusunu gerçəkləşdirmək üçün o, 1932-ci ildə Tiflisdə yerləşən Zaqafqaziya Kommunist Universitetinin siyasi fakültəsinə daxil olmuşdur. Oranı bitirdikdən sonra Bakıya gələn M.Əlizadə Azərbaycan Pedaqoji İnstitutunun aspiranturasında oxumuş, eyni zamanda həmin institutda dərs demişdir. İkinci Dünya Müharibəsi illərində dövlət radio komitəsində xarici verilişlər şöbəsini təşkil etmiş və həmin şöbənin ilk redaktoru olmuşdur. 1944-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Universitetində çalışmışdır.
Məmməd Məcidoğlu
Məmməd Məcidoğlu (Abdullayev Məmməd Məcid oğlu; 1 iyun 1947, Xan Qərvənd kəndi, Goranboy rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan şairi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin üzvü. == Həyatı == Abdullayev Məmməd Məcid oğlu 1947-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuşdur. Gənc yaşlarından bədii yaradıcılıqla məşğul olmuş, şeirləri müxtəlif qazet və jurnallarda, almanaxlarda çap olunmuşdur. İlk şeirlərini Bakı maliyyə-kredit texnikumunda və Azərbaycan Neft Akademiyasında oxuduğu illərdə yazsa da, onun şeir yaradıcılığının cilalanması və püxtələşməsi rəhmətlik Həkim Qəninin yaratdığı və bu gün də ölməz ruhunun rəhbərlik etdiyi Vahid poeziya məclisi ilə bağlıdır. "Vahid poeziya məclisi"nin üzvüdür. == Yaradıcılığı == Məmməd Məcidoğlu çağdaş ədəbiyyatımızda az işlənən, elə bu səbəbdən də az qala unudulmaqda olan müxəmməs, mürəbbe, müstəzad, müsəddəs, sürud, qitə kimi klassik şeir janrlarına müraciət etmiş və uğurlu nəticələr qazanmışdır. Şeirlərində yeni məzmun, xüsusən vətənpərvərlik, üstəlik, hərbi-vətənpərvərlik mövzusu daha diqqətəşayan bir yer tutur. O, dövlətimizin, xalqımızın bu günü ilə səsləşən, tariximizin indiki məqamında son dərəcə vacib olan bu mövzunu klassik qəzəl janrına da uğurla gətirə bilmiş və oxucuların rəğbətini qazanan gözəl şeir nümunələri yaratmışdır. 2011-ci ildə "Ümumrespublika Satira və Qəzəl" müsabiqəsinin qalibi olmuşdur.
Məmməd Məhərrəmov
Məmməd Məhərrəmov (tam adı: Məhərrəmov Məmməd Əli oğlu; 9 oktyabr 1919 - 5 may 1977) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Məhərrəmov Məmməd Əli oğlu Qasım İsmayılov rayonunun (indi Goranboy) Qarasuçu kəndində dünyaya göz açmış və 1939-cu ildə hərbi xidmətə çağırılmışdır. Cəbhədə döyüşlərə 1941-ci ildə 52-ci ordunun 254-cü atıcı diviziyasında bölmə komandiri vəzifəsində başlamışdır. Baş serjant M.Məhərrəmovun dəstəsi 1943-cü ilin 2 oktyabr gecəsi Kreşşatnik adlı yerdə Dnepr çayını birinci olaraq keçmiş və 15 gün müddətində düşmənin arxasında onun silah ambarını partlatmış, zəbt etdiyi kənddə düşmənin bir tankını və onlarla əsgərini məhv edərək, arxadan gələn hərbi hissələrin hucumunun genişlənməsini təmin etmişdir. Sovet İttifaqı Qəhrəmanı adı 1944-cü ilin 22 fevralında verilmişdir. Leytenant M.Məhərrəmov 1945-ci ildə hərbi xidmətdən tərxis edilmişdir. == İstinadlar == == Xarici keçidlər == 9may.az. Qəhrəmanlar.
Məmməd Məmmədov
Məmməd Məmmədov (ədəbiyyatşünas) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. Məmməd Məmmədov (fizik) — Fizika-riyaziyyat elmləri namizədi, professor, BDU prorektoru. Məmməd Məmmədov (aktyor) — Azərbaycanlı teatr və kino aktyoru, rejissor, Rusiyanın Əməkdar incəsənət xadimi. Məmməd Məmmədov (jurnalist) — əməkdar jurnalist, Naxçıvan Ali Məclisinin deputatı. Məmməd Məmmədov (Sovet İttifaqı Qəhrəmanı) — Sovet İttifaqı Qəhrəmanı. Məmməd Məmmədov (iqtisadçı) — Azərbaycanlı iqtisadçı; Azərbaycan Respublikası Əmanət Bankının Prezidenti (1985-1993). Məmməd Məmmədov (mühəndis) — Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Təmir–tikinti şöbəsinin müdiri, Əməkdar mühəndis. Məmməd Məmmədov (partizan) — İkinci dünya müharibəsinin iştirakçısı, partizan. Məmməd Məmmədov (20 Yanvar şəhidi, 1949) — 20 Yanvar şəhidi, Naxçıvan şəhidi. Məmməd Məmmədov (20 Yanvar şəhidi, 1959) — 20 yanvar şəhidi.
Qatır Məmməd
Qatır Məmməd (Məmməd Əli oğlu Məmmədov; 1887, Goranboy, Yelizavetpol qəzası – 18 sentyabr 1919) — Gəncə bölgəsində məşhur qaçaq dəstəsinin başçısı. 1918-1919-cu illərdə Yelizavetpol quberniyasıda kəndli qiyamının lideri. Müxtəlif tarixi dövrlərdə Qatır Məmmədin hərəkətinə münasibət göstəricilərindən fərqlənirdi. O illərdə rəsmi hesabatlarda o, soyğunçuluq hesab edilmişdir; Sovet dövründə ədəbiyyatda Qatır Məmməd milli qəhrəman adlandırıldı və onun adı əfsanəvi oldu. Tarixçi E. İsmayılovun fikrincə, o, hər hansı bir nüfuza qarşı çıxan yeganə güləşçi idi. == Həyatı == Adam öldürdüyü üçün sürgün olunmuş, ancaq qaçaraq bolşeviklər ilə dostlaşmışdır. Yenidən həbs olunaraq sürgün olunmuş, 1917-ci il Rusiya inqilabından sonra geri dönmüş və öz dəstəsi ilə AXC müsavat hökumətinə qarşı mübarizə aparmışdır. Hərbi nazir Fətəli xan Xoyskinin başçılıq etdiyi dəstəyə ağır zərbə endirmiş, bölgədə varlıların malikənələrini viran qoyub, dəmir yol hərəkətini pozmuşdur. Qatır Məmməd ölkənin paytaxtı ilə qərbini birləşdirən telefon, teleqraf xətlərini dağıdıb sıradan çıxarmış, Bakı-Gəncə dəmiryolunu partlatmışdır. Müsavat qoşunu tərəfindən mühasirəyə alınaraq öldürülmüşdür (Teymur bəy Mirzə Hacı bəy oğlu tərəfindən).
Tahirə Məmməd
Tahirə Məmməd (Tahirə Qəşəm qızı Məmməd;27 iyun 1960, Vayxır, Naxçıvan rayonu) — filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri. == Həyatı == Tahirə Məmməd Naxçıvan MR-nın Babək rayonu Vayxır kəndində ziyalı ailəsində anadan olmuşdur. 1976-1980-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-ədəbiyyat fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə müəllim kimi başlamışdır. 1983-86-cı illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspirantı olmuşdur. 1986-cı ildən Ədəbiyyat nəzəriyyəsi şöbəsində təyinatla gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlamış və həmin şöbədə müxtəlif elmi vəzifələr tutmaqla 2012-ci ildə seçki yolu ilə şöbə müdiri seçilmişdir. == Fəaliyyəti == === Elmi fəaliyyəti === Tahirə Məmməd 1989-cu ildə filologiya üzrə fəlsəfə doktoru, 2004-cü ildə filologiya üzrə elmlər doktoru dərəcəsi almışdır. Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2008-ci ildə dosent, 2011-ci ildə professor elmi adına layiq görülmüşdü. Fəlsəfə doktorluğu dissertasiyası "Cəfər Cabbarlı yaradıcılığının bədii metod təkamülü", elmlər doktorluğu dissertasiyası "XX əsr Azərbaycan dramaturgiyasının poetikası (Hüseyn Cavid, Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlının dramaturgiyası əsasında)" mövzusundadır. Tahirə Məmməd Azərbaycanda Ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə ilk qadın elmlər doktorudur.
Abbasqulu Məmmədov
Abbasqulu Əzim oğlu Məmmədov - "20 Yanvar" şəhidi. Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq görülüb. == Haqqında == Abbasqulu Əzim oğlu Məmmədov 1965-ci il fevral ayının 21-də Gəncə şəhərində anadan olmuşdur. Gəncə şəhər 5 saylı orta məktəbi bitirmişdir. 1983–1985-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Gəncə mexaniki-quraşdırma idarəsində işləmişdir.Abbasqulu Məmmədov dəfələrlə Nüvədi kəndinin müdafiəsində fəal iştirak edib. Buna görə də Nüvədi kəndinin fəxri vətəndaşı adına layiq görülüb. == Şəhid olması == 1990-cı il yanvar ayının 11-də Ruzigar, Bəxtiyar və Abbasqulu Məmmədov keşikci dəstə ilə Çaykənd-Todan ətrafına gedirlər. Yanvar ayının 12-də döyüş başlayır. Todan-Çaykənd ərazisinin müdafiəsi qurbansız keçməyir.Abbasqulu Məmmədov həmin günü gərgin keçən döyüşdə odlu silahla yaralanır və həlak olur.Gəncənin Səbiskar qəbiristanlığında dəfn olunub == Ünvan == Gəncə şəhəri, Vaqif küçəsi, 3-cü döngə, ev 9.
Abdulla Məmmədov
Abdulla Məhəmməd oğlu Məmmədov (10 mart 1905, Şərur-Dərələyəz qəzası – 8 mart 2001, Şərur rayonu, Naxçıvan Muxtar Respublikası) — pambıqçı, Böyük Vətən müharibəsinin iştirakçısı. Sosialist Əməyi Qəhrəmanı (1951). == Həyat və əmək fəaliyyəti == Abdulla Məmmədov 10 mart 1905-ci ildə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının (indiki Şərur rayonu) Yuxarı Aralıq kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1929-cu ildə İliç rayonu M.Hüseynzadə adına kolxozda başlamış, 1978-ci ilə qədər bu kolxozda briqadir, ferma müdiri, manqabaşçısı və kolxozçu işləmişdir. Böyük Vətən müharibəsində iştirak etmişdir. 1950-ci ildə pambıqçılük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 30 yanvar 1951-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. 1968-ci ildən İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Abdulla Məmmədov 8 mart 2001-ci ildə Şərur rayonunda vəfat etmişdir.
Abdulla Məmmədov (rəssam)
Abdulla Məmmədov — Azərbaycanlı rəssam. == Həyatı == Məmmədov Abdulla Əliheydər oğlu 26 oktyabr 1963-cü ildə Lerik rayonunda anadan olmuşdur. O, 1965-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra, 1971-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Abdulla Məmmədov 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın əsərləri, Rusiyada, İranda, Türkiyədə nümayiş edilmiş, Xalçaları bir çox muzeylərdə saxlanılır. Dekorativ Tətbiqi sənət sahəsi üzrə fəaliyyət göstərən rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.
Abid Məmmədov
Abid Məmmədov (4 aprel 1994, Dəymədərə, Oğuz rayonu – 4 oktyabr 2020, Murovdağ döyüşləri) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abid Məmmədov 4 aprel 1994-cü ildə Oğuz rayonunun Dəymədərə kəndində anadan olub. 2000-ci ildə şəhid Elburus Haşımov adına Dəymədərə kənd tam orta məktəbinə daxil olmuşdur. 2011-ci ildə məktəbi bitirmişdir. Oğuz Qarğıdalı Emalı və Qlükoza İstehsalı zavodunda operator kimi çalışmışdır. Ailəli idi, Əli adlı övladı yadigar qaldı. == Hərbi xidməti == Abid Məmmədov Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Abid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsində Murovdağ döyüşlərində iştirak etmişdir. Abid Məmmədov oktyabrın 4-də Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq həlak olmuşdur. Abid Məmmədov oktyabrın 4-də Oğuz rayonunun Dəymədərə kəndində dəfn olunmuşdur.
Adelaida Məmmədova
Adelaida Məmmədova (22 avqust 1922, Tiflis – 25 aprel 2015, Bakı) — musiqiçi alim, pedaqoq, ictimai xadim, SSRİ Dövlət Mükafatı laureatı Bülbülünün həyat yoldaşı və Polad Bülbüloğlunun anası. == Yaradıcılığı == Adelaida Məmmədova 1922-ci il avqust ayının 22-də Tiflis şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Gürcüstan Xalq Ədliyyə Komissarlığı nəzdindəki Tbilisi Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlamışdır. 1977-ci ildə Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün Memorial Muzeyi yaradılarkən Adelaida Məmmədova onun direktoru təyin edilmişdir. Adelaida xanım 40 ildən artıq müddətdə, Bülbülün irsinin fədakar qoruyucusu və fəal təbliğçısı olmuşdur. Məhz onun gərgin əməyi sayəsində respublikanın ilk ev-muzeylərindən biri olan Bülbülün xatirə muzeyində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən 6 mindən artıq sənəd, o cümlədən müğənninin iştirak etdiyi opera tamaşalarının afişaları, məktubları və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, habelə onun mədəni, elmi, pedaqoji və ictimai fəaliyyətinə aid materiallar toplanmışdır. Onun səyi ilə Bakı və Şuşa şəhərində Bülbülün xatirə ev-muzeyləri yaradılmışdır. O, muzey direktoru olmaqla yanaşı, həm də Bülbülün zəngin irsinin yorulmaz tədqiqatçısı idi. Adelaida Məmmədova görkəmli vokal ustasının elmi fəaliyyətinə və çoxşaxəli yaradıcılığına həsr olunmuş çox sayda kitab və məqalələrin müəllifi olmuşdu. Təssüflər olsun ki, Şuşa şəhəri 1992-ci ildə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra, Bülbülün xatirə ev-muzeyi vəhşicəsinə dağıdılmışdır.
Adil Məmmədov
Adil Məmmədov (icra başçısı) — Qobustan rayonu İcra Hakimiyyətinin başçısı. Adil Məmmədov (tarixçi) — Tarix elmləri doktoru, professor.
Adil Məmmədov (alim)
Adil Əli oğlu Məmmədov (2 dekabr 1929, Ağdam – 21 dekabr 2016, Bakı) — Tarix elmləri doktoru, professor. == Həyatı == Adil Məmmədov 1929-cu il dekabrın 2-də Ağdam rayonunun Seyidli kəndində (Süleyman Sani Axundovun ev-muzeyinin yerləşdiyi binada) anadan olmuşdur. Azərbaycanın görkəmli dramaturqu, nasiri, maarif xadimi Süleyman Sani Axundov Adil Məmmədovun atası Əli Məmmədovun dayısıdır. Anası Fizzəxanım Qaryağdı dahi xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı Qafar Qaryağdının qızı idi.[mənbə göstərin] Adil Məmmədovun ailəsi 1930-cu ildə Bakıya köçmüşdür. O, birinci sinfə 1937-ci ildə Bakı şəhəri 3 nömrəli orta məktəbə getmişdir. Əli Mirzə Mehdi bəy oğlu Məmmədov 1942-1945 illərdə hərbi səfərbərlikdə olduğu müddətdə ailəsi yenidən Ağdamda yaşamışdır. Adil Məmmədov Ağdam şəhər 1 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. Müharibə qurtaran ili ailəsi yenidən Bakıya qayıtmışdır. Adil Məmmədov 1945-1947 illərdə Bakı Pedaqoji Texnikumunda oxumuş, 1947-1952 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində ali təhsil almışdır. Adil Məmmədov ali təhsilini başa vurduqdan sonra Respublika Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsində işləmişdir.
Adil Məmmədov (icra başçısı)
Adil Məmmədov (15 aprel 1952, Xaçmaz, Vartaşen rayonu) — Qobustan Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Adil Məcnun oğlu Məmmədov 15 aprel 1952-ci ildə Vartaşen rayonunun Xaçmaz kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə daxil olub, 1975-ci ildə həmin İnstitutu "Baytarlıq" ixtisası üzrə bitirmişdir. 15 oktyabr 1975-ci il tarixdən 4 sentyabr 1981-ci il tarixədək Vartaşen (Oğuz) rayonu Padar kəndində "Pravda" kolxozunda baytar həkim, 4 sentyabr 1981-ci il tarixdən 10 fevral 1982-ci il tarixədək isə həmin kolxozda sədr müavini işləmişdir. 10 fevral 1982-ci il tarixdən 10 fevral 1988-ci il tarixədək Xaçmaz kəndi "Lenin" adına kolxozun idarə heyətinin sədri, 10 fevral 1988-ci il tarixdən 01.02.1990-cı il tarixədək Xaçmaz kəndi "Komsomol" kolxozu idarə heyətinin sədri, 01.02.1990-cı il tarixdən 28.01.1993-cü il tarixədək Oğuz rayonu Aqrokombinatında baş direktor, 28.01.1993-cü il tarixdən 03.09.1994-cü il tarixədək Oğuz rayonu İcra Hakimiyyətində Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəisi işləmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən 03.09.1994-cü il tarixdən 25.08.2002-ci il tarixədək Oğuz rayonu İcra hakimiyyətinin başçısı, 25.08.2002-ci il tarixdən 26.03.2004-cü il tarixədək Qəbələ rayonu İcra hakimiyyətinin başçısı, 26.03.2004-cü il tarixdən 26.04.2011-ci il tarixədək Biləsuvar rayon İcra hakimiyyətinin başçısı, 26.04.2011-ci il tarixdən Qobustan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. A. Məmmədov YAP-nın yaradılmasında fəal iştirak etmiş, YAP-nın bütün qurultaylarında iştirak etmişdir. Ailəlidir, 1 qızı, 2 oğlu, 3 nəvəsi var. Bir neçə kitab və elmi məqalənin müəllifidir. Adil Məmmədov Biləsuvar, Qəbələ və Oğuz rayonlarının icra hakimi vəzifəsində çalışmışdır.
Adil Məmmədov (tarixçi)
Adil Əli oğlu Məmmədov (2 dekabr 1929, Ağdam – 21 dekabr 2016, Bakı) — Tarix elmləri doktoru, professor. == Həyatı == Adil Məmmədov 1929-cu il dekabrın 2-də Ağdam rayonunun Seyidli kəndində (Süleyman Sani Axundovun ev-muzeyinin yerləşdiyi binada) anadan olmuşdur. Azərbaycanın görkəmli dramaturqu, nasiri, maarif xadimi Süleyman Sani Axundov Adil Məmmədovun atası Əli Məmmədovun dayısıdır. Anası Fizzəxanım Qaryağdı dahi xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı Qafar Qaryağdının qızı idi.[mənbə göstərin] Adil Məmmədovun ailəsi 1930-cu ildə Bakıya köçmüşdür. O, birinci sinfə 1937-ci ildə Bakı şəhəri 3 nömrəli orta məktəbə getmişdir. Əli Mirzə Mehdi bəy oğlu Məmmədov 1942-1945 illərdə hərbi səfərbərlikdə olduğu müddətdə ailəsi yenidən Ağdamda yaşamışdır. Adil Məmmədov Ağdam şəhər 1 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. Müharibə qurtaran ili ailəsi yenidən Bakıya qayıtmışdır. Adil Məmmədov 1945-1947 illərdə Bakı Pedaqoji Texnikumunda oxumuş, 1947-1952 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində ali təhsil almışdır. Adil Məmmədov ali təhsilini başa vurduqdan sonra Respublika Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsində işləmişdir.
Adilə Məmmədova (alim)
Adelaida Məmmədova (22 avqust 1922, Tiflis – 25 aprel 2015, Bakı) — musiqiçi alim, pedaqoq, ictimai xadim, SSRİ Dövlət Mükafatı laureatı Bülbülünün həyat yoldaşı və Polad Bülbüloğlunun anası. == Yaradıcılığı == Adelaida Məmmədova 1922-ci il avqust ayının 22-də Tiflis şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Gürcüstan Xalq Ədliyyə Komissarlığı nəzdindəki Tbilisi Hüquq Məktəbində təhsil alaraq əmək fəaliyyətinə başlamışdır. 1977-ci ildə Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün Memorial Muzeyi yaradılarkən Adelaida Məmmədova onun direktoru təyin edilmişdir. Adelaida xanım 40 ildən artıq müddətdə, Bülbülün irsinin fədakar qoruyucusu və fəal təbliğçısı olmuşdur. Məhz onun gərgin əməyi sayəsində respublikanın ilk ev-muzeylərindən biri olan Bülbülün xatirə muzeyində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən 6 mindən artıq sənəd, o cümlədən müğənninin iştirak etdiyi opera tamaşalarının afişaları, məktubları və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, habelə onun mədəni, elmi, pedaqoji və ictimai fəaliyyətinə aid materiallar toplanmışdır. Onun səyi ilə Bakı və Şuşa şəhərində Bülbülün xatirə ev-muzeyləri yaradılmışdır. O, muzey direktoru olmaqla yanaşı, həm də Bülbülün zəngin irsinin yorulmaz tədqiqatçısı idi. Adelaida Məmmədova görkəmli vokal ustasının elmi fəaliyyətinə və çoxşaxəli yaradıcılığına həsr olunmuş çox sayda kitab və məqalələrin müəllifi olmuşdu. Təssüflər olsun ki, Şuşa şəhəri 1992-ci ildə Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra, Bülbülün xatirə ev-muzeyi vəhşicəsinə dağıdılmışdır.
Adış Məmmədov
Adış Məmmədov (17 dekabr 1968, Seyidbazar, Cəlilabad rayonu) — alim, diplomat, Azərbaycan Respublikasının Çexiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri. == Tərcümeyi-hali == Adış Sakit oğlu Məmmədov 1968-ci il 17 dekabrda Cəlilabad rayonunun Seyidbazar kəndində doğulmuşdur. Qafqaz müsəlmanlarının XII Şeyxülislamı Allahşükür Paşazadənin kürəkənidir. 1986-cı ildə orta məktəbi Gümüş medalla bitirərək Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsinə daxil olmuşdur. 1991-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirərək Bakı Dövlət Universitetinin riyazi analiz ixtisası üzrə aspiranturasına daxil olmuşdur. 1995-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə daxil olmuş, 2005-ci ildə isə beynəlxalq hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci idə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun doktaranturasına daxil olmuş, hal-hazırda "Daxili münaqişələrin tənzimlənməsinin siyasi və hüquqi aspektləri" adlı doktorluq dissertasiyasının (siyasi elmlər doktoru) üzərində çalışır. 1995–1998-ci illərdə BDU-nun Riyazi-analiz kafedrasında müəllim və baş müəllim vəzifələrində çalışmışdır. 1998–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır.
Akademik Yusif Məmmədəliyev (film, 2005)
Akademik Yusif Məmmədəliyev qısametrajlı sənədli televiziya filmi rejissor Tahir Əliyev tərəfindən 2005-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film kimyaçı, alim Yusif Məmmədəliyevə həsr olunmuşdur. Bədii obrazları Azad Şükürov, Şəlalə Şahvələdqızı, Leyla Məmmədova və Elşən Rafiqoğlu canlandırırlar. == Məzmun == Film kimyaçı, alim Yusif Məmmədəliyevə həsr olunmuşdur. Vaxtilə SSRİ EA-nın prezidenti V. L. Komarov əbəs yerə deməmişdir : Təkcə Yusif Məmmədəliyevə görə Azərbaycanda Elmlər Akademiyası açılmalıdır.
Akif Məmmədov
Məmmədov Akif Güləli oğlu — dilçi, metodist, pedaqoq. Bakı Slavyan Universitetinin Müasir Azərbaycan dili kafedrasının dosenti, Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dilçilik və Azərbaycan dilinin tədrisi metodikası üzrə mütəxəssis. == Həyatı == 17 may 1953-cü ildə Lerik rayonunda anadan olmuşdur. 1970-ci ildə orta təhsilini başa vurub, 1971-1975-ci illər arasında V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitunun (indiki ADPU) Filologiya fakültəsində oxuyaraq oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1975-1981-ci illərdə Puşkin rayonunda (indiki Biləsuvar rayonu) ixtisası üzrə işləmişdir. 1981-1990-cı illərdə Bakıdakı Respublika internat-məktəbində müəllim, 1990-1991-ci illərdə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (İndiki Təhsil Problemləri İnstitutu) professor Əziz Əfəndizadənin rəhbərlik etdiyi Azərbaycan dilinin tədrisi şöbəsində baş elmi işçı kimi çalışmışdır. 1991-ci ildən 2007-ci ilə kimi Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalında şöbə müdiri vəzifəsində çalışmışdır. 1987-ci ildə professor Bəşir Əhmədovun rəhbərliyi altında “Orfoqrafiya təlimində etimoloji təhlildən istıfadə (V-VIII siniflərin materialları əsasında)” adlı dissertasiya müdafiə edərək Azərbaycan dilinin tədrisi metodikası üzrə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1993-1995-ci illərdə “Futuroloq” Fasiləsiz Təhsil Kompleksində, 1993-2001-ci illərdə M.F.Axundov adına APRDƏİ-də (indiki Bakı Slavyan Universiteti) baş müəllim kimi pedaqoji fəaliyyətini davam etdirmişdir. 1991-1994-cü illərdə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda ixtisaslaşmış müdafiə şurasının üzvü olmuşdur.
Alim Məmmədov
Alim Məmmədov (tam adı: Alim Tahir oğlu Məmmədov; 25 sentyabr 1950, Kirovabad) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (1992). == Həyat və yaradıcılığı == Alim Məmmədov teatra 1960-cı illərin ortalarında gəlib və tezliklə qəhrəman rolların ifaçısı kimi tanınıb. Əsas rolları: Tariyel ("Tariyel", Məmmədəli Nəsirov), Tahirov ("Mezozoy əhvalatı", Maqsud İbrahimbəyov), Şah Abbas ("Ulduzlar görüşəndə", Altay Məmmədov), Mehdi-Mixaylo ("Uzaq sahillərdə", İmran Qasımov və Həsən Seyidbəyli), Hemon ("Antiqona", Sofoki), Pivonka ("Qəribə dilənçi", Yan Saloviç), Fuad, Oqtay ("Almaz" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı), Bəxtiyar ("Komsomol poeması", İsgəndər Coşqun), Əfqan ("Səadət sorağında", Teymur Məmmədov), Bəhmən ("Yaxın adam", İsi Məlikzadə), Qasım ("İlk busə", Abduqəhhar İbrahimov), Yuri ("İki qardaş", Mixail Lermontov), Heydər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Qaçaq Nəbi ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Ərşad ("Üçatılan", İlyas Əfəndiyev), Elməddin ("İtkin gəlin", Əlibala Hacızadə), Aptekçinin oğlu ("Demokiisin qılıncı", Nazim Hikmət), Nadir bəy ("Maral", Hüseyn Cavid), Tureulets ("İctimai rəy", Aurel Baranqa), Nihat ("Yad qızı", Orxan Kamal), Ələkbər ("Yeddi oğlan və bir qız", Rövşən Ağayev), Prometey ("Odu atına, Prometey!", Mustay Kərim), Eldar və Vaqif ("Vaqif", Səməd Vurğun), Abbas ("Həyat", Mirzə İbrahimov), İvan Mastakov ("Qoca", Maksim Qorki).
Alimpaşa Məmmədov
Alimpaşa Adil oğlu Məmmədov — Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı (2014–2021). == Fəaliyyəti == Alimpaşa Məmmədov vergi orqanlarında bir sıra vəzifələrdə çalışmış, habelə 2011–2014-cü illərdə Bakı şəhər Vergilər Departamentinin rəisi kimi fəaliyyət göstərmişdir. O, 2014–2021-ci illərdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. == Həbsi == 29 aprel 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi tərəfindən yayılan məlumatda bildirilmişdir ki, Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193–1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Allahverdi Məmmədli
Allahverdi Məmmədli (tam adı:Məmmədli Allahverdi Məhərrəm oğlu;26 iyun 1956, Nehrəm, Naxçıvan rayonu) — Filologiya üzrə elmlər doktoru, professor == Həyatı və təhsili == 26 iyun 1956-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində anadan olub. 1976–1981-ci illərdə BDU-nun jurnalistika fakültəsində təhsil alıb. === Ailəsi === Ailəlidir, üç övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Naxçıvan MR Televiziya və Radio Verilişləri Komitəsində redaktor olmuşdur. "Şərq qapısı" vilayət qəzetində baş redaktorun birinci müavini olmuşdur. "Xalq qəzeti"nin xüsusi müxbiri, "Azad Azərbaycan" qəzetinin baş redaktoru, "Azad Azərbaycan" radiosunun məsul redaktoru, Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində "Xəbərlər" redaksiyasının baş redaktoru olmuşdur. 2005-ci ildən BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur. 2017-ci ilin mayından Televiziya və radio jurnalistikası kafedrasının müdiridir. === Elmi fəaliyyəti === 2004-cü ildə "Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2015-ci ildə "Molla Nəsrəddin ədəbi məktəbində azərbaycançılıq ideyasının bədii əksi problemləri" mövzusunda filologiya üzrə elmlər doktoru dərəcəsini almaq üçün dissertasiya müdafiə edib.
Almaz Məmmədova
Almaz Əli qızı Məmmədova — Azərbaycan filoloqu, filologiya üzrə elmlər doktoru, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru. == Həyatı == 1948-ci ilin oktyabr ayının 3-də Bakı şəhərində anadan olub. 1955-1965-ci illərdə Bakı şəhərində 172 saylı tam orta məktəbdə təhsil alıb və orta məktəbi əla qiymətlərlə bitirib. 1965-1970-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib. 1971-ci ildən Bakı Dövlət Universitetində çalışır. 1979-cu ildə BDU-nun əyani aspiranturasına qəbul olub. 1981-ci ildə ”Mədinə Gülgünün həyat və yaradıcılığı“ mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1990-cı ildə dosent elmi adını alıb. 1997-ci ildə “Cənubi Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri (1946-1990-cı illər)” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru elmi dərəcəsi alıb. 1999-cu ildə professor elmi adını alıb.
Altay Məmmədov
Məmmədov Altay Yusif oğlu (15 may 1930, Gəncə, Gəncə dairəsi – 15 iyul 2003, Gəncə) — nasir, dramaturq, ədəbiyyatşünas, mütərcim, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1971), filologiya elmləri namizədi (1964), dosent (1965). == Həyatı == Altay Yusifoğlu 1930-cu il mayın 15-də Gəncə şəhərində doğulmuşdur. Orada 4 saylı fəhlə-gənclər məktəbini bitirmiş, 1943-1949-cu illərdə saatsaz şagirdi, usta köməkçisi və usta peşələrində işləmişdir. 2003-cü il iyulun 15-də Gəncədə vəfat etmişdir. === Təhsili === H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur (1949). Həmin institutu fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim vəzifəsində saxlanmışdır. == Fəaliyyəti == Tələbəlik dövründə "Kirovabad fəhləsi" qəzeti redaksiyasında korrektor, "Gəncə kommunisti" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır (1951-1953). Ədəbi fəaliyyətə 1950-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilən "Fəhləlikdən alimliyə" adlı oçerki ilə başlamışdır. Sonra kiçik hekayələri ilə diqqəti cəlb etmişdir. 1953-cü ilin mayından "Kirovabad kommunisti" qəzeti redaksiyasında məsul katib (1955), Azərbaycan Yazıçılar İttifaqı Gəncə fılialının sədri (1962), H.Zərdabi adına GDPİ-nin elmi işlər üzrə prorektoru (1970-1974), həmin institutun Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının dosenti (1974-2003) olmuşdur.
Altay Məmmədov (film, 2002)
Altay Məmmədov sənədli televiziya filmi rejissor Əli İsa Cabbarov tərəfindən 2002-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film nasir, dramaturq Altay Məmmədov haqqındadır. == Məzmun == Film nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Altay Məmmədovun həyat və yaradıcılığından bəhs edir.
Altun Məmmədov
Altun Nüsrət oğlu Məmmədov (21 avqust 1999, Gəncə – 4 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Altun Məmmədov 1999-cu il avqustun 21-də Gəncə şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Altun Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Altun Məmmədov oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Altun Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Altun Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Alxan Məmmədov
Alxan Bayramoğlu (Məmmədov) (22 oktyabr 1954, Birinci Şıxlı, Qazax rayonu) — azərbaycanlı filoloq alim, filologiya elmləri doktoru, professor. "Şamaxı ədəbi mühiti (XIX əsrin ortalarından mart 1918-ci ilə qədər)" mövzusunda yazıb, 1998-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyası Azərbaycan ədəbiyyatının regional tədqiqi istiqamətində atılan ilk addımdır. Azərbaycan Demokratik Respublikası dövründə ədəbi fikrin əsas istiqamətlərinə dair yazıb çap etdirdiyi monoqrafiyalar Cümhuriyyət dövrü ədəbiyyatımıza həsr edilmiş ilk monoqrafik tədqiqat nümunələridir. == Həyatı == Alxan Bayramoğlu Qazax rayonunun Birinci Şıxlı kəndində 22 oktyabr 1954-cü ildə anadan olmuş, 1977-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Alxan Məmmədov 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən doktorluq üzrə dissertasiya şurasının , 2006-cı ildən isə həm də BDU-nun nəzdində fəaliyyət göstərən doktorluq üzrə dissertasiya şurasının seminarının üzvüdür. Bundan başqa o, ayrı-ayrı vaxtlarda bir neçə dəfə AMEA Nəsimi adına Dilçilik İnstitutu və ADU-nun, BSU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şuralarının tərkibində həlledici səslə birdəfəlik və BDU-nun Jurnalistika fakültəsi nəzdində fəaliyyət göstərən birdəfəlik dissertasiya şurasının üzvü olmuşdur. == Elmi fəaliyyəti == Alxan Məmmədov 1982–1984-cü illərdə istehsalatdan ayrılmaqla Azərbaycan EA Nizami adına Ədəbiyyat institutunun aspirantı olmuş və "M. Ə. Sabir və ictimai-ədəbi mühit (elmi tərcümeyi-hal məsələləri)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1986). Azərbaycan ədəbiyyatşünaslığında klassik sənətkarın elmi tərcümeyi-halının yazılması istiqamətində elmi tədqiqat işi ilk dəfə bu dissertasiyada yerinə yetirilmişdir. A. B. Məmmədov 1991–1993-cü illərdə istehsalatdan ayrılmaqla AMEA Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı olmuşdur. Onun "Şamaxı ədəbi mühiti (XİX əsrin ortalarından mart 1918-ci ilə qədər)" mövzusunda yazıb, 1998-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyası Azərbaycan ədəbiyyatının regional tədqiqi istiqamətində atılan ilk addımdır.
Amid Məmmədov
Amid Müqabil oğlu Məmmədov (2 aprel 1987, Qazax rayonu – 3 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amid Məmmədov 1987-ci il aprelin 2-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Amid Məmmədov 2005-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Amid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin, Şuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Məmmədov noyabrın 3-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Anar Məmmədli
Anar Məmmədli (26 iyul 1978, Yevlax) — insan hüquqları fəalı, seçkilər və ictimai idarəetmə üzrə ekspert. == Həyatı == Anar Məmmədli 26 iyul 1978-ci ildə Yevlax şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dillər Universitetinin (ADU) Alman dili və filologiyası ixtisası (bakalavr dərəcəsi) üzrə bitirib. 2020-ci ildə ABŞ-nin Sirakuz Universiteti Maksvel Məktəbini İctimai İdarəçilik ixtisası (magistr dərəcəsi) üzrə bitirib. Fəal əmək fəaliyyətinə 1997-ci ildə müxtəlif qəzetlər üçün tərcümələr etməklə başlayıb. 1998–2001-ci illərdə "Bu gün", "Hüriyyət", "Mərkəz" və "Bakı həftəliyi" qəzetlərində reportyor və redaktor vəzifələrində çalışıb. 1997-ci ildə Azərbaycan Dillər Universitetinin bir qrup tələbəsi ilə birlikdə Dünyəvi Yüksəliş Gənclər Təşkilatını yaradıb. 2001-ci ildə QHT-lərin Seçki Monitorinqi Mərkəzinin yaradılmasında iştirak edib. 2008-ci il prezident seçkiləri ərəfəsində mərkəzin qeydiyyatı Ədliyyə Nazirliyinin iddiası əsasında ləğv olunduğu üçün həmin ilin dekabrında Bəşir Süleymanlı ilə birlikdə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) adlı yeni QHT yaradıb. 9 oktyabr 2013-cü ildə keçirilən prezident seçkisi üzrə SMDT-nin apardığı yerli müşahidəçilik və yaydığı ilkin rəy siyasi hakimiyyət təmsilçilərinin kəskin etirazına səbəb olub.
Anar Məmmədov
Anar Məmmədov (siyasətçi) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı. Anar Məmmədov (polkovnik-leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Anar Məmmədov (mayor) — Vətən müharibəsinin şəhidi. Anar Məmmədov (kiçik gizir) — Vətən müharibəsinin şəhidi. Anar Məmmədov (əsgər) — Vətən müharibəsinin şəhidi.
Anar Məmmədov (Vətən Müharibəsi Qəhrəmanı)