Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məmmədqulu Məmmədov
Məmmədqulu Məmmədəli oğlu Məmmədov (1897, Qoçəhmədli, Cəbrayıl qəzası – 1958, Qoçəhmədli, Qaryagin rayonu) — dövlət xadimi, inqilabçı. == Həyatı == Məmmədqulu Məmmədalı oğlu 1897-ci ildə Cəbrayıl qəzasının Qoçəhmədli kəndində dünyaya göz açmışdı. Qarğabazar kənd məktəbini bitirmişdi.1914-cü ildən Bakıda Balaxanı və Zabrat nеft mədənlərində işləmiş, inqilabı hərakata qoşulmuşdu.1918–1920-ci illərdə Qoçəhmədli kəndində qırmızı partizan dəstəsində əksinqilabi qüvvələrə qarşı mübarizə aparmışdı. Sovеt dönəmində Cəbrayıl qəza milis şöbəsində məsul vəzifələrdə işləmiş, Qaryagin, Ağdam, Cəbrayıl və başqa rayonlarda banditlərə qarşı vuruşmalarda iştirak еtmişdi. Məmmədqulu Məmmədov Qaryagin rayonunda koopеrativlər ittifaqında şöbə müdiri, kolxoz sədri, kommunal təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışmışdı. Məmmədqulu Məmmədov Lеnin ordеni, "Şərəf nişanı" ordеni və mеdallarla təltif еdilmişdi. Məmmədqulu Məmmədov 1958-ci ildə vəfat еdib. Soyağacı Qardaşı oğlu: Murad Məmmədov == Mənbə == Ənvər Çingizoğlu, Qoçəhmədli kəndi, Bakı, "Şuşa", 2011.
Məmmədqulu Şuşinski
Məmmədqulu (Məhəmmədqulu) Şuşinski və ya Dabbax Məmmədqulu (Məhəmmədqulu) (1874, Şuşa – mart 1929, Şuşa, DQMV) — XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyat və yaradıcılığı == Məmmədqulu 1874-cü ildə Şuşa şəhərində yerləşən "Ayaqyalın qurdlar" (Kiçik qurdlar) məhəlləsində dabbaq ailəsində doğulmuşdur. O, ailəsi kimi dabbaqlıqla məşğul olduğu üçün "Dabbax Məmmədqulu" ləqəbi ilə çağırılmışdır. İlk təhsilini Şuşada Kor Xəlifənin hücrəsində alan Məmmədqulu tarzən Şüşülü Qrikorun dəstəsinə qoşulmuşdur. Atası tərəfindən Mir Möhsün Nəvvabın məktəbinə göndərilən Məmmədqulu burada üç il muğam dərsləri keçmiş, 19 yaşında olarkən Qarabağın musiqi məclislərində xanəndəlik etməyə başlamışdır. 20 yaşında olarkən o, tarzən Qrikor, qarmonçu İsi bəylə məclislərdə iştirak etmiş, "Qarabağ şikəstəsi"ni özünəməxsus şəkildə oxumuşdur.Məmmədqulunun xanəndəliyik sənətinin formalaşmasında XIX əsr müğənnisi Şahsənəm oğlu Dəli İsmayılın və tarzən Şüşülü Qrikorun köməyi olmuşdur. Dəli İsmayıl onun zil səsini, zəngulələrini nəzərə almış, ona ilk öncə major ruhlu muğamları, ələlxüsus "Hasar", "Müxalif", "Kürdü-Şahnaz", "Heyratı" kimi uzun nəfəs, davamlı zəngulə tələb edən muğamları öyrətmişdi. Malıbəyli Həmid də Məmmədqulunun ifaçılıq istiqamətinin müəyyənləşməsində rol oynamışdır. Onların dostluq əlaqələri nəticəsində Məmmədqulu Gəncə, Şirvan və Tiflis məclislərində tanınmağa başlamışdır.Tiflis məclislərinin birində Məmmədqulu ilə yaxından tanış olan Bülbülcan bir neçə il ərzində Tiflisdə dəvət olunduğu məclislərə onu özü ilə aparmışdır. Məmmədqulu 1905-ci ildən sonra Şuşaya qayıtmış və yenidən Şuşa məclislərində iştirak etməyə davam etmişdir.
Mirzə Məmmədqulu Təbib
Mirzə Məmmədqulu bəy Molla Həsən bəy oğlu Qayıbov (1818, Şuşa – 1875, Şuşa) — şair, həkim. == Həyatı == Mirzə Məmmədqulu bəy Molla Həsən bəy oğlu 1819-cu ildə Şuşa şəhərində dünyaya göz açmışdı. İbtidai təhsilini atasından almışdı. Atasının vəfatından sonra anasının və əmisinin himayəsində böyümüşdü. Anası oxumağa həvəsini görüb, onu İsfahana göndərir. İsfahanda Məmmədqulu bəyi mədrəsədə yer olmadığını bəhan gətirib qəbul etmək istəmirlər. Bunu görən Məmmədqulu bəy su ilə tam dolu piyaləyə bir gül yarpağı atır, bunun nə demək olduğunu soruşan müəllimlərə Məmmədqulu bəy belə cavab verir: "Görürsünüzmü, bir gül yarpağı, dolu piyaləni daşırtmadı, məgər bir adam, belə böyük bir mədrəsə üçün artiq ola bilərmi?" Uşağın bu fərasətini görən rəhbərlik onu mədrəsəyə qəbul edir. Məmmədquli bəy təhsilini müvəffəqiyyətlə başa vurub, tibb elminə sahib olur. Onu yüksək savadına görə şah sarayında həkim vəzifəsində saxlamaq istəyirlər, lakin vətənə, doğma yurda, ailəyə olan məhəbbəti onu dəbdəbəli saray həyatını qoyub, doğma Qarabağa çəkib gətirir. Mirzə Məmmədqulu bəy Gövhərnisə bəyim ağa İbrahimxəlil xan qızı Cavanşirin şəxsi həkimi və vəqfinin mütəvəllisi idi.
Aslanov Novruz Məmmədqulu oğlu
Aslanov Novruz Məmmədqulu oğlu (1913, Saray, Bakı qəzası – oktyabr 1942, Taman yarımadası) — hərbçi, II Dünya müharibəsində alay komandiri. == Həyatı == Aslanov Novruz Məmmədqulu oğlu 1913-cü ildə Abşeron rayonunun Saray kəndində doğulmuşdur. O, 1942-ci il aprelin 1-də Azərbaycan Bakı DTK-sı tərəfindən orduya göndərilmişdir. 396-cı Taman atıcı diviziyasının alay komandiri olmuşdur. 1942-ci il oktyabr ayında Kerç uğrunda gedən ağır döyüşlərdə həlak olmuşdur. == İkinci dünya müharibəsi == 1942-ci ilin başlanğıcında Taman yarımadası sahilində Sovet qüvvələrinin Azərbaycanda formalaşan 396-cı atıcı diviziyası müdafiə olunurdular. Bu diviziyanın mühasirədə olan bir qrup döyüşçüsü komissar Novruz Aslanovun komandanlığı altında məharətlə mühasirədən çıxaraq Azov dənizi sahilinə çıxmaq istəyən və içi desant qüvvələri ilə dolu olan 7 faşist motorlu qayığını batırmışdır. Bu istiqamətdə sovet ordusunun vəziyyəti çox ağır idi. Son anda alınan qərar əsasında ön xəttdən sovet artilleriya qurğularını geri çəkmək zərurəti yarandıqda bu plan həyata keçirilənədək Novruz Aslanovun başçılıq etdiyi bir sıra qüvvələr faşistlərin sayca qat-qat çox olan ordu birləşmələrinin hücumunun qarşısında durdu. <Правда> qəzetinin 1942-ci il nəşrində qeyd olunan məlumata görə, Aslanov ölümə doğru getdiyini bilirdi.
B-4 (Cəlil Məmmədquluzadə) metrostansiyası
Cəlil Məmmədquluzadə stansiyası[mənbə göstərin] və ya indiki adı ilə B-4 stansiyası — Bakı metrosunun Bənövşəyi xəttinin hal-hazırda tikintisi davam etməkdə olan 5-ci stansiyası. Metrostansiya Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində, 1 saylı Mərkəzi Klinik Xəstəxanasının arxasında, Heydər Əliyev adına İdman Konsert Kompleksinin yaxınlığında yerləşir. Stansiyanın 2024-cü ilin sonu 2025-ci ilin ilk yarısında təhvil verilməsi planlaşdırılıb. == Tarixi == 21 sentyabr 2021-ci ildə Bakı metropoliteninin Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı B-04 olan stansiyanın inşasına başlanılıb. Bakı Metropoliteni QSC-nin Tikinti Departamentinin baş mühəndisi Yaqub Musayev deyib ki, stansiyanın yeri müəyyən edilib: "Yeni stansiya metronun "Nizami" stansiyasına yaxın ərazidə inşa ediləcək. Stansiya "Beşmərtəbə" deyilən ərazinin arxasında, 1 saylı Doğum evinin yanında inşa ediləcək".“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov 2023-cü ilin fevralında deyib: “Metrostansiya özü 4 səviyyədən ibarət olacaq. Artıq 3 səviyyədə qazıntı işləri başa çatıb. 4-cü səviyyənin isə yarısı qazılıb. Yəni 144 metrlik platforma, ümumən isə 170 metr uzunluğunda kompleksdir. Onun təxminən 70-80 metri qazılıb.
Cəlil Məmmədquluzadə
Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə (10 (22) fevral 1869, Naxçıvan – 4 yanvar 1932, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim; "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri.Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Cəlil Məmmədquluzadə 10 (22) fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur. Bəzi mənbələrdə ədibin doğum tarixi 1866-cı il olaraq göstərilmişdir. Lakin son illərdə aparılmış tədqiqatlar Cəlil Məmmədquluzadənin 1869-cu ildə anadan olduğunu müəyyən etmişdir. Ədibin babası daşyonan, bənna Məşədi Hüseynqulu İran Azərbaycanın Xoy şəhərindən olub, sonralar Naxçıvana köçmüşdür. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu (1840–1905) ibtidai səviyyədə savadı olan dindar biri olmuşdur. O, ömrünü yoxsulluqla keçirmiş, elmə, maarifə rəğbət bəsləmişdir.Məşədi Məmmədqulu XIX əsrin ikinci yarısında Naxçıvan şəhərində yerli sahibkarlardan olan Canpoladovların duz anbarlarında çalışmış, burada duz, ot və saman satmış, həmçinin ailəsini dolandırmaq üçün Şahab məhəlləsində baqqal dükanı işlətmişdi. 1877-ci il müharibəsi zamanı Naxçıvan duz mədənlərinin məşhur icarədarları olan Canpoladov qardaşları Məşədi Məmmədquluya podrat duz buraxmışlar. Bununla da onun maddi vəziyyəti bir qədər yaxşılaşmışdı.Məşədi Məmmədqulu təxminən 1860-cı ildə öz həmyerlisi dirrikçi Məşədi Babanın qızı Sara Babayeva ilə evlənmiş, onların 4 oğlu və 1 qızı olmuşdu. M. Məmmədqulunun böyük oğlu Mirzə Yusif saatsaz idi, fars dilini mükəmməl bilirdi.
Cəlil Məmmədquluzadə (film, 1966)
Cəlil Məmmədquluzadə — Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr edilən sənədli film. == Məzmun == Film Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük demokrat Cəlil Məmmədquluzadənin anadan olmasının 100 illik yubileyinə həsr edilmişdir. Filmdə C. Məmmədquluzadənin sağlığında çəkilən kinokadrlar yoxdur. Lakin müəlliflər fotoşəkillər, nadir sənədlər vasitəsilə yazıçının həyat və yaradıcılığından söhbət açmış, ədibin portretini yaratmağa, onun düşüncələrini, həyata baxışını, dövrünün ictimai və siyasi hadisələrinə münasibətini əks etdirməyə çalışmışlar. Kinolentdə C. Məmmədquluzadə ilə bərabər, onun müasirləri olan Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Əliqulu Qəmküsar, Əzim Əzimzadə və digər mollanəsrəddinçilər haqqında da söhbət gedir.Burada ədibin Naxçıvan həyatı, molla məktəbində, Qori seminariyasında oxuması, mənalı həyatının Tiflis dövrü, "Molla Nəsrəddin" jurnalının yaranması və fəaliyyəti, ədibin Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparması öz əksini tapmışdır.
Cəlil Məmmədquluzadə Ensiklopediyası
Cəlil Məmmədquluzadə Ensiklopediyası — Anar və b. müəllifi olduğu və Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin yaradıcılığına dair məqalələrdən ibarət olan ensiklopediya. == İstinadlar == == Həmçinin bax == Cəlil Məmmədquluzadə Anar == Xarici keçidlər == Anar, və b. Cəlil Məmmədquluzadə Ensiklopediyası (PDF). Şərq-Qərb. 2008. səh. 320. ISBN 978-9952-448-26-9. İstifadə tarixi: 2014-12-17.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı — Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən peşəkar teatr. == Yaranma tarixi == Eynalıbəy Sultanovun rəhbərliyi ilə mütərəqqi Naxçıvan ziyalılarının yaratdığı "Müsəlman incəsənəti və dram cəmiyyəti" tərəfindən ilk dəfə 1883-cü ildə Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah cadükün" əsəri Hacı Nəcəf Zeynalovun evində tamaşaya qoyuldu. Bu ilk tamaşa ilə Azərbaycan teatrının bir qolu olan Naxçıvan teatrının əsası qoyuldu. Ardınca M. F. Axundzadənin "Molla İbrahimxəlil kimyagər", "Lənkəran xanının vəziri", "Hacı Qara" komediyaları, N. Vəzirovun "Müsibəti-Fəxrəddin", Ə. Haqverdiyevin "Dağılan tifaq", N. Nərimanovun "Nadir şah" və s. əsərləri tamaşaya qoyuldu. 1922-ci ildə teatra Dövlət Dram Teatrı statusu verildi. Teatr həm romantik, həm də realist istiqamətdə inkişaf edirdi. Teatrın repertuarında dünya klassiklərinin əsərləri, həmçinin musiqili əsərlər əhəmiyyətli yer tutur. Bu teatrda istedadlı aktyor və rejissorların bir neçə nəsli yetişmişdir. 1965-ci ildə teatra ədib Cəlil Məmmədquluzadənin adı verilmişdir.
Cəlil Məmmədquluzadənin Ev-Muzeyi (Tbilisi)
Cəlil Məmmədquluzadənin Ev-Muzeyi — 1997-ci il oktyabr ayının 11-də Tbilisidə açılmış muzey. Bu binada 1897–1918-ci illərdə Cəlil Məmmədquluzadə yaşayıb-yaratmış, 1906–1911-ci illərdə isə "Molla Nəsrəddin" jurnalını burada nəşr etdirmişdir. Burada ədibin Tiflisdəki fəaliyyətini əks etdirən sənədlər, fotomateriallar, əsərləri əsasında çəkilmiş bədii filmlər, "Molla Nəsrəddin" jurnalının nüsxələri saxlanılır. Jurnalın çap edildiyi "Qeyrət" mətbəəsi də bu evin zirzəmisində yerləşib. Muzey 200-dən çox yaşı olan ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Vaxtilə binanın hər iki mərtəbəsi Cəlil Məmmədquluzadəyə məxsus olub. Sovet işğalından sonra binada ailələr məskunlaşıb, yalnız birinci mərtəbədəki 2 otaqlı mənzil ev-muzeyi kimi qorunub saxlanıb. Hazırda muzey qəzalı vəziyyətdədir.
Cəlil Məmmədquluzadənin büstü (Sumqayıt)
Cəlil Məmmədquluzadənin büstü - abidənin V. Nəzirov tərəfindən hazırlanmışdır. Büst tuncdan düzəldilmişdir. Büst yazıçı, jurnalist, dramaturq, "Molla Nəsrəddin" satirik jurnalınının naşıri, Qori Müəllimlər Seminariyasını məzunu, müəllim, Naxçıvanda diyarşünaslıq muzeyi yaradıcısı Azərbaycan xalqının böyük oğlu Cəlil Məmmədqulu oğlu Məmmədquluzadənin şərəfinə ucaldılmışdır. Abidə 2003-cü ildə qoyulmuşdur. Cəlil Məmmədquluzadənin büstü Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində Cəlil Məmmədquluzadə küçəsində qoyulmuşdur. Abidənin postamenti və onu əhatə edən divarlar aqlay daşla üzlənmişdir.
Cəlil Məmmədquluzadənin ev-muzeyi
Cəlil Məmmədquluzadənin Ev Muzeyi — Böyük Azərbaycan ədibi və publisisti Cəlil Məmmədquluzadənin 1920-1932-ci illərdə yaşayıb yaratdığı mənzildə yaradılmış ev muzeyidir. == Tarixi == Muzey Azərbaycan Respublikası hökumətinin 1978-ci ildə verdiyi qərarla Bakı şəhəri, Süleyman Tağızadə küçəsi (köhnə Poçt küçəsi), 56 ünvanında yerləşən evdə yaradılmış, 1994 – cü il, 28 dekabrda C. Məmmədquluzadənin anadan olmasının 125 illiyi ərəfəsində açılmışdır. Açılış mərasimində Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyev iştirak etmiş və nitq söyləmişdir. == Ekspozisiya == Muzeydə C. Məmmədquluzadə və digər mollanəsrəddinçilərin həyat və fəaliyyətini əks etdirən 3000-ə yaxın eksponat toplanmışdır. Onların 500 - ə yaxını muzeyin ekspozisiyasında nümayiş etdirilir. Ekspozisiya beş otaqda (ümumi sahəsi 185 m²) yerləşir. Muzeydə ədibin uşaqlıq, gənclik və təhsil illərini, məktəbdarlıq fəaliyyətini, ilk yaradıcılıq addımlarını və mühitini, onun ilk jurnalistik və ədəbi fəaliyyətini əks etdirən eksponatlar nümayiş etdirilir. Ədibin iş otağı, “Molla Nəsrəddin” jurnalının redaksiyası – xatirə otağında isə C. Məmmədquluzadənin həyat və fəaliyyətinin 1922-1932-ci illər dövrünü əks etdirən, habelə yaradıcılığının tədqiqi ilə bağlı materiallar toplanmışdır. Burada ədibin əsərlərinin dünyada yayılma arealını əks etdirən xəritə də tərtib olunmuşdur.Muzey C. Məmmədquluzadənin və digər mollanəsrəddinçilərin irsinin toplanması, tədqiqi və təbliği sahəsində fəailliyyət göstərir. 2000-ci ildə muzeyin ekspozisyasına 8 minədək tamaşaçı baxmış, 500-dən çox ekskursiya aparılmışdır.
Cəlil Məmmədquluzadənin ev-muzeyi (Bakı)

Cəlil Məmmədquluzadənin ev-muzeyi (Naxçıvan)
Cəlil Məmmədquluzadənin Ev Muzeyi – Böyük publisist və ədib Cəlil Məmmədquluzadənin doğulduğu, uşaqlıq və gənclik illərini keçirdiyi evdə yaradılmış ev muzeyi. == Tarixi == Muzey Cəlil Məmmədquluzadənin Naxçıvan şəhəri, İdris Məmmədov küçəsində yerləşən evində, Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin 1998 – ci il, 31 dekabr tarixli sərəncamı ilə yaradılmışdır. Muzeyin açılışı 13 oktyabr, 1999 – cu ildə baş tutmuş və açılış mərasimində şəxsən iştirak edən H. Əliyev nitq söyləmişdir. == Ekspozisiya == Muzeydə böyük ədibin həyat və yaradıcılığına dair ekspozisiya nümayiş etdirilməkdədir. Cəlil Məmmədquluzadəyə və onun ailəsində məxsus şəxsi məişət əşyaları, o cümlədən yazıçının naxçıvanlı müasirlərinə aid tarixi sənədlər, onun mütaliə etdiyi klassiklərin əsərləri və şəxsi kitabxanası muzeyin eksponatları arasındadır. == Cəlil Məmmədquluzadənin ev-muzeyinin binası == Cəlil Məmmədquluzadənin ev-muzeyinin binası şərq memarlıq üslubunda tikilmiş XIX əsrə aid olan yaşayış evidir. Bina XIX əsrin ortalarında çiy kərpicdən tikilmiş və sonralar bişmiş kərpiclə üzlənilmişdir. Onun ümumi sahəsi 100 m², divarların qalınlığı isə 78 sm-dir. Bina iki mərtəbəlidir. İkinci mərtəbədə 2 otaq, 1 vestübül və 1 açıq balkon yerləşir.
Həmidə Məmmədquluzadə
Həmidə Məmmədquluzadə (19 yanvar 1873, Böyük Kəhrizli, Şuşa qəzası – 6 fevral 1955, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri, Cəlil Məmmədquluzadənin həyat yoldaşı, tarixçi Əhməd bəy Cavanşirin qızı, xeyriyyəçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü. == Həyatı == Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmişdir. Kənddə daim yeniliyi, mədəniyyətin ən sivil formalarını yayan Əhməd bəy Cavanşir yeddi "Qarabağnamə"dən ən məşhurunu — "Qarabağ xanlığının siyasi vəziyyətinə dair" əsərini yazıb. Onun çoxsaylı şeirləri və tərcümələri 1906-cı ildə Tiflisdə "Qeyrət" mətbəəsində kitab kimi nəşr edilib. Tək Kəhrizlidə deyil, elə ətraf kəndlərdə də Əhməd bəy kasıbların böyük himayədarı olub. Belə bir nəcib insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz "ot kökü üstə bitər" məsəli ilə tam uyğun gəlir. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdu. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdi. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olmuşdu.
Həmidə xanım Cavanşir-Məmmədquluzadə

Mirzə Məmmədquluzadə
Mirzə Məmmədquluzadə (tam adı:Məmmədquluzadə Mirzə Ələkbər Məmmədqulu oğlu; v. 22 may 1922, Ağcabədi rayonu)— ziyalı, ictimai xadim. == Həyatı və təhsili == 1872-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Cəlil Məmmədquluzadə qardaşıdır.Mollaxanada, Naxçıvan şəhər ibtidai məktəbini oxumuşdur. Qori Müəllimlər Seminariyasına daxil olmaq təşəbbüsü nəticəsiz qalmışdır. === Vəfatı === 22 may 1922-ci ildə Ağcabədi rayonun Kəhrizli kəndində vəfat edib. == Fəaliyyəti == === Cənubi Azərbaycan məşurət hərəkatında iştirakı === Cənubi Azərbaycan məşurətə hərəkatında fəal iştirak etmiş, Səttarxanın yaxın silahdaşlarından biri kimi tanınmış, Şeyx Məhəmməd Xiyabani ilə ünsiyyət saxlamışdır. Molla Nəsrəddin jurnalının Cənubi Azərbaycanda əsas abunə müvəkkili olmuşdur. === Əmək fəaliyyəti === Sovet hakimiyyəti illərində və ondan əvvəl çox vaxt Kəhrizlidə yaşamış Həmidə xanım Məmmədquluzadə-Cavanşirə məxsus təsərrüfatın idarə olunmasında ona yaxından köməklik göstərmişdir. == Ədəbiyyat == İsa Həbibbəyli, Cəlil Məmmədquluzadə: Mühit və müasirləri, Bakı, 1997; İsa Həbibbəyli, Mirzə Cəlilin nəsil şəcərəsi,"Qobustan" toplusu, 1999, №2; == Mənbə == Naxçıvan Ensiklopediyası.
Münəvvər Məmmədquluzadə
Münəvvər Cəlil qızı Məmmədquluzadə (1897, Nehrəm – 1965) — Cəlil Məmmədquluzadənin qızı, SSRİ Ali Sovetinin II çağırış deputatı. == Həyatı == Cəlil Məmmədquluzadə 1896-cı ildə Nehrəm kəndindən olan Həlimə Nağı qızı ilə ailə həyatı qurmuşdur. Bu nikahdan yazıçının birinci övladı Münəvvər Məmmədquluzadə dünyaya gəlmişdir. Cəlil Məmmədquluzadənin vəfatından sonra uzun müddət Nehrəm kəndində mamaça, sonra isə səhiyyə məntəqəsinin müdiri vəzifəsində işləmişdir. SSRİ Ali Sovetinin II çağırış deputatı olmuşdur.
Məhəmmədqulu
Məhəmmədqulu — ad. Məhəmmədqulu mirzə Qovanlı-Qacar Məhəmmədqulu Şuşinski Məhəmmədqulu şah — İbrahimqulu şahın oğlu, Qütbşah və Qolkonda hökmdarı, şair. Mirzə Məhəmmədqulu Hakim — Xan qızı Xurşidbanu Natəvanın ailə həkimi, şair.
Məmmədqala
Məmmədqala (rus. Мамедкала – Mamedkala) — Dağıstan respublikasının Dərbənd rayonunda şəhər tipli qəsəbədir. Qəsəbə Dərvaqçayın sahilində, Şimali Qafqaz dəmir yolunun eyni adlı stansiyasının yaxınlığında yerləşir. == Tarix == Tərəkəmə mahalında yerləşən qəsəbənin bünövrəsi XVIII əsrdə Qubalı Fətəli xan tərəfindən salınmışdı. Qaytaq üsmisi Əmir Həmzə ilə mübarizə aparan Fətəli xan üsminin qardaşı oğlu Xan Məhəmmədi öz tərəfdaşına çevirib, 1775-1778 illərdə onu üsmiyə qarşı çıxartmaq niyyəti ilə yüz kəndli ailəsi ilə birlikdə Dərbənddən 100 fərsah kənara köçürmüşdü. Burada salınan qala Xanməhəmmədqala adı ilə tanındı. Üsmiliyin ərazisində yerləşən bu qala Əmir Həmzənin vəfatına kimi üsmiliyə tabe olmamışdı. XIX əsrin əvvəlində bu yer artıq Xanməmmədqala və ya sadəcə Məmmədqala kimi qeydə alınırdı.Sovet dövründə qəsəbə Məmmədqala dəmiryol stansiyası, Məmmədqala, Mixaylovka, Tumayevka, Duzlaq kəndləri və Ş. Əliyev adına sovxoz yaşayış məntəqələrinin birləşdirilməsi yoluyla ilə yaradılmışdır. == Coğrafiya == Məmmədqala qəsəbəsi Dərbənd şəhərindən 22 km şimal-qərb, Mahaçqala şəhərindən 112 km cənub-şərq istiqamətində yerləşir.
Elariz Məmmədoğlu
Elariz Məmmədoğlu (tam adı: Elariz Məmməd oğlu Salmanov) — azərbaycanlı müğənni. == Həyatı == Elariz Məmmədoğlu 1964-cü il dekabrın 17-də Bakıda doğulub. Hüseyn Cavid adına 132 saylı orta məktəbdə təhsil alıb. 1982-ci ildə Mirzağa Əliyev adına Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub. 1983-1985-ci illərdə Leninqrad, Petrozavodsk, Murmansk şəhərlərində hərbi xidmət keçib. İlk dəfə səhnəyə 16 yaşında müğənni kimi çıxıb. Məktəbdə fəaliyyət göstərən xor dərnəyində vokalçı-solist olub. 1992-1994-cü illərdə musiqiçi kimi çalışıb. 1994-cü ildən mügənnilik sənətini davam etdirib. Müğənni kimi peşəkar fəaliyyətə 1997-ci ilin yanvarında başlayıb.
Məhəmmədqulu (dəqiqləşdirmə)
Məhəmmədqulu Qışlaq (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Məhəmmədqulu (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Məhəmmədqulu (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Məhəmmədqulu xan
Məhəmmədqulu xan Qaradağlı — Qaradağ xanı Məhəmmədqulu xan (Bakı xanı) — Bakı xanı Məhəmmədqulu xan Ağbulaği — İran Məşrutə hərakatının fəal üzvü.
Məhəmmədqulu Şuşinski
Məmmədqulu (Məhəmmədqulu) Şuşinski və ya Dabbax Məmmədqulu (Məhəmmədqulu) (1874, Şuşa – mart 1929, Şuşa, DQMV) — XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyat və yaradıcılığı == Məmmədqulu 1874-cü ildə Şuşa şəhərində yerləşən "Ayaqyalın qurdlar" (Kiçik qurdlar) məhəlləsində dabbaq ailəsində doğulmuşdur. O, ailəsi kimi dabbaqlıqla məşğul olduğu üçün "Dabbax Məmmədqulu" ləqəbi ilə çağırılmışdır. İlk təhsilini Şuşada Kor Xəlifənin hücrəsində alan Məmmədqulu tarzən Şüşülü Qrikorun dəstəsinə qoşulmuşdur. Atası tərəfindən Mir Möhsün Nəvvabın məktəbinə göndərilən Məmmədqulu burada üç il muğam dərsləri keçmiş, 19 yaşında olarkən Qarabağın musiqi məclislərində xanəndəlik etməyə başlamışdır. 20 yaşında olarkən o, tarzən Qrikor, qarmonçu İsi bəylə məclislərdə iştirak etmiş, "Qarabağ şikəstəsi"ni özünəməxsus şəkildə oxumuşdur.Məmmədqulunun xanəndəliyik sənətinin formalaşmasında XIX əsr müğənnisi Şahsənəm oğlu Dəli İsmayılın və tarzən Şüşülü Qrikorun köməyi olmuşdur. Dəli İsmayıl onun zil səsini, zəngulələrini nəzərə almış, ona ilk öncə major ruhlu muğamları, ələlxüsus "Hasar", "Müxalif", "Kürdü-Şahnaz", "Heyratı" kimi uzun nəfəs, davamlı zəngulə tələb edən muğamları öyrətmişdi. Malıbəyli Həmid də Məmmədqulunun ifaçılıq istiqamətinin müəyyənləşməsində rol oynamışdır. Onların dostluq əlaqələri nəticəsində Məmmədqulu Gəncə, Şirvan və Tiflis məclislərində tanınmağa başlamışdır.Tiflis məclislərinin birində Məmmədqulu ilə yaxından tanış olan Bülbülcan bir neçə il ərzində Tiflisdə dəvət olunduğu məclislərə onu özü ilə aparmışdır. Məmmədqulu 1905-ci ildən sonra Şuşaya qayıtmış və yenidən Şuşa məclislərində iştirak etməyə davam etmişdir.
Məhəmmədqulu şah
Məhəmmədqulu şah - İbrahimqulu şahın oğlu, Qütbşah və Qolkonda hökmdarı, şair. == Həyatı == 1565-ci ildə dünyaya gəlmişdi. İbrahimqulu şahın üçüncü oğlu idi. Anası Əhmədnaqar sultanı I Hüseyn Nizam şahın qızı idi. 15 yaşında taxta gətirilmişdi. İmam Əli ibn Əbu Talibin şərəfinə adını verdiyi Heydərabad şəhərini İsfahandan ilhamlanaraq salmışdı. Lakin başqa mənbələr həyat yoldaşının şərəfinə olduğunu deyir. == Hakimiyyəti == Hakimiyyətə gələndə hələ Vicayanaqar imperiyasının qalıqları ilə mübarizə aparmalı idi. Atasının siyasətini davam etdirən Məhəmmədqulu 1586-cı ildə Andranı işğal etdi. Penukondanı özü mühasirəyə almışdı.
Nəsimi Məmmədoğlu
Nəsimi Məmməd oğlu Əliyev — Rejissor, ssenari müəllifi, prodüser == Həyatı == Nəsimi Məmməd oğlu Əliyev 26 avqust 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə orta təhsilini bitirdikdən sonra rejissor köməkçisi kimi Dövlət televiziyasında əmək fəaliyyətinə başlayıb. 1993-1998-ci illər Ordu sıralarında qulluq edib. 1996-2000-ci illər ADMİU-nin rejissorluq fakultəsində təhsil alıb. 2004-2006-cı illərdə polşalı rejissor Kşıştov Zanussinin rəhbərliyi altında keçən İsveçrənin "AVANTİ" layihəsində işttirak edib və həmin layihənin sənədli filmlər bölməsinin qalibi olub. 2001-2007-ci illər "Lider" televiziyasında mədəniyyət proqramlarında rejissor işləyib. 2007-ci ildən "İctimai Televiziya və Radio Yayımları Şikətində" quruluşçu rejissor kimi çalışır. 22 iyul 2020-ci il Milli Mətbuat gününün 145 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib. 2015-2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və "QN" Uşaq Kino Məktəbində rejissor sənəti üzrə dərs deyib. Azərbaycan Kinemotoqrafçılar ittifaqının və peşəkar kinorejissorlar gildiyasının üzvüdür.
Nəvai Məmmədoğlu
Nəvai Məmmədoğlu (Nəvai Məmməd oğlu İbrahimov) — rəssam, şair, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin Təmsilçisi, Azəbaycan Rəsim Komitəsinin başkanı. == Həyatı == Nəvai Məmməd oğlu İbrahimov 1965-ci il iyul ayının 3-də Qazaxın Qarayazı qəsəbəsində dünyaya göz açıb. Əslən Qazax rayonunun Aslanbəyli kəndindəndir. 1972-1982-ci illərdə Ağstafa rayonunun Zəlimxan kəndində orta təhsil alıb. 1982-1989-cu illərdə APU-nun bədii qrafika fakültəsində ali təhsil alıb. 1989-cu ildən mütəmadi olaraq mətbuatda əsərləri nümayiş olunur. Fərdi və qarışıq sərgilərin iştirakçısıdır. Bir çox kitabların tərtibatçısı olub. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. “METİN-X” reklam şirkətinin rəhbəridir.
Şaiq Məmmədoğlu
Şaiq Məmmədov və ya Şaiq Məmmədoğlu (tam adı: Şaiq Məmməd oğlu Məmmədov; 7 avqust 1980, Muğanlı, İliç rayonu) — azərbaycanlı jurnalist, dilçi və ictimai xadim. == Həyatı == Məmmədov Şaiq Məmməd oğlu 7 avqust 1980-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Muğanlı kəndində ziyalı ailəsində anadan olub. 1986-cı ildə Sumqayıt şəhəri 32 saylı orta məktəbin birinci sinifinə gedib. 1997-ci ildə Sumqayıt şəhəri 4 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Dillər Universitetinin “Dilşünaslıq” fakültəsinin "Sinxron Tərcümə" ixtisasına daxil olub. 2002-ci ildə "Lider" Televiziyasında "Xəbərlər" informasiya proqramının gündəlik ingilis dilindəki buraxılışının müəllifi və aparıcısı kimi əmək fəaliyyətinə başlayıb. 2005-2006-cı illərdə ordu sıralarında həqiqi hərbi xidmət keçib. 2007-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də "Xəbərlər" informasiya proqramının gündəlik ingilis dilindəki buraxılışının və "Həftənin mənzərəsi" analitik-informasiya proqramının aparıcı-redaktoru vəzifəsində çalışıb. 2008-ci ildən iş fəaliyyətimi APA informasiya agentliyində redaktor vəzifəsində davam etdirib. 2010-2014-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Sosial İdarəetmə və Hüquq” fakültəsinin “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alıb. 2013-cü ilin sentyabr ayından 2017-ci ilin may ayınadək İctimai Televiziya və Radio Yayımları Şirkətində Baş direktorun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini vəzifəsində çalışıb.
Ələsgər Məmmədoğlu
Əsgər Məmmədoğlu, bəzən Ələsgər Məmmədoğlu kimi tanınır — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2002). Məşhur aktyor Adriano Çelentanoya bənzədiyi üçün onu "Azərbaycanın Çelentanosu" deyə çağırırdılar. == Həyatı == Əsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb və teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Ələmdar ("Mirzə Şəfi" Nəbi Xəzri), Qazı ("Sizi deyib gəlmişəm" Anar), Səfər ("Əliqulu evlənir" Sabit Rəhman), Cəllad ("Maqbet" Uilyam Şekspir), Musa ("Bizim qəribə taleyimiz" İlyas Əfəndiyev), Əcəm ("Qanlı Nigar" Sadıq Şəndil), Siyasi icmalçı ("Mənim sevimli dəlim" Elçin), Gözətçi ("Özümüzü kəsən qılınc" Bəxtiyar Vahabzadə), Qaraşoka ("Sokratı anma gecəsi" Çingiz Aytmatov), Səlim ("Aydın" Cəfər Cabbarlı), Qasımlı ("Bu dünyanın adamları" Hidayət), Şou Zəli ("Hələ Sevirəm deməmişdilər" Ramiz Novruz), Məzarçı ("Hamlet" Uilyam Şekspir), Zahir bəy ("Xurşidbanu Natəvan" İlyas Əfəndiyev), Ağadadaş Nəcəfov ("Dəlilər və ağıllılar" İlyas Əfəndiyev), Dilənçi ("Varlı qadın" Əli Əmirli), Kürən ("Xəcalət" Hüseynbala Mirələmov) Loris ("Gəncə qapıları" Hüseynbala Mirələmov) Ceyranzadə ("Mənim günahım", İlyas Əfəndiyev)Əsgər Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam" V.Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi" K.Haldoni), Dəmir-qaya "Topal Teymur" H.Cavid), Narsatan ("Qatarda" İ.Məlikzadə), Gümrah ("Alov" M.Hüseyn) kimi obrazlar yaratmışdır. "Mozalan" satirik kino- jurnalının 20-yə yaxın sujetinə çəkilən Əsgər Məmmədoğlu, "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları" (Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran-43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısı olub.Xüsusilə "Bəyin oğurlanması" filmindəki Ələsgər obrazı bu gün də uşaqdan-böyüyə hər kəsin üzündə gülüş yaradır.Aktyor son dəfə "Xoxan" filminə çəkilmişdir. 2002-ci ildə Əsgər Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Ələsgər Məmmədoğlu səhhətində yaranmış problemlə əlaqədar olaraq noyabr ayında xəstəxanaya yerləşdirilmişdir.
Əsgər Məmmədoğlu

Mirzə Məhəmmədqulu Hakim
Mirzə Məhəmmədqulu Hakim — Xan qızı Xurşidbanu Natəvanın ailə həkimi, şair, Şuşanın mədəni həyatında mühüm rol oynamış ali təhsilli şəxs. == Ümumi məlumat == Pənahəli xan Şuşa qalasının tikintisi başa çatdıqdan sonra və hətta ondan da əvvəl bütün Azərbaycan və İrandan tacirləri, sənətkarları, tanınmış ilahiyyatçıları, həkimləri, musiqiçiləri, həmçinin özünün yaxın və tanış adamlarını buraya dəvət etməyə başladı. O, əsasən, ölkədə öz adından söz etdirmiş, tanınan insanları dəvət edirdi. Onlar və onların nəsillərinin Şuşada əmək və yaradıcılıq fəaliyyəti üçün gözəl şərait yaratmışdılar. Bu ailələrin üzvlərinin həyat və fəaliyyəti Şuşa tarixinin tədqiqatçıları üçün çox böyük əhəmiyyət kəsb edib. İbrahimxəlil xan Cavanşir dövründə də, böyük bir elm, sənət, poeziya ocağına çevrilmiş Qarabağ xan sarayı öz divarları arasında neçə-neçə ədəbi-mədəni məclislər qurmuş, ədəbiyyatımızın, mədəniyyətimizin iftixarı olan neçə-neçə sənətkar öz qiymətli sənət incilərini burda yaratmışdır. == Həyat və fəaliyyəti == Pənahəli xanın Qədim Şuşaya dəvət etdiyi ilk köçənlər arasında Mirzə Məhəmmədqulunun ulu babası Mirzə Məhəmmədəli də var idi. Pənahəli xan onu Nadir şaha xidmət etdiyi müddətdə tanımış və onunla dostlaşmışdı. O zaman Mirzə Məhəmmədəli Nadir şahın yanında münşi adlı katib vəzifəsində çalışırdı. Nadir şahın ölümündən sonra əslində bu səbəbdən işini itirmiş Mirzə Məhəmmədəli Pənah xan tərəfindən Qarabağ xanlığına eyni vəzifəni – münşi vəzifəsini tutaraq çalışması üçün dəvət olunur.
Məhəmmədqulu Qışlaq (Qoşaçay)
Məhəmmədqulu Qışlaq (fars. محمدقلي قشلاق‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (77 ailə).
Məhəmmədqulu Salik Ordubadi
Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi (1773, Xanağa, Naxçıvan xanlığı – 1861, Xanağa, Naxçıvan qəzası) — Əncüməni-şüəra məclisinin fəal üzvlərindən və ilk rəhbərlərindən biri == Həyatı == Əncüməni-şüəra məclisinin fəal üzvlərindən Salik Ordubadi haqqında ilk məlumata Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" adlı təzkirəsində rast gəlirik. Məhəmmədəli Tərbiyət bu əsərində "Salik" təxəllüslü şairlər sırasında Salik Ordubadinin də adını çəkmiş və haqqında çox bəsit məlumat verərək yazmışdır: "Salik Ordubadi – hicri-qəməri XIII əsr (miladi XIX) söz ustalarındandır. Onun şeirləri Türk dilindədir M. Tərbiyət çox güman ki, Salikin əlyazma divanından xəbərsiz olduğundan onun əsərlərinin yalnız Türk dilində olduğunu söyləmişdir. Halbuki şairin əlimizdə olan divanı həcmcə çox geniş olub, həm Türk, həm cığatay, həm də fars və ərəb dillərindədir. Bu divanı ilk dəfə Ordubadın tanınmış maarif xadimlərindən olan mərhum Əli Qənbərli tapmışdır. 25–30 il bundan öncə Ordubadın Xanəgah (indiki Xanağa) kəndindəki qədim müqəddəs pir uçmuş və oradan xeyli kitablar çıxmışdır. Əli Qənbərli ərəb əlifbasını bildiyi üçün həmin kəndə dəvət olunmuş və pirdəki kitabların içərisindən Salikin də divanını tapıb öz arxivində saxlamışdır. Bu divanın fotosurətini mən sonralar doktorluq mövzumla ("XIX əsr Ordubad ədəbi mühiti") əlaqədar olaraq çox çətinliklə əldə etmiş və çapa hazırlayıb Təbrizdə əski əlifba ilə nəşr etdirmişəm.1 Divanın fotosurətini mənə hörmətli alimlərimizdən olan mərhum Yolçu Piriyev vermişdir. Bu lütfkarlığına və xeyirxahlığına görə allahdan ona rəhmət diləyirəm. Məzarı nurla dolsun.
Məhəmmədqulu xan Qaradağlı
Məhəmmədqulu xan (?-1840) — Toxmaqlı oymağının məşhur simalarından biri. Qaradağın sonuncu xanı (1813-1828). Mustafaqulu xanın oğlu, Məhəmmədhüseyn ağa, Həsənəli ağa (ata), Sara xanımın atası. == Həyatı == Əhər şəhərində anadan olub. İran ordusunun sərkərdələrindən biri olub. Qardaşı Abbasqulu xanın xanlığı dövründə şahzadə Abbas Mirzə Abbasqulu xandan üz döndərmişdi. Məhəmmədqulu xandan da soyumuşdu. 1826-1828-ci illər rus-İran müharibəsi əsnasında Qaradağ xanlığı savaş meydanına dönmüşdü. 1828-ci ildə Məhəmmədqulu xan qardaşı, ailəsi və rəiyyəti ilə birgə Qarabağa köçür. Çar I Nikolayın xüsusi fərmanı ilə mayor rütbəsi və Qaradağ xanlığına işarə edən Xanqaradağski familiyasını almışdı.
Məhəmmədqulu xan Şamlı
Məhəmmədqulu xan Şamlı (XVII əsr) — Şamlı tayfasından olan bir türkmən zadəgan, bir müddət Səfəvi şahı Sultan Hüseyninin (1694-1722) 1721-ci ildən 1722-ci ilədək baş vəziri vəzifəsini icra etdi. Onu Fətəli xan Qacar əvəz etdi. == Mənbələr == Matthee, Rudi. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. I.B.Tauris. 2011. 1–371. ISBN 0857731815.
İrəvanlı Məhəmmədqulu xan
Məhəmmədqulu xan və ya Məhəmmədqulu xan ibn Lələ bəy (XVII əsr) — Keyxosrov xan Çərkəzin ardından 1654–1656-cı illərdə İrəvan əyalətinin qubernatoru (bəylərbəyi) vəzifəsini icra edən Səfəvi məmuru.Prof. Rudi Matteinin dediyinə görə o dövrdə olan baş vəziri Məhəmməd bəy (1654-1666) tərəfindən "hiylə qurma" zamanı, ikincisi düşmənlərindən yaxa qurtara bildiyi üçün, Məhəmmədqulu xan da ehtimal ki, vəzifəsini itirən məmurlardan biri idi. == İstinadlar == == Mənbələr == Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. ISBN 978-1933823232. Matthee, Rudi. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. I.B.Tauris. 2012.
Məhəmmədqulu mirzə Qovanlı-Qacar
Məhəmmədqulu mirzə Qovanlı-Qacar (1789-?)— İran şahzadəsi, vali, şair == Həyatı == Məhəmmədqulu mirzə Fətəli şаh оğlu (аnаsı Аsiyа хаnım Məhəmməd хаn qızı Qоvаnlı) 1789-ci ildə Tеhrаn şəhərində аnаdаn оlmuşdu. Sаrаy təhsili аlmışdı. Mülкаrа ləqəbi dаşıyırdı. 36 il Mazandaran əyalətinin valisi olmuşdu. Məhəmmədqulu mirzə Qovanlı-Qacar Tehran şəhərində vəfat edib. == Yaradıcılığı == Məhəmmədqulu mirzə şаir idi. Хоsrоvi təхəllüsü ilə кönülохşаyаn şеirlər yаzırdı. == Ailəsi == Məhəmmədqulu mirzənin törəmələri öncə Mülкаrа, sоnrа Аrəstə sоyаdını dаşıdılır. Bəziləri isə Bədi fаmiliyаsı ilə tаnınırlаr. Məhəmmədqulu mirzə Fаtimə Sultаn bəyim Şаhruх mirzə qızı Qırхlı-Аvşаrlа və Gülpəri Sаrа Mələк хаnım Murtuzаqulu хаn qızı Qоvаnlı-Qаcаrlа аilə qurmuşdu.
Məhəmmədqulu xan (Bakı xanı)
Məhəmmədqulu xan (Bakı – 1792, Bakı) — Bakının altıncı xanı. == Səltənəti == Məlik Məhəmməd xanın kiçik qardaşı və I Mirzə Məhəmməd xanın oğlu idi, doğum tarixi məlum deyil. Fətəli xanın ölümündən bəri həm yeni Quba xanı Əhməd xanın, həm də qardaşı oğlu II Mirzə Məhəmmədın təcrübəsizliyindən istifadə edərək Bakı xanlığını qəsb etməyə çalışırdı. Xanlığa layiq görüldüyü təqdirdə iddialı Əhməd xanı sədaqəti ilə əmin etdi. Əhməd xan 1791-ci ildə Məhəmmədqulu ağanın taxtda oturması üçün Bakıya qoşun göndərdi. Bakı ordusu cəmi 500 nəfərdən ibarət olduğundan Mirzə Məhəmməd həmin il əmisinin xeyrinə imtina etdi.Ancaq Əhməd xana tabe olmayaraq, xərac vermədi. Quba xanı keçmiş xana olan bağlılığını dəyişdirdi və Bakını mühasirəyə aldı, Məhəmmədqulu şəhər xalqının köməyi ilə onun qüvvələrini məğlub etdi.Əhməd xan 1791-ci il mart ayında vəfat etdi və onun yerinə 13 yaşlı qardaşı Şeyxəli xan gəldi. Mirzə Məhəmmədə yenidən Bakıya yürüş etmək üçün ordu verildi. Şeyxəli daha sonra qraf İvan Qudoviçdən Bakını mühasirəyə almasını istədi. Məhəmmədqulu yardım istəyini tez bir zamanda Rusiyaya çatdırdı.
Məhəmmədqulu xan Qasımlı-Avşar
Məhəmmədqulu xan Qasımlı-Avşar (1760, Urmiya – 1798, Urmiya) — Urmiya xanı . == Həyatı == Məhəmmədqulu xan Rzaqulu xan oğlu 1760-cı ildə Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Əmiraslan xan Araşlı-Avşardan sonra, 1784-cü ildə Avşar ağsaqqallarının iradəsi ilə taxta əyləşmişdi. O, ilk gündən xanlıqda dəyişiklərə başladı. Vəzifə islahatı keçirdi. Məhəmmədqulu xan hakimliyinin ilk vaxtlarından qonşu xanlarla mübarizəyə başladı. Atasının ölümündən sonra taxta çıxan Təbriz hakimi Xudadad xan Dünbili xalqa zülm etməyə başlamışdı. Xalqın narazılığını eşidən Sərab hakimi Sadıq xan Şəqaqi Təbrizə qoşun çəkir. Xalqın nümayəndəsi Ağa Əliməhəmməd tacirbaşı xeyli sovqatla yardım üçün Məhəmmədqulu xanın yanına yollandı.