Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərdanlı
Mərdanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocik kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Kənd Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir. Yaşayış məntəqəsi kəndin əsasını qoymuş Hacı Mərdan adlı şəxsin adını daşıyır. 1950-1960-cı illərdə rayondakı Yuxarı Mollu kəndindən xeyli ailə buraya köçmüş və kənd daha da böyümüşdür.
Mərcanlı
Azərbaycanda
Aşağı Mərcanlı
Aşağı Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Böyük Mərcanlı
Böyük Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir. == Toponimikası == Araz çayının sol sahilindən 2 km aralı, düzənlikdədir. Keçmiş adı Mərcanlı olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Qarabağ xanı İbrahimxəlil xanın oğlu Cəfərqulu xanın mülkü olmuş Lənbəran kəndindən (Bərdə rayonu) köçürülmüş mərcanlı nəslinə mənsub ailələr Maralyan kəndinin ərazisində salmışlar. Sonralar Mərcanlı kəndindən köçən bir qrup ailə Yuxarı Mərcanlı kəndinin əsasını qoydular. Qarşılığı Cocuq Mərcanlı olmuşdur. == Əhalisi == === Tanınmış şəxsləri === Kazım Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı Çərkəz Məcid — şair, yazıcı, tənqidçi Həsənov Qaryağdı Ziyad oğlu — görkəmli partiya işçisi, diplomat və jurnalist Nizami Yolçuzadə Xanış Rüstəmov — müəllim, Müsavat partiyasının üzvü, 1937-ci il repressiyalarının qurbanı İsmət Rüstəmov — ingilis dili müəllimi, filologiya elmləri namizədi, dosent, tərtibatçı Mahmud Quliyev — Cəbrayıl rayonunun keçmiş İcra başçısı == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Cocuq Mərcanlı
Cocuq Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Mehdili kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Cocuq Mərcanlı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı işğaldan azad edilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Cavadağa Cavanşirə məxsus ərazidə salınmışdır. Etnotoponimdir. Mərcanlı tayfa adını özündə əks etdirir. Burada cocuq sözü yaşayış məntəqəsini Böyük Mərcanlı kəndindən fərqləndirməyə xidmət edir. Oykonim "kicik Mərcanlı kəndi" mənasındadır. Yerli ləhcədə "Cojux Mərcannı" kimi tələffüz edilir.
Mərcanlı (Üskü)
Mərcanlı (fars. مرجانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 356 nəfər yaşayır (84 ailə).
Yuxarı Mərcanlı
Yuxarı Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Musa Mərcanlı
Musa Mərcanlı (21 mart 1964, Böyük Mərcanlı, Cəbrayıl rayonu) — tarixçi, jurnalist, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1995), Jurnalistlər Birliyinin üzvü (1987), Mətbuat Şurasının ilk təsisçilərindəndir (2003). 1964-cü il martın 21-də Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. Müxtəlif illərdə "Xudafərin", "Azərbaycan gəncləri", "Mübarizə" qəzetlərində çalışmış, "Assa- İradə" İnformasiya agentliyində parlament müxbiri kimi fəaliyyət gostərmişdir. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin orqanı olan "Azərbaycan" jurnalının əməkdaşı olmaqla yanaşı, 2001–2006-cı illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində baş məsləhətçi vəzifəsində çalışmışdır. Müxtəlif qəzet və jurnallarda dərc olunan onlarla elmi-publisistik yazıların, 9 kitabın və bir filmin ssenari müəllifidir. 2011-ci ildə Moskvada nəşr olunan "Ermənilik. Rusiya. Qafqaz" kitabı 5 dilə tərcümə edilərək, dünya ictimaiyyətinə erməniliyin əsl üzünü açıb göstərmişdir. "Geosiyasi mövqedən Qarabağ problemi: analitik nəzər nöqtəsi" adlı kitabı 2009-cu ildə Sankt-Peterburq şəhərində çap olunmuşdur.
Xoca Mərcanlı bulağı
Xoca Mərcanlı bulağı — Şuşanın Xoca Mərcanlı məhəlləsində Xoca Mərcanlı məscidinin yanında yerləşir. Bulaq XVIII əsrdə tikilib. 1992-ci ilin 8 may tarixində Şuşa işğal edildikdən sonra bulaq baxımsız qalıb. Nəticədə bulağın suyu quruyub, özü isə baxımsız vəziyyətə düşüb. Bulaq, 2001-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Əsası XVIII əsrdə qoyulan Şuşa 17 məhəllədən ibarətdir. Hər məhəllənin özünün məscidi, bulağı və hamamı olub. Bu məhəllələrdən biri olan Xoca Mərcanlı məhəlləsinin də tarixi şəhərin tarixi ilə üst üstə düşür. Xoca Mərcanlı məhəlləsi Şuşanın mərkəzində yerləşən yuxarı məhəllələrdən biridir. Məhəllə salındığı dövrdə burada məscidlə yanaşı bulaq da tikilib.
Xoca Mərcanlı məhəlləsi
Xoca Mərcanlı məhəlləsi və ya Xoca Mircanlı — Şuşanın 19-cu əsrin ortalarında salınmış yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzi hissəsində yerləşir. Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olmuşdur.
Xoca Mərcanlı məscidi
Xoca Mərcanlı məscidi — XVIII əsrdə Şuşanın Xoca Mərcanlı məhəlləsində tikilmişdir. Məscid 2001-ci ildən 1574 sayı ilə YUNESKO-nun ehtiyat abidələr siyahısına daxil edilibdir. Ermənilər Şuşanı işğal etdikdən sonra abidə məhv edilib. Hal-hazırda məscidin xarabalıqları qalmaqdadır.
Merdinli
Merdinli — Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli inzibati-ərazi vahidliyində kənd. Bir çox tədqiqatçının fikrinə görə, Merdinli kəndi merdinli nəslinə mənsub ailələr tərəfindən salındığına görə həmin nəslin adı ilə adlandırılmışdır. Merdinli kəndinin 1750-ci ilə qədərki adi Qarabulaq olmuşdur. Digər bir mülahizəyə görə Qarabağ xanı Pənahəli xan Şuşa qalasını inşa edərkən Qarabag kəndlərinin hamısına qalanın tikintisi uçun bir dəvə göndərməyi əmr etmişdir. Qarabulaq kəndinin (yeddi təpə kurqanları da həmin ərazidədir) o zamankı bəyi Bəylər bəy kənddəki evlərin sayı qədər dəvə göndərmiş, Pənahəli xan bu kəndə mərdünlü (yəni, mərd səsli) adı vermiş, Şuşa qalası tikildikdən sonra da bu şəhərin 17 məhəlləsindən biri Mərdünlü adlandırılmışdır. Sovet hakimiyyəti zamanı hər yerdə merdinli yazılmış, toponim olaraq əzəli mənasından qismən uzaqlaşmışdır. Bu kənd Quruçay mədəniyyəti dövrunə aid çoxsaylı nümunələri özündə yaşatmış, erməni işğalına qədər (23 avqust 1993-cü il) yerli azərbaycanlı əhali burada yaşamışdır. Kəndin əhalisi əvvəllər bir nəslin törəmələri olmuş, sonralar nökər qismində başqa bölgələrdən adamlar bəy qapısında işləməyə gəlmiş və bu kənddə məskunlaşmışlar. Bəylər bəy, Abbas bəy, Aga bəy, Xanlar bəy bəylik tayfasının ən tanınmış simaları olmuşlar. Müasir Azərbaycan tarixində ictimai-siyasi xadim kimi tanınan İqbal Agazadə bu bəy nəslindəndir.
Fəxrəddin Meydanlı
Fəxrəddin Meydanlı (Fəxrəddin Seyfəddin oğlu Əzizov; 10 aprel 1954, Boyat, Ucar rayonu) — Şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin (2004), Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Aşıqlar Birliyinin (2010) üzvü. == Həyatı == Fəxrəddin Meydanlı 1954-cü ilin 10 aprel tarixində Azərbaycan SSR-nin Ucar rayonunun Boyat kəndində müəllim ailəsində anadan olmuş, 1961–1971-ci illərdə Boyat kənd orta mətəbində oxuyaraq, tam orta təhsil almışdır. O, orta məktəbi bitirdikdən sonra iki il M. Füzuli adına kolxozda çalışmış və 1973-cü ildə D. Bunyat-zadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) "Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı" fakültəsinin "Əməyin iqtisadiyyatı" ixtisası üzrə qiyabi şöbəsinə daxil olaraq, 1980-ci ildə təhsilini başa vuraraq iqtisadçı ixtisasına yiyələnmişdir. 1975-ci ilin may ayından 1977-ci ilin may ayınadək Stavropol diyarındakı 1904 №-li Xüsusi Texniki Tikinti Botalyonunda Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1977-ci ilin dekabr ayından 1983-cü ilin dekabr ayınadək Azərbaycan SSR Yerli Sənaye Nazirliyinin Bakı şəhərindəki Evlərdə Zəhmət Kombinatında mühasib, Kombinatın Əmək və əmək haqqının təşkili şöbəsində normalaşdırıcı mühəndis və əmək haqqı üzrə böyük mühəndis vəzifələrində çalışmışdır. 1983-cü ilin dekabr ayında köçürmə yolu ilə Azərbaycan SSR Yerli Sənaye Nazirliyinin mərkəzi aparatının Əmək və əmək haqqının təşkili şöbəsinin aparıcı iqtisadçısı vəzifəsinə, 1987-ci ilin mart ayında isə həmin Nazirliyin Maliyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilməklə 1989-cu ilin mart ayınadək orada işləmişdir. 1989-cu ilin mart ayında köçürmə yolu ilə Azərbaycan SSR Maliyyə Nazirliyinin mərkəzi aparatının Dövlət büdcəsinin icmallaşdırılması şöbəsində Maliyyə və statistika yarımşöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, mərkəzi aparatın ayrı-ayrı Baş İdarə və İdarələrində müxtəlif vəzifələrdə çalışmaqla, 2003-cü ilin sentyabr ayınadək orada çalışmışdır. 2003-cü ilin sentyabr ayından 2008-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatında Əmək pensiyaları şöbəsinin müdir müavini vəzifəsində işləmişdir. 1 may 2008-ci il tarixindən hal-hazıradək isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ-SOCAR) İqtisadiyyat və Uçot İdarəsinin Vergilər şöbəsində aparıcı iqtisadçı vəzifəsində çalışır. == Bədii yaradıcılığı == Hələ uşaqlıq çağlarından poeziyaya olan tükənməz həvəsi Fəxrəddin Meydanlı, ötən əsrin 70-ci illərinin əvvəllərindən onun özünü də şeir yazmağa sövq etmişdir.
Merdinli məhəlləsi
Mərdinli məhəlləsi — Şuşanın XVIII əsrin sonları, XIX əsrin əvvəllərində salınmış yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzi hissəsində yerləşir. Məhəllənin əhalisi Cavanşir-Dizaq mahalı Hacılı camaatından, eləcə də Yağləvənd, Qaraxanbəyli, Zərgər, Dədəli və Merdinli obalarının əhalisindən təşkil olunmuşdu. Mərdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Məşhur xanəndə Əbdül Baqi Zülalov Bülbülcan və məşhur tarzən Sadıqcan bu məhəllənin yetişdirməsidir. Merdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Məşhur xanəndə Əbdül Baqi Zülalov Bülbülcan və məşhur tarzən Sadıqcan bu məhəllənin yetişdirmələridir. Şuşa yalnız əsrarəngiz təbiəti ilə deyil, məşhurların yetişdiyi məhəllələri ilə də tanınmışdır. Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olmuşdur. Şirin su hamamı da bu məhəllədədir.
Mərdinli məhəlləsi
Mərdinli məhəlləsi — Şuşanın XVIII əsrin sonları, XIX əsrin əvvəllərində salınmış yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzi hissəsində yerləşir. Məhəllənin əhalisi Cavanşir-Dizaq mahalı Hacılı camaatından, eləcə də Yağləvənd, Qaraxanbəyli, Zərgər, Dədəli və Merdinli obalarının əhalisindən təşkil olunmuşdu. Mərdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Məşhur xanəndə Əbdül Baqi Zülalov Bülbülcan və məşhur tarzən Sadıqcan bu məhəllənin yetişdirməsidir. Merdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Məşhur xanəndə Əbdül Baqi Zülalov Bülbülcan və məşhur tarzən Sadıqcan bu məhəllənin yetişdirmələridir. Şuşa yalnız əsrarəngiz təbiəti ilə deyil, məşhurların yetişdiyi məhəllələri ilə də tanınmışdır. Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olmuşdur. Şirin su hamamı da bu məhəllədədir.
Mərdinli məscidi
Mərdinli məscidi — XIX əsrdə Şuşanın Mərdinli məhəlləsində tikilmişdir. Mərdinli məscidi (azərbaycanca: bəzən Merdinli məscidi kimi tərcümə olunur) paytaxt Bakıdan 350 km məsafədə Azərbaycanın Qarabağ bölgəsi olan Şuşada yerləşir. 8 May 1992-ci ildə Şuşanın işğalından bəri erməni qüvvələrinin nəzarəti altındadır. Məscid Şuşadakı Sadıqcan və Qarasherov Mərdinli küçələrinin kəsişməsində yerləşir. Mərdinli məhəlləsi Şuşanın 8 yuxarı və daha əvvəl şəhərətraflarından biridir. Cəmi 17 kvartalı var. Mərdinli məscidi 19-cu əsrin sonlarında Şuşada fəaliyyət göstərən 17 məsciddən biri idi. Mərdinli məscidi Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunda Ümumdünya İrs Siyahısında yerləşirdi.
Nəsrullah Mərdani
Nəsrullah Mərdani (fars. نصرالله مردانی‎) — İranın məşhur şairlərindən biri. 1947-ci ildə Kazirunda anadan olub, 2003-cü ildə Kərbəlada vəfat edib.
Namazalı yüzbaşı Merdinli
Namazalı yüzbaşı Mərdəli yüzbaşı oğlu Merdinli-(1800-?), Cavanşir elinin Merdinli obasının yüzbaşısı Namazalı yüzbaşı Mərdəli yüzbaşı oğlu Cavanşir-Dizaq mahalının Merdinli obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. II Rusiya-İran müharibəsində iştirak etmişdi. Namazalı yüzbaşı Gözəl xanımla ailə qurmuşdu. Abbas bəy, Lütfəli bəy, Süleyman bəy adlı oğlanları, Zəhrabanu xanım, Tutu xanım, Hürzad xanım adlı qızları vardı. Ənvər Çingizoğlu, Merdinli kəndi: tarixi, tayfaları, Bakı:Mütərcim, 2017, 244 səh.