Xoca Mərcanlı bulağı

Xoca Mərcanlı bulağıŞuşanın Xoca Mərcanlı məhəlləsində Xoca Mərcanlı məscidinin yanında yerləşir. Bulaq XVIII əsrdə tikilib.[2][3]

Xoca Mərcanlı bulağı
Bulağın 2015-ci ildə çəkilmiş şəkili
Bulağın 2015-ci ildə çəkilmiş şəkili
Xəritə
39°45′35″ şm. e. 46°45′04″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Mir Möhsün Nəvvab küçəsi[1]
Tikilmə tarixi XVIII əsr

1992-ci ilin 8 may tarixində Şuşa işğal edildikdən sonra bulaq baxımsız qalıb. Nəticədə bulağın suyu quruyub, özü isə baxımsız vəziyyətə düşüb.

Bulaq, 2001-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.[4]

Əsası XVIII əsrdə qoyulan Şuşa 17 məhəllədən ibarətdir. Hər məhəllənin özünün məscidi, bulağı və hamamı olub.[5] Bu məhəllələrdən biri olan Xoca Mərcanlı məhəlləsinin də tarixi şəhərin tarixi ilə üst üstə düşür.[6] Xoca Mərcanlı məhəlləsi Şuşanın mərkəzində yerləşən yuxarı məhəllələrdən biridir.[7] Məhəllə salındığı dövrdə burada məscidlə yanaşı bulaq da tikilib. 1992-ci ilin 8 may tarixində Şuşa işğal edildikdən sonra bulaq baxımsız qalıb, məscid[8] və məhəllədəki digər tikililər dağıdılıb. Bulağın suyu quruyub, özü isə baxımsız vəziyyətə düşüb.

  1. "Xoca Mərcanlı bulağı" (az.). gomap.az. February 18, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 18, 2022.
  2. Nazim Məmmədov. Azərbaycan Respublikasının Şuşa şəhərinin tarixi (PDF). Bakı: Avropa nəşriyyatı. 2016. səh. 563. 2022-02-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-02-18.
  3. Qarabağ abidələri (PDF). Bakı: Günəş nəşriyyatı. 2009. səh. 43. ISBN 978-9952-440-47-8. Archived from the original on 2020-10-19. İstifadə tarixi: 2022-02-18.
  4. "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22 noyabr 2022.
  5. Qarabağ: folklor da bir tarixdir: X kitab: Zəngilan və Şuşa rayonlarından toplanmış folklor örnəkləri (PDF). Bakı: Elm və təhsil. 2018. səh. 4. ISBN 9-789952-810851. 2022-02-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-02-18.
  6. Şuşa - qədim Azərbaycan diyarı (PDF). Bakı. 2009. səh. 4. 2022-02-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-02-18.
  7. Elnurə Hüseynova. "Şuşa toponiminin etimologiyası və onun məhəllələrinin tarixi" (az.). science.gov.az. 02.02.2022. 02.02.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.02.2022.
  8. Sevinc Mürvətqızı. "İşğal edilmiş ərazilərdə erməni vandalizmi" (az.). 525-ci qəzet. 22.11.12. 2022-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.02.2022.