Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tam məşğulluq
Tam məşğulluq (ing. full employment) — friksion və struktur işsizliyin olduğu, lakin dövri işsizliyin olmadığı, iqtisadiyyatın əmtəə və xidmətlərin istehsalı üçün bütün mövcud və münasib resurslardan istifadə etdiyi məşğulluq səviyyəsi; real xalis milli məhsulun (XMM) potensial XMM-a bərabər olduğu vəziyyət. == Tərifi == Tam məşğulluq (makroiqtisadiyyat nöqteyi-nəzərindən) — ölkənin bütün iqtisadi resurslarının və ilk növbədə işçi qüvvəsinin tam istifadə olunduğu bir vəziyyətdir. Keynsdən bəri hökumətlər ümumiyyətlə tam məşğulluğu öz iqtisadi siyasətlərinin son məqsədi kimi görürlər. Belə bir vəziyyətin real həyatda, hətta əmək bazarında tələbin təklifdən əhəmiyyətli dərəcədə artıq olduğu şəraitdə də yarana biləcəyi ehtimalı kifayət qədər aşağıdır. Tam məşğulluq işsizliyin virtual yoxluğunu nəzərdə tutur. Tam məşğulluq şəraitində və bütün iqtisadi resurslardan tam istifadə edildikdə, eləcə də milli iqtisadiyyata təsir edən bütün mənfi amillər olmadıqda faktiki ÜDM potensial ÜDM-ə bərabər ola bilər.
Dövlət Məşğulluq Agentliyi (Azərbaycan)
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (əvəllər Dövlət Məşğulluq Xidməti, hazırda DMA olaraq da tanınır. Əhali arasında iş mərkəzi, məşğulluq mərkəzi kimi tanınır.) — Azərbaycan Respublikasında əhalinin məşğulluğu sahəsində dövlət siyasətini həyata keçirən, işsiz və işaxtaran şəxslərin məşğulluğunu təmin edən dövlət qurumudur. Qurumun Mərkəzi Aparatı Bakı şəhərində yerləşir. Agentliyin Mərkəzi Aparatı, şəhər, rayon, məşğulluq orqanları və Naxçıvan Muxtar Respublikasının Məşğulluq Xidməti , eləcə də Agentliyin fəaliyyətini təmin edən tədris mərkəzləri və s. onun vahid sistemini təşkil edir. Hazırda Agentliyin rəhbəri Mustafa Abbasbəylidir. Agentlik ölkə üzrə 13 Regional Məşğulluq filialı ilə Azərbaycan vətəndaşlarının, eləcə də Azərbaycan Respublikası ərazisində işləmək hüququ olan şəxslərin xidmətindədir. Agentliyin müəyyən olunmuş 23 fəaliyyət istiqaməti əsasında müraciətçilərə 16 fərqli xidmət göstərilir. Xidmətdən yararlanmaq istəyənlər Agentliyin filiallarına, DOST mərkəzlərinə, eləcə də, onlayn formada Agentliyin rəsmi saytı vasitəsilə müvafiq sahə üzrə müraciət edə bilərlər. Agentlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adi həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
Dövlət Məşğulluq Xidməti (Azərbaycan)

Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidməti

Rəsullu
Rəsullu — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs. Bu soyadı və təxəllüsü olan tanınmış insanlar Kəndlər Rəsullu (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Rəsullu (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Düz Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunda kənd. Digər Rəsullular — Azərbaycan soylarında, nəsillərindən biri. Düz Rəsullu bələdiyyəsi — Azərbaycan Respublikasının Gədəbəy rayonunda bələdiyyə.
Düz Rəsullu
Düz Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Düz Rəsullu kənd inzibati ərazi dairəsində kənd. Düz Rәsullu inzibati әrazi dairəsinə Düz Rәsullu, Gәrmәşöylü, Göyәmli, Hüseynqulular, Rәhimli, Tәkyemişan kəndlәri daxildir. Düz Rəsullu Gədəbəyin mәrkәzindәn 43 km şimal-qərbindә, Murğuz dağ silsilәsinin şimali.Şərq әtәyindәdir. Әhalisi 2011-ci il məlumatlna görə 509 nəfərdir. Kənd sakinləri heyvandarlıq vә әkinçiliklә (kartofçuluq) mәşğuldur. Kənddə tam orta mәktәb, musiqi mәktәbi, kitabxana, tibb mәntәqәsi, mәdәniyyәt evi, poçt, ATS var. == Tarixi == Düz Rəsullu kəndinin dəqiq salınma tarixi məlum deyil. Kəndin ağsaqqallarının ata-babalarından eşitdiklərinə görə Düz Rəsullu kəndinin 300 ildən çox qədim tarixi var. Kəndin əsasını Qazax rayonunun Dəmirçilər kəndindən köçüb gəlmiş Rəsul adlı şəxs salıb. Rəsulun nəsil ardıcdlığı üzrə-ata, oğul, nəvə, nəticə, kötükcə, ötüycə, itiycə sistemi üzrə 15 nəfərdən çox nəsl davamçıları bu kənddə doğulmuşdur.
Mosullu oymağı
Mosullu oymağı — Ağqoyunlu və Səfəvi imperiyalarında fəaliyyət göstərmiş ən aktiv türk tayfalarından biri. Səfəvi imperiyası zamanı Qızılbaş tayfalarını təşkil edən tayfalardan biri olmuşdur. Səfəvi imperiyasında daha çox Türkman adı ilə anılan Mosullu tayfa bir neçə şahın anasının çıxdığı tayfa olmuşdur. Adın kökəni Mosul bölgəsindən gəlməkdədir. == Tarix == Türk tarixçisi Tufan Gündüz və Con E. Vudsun bildirdiyinə görə, Mosullu tayfası Ağqoyunlu imperiyasına hakimlik edən 3 əsas tayfadan biri olmuşdur. Digər iki tayfa isə Pörnək və Bayandurlu tayfası idi. Onların əsas nəzarət etdikləri ərazilər Diyarbəkir ilə İrəvan ətraflarında olmuşdur. Onlar ilk əvvəllərdə, yəni 1451-ci ildə Ağqoyunlu bəyliyində varislik üstündə münaqişə meydana çıxdığı zaman Qara Yuluq Osman bəyin oğlu Həmzə bəy ilə Şeyx Həsəni dəstəkləmiş, lakin daha sonralar öz dəstəklərini Uzun Həsənə yönəltmişdirlər. 1475-ci ildə Uzun Həsənin qardaşı Üveysin məğlub edilməsindən sonra Urfa şəhəri Mosullu tayfasına verilmişdir. Səfəvi imperiyasının formalaşmasında da Mosullu tayfası mühüm rol oynamışdır.
Rəsullu (Daşkəsən)
Rəsullu — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndi Gədəbəy rayonunun Çay Rəsullu kəndindən köçüb gəlmiş ailələr saldığı üçün belə adlandırılmışdır. == Tarixi == Yerli məlumata görə, kəndi Gədəbəy rayonunun Çay Rəsullu kəndindən köçüb gəlmiş ailələr salmışlar. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qabaqtəpəçayın (Şəmkirçayın qolu) sahilində, dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Rəsullu kənd kitabxana filialı fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Rəsullu (İmişli)
Rəsullu — Azərbaycan Respublikasının İmişli rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndi rəsullu nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. == Coğrafiyası == Kənd düzənlikdə yerləşir.
Çay Rəsullu
Çay Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Çay Rəsullu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Axınca çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 19-cu əsrin birinci yarısında Abşerondan və Şamaxı şəhərindən gələn köçkünlər yaratmışlar. İlk əsası Alı adlı bir qoca və onun beş oğlu tərəfindən qoyulan Cay Rəsullu və Bəydəmirli kəndləri sonralar ətraf kəndlərin məskunlaşmasında böyük rol oynamışlar. Oykonim çay və Rəsullu (etnotoponim) komponentlərindən düzəlib, "çay kənarındakı Rəsullu kəndi" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 927 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Mərhum İsmayılov Fərhad — Görkəmli ziyalı. Mərhum Qəhrəmanov İlyas — Müxtəlif yüksək vəzifələrdə işləmiş ziyalı. Şair Cəfər. Habil Şınıxlı — Görkəmli musiqiçi, bəstəkar.
Düz Rəsullu bələdiyyəsi
== Tarixi == Düz Rəsullu bələdiyyəsi - Azərbaycan Respublikasının Gədəbəy rayonunun ərazisində 1999-cu ildə yaradılmış bələdiyyədir. == Əhatə dairəsi == Düz Rəsullu bələdiyyəsinin əhatə etdiyi ərazilərə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Bəydəmirli, Çay Rəsullu, Düz Rəsullu, Gərməşöylü, Göyəlli, Göyəmli, Hüseynqulular, Kollu, Rəhimli , Şınıx , Təkyemişan və Turşsu kəndlərinin əraziləri daxildir. Düz Rəsullu bələdiyyəsi həmin ərazi sərhədləri daxilində özünüidarəetmə formasında fəaliyyət göstərir. Gədəbəy rayonunun Düz Rəsullu bələdiyyəsi Azərbaycan Respublikasının Konstitusiyasına, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət kollegial orqan olub qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetməni həyata keçirmək məqsədilə yaradılmışdır, Düz Rəsullu və Şınıx bələdiyyələrinin hüquqi varisidir. Bələdiyyənin ünvanı: Gədəbəy rayonunun Düz Rəsullu kəndidir. 23 dekabr 2019-cu il Bələdiyyə seçkilərinin nəticələrinə görə Qurbanov Ələddin Nurəddin oğlu Düz Rəsullu bələdiyyəsinin sədri seçilmişdir.
Əmir bəy Mosullu
Əmir bəy Mosullu — Səfəvilər dövlətində hərbi və siyasi xadim. I Təhmasibin lələsi, əmir, Xorasanın bəylərbəyi. == Haqqında == Əmir bəy türkmanların mosullu tayfasındandır. Onun atası və babası Ağqoyunlular dövlətində yüksək vəzifələr tutublar. 1505-ci ildə Əlvənd Mirzə öldükdən sonra Diyarbəkir hakimi olub. Sonradan Dulqədiroğulları bəyliyi hökmdarı Əlaüddövlə Bozqurd bəyin qızı Diyarbəkir qalasını ələ keçirir. 1507-ci ildə Şah ismayıl Xətai Əlbistanı aldıqdan sonra Əmir bəy Diyarbəkirin açarını və bir çox zinət əşyalarını şaha gətirərək tayfasından olan əksəriyyət kimi o da, Səfəvilər dövlətinin xidmətinə keçir. Səfəvilər dövlətində tezliklə yüksəklərə doğru irəliləyir. Əvvəlcə o mərkəzi idarəetmədə möhrdar vəzifəsini tutur. 1510-cu ildə Xorasanı özbəklərdən almış orduya komandan təyin edilir.
Musa sultan Mosullu-Türkman
Musa sultan Mosullu-Türkman —Mosullu türk tayfasından olan qızılbaş əmiri. O, I Təhmasibin dövründə Təbriz və ya Azərbaycan bəylərbəyiliyinin bəylərbəyi olmuşdur. == Həyatı == Musa Soltanın aid olduğu Mosullu tayfası Ağqoyunlu dövlətinin əsas tayfalarından biri olmuşdur. Musa Soltanın babası Bəkr bəy Mosullu (ö. 1491) Ağqoyunlu hökmdarı Sultan Yaqubun dövründə Astarabad hakimi və hökmdarın sadiq sərkərdələrindən biri olmuşdur. Musanın atasının adı İsa bəy idi. Bəzi mənbələrin bildirdiyinə görə, I Təhmasibin arvadı Sultanım Bəyim Musa Sultanın qızı olmuşdur. Bu məlumatlara görə, Musa Səfəvi şahları II İsmayıl ilə Məhəmməd Xudabəndənin babasıdır. Hər bir halda, Kəyumərs Ğerağluya görə, o, Sultanım Bəyimin atası yox, qardaşı idi. O, qızılbaş əmirlərindən biri olan Üləma Soltan Təkəlinin Osmanlı imperiyasına sığınmasından sonra I Təhmasib tərəfindən Azərbaycan bəylərbəyi təyin edilmişdir.
Əmir xan Mosullu-Türkman
Əmir xan Türkman (?-1586) — XVI yüzillik, qızılbaş sərkərdəsi, Təbrizin bəylərbəyi. == Həyatı == Məhəmmədi bəy Mosullu-Türkmanın oğlu III Əmir хan uzun illər paytaхtı Təbriz olan Azərbaycanın bəylərbəyi olmuşdu. O, Türkman elinin Mosullu oymağındandır. 1577-ci ildə II Şah İsmayıl Səfəvi vəfat etdi. Əmirlər ayaqlandılar. Araya girən Хəlil хan Avşar qızılbaşları sakitləşdirdi. Türkman tayfasının qocaman ağsaqqalı Əmir хan Mosullu ilə Ustaclı elinin cavan ağsaqqalı Pirə Məhəmməd хan arasında "ata-oğul" müqaviləsi bağlandı. Şah öləndən sonra məmləkəti müvəqqəti idarə etmək üçün "ağsaqqalar şurası" yarandı. Şuraya Ustaclı elindən, Pirə Məhəmməd хan Çavuşlu, Türkman elindən Əmir хan Mosullu, Şamlı elindən Sultan Hüseyn хan Bəydili, Təkəli elindən Müseyib хan Şərəfəddinli, Avşar elindən Məhəmmədqulu хan daхil idi. Qəzvinə toplanan qızılbaş əmirləri sözü bir yerə qoyub and içdilər ki, dövlət işinə qarışan şah arvadını öldürsünlər.
Məşhurluq
Məşhurluq və ya Populyarlıq (lat. populares, populus — xalq) — cəmiyyətdə nəyinsə və ya kiminsə yüksək dərəcədə tanınması və ya tələb edilməsi. Populyarlığa bəzi hallarda nəyinsə dəbdə olması təsir edir. Populyarlıq qısa və ya uzunmüddətli ola bilər. Populyarlığın tanınma və məşhurluqla eyni olub-olmaması ilə bağlı fikir ayrılığı mövcuddur.
Müsəlmanların məsumluğu
Müsəlmanların məsumiyyəti (ing. Innocence of Muslims)- əvvəllər "Səhra mübarizləri" (ing. Desert Warriors) ilə "Bin Laden təqsirsizliyi" (ing. Innocence of Bin Laden) adı ilə tanınan, 2012 istehsalı olan İslam əleyhdarı film. Film, İslam peyğəmbəri Məhəmməd haqqındadır. Filmin təqdimat videoları, ərəb dublaj ilə nəşr olundu və 11 sentyabr 2012 tarixində ABŞ-yə diplomatik məqsədlərlə edilən hücumlar əsnasında filmdən bəhs edilmişdir. Bu hücumlardan biri Misirin Qahirə şəhərində Amerika Birləşmiş Ştatlarının səfirliyi qarşısında edilmiş qarışıqlıq idi. Digər hücumlar Liviyanın Benqazi şəhərində başda ABŞ konsulluğu olmaqla digər ABŞ obyektlərinə edilmişdir. Hücum nəticəsində səfir Kristofer Stivens daxil olmaq üzrə ABŞ diplomatik personalından ən azı dörd nəfər və həmçinin on Liviya təhlükəsizlik zabiti öldürülmüşdür.