Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məzməzək
Məzməzək — Azərbaycan Respublikasının Laçın rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Həbib ibn Məsləmə
Əbu Əbdürrəhman (Əbu Məsləmə) Həbib ibn Məsləmə bin Malik əl-Fihri (610-cu illər, Məkkə – 662, Ermənistan) — Suriya, Anadolu və Naxçıvan fəthlərinə qatılan ərəb sərkərdəsi, Ərməniyyənin valisi. == Həyatı == Həbib ibn Məsləmə 610-cu ildə doğulmuşdu. Qureyş qəbiləsinin Fihr qoluna mənsubdur. Anadoluya etdiyi bir çox basqın səbəbiylə Həbibür-Rum deyə də anılır. 630-cu ildə müsəlman oldu. Həzrət peyğəmbərlə qəzavatda iştirak etmək üçün Mədinəyə getdi və Təbük qəzasında oldu. Ancaq onun səhabə olmadığını söyləyənlər də vardır. Xalid ibn Vəlid onu, Büsr ibn Əbu Ərtat ilə birlikdə Gūtatü Dəməşqin bəzi kəndlərinə basqın etmək üçün göndərdi. Həbib, 636-cı ildə bir avanqard süvari birliyinin başında Yermük savaşına qatıldı və Suriyanın önəmli bir qismini fəth etdi. Ayrıca İyaz ibn Qanın ilə birlikdə Əntakiyəni ikinci dəfə fəth etdi (638) və Cürcümə şəhəri üzərinə yürüdü.
Məsləmə ibn Əbdülmalik
Məslamə bin ʿƏbd əl-Malik bin Mərvān (ərəb. مسلمة بن عبد الملك‎‎‎) — Xəlifə Əbdülmalikin oğlu, 716-718 (hicri 98-99)-ci illərdə Konstantinopolun mühasirəsiylə şöhrət qazanmış ən məşhur Əməvi sərkərdələrindən biri. Kiçik Asiyada bir çox uğur qazanan əmisi Məhəmməd ibn Mərvan kimi, o da kənizdən doğulduğundan Xilafətə vərəsəlikdən məhrum olmuşdu. Doğum tarixi naməlumdur. 738(hicri 121\124)-ci ilin dekabrında(məhərrəm)ayında vəfat edib. Atasının son hakimiyət ili olan 705(86)-ci ildən başlayaraq, Məslamə, Bizans ərazisində mütəmadi yay, bəzən qışa qədər uzanan, yürüşləri keçirir. 709-ci ildə Məslamə Azərbaycanın və Ərməniyyənin valisi vəzifəsində öz əmisi Məhəmməd ibn Mərvanı əvəz edir. Xilafətin şimal-qərb ərazilərinə nəzarət edərək Bizansa bir sıra yürüş edir. 712-ci ildə Amasyanı alır, 714-ci ildə Malatyanı. Məslamənin başçılığı altında ərəb qoşunları Qafqazda irəliləyir.