BAA

baa1

n mələmə (qoyun)

baa2

v mələmək (qoyun)

B
BABBLE
OBASTAN VİKİ
Baabda Sarayı
Baabda Sarayı(fr. Palais Présidentiel de Baabda),(ərəb. قصر بعبدا ‎)-Livan prezidentinin rəsmi iqamətgahı. == Tarixi == Baabda sarayı Müdafiə Nazirliyi və digər müxtəlif hərbi postlarla əhatə olunmuşdur. 2005-ci ilin ortalarında təhlükəsizlik səbəbi ilə nazirlər görüşlərinin adi məkanı tərk edildikdən sonra nazirlərin görüşlərinə ev sahibliyi etməyə başladı.İndi nazirlərin görüşləri Baabda Sarayında və Böyük Seraildə alternativ qaydada keçirilir.
Baadur Çuladze
Baadur Sokratoviç Çuladze (gürc. ბაადურ სოკრატეს ძე წულაძე;; 5 mart 1935, Batum, Gürcüstan SSR, SSRİ – 13 may 2018, Tbilisi) — Sovet və gürcü kino aktyoru, kinorejissor, müəllim, ssenarist və teleaparıcı. Gürcüstan SSR əməkdar artisti (1979). == Həyatı == Baadur Çuladze 1935-ci il martın 5-də Batumidə anadan olub. Uşaqlığını və gəncliyini bu şəhərdə keçirmişdir. Çuladze müsahibələrinin birində "onun həmin illərdəki təəssüratları Federiko Fellininin “Amarkord” filminin üslubuna bənzəyir". Baadurun atası oğlu dünyaya gələndən az sonra həbs olundu və on il yarımdan çox sürgündə keçirdi. Atasının həbsi ilə əlaqədar ailə son dərəcə yoxsulluq içində yaşayırdı. Baadurun anası səhərdən axşama kimi işləyir, o özü isə bacısının himayəsində böyüyürdü. Artıq yeniyetməlik illərində Çuladzenin özü Batumi kinoteatrında kinomexanik köməkçisi kimi işləməyə başladı.
Baal
Vaal (yunan transkripsiyasında Vaal, assur-babil transkripsiyasında Baal) — Qədim Finikiya, Fələstin və Suriyada bərəkət tanrısıı. Vaala sitayiş başqa xalqlara Finikiyalılardan yayılmışdır. Bu zaman Vaalın xarakteri dəyişikliklərə məruz qalmışdır. Belə ki, yəhudi mifologiyasına görə Vaal Elin oğlu və Günəş tanrısıdır, Misir mifologiyasında isə ildırım tanrısı kimi tanınır. Adətən buğa buynuzlu və ildırım əsası ilə təsvir olunur.
Baalşamin məbədi
Baalşamin məbədi — Məbəd Qədim Finikiya mədəniyyətinin incilərindən hesab olunur və indiki Suriya ərazisinin şimal-qərb bölgəsində yerləşir.Yaxın Şərqdə islamaqədərki dövrə aid təfəkkürlə bağlı inşa olunmuşdur. Ad öz mənşəyini o dövrdə iki güc sahibi ilahlardan biri hesab edilən Bəaldan almaqdadır. Səma allahı hesab edilən Bəal həmçinin Hədad adı ilə də tanınırdı. Onun digər üstün qüvvə sahibi Bel ilə dünyaya nəzarət etdikləri zənn olunurdu. Onun şərəfinə Bel məbədi ucaldılmışdı. Qədim təsəvvürlərə görə onlar günəş ilahəsi Əklibul və ay ilahəsi Malekbehli yaratmışdır. Onun atributları qartal və işıq saçan əsasıdır. 2015-ci ilin avqustunda İŞİD silahlı qüvvələri tərəfindən dağıdılmışdır.
Baas Partiyası
Ərəb Sosialist Bəəs Partiyası (ərəb. حزب البعث العربي الاشتراكي‎) yaxud sadəcə Bəəs (dirçəliş) — Suriya və İraqda ərəb sosialist partiyası. == Tarixçə == Tarixən iki qanadı olub, İraq və Suriya. Səddam Hüseyn devrildikdən sonra, Suriyada ki, qanadı yeganə mövcud olan qanadıdır. 1947-ci il aprelin 7 Dəməşqdə Mişel Əfləq və Səlahəddin Bitar tərəfindən Ərəb dirçəlişi partiyası adı ilə yaradılmışdır. 1954-cü ildə Əkrəm Hövraninin sosialist partiyası ilə birləşmişdir və o vaxtdan indiki adını daşıyır.Əsas məqsədləri sosializmin qurulması və ərəblərin birləşdirilməsi, partiyanın ideoloqiyasının əsası "panərəb hərəkatı" ideyası. Partiyanın lozunqu "Birlik, Azadlıq, Sosializm". İraqda 1963-cü il fevralın 8, Suriyada isə 1963-cü il 8 martda iqtidara gəlmişdir. Həmin ilin noyabrında İraqda iqtidardan uzaqlaşdırılıb, 1968-ci il iyulun 17-dən yenə iqtidarı ələ almış, 2003-cü ildə yenə iqtidardan uzaqlaşdırılıb. 1966-cı ildə Suriyada iqtidar Bəəs partiyasının sol qanadına keçir (Səlah Cədid və Nür-əd-din əl Atası), İraq qanadı bu çevrilişlə razılaşmır və 1968-ci ildə hakimiyyətə gələndən sonra partiyanın yaradıcıları Mişel Əfləqə və Şibl əl Əysamiyə sığınacaq verir.
Baatara şəlaləsi
Baatara — Livanda şəlalə. Ölkənin Dağlıq Livan (Mountain Trail) bölgəsində, Cbeil rayonu ərazisindədir. Ümumi hündürlüyü 225 metrdir. Baatara Livan dağlıq silsiləsində yerləşən Tannorin şəhəri yaxınlığındadır. == Ümumi məlumat == Şəlalənin yerləşdiyi ərazi "Üç körpü çuxuru" (Three Bridge Chasm) adlanır. Məhs şəlalə bir birinin üzərində yerləşən üç körpü formalı çuxura tökülür. Bu çuxur yura dövrünün əhəngdaşlarında təşkil olunmuş və geomorfoloji baxımdan karst qıfıdır. Baatara şəlaləsinin yaşı 160 milyon ildir. Ətraf ərazidə ot örtüyü olduğundan uzaqdan şəlaləni görmək mümkün deyil. Ancaq çox yaxınlaşdıqdan sonra şəlalə görsənir.
Gertsel Baazov
Gertsel Baazov (gürc. გერცელ ბააზოვი; 28 oktyabr 1904, Oni (şəhər), Raça-Leçxumi və Aşağı Svaneti diyarı – 12 sentyabr 1938, Tbilisi) — yəhudi-gürcü mənşəli prozaik, dramaturq, şair və tərcüməçi. == Həyatı == Gertsel Baazov 10 (23) oktyabr 1904-cü ildə Rusiya imperiyasının Kutaisi quberniyasının Oni şəhərində, yəhudi din xadiminin, sionist David Baazovun ailəsində anadan olub. Kutaisidə D. Baazov "Yəhudi səsi" qəzeti nəşr etmiş və onun səhifələrində ilk dəfə olaraq Gertsel öz əsərlərini nəşr etməyə başlamışdı. U. Caparidze və D. Canelidze ilə birlikdə doğma şəhərdə gimnaziyadakı təhsilinə davam etmiş, ədəbi jurnal — Oni jurnalını nəşr etdirmişdir. 1928-ci ildə Tiflis universitetinin hüquq fakültəsini başa vurmuşdur. Tbilisi şəhər məhkəməsinin xalq hakimi, "Sovet hüququ", "Sovet quruculuğu" işçi jurnallarının əməkdaşı olub. Tbilisi şəhər hakiminin xalq hakimi, "Sovet hüququ", "Sovet quruculuğu" jurnallarında məqalə ilə çıxış etmişdir. Tbilisi Universitetində Qərbi Avropa ədəbiyyatı nölməsindən aspitantura üzrə məzun olmuşdur, daha sonra Moskvada təhsil almışdır. İvriti və yəhudi tarixini öyrənmək üçün gecə məktəbinin təşkilində atasına kömək etmişdir, onların şagirdləri ivritcə səhnə almış və konsertlərdə mahnı ifa etmişdiər.
David Baazov
David Menaxemoviç Baazov (ivr. ‏דוד באזוב‏‎, 1883, Sxinval, Tiflis quberniyası – 1947) — ravvin, ictimai xadim, XX əsrin I rübündə Gürcüstan dini sionistlərinin lideri. == Həyatı == David Baazov 1883-cü ildə (digər mənbələrə görə - 1881-ci ildə) Gürcüstanın Tsxinvali şəhərində Tora Menaxem və Tsipora Baazovların ailəsində anadan olub. Litvadan Tsxinvaliyə gələn ravvin Avram Xvolesin tövsiyəsi ilə 13 yaşında təhsil almaq üçün Slutsk Yeşivaya daxil olur. Daha sonra Vilnüsdəki yeşivada təhsil alıb. Yeşivada oxuyarkən sionist hərəkatı ilə maraqlanır. 1901-ci ildə Kutaisidə Gürcüstanda ilk sionist dərnəklərdən birini təsis edir. 1901-ci il avqustun 20-də Qafqaz sionistlərinin birinci qurultayında Kareli kəndindən nümayəndə kimi iştirak edir. 1903-cü ildə Kutaisi əyalətinin Oni şəhərinin dövlət ravvini kimi xidmət etməyə başlayan David, burada Gürcüstanda ilk ümumi yəhudi məktəbi və yeşivasını açır. Həmin il Frankfurtda yəhudi gənclərinin və tələbələrinin konfransında da iştirak edir.
BAAS
Ərəb Sosialist Bəəs Partiyası (ərəb. حزب البعث العربي الاشتراكي‎) yaxud sadəcə Bəəs (dirçəliş) — Suriya və İraqda ərəb sosialist partiyası. == Tarixçə == Tarixən iki qanadı olub, İraq və Suriya. Səddam Hüseyn devrildikdən sonra, Suriyada ki, qanadı yeganə mövcud olan qanadıdır. 1947-ci il aprelin 7 Dəməşqdə Mişel Əfləq və Səlahəddin Bitar tərəfindən Ərəb dirçəlişi partiyası adı ilə yaradılmışdır. 1954-cü ildə Əkrəm Hövraninin sosialist partiyası ilə birləşmişdir və o vaxtdan indiki adını daşıyır.Əsas məqsədləri sosializmin qurulması və ərəblərin birləşdirilməsi, partiyanın ideoloqiyasının əsası "panərəb hərəkatı" ideyası. Partiyanın lozunqu "Birlik, Azadlıq, Sosializm". İraqda 1963-cü il fevralın 8, Suriyada isə 1963-cü il 8 martda iqtidara gəlmişdir. Həmin ilin noyabrında İraqda iqtidardan uzaqlaşdırılıb, 1968-ci il iyulun 17-dən yenə iqtidarı ələ almış, 2003-cü ildə yenə iqtidardan uzaqlaşdırılıb. 1966-cı ildə Suriyada iqtidar Bəəs partiyasının sol qanadına keçir (Səlah Cədid və Nür-əd-din əl Atası), İraq qanadı bu çevrilişlə razılaşmır və 1968-ci ildə hakimiyyətə gələndən sonra partiyanın yaradıcıları Mişel Əfləqə və Şibl əl Əysamiyə sığınacaq verir.
Bavuudorjiin Baasanxü
Bavuudorjiin Baasanxü (26 noyabr 1999) — Monqolustanı təmsil edən cüdoçu. == Karyerası == 2024-cü ildə Əbu-Dabi şəhərində (BƏƏ) Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq qızıl medalın sahib olub. 2024-cü ildə Monqolustanı Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. Final görüşündə Yaponiya nümayəndəsi Natsumi Tsunodaya məğlub olaraq olimpiadanı gümüş medalla başa vurub.

Digər lüğətlərdə