Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Maddələr
Maddə — materiyanın bir mövcudluq forması olub, sahədən fərqli olaraq, fiziki kütləyə malikdir. Maddə elementar hissəciklərdən ibarətdir. Cisimlər maddədən əmələ gəlir. Maddələr molekullardan, molekullar isə atomlardan yaranıb. Onları ancaq xüsusi mikroskoplarla görmək olar. Sahə maddədən fərqli olaraq kəsilməzliyə malikdir. Məsələn, elektromaqnit, qravitasiya sahələri, elementar hissəciklərin dalğavari sahələri və s. Maddə ilə sahə ayrı-ayrı hissəciklərdən ibarətdir. Onların fərqləndirilməsi maddi dünya haqqında təsəvvürlərin genişləndirilməsinə gətirib çıxardıb. Maddələr sıxlığa malikdir, fiziki sahənin isə bu xarakteristikası yoxdur.
Anabolik maddələr
Anabolik maddələr – orqanizmdə zülal sintezini stimullaşdıran preparatlar. Anabolik maddələr quruluşuna görə kişi cinsiyyət hormonlarına yaxın olan androgen xassəli steroidlərə (klostebol, metandiyenon, metandriol, nandrolon) və nisbətən zəif anabolik təsirli qeyri-steroidlərə (orot turşusu, inozin, karnozin, mildronat, kreatin-fosfat, etaden, metilurasil, pentoksil) bölünür. Anabolik maddələr orqanizmdə azotu, kaliumu,kükürdü, fosforu saxlamaqla azot mübadiləsinə müsbət təsir göstərir, sidik cövhərinin böyrəklərlə xaric olmasını azaldır və kalsiumun sümüklərdə saxlanılmasını təmin edir. Onlar, həmçinin, iştahanı artırır, əzələ kütləsini çoxaldır, sümüklərin minerallaşmasını, dəri və selikli qişa zədələnmələrinin epiteli ilə örtülməsini sürətləndirir. Anabolik maddələr kaxeksiya, artan əzələ distrofiyası zamanı, ağır cərrahi əməliyyatlardan, yanıqlardan, sınıqlardan sonrakı bərpa dövründə, sağalmayan yaralarda, osteoporozda, sümük iliyi qanyaranması çox zəiflədikdə, bəzi endokrin xəstəliklərdə istifadə olunur. Prostat və süd vəzilərinin xərçəngi, prostatit, kəskin hepatit, qara ciyər sirrozu zamanı, hamiləlik və əmizdirmə dövründə Anabolik maddələr əks göstərilir. İdmanda Anabolik maddələr klassik dopinq hesab olunur və istifadəsi qadağandır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Analgetik maddələr
Analgetik maddələr – ağrı hissini aradan qaldıran və ya zəiflədən dərman preparatları. Analgeziya (ağrıkəsən) təsirinə müxtəlif farmakoloji qrup preparatları malikdir. Bu, daha çox opioid reseptorlarla qarşılıqlı əlaqədə olan narkotik, opioid Analgetik maddələrdə təzahür edir. Analgetik maddələr anesteziologiyada, əsasən, ümumi anesteziya və cərrahiyə əməliyyatından sonrakı ağrını götürmək üçün istifadə edilir. Bu qrup Analgetik maddələrin əsas nümayəndələri morfin, fentanil (remifentanil), omnopon, promedol, trimeperidin, prosidol, butorfanol, moradol, stadol, nalbufin, tramadoldur. Analgetik aktivliyinə görə buprenorfin (tebain alkaloidinin yarımsintetik törəməsi) morfindən 20–50 dəfə üstündür və kiçik cərrahi əməliyyatlardan sonra intensiv ağrıları götürmək üçün təyin edilir. Opioid Analgetik maddələrin universal antaqonisti naksolondur; opioidlərin təsirini tez dayandırmaq və onları bütün opioid reseptorlardan xaric etmək üçün istifadə olunur. Qeyri-narkotik Analgetik maddələrə pirazolonun (amidopirin, analgin, antipirin, butadion), anilinin (antifebrin, parasetamol, fenasetin), salisil turşusunun törəmələri (asetilsalisil turşusu, natrium-salisilat, salisilamid) aiddir. Ağrı götürmə aktivliyinə görə onlar narkotik Analgetik maddələrdən xeyli geri qalır. Bundan əlavə onlar ancaq bəzi növ ağrılar (nevralgik, baş, diş və s.) zamanı effektlidir.
Aqrokimyəvi maddələr
Torpaqların münbitliyinin artırılması, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi və məhsulun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə tətbiq edilən üzvi, mineral və bakterial gübrələr, kimyəvi meliorantlar, bitkilərin boy artımının tənzimləyiciləri və digər maddələr.
Maddələr mübadiləsi
== Maddələr mübadiləsinin ümumi sxemi == Maddələr mübadiləsi, istehsal dağıtma (və ya assimilyasiya etmə) canlıda həyatın davam etdirilməsi əsnasında reallaşan bütün kimyəvi proseslərdir. Hər orqanizm, böyümə, inkişaf, istilik, hərəkət, artma kimi həyati fəaliyyətləri davam etdirə bilmək üçün xarici ətrafdan bəzi maddələr və enerji almaq məcburiyyətindədir. Bu maddələr və enerji, həyati fəaliyyətlərin davam etdirilə bilməsi üçün lazım olan orqanik molekulların sintezlənməsində istifadə ediləcək. Xarici ətrafdan alınan orqanik və ya qeyri-üzvi molekullar, ya əvvəl parçalanaraq, məhvə uğradılaraq ya da məhv gərək qalmadan lazımlı molekulların sintezlənməsində istifadə edilir. Daha kompleks quruluşdakı mollekullardan ibarət olan maddələrin orqanizmdə, daha sadə quruluşlu molekullara dağıtması proseslərinə maddələr mübadiləsinin katabolizma prosesləri deyirlər. Daha sadə quruluşdakı mollekulların, daha kompleks quruluşdakı mollekulların sintezində istifadə edilməsi isə anabolizma tepkimeleridir. Orqanizmdə bir reaksiyanın başlanğıc maddəsindən məhsula çevrilməsi müddətində meydana gələn kimyəvi dəyişikliklərə ara maddələr mübadiləsi, bu dəyişikliklər əsnasında meydana gələn ara məhsullara metabolitlər adı verirlər. Maddələr mübadiləsini şərti olaraq aşağıdakı mərhələlərə bölmək olar: Həzm mədə-bağırsaqda həzmedici fermentlərin (pepsin, tripsin, ximotripsin və s.) təsiri ilə mürəkkəb tərkibli qida kiçikmolekullu birləşmələrə çevrilir və müxtəlif metobolizmə uğrayır; Bağırsaqlarda sorulma gedir. Həzm edilmiş maddələr qana daxil olur və qan vasitəsi ilə müxtəlif üzv və toxumalara çatdırılır; Daşınan maddələrin qurulması və həmin orqanizm üçün xarakter olur; Daxil olmuş birləşmələr əlavə və son məhsullara parçalanır; Mübadilə olunmuş son məhsullar orqanizmdən xaric olur. == Orqanizmin əsas karbohidratları == Ən qiymətli bioloji karbohidratlar nişasta və qlikogen polisaxaridləridir.
Partlayıcı maddələr
Barıt
Yuyucu maddələr
Yuyucu maddələr -səthi aktiv maddələrdir. Səthi aktiv maddələrin ən əhəmiyyətli xassələrindən biri, onların yuyucu maddə olmasıdır. Onlar yuyucu maddələr kimi çoxlu miqdarda alınır və geniş sürətdə işlədilir. Bəşəriyyət tarixində ən qədim səthi aktiv yuyucu maddə olan sabunun işləmə tarixi 2000 ilə yaxındır. Səthi aktiv maddələrin, o cümlədən sabunların yuyucu təsiri onların suda həll olduqda su fazasının səthi gərilməsini artıq dərəcədə azaltması ilə izah olunur. Bu cür su fazası hidrofob çirkləri yaxşı isladır, daha doğrusu bu su bərk cismin (parçanın) səthindən axaraq onun kiçik məsamələrinə hopur, onu isladır və çirk hissəciklərini bərk cisim (parçanın lifləri) ilə olan rabitəsinin zəifləməsinə səbəb olur. Bu zaman molekulların hidrofob aqreqatları olan çirk hissələri parçalanaraq, kiçik kolloid hisəciklərinə çevrilir. Yuyucu maddənin molekulları və ya mitselləri bu çür hidrofob hissəciklərdə adsorbsiya olunaraq, hidrofil qatlar əmələ gətirir. Bu qatlar hissəciklərin bərk cisimlə (parça ilə) əlaqəsibi daha da zəiflədir. Bu zaman zəif mexaniki təsirdən (sürtünmə, çalxalanma) yuyucu, maddə ilə əhatə olunmuş çirk hissəciklərinin parça ilə, habelə bir-biri ilə rabitəsi qırılır, onlar su məhluluna və köpüyə çevrilir.
Üzvi maddələr
Üzvi maddələr — biokütləni təşkil edən üzvü maddələrin cəmi, yəni orqanizmlərin canlı maddəsinin cəmi, orqanizmlərin ölü maddələri (töküntü, torf və s.), humus və ya çürüntü və ölü kütlənin parçalanması nəticəsində əmələ gələn çoxlu miqdarda məhsul (protein, karbohidratlar, liqlin, yağlar, qətran, mum, üzvi turşular, aşılayıcı maddələr). Karbon atomunun üzvi birləşmələrinin çox olması bir çox səbəblərdən asılıdır. Hazırda 13 mln-dan çox üzvi maddə mövcuddur. Üzvi kimya bir çox elmlərlə əlaqəlidir. İlk növbədə q/üzvi kimya, biokimya, fiziki kimya, biologiya, fizika, anatomiya, fiziologiya, biotexnologiya, ekologiya və s. elmlərlə sıx əlaqəli inkişaf edir. Üzvi kimyanın inkişafında bir çox alimlərin rolu, xidmətləri olmuşdur. Y. Sil, Ş. Jerar, E. Franklit, Kekule, A. Kuper, M. Lomonosov, A. M. Butlerov, M. Markovnikov, A. Zinin, N. Zelinski, Kuçerov. Azərbaycan alimlərindən Y. Məmmədəliyev, Ə. Quliyev, A. Məhərrəmov, M. Qulubəyov, Ş. Ömərov və başqalarının xidmətləri olmuşdur. Müasir üzvi kimyanın qarşısında geniş imkanlar durur.
Maddənin aqreqat halları
Maddənin aqreqat halları (lat. aggrego 'toplaşma') — Maddələr əsasən dörd aqreqat halında olur: bərk, maye, qaz və plazma. Maye və bərk hallar həmçinin kondensləşmiş hal adlanır. Bu və ya digər aqreqat halının mövcudluğu maddəni təşkil edən hisəciklərin təbiətindən və onların qarşılıqlı təsir xarakterindən asılıdır.maye öz formasını asanlıqla dəyişir,həcmini isə sabit saxlayır.Qazların xüsusi hecmi yoxdur,verilen bütün həcmi tutur. Bütün maddələr kifayət dərəcədə alçaq temperaturda bərk halda olur. Bərk maddəni təşkil edən hissəciklərin hərəkəti olduqca məhduddur. Buna əsasən hissəciklərin həmin yerlərdə olma ehtimalı maksimuma çatır. Bütün bunların sayəsində bərk maddələr müəyyən forma və həcmə malik olur. Mayedə hissəciklər arasındakı məsafə əksər hallarda bərk maddələrə nisbətən böyük, cazibə qüvvələri isə nisbətən zəif olur. Maye aqreqat halı öz təbiətinə görə müəyyən quruluşa malik olan bərk və heç bir quruluşu olmayıb, nizamsız hərəkətdə olan hissəciklərdən ibarət qaz aqreqat halları arasınd aralıq yer tutur.
Səthi-aktiv maddələr
Səthi-aktiv maddələr(SAM) – xalq təsərrüfatının bir çox sahələrində müxtəlif məqsədlər üçün istifadə olunan maddələrdir. Qısaldılmış formada SAM-lar adlanır. SAM-lar yuyucu vasitələr, köpük və emulsiya stabilləşdiricisi, flotoreagentlər, hidrofoblaşdırıcılar, antistatiklər, korroziya inhibitorları və sair kimi işlədilir. SAM-ların müxtəlif təyinatlı olması, onlardan geniş miqyasda istifadə etməyə imkan verir. Məsələn, istehsal olunan anion, qeyri-ionogen, kation və amfolit səthi-aktiv maddələrin miqdarı ildə milyon tonlarladır. Neft sənayesində SAM-ların istehsalına təxminən 60-70 il bundan əvvəl başlanmışdır. 1939-cu ildə dünya miqyasında cəmi 14 min ton, 1960-cı ildə 1386 min ton, 1982-ci ildə isə 6500 min ton SAM istehsal olunmuşdur. Sonrakı illərdə istehsal olunan SAM-ların miqdarı daha çox artmışdır. SAM-ların bir hissəsi yuyucu xassəyə malikdir. Köməkçi komponentlər və doldurucularla (soda, fosfatlar, natrium sulfat və s.) əsas aktiv maddələrin yuyuculuq təsiri gücləndirilir.
Əldəqayırma partlayıcı maddələr
Əldəqayırma partlayıcı maddələr — partlayış üçün təyin olunmamış bir sıra digər təyinatlı maddələrdən (müxtəlif gübrələr, dərman preparatları, turşular, metal tozları və s.) düzəldilən partlayıcı maddələrdir. Əldəqayırma partlayıcı maddələr müxtəlif kimyəvi maddələrin birləşməsindən düzəldilir. Digər partlayıcılardan əsas fərqi isə, hər kəs tərəfindən düzəldilə bilinməsidir. Bu partlayıcıların gücü digər populyar sənaye partlayıcılarının gücünün- yəni trotil ekvivalentinin 60-90%-ni təşkil edir. Əldəqayırma partlayıcıların gücü qarışıqların tərkibinə görə dəyişir. Qarışığa sənaye istehsalı olan partlayıcılardan, xüsusi güc artıran qarışıqlardan qatılmaqla gücü artırıla bilər.
Ağ və boz maddələr
Praktik cəhətdən dəyərli maddələr
Praktik cəhətdən dəyərli maddələr – zərif üzvi sintez üsulu ilə az miqdarda reaktivlərlə alınan mürəkkəb quruluşa malik, tətbiqə yönələn qiymətli birləşmələrə deyilir. Zərif üzvi sintez sahəsində görülən işlərin son məqsədi müəyyən praktik tətbiqə malik, dəyərli xassələri olan maddələrin alınmasıdır. Təbii ki, o preparat praktiki cəhətdən tətbiq olunur ki, hal-hazırda bu məqsəd üçün buraxılan preparatdan öz effektivliyi, yeni xüsusiyyətləri, aşağı istehsal dəyəri ilə fərqlənsin. Belə yeni və effektiv maddələrin axtarışı çətindir və baha başa gəlir. Buna baxmayaraq ayrı-ayrı birləşmələr sinfi üzrə qanunauyğunluqlar aşkar edilmişdir, amma hələ də birləşmələrin quruluşunun xüsusiyyətləri ilə onların bu və ya digər fiziki və bioloji xassələri arasındakı qanunauyğunluqlar aşkara çıxarılmamışdır. Bu da zərif üzvi sintez sahəsində, optimal xassələrə malik olan yeni sinif və yeni tip maddələrin axtarışını çətinləşdirir. Yeni effektiv maddələrin axtarışı əsasən empirik və ya yarımempirik yolla çoxlu miqdarda maddələrin aktivliyin müəyyən növünə, məsələn pestisid kimi təsiri və ya antikorroziya xassələrinin yoxlanılmasından ibarətdir. Məsələn, yeni effektiv pestisidi aşkara çıxarmaq üçün neçə min yeni birləşməni sınaqdan keçirmək lazım gəlir, yeni mikroba və virusa qarşı preparatların tapılması üçün minlərlə maddənin bu xassələri yoxlanılır. Buradan aydın olur ki, praktikada tətbiq oluna biləcək və yeni rəqabətə davam gətirə biləcək preparatın buraxılmasına nə qədər qüvvə və vəsait sərf olunur. Təqribi hesablamalara görə, yeni pestisidin axtarışı və istehsalının təşkili hal-hazırda bir neçə milyon dollara başa gəlir.
Psixotrop maddələr haqqında Konvensiya
Psixotrop maddələr haqqında Konvensiya (Vyana Konvensiyası 1971-ci il) ― psixotrop maddələrin sui-istifadəsi ilə mübarizə və onların qanunsuz trafikinin qarşısını almaq məqsədi daşıyan BMT müqaviləsi. 1976-cı ilin avqustunda qüvvəyə minmişdir. 2008-ci ilin noyabr ayından etibarən 183 əyalət konvensiyaya qoşulmuşdur. İdarə olunan psixotrop maddələr terapevtik əhəmiyyətinə və istifadəsi ilə əlaqəli potensial riskə görə dörd siyahısı bölünür. Siyahı I - halüsinasiya xüsusiyyətlərinə malik maddələr elmi istifadə üçün təsdiqlənmiş və tibbi məqsədlə məhdudlaşdırılmışdır. Cədvəl II - yüksək asılılıq potensialına sahib maddələr və geniş yayılan, lakin terapevtik məqsədlər üçün istifadə edilməsinə imkan verən xüsusiyyətlərə sahib maddələr. Siyahı III. Siyahı IV. Noyabr 2008-ci il tarixinə beynəlxalq nəzarət altında olan 116 psixotrop maddə var. Bütün maddələr Cədvəl II, III və IV yalnız həkim resepti ilə verilməlidir, etiketlərdə və onlara əlavə vərəqələrdə lazımi xəbərdarlıq və tədbirləri daxil olmaqla istifadə qaydaları olmalıdır. Bu maddələrin xalqa reklamı qadağan edilməlidir. Cədvəl I-yə daxil olan maddələrin istifadəsi yalnız dövlət nəzarəti və ya xüsusi icazə altında olan tibb və ya tədqiqat müəssisələrində mümkündür.