Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Manqal
Manqal (ərəb. منقل‎ - portativ) — içində od qalayıb, üstündə şişlik ət, toyuq, balıq və s. bişirmək üçün istifadə edilən xüsusi ocaq növü. == Hazırlanması == Manqal dəmirdən, misdən və ya gildən düzəldilir. Manqal adətən dördkünc və uzunsov olur. Üstündə şiş qoymaq üçün kəsiklər, kənarlarında daşımaq üçün qulp düzəldilir. Əksər manqallar dörd(4) ayaqlı olur. Manqalın uzunluğu müxtəlif, eni isə şişin üzunluğundan 10-15 sm qısa olur. == İstifadə == Manqalın içində ağac, kömür və ya odun yandırılıb köz salınır. Qızardılan məhsul şişlərə taxılıb manqala eninə düzülür.
Marsel
Marsel (fr. Marseille) — Fransanın ən iri dəniz limanı Bouches-du-Rhône departamentinin inzibati mərkəzi. Lion körfəzinin (Aralıq dənizi) sahilində yerləşir. == İqtisadiyyatı == Marseldə beynəlxalq hava limanı, iri dəniz limanı kompleksi var. Dəniz limanının illik yük dövriyyəsi 90 milyon tondur. Neft emalı, neft-kimya sənayesi, qəmiqayırma, təyyarə istehsalı müəssisəsləri vardır. Strasburq və Karlsruedən (AFR) keçən transavropa neft kəməri Marseldən başlayır. 1977-ci ildən etibarən Marseldə 24 stansiyaya malik metropoliten fəaliyyət göstərir.
Mayqıl
Mayqıl Ana - türk, yakut və altay mifologiyasında Su Tanrıçası. Altayların və Yakutların Tengricilik inanclarında qoruyucu tanrıçalarındandır. Yer üzündəki sulardan məsuldur. == Etimologiya == (May/Bay) kökündən törəmişdir. Varlıq, zənginlik, ululuq, müdriklik, idarə etmək mənalarını ehtiva edər. "Baymaq" feli, böyümək və inkişaf mənasına da gəlir.
Mergel
Mergel — qarışıq gil-karbonat tərkibli daşabənzər çökmə dağ süxurları. Tərkibi: 50-75% karbonat (kalsit, bəzən dolomit), 25-50% — həll olmayan çöküntülər (SiO2 + R2O3). Süxuryaradan karbonat minerallarının tərkibindən asılı olaraq, mergeller əhəng və dolomit mənşəli mergellərə bölünürlər. Adi mergellərin həll olmayan çöküntülərində silis miqdarı biryarımlıq oksidlərin miqdarından 4 dəfədən çox deyil. Nisbəti SiO2 : R2O3> 4 olan mergellər silisli mergellər qrupuna aid edilir.
Manuel
Manuel — ad. Manuel Noyer — alman qapıçı. Manuel Lokatelli — İtaliyalı futbolçu. Manuel Blanko Enkalada — Çilinin ilk prezidenti. Manuel Alvarez Bravo — Meksika fotoqrafı. Manuel Noryeqa — Panama dövlət xadimi. Manuel Belqrano — argentinalı hüquqşünas Manuel Qarsiya — İspaniyalı biatlonçu.
Bagel
Beyql (ing. Bagel; idiş בײגל‎, translit: beygl; pol. bajgiel; həmçinin beigel) — ABŞ, Kanada və Böyük Britaniyada geniş şəkildə istehlak edilən mayalı xəmirdən hazırlanmış qalın və halqa şəkilli çörək növü. İlk dəfə 17-ci əsrdə Aşkenazi yəhudiləri Polşada ortaya çıxarılan beyqlın istehsalında maya, un, şəkər, duz və su istifadə edilir. Dad baxımından küncütsüz simiti xatırladır. İlk zamanlar yəhudilər tərəfindən istehlak edilən bagel, sonralar ABŞ və Kanadaya yayılmışdır. Amerikada xüsusilə, Nyu-York və Kaliforniya ştatlarında çox istehlak edilir. Simitdən fərqli olaraq suda qaynadılan bagelin küncütlü, çörəkotulu, sarımsaqlı, soğanlı, xaş-xaşlı növləri vardır.
II Manuel
II Manuel (port. Manuel II; 15 noyabr 1889[…], Belensk sarayı[d], Lissabon və ya Lissabon – 2 iyul 1932[…], Fulvell[d], Midlseks[d] və ya London — Portuqaliyanın sonuncu kralı. Saksen-Koburq-Qota evinə mənsub idi, rəsmi olaraq Braqanza sülaləsinin nümayəndəsi sayılırdı (lakin əslində onlar yalnız qadın xəttində, Saksen-Koburq-Qota ailəsinə mənsub idilər). == Bioqrafiyası == Kral I Karloşun və Orleanlı Ameliyanın ikinci oğlu. 198 yaşında, 19 fevralda atası və taxtın varisi Luiş Filipenin böyük qardaşı Lissabonda 1 fevral 1908-ci ildə öldürüldükdən sonra taxta çıxdı. Manuel özü də bu sui-qəsd cəhdində yüngül yaralandı. Sosialistlər və Respublikaçıların qəti bir qələbə qazandığı demokratik seçki adlanan diktator hökuməti qovdu. İki il sonra (1910), inqilab tərəfindən devrilən Portuqaliya bir respublika elan edildi. Sürgündə Manuel orta əsr Portuqal ədəbiyyatı haqqında bir kitab yazdı. Böyük Britaniyada öldü.
I Manuel
I Manuel (port. Manuel I de Portugal) və ya Uğurlu Manuel (port. Dom Manuel O Venturoso) (31 may 1469, Lissabon – 13 dekabr 1521, Lissabon) — Portuqaliya kralı. Aviz sülaləsinə mənsub olan Manuel əmisi oğlu II Conun ardından taxta çıxmadan öncə Beja və Vizeu hersoqu idi. Saysız-hesabsız coğrafi kəşflər səbəbilə Portuqaliya krallığının ən güclü dönəmində səltənət sürən Manuel, Vasko da Qamaya göstərdiyi maddi dəstəklə Hindistana dəniz yolunun kəşf olunmasını təmin etdi. == Həyatı == == Mənbə == Sanceau, Elaine (1970). Reign of the Fortunate King, 1495–1521: Manuel I of Portugal. Hamden, Conn.: Archon Books. ISBN 0-2080096-8-X Rebelo, Luis (2003). "Manuel I, King of Portugal".
MakQil Universiteti
MakQill Universiteti (ing. McGill University) — Kanadanın ən qədim və nüfuzlu ali təhsil müəssisəsidir. Universitet Kanadanın Kvebek əyalətinin Monreal şəhərində yerləşir. == Tarixi == MakQill Universitetinin adı tanınmış mesenat Ceyms MakQillin adı ilə bağlıdır. Ceyms MakQill 6 oktyabr 1744-cü ildə Şotlandiyanın Qlazqo şəhərində anadan olub və sonralar Kvebekdə məşhur tacir kimi tanınıb. C.MakQill ingilis və fransız dillərini mükəmməl bilən savadlı şəxs kimi var-dövlətini təhsilin inkişafına sərf etmək istəyib. Bu məqsədlə o, 10000 funt məbləğində 19 hektarlıq ərazi əldə edir. Lakin C.MakQill 1813-cü ildə vəfat etdiyi üçün arzularını reallaşdıra bilmir. Təhsilin Yaxşılaşdırılması üzrə Kral İnstitutu onun istəyini həyata keçirmək üçün universitet yaratmaq qərarına gəlir. C.MakQillin vəsiyyətnaməsində onun aldığı ərazidə ölümündən sonra ən azı 10 il ərzində ayırdığı vəsait hesabına ali məktəb tikilməsi, həmin məktəbin onun adı ilə adlandırılması göstərilir, əks təqdirdə, vəsiyyətnamədə göstərilənlərin həyat yoldaşının varislərinə çatması qeyd olunurdu.
Manoel adası
Manoel (malta Il-Gżira Manoel) — Malta arxipelaqına daxil olan ada. Aralıq dənizinin suları ilə əhatələnir. Valletta və Qzira şəhərləri arasında qərarlaşır. İnzibati olaraq Gzira bələdiyyəsinə aiddir. == Coğrafiyası == Manoel adası düz, yüksək, bir ağacın yarpağına bənzəyir. Marsamxett limanının mərkəzində, Lazaretto körfəzinin şimalında və Sliema körfəzinin cənubunda yerləşir. Manoel Malta adasına körpü ilə bağlanır. Bütün adanı paytaxt Valletta bastionlarından görmək olar. == Tarixi == 1570-ci ildə ada Mdina kafedral başçısı tərəfindən alındı, Malta yepiskopunun mülkünə çevrildi. Buna görə l'Isola del Vescovo (malta Il-Gżira tal-Isqof) adı verildi.
Manqal salatı
Mansel adası
Мansel (ing. Mansel Island) — Kanada Arktik arxipelaqına daxil olan ada. Adada yaşayış yoxdur (2012). == Coğrafiya == Ada Hudzon körfəzinin şimal-şərqində, Unqava yarımadasının şimal-qərbindən 58 km qərbdə yerləşir. Yaxınlığında yerləşən adalar: Kots (115 km qərbdə), Sauthempton (150 km şimal-qərbdə) və Hottinhem (120 km şimal-şərqdə). Adanın uzunluğu 112 km, eni 48 km, sahəsi 3 180 km² təşkil edir. Dünyada sahəsinə görə 159-cu yerdədir. Sahil həttinin uzunluğu 298 km-dir. Kvebek vilayəti ərazisinə yaxın yerləşməsinə baxmayaraq, inzibati cəhətdən Nunavut vilayətinin Kikiktani rayonu ərazisinə daxildir. Ada əsasən düzənlik əraziyə malikdir.
Manuel Belqrano
Manuel Belqrano (isp. Manuel José Joaquín del Corazón de Jesús Belgrano; 3 iyun 1770[…], Buenos-Ayres – 20 iyun 1820[…], Buenos-Ayres) — argentinalı hüquqşünas, siyasətçi və general. Argentina bayrağının müəllifi və Argentina dövlətinin qurucu atalarından biri. == Xatirəsi == 1873-cü ildə Buenos-Ayresdə Manuel Belqranonun atlı heykəli qoyulmuşdur. 1938-ci ildə Manuel Belqranonun vəfat tarixi olan 20 iyun Argentinada dövlət bayramı — Bayraq günü (isp. Día de la Bandera) elan edilmişdir. 1956-cı ildə Argentinanın kreyserlərindən biri "General Belqrano" adlandırıldı (1982-ci ildə Folklend müharibəsi Britaniya sualtı qayığı tərəfindən batırılıb). Buenos-Ayresin şimalında yerləşən prestijli rayonlarından biri Belqrano adlanır. Kordova şəhərini təmsil edən "Belqrano" futbol klubu onun şərəfində adlandırılmışdır.
Manuel Blyum
Manuel Blyum (ing. Manuel Blum; 26 aprel 1938, Karakas) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim. == Həyatı == 26 aprel 1938-ci ildə hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim, Karnegi-Mellon Universitetinin informatika üzrə professoru Manuel Blyum (Manuel Blum) anadan olmuşdur. 1995-ci ildə o, mürəkkəb hesablamalar nəzəriyyəsinin tədqiqatlarında əldə etdiyi nailiyyətlərə və onların kriptoqrafiyada və proqramların yoxlanmasında tətbiqinə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Manuel Blüm
Manuel Blyum (ing. Manuel Blum; 26 aprel 1938, Karakas) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim. == Həyatı == 26 aprel 1938-ci ildə hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim, Karnegi-Mellon Universitetinin informatika üzrə professoru Manuel Blyum (Manuel Blum) anadan olmuşdur. 1995-ci ildə o, mürəkkəb hesablamalar nəzəriyyəsinin tədqiqatlarında əldə etdiyi nailiyyətlərə və onların kriptoqrafiyada və proqramların yoxlanmasında tətbiqinə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Manuel Lokatelli
Manuel Lokatelli (8 yanvar 1998, Lekko[d], Lombardiya) — İtaliyalı futbolçu. İtaliya milli komandasının və Sassuolo FK klubunun oyunçusu. Yarımüdafiə mövqeyində oynayır. == Klub karyerası == Manuel Milan və Atalanta futbol klublarının yetirməsi sayılır. 2009-cu ildə Milan klubunun uşaq komandasına qoşulub. Milanın heyətində "A Seriya"sında debütu, 21 aprel 2016-cı ildə baş tutub.
Manuel Noryeqa
Manuel Antonio Noryeqa Moreno (isp. Manuel Antonio Noriega; (11 fevral, 1934, 29 may, 2017) — Panama dövlət xadimi. == Həyatı == Manuel Antonio Noryeqa Moreno 1934-cü il, fevral ayının 11-də Panamada çox yoxsul bir ailədə anadan olub. Onun valideynləri vaxtilə müəyyən səbəblər üzündən Panamaya köç etmişdilər. Manuel uşaq yaşlarında anası vəfat etdi. Atasının onun tərbiyəsi ilə məşğul olmağa vaxtı yox idi. Buna baxmayaraq, Noryeqa lazımi təhsili ala bildi. O, əvvəlcə, psixiatr olmaq niyyətində idi. Bu məqsədlə də Panama Universitetinin tibb fakültəsini bitirdi. Amma ixtisası üzrə işləmədi.
Manuel Noyer
Manuel Pitr Noyer (27 mart 1986[…], Helzenkirxen, Şimali Reyn-Vestfaliya) — alman qapıçı. Avropanın ən yaxşı qapıçısı (2011, 2013, 2014, 2015, 2016). Münhenin Bavariya klubunun və Almaniya milli yığmasının əsas qapıçısıdır. == Klub karyerası == === Şalke 04 FK === Noyer 4 yaşından "Şalke 04"ün məktəbində futbolla məşğul olmağa başlayıb. 2003-cü ildə 16 yaşlı qapıçı Regional liqada "Şalke 04"ün ehtiyat komandasında oynamağa başladı, lakin elə onunla birlikdə bütün mövsümü keçirdiyi (2002/03 mövsümündə Regional liqa sistemi Almaniya liqasının sistemində çətinliyə görə indiki kimi 4-cü yox, 3-cü yerdə idi) 4-cü alman divizionuna düşür. 2005/06 mövsümündə ilk dəfə olaraq ehtiyat qapıçı kimi komandaya çağırılır, əsas yeri o zaman Frank Rost tuturdu. Buna baxmayaraq Manuel Bundesliqada yalnız 2006-cı ilin avqustunda Alemaniya Aaxen FK (1:0) ilə oyunda debüt edə bilir. Bundan az sonra 10-cu turda "Bavariya" (2:2) ilə matçda oynuyur və bu matçda onun oyunu helzenkirxenlilərin baş məşqçisi Mirko Slomkanın diqqətini cəlb edir, o komandanın əsas qapıçısı olur, nəticədə Rost Hamburqa transfer olur. Ümumiyyətlə Noyer 2006/07 mövsümündə "Şalke 04" klubunda 26 matç keçirib. 5 mart 2008-ci ildə pley-off mərhələsinin birinci turunda o demək olar ki, Portu FK-a qarşı tək mübarizə aparır, bir neçə seyv reallaşdıraraq oyunu penaltilər seriyasına qədər aparır, hansı ki, Bruno Alvesin və Lisandro Lopezin zərbələrini dəf edir və nəticədə alman komandası 1/4 finala yüksəlir.
Manuel Pelleqrini
Manuel Pelleqrini (16 sentyabr 1953, Santyaqo) — Çilili keçmiş futbolçu və baş məsqçi. Hal-hazırda Mançester Sitinin baş məşqçisidir. == Futbolçuluq karyerası == Futbolçu kimi karyerasının hamısını ölkəsinin Universidad de Çili komandasında keçirmiş öz klubuna 13 il ərzində xidmət etmişdir == Baş məşqçilik karyerası == Baş məşqçi kimi, əsasən, Argentina və Çili klublarında işləmişdir. San Lorenzo klubu, Pelleqrini dövründə Argentinada ilk çempionluğunu əldə etmişdir. === Çili komandaları === Çilidə "el ingeniero" (mühəndis) ləqəbi ilə tanınan Pelleqrini baş məşqçilik karyerasına 1987-1988-ci illərdə ölkənin ən məşhur komandalarından biri olmağına baxmayaraq həmin il yaxşı oynamayan Universidad de Çili'də başladı. Palestino və O Higgins klublarını idarə etdikdən sonra Çilinin ən güclü klublarından biri olan Universidad Katolika'nın sükanı arxasına keçdi. O, Alberto Akosta və Nestor Qorosito kimi yaxşı futbolçulardan ibarət klubu 1993-94 və 1994-95-ci illərdə yalnız ikinci liqaya apara bildi. === Vilyarreal === Pelleqrini 1 iyul 2004-cü ildə La Liqa klublarından biri olan Vilyarreal ilə razılaşdı. Klubu ilə ilk sezonunda liqada üçüncü olaraq Çempionlar Liqasında iştirak etmiş, UEFA Kubokunda dörddə bir final oynamışdır. 2005/06-cı illərdə isə Çempionlar Liqasında uğurla çıxış edərək yarı finala qədər yüksəlmişdir.
Manuel Qarsiya
Manuel Qarsiya Valinas (d. 20 aprel 1955) — İspaniyalı biatlonçu. Manuel Qarsiya İspaniyanı 1984-cü ildə Sarayevoda təşkil edilən XIV Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Manuel Qarsiya birinci dəfə Olimpiya Oyunlarına 1984-cü ildə qatıldı. O, Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Qarsiya 40:16.6 saniyəlik nəticəsi ilə 64 atlet arasında 56-cı yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Manuel Uribe
Manuel Urube (isp. Manuel Uribe Garza) — Meksikanın Montorey şəhərində anadan olmuş Manuel Urube öz çəkisi ilə dünyanın ən ağır ikinci adamı seçilmişdir. Təxminən 597 kiloqram çəkiyə sahib olan Urube Dünyanın ən kök insanlarının siyahısında Con Brouer Minokun ardından ikinci yeri tutmuşdur. Minokun ölümündən sonra Urube bir müddətlik birinci yerə yüksəlmişdir. Manuel Urube Meksika dövlət televiziyasına müsahibə verərək, xalqdan və həkimlərdən kömək istəmişdir. Bu müsahibədən sonra məşhurluq qazanan Urubeni bir çox həkimlər müaiyyənə etmişdilər. Artıq çəkisi səbəbindən hərəkət edə bilməyən və yatağa bağlı şəkildə yaşayan Urube ciddi pəhriz nəticəsində 369 kiloqrama qədər arıqlamışdır.
Manuel Urube
Manuel Urube (isp. Manuel Uribe Garza) — Meksikanın Montorey şəhərində anadan olmuş Manuel Urube öz çəkisi ilə dünyanın ən ağır ikinci adamı seçilmişdir. Təxminən 597 kiloqram çəkiyə sahib olan Urube Dünyanın ən kök insanlarının siyahısında Con Brouer Minokun ardından ikinci yeri tutmuşdur. Minokun ölümündən sonra Urube bir müddətlik birinci yerə yüksəlmişdir. Manuel Urube Meksika dövlət televiziyasına müsahibə verərək, xalqdan və həkimlərdən kömək istəmişdir. Bu müsahibədən sonra məşhurluq qazanan Urubeni bir çox həkimlər müaiyyənə etmişdilər. Artıq çəkisi səbəbindən hərəkət edə bilməyən və yatağa bağlı şəkildə yaşayan Urube ciddi pəhriz nəticəsində 369 kiloqrama qədər arıqlamışdır.
Manvel Qriqoryan
Manvel Sektori Qriqoryan (erm. Մանվել Սեկտորի Գրիգորյան; ləqəbi: Tuşonka Manvel, erm. Տուշոնկա Մանվել; 14 iyul 1956, Körpəli, Üçkilsə rayonu – 19 noyabr 2020) — Ermənistan hərbçisi, siyasətçisi, general-leytenantı (2000), Yerkrapanın sədri (1999–2018), Qondarma Dağlıq Qarabağ Respublikası Ali Sovetinin deputatı (1992–1996), Ermənistan Milli Məclisinin deputatı (2012–2018), Qarabağ müharibəsi iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri. O, 2018-ci ildə qeyri-qanuni yolla silah-sursata sahib olmaqla təqsirlənərək həbs edilmişdir. == Bioqrafiya == Manvel Qriqoryan 14 iyul 1956-cı ildə Ermənistan SSR-nin Armavir mərzində yerləşən Körpəli kəndində anadan olmuşdur. O, 1975–1977-ci illərdə Qızıl Orduda xidmət göstərmişdir. O, 1993-cü ildə Xankəndi Pedaqoji İnstitutundan, 1998-ci ildə isə İrəvan Dövlət Universitetindən məzun olmuşdur. Manvel Xocalı soyqırımında iştirak etmişdir. 1993-cü ildə Manvel Ermənistan Respublikası Silahlı Qüvvələrinin 83-cü briqadasının komandiri təyin edilmişdir. O, komandirlik dövründə Cəbrayılın və Füzulinin işğalı zamanı azərbaycanlı vətəndaşların mülklərini yağmalamış, dinc sakinlərə işgəncə vermişdir.
Marsel (rayon)
Marsel (fr. Marseille) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından biri. Departamenti — Landlar. Suprefektura — Marsel. Rayon əhalisi 2006-cı ildə 1 029 736 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1532 nəf / km². Rayon ərazisi — 672 km².
Marvel Comics
Marvel Comics (ing. Marvel Comics) — Amerika komiks və komikslərlə bağlı media nəşriyyatı. Nəşr edilmiş komikslər arasında Fantastik Dördlük, Hörümçək-adam, Halk, Dəmir adam, Tor, Daredevil, Kapitan Amerika seriyaları var. 1960-cı illərdən bəri DC Comicsin yanında ABŞın ən böyük iki komiks şirkətindən biri olma xüsusiyyətini davam etdirmişdir. 31 avqust 2009 tarixində The Walt Disney Company tərəfindən 4.000.000.000 $-a alındığı bildirilmişdir. == Tarixi == Pulp-jurnalının naşiri Martin Qudman 1939-cu ildə Timely Publications adı altında daha sonra Marvel Komiks kimi tanınan şirkəti yaratdı. 1933-cü ildə Qərb pulpası ilə başlayan Qudmen komikslərin yeni yaranan və o vaxta qədər çox populyarlaşan yeni mühitinə çevrildi. Timely-nin ilk nəşri olan Marvel Comics android superqəhrəmanı Karl Burqosun ilk görünüşü, İnsan Məşəli və Bill Everett-in anti-qəhrəman Namor ilk görünüşü daxildir. Buraxılış böyük uğur qazandı.