Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Malay
Malay — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Eymur kənd inzibati-ərazi vahidi tərkibindəki Malay qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Malay Federasiyası
Malay Federasiyası (malay Persekutuan Tanah Melayu) — 1948-ci ildən 1963-cü ilə qədər mövcud olan 11 ştatın bir federasiyası (9 Malay sultanlığı və ingilis yaşayış yerləri Pinanq və Malakka) . Paytaxtı — Kuala Lumpur. == Tarixi == 1946-cı ildə bu 11 ştatdan vahid ingilis müstəmləkəsi - Malay ittifaqı təşkil olundu . Malay millətçilərinin kəskin mübarizəsi və etiraz çıxışlarının güclənməsi nəticəsində ittifaq tezliklə dağıldı və 1948-ci ilin yanvarından Malay ittifaqı Malay Federasiyası halında təşkil olundu. Malay ittifaqının tərkibində hüquq və imtiyazlarından məhrum olan Malay sultanları Federasiyanın tərkibində dövlət başçısı mövqelərinin bərpa olunmasına nail oldular. Malay sultanlıqları Böyük Britaniyanın protektoratlıqları oldular, Pinanq və Malakka isə Britaniya müstəmləkə əraziləri kimi qalmaqda davam edirdilər. 31 avqust 1957-ci ildə Federasiya Millətlər cəmiyyətinin tərkibində müstəqillik hüququ əldə etdi və BMT-nin üzvü oldu . . 1963-cü ildə Malay Federasiyası, Sinqapur, Saravak və Şimali Borneo Malayziya dövlətində birləşdilər , 9 avqust 1965-ci ildə Sinqapur Malayziyadan ayrılaraq müstəqil dövlət oldu . == İstinadlar == == Xarici keçidlər == Colonial administration records (migrated archives): Malaya at The National Archives (Pg. 52) The UK Statute Law Database: Federation of Malaya Independence Act 1957 (c.
Malay arxipelaqı
Malay arxipelaqı (malay və ind. Kepulauan Melayu) — dünyanın ən böyük arxipelaqı. Arxipelaq özündə Böyük Zond, Kiçik Zond, Molukka, Filippin və bir çox kiçik adalar qruplarını birləşdirir. Bir sıra səbəblərdən Yeni Qvineya bu siyahıya aid edilməyərək Okeaniyaya aid edilir.. Ən böyük adaları — Kalimantan — 743 330 km² və Sumatra — 473 000 km². Ən çox əhalisi olan ada — Yavadır — 140 milyon nəfər. Malay arxipelaqı Sakit okean okeanda yerləşir Adalarda 330 vulkan var, onların 100-ü fəaliyyətdədir. Ən məhşuru Krakatau vulkanıdır. Malay arxipelaqında İndoneziya (demək olar ki bütünlüklə), Malayziya (bir hissəsi), Bruney, Şərqi Timor və Filippin kimi dövlətlər yerləşir.
Malay ayısı
Malay ayısı (lat. Helarctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi.
Malay dili
Malay dili Avstroneziya dilləri arasında ən önəmli dildir. Bu dil Malayziyada (Malayziya dili adıyla), İndoneziyada (İndoneziya dili adıyla), Bruneydə (Melayu Bruney adıyla) və Sinqapurda (Bahasa Melayu(Malay dili) adıyla milli dil və Sinqapurun dörd rəsmi dillərindən biri) rəsmi dildir. Bu dil 40 milyon insan tərəfindən yerli olaraq danışılan bir dildir.
Malay pələngi
Malay pələngi (lat. Panthera tigris jacksoni) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Malay qavialı
Malay qavialı (lat. Tomistoma schlegelii) — sürünənlər sinfinə, timsahlar dəstəsinə daxil olan Tomistoma cinsinin yeganə nümayəndəsi. Tomistoma adı yunan dilindən gəlir. τόμος — iti və στόμα — ağız; növün adının ikinci hissəsi isə schlegelii sözüdürki, bu da hollandiyalı zooloq Herman Şlegelin (1804–1884) şərəfinə verilir. Təsnifatçılar Tomistoma cinsinin və Tomistominae yarımfəsiləsinin hansı fəsiləyə mənsub olduqlarına qərar verə bilmirdilər. Belə ki, morfoloji quruluşlar əsasında Əsl timsahlara, molekulyar və genetik metodlar əsasında isə qaviallara aid edilir. == Arealı və yaşayış yerləri == İndoneziyada (Sumatra, Kalimantan, Yava adalarında, ehtimal ki, Sulavesidə), Malayziyada (Malay yarımadası, Kalimantan) və Vyetnamda (bəlkə də nəsli kəsilmişdir) yayılmışdır. Taylandda 1970-ci ildən bəri nəsli kəsilmiş olaraq sayılır. Malay qavialının populyasiyaları olduqca azdır. Şirin su göllərində, lal axan çaylarda və bataqlıq ərazilərdə yaşayır.
Malay yarımadası
Malakka (tay แหลมมลายู, malay Tanah Melayu, birm. မလေး ကျွန်းဆွယ်, həmcinin Malay yarımadası (tay คาบสมุทรมลายู, malay Semenanjung Tanah Melayu)) — Cənub-Şərqi Asiyada yerləşən iri yarımadalardan biri. Qərbdən Andaman dənizi və Malakka boğazı, şərqdə isə Cənubi Çin dənizi, Siam körfəzi ilə əhatələnir. Hind-Çin yarımadasınln cənub qutaracağında yerləşir. Yarımadanın cənubunda Asiya materikinin ən ucqar cənub nöqtəsi olan Piay burnu yerləşir. Uzunluğu şimaldan cənuba 1300 km, sahəsi 190 min km², şimal sərhəddi Kra bərzəxindən keçir və eni 44 km təşkil edir. Orta hissədə hündürlük 2190 m (Taxan) təşkil edir. Ərazisi Myanma, Tailand və Malayziya kimi ölkərinin tərkibinə daxildir. Şimal-qərbdə Myammanın cənub hissəsi, şimal hissəsi Tailand, cənub hissəsi isə Malayziyanın ərazisini təşkil. Yarımadadan cənubda Sinqapur adası yerləşir.
Malay-Muynak (Uçalı)
Malay-Muynak (başq. Малай-Муйнаҡ, rus. Маломуйнаково) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mansur kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 45 km, ən yaxın dəmiryol stansiyasından (Şartım stansiyası): 13 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (96 %) üstünlük təşkil edir.
Malay-Polineziya dilləri
Malay-Polineziya dil ailəsi – 4 budağa ayrılır: indoneziya, polineziya, meloneziya və mikroneziya. Bu dillər arasında indoneziya dilləri daha yaxşı öyrənilmişdir. Bunlardan ən geniş yayılanı yava, malqaş, taqal və malay dilləridir. İndoneziya və malay dilləri arasında fərq çox deyil, bu özünü yalnız orfoqrafiya və leksikada göstərir.
Adi malay ayısı
Adi malay ayısı (lat. Helarctos malayanus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin malay ayısı cinsinə aid heyvan növü. Öz cinsinin yeganə nümayəndəsidir. == Xarici görünüş == Malay ayısı ayıkimilər fəsiləsinə daxil olan növlər arasında ölçü baxımından ən kiçiyidir. Onun uzunluğu 1.5 m keçmir (üstəlik 3—7 sm-lik quyruq). Ayaqları qrərində hündürlüyü 50-70 sm, çəkisi 27—65 kq olur. Erkəklər bir qayda olaraq dişilərdən 10—20 % böyükdür. Bu canlılar uzun buruna malikdirlər. Üstəlik olduqca güçlüdürlər. Dırnaqları itidir.
Birləşmiş Malay Milli Təşkilatı
Birləşmiş Malay Milli Təşkilatı (BMMT; malay Pertubuhan Kebangsaan Melayu Bersatu) — Malayziyada iri siyasi partiya. Uzvlərinin sayı - 2,4 mln. nəfər. Milli burjuaziya, iri sənayeçilər və torpaq sahiblərinin siyasi partiyası kimi Birləşmiş Malay Milli Təşkilatının əsası 1946-cı ildə qoyulmuşdur . Banisi - Dato Onn. 1952-1974-cü illərdə İttifaq partiyasının tərkibinə daxil olmuşdur. Malayların milli partiyası kimi Birləşmiş Malay Milli Təşkilatının proqramının müəllifi Abdul Rahman 1951-ci ildə partiyanın rəhbəri seşildi . 1952-ci ildə Malayziyanın Çin Assosiasiyası (MÇA) ilə siyasi ittifaqı yarandı və BMMT-MÇA koalisiyası paytaxta keçirilən bələdiyyə seçkilərində yerlərin 1/12 hissəsini qazanmışdır . 1954-cü ilin oktyabrında BMMT-MÇA ittifaqına Malayziyanın Hindistan Konqresi (MHK) də birləşdi və ölkənin iri milli icmalarının (malayların, çinlilərin və hindlilərin) maraqlarını təmsil edən İttifaq partiyasının yaradıldığı elan olundu. 1957-ci ildə ölkə müstəqilliyini elan etdikdən sonra İttifaq partiyası hakim partiya oldu.
Malay-Polineziya dil ailəsi
Malay-Polineziya dil ailəsi – 4 budağa ayrılır: indoneziya, polineziya, meloneziya və mikroneziya. Bu dillər arasında indoneziya dilləri daha yaxşı öyrənilmişdir. Bunlardan ən geniş yayılanı yava, malqaş, taqal və malay dilləridir. İndoneziya və malay dilləri arasında fərq çox deyil, bu özünü yalnız orfoqrafiya və leksikada göstərir.
Malabo
Malabo (Malabo) (1973-cü ilədək Santa-İsabel, Santa Isabel) — Ekvatorial Qvineyanın paytaxtı; Atlantik okeanında olan Bioko adasında yerləşir. Şimali Bioko əyalətinin inzibati mərkəzi. == Əhalisi == Əhali artımı — 40 min nəfər (1986), 60 065 nəfər (1994), 132 440 nəfər (2001), 187 302 nəfər (2012). == Tarixi == 1827-ci ildə ingilislər tərəfindən Port-Klarens qəsəbəsi kimi salınıb. 1843—1968-ci illərdə İspaniya Qvineyasının inzibati mərkəzi olub.
Malanq
Malanq (yav. ꦏꦸꦛꦩꦭꦁ) — İndoneziyanın Şərqi Yava əyalətindəki bir şəhər. Sinqhasari Krallığının dövrünə qədər uzanan bir keçmiş tarixi vardır. 2016-cı ilin qiymətləndirməsinə görə 887.443 nəfər əhalisi olan əyalətin ikinci ən sıx şəhəridir. Metropol bölgəsində iki şəhər və 22 rayon arasında yayılmış 3,663,691 nəfər əhali yaşayır (Malanq Reqensi-də 21 və Pasuruan Reqensidə 1). Malanq Şərqi Yava bölgəsində Surabaya və Kediridən sonra iqtisadiyyatına görə üçüncü ən böyük şəhərdir və 2016-cı il ÜDM-i ilə 44,30 trilyon rupiya təşkil edir. Şəhər mülayim iqlimi ilə tanınır. Holland müstəmləkəsi dövründə Avropa sakinləri üçün məşhur bir yer idi. İndiyə qədər Malanq beynəlxalq turistlər üçün məşhur bir yer olaraq hələ də mövqeyini saxlayır. Malanq müxtəlif tarixi izləri saxlayır.
Malaqa
Malaqa — İspaniyanın cənubunda, Əndəlüsdə, yerləşən şəhərdir. Ərazisi 395 km², əhalisinin sayı 568.507 nəfərdir. Malaqa Aralıq dənizinin qərb sahilində, Piriney yarımadasının cənubunda, Cəbəllütariq boğazından 100 kilometr uzaqda yerləşir. Əhali sayına görə Malaqa İspaniyada 6-cı, Əndəlüsdə 2-ci, Avropa İttifaqında 46-cıdır.
Malatya
Malatya — Türkiyənin Malatya ilinin inzibati mərkəzi. Əhalisi 806.156 və səhəsi 12313 km².
Malavi
Malavi (ing. Republic of Malawi, Nıyanca: Dziko la Malaŵi) — Afrika qitəsinin cənub-şərqində yerləşən və dənizə çıxışı olmayan quru ölkəsidir. 1964-cü ilədək Nyasalend adını daşımışdır. Keçmiş Britaniya koloniyasıdır. Şimal-qərbdən Zambiya ilə, şimal-şərqdən Mozambik ilə, şərq, cənub və qərbdən isə Tanzaniya ilə həmsərhəddir. Tanzaniya və Mozambik sərhəddində Malavi gölü yerləşir. Malavinin sahəsi 118,000 km2, əhalisi isə 16,777,547 nəfərdir. Onun paytaxı və ən böyük şəhəri Lilonqve, ikinci Blantyre, üçüncü isə Mzuzudur. Ölkənin ləqəbi "Afrikanın isti ürəyi"dir. == Tarixi == İndiki Malavi kimi tanına Afrika sahəsində ovçuluq və yığıcıqlıqla məşğul olan çox kiçik sayda əhali var idi.
Malaxay
Malaxay - türk və altay mifologiyasında cəza tanrısıdır. Mankalay və ya Mangalay olaraq da tanınır. Yakutların inancında, yeraltı aləmində günahkar insanların cəzalarını tərtib edən tanrılardan biridir. Adı süvari, atlı mənaları daşıyır.
Maldaş
Maldaş — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 41 km məsafədə yerləşir. XIX əsrin ortalarında qışlaq əsasında yaranmış kənddir. Qışlaq mal-qaraya sal daşlar üzərində duz verilən "Maldaş" yerinin adını əks etdirir. == Toponimi == Toponim Azərbaycan dilində "iri buynuzlu ev heyvanı, mal-qara, qaramal" mənasında işlənən mal sözü ilə Azərbaycan dilində "dağ, qaya" mənasında işlənən daş sözünün birləşməsindən əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Manadu
Manadu (mald. ފުނަދޫ) - yaşayışı olan ada, inzibati baxımdan Maldiv adalarının Nunu atolu ərazisinə daxildir. == Coğrafi yerləşmə == Manadu adası Nunu atoluna daxil olan 71 adadan biridir. Lakkadiv dənizində yerləşən ada ölkənin paytaxtı Male şəhərindən 177 km şimalda yerləşir. == Əhali == 2006-cı il məlumatına əsasən Manaduda 1201 nəfər yaşayır: 47 % kişi və 53 % qadın. Şəhər əhalisinin artım dinamikası: Əhalinin yaş strukturu: 49 % — 18 yaşından aşağı; 11,9 % — 19 - 25 yaş arası; 31,6 % — 26 - 64 yaş arası və 7,5 % — 65 yaş və yuxarı. Savadlılıq səviyyəsi — 97,53 %.
Marado
Marado (kor. 마라도) — Koreya boğazında yerləşən, Cənubi Koreya aid olan ada. Çecudo adasından 8 km cənubda qərarlaşır. Soqvipxo şəhərinin ərazinə daxildir. Cənubi Koreyanın cənub nöqtəsini təşkil edir. Adada ibtidai məktəb, polis idarəsi, kilsə və mayak vardır. == Coğrafiyası == Adanın sahəsi 0,3 km², sahil xəttinin uzunluğu 4,2 km təşkil edir. Ərazisində hündürlüyü 30-35 metr qayalıqlar mövcuddur. Maksimal hündürlüyü 39 metrdir. İqlimi subtropikdir.
Masada
Masada (ivr. ‏מצודה‏‎ — "qala") — İsrailin cənubunda Nəcəf çölündə yerləşən qala. Romalılara təslim olmaq istəməyən yəhudilər bu qalaya sığınır. Romalılarla yəhudilər arasındakı münaqişələrin əsasını din təşkil edirdi. Onlar istəyirdilər ki, yəhudilər öz inanclarını tərk etsinlər. İnanca görə, Masada qalası içərisində gizlənən yəhudilər, qurtuluş ümidlərinin tükəndiyini düşünüb və aralarından silah istifadə etməyi bacaran 10 şəxsi 950 insanı öldürmələri üçün vəzifələndirirlər. Qaydaya görə, bu 10 adam, digər 950 adamı öldürdükdən sonra, 10 nəfər arasında bir nəfər seçirlər və həmin bir nəfər 9 yəhudini öldürdükdən sonra özünə qəsd etməli idi. Şərt olaraq heç kimin sağ qalmaması qoyulmuşdu həmin seçilmiş insanların öhtəliyinə. Lakin toplu intihardan yalnız 2 qadın və 5 uşaq həyatda qalmışdır ki, onlar da bu dəhşətli hadisəni gələcək nəsillərə çatdırıb.
Melody
Gabriella Abreu Severino (4 yanvar 2006, San Paulo) və ya bilinən səhnə adı ilə Melody Braziliyalı müğənni. Melody 2015-ci ilin əvvəlində atası MC Belinho tərəfindən yazılmış "Fale de Mim" mahnısını oxuyan videonu öz Facebook səhifəsində yerləşdirdikdən sonra ölkədə şöhrət qazandı. Növbəti videoda o, Kristina Aqileranın[8] falsettosunu təkrarlamağa çalışdı ki, bu da viral oldu. Tezliklə o, bu dəfə atasının dostu Deborah Moreira ilə falsetto ifa edən başqa bir video çəkdi. Melody internetdə ən nüfuzlu braziliyalı uşaqlardan biri hesab olunur.
Molday
Molday — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Firudin Səməndərov — Azərbaycan hüquqşünası.
Valadi
Valadi (fr. Valady, oks. Valadin) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Marsiyak-Vallon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12288. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 17 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 1467 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 909 nəfərdən (15-64 yaş) 711 nəfəri iqtisadi cəhətdən fəal, 198 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,2%, 1999-cu ildə 76.7%).
Valday
Valday — Rusiya Federasiyasında yerləşən şəhər. Novqorod vilayətinə daxildir.
Halay
Halay (oyun) — Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. Halay (rəqs) (Yallı) — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biri.
Maadi
Maadi (arb: المعادي / rom: əl-Maadi) - Misirin paytaxtı Qahirənin ətrafında yerləşən şəhərətrafı zona. Buraya Misir Ali Konstitusiya Məhkəməsi, Amerika Kolleci, İngilis Beynəlxalq Məktəbi və Misir Geologiya Muzeyi daxildir.
Maday
Vikipediyada Maday haqqında aşağıdakı məqalələr var: Maday (Yafətin oğlu) — Yafətin oğlu. Maday (dövlət) — tarixsəl bir qəbilə. Maday (Bölgə) — Midiya bölgəsinin digər adı.