Azarol yemişan
Azarol yemişan (lat. Crataegus azarolus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Təbiətdə növün arealı Fransanın cənubunu və İtaliyanı əhatə edir.
== Botaniki təsviri ==
Hündürlüyü 6 m-ə çatan, cavan zoğları bozumtul tükcüklü, yayın axırlarında təxminən çılpaqlaşan ağac və ya koldur.Tikanları çox və ya azsaylı, bəzən isə tikansızdır, uzunluğu 0,5-1,5 sm-dir. Yarpaqları tünd yaşıl, uzunluğu 3-7 sm, eni 2,5- 6,5 sm, çılpaq və ya üstü sıx olmayan yapışıq tükcüklüdür, əks-yumurtavaridən rombvariyədək dəyişir, kənarları bütöv və ya ucunda bir-üç dişli pərlidir. Çiçək qrupunun diametri 3-5 sm çoxçiçəklidir, çiçək saplağı yaxşı inkişaf etmiş tükcüklüdür. Çiçəklərin diametri 1,5 sm, kasayarpaqları enli-üçkünc, tükcüklüdür; sütüncuqları iki, bəzən bir-üçdür. Mayda çiçəkləyir. Meyvələri təxminən şarşəkilli, diametri 12–15 mm, açıq qırmızı, yeməlidir. Çəyirdəkləri iri, bəzən bir, uzunluğu təxminən 10 mm, diametri 8 mm, arxa tərəfdən çox qabarıq və şırımlı, ön tərəfdən hamar və bir az batıqdır.