Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mahatma
Mahatma (sanskritcə-mahatma) — 1)hind mifologiyası və teosofiyasında dünya ruhu;"ilahi və fövqəladə insan"; 2)Hindistanda görkəmli, xüsusi ehtiram bəslənilən adamların adına edilən əlavə.
Malacca
Malakka (Jawi: ملاك; Malayca: Melaka) — Malayziyada bir ştatdır. Malay yarımadasının cənubunda yerləşir. Paytaxtı Malakka şəhəridir. Şimalında Neqeri Sembilan, şərqində isə Cohor ştatları yerləşir. Malaziyanın 3 ən kiçik əyalətidir. Sahəsi 1,650 km², əhalisinin sayı 713,000 nəfərdir.
Malakka
Malakka (Jawi: ملاك; Malayca: Melaka) — Malayziyada bir ştatdır. Malay yarımadasının cənubunda yerləşir. Paytaxtı Malakka şəhəridir. Şimalında Neqeri Sembilan, şərqində isə Cohor ştatları yerləşir. Malaziyanın 3 ən kiçik əyalətidir. Sahəsi 1,650 km², əhalisinin sayı 713,000 nəfərdir.
Malatya
Malatya — Türkiyənin Malatya ilinin inzibati mərkəzi. Əhalisi 806.156 və səhəsi 12313 km².
Maralça
Maralça (lat. Tragulus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin maralçalar fəsiləsinə aid heyvan cinsi.
Kalama
Kalama (ispanca:Calama) — Çilidə şəhər. Əhalisi 138402 nəfərdir (2002). Ərazi — 15597 km², əhali sıxlığı — 8,87 nəfər/km²-dir.
Makama
Malaqa
Malaqa — İspaniyanın cənubunda, Əndəlüsdə, yerləşən şəhərdir. Ərazisi 395 km², əhalisinin sayı 568.507 nəfərdir. Malaqa Aralıq dənizinin qərb sahilində, Piriney yarımadasının cənubunda, Cəbəllütariq boğazından 100 kilometr uzaqda yerləşir. Əhali sayına görə Malaqa İspaniyada 6-cı, Əndəlüsdə 2-ci, Avropa İttifaqında 46-cıdır.
Maluma
Maluma — Juan Luis Londoño Arias (28 yanvar 1994-cü ildə anadan olub) Kolombiyalı müğənnidir. "Felices los 4", "Borro Cassette", "El Perdedor" ve "Corazón" sinqlları "Billboard Hot Latin Songs" siyahısında ilk 10-luqda yer almışdır.
Manama
Manama(Ərəbcə المنامة Al-Manāmah) — Bəhreynin paytaxtıdır. == Tarixi == Şəhərin adına 1345-ci il ərəb xronikalarında rast gəlinir. İkinci dünya müharibəsində Manama şəhəri İngiltərənin Fars körfəzindəki rəsmi rezidensiyası olub. == Coğrafiyası == Paytaxt Fars körfəzində Bəhreyn adasının şimal-şərq hissəsində yerləşir. Həm də ölkənin baş dəniz limanı hesab edilir. == Əhalisi == Şəhərdə təqribən 200 min əhali yaşayır (2005). == İqtisadiyyatı == Şəhərin cənubunda neft-emalı və neft-kimya zavodları salınmışdır. Manama ölkədə kustar sənətkarlığın mühüm mərkəzidir. Şəhərdə böyük gəmi tərsanələri var. Şəhərin dəniz sahilində balıq ovlanır, mirvari və sədəf əldə edilir.
Masala
Masala (Tamilcə: மசாலா hind मसाला; benq. মশলা; urdu مصاله; nep. मसाला) — Cənubi Asiya mətbəxində (o cümlədən Hindistan, Pakistan, Nepal, Banqladeş, Miyanma, və Şri Lanka mətbəxlərində) ədviyyat qarışığını təsvir etmək üçün istifadə olunan termin.
Mazama
Mazama (lat. Mazama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Yalama
Yalama — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Din == Kənddə Yalama kənd məscidi dini icması fəaliyyət göstərir.
Chalempon Malakam
Chalempon Malakam (tay เฉลิมพล มาลาคำ, ing. Chalermpol Malakham; 10 oktyabr 1962) — Tailand musiqiçisi musiqi etiketi altında Topline Diamond.
Mahatma Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind मोहनदास करमचंद गाँधी, d. 2 oktyabr 1869, Porbandar, Qucarat — 30 yanvar 1948, Yeni Dehli) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Malakka (ştat)
Malakka (Jawi: ملاك; Malayca: Melaka) — Malayziyada bir ştatdır. Malay yarımadasının cənubunda yerləşir. Paytaxtı Malakka şəhəridir. Şimalında Neqeri Sembilan, şərqində isə Cohor ştatları yerləşir. Malaziyanın 3 ən kiçik əyalətidir. Sahəsi 1,650 km², əhalisinin sayı 713,000 nəfərdir.
Malakka boğazı
Malakka boğazı (ind. Malakka Madura,malay Selat Melaka) - Malay yarımadasını Sumatra adasından ayırır. Hind okeanına daxil olan Andaman dənizini Sakit okeana daxil olan Cənubi Çin dənizi ilə birləşdirir. Boğazın uzunluğu 930 km, eni isə ən dar yerdə 38 km təşkil edir. Strateji əhəmiyyət baxımından Süveyş kanalı və Panama kanalı ilə əhəmiyyətə malikdir. Bu yol Hind okeanı və Sakit okean arasında olan əsas dəniz yoludur. İl ərzində boğazdan 50,000 gəmi keçir. Onlar müxtəlif ölçülərə malik olsa da, dünya üzrə gəmilərin ¼ təşkil edir. Şərqi Asiya istiqamətində gedən neft daşımaları bu boğaz vastəsi ilə həyada keçirilir. Bu istiqamətindəki, daşımaların böyük qismi Yaponiya,Çin və Cənubi Koreyanın üzərinə düşür.
Malakka sultanlığı
Malakka sultanlığı — 1414–1511-ci illərdə mövcud olmuş, əsası islamı qəbul etmiş yavalı şahzadə Parameşvara İsgəndər şah tərəfindən qoyulmuş dövlət. == Tarixi == Malakka körfəzindən keçən ticarət yollarının yaxınlığı zəminində yeni eranın başlanğıcında Malakka yarımadasının cənub hissəsində iri liman şəhərləri yarandı. İlk dövrlərdə Malayyada Hindistandan gəlmə tacirlər və buddist rahiblər mühüm rol oynayırdılar. Hind mədəniyyətinin Malayyanın sosial-siyasi və dini həyatına təsiri uzun əsrlər boyu davam etdi. Malayyanın şəhər-dövlətləri və vilayətləri uzun müddət ərzində Cənubi Hindistan, Hind-Çin, Sumatra və Yavada yerləşən qonşu dövlətlərdən asılı idilər. Bu dövlətlər Malakka körfəzindəki gəmiçiliyi nəzarətə almaq uğrunda bir-biri ilə rəqabət aparırdılar. 1414-cü ildə islamı qəbul etmiş yavalı şahzadə Parameşvara İsgəndər şah adı altında Malakka sultanlığının əsasını qoydu. Onun tərkibinə, demək olar ki, bütün Malayya, Sumatranın bir hissəsi və yaxınlıqdakı bir neçə ada daxil idi. XV əsr ərzində islam dini Malayyada buddizm və hinduizmin mövqelərini xeyli zəiflətdi: müsəlman tacirlər beynəlxalq ticarətdə üstün mövqe qazanmağa başladılar, malay yazısı üçün hind qrafikası yerinə ərəb qrafikası istifadə olunmağa başladı. XVI əsrin əvvəllərinə doğru Malakka sultanlığı Cənub-Şərqi Asiyanın nüfuzlu şəhər-dövlətinə çevrildi və öz hakimiyyətini Sumatranın şərq hissəsinə qədər genişləndirdi.
Malatya döyüşü
Malatya döyüşü — 1473-cü il avqustun 1-də Malatyada Ağqoyunlularla Osmanlılar arasında döyüş baş verdi. Uzun Həsənin seçdiyi taktika nəticəsində Ağqoyunlu süvariləri Osmanlı qoşunlarının zərbə qüvvəsini aldadıb Fəratın sol sahilinə çəkildilər və II Mehmed məğlub oldu. Osmanlı sultanı zabitlərindən birini sülh bağlamaq üçün Ağqoyunlu hökmdarının yanına göndərdi. Lakin Ağqoyunlu hökmdarı bu təklifi qəbul etmədi və Tərcan istiqamətində hərəkətə başladı. == Tarixi == 1472-ci ilin baharında Osmanlılara qarşı müharibəyə başlamış Ağqoyunlu dövləti döyüş əməliyyatları keçirərək Tokatı, Qeysəriyyəni, Aksarayı və Akşehiri zəbt etdi və Qaramana daxil oldu. Lakin əsas qüvvələrdən ayrı düşmüş, yorğun Ağqoyunlu süvariləri Beyşehir gölü yaxınlığında ağır məğlubiyyətə uğradılar. Qışın düşməsi ilə əlaqədar olaraq hər iki tərəf əməliyyatı dayandırdı. II Mehmed Uzun Həsənə məktub göndərdi. 1473-cü ilin baharında ona qarşı səfərə çıxacağını bildirdi.1473-cü ildə Fərat sahilində iki ordu qarşı-qarşıya gəldi. Ağqoyunlu ordusunun sayı 70 min, Osmanlıların sayı isə 100 min təşkil edirdi.
Malatya ili
Malatya ili — Türkiyədə il. == Əhalisi == Hazırda Malatyada 800 000 nəfər türk, 400 000 nəfər kürd, 1 500 nəfər yezit və 200 nəfər azərbaycanlı yaşayır. == Kənd təsərrüfatı == Malatyada banan, kələm, keşniş, kök, qarpız, balqabaq, pambıq bitkiləri becərilir. == Malatyalı məşhurlar == Kamal Sunal-məşhur türk aktyoru, Şaban ləqəbi ilə məşhurdur.
Malayca Vikipediya
Malayca Vikipediya (Wikipedia Bahasa Melayu, qısaca:ms, cavi əlifbası: ويکيڤيديا بهاس ملايو) - vikipediyanın malayca bölməsidir. == Tarix == İlk dəfə bu dildə vikipediya İmran Vilyam Sit tərəfindən əsası qoyulmuşdur (Imran William Smith). 26 oktyabr 2002-ci ildə isə malayca bölmə administrator Bayon Bibber tərəfindən hazırlanmışdır. 20 fevral 2003-cü ildə malayca bölməsindən qeydiyyatdan keçmiş istifadəçi Sharuzzaman ilk məqalələr və düzəliş etməyə başlayır.
Maxatma Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind मोहनदास करमचंद गाँधी, d. 2 oktyabr 1869, Porbandar, Qucarat — 30 yanvar 1948, Yeni Dehli) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Maşalla Əhmədov
Maşalla Əhmədov (tam adı:Maşalla Əhməd oğlu Əhmədov; 2 iyun 1959, Kirovabad) — Azərbaycan futbolçusu, SSRİ idman ustası (1986). == Həyatı == Azərbaycan futbolunun ən güclü hücumçularından olan Maşalla Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. 1977-ci ildən Neftçi Bakı klubunda oynayıb. XX əsrin 80-ci illərində "Neftçi"də yeni "üçlük" yarandı. İsgəndər Cavadov, Maşallah Əhmədov və İqor Ponomaryovdan ibarət trio nəinki Azərbaycanda, hətta bütün SSRİ-də məşhur idi. Bu möhtəşəm "üçlük" istənilən oyunun taleyini həll etməyə qadir idi. 1986-cı ildə SSRİ-nin qeyri-rəsmi Olimpiya komandası bir matç oynayıb.. 1995-ci ildən 2008-ci ilədək AFFA-dan kənarda qalıb. Maşallah Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti postunu daşıyır.
Stefan Malarme
Stefan Malarme (fr. Stéphane Mallarmé; 18 mart 1842[…], Paris – 9 sentyabr 1898[…]) — Fransa yazıçısı və şairi.
Tüklü maralça
Tüklü maralça (lat. Epicometis hirta Poda.) Buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ == Xarici quruluşu == Sərtqanadlılar (Coleoptera) dəsətəsinin lövhəbığlar fəsiləsindən olub, qırmızımtıl ayaqları və qanadüstü oval formada olan qara rəngli böcəkdir. Bədəni və qanadüstü bozumtul pulcuqlarla örtülmüşdür. Bığcıqları gözlərlə yan-yana olub oxlov şəklindədir. Bədənin uzunluğu 9-12 mm-dir. Yaşlı fərdləri Naxçıvan MR-in meyvə bağlarında geniş yayılaraq meyvə ağaclarının tumurcuq və çiçəklərinə ciddi zərər verirlər. Xüsusilə ərik, şaftalı və heyvanın tumurcuq və çiçəklərinə 30-35 % zərər yetirir ki, bu da məhsuldarlığın xeyli aşağı düşməsinə səbəb olur. == Həyat tərzi == Böcək imaqo mərhələsində torpaqda qışlayır. Yazın əvvəllərində (martın axırı, aprelin əvvəlləri) qış yerlərindən çıxan böcəklər, bəzək bitkilərinin təzəcə əmələ gəlmiş tumurcuqları və sonra təzəcə açılmış çiçəkləri ilə qidalanırlar. Abşeronda az hallarda yenicə açılmış yarpaqlarla da qidalanmaları müşahidə edilmişdir.