Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Maqnoliya
Maqnoliya (lat. Magnolia) — maqnoliyakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == == Xarici keçidlər == Maqnoliya:The Plant List saytında takson barədə məlumat.
Zanbaqçiçək maqnoliya
Mərkəzi və Qərbi Çində yayılmışdır. Avropada 1790-cı ildən becərilir. 2-3 m hündürlükdə şar formalı koldur. Açıq boz rəngli, hamar qabıqla örtülmüşdür. Cavan zoğlarının uc hissələri əvvəlcə tüklü olur, sonradan çılpaqlaşır, qışa yaxın dövrdə isə tünd yaşıl, çox işıq olan tərəfdə isə qonur rəngli olub, tək-tək mərciməklərə malikdir. Yarpaqları enli-ellipsvari və ya tərs- yumurtavaridir. Təpə tərəfdən tünd yaşıl, alt tərəfdən açıq yaşıl rəngli, yaxşı gözəçarpan damarlanmaya malik, uzunluğu 15-20 sm, eni isə 8-10 sm-ə çatır. Çiçəkləri ensiz piyaləvari formalı, qoxusuz xaricdən qırmızımtıl, daxildən isə ağ rəngdə olub, qısa və yoğun çiçək saplağı üzərində yerləşmişdir. Çiçəkyanlıqları 6-9 hissədən ibarətdir. Xarici ləçəkləri neştərşəkilli olub, uzunluğu 2-3 sm, eni isə 0,8-1 sm-ə bərabərdir.
İriçiçək maqnoliya
İriçiçək maqnoliya (lat. Magnolia grandiflora) — maqnoliya cinsinə aid bitki növü. Vətəni Şərqi Аsiyаdır. Çin, Yаpоniyа, Cənubi Аmеrikа, Yеni Zеllаndiyа və digər subtrоpik iqlimli ölkələrin bаğ və pаrklаrındа bеcərilir. Hündürlüyü 30 m-ə, diаmеtri isə 10 m-ə çаtаn, həmişəyаşıl, sıхyаrpаqlı, еnli yumurtаvаri və yа gеniş pirаmidаl çətirə mаlik аğаcdır. Gövdələri yоğun, düz оlmаqlа, bоz və yа аçıq qоnur rəngli, 1-2 sm qаlınlıqdа qаbıqlа örtülmüşdür. Zоğ və tumurcuqlаrı nаrıncı rəngli sıх tükcüklərlə əhаtə оlunmuşdur. Yаrpаqlаrı tərs-yumurtаvаri və yа еnsiz, еllips fоrmаlı, uzunluğu 12-25 sm, еni isə 4-5 sm-dir. Tаmkənаrlı, dərivаri, pаrlаq yаrpаqlаrı аşаğı tərəfdən tünd nаrıncı rəngli qısa tükcüklərlə örtülü, bəzən isə çılpаq оlur. Sаplаğı 2,5-5 sm uzunluqdаdır.
Maqnoliya (film)
Maqnoliya (ing. Magnolia) — Pol Tomas Andersonun rejissorluğu ilə 1999-cu ildə çəkilmiş ABŞ istehsalı epik, psixoloji dram filmi. San Fernando vadisində keçən film, ölmək üzrə olan bir ata, onun gənc arvadı, onun dayəsi, məşhur itmiş oğlu, aşiq polis, dahi uşaq, əvvəllər vunderkind olmuş bir adam, veriliş aparıcısı və onun qızı daxil olmaqla bir-birləri ilə əlaqəsi olan insanların həyatından bəhs edir. Tom Kruz filmdəki performansına görə 2000-ci ildə "Qızıl Qlobus" mükafatına layiq görülüb.
Kobus maqnoliyası
== Təbii yayılması: == Vətəni Yaponiya və Koreyadır. == Botaniki təsviri: == Ən iri və soyuğadavamlı maqnoliya növlərindən biridir. Vətənində hündürlüyü 25-30 m-ə, mədəni şəraitdə hündürlüyü 10 m-ə çatan, yarpağı tökülən ağacdır. Təbii şəraitdə çayların ətrafında, bəzən bataqlıq sahələrdə digər yarpağı tökülən ağaclarla birgə bitir. Cavanlıqda çətiri ensiz-piramidal, sonra şarşəkilli olur. Çiçəkləri ağ rəngli, diametri 10 sm-ə qədər, xoş ətirlidir. Yazda yarpaqların açılmasına qədər çiçəkləyir. Tez böyüyür. Yarpaqları enli, yumurtaşəkilli, uzunluğu 10-12 sm, eni 4-6 sm, üst tərəfi parlaq yaşıl, alt tərəfi açıq yaşıl rənglidir. Saplaqların uzunluğu 2,5 sm-dir.
Virciniya maqnoliyası
Virciniya maqnoliyası (lat. Magnolia virginiana) — maqnoliya cinsinə aid bitki növü.
Maqnoliyakimilər
Maqnoliyakimilər (lat. Magnoliaceae) — maqnoliyaçiçəklilər sırasına aid bitki fəsiləsi.
Maqnoliyaçiçəklilər
Maqnoliyaçiçəklilər (lat. Magnoliales) — maqnolid kladına aid bitki sırası.
Maqnolia denudata
Magnolia denudata — Çinin müxtəlif ərazilərində rast gəlinən ağacdır. Bu ağac eramızın 600-cü illərindən başlayaraq Buddistlərin bağlarında əkilməyə başlamışdır. Bu ağacın çiçəkləri həddən artıq ağ rəngdə olduğundan onu təmizlik simvolu kimi qəbul edərək imperatorlar öz bağlarında, gəzməyə çıxdıqları yolların kənarlarında əkməyı əmr edirdilər. Elə o vaxtdan bu ağacı şəhərlərin ən görmli yerlərində, parklarda əkməyə başlamışlarş İndi bu ağac Şanxay şəhərinin ağacı hesab edilir. Bu ağac şəhərin havasına çox dözümlüdür. Həşəratlar da onun üzərinə az qonur. Odur ki, bu ağac şəhərin, xüsusilə ekoloji problemləri olan şəhərin əsl ağacı ola bilər.
Magnolia
Maqnoliya (lat. Magnolia) — maqnoliyakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == == Xarici keçidlər == Maqnoliya:The Plant List saytında takson barədə məlumat.
Magnolia grandiflora
İriçiçək maqnoliya (lat. Magnolia grandiflora) — maqnoliya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi Аsiyаdır. Çin, Yаpоniyа, Cənubi Аmеrikа, Yеni Zеllаndiyа və digər subtrоpik iqlimli ölkələrin bаğ və pаrklаrındа bеcərilir. == Botaniki təsviri == Hündürlüyü 30 m-ə, diаmеtri isə 10 m-ə çаtаn, həmişəyаşıl, sıхyаrpаqlı, еnli yumurtаvаri və yа gеniş pirаmidаl çətirə mаlik аğаcdır. Gövdələri yоğun, düz оlmаqlа, bоz və yа аçıq qоnur rəngli, 1-2 sm qаlınlıqdа qаbıqlа örtülmüşdür. Zоğ və tumurcuqlаrı nаrıncı rəngli sıх tükcüklərlə əhаtə оlunmuşdur. Yаrpаqlаrı tərs-yumurtаvаri və yа еnsiz, еllips fоrmаlı, uzunluğu 12-25 sm, еni isə 4-5 sm-dir. Tаmkənаrlı, dərivаri, pаrlаq yаrpаqlаrı аşаğı tərəfdən tünd nаrıncı rəngli qısa tükcüklərlə örtülü, bəzən isə çılpаq оlur. Sаplаğı 2,5-5 sm uzunluqdаdır.
Magnolia officinalis
Magnolia officinalis — maqnoliya cinsinə aid bitki növü.
Magnolia soulangeana
Magnolia soulangeana — maqnoliyakimilər fəsiləsinin maqnoliya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi Аsiyа və Şimаli Аmеrikаdır. == Botaniki təsviri == Hündürlüyü 1-3 m-ə qədər оlаn kiçik аğаc və yахud iri kоldur. Çiçəkləri yаrpаqlаr əmələ gələnə qədər, yаrpаqlаrlа еyni vахtdа аçılır. Çiçəkləri iri, əsasən 10-20 sm (4-8 düym), ağ, çəhrayı və tünd qırmızının müxtəlif çalarları, ətirlidir. Çiçəklərdən bəziləri şarşəkilli, digərləri isə kasavaridir. Yarpaqları növbəli, sadə, parlaq, tünd yaşıl, ovaldır. == Еkоlоgiyаsı == Şахtаyа və qurаqlığа dаvаmlıdır. Qаrа dəniz sаhili bоyuncа subtrоpik bölgələrdə, yаşıllıqlаrdа tеz-tеz təsаdüf edilir. Şəhərin əlvеrişsiz şərаitinə, qаzа və tüstüyə dаvаmlıdır.
Magnolia virginiana
Virciniya maqnoliyası (lat. Magnolia virginiana) — maqnoliya cinsinə aid bitki növü.
Magnolia × soulangeana
Magnolia soulangeana — maqnoliyakimilər fəsiləsinin maqnoliya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi Аsiyа və Şimаli Аmеrikаdır. == Botaniki təsviri == Hündürlüyü 1-3 m-ə qədər оlаn kiçik аğаc və yахud iri kоldur. Çiçəkləri yаrpаqlаr əmələ gələnə qədər, yаrpаqlаrlа еyni vахtdа аçılır. Çiçəkləri iri, əsasən 10-20 sm (4-8 düym), ağ, çəhrayı və tünd qırmızının müxtəlif çalarları, ətirlidir. Çiçəklərdən bəziləri şarşəkilli, digərləri isə kasavaridir. Yarpaqları növbəli, sadə, parlaq, tünd yaşıl, ovaldır. == Еkоlоgiyаsı == Şахtаyа və qurаqlığа dаvаmlıdır. Qаrа dəniz sаhili bоyuncа subtrоpik bölgələrdə, yаşıllıqlаrdа tеz-tеz təsаdüf edilir. Şəhərin əlvеrişsiz şərаitinə, qаzа və tüstüyə dаvаmlıdır.
Magnolia Hotel (Hyuston)
Magnolia Hotel - Texas ştatının Hyuston şəhərində yerləşən mehmanxanadır. 1926-cı ildən 1927-ci ilə qədər Hyustonda ən yüksək bina idi.
Manqaliya
Manqaliya (rum. Mangalia; türk. Mankalya) — Rumıniyanın Konstantsa judetsinin cənub-şərqində, Qara dəniz sahilində yerləşən liman şəhəri.
Aqnoziya
Aqnoziya (yun. ἀ - inkar hissəciyi; γνῶσις - bilik) — huşun və hissiyyatın saxlanılması ilə qavramanın müxtəlif növlərinin pozulması.
Maqnolid
Maqnolid (lat. Magnoliids, Magnoliidae və ya Magnolianae) — çiçəkli bitkilər qrupuna aid klad.
Maqniya
Məğniyyə (ərəb. مغنية‎) — Əlcəzairin şimal-qərbində, Tlemsen vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Mərakeşlə sərhədə yaxın ərazidə, eyniadlı düzənlikdə, Tafina çayının qərbində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 363 metrdir. Məğniyyə ölkənin paytaxtı Əlcəzairdən təxminən 475 kilometr (295 mil) qərb-cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 114,634 nəfər idi.
Maqneziya döyüşü
Maqneziya döyüşü - E.ə. 190-cı ildə (Bəzi tədqiqatçılara görə E.ə. 189-cu ildə) Selevkilər və müttəfiqləri ilə Roma Respublikası və Perqama krallığının orduları arasında döyüş. Selevkilər dövlətinin ordusuna III Antiox, Roma Respublikası ordusuna konsul Lusi Kornelli Skipo və qardaşı Publi Korneli Skipo, Perqam krallığı ordusuna isə II Emanuel rəhbərlik edirdi. Selevkilər tərəfdə Qalatiyalılar və Kelt tayfalarıda vuruşurdu. Roma Respublikası bu döyüşdə böyük qələbə qazandı və Selevkilərin hakimiyyəti altında olan Anadolu torpaqları Romanın əlinə keçdi. Bu döyüş barədə məlumatı Romalı tarixçi Titu Livi və Appian öz yazılarında qeyd etmişdir. == Döyüşdən öncə == Selevkilərin keçmiş müttəfiqi Filip E.ə. 197-ci ildə Romaya məğlub oldu. Selevki hökmdarı ona Yunanıstanı işğal etmək fürsəti verdi.
Malida (Maqnesiya)
Malida (q.yun. Μελίβοια) — qədim Fessaliyada Maqneziya şəhəri və polisi (şəhər-dövləti).,Homer tərəfindən "İliada"da Filoktetə tabe olan yerlərdən biri kimi qeyd edilmişdir. Dəniz sahilində yerləşirdi. Şəhər bənövşəyi rəngi ilə məşhur idi. Hətta XIX əsrə qədər, bənövşəyi boyanın əldə edildiyi qabıqlı balıqlar Fessaliya sahillərində tapılmışdır.
Amblyseius magnoliae
Amblyseius magnoliae (lat. Amblyseius magnoliae) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius magnoliae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Artemisia mangolica
Artemisia mangolica (lat. Artemisia mangolica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.