Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Marallar
Marallar (lat. Cervidae) — cütdırnaqlılar dəstəsiə aid fəsilə. 40 növə malikdir. Avrasiya, Şimali Amerika, Cənubi Amerikada yayılıb, eləcə də insanlar tərəfindən Avstraliya və Yeni Zelandiyaya gətirilib. Azərbaycan folklorunda adı ən çox hallanan heyvanlar arasında maral sözsüz ki, birincilər sırasındadır. Lap qədim dövrlərdən indiyə kimi həmişə insanın bu "dağlar və meşələr gözəli"nə xüsusi marağı olub. Ona görə də məişət və təsərrüfat fəaliyyətində maraldan zaman-zaman istifadə ediblər. Maralın qidalığına görə əti və südü, sənaye əhəmiyyətinə görə isə dərisi və buynuzu əvəzsiz sayılıb. Maral estetik baxımdan və mənəvi tələbatı ödəmək cəhətdən müqayisəolunmazdır. Gözəl təbiət müşahidəçisi, yazıçı-ekoloq Zaman Novruz onu bu cəhətdən belə ifadə edirdi: "Təbiətcə çox da sakit olmayan maralın görkəmindəki zəriflik, baxışlarındakı mehribanlıq, cəlbedicilik, duruşundakı vüqar, əzəmət və incəlik onu gözəllik rəmzi kimi dilə-dişə salmış, adı nağıllara, dastanlara, şeirlərə düşmüş, neçə-neçə maral ünvanlı əfsanə yaranmışdır".
Maratxlar
Maratxlar (marathi मराठी माणसं və ya marathi महाराष्ट्रीय) — Hindistanda xalq, Maxaraştra ştatının əsas əhalisi, == Haqqında == Maxaraştra ştatına qonşu ştatlarda kiçik qruplar halında yaşayırlar, İsraildə və Mavrikidə disporaları mövcuddur. Maratxların sayı 1997-ci ilin məlumatlarına əsasən 68 milyon nəfər , 2007-ci ilin məlumatına görə isə 80 milyon nəfər olmuşdur. Maratx dilində danışırlar. Əksəriyyəti induizm, qalanları isə caynizm, islam, xristianlıq dinlərinə sitayiş edirlər. Əsas məşğuliyyətləri əkinçilikdir. == Tarixi == Hindistanın bir çox xalqlarına nisbətən çoxsahəli kustar istehsalın mövcudluğu və qədim tarixə malik ənənəvi dəniz ticarəti maratxlarda daha əvvəl kapitalizm münasibətlərinin inkişafına, fəhlə sinfinin və milli burjuaziyanın yaranmasına səbəb olmuşdur. XV əsrdə rus taciri və səyyahı Afanasi Nikitin maratxların qonağı olmuşdur. Onun hindlilərin məişəti, adət və ənənələri barədə qeydləri ilk növbədə bu xalqa aid olmuşdur. Bir neçə yüzilliklər ərzində maratxlar Böyük Moğol imperiyasına (məsələn, XVII əsrdə Şivacinin rəhbərliyi altında ), portuqaliyalılara, daha sonralar isə ingilis müstəmləkəçilərinə qarşı gərgin mübarizə aparmışlar. İngilis-maratx müharibələri nəticəsində maratx əraziləri ingilislər tərəfindən işğal edilmişdir.
Aratlar
Aratlar (monqolca ard — əməkçi, xalq) — Monqolustanda əməkçi maldar kəndlilər. Aratlar feodalların istismar etdiyi təhkimli kəndlilər idi. Aratlar üç qrupa, yəni silkə bölünürdü: Albatu, inabinar, xamçilqa. 1921-ci il Monqolustan inqilabında aratlar həlledici rol oynamışdılar. Monqolustan Xalq Respublikasında aratlar fəhlə sinfi və əməkçı ziyalılarla birlikdə sosializm quran azad sinfə çevrilmişdir. Onlar kənd təsərrüfatı kooperativlərində birləşmişdilər. Tıvadakı kəndlilər də aratlar adlanır.
Əsl marallar
Əsl marallar (lat. Cervinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Milli maraqlar
Milli maraqlar — bütövlükdə milli dövlətin obyektiv əhəmiyyətli məqsəd və vəzifələri. Milli maraqlar siyasi maraqların bir növüdür. == Tarixi == Ayrı-ayrı dövlətlərin maraqları haqqında doktrina ilk dəfə Makiavelli tərəfindən əsaslandırılmış, 16-17-ci əsrlərdə Covanni Botero və Jan Boden tərəfindən hərtərəfli işlənib hazırlanmış və 18-ci əsrə qədər hər bir fəal siyasətçiyə yaxşı tanış olmuşdur. Bu təlimin mahiyyəti Rohan hersoqu tərəfindən tapılan düstur idi: “Knyazlar xalqlara əmr verir, knyazlara isə maraqlar əmr edir”. Əsrlər boyu bu sırf praktiki təlim fəlsəfə və tarixşünaslıqda hakim olan təbii hüquq təlimi ilə bağlı olmadan, mənəvi cəhətdən təcrid olunmuş bir varlığa səbəb olmuşdur. Pufendorf 17-ci əsrin sonlarında sərt və birtərəfli əzəmətin köməyi ilə müasir dövrün tarixinə dair böyük əsərlərində dövlət maraqları doktrinasını siyasi fəaliyyəti dərk etmək prinsipinə çevirə bildi. Henri Bolinqbrokun bir qədər səthi “Tarixin öyrənilməsi və istifadəsi üzrə məktubları” ( 1735 ) haqqında ən yaxşı cəhət onun müasir siyasi tarixə maraqlar doktrinasının ruhunda baxışları idi. Maraqlar doktrinasına həsr olunmuş son böyük ümumiləşdirici iş Jan Russenin “Avropa hökmdarlarının həyati maraqları və iddiaları” ( Les intérêts présents et les prétentions des puissances de l'Europe, birinci nəşr - 1733, 341-17 ) arayış kitabı idi. 18-ci əsrin ortalarında o, Maarifçilik fəlsəfəsinə mexaniki şəkildə daxil edildi: “Dövlət marağı kralların suveren müdrikliyidir ” ( Volter ). Tarixi aspektdə milli maraqlar kateqoriyası Fridrix Meyneke tərəfindən dərindən və hərtərəfli öyrənilmişdir.
Boratlar
Boratlar — minerallar, ortobor turşusu H3BO3 və hipotetik polibor turşuları H2B4O7, H3B5O9 və başqa duzları. == Haqqında == Boratlar təbiətdə 85 borat məlumdur. Susuz boratlar. Sərtliyi adətən 5–6, suluların 2–4. Rəngsiz, ağ, boz, bəzən sarı və başqa rənglərdə. Boratlar bir neçə növ genetik yataqları rast gəlir; əsasən kontakt-metasomatik, vulkanogen-çökmə və halogen mənşəli yataqlardır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Karaylar
Kəraimlər (kəraimcə. krım dialektində: tək. къарай, cəm. къарайлар; trakay dialektində: tək. karaj, cəm. karajlar; ivr. ‏קָרָאִים‏‎ — "kəraim", hərfən oxuyanlar) — Belarus, Litva, Krım, Qərbi Ukrayna, Polşa, ABŞ, Rusiya, Dağıstan, Türkiyə, İsrail və Rumıniyada yaşayan Yəhudi Krım Türk xalqı. == Tarixi == Kəraim xalqının və dininin adı "Bibliyanı oxumaq, öyrənmək, şöhrətləndirmək, onun davamçısı olmaq" mənasını daşıyan ərəb və qədim yəhudi sözü "kara"-dan gəlir. "Karaim" ifadəsi etnik, dil, və dini mənsubiyyəti göstərmək üçün işlənilir. Litva karaimləri nəzərdə tutulduqda bu iki ifadə üst-üstə düşür.
Macarlar
Macarlar — Ural xalqları fin-uqor qrupunun uqor qoluna mənsub olan xalq. Macarıstan Respublikasının əsas əhalisidir. == Ümumi məlumat == Macarlar özlərini madyar adlandırırlar. Ural dilləri fin-uqor qrupunun uqor qoluna mənsub olan macar dilində danışırlar. Antropoloji cəhətdən yekcins olmayan macarlar əsasən ağ (Avropa) irqinin Orta Avropa tipinə aiddirlər. Dini dünyagörüşlərinə görə xristiandırlar (katolik). Şərqdən apardıqları qədim dini görüşlərinin, həmçinin şamançılığın izlərini hələ də saxlamaqdadırlar. Macarların dini görüşlərində, qədim türklərdə olduğu kimi, "Başı göy qübbəsinə çatan Dünya ağacına inam" çox güclüdür. 1989-cu il məlumatına görə sayları 14,5 milyon nəfərdir. Macarıstanın əhalisinin 99.4 %-ini təşkil edirlər..
Madaylar
Midiyalılar, madalılar, və ya medlər — e.ə. IX–VII əsr aşur mənbələrinə görə İran yaylasının Xəzər dənizindən cənubda – təqribən, indiki Zəncan–Həmədan, Qəzvin–Tehran zonasında, həmçinin şərqə və cənub-şərqə doğru uzanan rayonlarda məskunlaşmış xalq. Midiyalıların ölkəsi İranın şimal-qərbində, indiki Azərbaycan, Kürdistan və Kermanşahin bir hissəsində yerləşirdi. Midiyalılar haqqında ilk məlumat e.ə 9 əsrin 30-cu illərinə aiddir. Müxtəlif dövr mənbələrində onlar amadai, madai, matai (aşur), maday (qədim yəhudi), maktape ( yeni elam) mada (qədim fars) medoi (qədim yunan medoi; müqaysə et. Kipr mənbələrindəki "madoi"la) medi (latın), mark (qədimi erməni) adları ilə məlumdurlar. Bu adların hamısı nəticə etibarilə Midiyanın etnonimi "mada"dan yaranmışdır. Etimoligiyası dəqiqləşdirilməsə də yəqin ki, mütəxəssislərin hesab etdiyi kimi həmin ad İran mənşəlidir. Midiya tayfaları İran yaylasına e.ə.2- ci minilliyin sonu-1-ci minilliyin əvvəllərindən gec olmayaraq köçüb gəlmişlər. Herodomun (e.ə 5 əsr) mə1lumatına görə Midiyalılar altı tayfadan (buslar, paretakenlər, struxatlar, arizantlar, budilər və maqlar) ibarət idilər.
Malaylar
Malaylar — Avstroneziya dillərinə aid Malay dilində danışırlar. Qədim zamanlarda onlar Cənubi Hindistan əlifbasında yazırdılar. 14-15-ci əsrlərdə ərəb əlifbasından istifadə edirdilər. Malaylar əsasən Cənub-Şərqi Asiya bölgəsində yayılmışlar: Bruney, Timor, İndoneziya, Madaqaskar, Malayziya, Filippin və Sinqapurda kompakt şəkildə yaşayırlar. Onlar həmçinin Avstraliya, Kanada, Komor adaları, Almaniya, Yaponiya, Myanma, Niderland, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Xaynan, Honkonq, Yeni Kaledoniya, Şimali Marian adaları kimi ərazilərdə yaşayırlar. Dil baxımında malay-polineziya dillərinə mnub olan Malay dilində danışırlar. Bəzən Malaylar termini geniş mənada işlədilir. Onlar arasında islam, xristianlıq, buddizm, induizm və qəbilə adət ənənələri geniş yayılmışdır. Dəri rəngləri baxımından açıq bürünc və tünd qəhvəyi olurlar. == Malay mətbəxi == Qidaların başında təbii ki, düyü durur, ustəlik ət, tərəvəz, balıq məsulları geniş istifadə edilir.
Maraşılar
Mərəşilər, Maraşılar (maz. مرعشیون)-İranın Təbəristan regionunda qurulmuş ərəb əsilli və Şiə sülaləsi idi.Bu sülalənin banisi Mirbozorg idi.O, Mərəşi seyidlərindən idi ki, nəsəbləri İmam Zeynül-Abidinin törmələrindən olan Əli əl Mərəşə yetişirdi.Paytaxtları Sari, Amul və Vatasan şəhərləri olub.
Marranlar
Marranlar — Orta əsrlərdə İspaniya, habelə Portuqaliyada rəsmi surətdə xristianlığı qəbul etmiş yəhudilər. Əhalinin digər qruplarından fərqlənirdilər. Ticarət və digər işlərlə məşğul olmaqla yanaşı dövlətdə yüksək vəzifələr də tuturdular. Varlı olduqlarından din xadimləri və feodallar onlara qibtə edirdilər. İnkvizisiya marranları vaxtaşırı xristian dinindən dönməkdə ittiham edib, onları təqiblərə məruz qoyurdu.
Marşallar
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən 16 fevral 2016-cı ildə təsis olunmuş Bakı Marşal Klubunun əsas məqsədi marşallar arasında ünsiyyət və əlaqəni gücləndirmək, komanda ruhunu inkişaf etdirmək və üzvlər arasında güclü qarşılıqlı münasibətlər yaratmaqdır. Bakı Marşal Klubu, həmçinin, brendləşmə, promo, müxtəlif tədbirlərin təşkili, yerli və xarici marşallarla ünsiyyətin inkişaf etdirilməsi və Bakı Marşal Mərkəzinin faəliyyətinin həyata keçirilməsinə cavabdehlik daşıyır. Klubun əsas məqsədlərindən biri Marşallıq hərəkatını genişləndirmək və Azərbaycanda bu məşğuliyyət növünü inkişaf etdirməkdir. Bakı Marşal Klubunun üzvləri Bakıda təşkil olunumuş Formula 1 Avropa Qrand Prisi ərzində aktiv şəkildə iştirak etməklə yanaşı, müxtəlif ölkələrdə keçirilən 2016 Formula 1 Gulf Air Bahrain Qran Prisi, TCR Bahrain, Porsche GP3 və GP2 , 6 hours of Bahrain WEC, 2016 Formula 1 Etihad Airways Abu Dabi Qran Prisi, 2017 Formula 1 Gulf Air Bahrain Qran Pri, Porsche GT3 Orta Şərq, TCR Beynəlxalq seriya yarışları, 2017 ,2018 2019,2021-ci ildə keçirilən Formula 1 Azərbaycan Qran Prilərində yarışının təşkilində iştirak ediblər. Marşallıq çox əhəmiyyətli fəaliyyət sahəsi olaraq, məsuliyyət, dəqiqlik və bu şəraitdə işləmək üçün güclü istək kimi şəxsi keyfiyyətlər tələb edir. Marşallar – yarış zamanı yarana biləcək müxtəlif halları aradan qaldırmağa hazır ola bilən hərtərəfli bacarıqlara malik şəxslərdir. Dünyada keçirilən bütün Formula 1 yarışlarının təşkilatçılığında və keçirilməsində Marşallar böyük əhəmiyyət daşıyır. F1 aləmində Marşallara həmçinin "Yarış Rəsmiləri" də deyilir. Onların işi F1 pilotlarının təhlükəsizliyinin təminatında və bütün Marşal komandasının inzibati təşkilatçılığında həyati əhəmiyyət daşıyır. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təsis edilən Baku Marshals Club marşallıq fəaliyyətinin bütün istiqamətlərinə dair tədbirlər təşkil edir, müsahibələr və təlimlər keçirir, eyni zamanda beynəlxalq Marşal Klubları ilə də sıx əməkdaşlıq qurur.
Mataylar
Mataylar — qədimdə Azərbaycan ərazisində yaşamış tayfalar. Bu tayfalar Atropatena ərazisində yaşamış 5 tayfadan biri idi.
Moravlar
Moravlar və ya Moraviyalılar (çex. Moravané) — əsasən Moraviyada (Çexiyanın cənub-şərqində) yaşayan Qərbi slavyan xalqı. Yazısı latın əlifbasına əsaslanır. Etnonim ehtimal ki, Morava çayından gəldir. Rəsmi Çex tarixşünaslığı və etnoqrafiyası moravları çexlər hesab edir. Moravların öz milli kimliyi var. == Tarix == Moraviya ərazisində slavyan varlığı VI əsrdən qeyd edilir. 623-665-ci illərdə Moraviya Samo slavyan knyazlığının tərkibində idi (658-ci ildən sonra dövlət dağıldı). IX əsrə yaxın Moravlar xristianlığı qəbul edir. IX əsrdə Moymiroviçlər sülaləsindən olan yerli şahzadə I Moymir paytaxtı Veleqradla birlikdə Böyük Moraviya İmperiyasını qurur.
Mulatlar
Mulatlar — avropeid və neqroid irqlərinin qarışığından yaranan insanlar. Mulatlar Latın Amerikası və Karib dənizi hövzəsi əhalisinin əksəriyyətini təşkil edirlər (Dominikan Respublikası — 73 %, Kuba — 51 %, Braziliya — 38 %), həmçinin bəzi Afrika ölkələri (CAR, Namibiya). Bu ifadə ilk dəfə XVI əsr ispan sənədlərində rast gəlinir və ispan və ya portuqal dilindən yarandığı ehtimal edilir. Mulato sözü birinci versiyaya görə o ərəb sözü olan muvalloddan yaranıb, bu sözlə təmiz ərəb olmayanlar adlandırılırdılar. İkinci versiyaya görə ispan sözü olan mulodan yaranıb ki, eşşəklə atın qarışığı olan qatıra deyilir. Həmçinin kvarteron- 1/4 zənci qarışığı olan, oktoron və ya myulatr — 1/8 zənci, myustiv(1/2), qriff (3/4), marabu (7/8), musti (1/8) və mustafino (1/16)qarışığı olan tiplər də var. Axırıncı iki ad yerli Yamay adlarıdır. İndi bu terminlər az işlədilir. Elmdə isə "açıq" və "tünd" mulatlar anlayışı var. == Məşhur mulatlar == Barak Obama — Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti.
Oyratlar
Oyratlar — Qərbi monqol tayfası. == Tarixi == Monqollar qəbilələrə, tayfalara və uluslara ayrılırdılar. Monqol cəmiyyəti siniflərə – çöl aristokratiyasına, rəiyyətə və qullara bölünmüşdü. Bu qulların dünyanın digər məmləkətlərindəki qullardan bir fərqi vardı: onları satmırdılar. XII əsrin ikinci yarısında Dalay-nur və Buar-nur monqol qəbiləsindən olan tatarlar da köçərilik edirdilər. Tatarlardan qərbdə kerait adlı xalq yaşayırdı. Naymanlar isə kereitlərdən qərbdə məskən salmışdı. Tatarlardan, keraitlərdən və naymanlardan şimalda monqol adlı qəbilə yaşayırdı. Monqollardan qərbdə Xanqay dağlarının ətəklərində və Baykal gölünün ətraflarında merkitlər, Sayan dağları ilə Baykal gölü arasında oyratlar, Cunqariyada uyğurlar məskunlaşmışdılar. Oyratlar cunqar, dörbet, xoşut, ələt qollarından ibarət idi.
Qaraylar
Qarayilər, Gəraylılər, Qaraylar, Qara Tatarlar və ya Karayitlər(fars. قرایی ها،گرایلی ها‎) İranda yaşayan Türk soylu xalqlardandır.Qəraylərin çoxu Rəzavi Xorasan ostanının Türbət Heydəriyə şəhərində sakindirlər.Bu şəhəri İshaq xan Qarayi təsis edib. Qarayilər həm də Rəzavi Xorasan ostanının Türbət Cam şəhərində, Kirman ostanının Sircan və Bərdsir şəhərlərində və Qaşqayların arasında da yaşayırlar və Qaşqay elinin oymaqlarının birini təşkil edirlər. == Tarixçə == XII əsrdə Qəraylər Monqolustanın Qaraqum məntəqəsin işğal etdilər amma sonra Monqollar onları məğlub etdilər. Monqolların qələbəsindən sonra iki qrupa bölündülər.Bir qrup ərazilərin öz ata-baba torpaqlarında saxladılar Digər qrup Hülaku xan ilə İran və Azərbaycanı fəth etmək üçün əməkdaşlıq etdilər.Monqulların hakimiyyətinin tənəzzülündən sonra Türkiyə hicrət etdilər. 14-cü əsrdə Əmir Teymur 40000 Qarayi ailəsin Türkiyədən Səmərqənddə köçürdü ki onlardan 12000 ailə Xorasana getdilər. 16-cı əsrdə Səfəvilər dövləti onların bir qismin Hərat və Mərvdə sakinləşdirdi. Amma sonra bu qəbilər Məşhədin cənubuna qayıtdılar.18-ci əsrdə Nadir şah Əfşar, Xorasanın şərqin onlara verdi və Türbət Heydəriyə onların mərkəzi oldu.Qacarlar dövründə onlar müstəqilliklərini mərkəzi hökumətdən saxlamışdırlar amma Abbas mirzə Qovanlı-Qacar, onların liderləri Məhəmməd xanı həbs edəndən sonra Qarayilərin müstəqillikləri və Türbət Heydəriyədə ki hakimiyyətləri sona çatdı və Qacar şahları və şahzadələri məntəqənin hakimiyyətin ələ aldılar və ondan sonra Qarayi elinin liderləri bütün 19-cu əsrin boyunda məntəqənin Qacar hökmdarının vəziri və müavini kimi oldular.Məhəmməd xan Təbrizdə bir hörmətli məhbus kimi şəxsi evində yaşadı və sonra orada da vəfat etdi. == Dil və Məzhəb == Qarayilər əski zamanlarda kamilən Türk dilli xalqlardan idilər və dinləri Şamanizm, Yəhudilik, Xristianlıq və İslam idi. Hal-hazırda İrandakı Qarayilərin əksəriyyəti Fars dilli və Bəluc dilli olublar və çox azı Türk dilində danışırlar, və əksəriyyətinin dini İslam və şiə məzhəbidir.
Qaraşlar
Qaraşlar — Azərbaycan Respublikasının Ağdərə rayonunun Sırxavənd kənd inzibati ərazi dairəsində kənd. == Tarix == Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci ildə Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qaraşlar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qaraşlar kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.
Sarallar
Sarallar — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeliyində kənd. == Tarixi == Qarapapaqlar bugünkü Azərbaycan türklərinin əsas hissəsini təşkil edir. Qafqaza ilk dəfə XI əsrdə ayaq basan Qıpcaqların soyundan olan bu boy, Gürcü Çarının dəvəti ilə burada yaşamağa başlamışdır. Sonrakı illərdə daim Oğuzlarla savaş şəraitində yaşamış, bir neçə əsr içində onlarla qarışmışdır. Azərbaycanda qurulan Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi dövlətlərinin tərkibində yer alıb. XVI əsrdən etibarən formalaşan Azərbaycan xalqının özəyini təşkil edib. XIX əsrdə rus çarizminə qarşı mübarizə aparan qaçaqların bir çoxu Qarapapaq tayfasından çıxmışdir. XX əsrin əvvəllərində Qarapapaqlar, təkbaşına təşkilatlanaraq erməni daşnaqlarına və rus işğalçılarına qarşı müharibə aparmış. Nəticədə, Cənub-Qərbi Qafqaz Türk Cumhuriyyətini qurmuşlar. Daha sonra ləğv olunaraq Azərbaycan Demokratik Respublikasinin terkibinə qatılmışdır!
Sarmatlar
Sarmatlar — Azərbaycanlıların etnogenezində iştirak etmiş atlı köçəri qədim türkdilli xalqlarından biridir. Sarmatlar iskit dilində danışırdılar və daha geniş İskif mədəniyyətlərinin bir hissəsi idilər. == Etnik kimlikləri haqqda nəzəriyyələr == XIX yüzilliyə kimi bütün tarixçilər skifləri, sarmatları, alanları türk hesab edirdilər. XIX-XX əsrdə osetin tarixçisi Vaso Abayev irandilli nəzəriyyənin bünövrəsini qoydu və Avropada, Rusiyada antitürkçülüyün yayıldığı dövrdə sevildi və təbliğ olunmağa başlandı. === İran nəzəriyyəsi === İranşünas tarixçilərin əksəriyəti sarmatları irandilli xalq sayılırdılar. İranistlər, bir qayda olaraq, yazdıqları məqalələrdə, elmi işlərdə skiflərin, sarmatların, alanların hind-avropalılarda olmayan etnik xüsusiyyətlərini və qədim tarixçilərin verdikləri məlumatları nəzərə almırlar. === Türk nəzəriyyəsi === Herodotdan başlayaraq antik müəlliflər cənub-Şərqi Avropa çöllərində, sarmat və savromat adlı etnosun yaşadığını və türk olduğunu yazırlar. Bu atlı xalqları hind-avropalılardan fərqləndirən özəllikləri var idi: Kütləvi şəkildə mahir at miniciləri idilər, körpəlikdən at sürürdülər. At əti yeyirdilər. Qımız (at südü) içirdilər.
Tarazlar
Tarazlar quruluşuna görə iki cür olur: Silindrik taraz - içərisi yaxşı cilalanmış şüşə silndrdən ibarətdir. Dairəvi taraz - aləti təxminən, silindrik taraz isə dəqiq üfüqi vəziyyətə gətirmək üçündür. == Taraz == Spirt və ya efir qızdırılıb şüşəyə töküldükdən sonra silindrin ağzı möhkəm bağlanır. Maye soyuduqdan, onun həcmi kiçilir və şüşədə boşluq (qabarcıq) əmələ gəlir. Silindrin səthində 2 mm-lik bölgülər vardır. Orta bölgü sıfır bölgüsü adlanır. Qabarcığın bir bölgü qaçması nəticəsində tarazın şaquli oxunun meyl etməsinə tarazın bir bölgüsünün qiyməti deyilir. Tarazın dəqiqliyi onun bir bölgüsünün qiymətindən, axırıncı isə silindr qövsünün radiusundan asılıdır. Silindrin radiusu böyüdükcə, tarazın bir bölgüsünün qiyməti kiçilir, dəqiqliyi isə artır. Üfuqi vəziyyət silndrik tarazın düzəldici vinti ilə təzim olunur.
Saraylar
Saray — Saray böyük iqamətgahdır, xüsusən də kral iqamətgahı və ya dövlət başçısının və ya yepiskop və ya arxiyepiskop kimi digər yüksək vəzifəli şəxslərin evidir. Bu söz Romada İmperator iqamətgahlarının yerləşdiyi Palatine təpəsinin Latın adı palatiumdan götürülüb. == Etimologiya == Saray sözü qədim fransızca palais (imperator iqamətgahı), Romanın yeddi təpəsindən birinin adı olan Latın Palatium sözündən gəlir. Palatin təpəsindəki orijinal "saraylar" imperiya hakimiyyətinin oturacağı, Kapitoliya təpəsindəki "kapitol" isə Romanın dini nüvəsi idi. Şəhər yeddi təpəyə qədər böyüdükdən çox sonra Palatine arzu olunan yaşayış sahəsi olaraq qaldı. İmperator Sezar Avqust orada, yalnız Senat tərəfindən verilən zəfər əlaməti olaraq ön qapının yanında əkilmiş iki dəfnə ağacı ilə qonşularından ayrılan məqsədyönlü təvazökar bir evdə yaşayırdı. Onun övladları, xüsusən də Neron "Domus Aurea" (Qızıl Ev) ilə binanı və onun ərazisini təpənin zirvəsinə qalxana qədər dəfələrlə genişləndirdilər. Palatium sözü təpənin üstündəki məhəllə deyil, imperatorun iqamətgahı mənasına gəldi. "Hökumət" mənasını verən saray, Paul Deacon-un c yazısında qeyd edilə bilər. AD 790 və 660-cı illərin hadisələrini təsvir edir: "Qrimuald Beneventuma yola düşərkən sarayını Lupusa həvalə etdi" (Historia Langobardorum, V.xvii).
Maronlar
Maronlar (fr. les Marrons, "vəhşilik, vəhşi vəziyyətə qayıtmaq") — Qərb yarımkürəsində baş tutmuş Avropa müstəmləkəçiliyi mərkəzlərindən uzaqda yerləşən ucqar dağlıq regionlarda əsrlər boyu yarımköçəri və praktiki olaraq müstəqil həyat tərzi sürən qaçaq qaradərili qulların və onların qarışıq mənşəli törəmələrinin (mulatlar, sambolar) xüsusi icmalarının nümayəndələri. Onlar tez-tez yerli xalqlarla qarışaraq, nəticədə ayrı-ayrı kreol mədəniyyətlərinə çevrilirdilər. Maron fenomeni ən çox XVI–XVII əsrlərdə Karib dənizində (Vest-Hind, Antil adaları) geniş yayılmışdır, sonra XVIII–XIX əsrlərdə digər ərazilər inkişaf etdikcə maronlar Missipi bataqlığı, Florida, And dağları, Braziliya sertanı, Qviana və Surinam kimi daha əlçatmaz kontinental ərazilərə köçmüşdür. Burada maron yaşayış məntəqələri hələ də davam edir. Maronlar adətən dəniz quldurları ilə əməkdaşlıq edir, yemək ələ keçirmək üçün avropalıların nəzarətində olan yaşayış məntəqələrinə basqınlar həyata keçirirdi, lakin eyni zamanda özləri də qaçaqları geri qaytarmaq istəyən Avropa hakimiyyət orqanları, ordu və polis tərəfindən davamlı nəzarət obyektinə çevrilmişdilər. == İstinadlar == == Əlavə ədəbiyyat == History of the Maroons Russell Banks (1980), The Book of Jamaica. Campbell, Mavis Christine (1988), The Maroons of Jamaica, 1655–1796: a history of resistance, collaboration & betrayal, Granby, Mass.: Bergin & Garvey. ISBN 0-89789-148-1 Corzo, Gabino La Rosa (2003), Runaway Slave Settlements in Cuba: Resistance and Repression (translated by Mary Todd), Chapel Hill: University of North Carolina Press. ISBN 0-8078-2803-3 Dallas, R. C. The History of the Maroons, from Their Origin to the Establishment of Their Chief Tribe at Sierra Leone.
Azatlar
Azatlar — Sasanilər İmperiyasında, eləcə də Atropatenada mövcud olmuş sosial təbəqə. İran tarixçisi Səid Nəfisi azad məfhumunu belə izah edir: "Arilər İran ərazisinə gəldikdən sonra yerli türk əhalidən fərqlənmək üçün özlərini azat adlandırmışlar. Sonralar azat məfhumu nəcib, alicənab mənalarında da işlədilmişdir. Sasanilər dövründə mövcud olan süvari (səvari) yaxud əsvaran silki də onlardan törəmişdir. Pəhləvi dilində olan əsvari terminindən müasir səvar termini əmələ gəlmişdir. Ərəblər isə bu sözü cəm halında əsavirə ilə əvəz etmişlər. Bu təbəqə əsas etibarilə əkinçiliklə məşğul olurdu. Lakin bu işi onların ixtiyarında olan kəndlilər icra edirdilər. Azatların bir qismi sarayda yüksək mövqe sahibi idi. Belə ki, II Xosrovun oğlanlarının tərbiyəçisi bu silkdən olmuşdur." Sasanilər dövründə bu silkə irsi olaraq kəndlilərin idarə edilməsi tapşırılmışdı.
Maaflar
Məaflar — Azərbaycan xanlıqlarında seçkin zümrələrdən biri, ictimai asayiş qoruyucuları. Məaf ərəbcə vergidən azad olunmuş anlamındadır. Məaf terminin türkcə sinonimi tarxandır. == Tarixşünaslıqda məaflar haqqında fərqli mülahizələr == Bir çox tədqiqatçılar maafları feodal sinfinə aid edirdilər. Məsələn, Azərbaycan kəndinin istər çar Rusiyası işğalından əvvəlki, istərsə də sonrakı dövrünün tarixini tədqiq edən Ə.Ubaydulin maafları feodal sinfinə aid edərək yazırdı: «Feodal pilləsinin ən aşağı mərhələsində maaflar dayanırdılar. Onları Azərbaycanın bəzi yerlərində tərxan da adlandırırlar». İ.P.Petruşevski isə maafları kəndlilər sinfinə daxil edir: «XVIII əsr Azərbaycan kəndliləri içərisində eyni cür hüququ olmayan bir neçə qrup var idi. Onlardan, ilk növbədə, maafları qeyd etməliyik». Digər bir əsərində isə İ.P.Petruşevski maafları feodal sinfinə aid edir: «Öz ictimai vəziyyətlərinə görə bəylərdən və bəzi köçərilərdən aşağıda duran, öz vilayətlərində hərbi qulluqda və feodal dəstələrində (çərik) olmaqdan başqa torpaq sahiblərinə heç bir vergi verməyən və mükəlləfiyyət daşımayan kiçik torpaq sahibləri maaflar adlanırdılar». Ümumiyyətlə, qafqazşünasların əsərlərində, mənbələrdə, bu məsələyə baxışda fərqli fikirlər mövcuddur.
Marşlar