Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Calceolus marianus
Əsl zöhrəçiçəyi (lat. Cypripedium calceolus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin zöhrəçiçəyi cinsinə aid bitki növü. == Sinonimləri == Calceolus marianus Crantz, 1769 Cypripedium boreale Salisb., 1796, nom. illeg. Cypripedium ferrugineum Gray, 1821, nom. illeg. Cypripedium atsmori C.Morren, 1851 Cypripedium cruciatum Dulac, 1867, nom. illeg. Calceolus alternifolius St.-Lag., 1880 Cypripedium alternifolium St.-Lag., 1880, nom. illeg.
Carduus marianus
Adi alaqanqal (lat. Silybum marianum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin alaqanqal cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 1.5 m qədər olan ikiillik ot bitkisidir. Gövdəsi düz, budaqlı, çılpaqdır. Yarpaqları çılpaq, iri, enli lansetvari, damarları boyunca ağ ləkəlidir, diş-dişli və kənarları tikanlıdır. Səbətləri budaqların ucunda, çiçəkləri al qırmızı-bənövşəyi rəngdədir. Aprel-may aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir. İkiillik ot bitkisi (mədəni şəkildə birillik) olub,düzqalxan gövdəsi60-150 sm hündürlüyündə olmaqla, nişasta tərkiblidir. Yarpaqları növbəli, iri, uzunsov-ellipsşəkilli, lələkvari və ya lələkvari-bölünmüş, dəricikli, tünd-yaşıl, parıltılı, ağ ləkələrlə örtülü parlaq, zolaqlı və ləkəli, damarları, kənar lövhəcikləri və aşağı tərəfi tikanlı, saplaqlı, yuxarı tərəfi isə oturaqdır. Hamaşçiçəklərinin zirvəsi şarşəkilli olub, səbət çiçək qrupuna toplanmışdır.
Cypripedilon marianus
Əsl zöhrəçiçəyi (lat. Cypripedium calceolus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin zöhrəçiçəyi cinsinə aid bitki növü. == Sinonimləri == Calceolus marianus Crantz, 1769 Cypripedium boreale Salisb., 1796, nom. illeg. Cypripedium ferrugineum Gray, 1821, nom. illeg. Cypripedium atsmori C.Morren, 1851 Cypripedium cruciatum Dulac, 1867, nom. illeg. Calceolus alternifolius St.-Lag., 1880 Cypripedium alternifolium St.-Lag., 1880, nom. illeg.
Marianna Martines
Marianna Martines (d. 4.5.1744, Vyana, Avstriya - ö. 13.12.1812, Vyana, Avstriya) — avstriyalı müğənni, pianoçu və klassik dövr bəstəkarı.
Marqaret Berger
Marqaret Berger — 11 oktyabr 1985-ci ildə anadan olmuş Norveçli müğənni. Marqaret Berger 2013 Avroviziya Mahnı Müsabiqəsində Norveçi "I Feed You My Love" mahnısı ilə təmsil edərək ölkəyə 4-cü yeri qazandırmışdır.
Marqaret Berqer
Marqaret Berger — 11 oktyabr 1985-ci ildə anadan olmuş Norveçli müğənni. Marqaret Berger 2013 Avroviziya Mahnı Müsabiqəsində Norveçi "I Feed You My Love" mahnısı ilə təmsil edərək ölkəyə 4-cü yeri qazandırmışdır.
Marqaret Broun
Marqaret Molli Broun (ing. Margaret Brown; 18 iyul 1867[…] – 26 oktyabr 1932[…], Nyu-York, ABŞ) — Titanik gəmisinin birinci sinif sərnişinlərindən biri.
Marqaret Dinqeldeyn
Marqaret Dinqeldeyn (d. 30 may 1980) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Marqaret Dinqeldeyn, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Marqaret Etvud
Marqaret Etvud (18 noyabr 1939[…], Ottava, Ontario, Kanada) — Kanada yazarı, ədəbi tənqidçi. == Həyatı == 1939-cu ildə Ontario əyalətinin Ottava şəhərində anadan olub. 11 yaşından internat tipli məktəbə göndərilən Marqaret artıq liseydə olarkən Edqar Alan Po-nun yaradıcılığından ilhamlanaraq ilk şeirlərini yazır. 16 yaşından ciddi şəkildə ədəbiyyatla məşğul olmağa başlayan Marqaret yazıçı olmağı qarşıya məqsəd qoyur və cəmi altı il sonra ilk şeirlər kitabı “Double Persephone”-nu nəşr etdirir. Yaradıcılığının ilk illərindən uğurla yol yoldaşı olan şairə ikinci şeirlər kitabı “The Circle Game” ilə Kanadanın nüfuzlu ədəbi mükafatına – “Governor General’s Award”-a - layiq görülür. Həmin mükafatdan sonra Etvud Kanada ədəbiyyatının tanınmış fiqurlarından olur. 1972-ci ildə Kanada ədəbiyyatını geniş araşdırıb, şərh etdiyi “Survival: A Thematic Guide to Canadian Literature” kitabı ilə cəmiyyətdə irimiqyaslı ədəbi müzakirələrə səbəb olur. Ötən il “Nobel Ədəbiyyat Mükafatı” na namizəd göstərilən, həmkarı, həmcinsi və hərmyerlisi Elis Munronun ən ciddi rəqibi hesab olunan Etvud 19 şeirlər toplusunun müəllifidir - “The Circle Game” (1964), “The Journals of Susanna Moodie” (1970), “Power Politics” (1971), “You Are Happy” (1974), “True Stories” (1981), “Interlunar” (1984). Lakin nəhəng poetik irsə sahib olmasına baxmayaraq yazıçı dünya ədəbiyyatında roman müəllifi kimi tanınır. Etvud “Surfacing” (1972), “Lady Oracle” (1976), “Cat’s Eye” (1988), “The Handmaid’s Tale” (1986) kimi onlarla romanın müəllifi kimi özünə böyük ədəbi nüfuz qazanıb.
Marqaret Hamilton
Marqaret Hamilton (17 avqust 1936, ing. Margaret Hamilton)— Amerikalı kompüter mütəxəssisi, sistem mühəndisi, alim. O, "Apollon" və "Skylab" layihələrinin proqramlarını hazırlayan qrupa rəhbərlik etmişdir. == Həyatı == Marqaret Hamilton 17 avqust 1936-cı ildə İndiana ştatının Paoli şəhərində anadan olmuşdur. Orta təhsilini Hankok liseyində almış, 1954-cü ildə buranı bitirərək Miçiqan Universitetinin riyaziyyat fakültəsinə daxil olmuşdur. Daha sonra Brandeis Universitetində mücərrəd riyaziyyat sahəsi üzrə magistr təhsili almaq üçün Boston şəhərinə köçmüşdür. == Fəaliyyəti == Marqaret Hamilton 1960-cı ildə meterologiya sahəsində hava proznozunu təyin edən cd-nin inkişaf etdirilməsi işi ilə bağlı müvəqqəti olaraq Massaçusets Texnologiya İnstitutu-da çalışmışdır. 1961–1963-cü illər ərzində o, "Linkoln lab"-da "Sage" layihəsində işləmişdir. Bu layihə Massaçusets Texnologiya İnstitutu tərəfindən yaradılan hava fəaliyyətlərini simulasiyalar vasitəsilə izləyən kompüter proqramı "Whirlwind"in davamı idi. "Sage" proyekti isə soyuq müharibə dövründə sovet hərbi təyyarələrinin hücumlarına qarşı müdafiə məqsədilə yaradılmışdı.
Marqaret Kavendiş
Marqaret Kavendiş (1623[…] və ya 1617 – 15 dekabr 1673[…], İngiltərə krallığı) — İngiltərə yazıçısı. == Həyatı == Kavendişlər sülaləsindən olan, Nyukasl hersoqunun həyat yoldaşı Ledi Marqaret (1623–15 dekabr 1673) 17-ci yüzilliyin elmi fikirlərini nəşr etməklə məşhurlaşdırmağı bacaran yazıçılardan olub. Ledi Marqaret özünün rəngli, qeyri-adi və yeni elmi düşüncələrini xalqa çatdıra bilmək cəhdləri ilə tanınmışdır. Onun yaşadığı dövrdə elmlə məşğul olanlara təbiət fəlsəfəçisi deyirdilər. Marqaret şeir, proza, dram, fəlsəfi əsərlər və esselər yazıb. Eyni zamanda qadınların təhsil alması və elmi çalışmalara qatılmasının vacibliyi düşüncəsinin müdafiəçisi olub. Marqaret İngiltərənin Kolçester yaxınlarında yaşayan zəngin bir ailənin səkkiz uşağının ən kiçiyi olub. Ailədəki yaşlı qadınlardan ilk təhsil alaraq çox kiçik yaşlarından yazmağa marağı oyanıb. Marqaret gəncliyində kraliça Henrietta Mariyanın nədiməsi (saray xanımı, kraliça yanında kübar qızlara verilən ad) olub. 1644-cü ildə krallıq məğlubiyyətə uğradığı zaman Marqaret kraliça və xidmətçiləri ilə birlikdə Fransaya qaçır.
Marqaret Kenyatta
Marqaret Wambui Kenyatta (16 fevral 1928, Nayrobi – 5 aprel 2017, Nayrobi) - Keniyalı siyasətçidir. Keniyanın ilk prezidenti Jomo Kenyatta və həyat yoldaşı Qreys Vahunun qızıdır. Marqaret 1970-1976-cı illərdə Nayrobinin meri və 1976-cı ildən 1986-cı ilə qədər Keniyanın BMT-dəki daimi nümayəndəsi vəzifələrində çalışmışdır. Daha sonra 1992-2002-ci illərdə Keniya Seçki Komissiyasının komissarı təyin edilmişdir. Marqaret Keniyanın dördüncü prezidenti Uhuru Kenyatta'nın (Mama Ngina Kenyatta'nın oğlu, Jomo Kenyatta'nın 4'cü arvadı) bir bacısıdır. == Erkən həyat == Margaret Kenyatta, Keniyanın paytaxtı Nayrobinin Pumwani Doğum Xəstəxanasında, Keniyanın ilk prezidenti olmuş Keniyalı siyasətçi Jomo Kenyatta'nın oğlu və ilk həyat yoldaşı Grace Wahu'da anadan olub. Kenyatta'nın Wahu ilə evlənməsindən sonra qardaşı Peter Muigai'den sonra ikinci övladdır. Marqaret anadan olanda atası siyasi fəallıq göstərdi və müstəmləkəçi işğalçılar tərəfindən zorla alınan Afrika torpaqlarının geri qaytarılması uğrunda mübarizə üçün yaradılan Kikuyu Mərkəzi Birliyinin (KCA) baş katibi oldu. 1929-cu ildə, yalnız bir yaşı olanda, atası siyasi mövzuları müzakirə etmək üçün KCA-nı təmsil etmək üçün İngiltərəyə getdi. Kenyatta növbəti il vətənə qayıtdı, lakin 1931-ci ildə İngiltərəyə və Sovet İttifaqına sonrakı təhsil üçün qayıtdı.
Marqaret Kin
Marqaret Kin (ing. Margaret Keane; 15 sentyabr 1927[…], Neşvill – 26 iyun 2022, Napa[d], Kaliforniya) — ABŞ rəssamı. == Həyatı == Marqaret (Peggi Doris Hokins) Kin Tenessi ştatında, Neşvildə anadan olub. İki yaşı olanda əməliyyat zamanı daxili qulağı ciddi zədə alır. Kar olan Marqaret danışarkən insanların gözlərinə baxaraq onları anlamağı öyrənir. Uşaqkən rəsmlə məşğul olmağa başlayan Marqaret Neşvildə Uotkins İncəsənət Məktəbində dərs alır. On yaşında ilk yağlı boya əsərini — biri ağlayan, digəri isə gülən iki balaca qız rəsmini nənəsinə hədiyyə edir. İstedadlı qız yerli kilsədə də "iri gözlü mələklər"inə görə tanınırdı. On səkkiz yaşında Nyu-York şəhərindəki Trafagen Dizayn Məktəbinə daxil olur. 1950-ci illərə qədər işlərində, əsasən, paltarlar və uşaq beşikləri daha çox təsvir olunur.
Marqaret Mitçell
Marqaret Mitçell (ing. Margaret Munnerlyn Mitchell; 8 noyabr 1900, Atlanta – 16 avqust 1949[…], Atlanta) — ABŞ-lı yazıçı. Marqaret Mitçell 1936-cı ildə nəşr etdirdiyi "Küləklə sovrulanlar" əsəri ilə məşhurlaşdı. 1936-cı ildə nəşr olunan "Küləklə sovrulanlar" kitabı 1936-cı ildə "Ən görkəmli roman" nominasiyasında Milli Kitab Mükafatını və 1937-ci ildə ABŞ-də 70-dən çox nəşri ilə Pulitser Mükafatını qazanıb və 37 dilə tərcümə olunub. 1939-cu ildə rejissor Viktor Fleminqin çəkdiyi eyniadlı film səkkiz Oskar qazandı. == Həyatı == Marqaret Mitçell 1900-cü ildə ABŞ-nin Atlantandə doğulub. Yazıçının atası Skarlett Ohara İrlandlı, ana tərəfi isə Fransızdır. Babaları ABŞ Vətəndaş müharibəsində iştirak ediblər. Romanda təsvir olunan hadisələr də elə Vətəndaş Müharibəsi fonunda cərəyan edir. Gələcək yazıçı varlı aristokrat ailədə böyüyüb, tərbiyə almışdır.
Marqaret Senqer
Marqaret Senqer (ing. Margaret Sanger; 14 sentyabr 1879[…], Korninq[d], Nyu-York ştatı – 6 sentyabr 1966[…], Tuson, Arizona) – ABŞ-də doğuma nəzarət hərəkatının lideri. == Həyatı == 1879-cu ildə Nyu-York ştatının Korninq şəhərində doğulmuşdur. 1966-cı ildə Arizona ştatının Tuson şəhərində ölmüşdür. == Yaponiya == 1921-ci ilin iyununda Senqerin müəllifi olduğu bir məqalə Yaponiyanın "Kaizo" jurnalında çap olunmuşdur. Nəşriyyatın dəvəti ilə 1922-ci ilin martında Yaponiyaya gələrək burada bir sıra mühazirələr vermişdir. Polis tərəfindən ciddi şəkildə izlənilsə də, Tokio və Yokohamada 8 mühazirə verə bilmişdir. Lakin müxalifəti nəzərə alaraq Kioto, Osaka və Kobedə planlaşdırdığı mühazirələri verməmiş, Yaponiyanı aprel ayından erkəndən tərk etmişdir. Senqerin Yaponiyadakı fəaliyyəti böyük marağa səbəb olmuş və Yaponiyada doğuma nəzarət hərəkatının yaranmasına təkan vermişdir. Hamiləliyin qarşısını almaq yollarından bəhs etdiyi "Ailə məhdudiyyəti" traktatı Yamamoto Senci tərəfindən tərcümə edilərək nəşr olunmuşdur.
Marqaret Tetçer
Marqaret Hilda Tetçer (ing. Margaret Hilda Thatcher; 13 oktyabr 1925[…], Qrantem[d], Linkolnşir qraflığı[d][…] – 8 aprel 2013[…], Rits oteli[d], Vestminster borosu[…]) — Britaniyalı siyasətçi. Birləşmiş Krallıqda ən uzun müddət vəzifədə qalmış baş nazir və ölkənin yeganə qadın baş naziri. Yaxın tarixdə ölkəyə ən çox təsir edən insanlardan olub. Tətbiq etdiyi siyasətlər səbəbi ilə həm böyük dəstək görüb, həm də ciddi müxalifətlə qarşılaşmışdı. Gəncliyində parlaq bir tələbə olduğu kimi mühafizəkar tələbə cəmiyyətində siyasi tədbirlərdə də iştirak edirdi. Mühafizəkar partiyaya gənc yaşda üzv oldu. Zəngin bir iş adamı ilə ailəli olmuşdur. Tetçer 1975–1990-cı illər arasında Mühafizəkarlar Partiyasına rəhbərlik etmiş, 1979–1990-cı illərdə isə baş nazir olmuşdur. Ümumi siyasi yolu liberal-mühafizəkar istiqamətində idi.
Marqaret Teylor
Marqaret Teylor (ing. Margaret Mackall Smith Taylor; 21 sentyabr 1788 – 14 avqust 1852[…], Missisipi ştatı) — ABŞ Prezidenti Zakari Teylorun həyat yoldaşı.
Marqaret Uitmen
Marqaret Vitmen (Margaret Cushing "Meg" Whitman; 4 avqust 1956[…], Cold Spring Harbor[d], Nyu-York ştatı) - ABŞ sahibkarı, siyasi fəal, donor, Hewlett Packard Enterprise şirkətinin prezidenti və baş icraçı direktoru, HP şirkətinin prezidenti. == Həyatı == Marqaret Vitmen 4 avqust 1956-cı ildə Nyu-Yorkda anadan olmuşdur. == Fəaliyyəti == Kaliforniyada 2010-cu ildə keçirilən seçkilərdə qubernatorluğa namizəd Marqaret Vitmen 1998-2008-ci illərdə "eBay" şirkətinin prezidenti olmuşdur. 2010-cu ildə Kaliforniyanın ən varlı qadınlarının siyahısında dördüncü yeri tutan Vitmenin sərvəti 1,3 milyard ABŞ dolları həcmindədir. Məhz onun sayəsində eBay İnternet-auksionu elektron kommersiya sahəsində güclü beynəlxalq vasitəyə çevrilmişdir. Vitmenin imperiyasına "PayPal" İnternet ödəmə sistemi və İnternettelefon "Skype" kimi xidmətlər də daxildir. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Marqaret Vitmen
Marqaret Vitmen (Margaret Cushing "Meg" Whitman; 4 avqust 1956[…], Cold Spring Harbor[d], Nyu-York ştatı) - ABŞ sahibkarı, siyasi fəal, donor, Hewlett Packard Enterprise şirkətinin prezidenti və baş icraçı direktoru, HP şirkətinin prezidenti. == Həyatı == Marqaret Vitmen 4 avqust 1956-cı ildə Nyu-Yorkda anadan olmuşdur. == Fəaliyyəti == Kaliforniyada 2010-cu ildə keçirilən seçkilərdə qubernatorluğa namizəd Marqaret Vitmen 1998-2008-ci illərdə "eBay" şirkətinin prezidenti olmuşdur. 2010-cu ildə Kaliforniyanın ən varlı qadınlarının siyahısında dördüncü yeri tutan Vitmenin sərvəti 1,3 milyard ABŞ dolları həcmindədir. Məhz onun sayəsində eBay İnternet-auksionu elektron kommersiya sahəsində güclü beynəlxalq vasitəyə çevrilmişdir. Vitmenin imperiyasına "PayPal" İnternet ödəmə sistemi və İnternettelefon "Skype" kimi xidmətlər də daxildir. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Melani Martines
Melani Adel Martines (ing. Melanie Adele Martinez; 28 aprel 1995, Astoriya, Kuins) — amerikalı müğənni-mahnı yazarı. O, 2012-ci ildə ABŞ-də yayımlanan "The Voice" müsabiqəsindəki uğurlu iştirakından sonra, Atlantic Records ilə müqaviə bağlamış və ilk sinqlı "Dollhouse", ardınca eyniadlı mini-albomunu yayımlamışdır. Melaninin 2014-cü ildə buraxdığı ilk studiya albomu "Cry Baby" Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən ikiqat platin sertifikatına layiq görüldü. Onun "Sippy Cup", "Mad Hatter", "Mrs. Potato Head", "Cry Baby", "Pacify Her" və "Soap" mahnılarının hamısı ABŞ-də qızıl sertifikata layiq görülmüşdür, həmçinin onun "Dollhouse" və "Pity Party" mahnıları RIAA tərəfindən platin sertifikatı almışdır. Melani ikinci studiya albomu "K-12" ilə birlikdə Cry Baby hekayə xəttini davam etdirdi. Onun 2020-ci ildə dördüncü mini-albomu "After School" buraxıldı. Melaninin üçüncü studiya albomu "Portals" 31 mart 2023-cü ildə işıq üzü gördü. Melani Adel Martines 28 aprel 1995-ci ildə Kuinsin Astoriya məhəlləsində Puerto-Riko və Dominikan kökənli Meri və Xose Martinesin ailəsində dünyaya gəlib.
Lui Maqales
Aranes dili
Aranes dili (Qaskon dilində: Aranés; ispan dilində: Aranese; katalan dilində: Aranès; Fransız dilində: Aranais) Kataloniyanın Val-d'Aran regionunun rəsmi dilidir. Bu dil təxmini olaraq 7000 insan tərəfindən ana dili kimi istifadə edilir. Fransada danışılan qaskon dilinin bir ləhcəsi hesab edilir. 1984-cü ildən bəri isə bu dil məktəblərdə tədris olunur.
Marqaret Burk Uayt
Marqaret Burk Vayt - amerikalı fotoqraf, fotojurnalist. == Həyatı == Marqaret Burk-Vayt 1904-cü ildə Nyu-Yorkun məşhur Bronks rayonunda dünyaya gəlmişdi. Atası mühəndis, anası ev xanımı idi. 1922-ci ildə Marqaret Kolumbiya Universitetinə daxil oldu və herpetelogiya elmini öyrənməyə başladı. Foto sənətinə marağı da elə bu vaxtlar yarandı. 1925-ci ildə o, Everet Çapmenə ərə getdi. Evlilik həyatına başlayandan sonra bir yerdə qərar tuta bilməyən Marqaret bir neçə universitet dəyişdi və axırda - 1927-ci ildə Kornel Universitetini bitirdi. Bir il sonra o, Klivlendə köçdü və sənaye fotoqrafı kimi "Otis Stil" şirkətinə işə düzəldi. 1929-cu ildə Burk-Vayt "Fortuna" jurnalının baş redaktoru oldu. 1930-cu ildə o, Sovet İttifaqına qədəm basan ilk əcnəbi fotoqraf kimi yadda qaldı.
Mali me Qropa-Bize-Martaneş qorunan landşaftı
Mali me Qropa-Bize-Martaneş qorunan landşaftı (alb. Peizazhin e Mbrojtur Mali me Gropa-Bizë-Martanesh ) ― Albaniyanın mərkəzi hissəsində, Dayti Milli Parkı ilə sərhəddə yerləşən qorunan landşaft. Landşaft 25266,42 hektar ərazini əhatə edir. Beynəlxalq Təbiəti Qoruma Birliyi (IUCN) ərazinin V kateqoriyaya daxil etmişdir. Bölgə Plantlife tərəfindən beynəlxalq Mühüm Bitki Sahəsi (ing. Important Plant Area IPA) olaraq da tanınmışdır. == Vəhşi həyat == Landşaft flora və faunanın geniş müxtəlifliyini ehtiva edir. Sıx iynəyarpaqlı və enliyarpaqlı meşələr landşaftın ümumi sahəsinin 68%-ni təşkil edir. Landşaftın faunası 44 növ məməli, 130 növ quş, 23 növ sürünən və 12 növ amfibiyadan ibarət olmaqla 209 növlə təmsil olunur. Meşəlik ərazilərdə qəhvəyi ayı, boz qurd və vaşaq yaşayır.
Marqaret Burk Vayt
Marqaret Burk Vayt - amerikalı fotoqraf, fotojurnalist. == Həyatı == Marqaret Burk-Vayt 1904-cü ildə Nyu-Yorkun məşhur Bronks rayonunda dünyaya gəlmişdi. Atası mühəndis, anası ev xanımı idi. 1922-ci ildə Marqaret Kolumbiya Universitetinə daxil oldu və herpetelogiya elmini öyrənməyə başladı. Foto sənətinə marağı da elə bu vaxtlar yarandı. 1925-ci ildə o, Everet Çapmenə ərə getdi. Evlilik həyatına başlayandan sonra bir yerdə qərar tuta bilməyən Marqaret bir neçə universitet dəyişdi və axırda - 1927-ci ildə Kornel Universitetini bitirdi. Bir il sonra o, Klivlendə köçdü və sənaye fotoqrafı kimi "Otis Stil" şirkətinə işə düzəldi. 1929-cu ildə Burk-Vayt "Fortuna" jurnalının baş redaktoru oldu. 1930-cu ildə o, Sovet İttifaqına qədəm basan ilk əcnəbi fotoqraf kimi yadda qaldı.
Marqaret Çeyz Smit
Maranə (Soyuqbulaq)
Maranə (fars. مرانه‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (56 ailə).
Margan (Sərdəşt)
Margan (fars. ‎مرگان‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.