Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anjulu Marqarit
Anjulu Marqarit (fr. Marguerite d'Anjou) (23 mart 1430 – 25 avqust 1482) — İngiltərə kralı VI Henrinin xanımı olması səbəbilə İngiltərə və Fransa (de-yure) kraliçası. Neapol kralı I Rene və Lotaringiyalı hersoqinası İzabellanın qızı olaraq Lotaringiya torpaqlarında dünyaya gəldi. Gül müharibəsi olaraq bilinən taxt mübarizəsinin ilk illərində mühüm rol oynadı və bir müddət Lankaster fraksiyasına da rəhbərlik etdi. Bir çox mənbələrdə kişi kimi mərd və cəsur olduğu qeyd olunur. Ərinin əqli xəstəliyi səbəbilə Marqarit uzun müddət onun yerinə dövləti idarə etdi. 1455-ci ilin mayında çağırdığı yeni məclislə, başda Yorklu Riçard olmaqla, bütün York ailəsinin mənsublarını dövlət idarəsindən uzaqlaşdırdı. Onun bu hərəkəti York və Lankaster ailələri arasında düşmənliyə səbəb oldu və yeganə oğlu olan Eduardın 1471-ci ildə ölməsi ilə nəticələndi. 1471-ci ildə Lankasterlərin məğlubiyyətinin ardından Marqarit əsir alındı və 4 illik əsarətin ardından bibisi oğlu olan Fransa kralı XI Lüdoviqin pul ödəməsiylə bağışlanaraq Fransaya göndərildi. Burada kralın kasıb qohumu olaraq yaşadı və 52 yaşında burada vəfat etdi.
Marqarit Mid
Marqarit Mid (16 dekabr, 1901 - 15 noyabr 1978) ABŞ-lı antropoloq idi. 1960-70-ci illərdə kütləvi informasiya vasitələrində müəllif və aparıcı olmaqla mədəni antropologiya ilə bağlı verilişlər hazırlamışdır. Nyu-Yorkda Bernard Kollecində (Universitetində) bakalavr təhsili almış, magistr və dokrorluq dərəcəsini isə Kolumbiya Universitetində almışdır. Marqarit Mid beş uşaqdan birincisi idi. ABŞ-da, Filadelfiyada doğulub. Ancaq Pensilvaniya ştatının Doylstoun şəhəri yaxınlığında böyüyüb. Atası Edvard Şervurd Mid Pensilvaniya Universiteti Varton məktəbində maliyyə professoru idi. Anası Emili Mid isə italyan köçkünləri araşdıran sosioloq idi. Bacısı Katarin (1906-1907) 9 aylığında ölmüşdü. Bu hadisə Mid üçün böyük zərbə olmuşdu.
Marqarit Pol
Marqarit Pol (ing. Margaret Pole) (d. 14 avqust 1473 - ö. 27 may 1541) — İngilis əsilzadəsi, İngiltərə kralı IV Eduard və III Riçardın qardaşı Klarens hersoqu Corc Plantagenetlə İzabella Nevilin qızı. O, XVI əsrdə İngiltərədə ərindən müstəqil şəkildə ünvan qazanan 2 qadından biri idi. Gül müharibəsindən sonra Plantagenet sülaləsindən həyatda qalan azsaylı insandan biri kimi, Marqarit Pol 1541-ci ildə əmisi qızı Yorklu Elizabetin oğlu VIII Henrinin əmriylə edam edildi. Papa XIII Lev onu 29 dekabr 1886-cı ildə Roma-Katolik kilsəsi üzrə şəhid elan etdi. == Həyatı == == Mənbə == Pierce, Hazel (2003).
Yorklu Marqarit
Yorklu Marqarit (ing. Margaret of York) (d. 3 may 1446 - ö. 23 noyabr 1503) — Burqundiya hersoqu Cəsur Karlın üçüncü xanımı və onun vəfatından sonra Burqundiyanın qoruyucusu. 3. York hersoqu Riçard və Sesilya Nevilin qızı, İngiltərə kralları olan IV Eduard və III Riçardın bacısıdır.
Marqarit Poul
Marqarit Pol (ing. Margaret Pole) (d. 14 avqust 1473 - ö. 27 may 1541) — İngilis əsilzadəsi, İngiltərə kralı IV Eduard və III Riçardın qardaşı Klarens hersoqu Corc Plantagenetlə İzabella Nevilin qızı. O, XVI əsrdə İngiltərədə ərindən müstəqil şəkildə ünvan qazanan 2 qadından biri idi. Gül müharibəsindən sonra Plantagenet sülaləsindən həyatda qalan azsaylı insandan biri kimi, Marqarit Pol 1541-ci ildə əmisi qızı Yorklu Elizabetin oğlu VIII Henrinin əmriylə edam edildi. Papa XIII Lev onu 29 dekabr 1886-cı ildə Roma-Katolik kilsəsi üzrə şəhid elan etdi. == Həyatı == == Mənbə == Pierce, Hazel (2003).
Anjulu Marqarit (Anju qrafinyası)
Anjulu Marqarit (fr. Marguerite d'Anjou; 1273 – 31 dekabr 1299, Paris) — Fransa kralı VI Filippin anası, Anju və Valua qrafinyası.Marqarit 1273-cü ildə Neapol kralı II Karlın qızı olaraq dünyaya gəldi. 1290-cı ilin avqustunda Fransa kralı III Filippin oğlu Valua qrafı Karlla evləndirildi. Atası cehiz olaraq qızına Anju qraflığını hədiyyə etdi. Beləcə, bu tarixdən etibarən Marqarit həm Anju, həm də Valua qrafinyası oldu. Cütlüyün bu nigahdan 5 övladı dünyaya gəldi: İzabella (1292-1309) VI Filipp Valualı Janna (1294-1352) Valualı Marqarit (1295-1342) II Karl (1297-1346) == Mənbə == Topping, Peter (1975). "The Morea, 1311–1364". In Setton, Kenneth M.; Hazard, Harry W. (eds.). A History of the Crusades, Volume III: The Fourteenth and Fifteenth Centuries. Madison and London: University of Wisconsin Press.
Mandarin
Naringi və ya Mandarin (lat. Citrus reticulata) – Sədokimilər fəsiləsinə aid bitki növü. Azərbaycanda becərilən əsas sitrus meyvələridir. == Təbii yayılması == Çində, Yaponiyada, ABŞ-nın şimal ştatlarında, Argentinanın cənubunda və Filippində mədəni əkin şəraitində becərilən bir çoх formaları mövcuddur. == Botaniki təsviri == Hündürlüyü 2–3 m-ə çatan, dağınıq çətirə malik kol bitkisidir. Budaqları tünd-yaşıl rəngli olub, çılpaqdır. Yarpaqları ellips və ya yumurtavari formada, tamkənarlı və ya sıх mişardişlidir, üstdən tünd-yaşıl, altdan isə açıq-yaşıldır. Yarpaq saplağı 2 sm-dir. Çiçəkləri ağ rəngli, ətirlidir, tək-tək və ya 2-5-i bir yerdə yerləşir. Subtropik və tropik iqlim qurşaqlarında ildə bir dəfə çiçəkləyir.
Marmaris
Marmaris (türk. Marmaris) — Türkiyədə liman və kurort şəhəri. Eyni adlı ilçənin inzibati mərkəzi. Egey dənizinin sahilində, Türkiyənin cənub-qərbində, Muğla ilində yerləşir. Dalaman havalimanına 95km uzağlığdadır. 2014-cü ilin turizm mövsümündə şəhər dünyanın 2 milyona yaxın turistini qəbul etmişdir. Şəhərdə 2021-ci il məlumatına görə 95.849 nəfər yaşayırdı. == Coğrafiyası == Marmaris buxtanın sahili boyunca uzanır, quru hissədən dağlarla əhatə olunmuşdur. Körfəzə giriş adanı qoruyur, buna görə fırtınalar və güclü dalğalar heç vaxt sahilə çatmır. Yunanıstanın Rodos adasına müntəzəm bir bərə xidməti var.
Marqarita
Marqarita — ad. Bu adı olan tanınmışlarMarqarita Fernandez — Dominikan Respublikasının birinci xanımı. Marqarita Porete — Fransız mistik. Marqarita Zavala — Meksikanın birinci xanımı.DigərMarqarita (ada) — Karib dənizinin cənubunda yerləşən ən böyük Venesuela adası.
Karxarin
Karxarin (lat. Carcharhinus) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinin karxarinkimilər dəstəsinin karxarinlər fəsiləsinə aid heyvan cinsi.
Marqara
Marqara — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Orta əsrlərdə Naxçıvan ərazisinə daxil olmuş Marqara ərazisində şəhərin və yaxud şəhərtipli yaşayış məntəqəsinin mövcud olduğu haqqında alman səyyahı İohan Şiltberqer "Səyahət kitabı"nda məlumat vermişdir. İ.Şiltberqerin məlumatlarının dəqiq tərcüməsi belədir: “Burda üç şəhər də var, biri Maraqara (Maragara), digəri Hilat (Gelat) və üçüncüsü Kırna (Kirna) adlanır”. Qeyd olunan ilk şəhər – Maraqara və ya Maqara adlı ərazinin adı 1722-1736-cı illərin hadisələrindən bəhs edən “Anonim xronika”da da qeyd olunmuşdur. Nadirqulu xanın Talış ərazisindən Arpaçay yaxınlığında yerləşən Maraqaraya tərəf hərəkət etdiyini göstərən mənbədə Maraqaranın Arpaçay yaxınlığında yerləşdiyi göstərilir. Xronikanı türk dilindən rus dilinə tərcümə edən və qeydlər yazan akademik Z.Bünyadov Maraqara vadisinin Arpaçayın sol sahilində Ani şəhəri ətrafında yerləşdiyini qeyd etmişdir.
Məqarin
Məqarin (ərəb. مقارين‎) — Əlcəzairin şimal-şərqində, Uarqla vilayətində şəhər və kommuna. Meqarin dairəsinin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Böyük Səhranın şiaml vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 468 kilometr (291 mil) cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 68 metrdir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 66 mm-dir). Orta illik temperatur 21,4 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,1°C, ən isti ayın (iyul) orta temperaturu 33,3°C-dir. == Nəqliyyat == Şəhərin qərbindən 3 nömrəli respublika əhəmiyyətli avtomobil yolu keçir.
Qaqarin
Qaqarin — soyad. Bu soyadı olan şəxslər.Yuri Qaqarin — sovet kosmonavtı və kosmosa uçan ilk insan.Yaşayış məntəqələriQaqarin (Smolensk) — Rusiya Federasiyasında yerləşən şəhər.
Avstriyalı Marqarita
Avstriyalı Marqarita (ing. Margaret of Austria) (d. 10 yanvar 1480 — ö. 1 dekabr 1530) — Müqəddəs Roma imperatoru Maksimilyanın yeganə qızı. Habsburq Niderlandiyasının ilk qadın naibəsi. Müqəddəs Roma imperatoru Maksimilyan və xanımı Burqonlu Mariyanın qızı olan Marqarita hələ 2 yaşında ikən anası vəfat etdi. 1496-cı ildə atasının istəyilə Kastiliya kralı Ferdinand və xanımı Kastilyalı İzabellanın oğlu və varisi Conla evləndirildi. == Mənbə == Jansen, Sharon L. (2002). The Monstrous Regiment of Women: Female Rulers in Early Modern Europe. Palgrave Macmillan.
Ceymi Marqolin
Ceymi Marqolin (ing. Jamie Margolin; 10 dekabr 2001, Sietl, Vaşinqton) — ABŞ ətraf mühit fəalı. "Zero Hour" təşkilatının qurucularından biri. "CNN" və "HuffPost" kimi müxtəlif kütləvi informasiya vastələri üçün məqalələr yazmışdır. == Bioqrafiyası == 2017-ci ildə 15 yaşında olan Ceymi Nadia Nazar, Zanaqi Artis və digər gənc fəallarla birlikdə iqlim dəyişikliyi gənclər təşkilatı olan "Zero Hour"u qurur. O, təşkilatın icraçı direktorlarından biri idi. Marqolin, Puerto-Rikoda Mariya qasırğasından sonra keçirdiyi təcrübələr və 2017-ci ildə Vaşinqtondakı meşə yanğınları zamanı şəxsi təcrübələri nəticəsində "Zero Hour"un həmtəsisçisi olub. Qız sabit iqlimin insan hüququ olduğunu əsas gətirərək, iqlim dəyişikliyi ilə mübarizədə hərəkətsizliyə görə Vaşinqton əyalətini məhkəməyə verərək Vaşinqtonda iddiaçı kimi məşhurlaşır. Onun iqlim dəyişikliyi ilə bağlı məqalələri "HuffPost", Teen Ink və "CNN" daxil olmaqla bir çox nəşrlərdə dərc olunub. O, 2018-ci ildə Teen Vogue kursunun iştirakçısı olub.
Deneris Tarqarien
Deyeneris Tarqarien (ing. Daenerys Targaryen) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Deneris Tarqarienin baxış bucağından verilir.
Deyeneris Tarqarien
Deyeneris Tarqarien (ing. Daenerys Targaryen) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Deneris Tarqarienin baxış bucağından verilir.
Ervand Marqaryan
Yervand Qrantoviç Marqaryan (erm. Երվանդ Մարգարյան; 19 noyabr 1961, Daşkənd) — Ermənistan tarixşünası, tarix üzrə fəlsəfə doktoru, professoru, Ermənistan-Rusiya Universitetinin Dünya Tarixi və Xarici Regional Elmlər fakültəsinin rəhbəri, Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutunun tədqiqatçısı. == Həyatı == Yervand Marqaryan 19 noyabr 1961-ci il tarixində, SSRİ respublikalarından olan Tacikistan SSR-nin paytaxtı Daşkənd şəhərində, bir erməni ailəsində anadan olmuşdur. O, 1966-cı ildə ailəsi ilə birlikdə Ermənistan SSR-ə köçmüşdür. Marqaryan 1983-cü ildə İrəvan Dövlət Dil və Sosiologiya Universitetinin İngilis Dili və Tarixi fakültəsindən məzun olmuşdur. O, 1987-ci ildə Ermənistan SSR Elmlər Akademiyasına qoşulmuş, orada çalışmağa başlamışdır. Marqaryan 1992-ci ildə "Kommagen və Ermənistanın ellinistik ziyarətgahları" mövzusunda öz tezisini qorumuşdur. O, 1994-cü ildən Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, 1996-cı ildən İrəvan Dövlət Universitetində dünya tarixi üzrə professordur. Marqaryan 2005-ci ildə köməkçi professor olmuşdur. O, 2015-ci ildən Ermənistan Tarixçilər Birliyinin sədridir.
Mandarin (məmur)
Mandarin (port. mandarim – nazir, məmur, sanskr. mantrin – məsləhətçi) — portuqalların Çin imperiyasında, daha sonradan həm də Koreya və Vyetnamdakı məmurlara verdiyi ad. Ad ("nazir" mənasını verən mandarim) portuqal dili vasitəsilə sanskritdən (mandari – rəhbər, komandir) gəlib və müvafiq olaraq Çin dilindəki quan (官) sözünə uyğundur. Məşhur yanlış düşüncənin əksinə olaraq bu söz yalnız Mançjur sülaləsinin məmurlarını nəzərdə tutmurdu. Çində 1300 il ərzində sərt təhsil senzi mövcud olmuşdur. Mandarin təyin olunmaq üçün ağır imtahan prosedurundan keçmək tələb olunurdu. == Tarixi == Çin imperiyasında dövlət xidməti Çjou sülaləsindən bəri mövcud idi, lakin o dövrdə ən yüksək hökumət postlarını əsasən monarxın yaxınları və ya zadəganların nümayəndələri tuturdu. 605-ci ildə Suy sülaləsi dövründə doqquz rütbəli sistemin Ketszüy sistemi ilə əvəzlənməsindən sonra mandarinlər təbəqəsinin meydana çıxması üçün zəmin yarandı və artıq Tan sülaləsi dövründə tamamilə formalaşdı. Mandarinlər Çində şenşi adlandırılan dövlət qulluqçuları təbəqəsinin yaradıcısı və özəyi oldular.
Mandarin çincəsi
Bu məqalə Şimali Çində danışılan Mandarin haqqındadır. Çin Xalq Respublikasının rəsmi dili olan Standard Mandarin haqqında məlumat üçün Standart Çin dili məqaləsinə baxın. Mandarin və ya Beifanghua (北方 話; Hanyu Pinyin: Běifānghuà) — Çin dilinin ən çox danışılan ləhcəsidir. Çinin şimalında danışılmış bütün ləhcələr Mandarin olaraq təsnif edilir. Bununla birlikdə, Mandarin ümumiyyətlə daha dar mənada Çin və Çin Respublikasında (Tayvan) rəsmi dil olaraq işlədilən Standard Çin dilinə (普通话, Putonghua/国语, Guoyu) aiddir. Mandarinin Pekin ləhcəsi, müasir dövrdə Çin Xalq Respublikasında və Tayvanda, Standart Çin dili adı altında rəsmi dil olaraq tanınır. == Tarixi == Standart Mandarin həmişə çox ləhcələrdən ibarət olmuşdur; lakin prestij ləhcələri həmişə tapılmışdır. Məsələn, Konfutsi yerli ləhcələrə nisbətən yǎyán (雅言) ləhcəsini və ya "fərqlənmiş ləhcəni" üstün tuturdu. Han sülaləsinin yazılarında tōngy yazısı (通 语) istifadə edilmişdir. Şimal və cənub hökmdarlarının kitabları o dövrdə bir və ya bir neçə standart sistematik tələffüzü əks etdirirdi.
Mandarin ördəyi
Mandarin ördəyi — Şimali Amerikada yaşayan meşə ördəyinə bənzəyir. Dünyanın ən gözəl quşlarındandır. Nəsli tükənmə təhlükəsi yoxdur. Çünki bu ördəyin dadının pis olması ovçuları onu ovlamaqdan çəkindirir.
Marqarita Simonyan
Marqarita Simonyan (rus. Маргари́та Симо́новна Симонья́н; 6 aprel 1980, Krasnodar) — Erməni əsilli Rusiya jurnalisti və televiziya aparıcısı. Rusiyanın RT kanalının baş redaktorudur. Xarici KİV-lər Marqarita Simonyanın televiziya şousunu Vladimir Putinin təbliğatını təşviq etmək üçün platforma olmaqda ittiham edir.
Marqarita Tüdor
Marqarita Tüdor (ing. Margaret Tudor) (28 noyabr 1489, London – 18 oktyabr 1541[…]) — Şotlandiya kralı IV Ceymsin xanımı, Şotlandiya kraliçası. O, İngiltərə kralı VII Henri və xanımı Yorklu Elizabetin qızıdır. Ərinin ingilislərlə müharibədə həlak olmasının ardından taxta çıxarılan 1 yaşlı oğlu V Ceymsin yerinə 2 il boyunca naiblik etmişdir. Marqaritanın IV Ceymslə baş tutan bu evliliyi təxminən 100 il sonra İngiltərə və Şotlandiya krallıqlarının birləşməsi ilə nəticələndi. Belə ki, onun ilk nigahından doğulan nəvəsi Mariya və ikinci nigahından doğulan nəvəsi Henri Stüart evlənmiş, bu cütlüyün yeganə övladı olan Ceyms isə 1567-ci ildə Şotlandiya, 1603-cü ildə İngiltərə kralı elan edilmişdir. Nəticədə hər 2 krallıq sonsuza qədər birləşmişdir. == Həyatı == === Uşaqlıq illəri === Marqarita Tüdor 28 noyabr 1489-cu ildə İngiltərə kralı VII Henrinin böyük qızı olaraq Vestminster sarayında dünyaya gəldi. 2 gün sonra Həvari Andreyin anma günündə Müqəddəs Marqarita kilsəsində vəftiz edildi və nənəsi Marqarita Byufortun şərəfinə Marqarita adını aldı. Uşaqlıq illəri ilə bağlı ilk məlumat 8 yaşına aiddir.
Marqaret Berger
Marqaret Berger — 11 oktyabr 1985-ci ildə anadan olmuş Norveçli müğənni. Marqaret Berger 2013 Avroviziya Mahnı Müsabiqəsində Norveçi "I Feed You My Love" mahnısı ilə təmsil edərək ölkəyə 4-cü yeri qazandırmışdır.
Marqarita Zavala
Marqarita Zavala (25 iyul 1967, Mexiko) — Meksikanın birinci xanımı. Marqarita Zavala 1967-ci ilin iyulun 25-də dünyaya gəlib. Ailədə 7 uşaqdan beşinci olan Zavala Meksikada hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 1993-cü ildə Meksika prezidenti Filipe Kalderonla ailə həyatı quran Zavalanın üç övladı var. Birinci xanım Meksika ailələrinə yardım üzrə dövlət qurumunun məsləhət şurasının prezidentidir.
Marqarita Əzizova
Marqarita Əzizova (d. 25 aprel 1993) — Azərbaycanı təmsil edən voleybolçu. Marqarita Əzizova, Azərbaycan yığmasının heyətində 2015-ci ildə baş tutan Avropa Oyunlarına qatılıb və 4-cü yeri tutub.
Felis margarita
Barxan pişiyi, qum pişiyi və ya səhra pişiyi (lat. Felis margarita) — pişik cinsinə aid heyvan növü. == Bədən quruluşu == Qum pişiyi ev pişiyi ilə, demək olar ki, eyni ölçülərə sahibdir. Digər pişik növlərindən əsas fərqləndirici xüsusiyyətlərin biri yetkin qum pişiklərinin üzlərinin bala pişik üzünə bənzəməsidir. Uzun və yumşaq tüklərə sahibdir. Tüklərinin rəngi qəhvəyi rəngdən bozumtul rəngə qədər dəyişir. Bədəninə nisbətən ən uzun qulaqlara sahib pişik növlərindəndir. == Qidalanması == Qum pişiyi əsasən gəmiricilər, quşlar, zəhərsiz ilan və kərkəntələ kimi kiçik heyvanlar ilə qidalanır. Sərt iqlimə dözümlü olan qum pişikləri ehtiyacları olan suyun əksəriyyətini ovlarından əldə edir. == Yayılması və yarımnövləri == Barxan pişiyinin Saxara səhrasından (Əlcəzair, Mərakeş, Çad, Niger) başlayaraq Ərəbistan yarımadası, Mərkəzi Asiyaya (Türkmənistan, Qazaxıstan və Pakistan) qədər olan bir zolaqda zayılmışdır.
Maraqların cəmlənməsi
Maraqların cəmlənməsi — mahiyyəti siyasi şəxslər üçün ictimai tələb və tələblərin müxtəlifliyinin inteqrasiyası, sistemləşdirilməsi və koordinasiyası olan cəmiyyətin siyasi sisteminin funksiyası. Bu prosesin nəticəsi alınan siyasi kurs, qəbul edilmiş siyasi proqram və s. şəklində ifadə olunur. Terminin ortaya çıxması Amerikalı politoloq Qabriel Almondun klassik əsərləri ilə əlaqələndirilir. Onun fikrincə, ictimai maraqların birləşdirilməsinin həyata keçirilməsi həm şəxsi, hami / müştəri əlaqələrinə, həm də siyasi partiyalar (demokratik idarəetmə formaları üçün səciyyəvidir) və ya hərbi-bürokratik qruplar tərəfindən həyata keçirilə bilən institusional mexanizmlərə həvalə olunur. avtoritar dövlətlər üçün tipikdir).
Maraqların münaqişəsi
Maraqların münaqişəsi — insanın şəxsi marağının qərar qəbul etmə prosesinə təsir göstərə biləcəyi və beləliklə işçinin işəgötürən olduğu cəmiyyətin və ya şirkətin mənafelərinə zərər verə biləcəyi bir vəziyyət. == Maraqların münaqişələrinin növləri == === Təşkilati === Bir təşkilatın Müştəriyə xidmət göstərməsi və digər fəaliyyət və ya əlaqələrə görə bu təşkilat tərəfsiz olaraq xidmət göstərə bilməməsi, ona həvalə edilmiş funksiyaların yerinə yetirilməsində obyektivliyinin pozulması və ya pozula bilməsi və ya təşkilati maraqlar toqquşması meydana çıxır. bu təşkilatın çox böyük rəqabət üstünlükləri vardır. === Şəxsi === Şəxsi maraqlar toqquşması, bir insanın şəxsi maraqlarının — məsələn, xarici əlaqələr və ya şəxsi maliyyə varlıqları kimi — iş vəzifələrinin icrası ilə faktiki və ya qəbul edilən ziddiyyətlərlə qarşılaşdığı bir vəziyyətdir. Maraqların münaqişəsi ilə necə davranmaq === Profilaktik metod === Mənafelər toqquşmasının qarşısını almaq bu korrupsiya təzahürü ilə mübarizənin ən təsirli yoludur. Belə bir metodun nümunəsi təyin olunmuş dövlət qulluqçusunun şirkətin kapitalındakı paydan imtina etməsidir. === Məlumatların açıqlanması === Dövlət qulluqçularının mütəmadi olaraq varlıqlarını və gəlirlərini bəyan etmələri tələb olunur. Bu, mənafelər toqquşmalarını müəyyənləşdirməyə və qarşısını almağa imkan verir. Bir çox ölkədə ictimai səhiyyə həkimlərindən əczaçılıq şirkətlərindən alınan vəsaitlər haqqında məlumatları açıqlamaq tələb olunur. Fransada xəstələrin təşkilatlarını tibb sənayesi tərəfindən maliyyələşdirməsinə dair məlumatlar açıqlanmağa tabedir.