Mandarin
Naringi və ya Mandarin (lat. Citrus reticulata) – Sədokimilər fəsiləsinə aid bitki növü.
Azərbaycanda becərilən əsas sitrus meyvələridir.
== Təbii yayılması ==
Çində, Yaponiyada, ABŞ-nın şimal ştatlarında, Argentinanın cənubunda və Filippində mədəni əkin şəraitində becərilən bir çoх formaları mövcuddur.
== Botaniki təsviri ==
Hündürlüyü 2–3 m-ə çatan, dağınıq çətirə malik kol bitkisidir. Budaqları tünd-yaşıl rəngli olub, çılpaqdır. Yarpaqları ellips və ya yumurtavari formada, tamkənarlı və ya sıх mişardişlidir, üstdən tünd-yaşıl, altdan isə açıq-yaşıldır. Yarpaq saplağı 2 sm-dir. Çiçəkləri ağ rəngli, ətirlidir, tək-tək və ya 2-5-i bir yerdə yerləşir.
Subtropik və tropik iqlim qurşaqlarında ildə bir dəfə çiçəkləyir.