Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bulbophyllum maudeae
Bulbophyllum maudeae (lat. Bulbophyllum maudeae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Maurice Jarre
Moris Jarr (Maurice Jarre; 13 sentyabr 1924[…] – 28 mart 2009[…], Malibu[d], Kaliforniya) — bəstəkar. == Həyatı == 13 sentyabr 1924-cü ildə Fransanın Lion şəhərində dünyaya göz açmışdır. O, 1952-ci ildə ilk bəstəsini etmişdir. 1960-cı ilin ortalarında ABŞ-də məskunlaşmışdır. Moris Jarr "Allahın elçisi Məhəmməd" (The Message) filminin musiqisini də bəstələmişdir. 3 övlad atası olan Moris Jarr sonuncu dəfə Berlin festifalında musiqidəki nəaliyyətlərinə görə, "Qızıl ayı" mükafatına layiq görülmüşdür. Moris Jarr filmlər üçün bəstələdiyi musiqilərinə görə 3 dəfə Oskar mükafatı almışdır. Xərçəng xəstəliyindən əziyyət çəkən bəstəkar 29 mart 2009-cu ildə səhər dünyasını dəyişmişdir.
Syzygium maire
Syzygium maire (lat. Syzygium maire) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
Madre de Dos çayı
Madre de Dos (isp. Río Madre de Dios) — Peru və Boliviya ərazisindən axan çay. Amazon hövzəsinə aiddir. Uzunluğu 1060 km təkil edir. Öz başlanğıcını And dağlarından götürür və Boliviya ərazisində Beni çayına tökülür. O isə öz növbəsində Madeyra çayının bir qoludur. Çay Amazonun əsas arteriyalarından biridir. Puerto-Maldonado şəhərinin cənubunda liman yerləşir. Hövzəsində kənd təsərrüfatı inkişaf etmişdir. Əsasən manqo yetişdirilir.
Mahirə Abbasova
Abbasova Mahirə Əkbər qızı (1947, Tovuz) - AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin aparıcı elmi işçisi. Coğrafiya üzrə fəlsəfə doktoru. == Həyatı == Mahirə Abbasova 1947-ci ildə Tovuz şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirib. "Abşeron regionu toponimlərinin tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür. Pedaqoji fəaliyyəti - BDU-nun Coğrafiya fakültəsində toponimikadan seminar kursu. Digər fəaliyyətləri - 1992-ci ildən Azərbaycan Milli Məclisi yanında Toponimiya Komissiyasının üzvü. Toponimik biliklərin təbliği ilə televiziya və mətbuatda vaxtaşırı çıxışları. == Əsas elmi nailiyyətləri == Azərbaycan toponimiyasının tədqiqi ilə bağlı regionlar üzrə toponimik lüğətlərin tərtib olunması; Toponimlərin gələcək nəsillərə çatdırılmasında respublika toponimik fondunun zənginləşdirilməsi; Toponimik nəticələrin bir çox sahələrdə tətbiqi (Torpaq və Xəritəçəkmə komitəsində, Azərbaycan Milli Ensiklopediyasında, Milli Məclisin yanında fəaliyyət göstərən Toponimiya komissiyasında və s.).Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı - 42 Xaricdə çıxmış elmi əsərlərinin sayı - 6 == Elmi əsərlərinin adları == Böyük Qafqazın cənub-şərq hissəsinin toponimiyası. Bakı: Elm, 1993, 196 s.
Mahirə Abdulla
Mahirə Abdulla — yazıçı, rəssam, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Rəssamlar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, psixologiya üzrə fəlsəfə doktoru. == Həyatı == Mahirə Abdulla Qubadlı rayonunun Əliyanlı (indiki Başarat) kəndində anadan olmuşdur. Mahirə Abdulla Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. On yeddi yaşında "Kimyaçı" qəzetində əmək fəaliyyətinə başlamışdır. "Kimyaçı" qəzetinin redaktoru, "Yazıçı" nəşriyyatının poeziya şöbəsinin böyük redaktoru, Respublika “Kitab evi”nin direktoru, "Azərkitab" Respublika Kitab Ticarəti Birliyi birləşmiş həmkarlar komitəsinin azad sədrı vəzifələrində çalışmışdır. 1980-1982-cı illərdə Sumqayıt şəhər Sovetinin deputatı olmuşdur. Dünya Azərbaycanlıları Konqresinin Təbliğat şöbəsinə rəhbərlik etmişdir. Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu İdarə heyətinin üzvüdür. Hazırda Azərbaycan Yazıçılar Birliyində nəsr üzrə məsləhətçi işləyir. AYB üzvlüyünə qəbul üzrə ekspert qrupunun sədridir.
Mahirə Hüseynova
Mahirə Nağı qızı Hüseynova (təxəllüsü Mahirə Nağıqızı; 4 noyabr 1960, Sust) — azərbaycanlı filoloq alim, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, tanınmış şairə. ADPU-nun Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri (2015-2018), ADPU-nun Filologiya fakültəsinin dekanı (2018-2021), ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru (2021-ci ilin aprelindən) == Həyatı == Mahirə Hüseynova 1960-cı ilin noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sust kəndində anadan olub. Ailə vəziyyətlə bağlı Xalxal kəndinə köçmüş, o da 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinfinə daxil olmuşdur. Yaşayış yerini yenidən dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olmuş, 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1984-cü ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri N.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimidir. “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını 2012-ci ilin yanvarında uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Mahirə Nağıqızı
Mahirə Nağı qızı Hüseynova (təxəllüsü Mahirə Nağıqızı; 4 noyabr 1960, Sust) — azərbaycanlı filoloq alim, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, tanınmış şairə. ADPU-nun Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri (2015-2018), ADPU-nun Filologiya fakültəsinin dekanı (2018-2021), ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru (2021-ci ilin aprelindən) == Həyatı == Mahirə Hüseynova 1960-cı ilin noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sust kəndində anadan olub. Ailə vəziyyətlə bağlı Xalxal kəndinə köçmüş, o da 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinfinə daxil olmuşdur. Yaşayış yerini yenidən dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olmuş, 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1984-cü ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri N.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimidir. “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını 2012-ci ilin yanvarında uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Mahirə Quliyeva
Mahirə Quliyeva — Filologiya elmləri doktoru == Həyatı == Quliyeva Mahirə Həmid qızı 1950-ci ildə may ayının 13-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Mahirə Quliyeva 1972-ci ildə BDU-nun “Şərqşünaslıq” fakültəsinin ərəb filologiyası bölməsini bitirmiş, 1973-cü ildən AMEA-nın Əlyazmalar İnstitutunda əmək fəaliyyətinə başlamış, 1984-cü ildə tanınmış şərqşünas, folologiya elmləri doktoru, professor Rüstəm Əliyev in rəhbərliyi ilə “Səkkakinin Miftəhül-ülum” (“Elmlərin açarı”) əsərində ərəb ədəbiyyatının nəzəri məsələləri” adlı namizədlik dissertasiyası, 2001-ci ildə isə “Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Hazırda öz elmi fəaliyyətini AMEA-nın Nizami adına Ədəbiyyat institutunun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsində davam etdirir və həmin şöbənin nəzdindəki “Füzulişünaslıq” sektoruna rəhbərlik edir. Onun elmi yaradıcılığı Azərbaycan filologiyasında indiyədək ilkin qaynaqlar əsasında öyrənilməmiş Şərq poetikası və üslubiyyat nəzəriyyəsinin mühüm qaynağı sayılan bəlağətin əsaslarının tədqiqinə yönəlib. M.H.Quliyevanın 120-dən artıq elmi məqaləsi çap edilmişdir. Müəllif Bakı, Moskva, Strasburq, Türkiyə, Misir, Polşa, Pyatiqorsk və İranda keçirilən beynəlxalq elmi konfranslarda iştirak etmiş, 12 ildən artıq elmi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. == Məqalələri == "Klassik ədəbiyyatda Quran üslubu (Allahın ad və sifətlərinə işarə)".Bakı-2001 "Azərbaycan ədəbiyyatşünaslığının nəzəri problemlərinə yeni baxış". "Səda". Bakı-2006 "Quran bəlağətinin ümumi özəllikləri". "Nikmət"N18., 2011 "Quran söz möcüzəsi kimi".Bakı-Nurlan-2011 "Aşıq Ələsgər yaradıcılığında merac"."Nikmət"Elmi araşdırmalar toplusu19.İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət mərkəzi.2012 "Klassik Şərq ədəbiyyatşünaslığının terminologiyası".Elmi konfrans.Bakı-2012 "Nizaminin "Sirlər xəzinəsi" və Quran üslubu".
Mahirə Yaqubova
Mahirə Mehdi qızı Yaqubova — azərbaycanlı aktrisa, pedaqoq, Azərbaycan Respublikasının Əməkdar artisti (2002). == Həyatı == Mahirə Yaqubova 1954-cü il dekabr ayının 4-də Bakıda anadan olmuşdur. Suraxanı rayonundakı 101 saylı orta məktəbdə oxuyub. Səkkizinci sinifdən sonra məktəbəqədər pedaqoji məktəbdə təhsil alıb. İlk dəfə səhnəyə də burada çıxıb. Əbdürrəhim bəy Haqverdiyevin "Bomba" novellası əsasında səhnələşdirilən tamaşada Feyzulla rolunu oynayıb (məktəbdə yalnız qızlar təhsil alırdı). 1974-cü ildə müvəffəqiyyətlə imtahan verərək M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub və buranı fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində Anarın "Adamın adamı" əsərində (quruluşçu rejissor Ədalət Ziyadxanov) At Balaxanım, Lope de Veqanın "Sevilya ulduzu" əsəri əsasında hazırlanan diplom tamaşasında isə Natella obrazlarını uğurla ifa edib. 1979-cu ildən bu günə kimi Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, son illər isə dosent vəzifəsində çalışır. Bir çox elmi məqalələrin, metodik göstərişlərin, dərsliklərlə bağlı proqramların müəllifidir.
Mahirə Əliyeva
Mahirə Əliyeva — (d.16 sentyabr 1936, Qubadlı rayonu, Azərbaycan SSR) Azərbaycan Dövlət Neft Akademiyasının fizika kafedrasının professoru. == Həyatı == Əliyeva Mahirə Xasay qızı 1936-cı ilin sentyabr ayının 16-da Qubadlı rayonun Qubadlı qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1958-ci ildə təhsilini başa vuraraq həmin ildən Azərbaycan EA-nın Fizika İnstitutunda işə başlamışdır. 1967-ci ildən isə "Yarımkeçiricilər fizikası" labaratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. == Fəaliyyəti == Azərbaycanda ilk dəfə A3B6 və A3B3C62 yarımkeçiricilərinin fotoelektrik, fotolüminessent, termostimullaşmış keçiricilik və s. xassələrini kompleks tədqiq etmiş və 1968-ci ildən "Yarımkeçiricilərdə qeyri-tarazlayıcı prosesslərin tədqiqi" qrupuna rəhbərlik etmişdir. 1991-ci ildə doktorluq elmi dərəcəsini müdafiə edərək, fizika elmləri doktoru adına layiq gorülmüşdür. Elə həmin ildən Azərbaycan Dövlət Neft Akademiyasının fizika kafedrasının professorudur. Onun 90-dan çox elmi məqaləsi çap olunmuş və 6 ixtiranın müəllifidir. Onun elmi məqalələri Amerika, İngiltərə, Fransa, Yaponiya və digər ölkələrdə dövrü mətbuatda çap edilmişdir.
Münirə Sultan
Münirə Sultan (d. 10 dekabr 1844, İstanbul – ö. 1862, İstanbul) — 31. Osmanlı padşahı I Əbdülməcidin qızlarındandır. == Həyatı == 1844-cü ildə İstanbulda Topqapı Sarayında dünyaya gəlmişdir. Atası I Əbdülməcid, anası Verdicanan xanımdır. Atasının istəyilə Qərb musiqisi öyrədildi. Piano və ud ifa edə bilirdi.İki dəfə nigahlanmışdır. İlk evliliyi Misir xədivi Abbas Hilmi Paşanın oğlu İbrahim Hilmi Paşa ilə baş tutdu. Cütlüyün 1854-cü ilin aprelində İstanbuldakı Şəmsi Paşa sarayında baş tutan nişan mərasimi olduqca dəbdəbəli keçirildi.
Ruslan Əliyev (kafedra müdiri)
Ruslan Əliyev — Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun kafedra müdiri, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi, Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin (MDBMİ) Dayanıqlı İnkişaf Mərkəzinin direktoru == Həyatı == Ruslan Əliyev 1974-cü ildə anadan olub. 1996-cı ildə MDBMİ-nin beynəlxalq hüquq fakültəsini bitirib, 1999-cu ildə isə beynəlxalq iqtisadi münasibətlər fakültəsinin sığorta kafedrasında namizədlik dissertasiyası müdafiə edib. 1996-2000-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində, 2000-2004-cü illərdə ARDNŞ-in sığorta məsələləri üzrə xarici investisiyalar idarəsi rəisinin müavini vəzifəsində çalışıb. 2004-cü ildə o, “Kapital Perestraxovaniye” Qapalı Səhmdar Cəmiyyətinin Moskva filialına icraçı direktor vəzifəsinə dəvət edilib, 2007-ci ildə “Kapital” sığorta qrupunun prezidenti, 2008-ci ildə isə həm də “Kapital Straxovaniye” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru təyin edilib. 2011-ci ildə Rusiyanın dünyada tanınmış ali məktəblərindən birinin – Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) kafedra müdiri vəzifəsinə ilk dəfə azərbaycanlı Ruslan Əliyev təyin edilib..
Müdir xoşbəxt sonluq istəyir
Patron Mutlu Son İstiyor — istehsalı 2013-cü ildə gerçəkləşərək 1 yanvar 2014-cü ildə yayımlanan və Kıvanç Baruönünün rejissorluğu ilə çəkilmiş Türkiyə filmi. Filmin baş rollarında Tolga Çevik, Ezgi Mola və Murat Başoğlu oynamışdır. == Mövzu == Filmdə bir ssenari yazmaq üçün Üzgüpə göndərilən Sinanın (Tolga Çevik), hotel müdirinin qızı Eylülə(Ezgi Mola) aşiq olması və Eylülün nişanlısı Farukla (Murat Başoğlu) evlilik hazırlıqlarına başlaması anında baş vermiş hadisələr canlanır. Həmçinin Tolga Çevik bu filmdə həm Sinan, həmdə Ferruh Abi olaraq İsfəndiyar rolunu oynamışdır.
Münirə Sultan (Əhməd Kəmaləddin Əfəndinin qızı)
Münirə Sultan (17 may 1880, Dolmabağça sarayı – 7 oktyabr 1939, Nitsa) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Münirə Sultan 17 may 1880-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Kəmaləddin Əfəndi, anası isə Fatma Səzadil xanımdır. Əmisi Sultan Əbdülhəmidin taxta çıxmasının ardından atası taxt varisi elan olundu və bu səbəblə Münirə Sultan Dolmabağça sarayında böyüyüb tərbiyə edildi. Buna baxmayaraq atasının Sultan Əbdülhəmidlə münasibətləri yaxşı deyildi və ona qarşı qurulan müxalif cəbhəyə rəhbərlik edirdi. Bu səbəblə atası Kəmaləddin Əfəndi 1905-ci ildə əmisi Sultan Əbdülhəmidin əmriylə edam edildi. Atasının ölümünün ardından Ulduz sarayına köçürülən Münirə Sultan cəmi 2 il sonra 10 yanvar 1907-ci ildə keçmiş sədrəzəmlərdən Tunisli Xeyrəddin Paşanın oğlu Mehmed Salih Paşayla evləndirildi. Toy mərasiminin ardından Nişantaşı köşkündə yaşayan cütlüyün bu nigahdan bir oğlu dünyaya gəldi. Sultan Əbdülhəmidin taxtdan endirilməsi və digər əmisi Sultan Rəşadın taxta çıxmasının ardından daha rahat həyat tərzi yaşayan Münirə Sultannın həyatı çox keçmədən alt-üst oldu. 1913-cü ildə sədrəzəm Mahmud Şövkət Paşaya qarşı tərtiblənən sui-qəsd hadisəsinin ardından aparılan araşdırmada əri Salih Paşanın da adı hallandı və İttihad-Tərəqqi hökumətinin verdiyi qərarla Salih Paşa haqqında ölüm hökmü verildi.