Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Frits Maxlup
Frits Maxlup (alm. Fritz Machlup‎; 15 dekabr 1902, Viner-Noyştadt[d], Aşağı Avstriya[d] – 30 yanvar 1983, Prinstom, Nyu-Cersi) — avstriyalı və amerikalı iqtisadçı. == Bioqrafiyası == Vyana Universitetində təhsil alıb. O, 1923-cü ildə Lüdviq fon Mizesin rəhbərliyi altında doktorluq dissertasiyası müdafiə etmişdir. 1933-cü ildə Hitlerin Almaniyada hakimiyyətə gəlməsi ilə əlaqədar ABŞ-yə mühacirət etmiş, 1940-cı ildə ABŞ vətəndaşlığını almışdır. Buffalo, Cons Hopkins və Prinston universitetlərində dərs deyirdi. Beynəlxalq İqtisadiyyat Assosiasiyasının prezidenti (1971–1974), 1966-cı ildə Amerika İqtisadi Assosiasiyasının prezidenti olmuşdur. Bernard Xarms mükafatı laureatı (1974). == Biblioqrafiyası == Махлуп Ф. Производство и распространение знаний в США. — М.: Прогресс, 1966. — 462 с.
Maluq qalası
== Maluq qalası tarixi mənbələrdə == Maluq qalası Oğuz rayonunun Maluq yaşayış sahəsindən cənubda Qaraçayın sahilində, düzənlik ərazidə yerləşir. Qalanın adı yazılı mənbələrdə 1053 və 1071–1072-ci illərin hadisələri ilə əlaqədar xatırlanır. Mənbələrə görə 1053-cü ildə Şirvanşah Sallar ibn Yezid (1049–1063) Maluq qalasına hücum edərək, zor gücünə onu Şəki hakimindən almış, qalanı möhkəmləndirmiş, orada özünün hərbi hissəsini, ərzaq ehtiyatını və silahlılarını yerləşdirmişdi.. Qalanın strateji mövqedə yerləşməsi Salları qala ətrafında möhkəmləndirilmiş şəhərcik salmağa, orada məscid tikdirməyə, öz adamlarını qalada yerləşdirməyə vadar etmişdi. Şirvanşah məhz bu qaladan "kafirlər"in üzərinə hücumlar edir və onların ölkəyə müdaxiləsinin qarşısını ala bilirdi. "Tarix-i əl-Bab"a görə 1071-ci ilin payızında Şəki hökmdarı Axsartan Maluq qalasını ələ keçirmiş, oraya öz "müavinini" rəhbər təyin etmişdir. Bundan sonra – Şirvanşah I Fəribürz (1063–1096) ilə Şəddadi hökmdarı Fəzl ibn Şavur qalanı birlikdə geri almaq üçün öz aralarında razılığa gələrək qalanı mühasirə edirlər və 1072-ci ilin iyun ayında qalanı ələ keçirib bünövrəsinə qədər sökürlər; orada olan bütün "dinsizləri" – qalanın bütün müdafiəçilərini isə qətlə yetirirlər. == Qalanın quruluşu == Qala dördkünc biçimli olub küncləri dairəvi bürclərlə, divarları isə yarımdairəvi kontrforslarla möhkəmləndirilmişdir. Maluq qalası çaydaşından tərkibinə xırda çınqıl və kömür qırıntıları qatılmış kirəc məhlulla hörülmüşdür. Şimal və qərb divarları güclü dağıntiya məruz qalmışdır.
İlahi məxluq (film, 2011)
İlahi məxluq — rejissor Yavər Rzayevin filmi. Film Qafqaz dağlarında heyvan saxlayan bir çoban ailəsindən bəhs edir. Payızın qəfil gəlişi, dağlara qar yağması, köç yolunun bağlanması çobanı çətin vəziyyətə salır. O, bütün qarğaşasını birdəfəlik apara bilməyəcəyini dərk edib, 14 yaşlı oğlunu yurd yerində qoyur. Yeniyetmə özünü və heyvanlarını həm qar-borandan, həm də obaya hücum edən canavarlardan qorumaq məcburiyyətindədir. Tək qalan uşağa mənəvi dəstək olan dayısının ona bağışladığı körpə quzu və dağlara səfər edən gənc rəssam qızın verdiyi şəkilli dərgi olur. Film 2008-ci ildə "Bizim Kino" Prodüser Mərkəzi tərəfindən çəkilmiş, 2009-cu ildə "Yaddaş" Sənədli Filmlər Studiyasında tamamlanmışdır. Filmdə çəkilmiş canavarların təlimi "Animalfilm" studiyası tərəfindən həyata keçirilmişdir. Film 2008-ci il üçün dövlət sifarişi ilə istehsal olunan 3 tammetrajlı filmdən biridir. Çəkilişlər əsasən Qubanın Xınalıq və Qalaxudat kəndlərində, Yardımlıda aparılıb.
Manyuq
Manyuq — Yardımlı rayonu ərazisində çaydır. Hidronim Ağdam rayonundakı Manik çayının adı ilə eynimənşəli olub, “kiçik çay” mənasındadır.
Maşlıq
Maşlıq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Muğan kənd inzibati ərazi dairəsində kənd. Kəndin əsas təsərrüfatı kartof əkinçiliyidir. Bununla yanaşı heyvandarlıq və ovçuluq da inkişaf etmişdir. == Tarixi == == Toponimikası == Lənkəran ovalığındadır. Yaşayış məntəqəsi XIX əsrdə müxtəlif kəndlərdən çıxmış ailələrin Maşlıq adlı yerdə (Azərb. dilində maş paxlalı bitki, lobyanın bir növü) məskunlaşması nəticəsində yaranmışdır. Oykonim maş əkilən yer mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3654 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı (kartofçuluq-əkinçilik, maldarlıq və heyvandarlıq) təşkil edir. == Din == Kənddə "Şəhidlər" məscidi dini icması fəaliyyət göstərir.
Qarluq
Qarluq Xan — türk və altay mifologiyasında duman ilahı. Qarlık olaraq da bilinər. Ülgene qurbanların ruhlarını çatdırar. İnsanların həyatlarını yoxlayır, bir dəyişiklik olduqda Ülgene bildirir. İşarəsi dumandır. Yandırılan qurbanlardan çıxan tüstü onun gəldiyini göstərir. Ocağa su səpilərək duman çıxması təmin olunur ki, Qarluqun xoşuna getsin deyə. Ümumiyyətlə Suyla Xan ilə birlikdə görülər. (Kar/Qar) kökündən törəmişdir. Qaramaq (görmək) və qara (is, duman) kökündən gəlir.
Çoxluq
Çoxluqlar nəzəriyyəsi – riyaziyyatın çoxluqların ümumi xassələrini öyrənən bölməsi. Bir çox riyazi fənlər, o cümlədən cəbr, riyazi analiz, ölçü nəzəriyyəsi, stoxastik və topologiya çoxluq nəzəriyyəsinə əsaslanırlar. Əsası alman riyaziyyatçısı Qeorq Kantor tərəfindən qoyulmuşdur. Hər hansı bir çoxluğu təşkil edən obyektlərə bu çoxluğun elementi deyilir. Çoxluqlar böyük hərflərlə, çoxluğun elementləri isə uyğun kiçik hərflərlə işarə olunur. Çoxluq nəzəriyyəsində a ∈ A {\displaystyle a\in A} münasibəti o deməkdir ki, a {\displaystyle a} A {\displaystyle A} çoxluğunun elementidir. Bunun inkarı isə a ∉ A {\displaystyle a\notin A} kimi işarə edililirlər. Bu münasibət isə onu göstərir ki, a {\displaystyle a} A {\displaystyle A} çoxluğunun elementi deyil. Bir çoxluq A {\displaystyle A} digər çoxluğun B {\displaystyle B} o vaxt altçoxluğu adlanır ki, A {\displaystyle A} çoxluğuna aid olan ixtiyari element həm də B {\displaystyle B} çoxluğunun elementi olsun. B {\displaystyle B} o zaman A {\displaystyle A} -nin üstçoxluğu adlanır.
Maçoluq
Maçoluq — kişinin sosial və cinsi cəhətdən qadının üstündə olduğu və bu səbəblə xüsusi imtiyazlara sahib olduğu ideyasına əsaslanan cərəyan. Ümumi olaraq, kişilərin qadınlar üzərində hökmranlığını davranışlarına əks etdirən kişilərə verilən addır. Bu fikri müdafiə edən və həyata keçirən insanlara maço deyilir. Eyni zamanda, maçoluq sonradan qəbul edilmiş fikirlər toplusu olmaqdan daha çox, fərdlər tərəfindən ətraf mühitdən qəbul edilən, kortəbii şəkildə normallaşan genderin əsas amillərindən biri kimi mövcuddur.
Malus
Alma (lat. Malus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Azərbaycanda almanın üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort alma iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın növündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur. Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlanır.
Amin Maaluf
Amin Maaluf (d. 1949 fevral) (fr. Amin Maalouf, ərəb. أمين معلوف‎) — əsərlərini fransızca qələmə alan livanlı yazıçı. Əslən livanlı olan fransız yazıçısı Amin Maaluf 1949-cu ildə Beyrutda doğulub. Ali təhsilini iqtisadçı ixtisası üzrə bitirdikdən sonra jurnalistika ilə məşğul olmağa başlayıb. 1975-ci ilə — vətəndaş müharibəsinin başlayana kimi Livanda jurnalistlik edib. Bu ildən etibarən o, Parisə köçüb. Bir çox nəşriyyatlara rəhbərlik edən yazıçı qəzetlərdə publisistik yazılar yazmaqla bərabər, vaxtının əksər hissəsini öz kitablarını yazmağa ayırıb. 1983-cü ildə çap edilən ilk kitabı — "Ərəblərin gözüylə xaç yürüşləri" (Les Croisades vues par les Arabes) onun dünyada tanınmasına səbəb olub.
Boş çoxluq
Boş çoxluq, tərkibində heç bir elementi olmayan çoxluğa deyilir. Boş çoxluq ∅ {\displaystyle \emptyset } ilə işarə olunur. Uyğun olaraq: ∅ {\displaystyle \emptyset } və { ∅ } {\displaystyle \{\emptyset \}} müxtəlif olurlar. Boş çoxluq hər bir çoxluğun alt çoxluğudur. Boş çoxluğu həmçinin aşağıdakı kimi də ifadə etmək olar: ∅ A = { x ∈ A ∣ ∀ x ∉ A } {\displaystyle \emptyset _{A}=\{x\in A\mid \forall x\notin A\}} ∅ A − A {\displaystyle \emptyset _{A}-A} çoxluğunun boş alt çoxluğudur.
Maxmur (Çaldıran)
Maxmur (fars. مخمور‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 330 nəfər yaşayır (62 ailə).
Meksika məxluqu
Montauk məxluqu
Montauk məxluqu — dalğaların Nyu-Yorkun turistik Montauk sahillərinə çıxardığı əsrarəngiz heyvan. Heyvanın iki fərqli baxımdan çəkilən fotoşəkilləri, internetdə həyəcanla müzakirə edilir. Əsrarəngiz varlığın nə olduğuna dair bir çox nəzəriyyə var. Hətta CNN və Fox News kimi ciddi media qurumları da müzakirəyə müdaxil oldular. Fox News kanalına danışan bir mütəxəssis, varlığın bir rakun olduğunu iddia etsə də, ən çox qəbul görən şərh, burnu qoparılmış, çürümək üzrə olan bir pitbul olduğu istiqamətində. Ancaq heyvanın pəncələrinin itə bənzəmədiyini iddia edən araşdırmaçılar, "Bu, Atlas okeanındakı gizli nüvə sınaqlar üzündən mutasiyaya uğramış bir varlıqdır" deyirlər. Bir başqa məşhur nəzəriyyə, hadisənin tamamilə uydurma olduğu və əslində bir reklam kampaniyası başlatmaq məqsədilə yayıldığı istiqamətindədir. İnternet sayəsində, viral (virus kimi yayılan) satışa çıxarma texnikalarının gedərək tutulduğunu ifadə edən mütəxəssislər, bu ehtimalı ehtimal xarici görmür. Enerji içkisi firmasının "Montauk məxluqu canlı tutana pul mükafatı" vəd etməsi isə, fürsətçilik olaraq xarakterizə edilir.
Nikos Maxlas
Nikos Maxlas (16 iyun 1973[…], İraklion) — futbolçu. Karyerasının üç ilini "Vitess"ə həsr edən Nikos Maxlas komandası üçün dövrünün əvəzedilməz siması olub. Çıxış etdiyi 36 ayda "Vitess"in uğurları üçün 60 qol vuran yunan hücumçu az iş görməyib və insafən deyək ki, müsbət imic formalaşdırıb. Vurduğun qolların böyük hissəsi 1997/1998-ci illər mövsümünə (34 qol) təsadüf edir. Bir il sonra onun "Ayaks"a transfer edilməsi uzun müddət gündəmdən düşmədi. Hətta "Vitess" rəhbərliyi Maxlasın komandadan getməsinin əleyhinə idi. Amma yekun qərar qəbul edən futbolçu 1999-cu ildə "Ayaks"la razılığa gəlib. Transferin məbləğini isə 7,5 milyon dollar təşkil edib. Ki, "Ayaks"ın indiyə qədər transferə sərf etdiyi ən böyük məbləğdir. Amsterdam klubu hələ heç vaxt futbolçu gətirilməsinə bu qədər pul xərcləməyib.
Qabarıq çoxluq
Qabarıq çoxluq — Affin və ya Evklid fəzasında aşağıdakı şərti ödəyən nöqtələr çoxluğudur: "Bu çoxluğun ixtiyari iki nöqtəsini birləşdirən parça həmin çoxluğa aiddir". Qabarıq çoxluq misal olaraq kürəni, dairəni, qabarıq çoxüzlünü, qabarıq çoxbucaqlını, yarımfəzanı, yarımmüstəvini və s. göstərmək olar. Qabarıq çoxluq bir sıra maraqlı xassələri var. Qabarıq çoxluq qabarıq cisimlər nəzəriyyəsi öyrənir. Son vaxtlar qabarıq çoxluq maraq artmışdır. Bu da xətti proqamlaşdırmanın inkişafı ilə əlaqədardır. Qabarıq cisim qabarıq çoxluğu təşkil edən nöqtələr çoxluğundan ibarət cisimdir. Qabarıq fiqur qabarıq çoxluğu təşkil edən nöqtələr çoxluğundan ibarət fiqurdur. 1.
Qarluq (dəqiqləşdirmə)
Qarluq — türk və altay mifologiyasında duman ilahı. ‎Qarluq (Əbhər) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd.
Qarluq (Əbhər)
Qarluq (fars. قارلوق‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 186 nəfər yaşayır (37 ailə).
Qarluq dilləri
Qarluq və ya Uyğur dil qrupu — türk dillərinin bir qoludur. Bu qrupa aid türk dillərində (ana dili olaraq) təxminən 35 milyon insan danışır.
Qarluq xaqanlığı
Qarluq xaqanlığı (qaz. Қарлұқ қағанаты) 756-940-cü illərdə iqtidarda olmuş türk xaqanlığı. Qarluqlar VIII əsrin ortalarına qədər Qərbi Altayda və İrtış çayı sahillərində yaşayırdılar. Onların dili qıpçaqlara yaxın idi. Qarluqlar ilk əvvəl II Şərqi Türk xaqanlığına tabe olsalar da, vaxtaşırı uyğurlarla ittifaqa qarşı çıxır, qonşu əraziləri qarət edirdilər. 734-cü ildə Bilgə xaqanın ölümündən sonra II Şərqi Türk xaqanlığı əvvəlki qüdrətini itirdi. Artıq VIII əsrin 40-cı illərində qarluqlar yabqu tərəfindən idarə olunurdular. 744-cü ildə qarluq, uyğur və basmil türk tayfaları birləşərək II Şərqi Türk xaqanlığına son qoydular. VIII əsrin 50-ci illərində qarluq tayfa ittifaqı daha da güclənir. Qısa müddət ərzində onlar İli, Çu və Talas çayları vadisini ələ keçirərək, Talas və Suyab şəhərlərini zəbt edirlər.
Çoxluq nəzəriyyəsi
Çoxluqlar nəzəriyyəsi – riyaziyyatın çoxluqların ümumi xassələrini öyrənən bölməsi. Bir çox riyazi fənlər, o cümlədən cəbr, riyazi analiz, ölçü nəzəriyyəsi, stoxastik və topologiya çoxluq nəzəriyyəsinə əsaslanırlar. Əsası alman riyaziyyatçısı Qeorq Kantor tərəfindən qoyulmuşdur. Hər hansı bir çoxluğu təşkil edən obyektlərə bu çoxluğun elementi deyilir. Çoxluqlar böyük hərflərlə, çoxluğun elementləri isə uyğun kiçik hərflərlə işarə olunur. Çoxluq nəzəriyyəsində a ∈ A {\displaystyle a\in A} münasibəti o deməkdir ki, a {\displaystyle a} A {\displaystyle A} çoxluğunun elementidir. Bunun inkarı isə a ∉ A {\displaystyle a\notin A} kimi işarə edililirlər. Bu münasibət isə onu göstərir ki, a {\displaystyle a} A {\displaystyle A} çoxluğunun elementi deyil. Bir çoxluq A {\displaystyle A} digər çoxluğun B {\displaystyle B} o vaxt altçoxluğu adlanır ki, A {\displaystyle A} çoxluğuna aid olan ixtiyari element həm də B {\displaystyle B} çoxluğunun elementi olsun. B {\displaystyle B} o zaman A {\displaystyle A} -nin üstçoxluğu adlanır.
Malaq salatı
Malaq salatı- (ispan dilkində ensalada malaquena) tipik andalus mətbəxinin (xörəyidir)yeməyidir. Bu salat bütün İspaniyada çox məşhurdur və onu tez-tez ilin yay aylarında hazırlayırlar. Malaq salatı reseptinin variantları olduqca çoxdur, amma əsas inqrediyentləri bişmiş kartof, portaxalın yumşaq hissəsi, coğan, yaşıl zeytun ibakalyau. Sallatın sosusu müxtəlif ola bilər.
Malus angustifolia
Daryarpaq alma (lat. Malus angustifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Malus asiatica
Asiya alması (lat. Malus asiatica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Malus baccata
Giləmeyvəli alma (lat. Malus baccata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Şərqi Sibirin cənubunda, cənub-şərqində, Mançjuriyada və Şimali Çində bitir. == Botaniki təsviri == Hündürlüyü 5-10 m-ə çatan, yumru, sıx çətirli, çılpaq, nazik zoğlara malik ağacdır. Yarpaqları ellipsvari və ya yumurtavari, uzunluğu 8 sm, eni 4-4,5 sm, kənarları xırda dişli, ayanın üst səthi parlaq, çılpaq, ucu bizdir. Çiçəkləri ağ, diametri 3,5 sm-ə qədərdir. Meyvələri şarşəkilli, xırda, diametri 1 sm-ə qədər, uzun meyvə saplağına malik, qırmızı və ya sarıdır. Ağacda uzun müddət qalır. == Ekologiyası == Soyuğa, quraqlığa davamlıdır, budanmanı yaxşı keçirir. == Azərbaycanda yayılması == Böyük Qafqazda təbii halda rast gəlinir.