Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mehmanə
Mehmana — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çıldıran kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Mehmana kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Yaşayış məntəqəsinin əvvəlki əhalisi yunanlar (rus. "qreki") olduğu üçün kənd əvvəllar Qreklər adlandırılırdı. Çar Rusiyasi Azərbaycanın şimalını işgal etdikdən sonra burada gəlmə erməni ailələri yerləşdirilmişdi. Güman etmək olar ki, kəndin adı meyməna sözündəndir. Meyməna və ya barangar Səfəvilər dövründə ordunun sağ cinahina deyilirdi. == Tarixi == Mehmana kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Mehmana kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.
Mehran
Mehran (şəhər)
Yelena Mehrani
Yelena Mehrani — Varaz Qriqorun qızı, Qafqaz Albaniyasının şahzadəsi və Ermənistan knyaginyası. Qriqor Mamikonyanla evlənmişdi. Varaz Trdata kömək edərək Müqəddəs Qriqorinin çənəsini ona göndərmişdi. Övladı olmamışdır. Onun xahişi ilə Qriqor Aruç kilsəsini inşa etdirmişdir.
Mehran (şəhər)
Mehran — İranın İlam ostanının şəhərlərindən və Mehran şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 13,118 nəfər və 2,958 ailədən ibarət idi.
Mehran şəhristanı
Mehran şəhristanı — İranın İlam ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Mehran şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 23,878 nəfər və 5,238 ailədən ibarət idi.
Məranə (Sərdəşt)
Məranə (fars. مرانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (14 ailə).
Mehmana
Mehmana — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çıldıran kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Mehmana kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Yaşayış məntəqəsinin əvvəlki əhalisi yunanlar (rus. "qreki") olduğu üçün kənd əvvəllar Qreklər adlandırılırdı. Çar Rusiyasi Azərbaycanın şimalını işgal etdikdən sonra burada gəlmə erməni ailələri yerləşdirilmişdi. Güman etmək olar ki, kəndin adı meyməna sözündəndir. Meyməna və ya barangar Səfəvilər dövründə ordunun sağ cinahina deyilirdi. == Tarixi == Mehmana kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Mehmana kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.
Meyxanə
Meyxanə (türk. Meyhâne) — Türkiyədə asudə vaxtı spirtli içkilər qəbul etmək üçün ənənəvi içkixana. == Etimolgiya == Meyhane sözü türk dilinə farscadan gəlmişdir. Mürəkkəb sözdür. Mey şərab mənası, Hane isə ev, yer mənası verən 2 sözdən əmələ gəlmişdir. Meyhane sözünün bir çox sinonimi də köhnə dildə işlənmişdir. Bu səbəblə harâbât, humhane, hâne-i hammâr, der-i mugan, sahn-ı harâbât, bezm-i harâbat sözləri də meyhane sözünü əvəz edir və sinonim kimi istifadə olunur.Şeir və ədəbiyyat tarixində meyxanəlar mistik mənasında da istifadə olunurdu. Meyxanə, mistisizm mənasında şeyxin mistikasıdır. Şərab sevginin şərabı kimi nəzərdə tutulurdu. Qeyri-dini ədəbiyyatda isə meyxanə, sözün əsl mənasında, içki içənlər və şərab içənlərin oturub-içdikləri, söhbət etdikləri, yəni toplandıqları bir məkandır.
Mehman
Mehman — qonaq, kişi adı, təxəllüs. Mehman Ağayev — Mehman Şükürov — Mehman Hüseynov — Mehman Ələkbərov — Mehman Dəmirli — Mehman Qafarov — Mehman Ramazanov —DigərMehman (povest) — Süleyman Rəhimovun əsəri.
Mehrab
Mehrab — məscidlərin qiblə tərəfindəki divarında namaz qılarkən pişnamazın və onun ardınca başqa namaz qılanların üzlərini çevirdikləri oyuq yer.
Tehran
Tehran (fars. تهران‎) – İranın paytaxtı. Sahəsi 1.500 kv.km, əhalisinin sayı 2006–cı ildə aparılmış rəsmi siyahıya almanın nəticələrinə əsasən 7.088.287 nəfərdir. Tehranı ilkin olaraq, Qacar sülaləsinin ilk nümayəndəsi Ağa Məhəmməd şah Qacar İran üçün paytaxt seçmişdir. Onun sonuncu paytaxt tarixi 1796-ci ildən başlayır. Buna kimi ölkənin paytaxtı İsfahan, sonra Qəzvin, Şiraz və Həmədan olmuşdur.
Ayətullah Tehrani
Məhəmməd Sadiqi-Tehrani - Müctəhid, İslam dünyasının böyük alimlərindən biri. Ayətullah Sadiqi-Tehrani dövrümüzün məşhur Quran təfsirçilərindən biri, 30 cildlik "Təfsir əl-Fürqan" əsərinin müəllifidir. Din alimi olmaqla bərabər, hələ gənc ikən Tehran Universitetində ictimai elmlər üzrə elmlər doktoru dərəcəsini almış mütəfəkkir öz məhsuldar həyatını İslam elmlərinin və İslam toplumunun inkişafına sərf etmişdir. Aydın görüşləri ilə seçilən alim uzun illər Pəhləvi rejiminə qarşı mübarizə aparıb, həyatının böyük hissəsini İrandan kənarda - İraq, Livan və Səudiyyə Ərəbistanında keçirib. İraqın Nəcəf şəhərində olduğu illərdə böyük elmi nailiyyətlərə imza atmış Ayətullah Sadiqi-Tehrani ictihad məqamına yüksəlməklə bərabər, elmi hövzələrdə İslam elmlərinin tədrisi ilə məşğul olub, çoxlu sayda alim və mütəxəssis yetişdirib. Ayətulla Sadiqi-Tehraninin metodologiyası Qurana əsaslanır və o, zəmanəmizdə Quran İslamını təbliğ edən alimlərdən hesab edilir. İslam dünyasının qardaşlığına xüsusi önəm verən müctəhid Azərbaycan ərazilərinin erməni təcavüzkarları tərəfindən işğalına kəskin münasibət sərgiləyib, buna dair xüsusi fətva verib: "Müsəlman Azərbaycan Respublikası ərazilərini işğal etmiş Ermənistanla hər cür əlaqələrin qurulması haramdır. Harada olmasından asılı olmayaraq, bütün müsəlmanlara vacibdir ki, Azərbaycanın işğal altında olan ərazilərinin işğaldan azad edilməsi yönündə bacardığı yardımı göstərsin. Bu işdə hər cür səhlənkarlıq - haramdır" - Ayətullah Sadiqinin fətvasında belə qeyd olunurdu. Ayətullah Məhəmməd Sadiqi-Tehrani 85 yaşında dünyasını dəyişib.
Mehralı Qasımov
Qasımov Mehrəli Süleyman oğlu (30 oktyabr 1993, Bakı) — Ukrayna Respublikasının Azərbaycandakı Fəxri Konsulu, "Ukrayna Mərkəzi"nin təsisçisi. == Həyatı == Mehrəli Qasımov 30 oktyabr 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2009–2013-cü illərdə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində bakalavr, 2013–2015-ci illərdə eyni fakültədə magistr təhsili almışdır. 2022–2023-cü illərdə Böyük Britaniyanın Kraliyyət ailəsinin üzvü Prince Michael of Kent-in rəhbərlik etdiyi The Institute of Certified Financials Managers Universitetində İnsan Resurslarının İdarə edilməsi üzrə təhsil almışdır. 2009 –2013-cü illərdə Ukraynada fəaliyyət göstərən "SOCAR Energy" (Satış şöbəsi), 2013–2015-ci illərdə "SAP Azerbaijan" (Satış üzrə menecer), 2015–2020-ci illərdə "DeGolyer&MacNaughton Corp. USA" (Direktor müavini) şirkətlərində çalışmışdır. 2020-ci ildən Ukrayna Xarici İşlər Nazirliyində (Ukraynanın Azərbaycandakı Fəxri Konsulu) çalışır. Ukrayna ilə Azərbaycan arasında bir çox strateji, iqtisadi-ticarət layihələrinin reallaşdırılmasında xüsusi rol oynayır.Azərbaycanda "Ukrayna Mərkəzi"nin təsisçisidir. == Mükafatları == Ukrayna Prezidenti Volodimir Zelenskinin Sərəncama görə, Qasımov Mehrəli Süleyman oğlu III dərəcəli "Xidmətə görə" ("За заслуги") ordeniilə təltif edilib. == İstinadlar == == Xarici keçidlər == Ukraine opens first honorary consulate in Azerbaijan Ukrainian Honorary Consulate in Shamakhi, Azerbaijan The first Honorary Consulate of Ukraine opens in Azerbaijan Ukraine opens its first honorary consulate in Azerbaijan Arxivləşdirilib 2022-01-15 at the Wayback Machine We do believe in the bright future of Ukraine, being independent, and use all our international experience to bring it closer".
Mehrinq Frans
Frans Mehrinq (alm. Franz Mehring‎; 27 fevral 1846, Şlave — 29 yanvar 1919, Berlin) — alman fəhlə hərəkatı xadimi, marksist filosof və tarixçi, ədəbiyyat tənqidçisi. == Həyat və Fəaliyyəti == Frans Mehrinq 27 fevral 1846-cı ildə Polşada ölkənin Slava şəhərində anadan olmuşdur. 1882-cı ildən fəlsəfə doktoru. Əvvələr burjuya radikalizmi mövqeyindən çıxış etmişdir. 1890-cı ildən proletar sosializmi mövqeyinə keçmiş (1891 ildə Almaniya S-D partiyasına daxil olmuşdur), alim və publisist kimi marksist dünyagörüşünün təbliğində mühüm rol oynamağa başlamışdır. Birinci dünya muharibəsi zamanı proletar beynəlmiçiliyinə sadiq qalmışdır. Mehrinq Böyük oktyabr sosialist inqilabı ideyalarının Qərbdə ilk müdafiəçisi və təbliğatçılarından idi. Mehring "Spartak ittifaqı"nın və Almaniya Kommunist Partiyasının yaradılmasında fəal rol oynamışdır. Mehrinqin elmi irsi zəngindir.
Əbubəkr Tehrani
Əbubəkr Tehrani (fars. ابوبکر طهرانی‎ ) - Şahrux, Cahanşah və Uzun Həsən kimi hökmdarların xidmətində olmuş, siyasi işlərdə fəal iştirak etmiş dövlət adamı, münşi və tarixçi, Kitabi-Diyarbəkriyyə əsərinin müəllifi == Həyatı == Əbubəkr Tehraninin həyatı ilə bağlı əlimizdə kifayət qədər məlumat yoxdur. Müəllif özü haqqında ilk dəfə Kitabi-Diyarbəkriyyə əsərinin giriş hissəsində məlumat vermiş və tam adını Əbubəkr ət-Tehrani əl-İsfahan kimi qeyd etmişdir. Faruq Sumerə görə buradakı Tehran müasir mənasından fərqli, İsfahan yaxınlığında bir kəndin adıdır. Müəllifin İsfahanlı olması bilinən bir faktdır. Daha sonra yazar özündən Şahruxun 1446-cı ildə Reydə ölümünü nəql edərkən bəhs edir. Şahrux öz övladları və yaxın adamları ilə üç günlük əzuqə götürüb yola düşərkən, düşərgədə qalan Əbubəkr Tehraniyə məşhur sufi şeyxi Əlaüddövlə Simnarinin müridlərindən biri yaxınlaşır və deyir: "Bu şəxs qəribə padşahdır. Mən bu gecə yuxuda görmüşəm ki, peyğəmbər həzrətləri onun paltarının tozunu çırpır". Tehrani isə cavab verir: "Bu, düzgün yuxudur. Onun paltarının tozunu çırpmaq torpaqdan olan bədəninin üçan ruhundan ayırmaq mənasını verir".
Asəf Mehman
Asəf Mehman oğlu Abdullayev (ləzg. Абдуллайрин Асеф Мегьманан хва; 18 aprel 1930 - 23 iyun 2015) — ləzgi şairi. == Həyatı == Məşhur bəstəkar, şair, nasir və dramaturq, Dağıstanın əməkdar incəsənət xadimi Asəf Mehman 1930-cu ildə Qusar rayonunun Əcəxür kəndində anadan olmuşdur. 1937-ci ildə kənddə məktəb təşkil edib orada müəllimlik fəaliyyəti ilə məşğul olan atası Mehman Abdullayev "xalq düşməni" kimi həbs olunub Sibirə sürgün edildikdə onun altı övladının tərbiyəsi ilə anası Xaselem və böyük bacısı Çimnaz məşğul olur. Həyat onu nə qədər ağır sınaqlara çəksə də, Asəf uşaqlıqdan oxumağa meyl göstərir. Onun anası övladlarının təhsil almasına yaxından kömək göstərir. Uşaqlıqdan zehinli və bacarıqlı olması ilə seçilən Asəf Quba pedtexnikumuna daxil olur. Buranı başa çatdırmamış onu Xızı rayonuna müəllim işləməyə göndərirlər. Sonra o, hərbi xidmətə çağrılır. Xidməti borcunu yerinə yetirdikdən sonra, Qubadakı texnikum bağlandığına görə o, təhsilini Dərbənd pedaqoji texnikumunda davam etdirir.
Cəfər Mehrad
Cəfər Rəsul oğlu Mehrad (14 oktyabr 1947, Təbriz) — kitabxanaşünaslıq və informasiya elmləri üzrə dünya şöhrətli Azərbaycan əsilli İranlı alim, elmlər doktoru, professor. == Həyatı == 14 oktyabr 1947-ci ildə Cənubi Azərbaycanın (indiki İran) Təbriz şəhərində anadan olmuşdur. == Elmi fəaliyyəti == Professor Cəfər Mehrad Şiraz Universitetinin "Bilik və informasiya elmi" kafedrasını (1979), "Ədəbiyyat və humanitar elmlər kolleci"ni (1984), həmçinin "Mərkəzi kitabxana və sənədləşdirmə mərkəzi"ni (1986) formalaşdırmışdır. O, 1991-ci ildə İran İslam Respublikasının Şiraz şəhərində "Elm və texnologiya üzrə Regional İnformasiya Mərkəzi"ni (ing. RICEST), o cümlədən bu şəhərdə 2008-ci ildə "İslam Dünyasının Elmi İstinad Mərkəzi"ni (ing. Islamic World Science Citation Center — ISC)yaratmışdır. Bundan savayı, görkəmli alim "International Journal of Information Science and Management" (İnformasiya elmi və idarəetmə üzrə beynəlxalq jurnal) adlı elmi dərginin (2003) təsisçisi və baş redaktorudur.
Maranə (Soyuqbulaq)
Maranə (fars. مرانه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (56 ailə).
Mehman Sayadov
Mehman Sayadov (Sayadov Mehman Qəzənfər oğlu; 21 noyabr 1972, Canəhməd, Vardenis rayonu – 9 may 1992, Nəbilər, Şuşa rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1972-ci il 21 noyabr Qərbi Azərbaycanın Vardenis rayonunun Günəşli kəndində anadan olmuşdur. Orta məktəbin yeddinci sinfini burada bitirən Mehman erməni millətçilərinin 1988-ci ildə azərbaycanlıları deportasiya etdikləri zaman ailəsi ilə Samux rayonuna köçür. 1988-ci illərdə Xalq Hərəkatının öndə gedənlərindən idi. Mehman 18 yaşı tamam olan kimi Sovet Ordusuna çağırıldı. Qarabağda baş verən hadisələr onu bərk narahat edirdi. Mehman altı ay xidmət etdikdən sonra Vətənə dönür və könüllü olaraq cəbhəyə yollanır. == Döyüşlərdə iştirakı == 5 noyabr 1991-ci ildə "Azərbaycan Qarabağı" adlı könüllü özünümüdafiə batalyonlarından birinə yazılan Mehman gənc olmasına baxmayaraq Şuşa cəbhəsində əfsanəvi qəhrəmanlıqlar göstərdi. Kosalarda və Nəbilər kəndlərində vuruşan Mehman döyüşçü dostları ilə 70 erməni yaraqlısını və xeyli zirehli texnikanı sıradan çıxarmışdı. Mehman 1992-ci il 9 may tarixdə Şuşanın Nəbilər kəndində öz ölümü ilə ölməzliyə qovuşdu.
Mehman Səlimov
Mehman Səlimov (12 avqust 1955, Qızılkilsə, Dmanisi rayonu) — Azərbaycanlı hərbçi, polkovnik. Azərbaycanın müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini (1995–1999). == Həyatı == Mehman Əmirxan oğlu Səlimov 1955-ci il avqustun 12-də Gürcüstan SSR-in Dmanisi rayonundakı Qızıl-Kilsə kəndində anadan olmuşdur. 1962-ci ildə Dmanisi rayonunun 1 saylı rus orta məktəbinin I sinfinə daxil olmuş, 1973-cü ildə isə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1974-cü ildə Donetsk Ali Siyasi Hərbi Məktəbinə daxil olmuş və 1978-ci ildən 1984-cü ilədək Kiyev Hərbi Dairəsinin hərbi hissələrində komandirin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət etmişdir. 1984-cü ildə V.İ.Lenin adına Hərbi-Siyasi Akademiyaya daxil olmuş və 1987-ci ildə akademiyanı bitirmişdir. 1987-ci ildən Zaqafqaziya Hərbi Dairəsində Ermənistan SSR-in o vaxtkı Leninakan, indiki Gümrü şəhərində 120-ci tank alay komandirinin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət etmişdir. 1989-1990-cı illərdə Gəncədə 130-cu tank alayı komandirinin siyasi məsələlər üzrə müavini işləyib. 1990-1991-ci illərdə Zaqafqaziya Hərbi Dairəsinin Bakıdakı 295-ci motoatıcı diviziyası komandirinin müavini-siyasi şöbənin rəisi vəzifəsində çalışmışdır. 1991-ci ilin yayından başlayaraq gizli və açıq şəkildə Azərbaycanda Milli Ordu quruculuğuna, Müdafiə Nazirliyi strukturunun formalaşmasına dəstək verməyə başlayıb.
Mehman Səyyadov
Mehman Sayadov (Sayadov Mehman Qəzənfər oğlu; 21 noyabr 1972, Canəhməd, Vardenis rayonu – 9 may 1992, Nəbilər, Şuşa rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1972-ci il 21 noyabr Qərbi Azərbaycanın Vardenis rayonunun Günəşli kəndində anadan olmuşdur. Orta məktəbin yeddinci sinfini burada bitirən Mehman erməni millətçilərinin 1988-ci ildə azərbaycanlıları deportasiya etdikləri zaman ailəsi ilə Samux rayonuna köçür. 1988-ci illərdə Xalq Hərəkatının öndə gedənlərindən idi. Mehman 18 yaşı tamam olan kimi Sovet Ordusuna çağırıldı. Qarabağda baş verən hadisələr onu bərk narahat edirdi. Mehman altı ay xidmət etdikdən sonra Vətənə dönür və könüllü olaraq cəbhəyə yollanır. == Döyüşlərdə iştirakı == 5 noyabr 1991-ci ildə "Azərbaycan Qarabağı" adlı könüllü özünümüdafiə batalyonlarından birinə yazılan Mehman gənc olmasına baxmayaraq Şuşa cəbhəsində əfsanəvi qəhrəmanlıqlar göstərdi. Kosalarda və Nəbilər kəndlərində vuruşan Mehman döyüşçü dostları ilə 70 erməni yaraqlısını və xeyli zirehli texnikanı sıradan çıxarmışdı. Mehman 1992-ci il 9 may tarixdə Şuşanın Nəbilər kəndində öz ölümü ilə ölməzliyə qovuşdu.
Mehman Yusifov
Mehman Musa oğlu Yusifov (18 iyul 1979, Bayramlı, Tovuz rayonu – 5 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mehman Yusifov 1979-cu il iyulun 18-də Tovuz rayonunun Bayramlı kəndində Musa və Gülsüm Yusifovların ailəsində anadan olub. 1985–1996-cı illərdə Tovuz rayonunda E. Orucov adına Bayramlı kənd tam orta məktəbində təhsil alıb. Günel Yusifova ilə ailəli idi. Məhəmməd və Süleyman adında iki oğlu Fatimə adında isə qızı yadigar qaldı. == Hərbi xidməti == Mehman Yusifov 1998–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin " Gizir hazırlığı kursu"nu bitirib . Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 iyul 2002-ci il tarixli əmri ilə " gizir " rütbəsi verilən Yusifov Xızı rayonunun Yaşma qəsəbəsində "N" saylı hərbi hissədə vəzifəyə başlayır. Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edən Yusifov Mehmana Azərbaycan Respublikası Müdafiə Nazirinin 25 iyun 2013-cü il tarixli əmri ilə " baş gizir " hərbi rütbəsi verilir. Yusifov xüsusi təyinatlı qrupun kəşfiyyatçısı (sanitar), rabitə bölüyünün baş çavuşu, mühafizə və təminat bölüyünün baş çavuşu, maddi — texniki təminat bölüyünün baş çavuşu vəzifələrində xidmət edib.
Mehman göl
Mehman göl — Azərbaycanın Ağcabədi, İmişli və Beyləqan rayonları ərazisində göl. == Xüsusiyyətləri == Göl dəniz səviyyəsindən 7 metr yuxarıda yerləşir. Ümumi sahəsi 1200 ha-dır. Gölün uzunluğu 8 km, eni 4 km, maksimal dərinliyi isə 1,5 m təşkil edir. Göl Kür çayından damba vastəsi ilə ayrılır. Son zamanlar gölün sahəsi kişilmişdir. Göl ətrafının iqlimi quru subtropik, yarımsəhradır. Yayı quru, olduqca isti, qışı isə mülayim keçir. Yayda ətraf ərazilərdə temperatur 22-35 °С, yanvarda isə +2,5 °С təşkil edir. Göl qış ayları donmur.
Mehman İsmayılov
Mehman Şirvanov
Mehman Mirəziz oğlu Şirvanov (24 fevral 1980; Lənkəran rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mehman Şirvanov 1980-ci il fevralın 24-də Lənkəran rayonunun Ürgə kəndində anadan olub. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Mehman Şirvanov Azərbaycan Silahlı Qüvvələrinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Mehman Şirvanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Mehman Şirvanov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Lənkəran rayonunun Ürgə kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Şirvanov "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Şirvanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehman Şirvanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mehman Şükürov
Məymanə
Məymanə ㅡ Əfqanıstanın Fəryab vilayətində şəhər. Mayoru Əhməd Cavid Qayvandır. == Tarix == Məymanə xanlığı: Buxara - Herat yolunun üzərində yerləşdiyindən asılı olaraq, fövqəladə bir strateji önəmi var.Əhalisi iki yüz mindən çoxdur ki bunun da hamısı Özbəklərdir.İnzibati mərkəz Məymanə şəhəridir. Bu yer 1874-cü ildə mühasirə döyüşləri ilə məşhur idi. Şəhərin ticarət önəmi getdikcə artaraq, Buxaraya açılan qapı rolunu oynayır.. == Əhalisi == XIX əsrdə şəhərin əhalisi 15-18 min nəfər idi.1958-ci ildə şəhərdə 30 min, 1979-cu ildə - 38.250, 1982-ci ildə - 56.973 nəfər yaşayırdı..2004-cü ildə şəhərin əhalisi 75.900 nəfər, 2015-ci ildə isə 149.040 nəfərə çatıbdır.. === Milli tərkibi === Məymanədə yerli Özbəklər üstünlük təşkil etsə də, az sayda Türkmənlər, Taciklər, Puştunlar və Bəluclar da yaşayırlar.
Məzrayə
Məzrayə (Alan)
Berane
Berane (mont. Беране/Berane) - Monteneqroda şəhər. Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 11.776 nəfərdir.
Morane
Morane (fr. Morane) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). == Coğrafiya == Atollun sahəsi 2 km²-dir. Daxilində laqun vardır. Manqareva atollundan 110 km məsafədə yerləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Mərağə
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır.Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. == Etimologiyası == Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. == Tarixi == Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur. Strabon qeyd edir ki, Araz çayından Vera şəhərinə məsafə 2400 stad (1 stad 184 metrə bərabərdir) olmuşdur.
Vəhran
Vəhran (ərəb. وهران‎ Wahrān) və ya Oran — Əlcəzairin ikinci iri şəhəri. Aralıq dənizinin sahilində yerləşir. Vəhran vilayətinin inzibati mərkəzidir. 2008-ci ilin məlumatına görə əhalisi 609.940 nəfərdən ibarət olmuşdur.
Məzrayə (Alan)
Məzrayə (fars. مزرعه‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (28 ailə).
Məzrayə (Soyuqbulaq)
Məzrayə (fars. مزرعه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (9 ailə).
Məzrayə (Xalxal)
Məzrayə (fars. مزرعه‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (63 ailə).
Məzrayə (Çaldıran)
Məzrayə (fars. مزرعه‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 110 nəfər yaşayır (32 ailə).
Məzrayə (Şəbüstər)
Məzrayə (fars. مزرعه‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,220 nəfər yaşayır (300 ailə).