MEHPARƏ
MEHRANƏ
OBASTAN VİKİ
Mehran
Mehran (şəhər)
Mehran (şəhər)
Mehran — İranın İlam ostanının şəhərlərindən və Mehran şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 13,118 nəfər və 2,958 ailədən ibarət idi.
Mehran şəhristanı
Mehran şəhristanı — İranın İlam ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Mehran şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 23,878 nəfər və 5,238 ailədən ibarət idi.
Mehranilər
Mehranilər — 330-821-ci illərdə Qafqazın bir neçə bölgəsində hökmranlıq edən sülalə. Onlar Sasani farsəsilli olduqlarını iddia edirdilər, lakin parf mənşəli idi. == Tarix == Miladi 591-ci ildə Qafqaz Albaniyası ittifaqına daxil olan Girdiman knyazlığında hakimiyyətə gəlmiş mehranilər sülaləsinin əsası Mehran (Sasani şahının kürəkəni , Moisey Kalankatukluya görə Mehran edam olunmaq təhlükəsindən dolayı miladi tarixlə 591-ci ildə öz nəslinə məxsus 30 min ailə ilə birlikdə Qafqaz Albaniyasının Girdiman vilayətinə gəlmiş, vilayətin 12 əyanını öldürtmüş və Girdimanın sahibi olmuşdur .) tərəfindən qoyulmuşdur. Moisey (Musa) Kalankatuka görə sülalənin tarixçəsi belədir: Mehran, Mehranın oğlu Armail, Armailin oğlu Vard, Vardın oğlu Cəsur I Vardan (O, Mehran təki keçmiş yerli hakim sülalənin — Aranilərin 60 nümayəndəsini qətlə yetirdi və Qırdman (Girdiman) qalasını tikdirdi.), Cəsur I Vardanın (600–615) oğulları Varazman (615–628) və Varaz-Qriqor. Varaz Qriqor (628–642) Alban kotolikosu Vironun himayəsi ilə Sasani şahı II Xosrov tərəfindən "Qırdmanın ağası və Alban ölkəsinin Knyazı" olaraq tanındı. Beləliklə onun zamanında alban dövlətçiliyi faktiki olaraq bərpa olundu (onadək Albaniya yüz ildən artıq müddətdə yəni , 510–628-ci illərdə Sasani mərzbanları tərəfindən idarə edilmişdi). 628-ci ildə Varaz-Qriqor Ktesifonda Viro tərəfindən xaç suyuna salındı və xristianlığı qəbul etdi. 630–642 ci illərdə Böyük Alban Knyazı olan Varaz-Qriqor paytaxtı Bərdə şəhərinə köçürdü. Varaz Qriqorun Varaz Peroz, Cavanşir, II Varazman , İyezut-Xosrov adlı oğulları var idi. Cavanşir Varaz-Qriqorun ölümündən sonra onun taxt-tacının varisi oldu.
Mehranilər sülaləsi

Mehranrud nahiyəsi
Mehranrud mahalı — XIV əsr-1990 inzibati nahiyə. Təbriznın bölgələrindən biri. == Tarixi == Təbrizin şərqində yerləşən bu mahal Təbrizdən axan Mehranrud çayının adı ilə əlaqədardır. Şəhər darvazasından oraya beş fərsəng məsafə var idi. İsfənc, Sədabad onun böyük qəsəbələri idi. Orada bir sıra kəndlər, o cümlədən Çanqur, Qasımabad, Yuxarı Gəvanlıq, Mərnab, Bakşin, Nəhənd, Üsbənc, Qərəçəlu, Növcədih, Quvalan, Anbardan, Kəlixan, Zırnıq, Fəhvəsfənc (indiki Basmınc), Ġstiliq, Keçəlabad, Kərmavcan, Barus var idi 1593-cü ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin nahiyəsi E. Çələbinin yazdığına görə, Təbrizin dörd tərəfində təqribən 7 nahiyə (Mehranrud, Səravrud, Dideherdər, Ərdənəq, Dudqat, Canımrud, Bədistan) var. Şəhərin şərqində yerləşən Mehranrud nahiyəsinə daxil olan Rut, İsfənc, Səidabad kəndlərində müxtəlif məscid, karvansara, hamam, kiçik üstüörtülü bazar, bağ və bağçalar yerləşirdi. Səyyah xüsusilə vurğulayır ki, əksər kəndlər adı çəkilən ictimai tikililərə malik idilər. 1725-ci ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin Təbriz livasının nahiyəsi .
Yelena Mehrani
Yelena Mehrani — Varaz Qriqorun qızı, Qafqaz Albaniyasının şahzadəsi və Ermənistan knyaginyası. Qriqor Mamikonyanla evlənmişdi. Varaz Trdata kömək edərək Müqəddəs Qriqorinin çənəsini ona göndərmişdi. Övladı olmamışdır. Onun xahişi ilə Qriqor Aruç kilsəsini inşa etdirmişdir.

Digər lüğətlərdə