Mehman göl[1] — Azərbaycanın Ağcabədi, İmişli və Beyləqan rayonları ərazisində göl.
Mehman göl | |
---|---|
Ümumi məlumatlar | |
Eni | 4 km |
Uzunluğu | 8 km |
Sahəsi | 35 km² |
Dərin yeri | 1.5 m |
Yerləşməsi | |
40°02′56″ şm. e. 47°52′48″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Yerləşməsi |
Ağcabədi, İmişli, Beyləqan (Azərbaycan) |
|
|
|
Göl dəniz səviyyəsindən 7 metr yuxarıda yerləşir. Ümumi sahəsi 1200 ha-dır. Gölün uzunluğu 8 km, eni 4 km, maksimal dərinliyi isə 1,5 m təşkil edir. Göl Kür çayından damba vastəsi ilə ayrılır. Son zamanlar gölün sahəsi kişilmişdir. Göl ətrafının iqlimi quru subtropik, yarımsəhradır. Yayı quru, olduqca isti, qışı isə mülayim keçir. Yayda ətraf ərazilərdə temperatur 22-35 °С, yanvarda isə +2,5 °С təşkil edir. Göl qış ayları donmur. Yağıntılar əsasən yaz və payız aylarında düşür. Suyunun duzluğu 5,5 q/l təşkil edir. Temperaturu isə yada 22-29°С, qışda isə 4-7,5 °С olur.