Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Membran
Hüceyrə membranı, sitoplazmik membran, plazma membranı — canlı hüceyrənin daxili hissələrini onu əhatə edərək xarici mühitdən ayıran bioloji membran, dəri. Membran ion və üzvi birləşmələrin hüceyrə içinə, eləcə də daxildən xaricə keçidini dəqiq şəkildə tənzimləyir. Hüceyrə membranının ana funksiyası huceyredaxili strukturları xarici təsirlərdən qorumaqdır. Proteinləri əhatələyən cüt fosfolipid təbəqəsindən ibarətdir. Hüceyrə membranı toxumada fərdi hüceyrələrin bir-birinə birləşməsi, ion mübadiləsi, hüceyrə divarı, qlükokaliks, hüceyrədaxili sitoskelet kimi bir sıra xarici quruluşun dayaq nöqtəsi olan platformadır. Həyati proseslərin bir çoxu membranlarda baş verir. Bu proseslərin pozulması bir sıra patologiyaıarın yaranmasına səbəb olur. Membran biofizikası hüceyrə membranını öyrənən əsas sahələrdən biridir. Hüceyrə membranının yerinə yetirdiyi funsiyalardan əsasən üçünü qeyd etmək olar: Baryer funksiyası – membranlar hüceyrədaxili mühitlə ətraf mühiti təcrid edir və seçici, tənzimlənən keçiriciliyə malikdir. Membran keçiriciliyi hüceyrənin vəziyyətindən asılı olaraq dəyişə bilər.
Membran klaviatura
Membran klaviatura — tərpənməz (yaxud, demək olar ki, tərpənməz) kontaktları örtən və üzərinə simvollar vurulmuş bütöv plastik və ya rezin membrandan ibarət olan klaviatura. Normal klaviaturalardan fərqli olaraq, membran klaviaturalarda klavişləri göstərmək üçün təzyiqəhəssas zonalardan istifadə olunur. Bu zonalar, adətən, membranın altında kiçik qabarcıqlar şəklində olur. Belə klaviaturalardan ilk növbədə printerlərdə və ya çirkli atmosferi olan yerdə işləmək üçün nəzərdə tutulmuş qurğularda istifadə edilir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Rembrant
Rembrandt (tam adı: Rembrandt Harmens van Reyn, nid. Rembrandt Harmenszoon van Rijn; 15 iyul 1606[…], Leyden, Hollandiya qraflığı[…] – 4 oktyabr 1669[…], Amsterdam, Hollandiya qraflığı[…]) — Niderland rəssamı və qrafiki, holland rəssamlığının qızıl dövrünün ən parlaq nümayəndəsi. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Dəyirmançı ailəsində doğulmuşdur. Bir müddət Leyden Universitetində oxumuş (1620), sonralar Leydendə Yakob van Svanenburxdan (təqr. 1620-23) və Amsterdamda Piter Lastmandan (1623) rəssamlıq dərsləri almışdır. 1625-31-ci illərdə Leydendə işləmiş, 1632-ci ildə Amsterdama köçmüşdür. Burada Rembrandtın Saskiya van Eylenbürx (1634-42), sonra isə Hendrike Stoffels (təqr. 1649-63) ilə evlənməsi onun sonrakı həyat və yaradıcılığına mühüm təsir göstərmişdir (Saskiyaya dərin məhəbbəti, əsərlərində tez-tez onun obrazını əks etdirməsi, hər iki qadının həyatdan vaxtsız getməsi və s.). 1630–1640-cı illərin əvvəlləri Rembrandt yaradıcılığının uğurlu dövrü və şəxsi həyatının xoşbəxt çağları olmuşdur.
Danaya (Rembrant)
Danaya — hollandiyalı rəssam Rembrandtın rəsm üzərinə yağlı boya ilə 1636-cı ildə çəkdiyi tablodur. Pyer Krozat kolleksiyasında iştirak etmiş tablo XVIII əsrdən bu yana Peterburqdakı Ermitaj muzeyində saxlanılır. == Tarixi == Tabloda yunan mifologiyasında Perseyin anası olan Danaya xarakteri təsvir olunmuşdur. Şəkildə Danaya böyük ehtimalla, bir qızıl sağnağı şəklinə girərək özüylə əlaqəyə girib Perseyə hamilə qalmasını təmin edəcək olan Zevsi qarşılayarkən görülməkdədir. Danaya üçün, rəssamın bərabər yoldaşı olan Saskiya van Uylenburq modellik etmiş olsa da, Rembrandt daha sonra, Danayanın üzünü dəyişdirərək aşnası Geertje Dircxin üzünə çevirmişdi. Rembrandtın ən dəbdəbəli əsərlərindən biri olan bu tabloya böyük ehtimalla rəssam tərəfindən də böyük əhəmiyyət verilmişdir. Ancaq şəklin nisbətən böyük ölçülərdə olması, satılmasını çətinləşdirmişdir. Rembrandtın bu tablosu 15 iyun 1985-ci ildə ağlı başından çıxmış bir adam tərəfindən hücuma uğradı. Rəsmin üzərinə sülfürik turşu tökən təcavüzkar tablonu ayrıca iki yerindən bıçaqladı. Hücum sonrasında şəklin orta hissəsi sıçrama izlərindən və axan boyalardan meydana gələn bir çox nöqtəylə örtüldü.
Rembrant Harmens van Reyn
Rembrandt (tam adı: Rembrandt Harmens van Reyn, nid. Rembrandt Harmenszoon van Rijn; 15 iyul 1606[…], Leyden, Hollandiya qraflığı[…] – 4 oktyabr 1669[…], Amsterdam, Hollandiya qraflığı[…]) — Niderland rəssamı və qrafiki, holland rəssamlığının qızıl dövrünün ən parlaq nümayəndəsi. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Dəyirmançı ailəsində doğulmuşdur. Bir müddət Leyden Universitetində oxumuş (1620), sonralar Leydendə Yakob van Svanenburxdan (təqr. 1620-23) və Amsterdamda Piter Lastmandan (1623) rəssamlıq dərsləri almışdır. 1625-31-ci illərdə Leydendə işləmiş, 1632-ci ildə Amsterdama köçmüşdür. Burada Rembrandtın Saskiya van Eylenbürx (1634-42), sonra isə Hendrike Stoffels (təqr. 1649-63) ilə evlənməsi onun sonrakı həyat və yaradıcılığına mühüm təsir göstərmişdir (Saskiyaya dərin məhəbbəti, əsərlərində tez-tez onun obrazını əks etdirməsi, hər iki qadının həyatdan vaxtsız getməsi və s.). 1630–1640-cı illərin əvvəlləri Rembrandt yaradıcılığının uğurlu dövrü və şəxsi həyatının xoşbəxt çağları olmuşdur.
Embrace, Extend, and Extinguish
«Embrace, extend and extinguish» və ya «Embrace, extend, and exterminate» ("Dəstəkləmək, qurmaq və məhv etmək") — ABŞ Ədliyyə Departamenti tərəfindən Microsoft tərəfindən geniş qəbul edilmiş standartlardan istifadə edən proqram təminatının bu standartları genişləndirməklə və sonra bu fərqlərdən istifadə edərək sənayeyə daxil etmək strategiyasını təsvir etmək üçün istifadə edildiyi müəyyən edilmiş ifadədir. rəqiblər üzərində üstünlük. Taktika aşağıdakı addımlardan ibarətdir: açıq standartlara əsaslanan müəyyən əvvəldən mövcud olan texnologiyanın yaradılması və bazara təqdim edilməsi, bazarda ən azı əhəmiyyətli, aparıcı olmasa da, əhəmiyyətli mövqeyə nail olmaq (embrace); istifadəçilərin ehtiyac duyduğu imkanları həyata keçirən texnologiyaya mülkiyyət uzantılarının əlavə edilməsi (extinguish); mülkiyyət uzantılarının bəzi kritik kütləsi yığıldıqdan sonra, istifadəçilər üçün texnologiyanın görünüşünü qoruyarkən orijinal açıq texnologiyadan tamamilə imtina edilir, onu mülkiyyətçi ilə əvəz edir. Bu mərhələdə məhsul artıq bazar lideri olduğundan, açıq texnologiya mülkiyyət texnologiyasından (extend) geridə qalması səbəbindən ölür. Azad proqram təminatı tərəfdarları bunu təchizatçıların dəyişdirilməsinə maneələr yaratmaq üçün mənəvi cəhətdən qəbuledilməz bir yol hesab edirlər və Microsoft-un öz mülkiyyət genişləndirmələrini açıq standartlara (məsələn, Kerberos) əlavə etmək cəhdlərinə son dərəcə mənfi reaksiya verirlər.
Məranə (Sərdəşt)
Məranə (fars. مرانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (14 ailə).