QİSMƏT
QİŞALI
OBASTAN VİKİ
Ağlı qişa
Selikli qişa
Selikli qişa (lat. tunica mucosa) — yumşaq, nəm, bir çox nahiyələrdə büküşlü membran olub, çəhrayı və tünd qırmızı rəngdə olur, artıq dərəcədə genəlmə qabiliyyətinə malikdir. Əsasını lifli birləşdirici toxumadan əmələ gəlmiş xüsusi səfhə - lat. lamina propria mucosae təşkil edir; boşluğa baxan səthi müxtəlif şəkilli (yastı və silindrəbənzər) epitel ilə örtülüdür. Çoxqatlı yastı epitel ilə örtülü olan nahiyələrdə lifli birləşdirici toxumadan məməciklər - lat. papillae əmələ gəlir. Selikli qişanın bəzi nahiyələrində saya əzələ liflərindən təşkil olunmuş əzələ səfhəsində - lat. laminamuscularis mucosae təsadüf olunur. Selikli qişa həzm və tənəffüs aparatında ağız boşluğunu, ağız vəzilərinin axacaqlarını, əsnəyi, udlağı, eşitmə borularını və onun əlavə boşluqlarını (ciblərini), göz yaşı-burun axacaqlarını, qırtlağı, nəfəs borusunu, bronxları, qida borusunu, mədəni, bağırsaqları, ödlüyü, öd axacaqlarını və pankreas axacağını örtür. Sidik-cinsiyyət aparatında isə bu qişa sidik üzvlərindən böyrək ləyənini, sidik axarlarını, sidikliyi və sidik kanalını, kişi cinsiyyət üzvlərindən - xaya artımları axacaqlarını, toxum kisəciklərini və qadın cinsiyyət üzvlərindən - uşaqlıq borularını, uşaqlığı və uşaqlıq yolunu örtür.
Seroz qişa
Seroz qişa – lat. tunica serosa və ya xarici birləşdirici toxuma qişası – lat. tunica adventitio həzm kanalının ən xarici qişasını təşkil edir. Bu qişa əzələ qişası ilə nazik, kövşək birləşdirici toxuma təbəqəsi – serozaltı toxuma – lat. tela subserosa vasitəsilə rabitədədir. seroz qişa həzm kanalının bəzi hissələrini məsələn: mədəni, bağırsaqları xaricdən örtmüşdür. Bu çox nazik, şəffaf, hamar və seroz maye ifraz edən bir qişadır; qarın boşluğuna baxan səthi bir qatlı yastı mezodermal epitel (mezotel) ilə örtülüdür. Bu qişanın əsasını lifli birləşdirici toxuma səfhəsi təşkil edir; bu səfhə az, ya çox miqdarda elastik liflərə malik sərt birləşdirici toxumadan təşkil olunmuşdur. Seroz qişa üzvləri örtdüyü kimi, bəzi boşluqların divarlarını əhatə edir, ona görə iki səfhəyə bölünür: 1) visseral səfhə – lat. lamina visceralis üzvləri örtən səfhə və 2) parietal səfhə – lat.
Onurğa beyni qişaları
Onurğa beyni xaricdən daxilə doğru üç qişa (lat. meninges medullae spinales) ilə əhatə olunmuşdur: 1) onurğa sərt qişası – lat. dura mater spinalis; 2) onurğa beyninin hörümçək torunabənzər qişası – lat. arachnoidea spinalis və 3) onurğa beyninin yumuşaq qişası – lat. pia mater spinalis. Onurğa beyni və beyin qişaları mezenximdən inkişaf edir. Rüşeym 9 mm boyda olarkən sinir borusu mezenxim toxuması qatı ilə əhatə olunur; bu qata mərkəzi sinir sisteminin ilk qişası – lat. meninx nervosa primitiva deyilir. Rüşeym 20 mm boyuna çatarkən ilk qişa iki səfhəyə ayrılır: xarici səfhə – lat. exomeninx və daxili səfhə – lat.
Qişalılar (Tunicata)
Ürəyin daxili qişası
Endokard (lat. endocardium — daxili qişa) — ürək divarının daxili təbəqəsi.

Digər lüğətlərdə