Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mexanizm
Mexanizm — bir elementin hərəkəti başqalarının məcburi hərəkətini yaradan, hissələrdən ibarət kompleksdır. Bu halda sistemin bütün nöqtələrinin sürətləri və təcilləri təyin oluna bilir. Mexanizmlər hərəkəti ötürmək üçün tətbiq olunurlar. Mexanizmlərin hərəkəti cütlərlə təyin olunur. Menanizmdə bir-biri ilə əlaqədə olan elementlərə kinematk cütlər deyilir. Cütlər isə öz növbəsində bəndlərdən təşkil olunur. Məsələn, prizmatik kanalda oturdulmuş bənd irəli geri hərəkət edə bilir, ona görə də onlar birlikdə cüt təşkil edirlər. Silindrik oymaqda oturdulmuş içlik kinematik cütdürlər. Vint və qayka da kinematik cüt kimi baxıla bilər. Mexanizmlər ötürmələrin bir növüdür.
Qazpaylayıcı mexanizm
Qazpaylayıcı mexanizm- daxili yanma mühərriklərinin silindrlərinə karbüratordan gələn qaz qarışığının vaxtında paylanması və iş prosesində yaranan qazların xaric edilməsinə xidmət edir. Bu, silindrlərin sorma və xaricetmə klapanalarının paylayıcı valın dirsəkləri ilə idarəsi sayəsində yerinə yetirilir. Paylayıcı val, dirsəkli valla dişli qayış və ya zəncir ötürməsinin köməyi ilə əlaqələndirilərək onunla sinxronlaşdırlmış hərəkət icra edir. Qazpaylayıcı mexanizm paylayıcı valın vəziyyətindən asılı olaraq iki növə bölünürlər: Yuxarıda (silindr başlığında) yerləşmiş vallı, Aşağıda (mühərrik blokunda) yerləşmiş vallı. Şəkildə üst hissədə yerləşmiş qazpaylayıcı mexanizm təsvir edilmişdir. Paylayıcı val iş tsiklinə uyğun dirsəkli valdan aldığı fırlanma hərəkəti zamanı dönərək dirsəkləri ilə klapanları ardıcıl olaraq itələyir. Klapanın geriyə qayıtması mexanizmdə quraşdırılmış güclü yayların hesabına baş verir. Paylayıcı val ya bir başa klapanın başında yerləşmiş itələyiciyə, ya da ox ətrafında dönən lingdən istifadə edilir. İkinci quruluş daha çox altda yerləşmiş paylayıcı valldan istifadə zamanı tətbiq olunur. Dördtaktlı mühərriklərdə klapanlar yüksək temperaturda işləyir.
Avtomat (mexanizm)
Avtomat — nisbətən öz-özünə işləyən maşın və ya əməliyyatlar ardıcıllığını avtomatik izləmək və ya əvvəlcədən müəyyən edilmiş təlimatlara cavab vermək üçün nəzərdə tutulmuş idarəetmə mexanizmi. Bəzi avtomatlar, məsələn, mexaniki saatlarda zəng vuranlar, təsadüfən baxan şəxsə mexaniki robot kimi öz gücü və ya iradəsi ilə işlədikləri illüziyasını vermək üçün nəzərdə tutulub. Termin uzun müddətdir hərəkət edən insanlara və ya heyvanlara bənzəyən, insanları heyran etmək və/və ya əyləndirmək üçün hazırlanmış avtomatlaşdırılmış kuklalarla əlaqələndirilir. Animatronik, tez-tez filmlərdə və əyləncə parklarında personajların və ya canlıların təsviri üçün istifadə olunan elektronika ilə müasir avtomat növüdür. == Etimologiya == "Avtomat" sözü qədim yunanca "öz iradəsi ilə hərəkət edən" (q.yun. αὐτόματον) sözünün latın dilinə tərcüməsidir. Bu söz ilk dəfə Homer tərəfindən qapının avtomatik açılmasını və ya təkərli ştativlərin avtomatik hərəkətini təsvir etmək üçün istifadə edilmişdir. Əsasən qeyri-elektron hərəkət edən maşınları, xüsusən də insan və ya heyvan hərəkətlərinə bənzəmək üçün hazırlanmış maşınları, məsələn, köhnə açıq saatlardakı jakları və ya ququ quşlu saatdakı quşu və hər hansı digər cizgi fiqurlarını təsvir etmək üçün istifadə olunur. == İstinadlar == == Xarici keçidlər == The Automata and Art Bots mailing list home page Modern Automata Museum The House of Automata – The largest online gallery of automata J. Douglas Bruce, 'Human Automata in Classical Tradition and Mediaeval Romance', Modern Philology, Vol. 10, No.
Mexanizm dizayn nəzəriyyəsi
Mexanizm dizayn nəzəriyyəsi (ing. mechanism design) — oyunçuların rasional hərəkət etdikləri və iqtisadi aktyorların hərəkətlərinin sosial seçim funksiyası üçün optimal bir həllə səbəb olduğu istədikləri hədəflərə çatmaq üçün mexanizmlər və təşviqlərin yaradılmasına yanaşma olan iqtisadiyyat və oyun nəzəriyyəsi sahəsində bir iş. Bu yanaşma ilk dəfə 1960-cı ildə Leonid Qurviç tərəfindən təklif edilmişdir. Leonid Qurviç 1959-1960-cı illərdə iqtisadi resursların əsas müddəalarını ilk dəfə "Resursların bölüşdürülməsi proseslərindəki optimallıq və informasiya səmərəliliyi" məqaləsində formalaşdırmış, 1973-cü ildə həqiqət xüsusiyyətini, daha sonra identifikasiya prinsipini formalaşdırmış və 2006-cı ildə birlikdə Stanley Reiter [ru] ilə "İqtisadi Mexanizmlərin Dizaynı [en]" mexanizmlərinin dizaynı haqqında bir kitab nəşr olundu. Erik Maskin 1980-1984-cü illər üçün məqalələrində "tətbiqetmə nəzəriyyəsi" deyilən bir sənəd hazırladı: lazımi xüsusiyyətlərə sahib olması üçün belə bir protokolun tərtib edilməsi. Və Roger Myerson 1979-1985-ci illər üçün sənədlərində bu yanaşmanı auksionlara tətbiq etmişdir . İsveç Kral Elmlər Akademiyası, 2007-ci ildə Alfred Nobel İqtisadiyyat Memorial Mükafatını Leonid Gurviç, Eric Maskin və Roger Myerson'a "optimal qaynaq bölgüsü mexanizmləri nəzəriyyəsinin təməlini qoyduğuna görə" verdi. İqtisadi mexanizmlərin dizaynı - ayrı-ayrı iqtisadi agentlərin hərəkətlərinin sosial seçim funksiyası üçün optimal bir həllə gətirib çıxardığı qarşılıqlı əlaqə mexanizmi yaradan yanaşmadır. Mexanizm - iqtisadi agentlərin qarşılıqlı əlaqəsidir, strateji oyun formasıdır. Oyun oyunçuların (iqtisadi agentlərin) hərəkətlərinin təsviri və bir sıra hərəkətlərin nəticəsidir.
Yeni İqtisadi Mexanizm
Yeni İqtisadi Mexanizm — 1968-ci ildə Macarıstanda başlayan geniş ölçülü iqtisadi islahatdır. İslahatın təsiri 1972–1978-ci illər arasında Şərq blokunun ortaq siyasəti nəticəsində azaldı, amma 1989-cu il inqilabları sona çatana qədər islahat şərtləri vurğulanmasa da, Macarıstan iqtisadiyyatına təsir etməyə davam etdi. İslahat səbəbiylə 1980-ci illərdə Macarıstan bazar mexanizmlərini mərkəzi planlamaya nisbətən yüksək tutdu. Bu, sovet iqtisadiyyatından olduqca fərqli bir yol izləməsinə və eyni zamanda siyasi çətinliklərə səbəb oldu. Qərb qaynaqları islahatların təsiri altındakı macar iqtisadiyyatının Şərq bloku ölkələrindən daha yaxşı performans göstərdiyini bildirdilər. 1956–1968-ci illər arasında Mərkəzi Avropada islahatlar başladı. Bu islahatların başlanğıcı 1956-c il Macarıstan inqilabından başladı. İnkişafı Yanoş Kadarın Macarıstan liderliyinə gəlməsi və Macarıstan Sosialist Fəhlə Partiyasının yaranması ilə nəticələndi. Kadarın 1961-ci ildə "Bizə qarşı olmayanların bizimlə olduğunu" söyləyərək birləşmiş Macarıstan yaratmaq hədəfini yaratdı. Sosial barışa çatan Kadar əsas diqqətini iqtisadi inkişafa yönəltdi.
Çarxqollu-sürgüqollu mexanizm
Çarxqollu-sürgüqollu mexanizmi porşenin irəli-geri hərəkətini fırlanma hərəkətinə (məsələn: daxili yanma mühərriklərində) və əksinə çevirməyə xidmət edir. Çarxqollu-sürüngəc mexanizmini hissələri iki qrupa bölünür, bunlar hərkətli və hərkətsizdirlər: hərəkətli olanlar: porşen, sırğalarla birlikdə, porşen barmağı, sürgü qolu, dirsəkli val yastıqlarla birlikdə və çarx qolu, nazimçarx. hərəkətsiz olanlar:silindrlər bloku (daxili yanma mühərriklərində baza hissə sayılır), silindrlər başlığı, nazimçarx, mufta, silindrlər blokunun başlığı, bərkidici hissələr, kipləşdiricilər, tutqaclar Daxili-yanma mühərriklərində Qazın təsiri altında porşen aşağıya, dirsəkli vala tərəf hərəkət edir. "Porşen-sürgü qolu" və "sürgü qolu-val" cütlüyünü köməyi ilə porşenin xətti hərkəti dirsəkli valın fırlanma hərkətinə çevrilir. Hidravlik dönmə mexanizmində (əks sxem) Dirskli val xaric momentin təsirindən fırlanma hərkəti icra edir. Onun bu hərkəti "val-sürgü qolu-porşen" zənciri vasitəsilə porşenin xətti hərkətinə çevrilir. Kəngərli, Ayaz Mahmud oğlu. Maşın və mexanizmlər nəzəriyyəsi : dərslik / A. M. Kəngərli ; elmi red. S. X. Kərimov. - Bakı : Müəllim, 2004.