Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kazım Meçiyev
Kazım Meçiyev (1859-1945)—Güney Qafqazda yaşayan balkarların şair-filosofu, ilahiyyatçı. == Həyatı == Kazım Bekkin oğlu Meçiyev 1859-cu ildə o dövrki Tersk vilayətinin Holam-Bızıngi bölgəsində yerləşən Şiki kəndində dəmirçi ailəsində doğulub. İndi həmin bölgə Rusiya Federasiyasının Kabarda-Balkar Respublikasına daxildir. Lakin şairin doğulduğu kənd artıq burda yoxdur. Çünki 1944-cü il martın 8-də Sovet hökuməti balkarları ata-baba yurdları Qafqazdan elliklə Türküstana sürgün etdiyindən bir çox kəndlər kimi Şiki kəndi də xaraba qalıb. Əslində bu Rusiyanın Türk xalqlarını tarixi ata-baba yurdları olan Güney bölgələrindən, yəni dindaşları və soydaşları yaşayan Osmanlı dövlətinin sərhədlərindən qovma siyasətinin son mərhələsi olub. Şiki kəndində yaşayan dəmirçi Bekkinin Kazım adını qoyduğu oğlu doğulan il Qafqaz xalqları üçün kədər və qüssə ili olub. Rusiya İmperiyasının işğalçılıq siyasətinə qarşı 30 il müqavimət göstərmiş xalq üsyana ara verib. Üsyana rəhbərlik edən, tarixə adını qızıl hərflərlə yazdıran, təslim olsa da, yaddaşlarda qalib kimi qalmış Şeyx Şamil din adamlarının qərarı ilə mübarizəni dayandırdığını elan etsə də, Rusiyanı bir sıra islahatlar aparmağa məcbur edib. Rusiya təhkimçilik hüququnu ləğv etməli olub.
Şarlevil Mezyer
Şarlevil Mezyer (fr. Charleville-Mézières) — Şimali Fransanın kommunalarından biridir. Ardennes departamentinin paytaxtıdır. Maas çayının sahilində yerləşir. == Tarixi == Şarlevil Mezyer Fransız kommunası Şarlevil və Mezyer adlı iki qonşu kommunanın birləşməsi nəticəsində 1966-cı ildə yaradılmışdır. Daha bir kommuna olan Theux da 1965-ci ildə Mezyerə birləşmişdir. Buranın 51.000 əhalisi var. Şarlevil sakinləri "Karolopolitanlar", Meyzer sakinləri isə "Karolomacerianlar" adlanırdı. == Mədəniyyət == 1961-ci ildən bəri hər 3 ildən bir Marionet Festivalı keçirilir. 2001-ci ildən sonra isə hər 2 ildən bir keçirilir.
Şarlevil-Mezyer (rayon)
Şarlevil-Mezyer (fr. Charleville-Mézières}) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ardenlər (departament). Suprefektura — Şarlevil-Mezyer. Rayon əhalisi 2006-cı ildə 165 996 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 91 nəf / km². Rayon sahəsi — 1825 km².
Fəzilət
Fəzilət — insanın kamil olmaq üçün, təsəvvür etdiyi ideala çatmaq üçün malik olmaq istədiyi və ya cəmiyyətdə arzuladığı yeri tutmaq üçün ona gərək olan üstün cəhətlər. Fəzilət sözü hər hansı hadisə və ya insandan fərqli obyekt barəsində də işlənə bilər. Bu halda həmin hadisənin bizim üçün müsbət olan tərəfləri və həmin obyektin özü kimilərlə müqayisədə üstün cəhətləri nəzərdə tutulur. Məsələn, Wikipedia-nin yaranması hadisəsinin bizim üçün fəzilətləri asanlıqla informasiya əldə etmək, mühüm informasiya əldə etmək, məqalə daxil edərək başqalarına kömək etməkdən ibarətdir. == Fəzilətlərin siyahısı == Müasir dövrdə insanların yüksək qiymətləndirdiyi və keyfiyyətli həyat üçün əhəmiyyətli hesab edilən bir çox fəzilətlərin siyahısı: == Mənbə == Ərəb və fars sözləri lüğəti. (1966). B. Abdullayev, Ə. Orucov, Y. Şirvani.
Mərifət
Mərifət — ad. Mərifət Nəsibov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Məhəmməd Hadi Mərifət — İlahiyyatçı-alim; Ayətullah; Şeyx. Digər Mərifət (qəzet) — Cənubi Azərbaycanda nəşr olunmuş qəzetlərdən biri. Mərifət (Cavad Amuli) — Cavad Amulinin Mərifətşünaslıq mövzusunda kitabı.
Mərziyə
Mərziyə — Azərbaycanlı adı. Mərziyə Məhərrəmova — Azərbaycanlı ağır atlet. Mərziyə Üskuyi – Azərbaycan şairi və ictimai xadimi. Mərziyə Afham — İran İslam Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri Mərziyə Xalitova — Krımtatar mənşəli Sovet və Ukrayna bəstəkarı.
Mahiyət
Mahiyyət — obyektin başlıca, əsas və müəyyənedici tərəfi.
Cəmiyət
Cəmiyyət — mövcudluğun ümumi şərtləri, maraqlar, normalar, dəyərlər, dünya haqqında təsəvvürlər və identiklik əsasında birləşmiş fərdlərin birgə həyat fəaliyyətinin müxtəlif formaları. Başqa sözlə cəmiyyət insanların birliyi olub, özündə cəmiyyətin siyasi, iqtisadi həyatı, sosial və mədəni həyatını birləşdirən qeyri-dövlət strukturudur. O, müxtəlif maraqlara sahib olan insanların müəyyən yaşayış məskənlərində sivil əlaqə və ünsiyyət formasıdır. Cəmiyyət sözün geniş mənasında maddi həyatın, canlı təbiətin bir ,hissəsi olan, tarixən inkişaf edən, insanların fəaliyyəti formasıdır. Sözün dar mənasında isə bəşər tarixinin müəyyən bir mərhələsi (kapitalizm, feodalizm) və ya konkret sosial bir orqanizmdir (Fransa cəmiyyəti, Avropa cəmiyyəti və s ölkələr.). Cəmiyyət müəyyən qayda üzrə qurulmuş struktura malik olan bütöv bir sistem sayılmışdır. == Təsnifat == Sosioloqlar cəmiyyətləri üç geniş kateqoriyaya ayırırlar: sənayedən əvvəlki, sənaye və postsənaye. === Sənayedən əvvəlki === Sənayedən əvvəlki cəmiyyətlərdə insan və heyvan əməyinin istifadəsi ilə həyata keçirilən qida istehsalı əsas iqtisadi fəaliyyətdir. Bu cəmiyyətləri texnologiya səviyyəsinə və qida istehsal etmə üsullarına görə bu qruplara bölmək olar: ovçuluq və yığıcılıq, maldarlıq, bağçılıq və kənd təsərrüfatı. ==== Ovçuluq-yığıcılıq ==== Belə cəmiyyətlərdə qida əldə etməyin əsas forması gündəlik yabanı bitkilərin toplanması və vəhşi heyvanların ovlanmasıdır.
Asəf Məmiyev
Asəf Qəni oğlu Məmiyev (1972-ci il Hoçaz, Laçın rayonu Azərbaycan SSR SSRİ. 1992-ci il Hoçaz Laçın rayonu Azərbaycan) — Azərbaycan silahlı qüvvələrinin əsgəri. Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məmiyev Asəf Qəni oğlu. 1972 ci ildə Laçın rayonunun Hoçaz kəndində anadan olub == Xidmət illəri == Asəf Məmiyev 1992-ci ildə orta məktəbi bitirib, iyun ayında Kəlbəcər rayonu istiqamətində Laçın batalyonunun tərkibində könüllü hərbi xidmət keçməklə cəbhə bölgəsinə yollanmişdir. Asəf Pircahan kəndində qardaşı Kamilin xidmət etdiyi (Şəhid Vaqif Quliyevin komandir olduğu briqada) könüllülərdən ibarət briqadaya qoşulmuş və döyüşlərdə iştirak etmişdir. Həmin briqada Hoçaz kəndinə daxil olub qəhrəmancasına vuruşaraq erməni tərəfi xeyli itki verdirərək qovmağa nail olsalar da, erməni sinayperçisi tərəfindən 9 nəfər, o cümlədən Asəf və Kamil qardaşları vurularaq Şəhid olmuşlar. Şəhid qardaşların məzarları Tərtər rayonunun Ələsgərli kənd (keçmiş Narçılıq savxozu yaxud Leninabad kəndi) qəbirstanlığındadır.
Ayətullah Mərifət
Məhəmməd Hadi Mərifət (1931, Kərbəla — 19 yanvar 2007) — İlahiyyatçı-alim; Ayətullah; Şeyx. == Həyatı == Ayətullah Mərifət 1931-cu ildə Kərbəla şəhərində ruhanibir ailədə dünyaya göz açmışdır. Ruhanilərdən biri olan atası Şeyx Əli Mərifət 15 yaşından Kərbəlada məskunlaşmışdır. Ayətullah Mərifətin sülaləsi 300 ildən bəri elm və təqva əhli olmuşlar. Bu soy "Risaləti-Misiyyə" kitabının müəllifi Şeyx Əbd əl-Ali Misidən gəlir. O, Cəbəl-Amilin Mis kəndindən (Keçmişdə Kiçik Asiyanın şimal-qərbində yerləşən və adını orada yaşayan yerli əhalidən — mislilərdən alan Mis — və ya Meys — kəndi) İsfahana köçmüş, sonradan isə Ayətullah Mərifətin babası ailəsi ilə birgə Kərbəlaya getmiş və orada yaşamağa başlamışdır. Ayətullah Mərifət 19 yanvar 2007-ci ildə vəfat edib. == Təhsil illəri == Ayətullah Mərifət təhsilinə o dönəmin məktəbxanalarında başlamış, hətta "Came əl-müqəddimat" kitabını da o məktəbxanalarda oxumuşdur. Sonra Kərbəla Dini Elmlər Hövzəsinə daxil olmuş, ibtidai dini təhsil almışdır. İbtidai dərslərin bir hissəsini atasından, digər hissəsini isə elmi hövzədəki müəllimlərindən öyrənmişdir.
Bahadur Həziyev
Bahadur Salam oğlu Həziyev (d.1926) — Əməkdar məşqiçi, SSRİ və Azərbaycan SSR çempionu, Azərbaycan güləşçisi. Bahadur Bahadur oğlu Həziyev (d.1971) — Əməkdar məşqçi, İdman ustası, Azərbaycan çempionu.
Bahadır Həziyev
Bahadur Salam (Aslan) oğlu Həziyev (1 may 1926, Qəzyan, Zəngəzur qəzası – 1983) — Əməkdar məşqiçi, SSRİ və Azərbaycan SSR çempionu, Azərbaycan güləşçisi, Yunan-Roma güləşi, sərbəst güləş, milli güləş, ağır atletika üzrə SSRİ idman ustası adını qazanmışdır. == Həyatı == Bahadur Həziyev 1 may 1926-cı ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. Yunan-roma güləşi ilə məşqul olub. Əməkdar məşqiçi, Yunan-roma güləşi və sərbəst, milli güləş növləri və ağır atletkadan idman ustası, SSRİ çempionu, dəfələrlə Azərbaycan çempionu olmuşdur. B. Həziyev uzun müddət rayon Kənd Könüllü İdman Cəmiyyətinin sədri olmuşdur. 1983-cü ildə vəfat etmişdir. Bahadır Həziyev Qubadlının Qəzyan kəndində anadan olub. Hələ uşaqlıqdan fiziki cəhətdən tay-tuşundan fərqlənən Bahadır Həziyev 1946 - 1949-cu illərdə hərbi xidməti başa vurub idman ustası kimi respublika yığma komandasına cəlb olunur. İdman ustası Bahadır Həziyev on dəfə Azərbaycan çempionu adına layiq görülüb. Sonra Yunan-Roma güləşi, sərbəst güləş, milli güləş, ağır atletika üzrə SSRİ idman ustası adını alır.
Cəzirət-Havar
Cəzirət-Havar adası (ərəb. جزيرة المحرق‎) — Fars körfəzindəki Havar arxipelaqının ən böyük adası. İnzibati cəhətdən Bəhreynin Cənub muxafazasına aiddir. Ada meridional istiqamətdə uzanır. Adanın uzunluğu 18 km, eni isə 0,9-5,2 km arasında dəyişir. Sahəsi 40 km²-dir. Qrupun digər adalarından dar boğaz (3–4 km) ilə ayrılır. Cəzirət-Havar adası düzən relyefə malikdir (maksimum hündürlüyü dəniz səviyyəsindən 19 m-dir). Qumlu və susuz adadır. Onun şimal-qərb və cənub-şərq ucqarlarını şoranlıqlar tutur.
Elmir Məmiyev
Məmiyev Elmir Zamin oğlu — İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Məmiyev Elmir 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə cağrılmışdır.Vətən Müharibəsində iştirak etmiş və 2 oktyabr 2020-ci ildə Ağdamda həlak olmuşdur.3 oktyabrda Yardımlı rayon Kürəkçi kəndində dəfn olunmuşdur. Ölümündən sonra "Vətən uğrunda" medalı” ilə təltif olunmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elmir Məmiyev 2020-ci il oktyabrın 2-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdam döyüşlərində vuruşaraq həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmiyev Elmir Zamin oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmir Məmiyev ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Məmiyev
Elçin Məmiyev (28 yanvar 1966, Masallı rayonu) — Azərbaycan televiziya rejissoru və aktyoru. == Həyatı == Azərbaycanın ilk teleserial rejissoru Elçin Təvəkkül oğlu Məmiyev 28 yanvar 1966-cı ildə Masallı rayonu, Qasımlı kəndində Müəllim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra, incəsənət universitetinin aktyorluq fakültəsinə daxil olub. Tələbəlik illərində gənc aktyor kimi Azərbaycan və dünya dramaturqlarının səhnə əsərlərində müxtəlif rollar oynayıb. 1988-ci ildə ali təhsilini başa vurub. Nizami Gəncəvinin eyniadlı poemasının motivləri əsasında çəkdiyi "Leyli və Məcnun" bədii televiziya filmi ilk rejissorluq işidir. 1990-cı illərdə "iynə-sap", "səs", "qorxma atəş aç!" və sair televiziya filmləri ilə tamaşaçıların və sənətşünasların böyük rəğbətini qazanıb. 1992-ci ildə Salam Qədirzadənin eyniadlı hekayəsinin motivləri əsasında çəkdiyi və xalq artisti Arif Quliyevin baş rolda oynadığı "Bığ əhvalatı" televiziya filmidir. 1994-cü ildə "Sənət" mükafatına layiq görülüb. Elçin Məmiyevin "Yanmış körpülər", "Oyunçu", "Susmuş vicdan", "Sevginin Göz Yaşları", "Boyunbağı" teleserialları onun özünün də aktyor kimi oynadığı rejissorluq işlərindəndir.
Fövqəladə vəziyyət
Fövqəladə hallar — qəza, təbii fəlakət və digər hallar nəticəsində müəyyən ərazidə yaranmış şərait. Bunun nəticəsində insan təlafatı, onun sağlamlığına və ətraf mühitə zərər böyük maddi ziyan vurulur və insanların normal həyat şəraiti pozula bilir. == Haqqında == Fövqəladə hal — ətraf mühitə və insan səhhətinə ziyan vura, maddi və mənəvi itkilərə səbəb ola bilən təhlükəli hadisədir. Fövqəladə hallar təbii və texnogen mənşəli olmaqla iki qrupa bölünür. Təbii mənşəli fövqəladə hallar baş verən fəlakətli təbiət hadisələridir. Bunlar – zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, vulkan püskürməsi, qar uçqunu, sunami, fırtına və s. bu kimi təbii fəlakətlərdir. Texnogen mənşəli fövqəladə hallar isə insan fəaliyyəti nəticəsində baş verən hadisələrdir. Bunlardan — yanğın, partlayış, nəqliyyat qəzaları, kimyəvi qəzalar, radioaktiv qəzalar, tikililərin uçması, dəm qazı təhlükəsi, kommunal təsərrüfatda qəzalar və s. göstərə bilərik.
Hafiz Həziyev
Hafiz Varoğlu oğlu Həziyev (23 oktyabr 1993, Yeni Qaradolaq, Ağcabədi rayonu – 6 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hafiz Həziyev 23 oktyabr 1993-cü ildə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində anadan olmuşdur. Məhəmməd Füzuli adına tam orta məktəbdə təhsil almışdır. 2010-cu ildə həmin məktəbdən məzun olmuşdur. == Hərbi xidməti == Hafiz Həziyev 2011–2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Hafiz Həziyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq 29 sentyabrdan iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Hafiz Həziyev 6 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində anadan olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hafiz Həziyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Kamil Məmiyev
Müstəsna vəziyyət
Müstəsna vəziyyət – proqramlaşdırmada və informasiyanın emalı vasitələrində: kompüterin mikroprosessorunu cari anda yerinə yetirilən əməliyyatları durdurmağa vadar edən, sonra isə oxşar durumu emal edən xüsusi altproqramı tapıb çalışdıran problem və ya hadisə. Müstəsna vəziyyət kəsilmə (INTERRUPT) kimidir, çünki o da mikroprosessoru ayrıca göstərişlər toplusuna yönəldir. Bununla belə, MS-DOS əməliyyat sistemi altında işləyən kompüterlərdə müstəsna vəziyyət kəsilmədən onunla fərqlənir ki, o, proqramın çalışması ilə bağlı olur və potensial olaraq proqramın durdurulmasına səbəb ola bilər.
Mərifət Nəsibov
Mərifət Əhməd oğlu Nəsibov (22 may 1972, Məzəm, Qazax rayonu – 28 yanvar 1992, Quşçu Ayrım, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 22 may 1972-ci il Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Qazax rayon kənd məktəbində təhsil almışdır. 1990-cı il hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmət edir və 1 ildən sonra Vətənə qayıdır. Mərifət könüllü olaraq Milli Orduya yazılır və onun cəbhə həyatı başlayır. == Döyüşlərdə iştirakı == İlk gündən qorxmazlığı, mərdliyi cəbhədə ona hörmət qazandırmışdı. Döyüşlərdə ön cərgədə olar, rəşadətlə vuruşardı. 1992-ci il 28 yanvarda Mərifətin son döyüşü oldu. Qazax rayonunun Quşçu Ayrım kəndində gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.
Mərziyə Afham
Mərziyə Afham (11 yanvar 1965, Şiraz) — İran İslam Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən) Mərziyə Afham 2013-cü ildə İranda Xarici İşlər Nazirliyinin ilk qadın mətbuat katibi statusuna sahib olmuşdu. 2015-ci ildə isə İranın ilk qadın səfiri olaraq tarixə düşüb.
Mərziyə Davudova
Mərziyyə Yusif qızı Davudova (Dautova) (25 noyabr (8 dekabr) 1901, Həştərxan – 6 yanvar 1962, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, SSRİ xalq artisti (1949), Azərbaycan SSR xalq artisti (1936), Azərbaycan Teatr Cəmiyyətinin sədri (1956–1961). == Həyatı == Mərziyə Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində yerləşən eyniadlı kənddə anadan olmuşdur. 1908–1912-ci ildə kəndlərindəki dördillik "Darültəhsil", 1912–1915-ci illərdə "Qaliyə" və 1915–1918-ci illərdə "İqbal" rus-tatar məktəblərində oxumuşdur. Bu dövrlərdə teatr fəaliyyətinə başlamış, burada həvəskarların hazırladıqları tamaşalarda oynamışdır. Hüseyn Ərəblinski 1918-ci ildə Həştərxanda qastrolda olarkən onun oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi. 1919-cu ildə anasını itirdikdən sonra Bakıya gəlmişdir. İlk dəfə Birləşmiş Dövlət Teatrosu nəzdində Türk Dram Teatrosu kollektivinə aktrisa qəbul edilib. Arada çox qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olmuşdur. 1956–1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırkı Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri vəzifəsində işləmişdir. Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Mərziyə Məhərrəmova
Mərziyə Məhərrəmova (d. 14 aprel 1996) — Azərbaycanlı ağır atlet. == Həyatı == Mərziyə Məhərrəmova 14 aprel 1996-cı ildə anadan olub. == Karyerası == Mərziyə Məhərrəmova beynəlxalq səviyyədə birinci yarışına 2013-cü ildə qatıldı. Həmin il o, Özbəkistanın paytaxtı Daşkənd şəhərində baş tutan Yeniyetmələrin Dünya Çempionatında qüvvəsini sınadı və 12-ci yeri tutdu.
Mərziyə Xalitova
Mərziyə Xalitova (5 iyun 1956, Yanqıyol, Daşkənd vilayəti) — Krımtatar mənşəli Sovet və Ukrayna bəstəkarı. SSRİ Bəstəkarlar İttifaqının üzvü (1986), Ukrayna Bəstəkarlar İttifaqının üzvü (1993). Krım Muxtar Respublikasının Mükafatı laureatı (2000), N. V. Lusenko adına mükafat (2003), Boris adına mükafat. == Bioqrafiyası == 5 iyun 1956-cı ildə Yangiyul (Özbəkistan) şəhərində anadan olmuşdur. Anası məktəbdə coğrafiya fənni üzrə dərs deyirdi. Atası planlaşdırma iqtisadçısı olmuşdur. 1982-ci ildə Daşkənd Dövlət Konservatoriyasında Mirsadik Tacıyev və Qeroqi Muşelyanın kompozisiya sinfini bitirir. Sonda konservatoriyada xüsusi bir musiqi məktəbində kompozisiya tədris edir. 1993-cü ildə Xalitova Krıma köçür. Simferopol Musiqi Kollecində kompozisiyadan dərs deyir, Krım dövlət televiziyasında musiqi redaktoru olaraq çalışır.
Mərziyə Üskuyi
Mərziyə Əhmədi Üskuyi (fars. سكوئیا احمدی مرضيه‎) – Azərbaycan şairi və ictimai xadimi. == Həyatı == Mərziyə Əhmədi Üskuyi Güney Azərbaycanın (İran) Təbriz yaxınlığında yerləşən Üskü qəsəbəsində anadan olmuşdur. Ali pedaqoji təhsil aldıqdan sonra üç il doğulduğu Üskü qəsəbəsində müəllim işləmişdir. Erkən yaşlarında bədii yaradıcılığa başlayan Mərziyə Üskuyi şeirlərini "Dalğa" təxəllüsü ilə yazmışdır. İran şah rejiminə qarşı mübarizə apardığına görə həbs edilmişdir. Həyatının məhbəs günləri haqqında xatirələrini yazmışdır. == Mənbə == Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. Dörd cilddə, IV cild, Redaktoru Mirzə ibrahimov, Bakı: Elm, 1994 Azərbaycan qadın şairlərinin poeziya antologiyası: klassiklər və sovet dövrü (Azərbaycan və ingilis dillərində). Bakı: 2014 Güney Azərbaycan nəsri (Başlanğıcdan bu günə qədər).
Məşidət Qairbəyova
Məşidət Hacıyevna Qairbəyova (29 dekabr 1927, Axvax rayonu, Dağıstan MSSR – 22 noyabr 2015) — Sovet və Rus Avar şairəsi, Dağıstan xalq şairəsi (1969), nasir, dramaturq və ictimai xadim. Məşidət Qairbəyova, Dağıstan və rus ədəbiyyatının inkişafına önəmli töhfələr verib. == Həyatı == Məşidət Qairbəyova, erkən yaşlarından şeir yazmağa başlamışdı. Məşidə artıq məktəb illərində əsl şair hesab olunurdu. Məşidət avar və rus dillərində yazırdı. Məşidət xanım Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Onun əsərləri 1948-ci ildən nəşr olunur. Onun “Dağ qadınının sözü” (1952, rus dilinə tərcümə, 1955) və “Zirvəyə gedən yol” (1958, rus dilinə tərcümə, 1960) şeirləri toplularında Dağıstanın həyatındakı sosialist dəyişiklikləri ətraflı şəkildə təsvir edilmişdir. Odlu sətirlərini Məşidət xanım dünyanı qorumaq mövzusuna həsr etmişdir. Məşidət xanım “Uzaq bacı” (1954), “Yarımçıq məktub” (1955), “Gəlinin ağ yaylığı” (1965), “Cinayətə görə cəza” (1967), “Qırmızı partizan qızı” (1968) şeirlərinin müəllifi.
Valeh Məmiyev
Valeh İsbat oğlu Məmiyev (27 mart 1994, Kürəkçi, Yardımlı rayonu – 23 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Valeh Məmiyev 1994-cü il martın 27-də Yardımlı rayonunun Kürəkçi kəndində anadan olmuşdur. Valeh hələ uşaqlıqdan hərbçi olacam deyirdi, ürəyi həmişə vətən sevgisi ilə döyünürdü, və 6-7 yaşları olanda hərbi forma geyinər, "mən komandir olacam" deyərdi. Torpağlarımız işğaldadır, biz burda rahat oturmamalıyıq, əlimizdən gələn hər şeyi etməliyik deyirdi. Elə bu vətənpərvərlik hissi onun 2011-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olumasına gətirib çıxardı. 4 il həmin ali məktəbdə və daha sonra Silahlı Qüvvələrin TTM-də təhsilini davam etdirən Valeh 2015-ci ilin dekabr ayında ali zabit — leytenant rütbəsini alaraq tank taqım komandiri kimi vətənə xidmətə başladı. Çox qısa bir müddət ərzində özünü vətəninə bağlı zabit kimi göstərmiş və 2018-ci ilin avqust ayında həmin hərbi hissədə tank bölük komandiri vəzifəsinə yüksələ bilmişdi. Nümunəviliyi, döyüş taktikası, şəxsi heyətlə iş qabiliyyəti və digər keyfiyyətlərinə görə dəfələrlə fəxri fərmanlar əldə etmiş və təltif olunmuşdu. Bunlara "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı və hərbi hissə və MN nazirliyi tərəfindən verilən bir neçə fəxri fərmanları, təltifnamələri aid etmək olar. Bütün təlimlərə aparıcı zabit kimi qoşulmuş, şəxsi heyətin döyüş taktikasına yiyələnməsində çöx böyük əməyi olmuşdur.