Valeh İsbat oğlu Məmiyev (27 mart 1994, Kürəkçi, Yardımlı rayonu – 23 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Valeh Məmiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 mart 1994 |
Doğum yeri | |
Vəfat tarixi | 23 oktyabr 2020 (26 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2015–2020 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Zəngilanın azad edilməsi • Qubadlının azad edilməsi |
Təltifləri |
Valeh Məmiyev 1994-cü il martın 27-də Yardımlı rayonunun Kürəkçi kəndində anadan olmuşdur. Valeh hələ uşaqlıqdan hərbçi olacam deyirdi, ürəyi həmişə vətən sevgisi ilə döyünürdü, və 6-7 yaşları olanda hərbi forma geyinər, "mən komandir olacam" deyərdi. Torpağlarımız işğaldadır, biz burda rahat oturmamalıyıq, əlimizdən gələn hər şeyi etməliyik deyirdi.
Elə bu vətənpərvərlik hissi onun 2011-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olumasına gətirib çıxardı. 4 il həmin ali məktəbdə və daha sonra Silahlı Qüvvələrin TTM-də təhsilini davam etdirən Valeh 2015-ci ilin dekabr ayında ali zabit — leytenant rütbəsini alaraq tank taqım komandiri kimi vətənə xidmətə başladı. Çox qısa bir müddət ərzində özünü vətəninə bağlı zabit kimi göstərmiş və 2018-ci ilin avqust ayında həmin hərbi hissədə tank bölük komandiri vəzifəsinə yüksələ bilmişdi.
Nümunəviliyi, döyüş taktikası, şəxsi heyətlə iş qabiliyyəti və digər keyfiyyətlərinə görə dəfələrlə fəxri fərmanlar əldə etmiş və təltif olunmuşdu. Bunlara "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı və hərbi hissə və MN nazirliyi tərəfindən verilən bir neçə fəxri fərmanları, təltifnamələri aid etmək olar.
Bütün təlimlərə aparıcı zabit kimi qoşulmuş, şəxsi heyətin döyüş taktikasına yiyələnməsində çöx böyük əməyi olmuşdur. 2020-ci il türk-azərbaycan təlimlərində isə çox böyük qəhrəmanlıqla iştirak etmiş və təsadufi deyil ki, təlimlərin sonunda Türkiyənin Müdafiə Naziri Hulusi Akar tərəfindən şəxsən xüsusi fərqlənmə ilə təltif edilmiş və hədiyyələr almışdır.
Azərbaycan Ordusunun baş leytenantı olan Valeh Məmiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə cəsur komandir kimi iştirak etmişdir. Valeh Məmiyev oktyabrın 19-da Qubadlının azad edilməsi zamanı ağır yaralanmışdır. Oktyabrın ayının 23-də isə aldığı yaradan həlak olmuşdur. Doğulduğu Yardımlı rayonunda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Məmiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Məmiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı[3] və 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Məmiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Müdafiə Nazirliyinin paylaşdığı bir rəsmi videoda igid, qorxmaz komandir baş leytenant Valeh Mamiyevin öz bölüyü ilə ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirilməsi əks olunmuşdur. Valeh həmin döyüşdə ümumi tanklarin komandirliyini aparmış və videodan da göründüyü kimi Azərbaycan Ordusunun zirehli texnikası və əsgərlərinin erməni xüsusi təyinatlılarını qovaraq onlara ağır zərbələr endirmişdir.
Cəsur Komandir Valeh Məmiyevin son döyüşü 19 oktyabr 2020-ci il tarixində Qubadlı-Laçın istiqamətində şəhid Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun komandanlıq etdiyi döyüş idi və bu döyüşdə o qəhrəmancasına döyüşərək yaralanmış və 23 oktyabr 2020-ci il tarixində həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının tank bölüyünə rəhbərlik edən, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Valeh Məmiyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.