Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mismar
Mismar və ya mıx — texnikada tətbiq olunan metaldan hazırlanmış, bir ucu iti, digər ucu yastı şəklində olan birləşdirici element. O, çəkicin köməyi ilə taxtaya çalınır. Mismar taxta lövhələri fiksasiya etmək və ya tərpənməz bərkitmək üçün tətbiq olunur. Ən geniş yayılmış mismarlar polad dan, mis dən və bürünc dən hazırlanır. Çəkic əvəzinə mismarlar xüsusi sıxılmış hava ilə işləyən mismarlayıcının köməyi ilə də taxtaya vurula bilər. Mismar ən qədim birləşdirici element hesab olunur. Mismarlar sənayeləşmənin genişlənməsindən bəri metal məftilləri soyuq emal etməklə hazırlanır. Qədimdə mismarlar dəmirçilər tərəfindən zindanda metalı əllə döyməklə düzəldilirdilər. Ona görə də, onlar qədimdə dördkünc formasına malik idilər.
Maryan Vidmar
Maryan Vidmar (d. 1 iyul 1960) — Yuqoslaviyalı biatlonçu. Maryan Vidmar Yuqoslaviyanı 1984-cü ildə Sarayevoda təşkil edilən XIV Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Maryan Vidmar birinci dəfə Olimpiya Oyunlarına 1984-cü ildə qatıldı. O, Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Vidmar 37:08.1 saniyəlik nəticəsi ilə 64 atlet arasında 54-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Fiumar
Fiumar- Aralıq dənizi ölkələrində səhralarda yayda quruyan yalnız ilin yağışlı dövründə (payızda və qışda) su olan çay belə adlanır.
Midqard
Midqard (q.skan. Miðgarðr — hərfi “fəzanın orta qatı” — “aralıq dünya”) German-skandinav mifologiyasında doqquz daləmdən biri olan insanların yaşadıqları məkan ya dünya.
Midraş
Midraş (İvrit dili: מדרש; əsasən midraşim), İudaizmdə olan müqəddəs mətnlərin həftəlik keçirilən sinaqoq yığıncaqlarında oxunması və dinləyicilərə dərs olaraq keçirilən və onları müşahidə edən izahlardan ibarət olan külliyyatdır. Midraş İslam mədəniyyətində olan təfsir ilə bərabərdir. Eyni zamanda bu məqsədlə yazılmış olan kitablara da midraş deyilir. Talmud və Midraş yəhudi mədəni qaydaları, yazılı qanunlar və əfsanələrdən formalaşmışdır. Danışılan hekayələrdə reallıq deyil, alınması vacib olan dərs önəmlidir; “Midraş Rabbah”a görə, İbrahim məbəddəki ən böyük bütdən başqa hamısını sındırır. Bundan sonra atası Taruh və digər rəhbər adamlar tərəfindən sorğu-sual edilən İbrahim, suallara kinayəli bir üslubda cavab vermişdir. İbrahim bütlərin yeməsi üçün ən böyük bütə bir öküz verdiyini, ancaq kiçik bütlərin cəld tərpənib öküzü yediklərini, böyük bütün də özünə qarşı edilmiş olan hörmətsizliyə görə əsəbləşərək digərlərini parçaladığını bildirmişdir. Başqa bir hekayədə İbrahimin böyük bütə verdiyini bildirdiyi şeyin bir qab buğda unu olduğu bildirilir. Ayrıca sinaqoqlarda dini təhsil verən məktəblərə də midraş adı verilir. Türkiyədəki sinaqoqların midraş bölümləri, 1948-ci ildə İsrail dövlətinin yaranması ilə Türkiyədə yaşayan yəhudilərin adı çəkilən dövlətə köçməsi ilə yəhudi toplumun sayca azalmasına görə bağlanması zəruri olmuşdur.
Mitsar
Mitsar və ya Mizar qədimdən insanlara məlum olan adı gözlə müşahidə oluna bilən ulduzlardan biridir. Koordinatlar: 13h 23m 55,5s + 55°31' 54" Mitsar (Mizar) və Əlqul Böyük Ayı Bürcündə adi gözlə qoşa ulduz kimi görünən iki ulduzdur. Mizar Böyük Ayı Bürcünün qolunda sondan ikinci ulduzdur, Əlqul isə onun zəif yoldaşıdır. Mitsar Zeta Böyük Ayı (qısaltması Zeta UMa, ζ UMa) olaraq da adlandırılır və kvadrupol sistem təşkil edir, eyni zamanda Əlqul da 80 Böyük Ayı (80 UMa) olaraq adlandırılır və qoşa sistem təşkil edir. Bu cütlər birlikdə bir altılıq sistem təşkil edir. Hipparcos astronomik peyki tərəfindən ölçmələri nəticəsində müəyyən olunmuşdur ki, bu sistem Günəşdən təxminən 83 işıq ili uzaqlıqda yerləşir. Mitsar biri -birindən 14.4 arcsaniyəlik bucaq ölçüsü fərlənən iki ulduzdan ibarət spektroskopik qoşa sistemdir. Görünən ulduz ölçüsü 2m.23 və spektral sinfi A2V-dir. Adi gözlə müşahidə zamanı Əlqul Mitsardan təxminən 12 arcdəqiqə sonra ortaya çıxır. Əlqulun görünən ulduz ölçüsü 3m.99 və spektral sinif A5V-dir.
Mizhar
Miçman
Miçman (ing. michman) sözündən; hərfi mənası — "gəmi ortasındakı insan") — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində hərbçilərə verilən hərbi gəmi rütbəsi.
Vismar
Vismar ( alm. Wismar‎ Wismar [ˈvɪsmaʁ], Wismer ) - Almaniyada ( Meklenburg-Qərbi Pomeraniya əyaləti ) Baltik dənizi sahillərində liman şəhəri. Şimal-Qərb Meklenburq regionunun bir hissəsidir. Hanzanın ilk və ən zəngin şəhərlərdən biri olan Vismar, UNESCO-nun qorumasında olan kərpic Qotik üslubunda malikanələr və məbədləri olan tarixi mərkəzə malikdir. 41.36 km² ərazini əhatə edir. 31 dekabr 2013-cü il tarixinə əhalinin sayı 42 219 nəfərdir . Rəsmi kod 13 0 06 000- dır. Vismar, ehtimal ki, Vishemir adı ilə Polabiya slavyanlarının məskəni olaraq meydana gəlib. XIII əsrin birinci yarısında şəhər adını aldı. 1259-cu ildə dəniz quldurlarından qorunmaq üçün Rostok və Lübek ilə ittifaq bağlamaqla Hanzanın böyüməsinə səbəb oldu.
Memar
Memar ― binaların və başqa tiklilərin texniki, iqtisadi, funksional və görünüşü baxımından planlaşdırılması və tikilməsi işlərini yerinə yetirən şəxs. Memarlıq sənətinə ənənəvi olaraq böyük önəm verilmişdir. Onlar keçmişdə tikililərin layihələndirilməsindən tutmuş işlərin yerinə yetirilməsinə kimi rəhbərliyi bir nəfərdə cəmləyən dövlətə yaxın şəxsiyyətlər idilər. Müxtəlif dövrlərdən asılı olaraq onların iş istiqamətləri də müxtəlif olmuşdur. Məsələn, Roma imperiyası dövründə onların çoxu hərbi tikililər üçün çalışmışlar (məs.Vitruvi). Zaman keçdikcə memarlar daha çox gözəl binaların salınması ilə məşğul olmuşlar (məs. Əcəmi Naxçıvani). Renessans dövründə memarların məşğul olduqları sahələrə heykəltaraşlıq da daxil olmuşdur. Memar olmaq üçün universitetlərin 4 illik təhsil verən "Memarlıq" ixtisası üzrə pilləni bitirmək zəruridir. İctimai qurumlarda işləmək üçün "İctimai kadrların seçimi imtahanı"nın keçirilməsi zəruridir.
Midas
Midas — E.ə. 738-696-cı illərdə Frigiya çarı. Yunan əfsanəsinə görə, Midasa, Dionisi tərəfindən toxunduğu hər şeyi qızıla çevirmək qabiliyyəti bəxş edilmişdi. Qədim mifə görə, kobud və özündənrazı Midas Apollon və Pan arasında musiqi yarışmasında qələbəni sonuncuya vermişdi (buradan da "midas məhkəməsi" - "nadan (cahil) məhkəməsi" ifadəsi yaranmışdır); bu əməlinə görə Apollon Midası eşşək qulaqlı etmişdi(buradan isə "Midasın qulaqları" ifadəsi yaranmışdır). БСЭ.səh.799.
Mişar
Mişar və ya bıçqı— müxtəlif: taxta, metal, daş və sairə materialların kəsilməsi üçün nəzərədə tutulmuş kəsici dişli alət. Adətən mişar, tiyəsində dişləri olan metal lövhə formasında olur. Əl və mexaniki mişarlar olur.
Timar
Timar — Anadolu bəyliklərində və Osmanlı imperiyasında şərti feodal torpaq mülkiyyəti. 1839-cu ildə hərbi sistem ləğv edilənə qədər mövcud olmuşdur. Sultan I Muradın hakimiyyəti dövründə yaradılmışdır. Bir timardan əldə edilən illik gəlir 20 min akçadan az idi. XVI əsrin sonlarında timar tədricən çiftlik adlanan torpaq mülkiyyətinə çevrilmişdir. Bu, dövlət 1919-cu ildə süqut edənə qədər Osmanlı imperiyasında üstünlük təşkil etmişdir.
İdman
İdman (ing. sport) — insanların müəyyən qayda üzrə təşkil edilmiş hərəkəti. ABŞ-nin elm adamlarının uzun müddətli araşdırmalarından sonra idmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır. İdman ümumiyyətlə fiziki atletizm və ya fiziki çevikliyə əsaslanan fəaliyyət sistemi olaraq qəbul edilir və Olimpiya Oyunları kimi böyük yarışlarda yalnız bu tərifə cavab verən idman növləri qəbul edilir. Avropa Şurası kimi digər təşkilatlar fiziki elementi olmayan fəaliyyətləri idman növü kimi təsnif etmir. İdmanla məşğul olmağın orqanizmə bir çox faydaları vardır. Məsələn: İdman insanın əhval-ruhiyyəsini yüksəldir. Belə ki, idmanla məşğul olduqdan sonra insan özünü əvvəlkindən daha yaxşı hiss edir. İdman narahatlığı və gərginliyi aradan qaldırır. Vaxtaşırı idmanla məşğul olmaq ürəyi gücləndirir, yüksək qan təzyiqini və qanda xolesterinin miqdarını nizamlayır ki, bu da bir çox xroniki xəstəliyin qarşısını alır.
Armand Madyar
Armand Madyar (mac. Magyar Armand; 5 fevral 1898, Budapeşt – 12 fevral 1961, Budapeşt), Armin Munk kimi də tanınır, — macar Yunan-Roma güləşçisi, Avropa çempionu. 1898-ci ildə Budapeştdə doğulmuşdr. 1924-cü ildə Paris Olimpiya Oyunlarında iştirak etdi və orada 5-ci yeri tutdu. 1925-ci ildə Avropa çempionu oldu. Avropa çempionatlarında 1926 və 1927-ci illərdə gümüş medalların sahibi oldu.
Baş miçman
Baş miçman — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində miçmandan daha yüksək, kiçik leytenant kimi zabit rütbələrindən isə daha aşağı tutulan hərbi rütbə.
Gilmar Lora
Karlos Gilmar Lora Saavedra və ya qısaca Gilmar Lora (24 oktyabr 2000, Lima) — Perunun Sporting Cristal klubu və Peru milli komandasında sağ cinah müdafiəçisi kimi çıxış edən perulu peşəkar futbolçu.
Kiçik miçman
Kiçik miçman — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində miçman kimi rütbələrindən isə daha aşağı tutulan hərbi rütbə.
Medqar Evers
Medqar Evers (ing. Medgar Wiley Evers; 2 iyul 1925, Dekeyter[d], Missisipi ştatı – 12 iyun 1963, Cekson) — Missisipi sakini, qaradərili vətəndaş hüquqları müdafiəçisi. Seqreqasiya siyasətini aparan yerli firmalarını boykot etmək üçün kampaniya keçirtmək, afroamerikalıların Mississippi Universitetinə girməsi üçün mübarizə aparmaq və 14 yaşlı Emmett Tillin qətli ilə əlaqədar ictimai istintaqa qatılmaq qızğın altmışlı illərin əvvəllərində Eversi döyüşün ön sıralarına qoydu. 12 iyun 1963-cü ildə Evers evinin ağzında ağ irqçi Bayron de la Bekvit tərəfindən güllələndi. Xəstəxanaya aparılarkən Evers yolda öldü. Bayron de la Bekvit daha sonra inandırıcı dəlillərə baxmayaraq ağ münsif tərəfindən iki dəfə bəraət qazandı və yalnız 1994-cü ildə qətlə görə cəzalandırıldı. == Xatirəsi == Eversin xatirəsi mahnı və filmlərdə əbədiləşdirilib, Nyu York Universitetinin kolleclərindən biri və Cekson Beynəlxalq Hava Limanının onun adını daşıyır, Cekson şəhərində ona abidə ucaldılıb, Eversin evi isə muzeyə çevrilir.
Midhat Paşa
Əhməd Şəfiq Mithat Paşa (d. 18 oktyabr 1822 - ö. 8 may 1884) — Sultan Əbdüləziz və II Əbdülhəmidin səltənətində 2 dəfə - ümumilikdə 4 ay 5 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. 18 oktyabr 1822-ci ildə İstanbulda dünyaya gəlmişdir. Əsl adı Əhməd Şəfiqdir. Atası Hafiz Mehmed Əşrəf Əfəndi Əvkaf nazirliyində (dini işlər üzrə qurum) kiçik bir məmur idi. Bu səbəblə kiçik yaşlarında dini təhsil aldı. Hətta deyilənə görə, 10 yaşında Quranı əzbərləmişdi. 11 yaşında atasının naib təyin edildiyi Vidinə getsə də, ertəsi il atasıyla birlikdə İstanbula qayıtdı. 1834-cü ildə rəisülküttab Akif Paşanın vasitəsiylə divan-ı hümayunda xidmətə alındı.
Miomir Muqoşa
Miomir Muqoşa (d. 23 iyul 1950, Çetinye, Monteneqro, Yuqoslaviya) — Monteneqronun paytaxtı Podqoritsa şəhərinin meri (2000-ci ildən). 23 iyul 1950-ci ildə Çetinye şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Podqoritsa şəhərində almışdır. Belqrad Universitetinin tibb fakültəsini bitirmişdir. 2000-ci ildən Monteneqronun paytaxtı Podqoritsa şəhərinin meridir.
Neoseiulus micmac
Neoseiulus micmac (lat. Neoseiulus micmac) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Nikol Kidman
Nikol Meri Kidman (ing. Nicole Mary Kidman; 20 iyun 1967[…], Honolulu, Havay, ABŞ) — avstraliyalı kino aktrisası. Avstraliya və ABŞ vətəndaşıdır. O, 2003-cü ildə "Saatlar" (ing. The Hours) filmindəki ən yaxşı qadın roluna görə "Oskar" mükafatı qazanmışdır. 20 iyun 1967-ci ildə Havay Honolulu da doğulmuşdur, lakin uşaqlığının böyük qismi Avstraliyada keçmişdir. Atası Antoni Kidman biokimyaçı, psixoloq, yazar; anası Janel Kidman isə tibb bacısı, pedaqoq eyni zamanda yoldaşının kitablarına redaktorluq etməkdədir. Buşun milad bayramı (1983) / Bush Christmas Xəyali dünya (1985) / Wills & Burke Yəhərlənmiş külək (1986) / Windrider Kiçik hissə (1987) / The Bit Part Zümrüd şəhər (1988) / Emerald City Ölü sakitlik (1989) / Dead Calm İldırım günləri (1990) / Days of Thunder Eşqbazlıq (1991) / Flirting Billi Batqeyt (1991) / Billy Bathgate Uzaqdan uzaq (1992) / Far and Away Mənim həyatım (1993) / My Life Əbədi Betmen (1995) / Batman Forever Lider (1996) / The Leading Man Sülh yaradan (1997) / The Peacemaker Praktiki magiya (film, 1998) / Practical Magic Geniş bağlanmış gözlərlə (film, 1999) / Eyes Wide Shut Mulen Ruj! (film, 2001) / Moulin Rouge! Başqaları (film, 2001) / The Others Saatlar (film, 2002) / The Hours Doqvill (film, 2003) / Dogville Soyuq dağ (film, 2003) / Cold Mountain Stepford qadınları (2004) / The Stepford Wives Doğuluş (2004) / Birth Tərcüməçi (2005) / The Interpreter Xəz (2006) / Fur İstila (2007) / The Invasion Avstraliya (2008) / Australia Doqquz (2009) / Nine Dovşan yuvası (2010) / Rabbit Hole Yalanı nə gizlədir?
Pyer Omidyar
Pyer Omidyar (fars. پیر مراد امیدیار‎; 21 iyun 1967, Paris) — Dünyanın ən nəhəng onlayn mağazası olan "eBay"ın yaradıcısı İran əsilli Pyer Omidyar 21 iyun 1967-ci ildə Parisdə həkim ailəsində dünyaya göz açıb. Onun atası Con Hopkins Universiteti yanında tibb mərkəzində çalışmağa başlayanda ailəsini də ABŞ-nin Merilend ştatına aparır. Pyer məktəb partasından kompüter texnologiyaları ilə maraqlanır. Lap başdan praktik hədəflərdə onu tətbiq etməyə çalışır: onun ilk proqramı məktəb kitabxanasının kitablarının kataloqu idi. Pyer 1988-ci ildə Tafts Universitetinin informatika fakültəsini bitirərək "Apple" korporasiyasının bölmələrindən birində işləyir. O, burada "Macintosh" üçün proqram məhsulları hazırlamaqla məşğul olur. Artıq o zaman Pyer Omidyar internet üzərindən ticarətin inkişafı ideyası haqqında düşünür və onu reallaşdırmaq yollarını axtarırdı. Pyer 1991-ci ildə üç dostu ilə birlikdə "Ink Development Corp" şirkətinin əsasını qoydu. Həmin şirkət sonra eShop Inc.
Ziqmar Qabriel
Ziqmar Qabriel(alm. Sigmar Gabriel‎, 12.09.1959, Qoslar) — Alman siyasətçisi, Sosial Demokrat Partiyasının üzvü (2013-2018). Almaniya Xarici İşlər Naziri (2017-2018). Aşağı Saksoniya ərazisinin baş naziri (1999-2003). Ekologiya, təbiət mühafizəsi və nüvə təhlükəsizli naziri (2005-2009). 13 noyabr 2009-cu ildən Almaniya Sosial Demokrat Partiyasının sədri olmuşdur. Almaniya İqtisadiyyat və Enerji naziri(2013-2017). Ziqmar hələ üç yaşında olarkən valideynləri boşanır. Anası tibb bacısı, atası isə bir bələdiyyə işçisi idi. Ziqmar Qabriel, Qoslar Şəhər gimnaziyasını bitirdikdən sonra hərbi xidmətə çağrıldı.