MİSMAR

is. [ ər. ] Mıx.
…Mən elə pis uşaq görmüşəm ki, əlinə mismarı, ya bıçağı alıb divarları cızıb xarab eləyir. C.Məmmədquluzadə.
Qulam müəllim … [çantanı] yuxarıdan divara vurulmuş mismardan asdı. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MİSMAR MİSMAR Göy üzünə mıxlanmış bir qızıl mismar kimi; Bəzən də parçalanmış qıpqırmızı nar kimi (S.Rüstəm); MIX Həmid çərəklik mıxı yumruğu ilə vurub üç ba
  • MİSMAR mıx

Etimologiya

  • MİSMAR Farscadır, mis(metal) və mar (ilan) sözündən yaranıb, “dəmirdən hazır­la­nan və ilana bənzər” deməkdir
MİSLƏMƏK
MİSMARLAMA
OBASTAN VİKİ
Mismar
***px|thumb|Polad mismarlar ***px|thumb|Döyməklə hazırlanmış mismar (15 sm) Mismar və ya mıx — texnikada tətbiq olunan metaldan hazırlanmış, bir ucu iti, digər ucu yastı şəklində olan birləşdirici element. O, çəkicin köməyi ilə taxtaya çalınır. Mismar taxta lövhələri fiksasiya etmək və ya tərpənməz bərkitmək üçün tətbiq olunur. Ən geniş yayılmış mismarlar polad dan, mis dən və bürünc dən hazırlanır. Çəkic əvəzinə mismarlar xüsusi sıxılmış hava ilə işləyən mismarlayıcının köməyi ilə də taxtaya vurula bilər. Mismar ən qədim birləşdirici element hesab olunur. Mismarlar sənayeləşmənin genişlənməsindən bəri metal məftilləri soyuq emal etməklə hazırlanır. Qədimdə mismarlar dəmirçilər tərəfindən zindanda metalı əllə döyməklə düzəldilirdilər. Ona görə də, onlar qədimdə dördkünc formasına malik idilər.

Digər lüğətlərdə

балансёр в су́щности гомофония до́мра ксерогра́фия мотови́льщик негра́мотный соколи́ные тунне́льщик альпиниа́да каким мане́ром кочега́рить обстре́лянный перверси́вный разнове́сок уста́ло -бава Охотское banshie bitch up conscribe polymerous trade classification отогреться разомкнуться