Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mikalar
Mikalar — minerallar, XY2-3[(OH,F)2 ïZ8O10], təbəqəli quruluşlu dimetasilikatların böyük qrupu; burada X-K, Na, Ca, (Ba, Rb, Cs və b.); Y-Al, Mg, Fe (Mn, Cr, Li, Ti və b.); Z-Si, Al (Fe3+, Ti). İzovalent və həm də heterovalent izomorf əvəzolunmalar adi haldır. X ionlarının xarakterinə görə mikalar - adi mikalar (X-K, Na) və kövrək mikalar (X-Ca) bölünür. Dioktaedrik mikalar muskovit, paraqonit və qlaukoniti; trioktaedriklərə - floqopit, biotit, sinvaldit, lepidolit aid edilir. Mikalar üçün müxtəlif temperaturda suyun ayrılması səciy­yəvidir. Mükəmməl kristalların {110} üzləri və psevdoheksaqonal görkəmi olur. Bitişmə müstəvisi (001) və ikiləşmə oxu [310] olan «mika qanunu» üzrə. Ayrılma {001} üzrə olduğca mükəmməl. Sərtliyi 2,5-4; müvafiq olaraq (001) paralel və ^ (001). Vərəqləri elas­tik və əyilgəndir.
Kambocada minalar
Kambocada minalanmış ərazilər — Cənub-Şərqi Asiyada yerləşən Kambocada mina problemi. Ölkədə, xüsusilə şəhərətrafı ərazilərdə minalar ilə bağlı böyük problem mövcuddur. Minalar səbəbindən 40,000-ə yaxın amputasiya halı qeydə alınmışdır ki, bu da dünyada ən yüksək göstəricilərdən biridir. Kamboca Minalar ilə Mübarizə Mərkəzi (KMMM) hesab edir ki, Kambocada dörd-altı milyon mina və digər partlamamış hərbi sursat ola bilər. Bununla belə, bəzi hesablamalara görə on milyona qədər mina var. Kambocada Çin istehsalı olan minalar 1970-ci və 1980-ci illərdə Kambocada vətəndaş müharibəsi zamanı bir-birləri ilə toqquşan fraksiyalar tərəfindən yerləşdirilmişdir. Kambocada piyada əleyhinə minalar ilə qarşılanan ümumi problem odur ki, minaları yerləşdirənlərdə onların yerləri ilə bağlı xəritələri yoxdur və ya onların yerlərini xatırlamırlar.
Qarabağda minalar
Qarabağ və ətraf ərazilər ən çox minalanmaya məruz qalmış regionlardan biri hesab olunur. Minalar 1990-cı illərin əvvəllərindən bəri Birinci Dağlıq Qarabağ müharibəsi zamanı və ondan sonra həm Azərbaycan, həm də Ermənistan qüvvələri tərəfindən yerləşdirilmişdir. Ən çox minalanmaya məruz qalmış ərazilər Azərbaycan-Ermənistan qoşunlarının təmas xətti boyunca, xüsusilə Ağdam, Füzuli və Cəbrayıl rayonları olmuşdur. Həm Azərbaycandan, həm də Ermənistandan olan hərbi ekspertlərin fikrincə, həmin ərazilərdə yer demək olar ki “mina xalçaları” ilə örtülmüşdür. Bölgə minalar və partlamamış hərbi sursatlar səbəbindən dünyada adambaşına düşən ən yüksək qəza nisbətinə malikdir. Qondarma Dağlıq Qarabağ Respublikası rəsmi açıqlama verərək heç vaxt mina istehsal və ixrac etmədiyini, 1995-ci ildən bəri yeni minalar almadığını bildirmişdir. Onlar iddia edirlər ki, mina anbarları keçmiş Sovet İttifaqından qalan minalardan ibarətdir ( PMN, PMN-2, POMZ-2, OZM-72, TM-57 və TM-62 ). 2013-cü ildə Qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusunun hərbi qüvvələri Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti boyunca, daha çox mübahisəli ərazinin şərqində və şimalında piyada əleyhinə minalar yerləşdirdiklərini bildiriblər. Dağlıq Qarabağda minalarda həlak olan və ya yaralanaraq zərər çəkənlərin dəqiq sayını demək mümkün deyil, çünki Birinci Qarabağ Müharibəsində, eləcə də ondan sonrakı dövrdən 2000-ci ilə qədər baş vermiş partlama hadisələri ilə bağlı tam məlumat yoxdur. Qondarma Dağlıq Qarabağ Səhiyyə Nazirliyinin məlumatına görə, 1993-cü ilin iyunundan 1999-cu ilin mayına qədər minalar da daxil olmaqla, partlayış qurbanlarının sayı 687 (180 ölü və 507 yaralı) olmuşdur.
Tank əleyhinə minalar
Tank əleyhinə minalar — ərazini düşmənin tanklarına və yerüstü başqa texnikalarına (özüye-riyən raket və artilleriya qurğularına, zirehli transportyorlara və yük avtomobillərinə) qarşı mina-lamaq üçün nəzərdə tutulub. Tank əleyhinə minalar tırtıl əleyhinə, dib əleyhinə və gövdə (bort) əleyhinə minalara ayrılır. tırtıl əleyhinə minalara TM-62, TM-57 tipli minalar nümunə göstərilə bilər. dib əleyhinə minalara TMK-2, TM-72 tipli minalar nümunə göstərilə bilər. bort əleyhinə minalara TM-73, TM-83 tipli sovet istehsalı minalar göstərilə bilər.
Biaklar
Biaklar, biak-numforlar, numforlar, nuforlar, maforlar, İndoneziya dilində oranq-biaklar - Şərqi İndoneziyada (Papua əyalətinin Biak- Numfor dairəsi; Yeni Qvineya adasının şimal-qərb sahilləri, Çendravasih körfəzindəki Biak, Numfor və s. adalar) Avstroneziya xalqı. == Haqqında == Biakların sayı 80 min nəfərdir (2013). Cənubi Halmahera və Qərbi Yeni Qvineya xalqları qrupuna daxildir. Avstroneziya dillərinin Qərbi Yeni Qvineya qoluna aid biak dilində (biak və numfor ləhcələri, coxlu dialektləri var) danışırlar. Yazıları latın qrafikası əsasındadır, onların arasında İndoneziya dili də yayılmışdır. Biakların 90%-dən çoxu xristiandır. Ənənəvi məşğuliyyətləri balıqçılıq, dəniz vətəgələri, dənizçilik, gəmiqayırma, ticarətdir. Yeni Qvineyanın şimal-qərbində ticarət əlaqələrinə nəzarət edən Bialkar dəniz quldurları kimi məlum idilər. Ənənəvi sənətkarlıq sahələri dəmirçilik və zərgərlikdir.
Makasar
Makasar — İndoneziyanın Cənubi Sulavesi əyalətinin paytaxtı. Şərqi İndoneziya bölgəsindəki ən böyük şəhəri və Cakarta, Surabaya, Bandunq və Medandan sonra ölkənin beşinci böyük şəhər mərkəzidir. 1971-ci ildən 1999-cu ilə qədər şəhər rayonlardan biri olan Ucunq Pandanq adını aldı. Şəhər Makassar boğazı ilə üz-üzə olan Sulavesi adasının cənub-qərb sahilində yerləşir. Tarixi boyunca Makasar 17-ci əsrdə Niderland Ost-Hind Şirkəti tərəfindən fəth edilməzdən əvvəl Qova Sultanlığının mərkəzi və Portuqaliya dəniz bazasını qəbul edən əhəmiyyətli bir ticarət limanı olmuşdur. Niderland Ost-Hindində əhəmiyyətli bir liman olaraq qaldı, Şərqi İndoneziya bölgələrinə Makasar balıqçıları ilə Avstraliya sahillərinə qədər gedib çıxdı. İndoneziya müstəqillik qazandıqdan sonra qısa bir müddət ərzində Makasarda üsyanın baş verdiyi Şərqi İndoneziya Ştatlarının paytaxtı oldu. Şəhərin sahəsi 199.3 kvadrat kilometrdir (77.0 kv mi) və 2013-cü ildə təxminən 1.6 milyon əhalisi var. Onun daxili ərazisi Makasar şəhəri və 15 rayonu əhatə edən 1.976.168 əhaliyə malikdir. Rəsmi böyük şəhər sahəsi Mamminasata kimi tanınan və 17 əlavə rayon olmaqla, 2548 kvadrat kilometr ərazini əhatə edir (984 kvadrat mil) və 2010 siyahıyaalmasına görə 2.4 milyon əhalisi var.
Mekanlar
Mekanlar və ya Meenlər – Efiopiyanın cənub-qərbində yaşayan etnik azlıq. 1998-ci ildə aparılmış sorğuya əsasən Efiopiyada 56.585 mekan yaşayır. Xalqın danışdığı dil Nilo-Saxara dil ailəsinin Surmi qoluna daxil olan Meen dilidir. İki əsas xalqdan ibarətdir: dağlıq bölgədə yaşayan Tişana xalqı (aqrikulturalistdirlər) və düzənlikdə yaşayan Bodi xalqı (köçəri həyat tərzi keçirirlər). == Həyat tərzi == Qəbilə içində qaydaları isə yaşlılar müəyyən edir. Aralarında mübahisə yarandıqda dava etmək yerinə bir-birlərinə iribuynuzlu heyvan hədiyyə edir, münaqişəni bu şəkildə həll edirlər. Qarğıdalı, qəhvə və kalış kimi bitkilər becərməyə üstünlük verirlər. Köçəri həyatı heyvanlardan öyrənib. Heyvanlar fəsil dəyişkənliyi zaman yer dəyişdirdikdə qəbilə də onlarla birlikdə köçür. Bunun sayəsində onların qanı ilə qidalanırlar.
Mikolan
Mikolan — Azərbaycan Respublikasının Lənkəran rayonunun Biləsər inzibati ərazi vahidində kənd. Əhalisi 438 nəfərdir. Kəndin adı əslində Mikolon olmalıdır. Oykonim Miko (Mikayıl adının talış zonasında əzizləmə, kiçiltmə forması) və ion (talış dilində "yer, məkan", "ərazi") sözlərindən düzəlib, "Mikayılın (Mikonun) kəndi" mənasındadır. Yerli məlumata görə, burada ilk dəfə Mikayıl (Miko) adlı şəxs məskən saldığı üçün belə adlandırılmışdır.
Mikozlar
Mikozlar (q.yun. μύκης - "göbələk") — parazit göbələklərin insan və heyvanlarda törətdiyi xəstəliklər. Kandidoz — Candida albicans tərəfindən törədilir. Onixomikoz. Alabəzək dəmrov — Malassezia furfur tərəfindən törədilir. Qara dəmrov — Exophiala werneckii tərəfindən törədilir. Qara pedra — Piedraia hortae tərəfindən törədilir. Ağ pedra — Trichosporon beigelii tərəfindən törədilir.
Mikulaş
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Miralay
Miralay (Osmanlı dili: ميرآلای), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən mirliva və kaymakam rütbələri arasındakı hərbi rütbədir və müasir rütbələr arasında polkovnik hərbi rütbəsinə bərabərdir. Bununla birlikdə Miralay rütbəsi də, 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Mokşalar
Mokşalar (mokş. мокшет) — mordvalıların etnoqrafik qrupu. Onlar Rusiya Federasiyasında, əsasən Volqa çayı, o cümlədən Oka çayının qolu olan Mokşa çayı boyunca yaşayırlar.
Muzalar
Muzalar və ya müzlər (yun. Μοῦσα - düşüncəlilər) - qədim yunan mifologiyasına görə Zevs və Mnemosinain Parnasda yaşayan qızları olub, elm, poeziya və incəsənətin tanrıcaları sayılırdılar. "Musiqi" sözü bu sözdən törəmişdir. "İliada" və "Odisseya"da ilk dəfə söz açılan muzalar sayca doqquz olmuşlar. Əsasən Zevsin qızları kimi tanınsalar da, bəzən onları Harmoniyanın qızları kimi də qələmə verirlər. Muzalar öz Muzeyon (ondan "muzey" sözü meydana gəlmişdir) adlanan məbədlərinə malik olmuşlar.
Qidalar
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Sikanlar
Sikanlar (lat. Sicani) — Siciliyada yaşamış qədim xalq. Onların qeyri-Hind-Avropa mənşəli olduğu güman edilir. Sikanlar e.ə. XIII əsrdə sikullar və elimlər tərəfindən qovulmuş və sonradan ellinləşdirilmişdir. Onlar Kastelluçço arxeoloji mədəniyyətinə uyğun gəlirlər. Tavromeniyalı Timey sikanları Siciliyanın yerli əhalisi hesab edirdi. Onun əsəri dövrümüzə qədər gəlib çatmayıb, lakin Diodor ona istinad edir. Doğrudan da, arxeoloji tədqiqatlar onu göstərir ki, adada minilliklər boyu avtoxton mədəniyyət mövcud olmuşdur. Fukididin fikrincə, sikanlar Pireney yarımadasından (ehtimal ki, Kataloniyadan) köç etmişdir.
İnkalar
İnk imperiyası — Cənubi Amerikanın And dağlarında yaranan ən böyük imperatorluq olmuşdur. İnklərin imperatorluğu və sivilizasiyası 1438-ci ildən 1533-ci ilədək indiki Peru, Ekvador, Boliviya, Cənubi Kolumbiya, Çilinin şimal ilə orta bölümləri, və şimal-qərbi Argentina da yerləşib. Paytaxtı Kusko adlanıb. İnklərin əhalisi 1438-dən 1533-ci ilə qədər 12.000.000 nəfərdən 20.000.000 nəfərə və ərazisi 800.000 km²-dən 2.000.000 km²-ə qədər olmuşdur. İnklərin bir çox həyat aspektləri sirr olaraq qalır, buna səbəb isə onlar haqqında bütün məlumatların ispan fatehləri tərəfindən bildirilməsindədir. İspanlar məhz onların sonunun gəlməsinə səbəb olmuşlar. Konkistador Fransisko Pissaro 1532-ci ildə cəmi bir neçə adamın köməkliyi ilə ink ordusunu məğlub etdi. Lakin İnk imperiyasına əsl zərbəni bundan 10 il əvvəl avropalı qəsbkarlar vurmuşlar. Onlar heç fərqində olmadan burada çiçək epidemiyasını yaymışlar və bu xəstəlik səbəbindən inklərin 90%-i həlak olmuşdu. Bir çoxları İnk imperiyasını avtoritar monarxiya adlandırdığı halda, bəzi tədqiqatçılar buranı ideal sosioloji dövlət hesab edirdilər.
Etikalar
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları. Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər.
Mikasa
Mikasa (yap. 三笠市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Soraçi sabprefekturada yerləşən şəhər.
İsalar
İsalar — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd. Qarabağ düzündədir. Kənd isalar nəslinə mənsub ailələr tərəfindən məskunlaşdığı üçün belə adlandırılmışdır. Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Komik maskalar
Komik maska – eybəcərliyin müxtəlif zahiri səciyyəvi şəkillərini özündə cəmləşdirən üzlüklər. Qədim dövrün bir çox tamaşalarında aktyorlar belə maskalarda, üzlüklərdə çıxış edirdilər. Deyilənə görə, Esxilin əsərlərinin tamaşalarında 28 maska (üzlük) var imiş. Bu kimi üzlüklər, məsələn, sifətin yastılığını, alnın qısalığını, ağzın yekəliyini, dodağın qalınlığını və s. bu kimi fiziki naqislikləri ifadə edirdi. Lakin bu naqisliklər, Aristotelin dediyi kimi, insanda mərhəmət duyğusu oyatmır. Belə qədim maskalara, üzlüklərə Azərbaycan xalq teatrının inkişaf tarixində də təsadüf etmək olar, məsələn, keçəl və kosa maskaları. Əli Sultanlıya görə Azərbaycan xalq teatrında “kosa müəyyən bir üzlükdür (maskadır), hətta oyunda üzlüklə çıxış edir" . Belə tamaşalar səhnə adlana biləcək bir yerdə yox, küçə və meydanlarda səyyari şəkildə nümayiş etdirilib. Bu mərasimlərdə təkcə oyunbazlar, təlxəklər, hoqqabazlar yox, bu və уa digər dərəcədə hamı deyib-gülür, zarafatlaşır və "oynayır".
Liptovski Mikulaş
Liptovski Mikulaş (slovak. Liptovský (Svätý) Mikuláš, alm. Liptau-Sankt-Nikolaus‎, mac. Liptószentmiklós, bəzən rus. Липтовский Святой Николай) — Slovakiyanın şimalında şəhər. Jilina bölgəsində yerləşir. Əhalisi 33 min nəfərdir. Şəhər Vaq çayının sahilində, Qərbi və Aşağı Tatra dağlarının arasında yerləşir.
Mikaela Drozdovskaya
Mikaela Drozdovskaya (rus. Микаэ́ла Миха́йловна Дроздо́вская; 10 mart 1937, Moskva – 14 noyabr 1978, Moskva) — sovet kino aktrisası.
Mikaela Louç
Mikaela Louç (ing. Mikaela Loach) — eko-aktivist, Edinburq Universitetinin tibb tələbəsi, Edinburqda iqlim ədaləti uğrunda mübarizə aparır. Global Citizen Prize: UK’s Hero Award mükafatına namizəd olur. Coe Bekker ilə birlikdə Mikaela iqlim dəyişikliyi, insan hüquqları və sosial ədalət haqqında YIKES podkastının prodüserliyini, aparıcılığını edir. Mikaela Louç Yamaykada anadan olub və Böyük Britaniyanın Surrey şəhərində böyüyüb. Daha sonra universitetdə təhsil almaq üçün Edinburqa köçür. Hazırda Edinburq Universitetində 4-cü kurs tələbəsidir. 2019-cu ildə qız Extinction Rebellion (XR) ətraf mühit hərəkatının üzvü olur və 2019-cu ilin oktyabrında o, siyasətçilərdən iqlim böhranını dinləmələrini tələb etmək üçün XR etirazlarında iştirak etmək üçün Edinburqdan Londona gedir. O, öz təcrübələrini gündəliyinə qeyd edir. 2019-cu ildə keçirilən XR etirazında Mikaela Louç polisin etirazı dağıtmasına mane olmaq üçün Şotlandiyanın Extinction Rebellion Scotland səhnəsində təxminən 8 saat qalmalı olur.
Mikaela Ramazzotti
Micaela Ramazzotti (it. Micaela Ramazzotti; 17 yanvar 1979, Roma) — İtaliya kino aktrisası.
Mikolas Yosef
Mikolas Yosef (çex. Mikolas Josef; d. 4 oktyabr 1995, Praqa, Çexiya) — Çexiya müğənnisi, bəstəkarı və keçmiş modeli. O, ifa etdiyi "Lie to Me" mahnısı ilə Çexiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Mikolas Yosef 4 oktyabr 1995-ci ildə Çexiyanın paytaxtı Praqada musiqiçi ailəsində anadan olmuşdur. Onun hər iki valideyni ingilis dili müəllimi olaraq çalışırlar və Mikolas da ingilis dilli məktəbdə təhsil almışdır. Onun Pyotr adlı gitarist qardaşı da var. Mikolas London Musiqi və Dramatik incəsənət akademiyasında təhsil almışdır. 17 yaşında ikən Mikolas model olaraq fəaliyyət göstərmiş və Diesel və Prada kimi geyim brendləri üçün təşkil edilmiş moda şoularında iştirak etmişdir. Lakin daha sonra o, çalışdığı sahədə dürüstlüyün və düzgünlüyün olmadığını bildirərək, modellik fəaliyyətini dayandırmışdır.