Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mil-bilək oynağı
Bilək (İrəvan)
Bilək — İrəvan xanlığının Dərələyəz mahalında kənd adı 1828–1832-ci illərdə kənddə ermənilər də yerləşmiş və əhali qarışıq olmuşdur. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. 1728-ci ilə aid arxiv sənədində Bələk kimidir.. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Qara Noqay dairəsində Bilax-Su toponimləri [133] ilə mənaca eynidir. Ehtimal ki, türk dillərində bələk, bəlik — təpə sözündəndir.
Bilək sümükləri
Bilək sümükləri (lat. ossa carpi) — əlin bilək nahiyəsinə aid sümüklərdir: Qayığabənzər sümük (os scaphoideum) Aypara sümük (os lunatum) Üçvəcli sümük (os triquetrum) Noxudabənzər sümük (os pisiforme) Trapesiyaşəkilli sümük (os trapezium) Trapesiyayabənzər sümük (os trapezoideum) Başlı sümük (os capitatum) Qarmaqlı sümük (os hamatum) == Həmçinin bax == Kinbek xəstəliyi == İstinadlar == == Mənbə == Prof.
.mil
Ölkələrin İnternet Kodları ölkə və ya müstəqil ərazi tərəfindən istifadə edilən domen kodlarıdır. Bu kodlar iki hərfdən ibarət olub, əksəri İSO 3166–1 alfa-2 ölkə kodlarına uyğun gəlir. Ümumiyyətlə 243 ölkə internet kodları var. Hər ölkə öz domen kodu üçün qaydalar təyin edir. Bəziləri hətta digər istifadəçilərə həmin ölkənin domen kodunan istifadə etməyə icazə verir, məsələn Avstriya (.at) və Kokos adaları (.cc). Digər ölkələr yalnız öz istifadəçılərinə domendən istifadəyə icazə verirlər. == Domenlərin tipləri == Domen adlar iki sinfə bölünür: coğrafi domenlər, fiziki domenlər. Coğrafi domenlər ölkə adlarına görə yaradılır: .az, .tr, .ru, .ge və s. – yuxarı səviyyəli coğrafi domenlər; Fiziki domenlər serverin funksiyasına görə təyin edilir: .com – kommersiya təşkilatları; .edu – təhsil müəssisələri; .gov – hakimiyyət qurumları; .mil – hərbi qurumlar; .net – müxtəlif şəbəkə agentlikləri; .int – beynəlxalq təşkilatlar; .org – qeyri-kommersiya təşkilatları; .info – müəyyən çərçivədə informasiya verən qurum; .biz – biznes qurumları; .name – fiziki şəxslər, fərdi layihələr; .museum – muzeylər, mədəniyyət qurumları; .eco — təbiəti sevənlər. == Ölkə İnternet Domen Kodlarının siyahısı == .ac: Askenson adası .ad: Andorra .ae: BƏƏ .af: Əfqanıstan .ag: Antiqua və Barbuda .ai: Angilya .al: Albaniya .az: Azərbaycan .am: Ermənistan .an: Niderland Antil adaları .ao: Anqola .aq: Antarktika .ar: Argentina .as: Amerika Samoası .at: Avstriya .au: Avstraliya .aw: Aruba .be: Belçika .br: Braziliya .cy: Kipr .de: Almaniya .fi: Finlandiya .fr: Fransa .in; Hindistan .ir: İran .iq: İraq .il: İsrail .it: İtaliya .kg: Qırğızıstan .kz: Qazaxıstan .la: Laos .lb: Livan .lt: Litva .md: Moldova .mt: Malta .mx: Meksika .ro: Rumıniya .ru: Rusiya .tr: Türkiyə .uz: Özbəkistan .vn: Vyetnam .bb: Barbados .bd: Banqladeş .bf: Burkina Faso .bg: Bolqarıstan .bh: Bəhreyn .bi: Burundi .bj: Benin .bm: Bermuda .bn: Bruney .bo: Boliviya .bs: Baham adaları .bt: Butan .bv: Buve adası (köhnəlmişdir) .bw: Botsvana .by: Belarus .bz: Beliz .ca: Kanada .cc: Kokos adaları .cd: Konqo Demokratik Respublikası .cf: Mərkəzi Afrika Respublikası .cg: Konqo Respublikası .ch: İsveçrə .ci: Fildişi Sahili .ck: Kuk adaları .cl: Çili .cm: Kamerun .cn: Çin Xalq Respublikası .co: Kolumbiya .cr: Kosta Rika .cu: Kuba .cv: Kabo Verde .cx: Milad adası .cz: Çex Respublikası Dj: Dubai Dk: Danimarka Dm: Dominik Do: Dominik Respublikası Dz: Cezayir Ec: Ekvador Ee: Estoniya Eg: Misir Er: Eritreya Es: İspaniya Et: Efiopiya Eu: Avropa Birliyi Fj: Fici Fk: Falkland adaları Fm: Mikroneziya Fo: Farer adaları Ga: Qabon Gb: Birləşmiş Krallıq (Nadir olaraq istifadə edilir, prioritetli olaraq Uk istifadə edilir.) Gd: Grenada Ge: Gürcüstan Gf: Fransız Guyanası Gg: Guernsey Gh: Qana Gi: Gibraltar Gl: Grönland Gm: Qambiya Gn: Qvineya Gp: Guadeloupe Gq: Ekvatorial Qvineya Qr: Yunanıstan Gs: Güney Georgia və Cənubi Sandwich adaları Gt: Qvatemala Gu: Guam Gw: Qvineya Bisau Gy: Guyana Hk: Hong Kong Hm: Heard adası və McDonald adaları Hn: Honduras Hr: Xorvatiya Ht: Haiti Hu: Macarıstan Id: İndoneziya Ie: İrlandiya Im: Man Adası Io: British Indian Okean Torpaqları Is: İslandiya Je: Jersey Jm: Yamayka Jo: İordaniya Jp: Yaponiya Ke: Kenya Kh: Kamboca Ki: Kiribati Km: Komor Kn: Saint Kitts və Nevis Kr: Cənubi Koreya Kw: Küveyt Ky: Cayman Adaları Lc: Saint Lucia Li: Lixtenşteyn Lk: Şri Lanka Lr: Liberiya Ls: Lesoto Lu: Lüksemburq Lv: Latviya Ly: Libya Ma: Morokko Mc: Monako Mg: Madaqaskar Mh: Marshall adaları Mk: Makedoniya Ml: Maliyyə Mm: Myanmar Mn: Monqolustan Mo: Macau Mp: Şimal Mariana Adaları Mq: Martinique Mr: Mauritania Ms: Montserrat Mu: Mauritius Mv: Maldiv adaları Mw: Malavi My: Malayziya Mz: Mozambik Na: Namibiya Nc: Yeni Kaledonya Na: Nijer Nf: Norfolk Adası Ng: Nijerya Ni: Nikaraqua Nl: Hollandiya No: Norveç Np: Nepal Nr: Nauru Nu: Niue Nz: Yeni Zelandiya Om: Oman Pa: Panama Pe: Peru Pf: Fransız Polinezyası Klipperton Adası ilə birlikdə.
Mil
Mil (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda qəsəbə. Milabad — Azərbaycanın Beyləqan rayonunda qəsəbə. Yeni Mil — Azərbaycanın Beyləqan rayonunda qəsəbə. Mil (ölçü vahidi) — uzunluq ölçü vahidi. Mil düzü — Kür-Araz ovalığının cənub qərb hissəsində, Kür və Araz çaylarının qovuşduğu yerdə, Kür çayının sağ sahili ilə Araz çayının sol sahili arasını əhatə edən ərazi.
Bilək-əldarağı oynaqları
Bilək-əldarağı oynaqları (lat. articulationes carpometacarpeae) — ikinci sıra bilək sümükləri ilə beş daraq sümükləri əsaslarının birləşməsindən əmələ gəlmiş oynaqdır. Ancaq bunlardan baş barmağın bilək-əldarağı oynağı ayrıdır. Qalan dörd bilək-əldarağı oynaqlarının kapsulu və boşluğu ümumidir. Oynaqda iştirak edən sümüklərin oynaq səthləri qeyri-müntəzəm şəkildə olurlar, ancaq beşinci daraq sümüyünün əsası və qarmaqlı sümüyün distal səthi yəhərə bənzəyir. Oynaq kapsulu gərginləşmiş (V daraq sümüyü nahiyəsində azaddır) və lat. ligamenta caropometacarpea palmaria, dorsalia et interossea; ligamentametacarpea palmaria vasitəsi ilə möhkəmlənmişdir. Oynaq boşluğu biləkarası oynaqlarla daraq sümükləri əsasları arasında əmələgələn əldarağı oynaqlar — lat. articulationes intermetacarpae ilə birləşir. Bunlar yastı oynaqlardır.
Bilək-əldarağı oynağı
Bilək-əldarağı oynaqları (lat. articulationes carpometacarpeae) — ikinci sıra bilək sümükləri ilə beş daraq sümükləri əsaslarının birləşməsindən əmələ gəlmiş oynaqdır. Ancaq bunlardan baş barmağın bilək-əldarağı oynağı ayrıdır. Qalan dörd bilək-əldarağı oynaqlarının kapsulu və boşluğu ümumidir. Oynaqda iştirak edən sümüklərin oynaq səthləri qeyri-müntəzəm şəkildə olurlar, ancaq beşinci daraq sümüyünün əsası və qarmaqlı sümüyün distal səthi yəhərə bənzəyir. Oynaq kapsulu gərginləşmiş (V daraq sümüyü nahiyəsində azaddır) və lat. ligamenta caropometacarpea palmaria, dorsalia et interossea; ligamentametacarpea palmaria vasitəsi ilə möhkəmlənmişdir. Oynaq boşluğu biləkarası oynaqlarla daraq sümükləri əsasları arasında əmələgələn əldarağı oynaqlar — lat. articulationes intermetacarpae ilə birləşir. Bunlar yastı oynaqlardır.
Govurarx (Mil)
Govurarx - Mil düzündə qədim suvarma kanalı. == Tarixi == Araz çayından Qarqar çayınadək uzanırdı. E.ə.I minilliyin sonuna aid edilən bu arx monqol hücumları zamanı dağıdılmış, XVI əsrin sonunda Teymur tərəfindən bərpa edildiyindən onun mənsub olduğu tayfanın adı ilə Barlas adlandırılmışdır. XVIII əsrdə Nadir şahın dövründə yenidən dağıdılmış bu arxın yatağında Sovet hakimiyyəti illərində Orconikidze adına kanal çəkilmişdir. Kanal Mil düzünün suvarılmasına xidmət edirdi. Muğan düzündə qədim suvarma kanalı Araz çayından başlayıb indiki Biləsuvar rayonu ərazisindən keçirdi. Sasanilər dövründə çəkildiyi ehtimal edilir. Kanalın kənarında salınmış bir neçə qədim yaşayış məskəninin qalıqları var. Əvvəllər atəşpərəstlərə verilən gəbr adı sonralar türkdilli xalqlarda kafir və ya gavur kimi işlənərək, ümumiyyətlə "dinsiz" hesab edilən xalqlara aid edilirdi. Hidronimlər "gavurların çəkdiyi arx" mənasında da izah olunur.
Mil (Beyləqan)
Mil (əvvəlki adı: Orconikidze) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Beyləqan rayonunun Mil qəsəbəsi Milabad qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Mil qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. == Tarixi == Beyləqan Azərbaycan Respublikasının qədim şəhərlərindən biridir. Şəhərin adı Sovet illərində "Orconikidze" olmuşdur. Lakin adı sonradan daha dəqiq — 1992-cü ildə dəyişdirilərək "Mil" olmuşdur.
Mil (uzunluq)
Mil — uzunluq ölçü vahidi. == Ümumi məlumat == Fərsənglə eyni vaxtda uzunluq ölçmək məqsədilə mildən də istifadə olunmuşdur. Qeyd edək ki. 1 mil fərsəxin üçdə birinə bərabərdir ki, bu da 1,6 km deməkdir. Qədim Romada mil min qoşa addıma, yəni 2000 metrə bərabər götürülmüşdür ki, bu da orta hesabla 2 km eləyir.
Mil Visoko
44°32,30′ şm. e. 18°12,40′ ş. u. == Tarix == Mil Bosniya zadəganları üçün böyük əhəmiyyət daşıyırdı və orta əsrlər Bosniyadakı zadəganların məclisinə istinad edilən ən məşhur ad olan Stanak üçün nəzərdə tutulan yerlərdən biri idi. 1367–1407-ci illərdə bəzi tarixi mənbələr Mil şəhərində yerləşən Franciscan monastırı üçün pul vermiş Ragusan tacirlərindən bəhs edir. 1380–1390-cı illərdəki mənbələrə görə isə Müqəddəs Nikolas Manastırı olaraq təyin edilmişdir. Mil ilk dəfə 1244-cü ildə Müqəddəs Kuzma və Damjan kilsələri kimi (yazılı mənbələrdə: Mil, Sv. Nikola, Visoko, Mileševo) xatırlanır. Elə həmin il, Stefen II Kotromanik ilk Saint Nikolas Fransiskan monastırını inşa etdi.
Mil arteriyası
Mil arteriyası (lat. arteria radialis) — saidi və əli qanla əchiz edən arterial sistemin, yuxarı ətraf arteriyalarına aid, uc hisədə ovucun dərin qövsünü təşkil edən damar. Bilək nahiyəsində mil sümüyünün bilavasitə üzərində və səhi yerləşdiyi üçün dəri üzərində nəbzi əlləmək mümkündür. Milarteriyası tibbi praktikada mühüm əhəmiyyət malikdir. Belə ki, xəsənin invaziv qanlı Korotkov üsulu ilə qan təzyiqinin ölçülməsi, dializ xəstələrində məhz bu arteriya vasitəsilə Çimino şuntu qoyulur. == Şaxələri == said: Qayıdan mil arteriyası — lat. arteria recurrerus radialis biləyin ovuc şaxəsi — lat. ramus carpeus palmaris (r. carpeus volaris — BNA) ovucun səthi şaxəsi — lat. ramus palmaris superficialis (r.
Mil daşı
Mil daşı— Roma dövründə yollara qoyulan, yolun istiqamətini və mərkəzdən uzaqlığı göstərən daşlara deyilirdi. Kilometr daşı olaraq istifadə edilən bu daşlar girdə bəyaz mərmərdən hazırlanırdılar. Bəzi Roma mil daşlarının üzərində o dövrün Roma imperatorlarının və rəhbərlərinin adları yazılırdı.
Mil düzü
Mil düzü — Kür-Araz ovalığının cənub qərb hissəsində, Kür və Araz çaylarının qovuşduğu yerdə, Kür çayının sağ sahili ilə Araz çayının sol sahili arasını əhatə edən ərazi. Hal-hazırda Mil düzündə böyük miqyasda suvarma və meliorasiya işləri aparılır. Bunun nəticəsində də ərazinin torpaqlarında müəyyən dəyişikliklər baş verir. Bu dəyişikliklərin hansı istiqamətdə getməsini müəyyənləşdirmək məqsədi ilə Mil düzü şəraitində tədqiqat işləri davam etməkdədir. == Hidrogeoloji şərait == Mil düzündə qrunt sularının səviyyəsinin və minerallaşma dərəcəsinin dəyişməsi bilavasitə torpaqlarda öz əksini tapır. Heç də həmişə qrunt sularının səviyyəsinin qalxması torpaqların şoranlaşmasına səbəb olmur. Bu, torpaqların litoloji tərkibindən, kapillyar qaldırma qabiliyyətindən, struktura­sın­dan asılıdır. Belə ki, düzənlik ərazilərdə dayanıqlı aqroir­riqasiya landşaftlarının formalaşma­sın­da və biomüxtəlifliyin qorunmasında qrunt sularının minerallaşma dərəcəsinin və yerləş­mə dərinliyinin rolu çoxdur. Bu zaman qrunt sularının kritik səviyyəsi mühüm əhəmiyyət kəsb edir. Ayrı-ayrı aqrolandşaftlarda qranulometrik tərkibdən asılı olaraq qrunt sularının kritik səviyyəsi müxtəlif ola bilər.
Mil qallon
Mil qallon (ing. Miles per gallon, MPG) - Şimali Amerika və Böyük Britaniyada istifadə edilən ölçü vahididir. Nəqliyyat vasitəsinin 1 qallon yanacaqla neçə mil məsafə qət edə biləcəyini ifadə edir. ABŞ-də 1 qallon 3,785, Böyük Britaniyada isə 4,546 litrə bərabərdir. 1 mil hər iki ölkədə eynidir və metrik ölçü sistemində 1 609 metrə bərabərdir.
Mil siniri
== İstinadlar ==
Mil sümüyü
Mil sümüyü —
Son mil
Rabitə sənayesində "son mil" (ing. "last mile") dedikdə, istifadəçinin abonent xəttini provayderin (rabitə operatorunun) qoşulma nöqtəsi ilə əlaqələndirən kanal başa düşülür. "Son mil" texnologiyalarına adətən xDSL, FTTx, Wi-Fi, WiMax, DOCSIS, PLC texnologiyaları aid edilir.
Mixail Mil
Mixail Leontyeviç Mil (rus. Михаил Леонтьевич Миль; 22 noyabr 1909, İrkutsk – 31 yanvar 1970, Moskva) Sovet aerokosmik mühəndisi olmuşdur. Dünyaca məşhur Sovet istehsalı "Mi" seriyalı helikopterlərin istehsalı ilə məşğul olan Mil Moskva Helikopter Zavodunun qurucusudur. == Bioqrafiyası == Mixail Mil 1909-cu ildə İrkutskda anadan olmuşdur. Atası Trans-Sibir Dəmiryolu işçisi, anası isə diş həkimi olmuşdur. Latviyanın Liepaya şəhərindən hərbi xidmətə çağırılmış babası 25 il Rusiya İmperator Donanmasında xidmət etdikdən sonra Sibirdə məskunlaşmışdır. Mil aviasiya sahəsində ilk mükafatını hələ 12 yaşı olarkən qazanmışdır. O, 1926-cı ildə Tomsk şəhərində yerləşən Sibir Texnologiya İnstitutuna daxil olmuş, lakin burada aviasiya mühəndisi ixtisası olmadığına görə 1928-ci ildə bu sahədə ixtisaslaşmaq məqsədilə Novoçerkassk şəhərində yerləşən Don Politexnik İnstitutunda təhsilini davam etdirməyə başlamışdır. 1932-ci ildə P.G. Rudenko ilə ailə həyatı qurur. Məzun olduqdan sonra Mərkəzi Aerohidrodinamik İnstitutunda (TsAGI) işləməyə başlamışdır.
Yeni Mil
Yeni Mil — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Yeni Mil qəsəbəsi Milabad qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Yeni Mil qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. == Əhalisi == === Şəhidləri === Elşən Alhüseyn oğlu Hüseynov (05.05.1977–13.01.1996) Azad Heydər oğlu Abbasov (09.05.1973–05.03.1993) Elçin Cəbrayıl oğlu Məmmədov (20.06.1975–18.02.1994) Akif Nəsib oğlu Mənsimov (14.03.1967–08.01.1994) İlham Səfər oğlu Qasımov (15.10.1975–28.06.1994) Əlizaminv Şirin oğlu Abbasov (23.02.1986–15.03.2005) Mahir Talıb oğlu Kərimov (7. iyul 1970 −17.06.1993) Azər Bulud oğlu Muradov (28.05.1972–26.01.1994 Sənan Əlisəfa oğlu Əliyev (11 aprel 1989; Beyləqan rayonu Yeni Mil qəsəbəsi, 28 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) Elgün Yedulla oğlu Yunusov (30 iyun 1986, Beyləqan rayonu Yeni Mil qəsəbəsi – 27 sentyabr 2020, Kəlbəcər rayonu) Tacir Hasil oğlu Muradlı (25 sentyabr 2000; Beyləqan rayonu Yeni Mil qəsəbəsi — 22 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) Babək Vaqif oğlu Abışov (25 aprel 1994, Beyləqan rayonu Yeni Mil qəsəbəsi– 10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri Səddam Aydın oğlu Həsənov- (15 oktyabr 1992; Beyləqan rayonu Yeni Mil qəsəbəsi — 17 oktyabr 2020; Hadrut, Xocavənd rayonu) -XTQ Elməddin Qoçu oğlu Xasayev (12. fevral 1980 Beyləqan rayonu Yeni Mil qəsəbəsi — 31. dekabr 2020) Ramil Qardaşxan oğlu Yunusov (26. may 1977 Beyləqan rayonu Yeni Mil qəsəbəsi — 9. noyabr 2020) Emin Fərman oğlu Fərzəlizadə (30. yanvar 1995 Beyləqan rayonu Yeni Mil qəsəbəsi — 4.
Baş Mil kanalı
Baş Mil kanalı — Azərbaycan Respublikası ərazisində çəkilmiş kanal. 1976-cı ildə istismara verilmişdir. Kanalın uzunluğu 37,5 km-dir. Araz çayı üzərində yerləşən Mil-Muğan su qovşağından başlayır, Füzuli, Beyləqan və Ağcabədi rayonlarında 76 min hektar sahəni suvarma suyu ilə təmin edir. Suvarma qabiliyyəti 93 65 m³/san təşkil edir.
Mil-Beyləqan FK
Mil-Beyləqan FK — Beyləqan şəhərini təmsil edən futbol klubu. == Tarixi == Mil Beyləqan futbol klubu 1955-ci ildə Beyləqan şəhərində yaranmışdır. Müstəqillikdən sonra Mil Beyləqan 1992-ci il sezonunda Azerbaycan I Diviziyonunda mübarizə aparırdı.Klub bu sezon Çempiyanatı 5-ci sırada bitirdi.Növbəti sezon yəni 1993-cü il sezonunda I Diviziyon B qrupunda mübarizəyə başladı Beyləqanlılar və sezonu 8-ci yerdə başa vurdular. Milin I Diviziyondakı son sezonu 1993–1994-cü il sezonunda bu dəfədə C qrupunda mübarizə aparan ''Aranın Fırtınası'' qrupu son sırada bitirdi. Klub 2006–2007-ci illərdə Həvəskarlar liqası Respublika çempionatında çempion olmuş 2009–2010-cu illərdə liqada üçüncü yerdə, 2010–2011-ci illərdə isə altıncı yerdə qərarlaşmışdır. Region Liqası 2019–20 Sezonu Covid-19 Pandemiyası səbəbindən təxirə salınmışdır. == Uğurları == Həvəskarlar Liqası: Çempion — 2006/2007 Bürünc medal — 2009/2010 == "Mil" Derbisi == Mil düzünün iki klubu Mil-Beyləqan FK ve Mil-Muğan FK arasında olan əzəli rəqabətdir. Bu rəqabətdə Mil Beyləqan klubunun qalibiyyət üstünlüyü vardır. Hər iki Klub hal hazirda Region liqasında mübarizə aparır. == Heyət == === Klubun heyəti (2019–2020) === === Məşqçi Heyəti === Baş Məşqçi-Elnur Səfərov Köməkçi Məşqçilər -Röyal Babayev,Ziya İsmayılov == 1992-ci il sezonu == Müstəqillik illərində Mil Beyləqan Çempionata I diviziyondan başladı.İlk sezonda Mil Beyleqan 18 oyunda 17 xal toplayaraq 5-ci sırada qərarlaşdı == 1993-cü il sezonu == Klub bu sezonda I diviziyon B qrupunda 16 oyunda 10 xal toplayaraq 8-ci sırada qərarlaşdı == 1993–1994-cü il sezonu == Bu mövsümdə klub I Diviziyon C qrupunda mübarizə aparırdı.Beyləqan təmsilcisi 18 oyuna 3 xal toplayaraq 10-cu sırada qərarlaşdı.
Mil-Muğan FK
Mil-Muğan futbol klubu. İmişlidə "MKT-Araz" adı ilə yaranmışdır. Müxtəlif vaxtlarda 3 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. Futbol üzrə Azərbaycan Kubokunun finalında 1 dəfə oynamışdır. == Avropa kuboklarında iştirak == Azərbaycanı 1 dəfə UEFA Kubokunda, 1 dəfə də UEFA İntertoto Kubokunda təmsil etmişdir. == Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının reytinq cədvəlində == 2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 131,5 xal ilə Azərbaycan klubları arasında 8-ci, dünyada isə 679-cu pillədə başa vurmuşdur. == Mil Derbisi == Mil düzünün iki klubu Mil-Beyləqan FK ve Mil-Muğan FK arasında olan əzəli rəqabətdir. Bu rəqabətdə Mil Beyləqan klubunun qalibiyyət üstünlüyü vardır. Hər iki Klub hal hazirda Region liqasında mübarizə aparır.
Mil (ölçü vahidi)
Mil — uzunluq ölçü vahidi. == Ümumi məlumat == Fərsənglə eyni vaxtda uzunluq ölçmək məqsədilə mildən də istifadə olunmuşdur. Qeyd edək ki. 1 mil fərsəxin üçdə birinə bərabərdir ki, bu da 1,6 km deməkdir. Qədim Romada mil min qoşa addıma, yəni 2000 metrə bərabər götürülmüşdür ki, bu da orta hesabla 2 km eləyir.
Mil Mi-10
Mil Mi-10 (rus. Миль Ми-10; NATO kod adı: Harke), Mil tərəfindən istehsal olunan Sovet istehsalı bir nəqliyyat helikopteridir. Mil Mi-6 əsas alınaraq dizayn olunan helikopter 1963-ci ildə xidmətə başlamışdır. Tikinti- quraşdırma və inşaat işlərində istifadə olunması nəzərdə tutulan hərbi nəqliyyat helikopteri Mi-10-un mülki modifikasiyası “uçan kran”dır. Bu “qısa ayaqları” və gövdə altında əlavə pilot kabinası olan bir versiyadır. İlk uçuşu 1965-ci ilin iyun ayında baş tutub və istehsalı 1975-ci ildə başlayıb. 17 ədəd helikopter istehsal edilib və onlardan dördü sonradan yenidən qurulub. Dizaynerlər xarici görünüş və platformadan imtina etdilər. Şassinin hündürlüyünü azaldaraq helikopterin çəkisinin və alın müqavimətinin azalmasına nail oldular. Helikopterin yüklənməsi və boşalması zamanı özünü doğrultmayan idarəetmə kameraları əvəzində “uçan kran” ikinci dairəvi görünüşə və üçüncü idarəetmə mexanizmlərinə malik asılma kabinə ilə təchiz olundu.
Mif Mol
Mif Mol - cazmen == Həyatı == 1898-ci ildə Nyu-Yorkda anadan olmuş İrvinq Milfred Mol stilistika baxımından Kid Orinin tam əksi idi. Onlar hər ikisi diksilend formatında ifa etsələr də, Orinin ifa üslubu bir qədər çılğın və kobud təsir bağışlayırdı, Molun üslubu isə səsin daha parlaq olması ilə seçilən, texniki cəhətdən daha mükəmməl ifa idi. Bundan əlavə, Ori qlissando və "diş qıcırtma" priyomlarındgan gen-bol istifadə etdiyi halda Mol bu priyomlardan imtina edirdi. Molun diksilend caz orkestri ilə ilk kontaktı başlananda Edvin Eddi Edvards burada çox populyar bir ifasını yazdırmışdı. Yeni səsin sehrinə düşmüş Mol bu orkestrin Nyu-Yorkdakı çıxışlarını daim izləyirdi. Az sonra o özü də bu orkestrin ifasında eşitdiklərini təqlid etməyə başladı. Nyu-Yorkdakı bir qrup başqa musiqiçi ilə birlikdə Mol müxtəlif adlar altında yüzlərlə melodiyanı "Memfis beş" və "Ladın qara tuzları" adı ilə yazdırmışdır. Sonuncu melodiyanın belə adlanması qaradərili əhali üçün marketinq mülahizələri ilə bağlı idi. Mol bir sıra başqa orkestrlərlə, o cümlədən Çarli Rendallın və Eyb Limanın kollektivləri ilə işləyəndən sonra 1925-ci ildə Red Nikolsun kornetçiləri ilə uzunmüddətli əməkdaşlığa başlayır. Beş il davam etmiş bu əməkdaşlığın bəhrəsi olaraq, "Red Nikols və onun Beş pennisi" və "Mif Mol və onun balaca mollerləri" kimi müxtəlif adlar daşıyan çoxsaylı yeni qruplar yaranmışdı.
Bilik
Bilik — insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında məlumat toplusu. Bilik müqəddəsliyi baxımından formallaşdırılmış informasiyadır. Bilik praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində alınan predmet sahəsinin qanunauyğunluqları olub həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir. Bilik – yaxşı strukturlaşdırılmış verilənlər və metaverilənlərdir. Biliklərin saxlanılması üçün Biliklər bazası (BB) lazımdır. Daxili interpretasiya. EHM-in yaddaşında verilənlər elementi olan informasiya vahidi ilə birlikdə həmin informasiya vahidi ilə bağlı sistem adlarının saxlanılma imkanının olması. Sistem adları verilənə qoyulmuş fərdi adı və həmin verilənin daxil olduğu adlar çoxluğunu və ya adlar sinfini özündə birləşdirir. Məsələn, müəssisənin hər hansı əməkdaşı haqqında məlumatlar yığımı onun kadrlar şöbəsində şəxsi işinin nömrəsi, işlədiyi laboratoriyanın adı, bu laboratoriyanın daxil olduğu şöbənin adı və i.a. ilə qeyd edilir.
Biləv
Biləv — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Ümumi məlumat == Biləv bələdiyyəsinin mərkəzidir. Rayonun mərkəzindən 35 km şimal-qərbdə, Ordubad-Bist avtmobil yolunun üstündədir. Gilan çayının (Arazın qolu) sahilində, Zəngəzur silsiləsinin ətəyindədir Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi, rabitə şöbəsi, ATS-i var. Gilançayın yuxarı axını boyunca yerləşən Biləv kənd ərazisində Tunc və ilk Dəmir dövürlərinə aid maddi mədəniyyət qalıqları tapılmışdır. Biləv kəndində orta əsrlərə aid nekropol və Gilançay üzərində iki açırımlı körpü də var. == Oykonimin izahı == Oykonim kəndin ərazisindəki eyniadlı bulağın adındandır. Tədqiqatçılar kəndin adının ərazidəki dağlarda olan bulov daşlarından götürüldüyünü ehtimal edirlər. Lakin belə olduqda kəndin adı Bilov deyil, Bulovlu olmalı idi. Oykonim mənbələrdə də Biləv kimi qeydə alınmışdır.
Bişək
Bişək (Vərzəqan) — İranın Şərqi Azərbaycan ostanında kənd. Bişək (Əhər) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Bələk
Bələk (türk. Belek) — Aralıq dənizi sahillərində, Antalya şəhərində yerləşən Türkiyənin kurort qəsəbəsi. Bələk, Türkiyə Cümhuriyyətinin ən yeni kurortlarından biridir. Turizm və istirahət infrastrukturunun inkişafı 1984-cü ildə başlamışdır. Coğrafi mövqeyinə görə Bələk şəhəri bütün Antalya vilayətinin görməli yerlərinə ekskursiyalar etməyə imkan verir. Şəhərin inkişafının cəhətlərindən biri də qolfun populyarlaşmasıdır. Bələk golf mərkəzlərindən biridir. Bələkdə bir çox futbol sahəsi var. Qışda Avropa və Asiyadan futbol komandaları bu sahələrdə məşq etmək üçün Bələkə gəlirlər. Şəhərin mərkəzində məscid heykəllərin yanında və ağaclarla bəzədilmiş bulvarlarda geniş alış-verişə aparan şəlalənin yanında dayanır.
Gilək
Gilanlılar və ya Giləklər (gil. گیلک, fars. گیلک‎, rus. Гилянцы) — İranda yaşayan irandilli xalq. Gilan dilinə ən yaxın dil mazandaran və talış dilidir. qalışların tərkibinə daxil olduğu gilək xalqı əsasən Gilan ostanında, az sayda Tehran ostanında və Mazandaran ostanında da yaşayırlar. == İqtisadiyyat == Gilaklar həm Alborz dağlarında, həm də bitişik düzənliklərdə yaşayırlar. Nəticə olaraq Alborz dağlarının şimal tərəfində yaşayanlar heyvandarlığa meylli olurlar, düzənlik təsərrüfatlarında yaşayanlar. Gilaklar vilayət və milli iqtisadiyyatda mühüm rol oynayaraq bölgənin əsas düyü, taxıl, tütün və çay kimi kənd təsərrüfatı məhsullarının əsas hissəsini təmin edir. Digər əsas sənaye sahələrinə balıqçılıq və kürü ixracatı və ipək istehsalı daxildir.
Pilək
Düymə — geyim aksesuarı. == Tarixi == İlk düymələr çox-çox əvvələrdən insanlara məlum olmuşdur. Hələ qədim yunanlar və etrusklar köynəklərini çiyindən düymə və ilgəhlərlə bağlayırdılar. Avropalılar isə köynəklərini sancaqlar və xüsusi iynələrlə birləşdirirdilər. Bu, o vaxtacan davam etmişdir ki, XIII əsrdə düymələr üçün deşik icad edildi. XIV əsrdə düymələrdən bəzək əşyası kimi istifadə edilirdi. Paltarlara qoldan çiyinə qədər, boğazdan belə qədər düymələr düzürdülər. Bu düymələr qızıldan, gümüşdən və fil sümüyündən hazırlanırdı. Bu da paltarın sahibinin sosial statusundan xəbər verirdi. Yəni – paltar hansı düymələrlə bəzədilirdisə, bu paltar sahibinin maddi durumunu göstərirdi.
Bilik Günü
Bilik Günü — Azərbaycanda və bir sıra ölkələrdə məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmiş oldu == İslamda elmə münasibət == Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir. Bu haqda Məhəmməd Peyğəmbərin (s.) və onun bir çox səhalələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən "Mənə bir hərf öyrədənin köləsi olaram " demişdi. == Azərbaycanda elmə münasibət == Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazım bəy, Yusif Məmmədəliyev kimi yüzlərlə alim və filosovlar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər.
Bilik bazası
Bilik bazası (BB), (en. Knowledge base, KB) — problemin həllini əks etdirən faktlar və qayda toplusu. Sonuncular biliklərin təsvir modelinə uyğun olaraq təşkil olunurlar. Bilik bazasının əsasını bilik təşkil edir. Bilik — predmet sahəsinin qanunauyğunluqları (prinsipləri, əlaqələri, qanunları) olub, praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində əldə olunur, həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir. Biliklər bazası – adətən, ekspert sistemlərində istifadə olunan verilənlər bazasının bir növü; müəyyən sahədə insanların (mütəxəssislərin) topladığı biliklərdən ibarətdir. Ekspert sisteminin başqa vacib hissəsi – nəticə mühərriki (INFERENCE ENGINE) mühakimələrdən və ya, adətən, mütəxəsislər tərəfindən yerinə yetirilən məsələnin həllinə yanaşmalardan ibarətdir == Biliklər bazasının xüsusiyyəti == Aşağıdakı dörd xüsusiyyət bilikləri səciyyələndirən əsas cəhətlərdir: daxili interpretasiya. strukturlaşma. bağlılıq. aktivlik.
Bilik fondu
Bilik iqtisadiyyatı
Bilik iqtisadiyyatı — postsənaye iqtisadiyyatı və informasiya cəmiyyəti və ya bilik cəmiyyəti ilə xarakterizə olunan yenilikçi iqtisadiyyatın ən yüksək inkişaf mərhələsi; eyni zamanda — dünyanın qabaqcıl ölkələrinin iqtisadiyyatı və cəmiyyətinin böyük inkişafının növbəti mərhələsi. İndiyə qədər bilik iqtisadiyyatı ABŞ tərəfindən və qismən AB tərəfindən yaradılmışdır. == Terminin mənası == Bilik iqtisadiyyatı termini çox vaxt yenilikçi iqtisadiyyatın sinonimi kimi istifadə olunur. Lakin, bilik iqtisadiyyatı yenilikçi bir iqtisadiyyatın inkişafının ən yüksək mərhələsidir və bilik cəmiyyətinin və ya informasiya cəmiyyətinin əsası, təməlidir. Bilik iqtisadiyyatı, inkişafın əsas amillərinin bilik və insan kapitalı olduğu bir iqtisadiyyatdır. Belə bir iqtisadiyyatın inkişaf prosesi insan kapitalının keyfiyyətinin yüksəldilməsindən, həyat keyfiyyətinin yaxşılaşdırılmasından, yüksək texnoloji biliklərin, innovasiyaların və yüksək keyfiyyətli xidmətlərin istehsalından ibarətdir. Sosiologiyada: Gündəlik Texnoloji İnqilabın İqtisadiyyatı. Bilik iqtisadiyyatı post-sənaye iqtisadiyyatı və yenilikçi bir iqtisadiyyatın inkişafının ən yüksək mərhələsidir və bu səbəbdən ABŞ, Almaniya, Böyük Britaniya, Koreya Respublikası və Yaponiya kimi ən inkişaf etmiş ölkələr üçün ən xarakterikdir. Ədəbiyyatda inkişaf etmiş və gələcək cəmiyyətlərin və iqtisadiyyatların digər tərifləri mövcuddur. Vurğulamaq lazımdır ki, bilik iqtisadiyyatı ilə innovasiya iqtisadiyyatı arasındakı əsas fərq, ilk bilik vəziyyətində bazara çıxarıla bilən daxili bir əmtəə halına gəlməsidir.
Biləv SES
Biləv SES (tam adı: Biləv Su Elektrik Stansiyası) — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşən su elektrik stansiyası. Stansiyanın inşasına 2009-cu ilin martında başlanılmışdır. İnşaat işlərinin yüksək keyfiyyətlə və qısa müddətdə yerinə yetirilməsi üçün maksimum səy göstərilmişdir. Stansiya ilin bütün fəsillərində bol suyu olan Gilançaydan qidalanır. Su əvvəlcə tənzimləyici bəndə yığılır. Burada suyun toplanması üçün sahəsi 5,15 hektar olan süni göl yaradılmışdır. Göldəki bəndlərin eni 159 metrdir, hündürlüyü isə 7,3 metrlə 9,5 metr arasında dəyişir. Gölün suyun tutumu 250 min kubmetrdir. Buradan su açıq və qapalı kanallarla sutəmizləyici anbara ötürülür. Üçsıralı anbar 8200 kubmetr su tutur.
Biləv körpüsü
Biləv körpüsü — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kəndinin cənub tərəfində yerləşən tarixi-memarlıq abidəsi. Körpü Gilançay üzərində orta əsrlərdə inşa edilmişdir. Kəndin adı ilə adlandırılan körpü zəmanəmizədək yarımuçıq vəziyyətdə gəlib çatmışdır. == Memarlıq quruluşu == Qalıqlarına əsasən məlum olur ki, körpünün uzunluğu təxminən 60 metr, eni 3,3–3,8 metr, hündürlüyü 7–8 metr olmuşdur. Körpünün qərb tağının qurtaracağı, üzərində cüzi hörgü işi aparılmış sal qayanın üzərində oturmuşdur. Bəzi müəlliflər körpünün 3 tağlı olmasını yazsa da, hazırda bir tərəfi-şərq tağı salamat qalan körpünün uzunluğuna əsasən onun 4 və ya 5 aşırımlı olduğunu söyləmək olar. Körpünün yan divarları ən azı bir tərəfi ibtidai üsulla yonulub hamarlanmış iri və yastı yerli daşlardan- andezit — bazaltlardan , tuflu qumdaşlarından və s. kirəclə (əhəngdən və qumdan hazırlanmış qatı palçıqla) tikilmiş, divarlararası içəri hissəsi isə bol daşlı, çınqıllı, qumlu sementlənmiş materialdan təşkil olunmuşdur. Sonrakı təmir və bərpa işləri isə, körpünün yan divarları və tağlarının içəri hissələri təbii, yonulmuş, ancaq seçilmiş kiçik, yastı, müxtəlif tərkibli daşlardan və açıq qəhvəyi rəngli bişmiş kərpicdən hörülmüşdür. Körpü bir neçə dəfə təmir və bərpa olunmuşdur.
Bişək (Vərzəqan)
Bişək (fars. بيشك‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Vərzəqan qəsəbəsindən 7 km şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 83 nəfər yaşayır (34 ailə).
Bişək (Əhər)
Bişək — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Vərzəqan bölgəsinin Şərqi Dizmar kəndistanında, Vərzəqan qəsəbəsindən 29 km şimal-qərbdədir.
Biləv mahalı
Biləv mahalı — Naxçıvan xanlığının mahallarından biri. Naxçıvan xaniğı (1747- 1827-ci illər) mahallara bölünmüşdü və onun 9 mahahndan biri də Biləv mahalı olmuşdur. Biləv kəndi də bu mahalın mər- kəzi idi. Beləliklə 1747-1827-ci illərdə 80 il müddətinə Biləv eyniadlı mahalın mərkəzi olmuşdur. Mahallari xanın nüməyəndəsi - mirzəbəyilər (naiblər) idarə edirdilər. Onlar xanlığa sədaqətli, adətən Kəngərli tayfasından olan bəylərdən təyin olunurdular. Biləv mahalına təyin olunmuş naiblər (mahal hakimləri) Kəngərli tayfasından, Naxçıvan xanlığının Vəkil (Sultan) qolundan I kərim Sultan - Bilici Kəngərli nəslindən oimuşlar. Mahal hakimiyyətinin əksər məmurları da Kəngərli tayfasından və naiblərin qohumlarından təyin olunurmuşlar. == Mahal haqqında qısa bilgi == Sahəsi - Əhalisi - Yaranması — 1747-ci il Paytaxtı— Biləv kəndi Sərhədləri — == Etimologiyası == Tədqiqatçılar qədimliyi, yerləşdiyi ərazinin dağlıq və landşaft xüsusiyyətlərinin müxtəlif olması ilə seçilən kəndin Biləv adlanmasının müxtəlif səbəblərini veriblər. Bəzi mənbələrə görə, Biləv “min ev” sözünün təhrif olunmuş formasıdır, digər əsaslarda Biləv adının kənddəki “bülöv daşı” sözündən götürüldüyü məlum olur.
Biləv nekropolu
Biləv qəbiristanlığı — Ordubad rayonunun Biləv kəndindən şərqdə arxeoloji abidə. Qəbiristanlıqda xeyli daş qoç fiqurları və sənduqələr vardır. Qərb-şərq istiqamətində yönəlmiş torpaq qəbirlərin bəzisinin ətrafı dördkünc formada, bəzisi isə dairəvi formada daş düzümləri ilə əhatələnmişdir. Baş daşlarının bir qismi adi qaya parçalarından, bəziləri isə yonulmuş daşlardan qoyulmuşdur. Qəbir daşları üzərində ərəb əlifbası ilə yazılmış kitabələr vardır. Biləv qəbiristanlığı XIV–XVIII əsrlərə aiddir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 45.
Biləv qalası
Biləv qalası, Naxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisində arxeoloji abidə. == Haqqında == Qala divarları yalnız bəzi yerlərdə qalmışdır. Divar qalıqlarına əsasən demək olar ki, qala təpənin üzərini tamamilə əhatə etmişdir. Qalanın tikintisində Naxçıvan qalaları üçün xarakterik olan ziqzaq şəkilli çıxıntılardan istifadə olunmuşdur. Qalanın içəri tərəfində dördkünc formalı binaların qalıqları izlənməkdədir. Tədqiqat zamanı toplanan yerüstü materiallar erkən orta əsrlər dövrünə aiddir. Yerli əhalinin verdiyi məlumata görə qala uzun müddət düşmən hücumlarından qorunmaq üçün istifadə olunmuşdur. 20 əsrin əvvəllərində qazılmış səngərlərin yerləri indi də qalada qalmaqdadır. Qalanı 7–10 əsrlərə aid etmək olar.
Bilet
Bilet (fr. "billet", orta əsrlərdə "billetus" — məktub, şəhadətnamə, vəsiqə) — özündə müvafiq göstəriciləri əks etdirən müəyyən formaya malik sənəd. Adətən təqdim edilir. Bilet bəzən ixtisaslaşmış təşkilat tərəfindən adlı formada da rəsmiləşdirilir. Bu, ona malik olan subyektin təşkilat-emitentin peşə fəaliyyətinin predmetini təşkil edən xidmətlərdən istifadə etməsinin legitimliyi hüququnu təsdiq edir. Məsələn, gediş bileti sərnişin daşıma müqaviləsinin bağlanmasını təsdiq edir. Ümumi halda bilet pullu tədbirə giriş və ya pullu xidmətdən istifadə üçün hüququ sənəddir. == Formaları == Biletlər müxtəlif formada ola bilər: Şəxsin müəyyən ictimai təşkilata mənsubiyyətini (məsələn, partiya bileti, həmkarlar ittifaqı bileti) təsdiq edən sənəd; Şəxsin müəyyən dövr ərzində bir qədər məhdudlaşdırılmış ərazidə (məsələn, ovçuluq bileti) müəyyən fəaliyyət növü ilə məşğul olmaq hüququnu təsdiq edən sənəd; Tarixən təşəkkül tapmış və sabit söz birləşmələrində (məsələn, bank bileti, dövlət bankı bileti, dövlət xəzinə bileti) sənədin adlandırılması üçün istifadə edilən termin; Kitabça, kartoçka, vərəqə və s. şəklində olub, sahibinin partiyaya və ya hər hansı bir ictimai təşkilata mənsubiyyətini təsdiq edən sənəd. Məsələn, həmkarlar ittifaqı bileti; Maliyyədə kağız pul.
İlek
İlek ve ya Ellak (Qədim türkcə (hunca): İlig — padşah, hökmdar; yun. Έλλακ; 425, Avropa Hun İmperiyası[d] – 454, Pannoniya) — Avropa Hunlarının 12-ci xaqanı, Atillanın oğlu və varisi. Nedao Müharibəsində öldürülmüşdür. Yerinə vəliəhdi və qardaşı Dengizik Xan keçmişdir.
Bilev mahalı
Biləv mahalı — Naxçıvan xanlığının mahallarından biri. Naxçıvan xaniğı (1747- 1827-ci illər) mahallara bölünmüşdü və onun 9 mahahndan biri də Biləv mahalı olmuşdur. Biləv kəndi də bu mahalın mər- kəzi idi. Beləliklə 1747-1827-ci illərdə 80 il müddətinə Biləv eyniadlı mahalın mərkəzi olmuşdur. Mahallari xanın nüməyəndəsi - mirzəbəyilər (naiblər) idarə edirdilər. Onlar xanlığa sədaqətli, adətən Kəngərli tayfasından olan bəylərdən təyin olunurdular. Biləv mahalına təyin olunmuş naiblər (mahal hakimləri) Kəngərli tayfasından, Naxçıvan xanlığının Vəkil (Sultan) qolundan I kərim Sultan - Bilici Kəngərli nəslindən oimuşlar. Mahal hakimiyyətinin əksər məmurları da Kəngərli tayfasından və naiblərin qohumlarından təyin olunurmuşlar. == Mahal haqqında qısa bilgi == Sahəsi - Əhalisi - Yaranması — 1747-ci il Paytaxtı— Biləv kəndi Sərhədləri — == Etimologiyası == Tədqiqatçılar qədimliyi, yerləşdiyi ərazinin dağlıq və landşaft xüsusiyyətlərinin müxtəlif olması ilə seçilən kəndin Biləv adlanmasının müxtəlif səbəblərini veriblər. Bəzi mənbələrə görə, Biləv “min ev” sözünün təhrif olunmuş formasıdır, digər əsaslarda Biləv adının kənddəki “bülöv daşı” sözündən götürüldüyü məlum olur.
Babək (balet)
Babək — Aqşin Əlizadənin 1986cı ildə yazdığı ikipərdəli balet. Libretto Rəfiqə Axundova və Maqsud Məmmədovundur. Quruluşçu rəssamları Tahir Salahov və Tahir Tahirov idi.