BİLƏK

Əvvəllər bağlaq formasında olub. Barmaqların ələ birləşdiyi (bağlandığı) yerə “bilək” deyirik (ayaq biləyi ifadəsi də var). Bələk (uşağı bələmək) sözü də bağlaq kəlməsi əsasında əmələ gəlib. Buxov sözü də bağlav kimi işlədilib, ayaqları bağlamaq vasitəsidir, cidardır. Deməli, o da bağlamaq sözü ilə qohumdur. Bəzən bilək sözünü barmaqların sayına əsasən “beş” mənasını verən söz kimi şərh edirlər. Məncə, o qədər də doğru fikir deyil. Bəzi türk dillərində bilək əvəzinə bağış sözü işlədilir ki, bu da məhz kəlmənin bağlaq sözündən əmələ gəlməsinə dəlalət edir. Çuvaş dilində bu söz pilek kimi işlədilir və iki məna bildirir: “5 bar­mağın birləşdiyi yer”; “beş” sayı, ikinci məna sonradan törəmədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

BİLDİRMƏK
BİLƏRZİK
OBASTAN VİKİ
Bilək (İrəvan)
Bilək - İrəvan xanlığının Dərələyəz mahalında kənd adı 1828-1832-ci illərdə kənddə ermənilər də yerləşmiş və əhali qarışıq olmuşdur. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. 1728-ci ilə aid arxiv sənədində Bələk kimidir. . XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Qara Noqay dairəsində Bilax-Su toponimləri [133] ilə mənaca eynidir. Ehtimal ki, türk dillərində bələk, bəlik - təpə sözündəndir.
Bilək sümükləri
Bilək sümükləri (lat. ossa carpi) — əlin bilək nahiyəsinə aid sümüklərdir: Qayığabənzər sümük (os scaphoideum) Aypara sümük (os lunatum) Üçvəcli sümük (os triquetrum) Noxudabənzər sümük (os pisiforme) Trapesiyaşəkilli sümük (os trapezium) Trapesiyayabənzər sümük (os trapezoideum) Başlı sümük (os capitatum) Qarmaqlı sümük (os hamatum) == İstinadlar == == Mənbə == Prof.
Bilək-əldarağı oynaqları
Bilək-əldarağı oynaqları (lat. articulationes carpometacarpeae) — ikinci sıra bilək sümükləri ilə beş daraq sümükləri əsaslarının birləşməsindən əmələ gəlmiş oynaqdır. Ancaq bunlardan baş barmağın bilək-əldarağı oynağı ayrıdır. Qalan dörd bilək-əldarağı oynaqlarının kapsulu və boşluğu ümumidir. Oynaqda iştirak edən sümüklərin oynaq səthləri qeyri-müntəzəm şəkildə olurlar, ancaq deşinci daraq sümüyünün əsası və qarmaqlı sümüyün distal səthi yəhərə bənzəyir. Oynaq kapsulu gərginləşmiş (V daraq sümüyü nahiyəsində azaddır) və lat. ligamenta caropometacarpea palmaria, dorsalia et interossea; ligamentametacarpea palmaria vasitəs ilə mıhkəmlənmişdir. Oynaq boşluğu biləkarası oynaqlarla daraq sümükləri əsasları arasında əmələgələn əldarağı oynaqlar — lat. articulationes intermetacarpae ilə birləşir. Bunlar yastı oynaqlardır.
Bilək-əldarağı oynağı

Mil-bilək oynağı

Digər lüğətlərdə

комбайнерка перепотроши́ть пола́мывать пома́лывать шевалье́ глянцева́тый доволо́чься до́лька замкнуть на́коротко индосса́нт подъезжа́ть прое́зживать сбрива́ние фаса́дик all-over assembly cedarbird eastwardly invariant plantar prize-fighter ventil анархист отбывание пробрать