Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Millet (TV kanalı)
Millet (TV kanalı) — Krımda yayımlanan Krım tatar rus telekanalı. O, ATR telekanalının Krımda yayımını dayandırdıqdan sonra yarımadanın Rusiya hakimiyyəti tərəfindən yaradılıb. == Tarixi == Kanal 2015-ci il sentyabrın 1-dən yayıma başlayıb. Rəqəmsal siqnal Krımın bütün ərazisini əhatə edir. 2016-cı il aprelin 1-dən Yamal peyki vasitəsilə peyk yayımına başlayıb və bütün Rusiya, Ukrayna, Türkiyə və Mərkəzi Asiya ölkələrini əhatə edir. "Millət"də siz Krım tatarlarının həyatı, adət-ənənələri, mədəniyyəti və tarixi haqqında verilişlərə, öz istehsalı olan sənədli filmlərə baxa, həmçinin respublikada baş verən hadisələr haqqında məlumat ala bilərsiniz. Verilişin 70%-ni Krım tatar dilində olan proqramlar təşkil edir. 24 saat yayımlanır. Yayım Simferopoldan həyata keçirilir. 2017-ci ilin fevralında ictimai Krım-tatar radiostansiyası "Vətənin səsi" fəaliyyətə başlayıb, o, 2015-ci il iyunun 9-da yaradılmış "Millət" ictimai teleradio şirkətinin struktur bölməsinə çevrilib.
Millət
Millət — insanların tarixən dil, ərazi, iqtisadi həyat və psixika ümumiliyi əsasında təşəkkül tapan və milli xarakterin, mədəniyyətin milli özünəməxsusluğunda təzahür edən sabit birliyi. "Millət" sözü ərəb mənşəli isimdir.
Milet
Milet (yun. Μίλητος) - Kiçik Asiyanın (Anadolu) qərb sahillərində, Böyük Menderes çayının cənubunda yerləşən qədim Yunan şəhəri. Hal-hazırda Türkiyənin cənub-qərbində Egey bölgəsində Balat kəndi yaxınlığında dağıntıları qalmışdır. == Tarixi == İlk məskunlaşma e.ə.IV minilliyin ikinci yarısına aid edilir . Əfsanəyə görə şəhəri Kritdən köçüb gəlmiş qəhrəman Milet salmışdır. Miletdə mina üslubunda freskalar və mixi yazılı mətnlər tapılmışdır . E.ə. XIV əsrə aid Mikena mədəniyyətinə aid dulusçuluq məmulatları tapılmışdır . Şəhərin yunan dilindəki adı xet dilindəki Milavanda (bir başqa məlumata görə Milavanda - Miliadadır) ilə üst-üstə düşür . "-vanda" ilə bitən təxminən 50 xet adları məlumdur.
Dövlətsiz millət
Dövləti olmayan xalqlar (ing. Stateless nation) — adətən azlıq etnik qruplardır ki, öz ərazi və toprağlarına siyasi nəzarəti və suverenliyi yoxdur və əraziləri iki və ya daha çox qonşu dövlətlər arasında bölünüb və ya müstəmləkə hakimiyyət tərəfindən bir ölkə daxilində milli suverenliyi pozulmuşdur. Məsələn, İranda Azərbaycanlılar, İspaniyada katalanlar, Çində Şərqi Türküstanlılar ilə Tibetlilər, Şri-Lankada Tamillər və s. misal gətirmək olar. == Mənbə == Keating, Michael, Nations Against the State: The New Politics of Nationalism in Quebec, Catalonia and Scotland () (Second), Palgrave, 2001 Levinson, David, redaktorEthnic Groups Worldwide: A Ready Reference Handbook, Phoenix, AZ: The Oryx Press, 1998, ISBN 1573560197 Minahan, James, redaktorEncyclopedia of the Stateless Nations: Ethnic and National Groups Around the World, Westport: Greenwood Press, 2002, ISBN 0313316171 == Xarici keçidlər == Map of European Stateless Nations Arxivləşdirilib 2006-06-23 at the Wayback Machine, published by the advocacy group Eurominority Map of European Stateless Nations By Astur.tk.
Millət (dəqiqləşdirmə)
Millət
Millət Əliyev
Millət Söhbətəli oğlu Əliyev (23 avqust 1961, Yardımlı rayonu – 2 may 1994, Tərtər rayonu) - Qarabağ müharibəsi şəhidi. == Həyatı == Millət Söhbətəli oğlu Əliyev 1961-ci ilin avqustun 23-də Yardımlı rayonunun Separadi kəndində anadan olub. 1968-1978-ci illərdə Sumqayıtdakı 22 saylı orta məktəbi əlaçı olaraq bitirərək, Bakı Dövlət Universitetinin Riyaziyyat fakultəsinə daxil olmuşdur. Universiteti müvəfəqiyyətlə başa vuran Millət Əliyev 1983-cü ildə təyinatla Cəlilabad rayonuna göndərilmişdir. 3 il həmin rayonda riyaziyyat müəllimi işləmiş, sonra doğma Sumqayıt şəhərinə qayıdaraq, 41 saylı orta məktəbdə öz pedoqoji fəaliyyətini davam etdirmişdir. Millət Əliyev 1993-cü ilin yanvar ayının 12-də Vətənin müdafiəsinə könüllü şəkildə qatılmışdır. İlk döyüş yolu Ağdərə rayonundan başlamış, Qubadlıda, Laçında, Ağdamda qəhrəmancasına vuruşmuş, düşmənə ağır zərbələr endirmişdir.O,Ağdərə rayonun Madaqiz kəndi (Suqovuşan) uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənmişdir. Buradakı ağır döyüşlər zamanı Millət Əliyev düşmənin bir tankını və "9M-114" markalı raketini məhv etmişdir. Bu döyüş nümunəsinə görə baş leytenant Millət Əliyev komandanlığın təşəkkürünə layiq görülmüş və mükafatlandırılmışdır. Baş leytenant Millət Söhbətəli oğlu Əliyev Tərtər döyüş bölgəsinə göndərilmişdir.
Narın millət
Virtual dövlət (ing. virtual state) — Virtual aləmdə dövlətçilikləri elan edilən, ancaq klassik dövlət anlayışına uyğun gəlməyən, onları imitasiya edən təsisatlar. Beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət virtual dövlətləri rəsmi tanımırlar və ciddi qəbul etmirlər. Bəzi virtual dövlətlər hətta müəyyən kiçik əraziyə və az sayda (bəzən bir ailə) məskunlaşmış əhaliyə malik olsalar da, onlar sadəcə olaraq qeyri-ciddi təsisat sayılır və "mikrodövlət", "kiberdövlət", "fantaziya dövləti" və "mikromillət" adlandırılırlar.
Anatoli Miller
Anatoli Filippoviç Miller (1 mart 1901 -3 oktyabr 1973) — rus türkoloqu. == Həyatı == Anatoli Filippoviç Miller 1 mart 1901-ci ildə Novorossiysk şəhərində anadan olmuşdu. 1926-cı ildə Moskva Şərqşünaslıq institutunun türk şöbəsini bitirmişdi. 1943-cü ildə "Mustafa paşa Bayraktar. XIX əsrin birinci yarısında Osmanlı imperiyası" adlı doktorluq dissertasiyasını müdafiə etmişdi. Elə həmin ildə də professor adı almışdı. Anatoli Miller 3 oktyabr 1973-cü ildə Moskva şəhərində vəfat edib. == Əsərləri == Турция. М., 1937 (A. Melnik təxəllüsü ilə). Мустафа паша Байрактар.
Artur Miller
Artur Miller (ing. Arthur Miller; 17 oktyabr 1915 – 10 fevral 2005) — ABŞ dramaturqu. == Həyatı == Amerika, ümumilikdə dünya dramaturgiyasının klassiki və əfsanəsi Artur Miller 1915-ci ilin 17 oktyabrında Nyu-Yorkda anadan olub. Millerin 1943–1999-cu illər, yəni yarım əsrdən artıq bir müddəti əhatə edən pyes yaradıcılığı onun XX əsr dünya dramaturgiyasındakı yerini müəyyən etdi. Və şübhəsiz ki, onun yeri birincilər sırasındadı. Millerin dramları Amerikanın və Avropanın ən nüfuzlu teatrlarında oynanılıb, ədəbi tənqidçilər və teatrşünaslar indi bu əsərləri XX əsrin sənət hadisəsi adlandırırlar. Teatr təbii ki, vizual sənətdi, amma Millerin pyesləri hardasa dramaturgiya ilə nəsrin vəhdətində, daha doğrusu, sərhədlərində yazılıb. Çünki dialoqlar obrazların daxili aləmin psixoloji vəziyyətini açmağa yönəlib. Artur Millerin pyesləri əsasən sosial yönümlü olsa da, ABŞ-dəki böyük depressiyadan bəhs etsə də, dramaturqun qəhrəmanları bu mövzunu bəşəri mövzu anlamı səviyyəsinə qaldıra bilirlər. Məşhur dramaturqun 1968-ci ildə yazılmış "Qiymət" pyesi illüziyalar və gerçəklər, həqiqət və yalan, yaxın adamların bir-birinə doğmalığı və yadlığı haqqındadır.
David Miller
David Miller (14 aprel, 1973, San Dieqo, Kaliforniya, ABŞ) — amerikalı tenor və İl Divo qrupunun üzvü. == Həyatı == Miller San Dieqoda anadan olsa da, Koloradoda böyüyüb. 1991-ci ildə orta məktəbi qurtarıb. Atasının təkidinə baxmayaraq, o hərbiyə getməyərək Oberlin Musiqi Konservatoriyasına daxil olur. 1995-ci ildə Konservatoriyanı mükəmməl qiymətlərlə və vokal və opera ifaçısı olaraq bitirir. 1996 −1997-ci illərdə Miller Pittsburq Opera Mərkəzinin üzvü idi. 1997-ci ildə Vaşinqtondakı çıxışından sonra diqqət mərkəzinə düşən Millər artıq 6 may 1998-ci ildə Ağ Evdə Bill Klinton qarşısında çıxış edir. Bundan sonrakı illərdə də onun çoxlu uğurlu çıxışları davam edib. == İl Divo == 2003-cü ilin dekabrında o dörd kişi müğənnidən ibarət beynəlxalq İl Divo qrupuna qoşuldu. Qrupda ondan başqa fransız pop musiqiçi Sebastien İzambard, ispaniyalı bariton Karlos Marin və isveçrəli tenor Urs Büler yer alırlar.
Doris Miller
Doris Miller (d. 12 oktyabr 1919, Uako, Texas, ABŞ – ö. 24 noyabr 1943, Gilbert adaları, Gilbert və Ellis adaları, Böyük Britaniya) — Pyörl-Harbora hücum zamanı göstərdiyi igidliyə görə Donanma Xaçı medalı ilə təltif edilən ilk afroamerikalı. Onun əməlləri qara dərililərin mətbuatında geniş formada təbliğ olunmuşdu və bu onu ABŞ-də afroamerikalılar üçün №1 qəhrəmana çevirdi. Pörl Harbordan 2 il sonra o, Makin döyüşü zamanı olduğu gəminin yapon sualtı qayığı tərəfindən batırılması nəticəsində həlak olmuşdu. == Həyatı == Miller, 1919-cu ilin 12 oktyabrında Texas ştatının Uako şəhərində Konneri və Henrietta Millerlərin ailəsində dünyaya göz açmışdır. O, 4 oğul arasında 3-cüsü idi və həyətyanı əraziyə nəzarət edər, yeməklər bişirər və camaşırla məşğul olar, eləcə də ailəsinə məxsus fermada işləyərdi. Miller yaxşı tələbə idi və Uakodakı A.C. Mur adına Ali Məktəbin futbol komandasında müdafiəçi idi. 1937-ci ilin 25 yanvarında 17 yaşlı Miller 8-ci dərəcədə yenidən iştirak etməyə başladı. Növbəti il təkrarlamağa məcbur oldu və Miller məktəbdən çıxmağı qərara aldı.
Filip Miller
Filip Miller (ing. Philip Miller, 1691[…], Qriniç[d], Kent qraflığı – 18 dekabr 1771, Çelsi, Böyük London) — şotland əsilli Böyük Britaniya botaniki. == Əsas işləri == "The Gardener’s and Florists Dictionary or a Complete System of Horticulture" — 1724. "The Gardener’s Dictionary containing the Methods of Cultivating and Improving the Kitchen Fruit and Flower Garden" .
Frank Miller
Frenk Miller (27 yanvar 1957[…], Olney[d], Merilend) — amerikalı komiks rəssamı və yazıçısı. Onun müəllifi olduğu komikslərə "Daredevil: Born Again", "The Dark Knight Returns", "Batman: Year One", "Sin City" və "300" daxildir. Miller noir və manqa üslublu komiksləri ilə tanınır. == Həyatı == Miller 27 yanvar 1957-ci ildə ABŞ-nin Merilend ştatında anadan olub. Uşaqkən həyatını komikslərin içində keçirib. Vaxtının çoxunu qorxu romanları və komikslər oxumağa sərf edirdi. Komiks yazmağa başlayanda vəziyyəti o qədər də ürəkaçan deyildi. == Karyerası == İlk hekayəsi 1977-ci ildə "Alatoran bölgəsi" (The Twilight Zone) adlı komiks jurnalında yayımlandı. 1979-cu ildə "Darevil"i yazmağa başlayanda diqqətləri öz üzərinə çəkdi. "Darevil"ə münasibət müxtəlif cür oldu.
Frenk Miller
Frenk Miller (27 yanvar 1957[…], Olney[d], Merilend) — amerikalı komiks rəssamı və yazıçısı. Onun müəllifi olduğu komikslərə "Daredevil: Born Again", "The Dark Knight Returns", "Batman: Year One", "Sin City" və "300" daxildir. Miller noir və manqa üslublu komiksləri ilə tanınır. == Həyatı == Miller 27 yanvar 1957-ci ildə ABŞ-nin Merilend ştatında anadan olub. Uşaqkən həyatını komikslərin içində keçirib. Vaxtının çoxunu qorxu romanları və komikslər oxumağa sərf edirdi. Komiks yazmağa başlayanda vəziyyəti o qədər də ürəkaçan deyildi. == Karyerası == İlk hekayəsi 1977-ci ildə "Alatoran bölgəsi" (The Twilight Zone) adlı komiks jurnalında yayımlandı. 1979-cu ildə "Darevil"i yazmağa başlayanda diqqətləri öz üzərinə çəkdi. "Darevil"ə münasibət müxtəlif cür oldu.
Mauris Tillet
Moris Tiye (fr. Maurice Tillet) — fransız güləşçi, poliqlot, "Şrek" cizgi filminin əsas qəhrəmanının prototipi. == Həyatı == Moris Tiye 1903-cü il 23 oktyabrda Rusiyada, Uralda fransız ailəsində anadan olub. Anası müəllimə, atası dəmiryolunda mühəndis işləyib. Kiçik yaşlarında atası dünyasını dəyişir. Rusiyada 1917-ci il inqilabından sonra Tiye anası ilə birlikdə Rusiyanı tərk edir və Fransaya, Reyms bölgəsinə yerləşirlər. Tiye 17 yaşından sonra qəribə xəstəliyə yoluxur. Həkimlər ona "akromeqaliya" diaqnozu qoyurlar. Bu xəstəlik sümüklərin böyüməsinə səbəb olan nadir xəstəliklərdəndir. Belə ki, Tiyenin boyu 170 sm olduğu halda, çəkisi 122 kq idi.
Merton Miller
Merton Miller (ing. Merton Howard Miller) (16 may 1923 - 3 iyun 2000) — amerikalı iqtisadçı. 1990-cı ildə Harri Markovits və Vilyam Şarpla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Merton Miller Boston şəhərində vəkil Col Miller və evdar xanım Silviya Millerin övladı olaraq anadan olub. II Dünya müharibəsi dövründə Xəzinə Nazirliyinin vergi tədqiqatları bölməsində iqtisadçı olaraq işlədi və 1952-ci ildə Con Hopkins Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəldi. Doktorluq dərəcəsinə yüksəldikdən sonra ilk akademik vəzifəsini London İqtisadiyyat məktəbində köməkçi qonaq olaraq yerinə yetirdi. == Karyerası == Merton Miller 1958-ci ildə Karnegi Texnologiya İnstitutunda (indiki Karnegi Mellon Universiteti) həmkarı Franko Modilyani ilə birgə "Kapital xərcləri, Təşkilati maliyyə və İnvestisiya nəzəriyyəsi" (ing. The Cost of Capital, Corporate Finance and the Theory of Investment) adlı bir məqalə yazmışdı. Bu məqalədə ənənəvi təşkilati maliyyə düşüncəsinə son nəticədə qarşı çıxırlar, ənənəvi yanaşmaya görə bir qurum düzgün borc/kapital nisbətini taparaq kapital xərclərini azalda bilər. Miller-Modilyani teoreminə görə isə düzgün nisbət yoxdur, beləliklə qurum idarəçiləri vergi borcunu azaldaraq, qurumun dəqiq kapitalını maksimallaşdırmağa çalışmalıdırlar.
Mikania millei
Mikania millei (lat. Mikania millei) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Miller indeksləri
Miller indeksləri-üç tam ədəddən ibarət, kristal qəfəsdə atom müstəvilərini və istiqamətləri işarə etmək üçün istifadə olunan bir simvol Bazis vektorları a → 1 , a → 2 , a → 3 {\displaystyle {\vec {a}}_{1},{\vec {a}}_{2},{\vec {a}}_{3}} olan bir qəfəs üçün Miller indekslərini təyin edək. Bunun üçün kordinat oxlarını uyğun olaraq a → i {\displaystyle {\vec {a}}_{i}} vektorları boyunca və qəfəsin ixtiyari bir düyün nöqtəsini koordinat başlanğıcı olaraq seçək. Belə bir koordinat sistemində, koordinat oxlarından s 1 , s 2 {\displaystyle s_{1},s_{2}} və s 3 {\displaystyle s_{3}} parçaları kəsən bir müstəvi aşağıda Şəkil1-də ştrixlənmiş olaraq göstərilmişdir. Bu, miller indekslərini təyin etmək istədiyimiz atom müstəvisi olsun Kristalloqrafiyada qəbul olunmuş qəfəs sabitləri a , b , c {\displaystyle a,b,c} -lərin köməyiylə s i {\displaystyle s_{i}} parçalarının yerinə adsız s 1 a , s 2 b {\displaystyle {\frac {s_{1}}{a}},{\frac {s_{2}}{b}}} və s 3 c {\displaystyle {\frac {s_{3}}{c}}} ədədlərini alıb, onların tərs qiymətlərini ( a s 1 b s 2 c s 3 ) {\displaystyle {\Bigl (}{\frac {a}{s_{1}}}{\frac {b}{s_{2}}}{\frac {c}{s_{3}}}{\Bigr )}} şəkildə yazaraq atom müstəvisinin Miller indekslərini əldə etmək olar. Göstərmək olar ki, bu şəkildə təyin olunmuş Miller indekslərini həmişə üç tam ədədlə ifadə etmək mümkündür və onun ( h k l ) {\displaystyle (hkl)} şəklində yazılması qəbul edilmişdir . Doğrudan da a s 1 : b s 2 : c s 3 {\displaystyle {\frac {a}{s_{1}}}:{\frac {b}{s_{2}}}:{\frac {c}{s_{3}}}} nisbətlərini alıb onları üç ən kiçik tam ədədlərin nisbətinə gətirərək, a s 1 : b s 2 : c s 3 = h : k : l {\displaystyle {\frac {a}{s_{1}}}:{\frac {b}{s_{2}}}:{\frac {c}{s_{3}}}=h:k:l} şəkildə yazmaq olar. Məsələn, tutaq ki atom müstəvisi a → 1 {\displaystyle {\vec {a}}_{1}} 1istiqamətindəki oxdan a 2 {\displaystyle {\frac {a}{2}}} parçasınə və a → 2 , a → 3 {\displaystyle {\vec {a}}_{2},{\vec {a}}_{3}} istiqamətlərində isə, uyğun olaraq b , c {\displaystyle b,c} parçalarını kəsmmişdir. O zaman belə bir müstəvinin Miller indeksləri, qəbul olunan qaydada ( a s 1 b s 2 c s 3 ) = ( a a / 2 b c c c ) = ( 211 ) {\displaystyle {\Biggl (}{\frac {a}{s_{1}}}{\frac {b}{s_{2}}}{\frac {c}{s_{3}}}{\Biggr )}={\Biggl (}{\frac {a}{a/2}}{\frac {b}{c}}{\frac {c}{c}}{\Biggr )}=(211)} , yəni üç tam ədədolacaq. Sadə kubik qəfəsdə bir neçə atom müstəvilərinin Miller indeksləri Şəkil2-də verilmişdir. Əgər s i {\displaystyle s_{i}} parçalarından hər hansı biri mənfi olarsa, o işarə uyğun Miller indeksinin üstündə yazılır.
Pentacalia millei
Pentacalia millei (lat. Pentacalia millei) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid biki növü.
Philip Miller
Filip Miller (ing. Philip Miller, 1691[…], Qriniç[d], Kent qraflığı – 18 dekabr 1771, Çelsi, Böyük London) — şotland əsilli Böyük Britaniya botaniki. == Əsas işləri == "The Gardener’s and Florists Dictionary or a Complete System of Horticulture" — 1724. "The Gardener’s Dictionary containing the Methods of Cultivating and Improving the Kitchen Fruit and Flower Garden" .
Phyllanthus millei
Phyllanthus millei (lat. Phyllanthus millei) — fillantkimilər fəsiləsinin fillantus cinsinə aid bitki növü.
Qail Miller
Qail Miller (d. 30 noyabr 1976) — Avstraliyanı təmsil edən su poloçusu. Qail Miller, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Qail Miller, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Qlenn Miller
Alton Qlenn Miller (1 mart 1904[…] – 15 dekabr 1944[…] və ya 15 fevral 1944, La Manş boğazı) — Amerikalı big band musiqiçisi, aranjmançı, bəstəkar və swing dövründə bir musiqi qrupu lideri. == Həyatı == 15 dekabr 1944-cü ildə gecə Londondan Parisə getmək üçün mindiyi NORSEMAN C-64 tipli təyyarə,La Manş dənizi (English Channel) üzərində itmişdir. == Yaradıcılığı == Qeydləri 1939-cu ildən 1943-cü ilə qədər ən çox satınlanlar siyahısının üst əsnasında yer almış və ən tanınmış big band qruplarından birinə liderlik etmişdir. Ən çox bilinən qeydləri arasında, "In the Mood", "Moonlight Serenade", "Pennsylvania 6-5000 (mahnı)", "Chattanooga Choo Choo "," [[A String of Pearls (mahnı) "," At Last "," (I've Got a Gal In) Kalamazoo "," Amerika Patrol "," Tuxedo Junction", və" Little Brown Jug (song)"vardır.
Stiv Miller
Stiv Miller5 oktyabr 1943, Miluoki, Viskonsin - 5 oktyabr 1943-cü ildə Miluoki Vislosində ABŞ-də anadan olan amerikalı gitarist.O, 12 yaşında Blyuz-rok gitar qrupunu yaradır.O çoxlu dəyişikliklərdən sonra “The Steve Miller Band”-qrupunu təsis edir. Onun ən məşhur mahnısı “ Abracadabra”-dır == Bioqrafiya == Stivin karyerası, 1955 -ci ildə başladı, Les Paulun(atasının tanıdığı) təsiri altında öz musiqi qrupunu yaratdı. 1960-cı illərin sonlarında Miller, Çak Berri ilə işləyən və yazılarında Paul MakKartneyin özü də iştirak etdiyi tanınmış bir rok musiqiçisi idi. 1972 -ci ildə qəza keçirdi, boynu qırıldı və hepatitə yoluxdu. Xəstəliyi zamanı zarafatla "The Joker" adlı sadə bir mahnı yazdı və onu sinql olaraq buraxmağa qərar verdi.u pop yönümlü mahnı Billboard Hot 100-də bir nömrəyə yüksəldi. Böyük bir hit oldu. 17 il sonra İngiltərədə yayımlandı və reklam çarxında çəkildikdən sonra milli qrafiklərdə də birinci oldu.Mahnının sözlərində, sonradan gənclik subkulturasına daxil olan mənasız sevgi pompatusu (İngilis dili) ilk dəfə səsləndi. 1996 -cı ildə qəhrəmanları bu sirli ifadənin mənşəyini və mənasını müzakirə edən "Sevgi Pompatusu" adlı bir film belə çəkildi."The Joker" in uğurundan təsirlənən Miller, ən geniş auditoriya üçün oxşar üslubda yazmağa davam etmək qərarına gəldi. Onun "Fly Like a Eagle" (1976) və "Books of Dreams" (1977) albomları milyonlarla nüsxə satdı və "Rock'n Me" adlı sinql hit oldu. Musiqi tənqidçiləri Millerə psixedik blues roka xəyanət etdiyinə görə pis fikirlər söyləsələr də, o, bəzən həm MakKartney, həm də The Eagles ilə birlikdə çıxış etməyə davam etdi.
Vsevolod Miller
Vsevolod Fyodroviç Miller (rus. Все́волод Фёдорович Ми́ллер), 1848-1913) — Rusiya tarixçisi, etnoqraf, dilçi. == Həyatı == Görkəmli alim Vsevolod Miller yazır ki, «bəzi müəlliflərin saklar adlandırdıqları çar skifləri türkdilli olmuşdur». O, tatlar və yəhudilər haqqında da material toplamışdır. Böyük tarixi material 40 il əvvəl V.F.Miller tərəfindən “Materiallar” əsərinin “Giriş” hissəsində verilmişdir. Bu materialda Qafqazda yaşayan yəhudilər haqqında, onların islam dini tərəfindən sıxışdırılmasından, yəhudilərin Xəzər çarlığı ilə münasibətindən, yəhudilərin Midiyadan (İran Azərbaycanından) törəməsindən və s. bəhs edilir. == Əsərləri == == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Миллер Всеволод Федорович Vsevolod Fedorovich Miller: kratkii ocherk ego zhizni; s portretom i bibliografiei.
Bir Millət (İsrail)
Bir Millət (ivr. ‏עם אחד‏‎) — İsrail yaranmış sosial-demokratik partiya.Partiya 25 Mart 1999-cu ildə Əmir Peretz, Rafiq Hac Yahya və Adisu Massala yeni bir fraksiya yaratmaq üçün İsrail İşçi Partiyasından ayrıldıqda quruldu. 1999-cu ilin may seçkilərində partiya iki yerə bərabər olan 1,9% səs topladı və seçki həddini 1,5% keçən ən kiçik partiya oldu. Oturacaqları Peretz və Haim Katz aldı. 2003 seçkilərindən əvvəl Katz Likuda qoşulmaq üçün partiyanı tərk etdi.
Millət-i Erməniyan
Millət-i Erməniyan (türk. Millet-i Ermeniyân; mənası – "erməni milləti") — Erməni Həvari kilsəsinin Osmanlı imperiyasındakı milləti (muxtar etnodini icması). İlkin olaraq bura təkcə Osmanlı imperiyasında yaşayan ermənilər deyil, Qibti Pravoslav Kilsəsi, Xaldey Katolik Kilsəsi, Efiopiya Pravoslav Kilsəsi və Süryani Pravoslav Kilsəsi kimi digər xristian kilsələrinin üzvləri də daxil idi. Bu qrupların əksəriyyəti XIX əsrdə öz millətlərini əldə etmişdilər. II Mehmed onları ortodoks xristianlıq ilə bağlı fikir ayrılıqlarına görə yunan ortodokslarından ayırmışdır. Millət üzvləri nəinki müstəqil şəkildə işləri idarə edə bilirdilər, həm də islam məhkəmələrinə iş qaldıra biləcək hüquqi statusa malik idilər. Erməni millətinin çoxlu sayda insan üzərində hökmranlıq etmək imkanı yox idi və erməni patriarxının Anadoludan bu qədər uzaqda olan İstanbulda heç bir real nüfuzu yox idi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Suny, Ronald Grigor. "They Can Live in the Desert but Nowhere Else": A History of the Armenian Genocide. Princeton University Press.
Millət (Azərbaycan qəzeti)
Millət qəzeti — 1990-cı illərin əvvəllərində oxucular arasında populyar olmuş qəzet. == Tarixi == "Millət" ilk vaxtlar Zəfər Ünalın baş redaktorluğu ilə nəşr olunurdu, sonralar qəzetin rəhbərliyində dəyişiklik oldu. "Millət" Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovun qəzeti idi. "Millət" 2004-cü ilin ortalarında maliyyə problemlərinə görə fəaliyyətini dayandırdı. 2009-cu ilin ortalarında "Millət" qəzeti fəaliyyətini elektron formada bərpa edib.
Millət (Osmanlı imperiyası)
Millət (türk. millet, ərəb. ملة‎ — milla‎) — Osmanlı imperiyasında "şəxsi hüquq"la bağlı müstəqil məhkəmə. Bunun əsasında hansısa konfessional bir cəmiyyətin öz qanunları əsasında özünü idarə etməsinə icazə verilirdi. Adətən "sistem" adlandırılmasına baxmayaraq, XIX əsrə qədər Osmanlı imperiyasında indi retrospektiv olaraq "millət" adlandırılanların təşkili heç də sistemli deyildi. Əksinə, qeyri-müsəlmanlara bütövlükdə "millət" üçün ümumi struktur olmadan, sadəcə olaraq, öz icmaları daxilində əhəmiyyətli dərəcədə muxtariyyət verilmişdi. İmperiya daxilində müxtəlif dini icmalara uyğun gələn müxtəlif millətlər anlayışı XVIII əsrə qədər ortaya çıxmamışdı. Baxmayaraq ki, XV əsrdə belə bir sistemin mövcud olmadığı indiki ədəbiyyatda qəbul edilir, XIX–XX əsrlərdə millət sisteminin mövcudluğu onu Fateh Sultan Mehmed dövrünə bağlayan çoxsaylı təməl miflərlə əsaslandırılmışdır.XIX əsrdə Osmanlı imperiyasında milliyətçiliyin yüksəlişi zamanı həyata keçirilən Tənzimat islahatları nəticəsində bu termin qanunla qorunan etnolinqvistik azlıq qrupları üçün istifadə edilmişdir. Millət sistemi müasir halından əvvəlki dini plüralizm nümunəsi adlandırılmışdır.Tarixçi İohan Ştraus yazmışdır ki, bu termin "Osmanlı sistemini və xüsusilə qeyri-müsəlmanların statusunu anlamaq üçün çox vacib görünür". == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Braude, Benjamin.
Millət (qəzet, Azərbaycan)
Millət qəzeti — 1990-cı illərin əvvəllərində oxucular arasında populyar olmuş qəzet. == Tarixi == "Millət" ilk vaxtlar Zəfər Ünalın baş redaktorluğu ilə nəşr olunurdu, sonralar qəzetin rəhbərliyində dəyişiklik oldu. "Millət" Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovun qəzeti idi. "Millət" 2004-cü ilin ortalarında maliyyə problemlərinə görə fəaliyyətini dayandırdı. 2009-cu ilin ortalarında "Millət" qəzeti fəaliyyətini elektron formada bərpa edib.
Millət (qəzet, Ukrayna)
Millət qəzeti — Ukrаynаdа nəşr оlunаn Krım-Аzərbаycаn cəmiyyətinin mətbu оrqаnı. 1991-ci ilin yanvar ayından dərc olunur. == Haqqında == İlk sаyını 20 Yаnvаr hаdisələrinin ildönümünə həsr еdən qəzеt Ukrаynаdа Аzərbаycаn dilində nəşr оlunаn ilk mətbu оrqаn kimi Аzərbаycаn həqiqətlərinin Ukrаynаdа yаşаyаn хаlqlаrа çаtdırılmаsındа üzərinə düşən tаriхi missiyаnı çətinliklə оlsа da şərəflə yеrinə yеtirmişdir. О dövrdə, əsаsən, Dаğlıq Qаrаbаğ həqiqətləri hаqqındа оbyеktiv аnаlitik yаzılаr dərc еtməklə еrməni хəyаnətini ifşа еdən «Millət» qəzеti Krımdа güclü mövqеyə mаlik оlаn еrməni diаspоrunun dəfələrlə hədə-qоrхulаrı ilə üzləşməsinə bахmаyаrаq, fəаliyyətini dаhа dа gеnişləndirmişdir. Bеlə ki, ilk sаylаrındаn etibarən Krım еrməni diаspоrunun hədəfinə çеvrilmiş «Millət» qəzеtinin bаş rеdаktоru Rəhim Hümbətоv еrmənilərin sifаrişi ilə Krım Vilаyət Kоmmunist Pаrtiyаsının idеоlоji şöbəsinə dəvət оlunmuşdur. Оrаdа оnа milli zəmində yаzılаrlа çıхış еtməyə qаdаğа qоyulsа dа, R.Hümbətоv işğаlçı bir millətin öz çirkin əməllərindən əl çəkmədiyi təqdirdə fəаliyyətini daha kəskin dаvаm еtdirəcəyini bildirmişdir. Ötən illər ərzində Аzərbаycаnın qədim tаriхini, zəngin mədəniyyətini, minilliklərin qаn yаddаşındаn хəbər vеrən аdət-ənənələrini səhifələrində işıqlаndırmаqlа çохmilyоnlu Ukrаynа ictimаiyyəti аrаsındа Аzərbаycаn hаqqındа infоrmаsiyа bоlluğu yаrаdаn «Millət» qəzеti hər sаyındа Dаğlıq Qаrаbаğ hаdisələri və Еrmənistаnın işğаlçılıq siyаsəti hаqqındа dürüst аnаlitik yаzılаrlа çıхış etmişdir. Qəzеt həmçinin, mütəmаdi оlаrаq Аzərbаycаnlа Ukrаynа аrаsındа mövcud оlаn iqtisаdi, siyаsi, mədəni, еlm və təhsil əlаqələrinin dinаmik inkişаfınа gеniş yеr аyırmışdır. Krımın аzаdlığı uğrundа qəhrəmаnlıq sücаəti göstərən azərbаycаnlılаrın həyаtı hаqqındа mаrаqlı yаzılаrın dərc оlunmаsı ənənə hаlını аlmışdır. Аzərbаycаn diаspоrunun təşkilаtlаnmаsındа və inkişаfındа əsil idеоlоji missiyаnı yеrinə yеtirən mətbu оrqаn sоn illər tаriхi vətənimiz Аzərbаycаndа həyаtа kеçirilən uğurlu islаhаtlаr, ölkəmizin dünyа birliyinə inаmlı intеqrаsiyа siyаsətini yеrinə yеtirməyə çаlışmışdır.
Millət Partiyası (Pakistan)
Millət Partiyası (urdu ملت پارٹی)— Pakistanın keçmiş prezidenti, artıq prezident olmadığı üçün və siyasi həyatda qalması üçün bir platformaya ehtiyac duyduğu Pakistandakı bir siyasi partiya idi. Kiçik bir partiyaya başlamağa pulu var idi. Quruluşu dəstəklədiyi üçün ona bir sıra insanlar qoşuldu. Millət Partiyası indi Sərdar Farruk Ləqhari'nin oğlu Üveys Leghari'nin təmsil olunduğu hakim koalisiyanın bir hissəsidir. 20 oktyabr 2002-ci ildə keçirilmiş son qanunverici seçkilərində partiya, xalq səslərinin 4,6% -ni, seçilmiş 272 üzvdən 12-ni qazanan Milli Alyansın bir hissəsi idi. 2004-cü ilin mayında Millət Partiyası vahid Pakistan Müsəlman Birliyini yaratmaq üçün digər partiyalarla birlikdə PML (Q) ilə birləşdi.
Millət dostları (pyes)
Millət dostları (pyes) — Yaradıcılığının birinci dövründə dram əsərləri yazan Əbdürrəhim bəy Haqverdiyev, ikinci dövründə (1905-1920) Azərbaycan ədəbiyyatında hekayə janrına daha çox üstünlük vermişdir. Bu illərdə о, Azərbaycan bədii nəsrinin gözəl nümunələrini yaradır, оnun yеni məzmunla zənginləşməsinə, fоrmaca kamilləşməsinə kömək еdir. Həmin dövrdə ədib bir sıra səhnə əsərləri də yazmışdır: “Millət dоstları” (1905), “Ağa Məhəmməd şah Qacar” (1907), “Ac həriflər” (1911), “Xəyalat” (1911) və s. təşkil edir. == Əsərin mövzusu == Kiçik həcmli “Millət dоstları” adlı satirik pyеsdə ədib, özünü “millət dоstları” adlandıran burjua ziyalılarının ikiüzlülüyünü, sözləri ilə əməlləri arasındakı ziddiyyəti tənqid edir. Mühəndis Firudin bəy, mеşəbəyi Səfər bəy, təbib Vəli bəy, vəkil Əsgər bəy, silistçi Mürsəl bəy xalq adından, millət adından yalandan danışır, canıyananlıq еdir, özlərini “qеyrətli müsəlman”, “millət qеydkеşi”, “müsəlman camaatının həmişə qabağa gеtməsinə çalışan” kimi göstərirlər. Qadın və şərabı hər şеydən əziz tutan həmin adamlar, əslində xalqı, milləti ələ salan tüfеylilərdir.
Millət qəzeti (Ukrayna)
Millət qəzeti — Ukrаynаdа nəşr оlunаn Krım-Аzərbаycаn cəmiyyətinin mətbu оrqаnı. 1991-ci ilin yanvar ayından dərc olunur. == Haqqında == İlk sаyını 20 Yаnvаr hаdisələrinin ildönümünə həsr еdən qəzеt Ukrаynаdа Аzərbаycаn dilində nəşr оlunаn ilk mətbu оrqаn kimi Аzərbаycаn həqiqətlərinin Ukrаynаdа yаşаyаn хаlqlаrа çаtdırılmаsındа üzərinə düşən tаriхi missiyаnı çətinliklə оlsа da şərəflə yеrinə yеtirmişdir. О dövrdə, əsаsən, Dаğlıq Qаrаbаğ həqiqətləri hаqqındа оbyеktiv аnаlitik yаzılаr dərc еtməklə еrməni хəyаnətini ifşа еdən «Millət» qəzеti Krımdа güclü mövqеyə mаlik оlаn еrməni diаspоrunun dəfələrlə hədə-qоrхulаrı ilə üzləşməsinə bахmаyаrаq, fəаliyyətini dаhа dа gеnişləndirmişdir. Bеlə ki, ilk sаylаrındаn etibarən Krım еrməni diаspоrunun hədəfinə çеvrilmiş «Millət» qəzеtinin bаş rеdаktоru Rəhim Hümbətоv еrmənilərin sifаrişi ilə Krım Vilаyət Kоmmunist Pаrtiyаsının idеоlоji şöbəsinə dəvət оlunmuşdur. Оrаdа оnа milli zəmində yаzılаrlа çıхış еtməyə qаdаğа qоyulsа dа, R.Hümbətоv işğаlçı bir millətin öz çirkin əməllərindən əl çəkmədiyi təqdirdə fəаliyyətini daha kəskin dаvаm еtdirəcəyini bildirmişdir. Ötən illər ərzində Аzərbаycаnın qədim tаriхini, zəngin mədəniyyətini, minilliklərin qаn yаddаşındаn хəbər vеrən аdət-ənənələrini səhifələrində işıqlаndırmаqlа çохmilyоnlu Ukrаynа ictimаiyyəti аrаsındа Аzərbаycаn hаqqındа infоrmаsiyа bоlluğu yаrаdаn «Millət» qəzеti hər sаyındа Dаğlıq Qаrаbаğ hаdisələri və Еrmənistаnın işğаlçılıq siyаsəti hаqqındа dürüst аnаlitik yаzılаrlа çıхış etmişdir. Qəzеt həmçinin, mütəmаdi оlаrаq Аzərbаycаnlа Ukrаynа аrаsındа mövcud оlаn iqtisаdi, siyаsi, mədəni, еlm və təhsil əlаqələrinin dinаmik inkişаfınа gеniş yеr аyırmışdır. Krımın аzаdlığı uğrundа qəhrəmаnlıq sücаəti göstərən azərbаycаnlılаrın həyаtı hаqqındа mаrаqlı yаzılаrın dərc оlunmаsı ənənə hаlını аlmışdır. Аzərbаycаn diаspоrunun təşkilаtlаnmаsındа və inkişаfındа əsil idеоlоji missiyаnı yеrinə yеtirən mətbu оrqаn sоn illər tаriхi vətənimiz Аzərbаycаndа həyаtа kеçirilən uğurlu islаhаtlаr, ölkəmizin dünyа birliyinə inаmlı intеqrаsiyа siyаsətini yеrinə yеtirməyə çаlışmışdır.
Əlcəzair Millət Şurası
Millət Şurası (ərəb. مجلس الأمة‎, fr. Conseil de la nation) — Əlcəzair parlamentinin yuxarı palatası. Bu, 2/3-ü dolayı yolla seçilən, 1/3-i isə prezident tərəfindən təyin olunan 144 üzvdən ibarətdir. == Tərkibi == Millət Şurası 144 üzvdən ibarətdir, bunlardan: 96-sı dolayı səsvermə yolu ilə seçilir; 48-i Əlcəzair Prezidenti tərəfindən təyin edilir. == Seçkilər == Əlcəzairin inzibati bölmələrinin sayına uyğun gələn 48 iki yerlik seçki dairəsi (hər dairəyə iki mandat) malikdir. Seçkilər xalq məclisləri tərəfindən seçilənlərdən (təxminən 15 min üzv) ibarət seçicilər kollektivi tərəfindən iki turda səs çoxluğu ilə keçirilir. Millət Şurasına namizədin yaşı qırxdan az olmamalıdır. Səlahiyyət müddəti altı ildir. Şura hər il yarım yenilənir.
Erməni Millət Məclisi
Erməni Millət Məclisi — Osmanlı imperiyasında 1863-cü il Nizamnamə-i Millət-i Erməniyana əsasən yaradılmış Millət-i Erməniyanın idarəedici orqanı. == Tarixi == 1863-cü ildə Bab-ı Ali 1848-ci il Fransa Konstitusiyasından ilhamlanaraq tərtib edilmişdir Nizamnamə-i Millət-i Erməniyanı təsdiqləmişdir. Tarixçilərə görə, bu, konstitusional monarxiyanın suverenin Konstantinopol Erməni Patriarxı olduğu forması idi. Hakimiyyətlər bölgüsü olan bu hökumət quruluşunda icra hakimiyyəti patriarxın əlində idi.Qanunvericilik hakimiyyəti 140 deputatı olan Millət Məclisinə həvalə edilmişdir. Onlar kilsənin möminləri tərəfindən ümumi səsvermə yolu ilə irəli sürülən 220 namizəddən ibarət siyahı əsasında seçilirdilər. Bu məclis icra məsuliyyəti konsepsiyasına uyğun olaraq patriarxı təyin edir və onun fəaliyyətinə nəzarət edirdi. Bundan əlavə, öz üzvlərindən 12 nəfərdən ibarət dini məclis seçirdi. Dini məclis monastırlar, ianələr, miraslar və xəstəxanalarla məşğul olurdu. Millət məclisi həmçinin, 20 üzvdən ibarət siyasi məclis seçirdi, o da öz növbəsində iki milli şura formalaşdırırdı. Maliyyə, xərclər və vergilər, sosial məhkəmə işləri və s.
Millət İttifaqı (Türkiyə)
Millət İttifaqı (türk. Millet İttifakı) — Cümhuriyyət Xalq Partiyası ilə İYİ Partiyası arasında 5 may 2018-ci ildə qurulan ittifaqdır. Sonradan alyansa Səadət Partiyası və Demokrat Partiya da qoşulub. Sonda AK Partiyadan ayrılan siyasətçilərin qurduğu Gələcək Partiyası ilə Demokratiya və Sıçrayış Partiyası ittifaqa daxil olub.