mille

adj min

militant
millénaire
OBASTAN VİKİ
Jan-Fransua Mille
Jan-Fransua Mille (fr. Jean-François Millet, 4 oktyabr 1814 — 20 yanvar 1875) — fransız rəssamı, Barbizon məktəbinin əsasını qoyanlardan biridir. == Bioqrafiya == Mille La-Manş körfəzinin sahilində Şerburq-Oktevil yaxınlığında yerləşən balaca Qrüşi kəndində varlı kəndli ailəsində anadan olub. Onun rəssamlıq qabiliyyəti ailəsi tərəfindən tanrı vergisi kimi qarşılanmışdı. Valideynləri onu pulla təmin etdilər və rəssamlıq dərsi almağa icazə verdilər. 1837-ci ildə o Parisə gəldi və iki il rəssam Pol Delaroşun (1797—1856) emalatxanasında rəssamlıqla məşğul oldu. 1840-cı ildən gənc rəssam işlərini Salonda nümayiş etdirməyə başladı. 1849-cu ildə rəssam Barbizona köçdü və ömrünün sonuna qədər orada yaşadı. Kəndli həyatı və təbiət mövzusu Mille üçün əsas təsvir vasitəsinə çevrildi. Özü barədə Mille deyirdi — «Mən kəndçiyəm və kəndçidən artıq heç nə deyiləm».
Con Everett Mille
Con Everett Mille (8 iyun 1829[…], Sauthempton, Hempşir qraflığı[d] – 13 avqust 1896[…], London) — Prerafaelit Qardaşlığının yaradıcılarından biri olan ingilis rəssamı və illustratoru. == Həyatı == === Erkən illəri === Mille 1829-cu ildə İngiltərənin Sauthempton şəhərində Cersidə yaşayan məşhur bir ailədə anadan olub. Valideynləri Con Vilyam Mille və Emili Meri Mille idi. Erkən uşaqlığının çox hissəsi Cersidə keçirmişdir və həyatı boyu buraya bağlılığını qoruyub saxlamışdır. Anasının "avtoritar şəxsiyyəti" onun erkən həyatına çox güclü təsir etmişdir. O, incəsənətə və musiqiyə böyük maraq göstərirdi və oğlunun bədii yaradıcılığını həvəsləndirdi, Kral İncəsənət Akademiyasında əlaqələrin inkişafına kömək etmək üçün ailənin Londona köçürülməsini təşviq etdi. Daha sonra “Mən hər şeyi anama borcluyam” dedi. Onun bədii istedadı ona hələ görünməmiş on bir yaşında Royal Academy Schools-da bir yer qazandı. Orada olarkən o, 1847-ci ilin sentyabrında Bedford Meydanı yaxınlığındakı Gower küçəsindəki ailə evində Pre-Rafaelit Qardaşlığını ("PRB" kimi tanınır) qurduğu William Holman Hunt və Dante Gabriel Rossetti ilə tanış oldu.
Encyclopedy Millenia
Erodium millefolium
Sikuta durnaotu (lat. Erodium cicutarium) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin durnaotu cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizi sahili olan ölkələr və Şimali Amerikada yayılıb. Azərbaycanda Qobustan, Xaçmaz rayonu, Ceyrançöl və Naxçıvan Muxtar Respublikasının bəzi dağətəyi rayonlarında yayılıb.
Filip Miller
Filip Miller (ing. Philip Miller, 1691[…], Qriniç[d], Kent qraflığı – 18 dekabr 1771, Çelsi, Böyük London) — şotland əsilli Böyük Britaniya botaniki. == Əsas işləri == "The Gardener’s and Florists Dictionary or a Complete System of Horticulture" — 1724. "The Gardener’s Dictionary containing the Methods of Cultivating and Improving the Kitchen Fruit and Flower Garden" .
Frank Miller
Frenk Miller (27 yanvar 1957[…], Olney[d], Merilend) — amerikalı komiks rəssamı və yazıçısı. Onun müəllifi olduğu komikslərə "Daredevil: Born Again", "The Dark Knight Returns", "Batman: Year One", "Sin City" və "300" daxildir. Miller noir və manqa üslublu komiksləri ilə tanınır. == Həyatı == Miller 27 yanvar 1957-ci ildə ABŞ-nin Merilend ştatında anadan olub. Uşaqkən həyatını komikslərin içində keçirib. Vaxtının çoxunu qorxu romanları və komikslər oxumağa sərf edirdi. Komiks yazmağa başlayanda vəziyyəti o qədər də ürəkaçan deyildi. == Karyerası == İlk hekayəsi 1977-ci ildə "Alatoran bölgəsi" (The Twilight Zone) adlı komiks jurnalında yayımlandı. 1979-cu ildə "Darevil"i yazmağa başlayanda diqqətləri öz üzərinə çəkdi. "Darevil"ə münasibət müxtəlif cür oldu.
Frenk Miller
Frenk Miller (27 yanvar 1957[…], Olney[d], Merilend) — amerikalı komiks rəssamı və yazıçısı. Onun müəllifi olduğu komikslərə "Daredevil: Born Again", "The Dark Knight Returns", "Batman: Year One", "Sin City" və "300" daxildir. Miller noir və manqa üslublu komiksləri ilə tanınır. == Həyatı == Miller 27 yanvar 1957-ci ildə ABŞ-nin Merilend ştatında anadan olub. Uşaqkən həyatını komikslərin içində keçirib. Vaxtının çoxunu qorxu romanları və komikslər oxumağa sərf edirdi. Komiks yazmağa başlayanda vəziyyəti o qədər də ürəkaçan deyildi. == Karyerası == İlk hekayəsi 1977-ci ildə "Alatoran bölgəsi" (The Twilight Zone) adlı komiks jurnalında yayımlandı. 1979-cu ildə "Darevil"i yazmağa başlayanda diqqətləri öz üzərinə çəkdi. "Darevil"ə münasibət müxtəlif cür oldu.
Keyt Miller-Haydki
Keyt Miller-Haydki (ing. Kate Miller-Heidke; d. 16 noyabr 1981, Brisben, Kvinslend, Avstraliya) — Avstraliya müğənnisi, bəstəkar və aktrisası. Klassika üslubunda təhsil almasına baxmayaraq, Keyt öz karyerasını pop musiqisi ilə davam etmişdir. O, "Zero Gravity" mahnısı ilə Avstraliyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Erkən illəri == Keyt Miller-Haydki 16 noyabr 1981-ci ildə Avstraliyanın Kvinslend vilayətinin paytaxtı Brisben şəhərində anadan olmuşdur. O, 1998-ci ildə Müqəddəs Aydanın Anqlikan qızları məktəbinin məzunu olmuşdur. Daha sonra isə Keyt Kvinslend Musiqi Konservatoriyasına daxil olmuş, orada klassika üzrə təhsil alaraq konservatoriyanı bakalavr dərəcəsi ilə bitirmişdir. O, eyni zamanda Kvinslend Texnologiya Universitetində musiqi təhsili almışdır. Klassika üslubunda ifa edən müğənni kimi Keyt bir neçə mükafata layiq görülmüşdür: "Elizabet Muir" mükafatı (2000), "Donald Penman" mükafatı (2001), "Linda Edit Allen Memorial" mükafatı (2002) və "Horas Kits" mükafatı (2002).
Merton Miller
Merton Miller (ing. Merton Howard Miller) (16 may 1923 - 3 iyun 2000) — amerikalı iqtisadçı. 1990-cı ildə Harri Markovits və Vilyam Şarpla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Merton Miller Boston şəhərində vəkil Col Miller və evdar xanım Silviya Millerin övladı olaraq anadan olub. II Dünya müharibəsi dövründə Xəzinə Nazirliyinin vergi tədqiqatları bölməsində iqtisadçı olaraq işlədi və 1952-ci ildə Con Hopkins Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəldi. Doktorluq dərəcəsinə yüksəldikdən sonra ilk akademik vəzifəsini London İqtisadiyyat məktəbində köməkçi qonaq olaraq yerinə yetirdi. Merton Miller 1958-ci ildə Karnegi Texnologiya İnstitutunda (indiki Karnegi Mellon Universiteti) həmkarı Franko Modilyani ilə birgə "Kapital xərcləri, Təşkilati maliyyə və İnvestisiya nəzəriyyəsi" (ing. The Cost of Capital, Corporate Finance and the Theory of Investment) adlı bir məqalə yazmışdı. Bu məqalədə ənənəvi təşkilati maliyyə düşüncəsinə son nəticədə qarşı çıxırlar, ənənəvi yanaşmaya görə bir qurum düzgün borc/kapital nisbətini taparaq kapital xərclərini azalda bilər. Miller-Modilyani teoreminə görə isə düzgün nisbət yoxdur, beləliklə qurum idarəçiləri vergi borcunu azaldaraq, qurumun dəqiq kapitalını maksimallaşdırmağa çalışmalıdırlar.
Mett K. Miller
Metyu Kermit "Mett" Miller (ing. Matt K. Miller; 2 fevral 1960) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Mikania millei
Mikania millei (lat. Mikania millei) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Milleniya Atlası
Milleniya Ensiklopediyası
Millenniarízm
Xiliazm (yun. χῑλιάς - min) və ya millenniarízm — Yer üzərində dünyanın sonundan əvvəl gələn minillik "allah səltənəti" haqqında dini təlim. Xiliazm iudaizimə və xilaskar Məsihanın gəlməsi barədə ideyalarla əlaqələndirildiyi ilkin xristianlığa xas olmuşdur. Xiliazm ideyaları qulları və kasıbları özünə cəlb edirdi. Roma imperiyasının rəsmi dini olduqdan sonra xristianlıq yer üzərindəki qaydaları dəyişdirmək cəhdlərdən əl çəkdi, əsas diqqəti axirət əcrinə verdi, yanlış təlim kimi Xiliazmi rədd etdi. Orta əsrlərdə kəndlilərin və şəhərlilərin feodal istismarına qarşı sosial etirazının dini qabığını təşkil edən bir sıra bidətçi təlimlər və canlanma keçirirdi. Hazırda Xiliazm bəzi dini təriqətlərin ideologiyasının tərkib hissəsidir.
Millennium Falcon
Millennium Falcon və ya Minilliyin şahini — "Ulduz müharibələri" franşizasında uydurma kosmik gəmi. Co Conston tərəfindən "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmi (1977) üçün yaradılmışdır. Bu, daha sonra "Ulduz müharibələri: Bayrama özəl" (1978), "İmperiya cavab zərbəsi vurur" (1980), "Cedayın qayıdışı" (1983), "Gücün oyanması" (2015), "Sonuncu ceday" (2017), "Han Solo: Ulduz müharibələri. Hekayələr" (2017) və "Skayuolkerin yüksəlişi" (2019) filmlərində nümayiş edilmişdir. Bundan əlavə, "Şahin" kitablar, komikslər və oyunlar da daxil olmaqla "Ulduz müharibələri"nin müxtəlif spin-offlarında nümayiş edilmişdir. Ceyms Lukenonun "Minilliyin şahini" romanı eyniadlı kosmik gəmi haqqındadır. gəmisinə diqqət yetirir. Bu, həmçinin 2014-cü ildə yayımlanmış "Leqo filmi" animasiya filmində nümayiş edilmişdir. "SpaceX"in "Falcon 1" roketləri bu "Ulduz müharibələri" kosmik gəmisinin şərəfinə adlandırılmışdır.
Millennium körpüsü (London)
Millennium körpüsü Londonda Temza çayı üzərindəki piyadalar üçün körpüdür. Bu körpü polad asma körpü olub, Banksayd ilə Şəhəri birləşdirir. Körpü Sauzvak Körpüsü ilə Bləkfrayə Dəmiryolu Körpüsü arasında yerləşir. Körpü 10 iyun 2000-ci ildə açılıb. Bu Temza çayı üzərindəki ən yeni körpüdür. Şəhər sakinləri tərəfindən "Tərpənən körpü" adı verilən körpü açılışdan iki gün sonra həyata keçirilən xeyriyyə yürüşündən sonra bəzi piyadaların narahatlığına görə bağlandı. İki gün ərzində körpünün həddən artıq yüklənməsinə görə körpü iki il müddətində əsaslı şəkildə təmir olundu və yırğalanmasının qarşısı alındı. 2002-ci ildə yenidən istifadəyə verildi. Körpünün cənub tərəfindəki girişində Qlob Teatrı, Banksayd Qalereyası və Tate Modern, şimal tərəfindəki girişdə isə London Şəhər Məktəbi və Müqəddəs Pavel kafedral kilsəsi yerləşir. Körpüyə ən yaxın metro stansiyası Mansion Hauz stansiyasıdır.
Millepora
Millepora (lat. Millepora) — milleporidae fəsiləsinə aid heyvan cinsi.
Millepora dichotoma
Millepora dichotoma (lat. Millepora dichotoma) — millepora cinsinə aid heyvan növü.
Miller-Diker Sindromu
Miller-Diker Sindromu — anadangəlmə qüsurlarla xarakterizə olunan sindromdur. Doğuş qüsurları körpədə doğulanda tapılan fiziki qüsurlardır və beyin, ürək, ağciyər, qaraciyər, sümük və ya bağırsaq daxil olmaqla bədənin bir çox fərqli hissəsini təsir edə bilər. MDS bitişik gen sindromudur, bir-birinə bitişik çoxsaylı gen lokuslarının silinməsi nəticəsində yaranan bir xəstəlikdir. Xəstəlik 17p xromosomun kiçik qolunun bir hissəsinin (LIS1 və 14-3-3 epsilon genlərini əhatə edən) silinməsi səbəbindən meydana gəlir və bu da qismən monosomiya ilə nəticələnir. Balanssız translokasiyalar ola bilər (məsələn, 17q: 17p və ya 12q: 17p) və ya halqanın 17 olması. Bu sindromu, əlaqəsi olmayan nadir bir genetik xəstəlik olan Miller sindromu və ya Guillain-Barré sindromunun bir forması olan Miller-Fisher sindromu ilə qarışdırmaq olmaz. MDS, sindromun xarakterik xüsusiyyəti olan lissensefalidən məsul olan 17-ci xromosomda geninin itkisi ilə əlaqəli sindromdur. 17-ci xromosom bölgəsində başqa bir gen olan YWHAE-nin itirilməsi Miller-Diker sindromlu xəstələrdə lissensefalinin şiddətini artırır. Uzaq bölgədəki əlavə genlərin Miler-Diker sindromunun müxtəlif xüsusiyyətlərinə töhfə vermə ehtimalı böyükdür. Reproduktiv hüceyrələrin əmələ gəlməsi zamanı və ya fetusun inkişafının əvvəllərində və ya xromosom translokasiya adlanan ailənin xromosomal yenidən təşkili nəticəsində təsadüfi bir hadisə ola bilər.
Miller indeksləri
Miller indeksləri-üç tam ədəddən ibarət, kristal qəfəsdə atom müstəvilərini və istiqamətləri işarə etmək üçün istifadə olunan bir simvol Bazis vektorları a → 1 , a → 2 , a → 3 {\displaystyle {\vec {a}}_{1},{\vec {a}}_{2},{\vec {a}}_{3}} olan bir qəfəs üçün Miller indekslərini təyin edək. Bunun üçün kordinat oxlarını uyğun olaraq a → i {\displaystyle {\vec {a}}_{i}} vektorları boyunca və qəfəsin ixtiyari bir düyün nöqtəsini koordinat başlanğıcı olaraq seçək. Belə bir koordinat sistemində, koordinat oxlarından s 1 , s 2 {\displaystyle s_{1},s_{2}} və s 3 {\displaystyle s_{3}} parçaları kəsən bir müstəvi aşağıda Şəkil1-də ştrixlənmiş olaraq göstərilmişdir. Bu, miller indekslərini təyin etmək istədiyimiz atom müstəvisi olsun Kristalloqrafiyada qəbul olunmuş qəfəs sabitləri a , b , c {\displaystyle a,b,c} -lərin köməyiylə s i {\displaystyle s_{i}} parçalarının yerinə adsız s 1 a , s 2 b {\displaystyle {\frac {s_{1}}{a}},{\frac {s_{2}}{b}}} və s 3 c {\displaystyle {\frac {s_{3}}{c}}} ədədlərini alıb, onların tərs qiymətlərini ( a s 1 b s 2 c s 3 ) {\displaystyle {\Bigl (}{\frac {a}{s_{1}}}{\frac {b}{s_{2}}}{\frac {c}{s_{3}}}{\Bigr )}} şəkildə yazaraq atom müstəvisinin Miller indekslərini əldə etmək olar. Göstərmək olar ki, bu şəkildə təyin olunmuş Miller indekslərini həmişə üç tam ədədlə ifadə etmək mümkündür və onun ( h k l ) {\displaystyle (hkl)} şəklində yazılması qəbul edilmişdir. Doğrudan da a s 1 : b s 2 : c s 3 {\displaystyle {\frac {a}{s_{1}}}:{\frac {b}{s_{2}}}:{\frac {c}{s_{3}}}} nisbətlərini alıb onları üç ən kiçik tam ədədlərin nisbətinə gətirərək, a s 1 : b s 2 : c s 3 = h : k : l {\displaystyle {\frac {a}{s_{1}}}:{\frac {b}{s_{2}}}:{\frac {c}{s_{3}}}=h:k:l} şəkildə yazmaq olar. Məsələn, tutaq ki atom müstəvisi a → 1 {\displaystyle {\vec {a}}_{1}} 1istiqamətindəki oxdan a 2 {\displaystyle {\frac {a}{2}}} parçasınə və a → 2 , a → 3 {\displaystyle {\vec {a}}_{2},{\vec {a}}_{3}} istiqamətlərində isə, uyğun olaraq b , c {\displaystyle b,c} parçalarını kəsmmişdir. O zaman belə bir müstəvinin Miller indeksləri, qəbul olunan qaydada ( a s 1 b s 2 c s 3 ) = ( a a / 2 b c c c ) = ( 211 ) {\displaystyle {\Biggl (}{\frac {a}{s_{1}}}{\frac {b}{s_{2}}}{\frac {c}{s_{3}}}{\Biggr )}={\Biggl (}{\frac {a}{a/2}}{\frac {b}{c}}{\frac {c}{c}}{\Biggr )}=(211)} , yəni üç tam ədədolacaq. Sadə kubik qəfəsdə bir neçə atom müstəvilərinin Miller indeksləri Şəkil2-də verilmişdir. Əgər s i {\displaystyle s_{i}} parçalarından hər hansı biri mənfi olarsa, o işarə uyğun Miller indeksinin üstündə yazılır.
Millerevo
Millerovo — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Milleria
Milleria (lat. Milleria) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Millerit
Millerit — mineral, β - NiS. Millerit - triqonal. Habitus iynəvari, tükəoxşar. İkiləşmə {0001} və {012} üz­rə. Ayrılması {101} və {012} üzrə mükəmməl. Aqreqatı: dənəvər, radia-şüalı, qatışıq-lifli, qabıqcıqlar. Rəngi bürüncü-sarı. Parıltısı metallik. Sərtliyi 3-3,5. Xüsusi çəkisi 5,6. Mis-nikel yataqlarında ilkin və törəmə mənşəli.
Millerovo
Millerovo — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Pentacalia millei
Pentacalia millei (lat. Pentacalia millei) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Philip Miller
Filip Miller (ing. Philip Miller, 1691[…], Qriniç[d], Kent qraflığı – 18 dekabr 1771, Çelsi, Böyük London) — şotland əsilli Böyük Britaniya botaniki. "The Gardener’s and Florists Dictionary or a Complete System of Horticulture" — 1724. "The Gardener’s Dictionary containing the Methods of Cultivating and Improving the Kitchen Fruit and Flower Garden" .