Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mənlik
Mənlik; öz varlıq, bir kimsəni şəxsi edən şey, onu başqalardan ayıran əsas şey, özlük olaraq fərqli biçimlərdə tanıla bilinən bir anlayışdır. Daha geniş anlamda isə mənlik özünə olaraq "mən"in obyekt olan "mən" haqqında düşünməsi olaraq ifadə edilə bilər. == Etimologiya == "Mənlik", türkcə "Benlik", rusca "Самость" sözləri almanca Selbst sözünün hərfi tərcümələridir.
Minik avtomobili
Minik avtomobili — sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi. Minik avtomobillərini yerinə yetirdiyi funksiyalara görə Fərdi minik avtomobilləri, Taksi minik avtomobili ləri, İdarə, müəssisə və Təşkilatlara məxsus olan minik avtomobilləri və qeyri müntəzəm sərnişin daşımalarını yerinə yerirmək üçün istifadə edilən minik avtomobilləri kimi təsnifata ayırmaq olar. Minik avtomobillərinin təsnifatı Kuzasının növü görə avtomobilləri qapalı (limuzin, sedan, universal), açıq (fayton, kabrolet, torpedo) və kombinə edilmiş (açılabilən) kuzalı olurlar. Qapılarının sayına görə kuzalar 2, 4 və 5 qapılı olurlar. Mühərrikin işçi həcminə (litrlə) görə və öz kütləsinə görə minik avtomobilləri ən kiçik (1.2-dən az), böyük (3.5-dən çox) və ali (məhdudlanmır) siniflərə bölünürlər. Minik avtomobilləri əvvəllər tətbiq olunan sovet təsnifatında əsas təsnif əlaməti olaraq mühərrikin işçi həcmi istifadə olunurdu. Müasir avtomobilqayırma praktikasında bir modeldən olan avtomobillərin müxtəlif həcmli və güclü mühərriklərlə təchiz olunmasının geniş yayıldığı nəzərə alınarsa bu cür təsnifat səmərəli deyildir. Ona görə də, adətən minik avtomobillərinin Avropa təsnifatından istifadə edilir. Belə təsnifatda Minik avtomobilləri qabariti və kuza və şassinin konstruksiyasının xüsusiyyətlərinə görə fərqləndirilir. Təsnifatda istehlak məqsədləri və bazarın marketinq seqmentasiyası üçün şərti olaraq 10 qrup-altı sinif (A-dan F-ə qədər latın hərifləri ilə işarələnir) və dörd kuza və ya şassi növü ayırd edilir.
Meraklı Minik jurnalı
Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatı hazırladığı Türkiyənin ilk aylıq məktəb əvvəli elm jurnalıdır. Yanvar 2007də nəşr həyatına başlayan Maraqlı Kiçik, hər ayın 1ində oxucularıyla görüşən 3-6 yaşa istiqamətli bir elm jurnalı. Jurnal, içindəki bir-birindən rəngli şəkil və fotoşəkil çəkər, təsir edici yazılar, maraqlı məlumatlar və əyləncəli fəaliyyətlərlə uşaqları elm dünyasında bir səfərə çıxarır. Jurnalın, macəralarla dolu bu səfərdə uşaqlara yoldaşlıq edən qəhrəmanları Kiçik, Çakçak, Kırçıl, Karamel və Nüvə, oxucuları arxalarında sürüyərək hər ədəddə yeni bir mövzunu kəşfə çıxırlar.
Meraklı minik (jurnal)
Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatı hazırladığı Türkiyənin ilk aylıq məktəb əvvəli elm jurnalıdır. Yanvar 2007də nəşr həyatına başlayan Maraqlı Kiçik, hər ayın 1ində oxucularıyla görüşən 3-6 yaşa istiqamətli bir elm jurnalı. Jurnal, içindəki bir-birindən rəngli şəkil və fotoşəkil çəkər, təsir edici yazılar, maraqlı məlumatlar və əyləncəli fəaliyyətlərlə uşaqları elm dünyasında bir səfərə çıxarır. Jurnalın, macəralarla dolu bu səfərdə uşaqlara yoldaşlıq edən qəhrəmanları Kiçik, Çakçak, Kırçıl, Karamel və Nüvə, oxucuları arxalarında sürüyərək hər ədəddə yeni bir mövzunu kəşfə çıxırlar.
Minik avtomobillərinin tərtibatı
Minik avtomobili kimi bir motorlu nəqliyyat vasitəsinin tərtibatı ümumiyyətlə mühərrikin və idarə olunan təkərlərin mövqeyi ilə müəyyən edilir. Tərtibatlar təxminən üç kateqoriyaya bölünə bilər, ön təkərdən çəkməli, arxa təkərdən çəkməli və dörd təkərdən çəkməli. Praktikada bir çox fərqli mühərrik mövqeyi və idarə olunan təkər birləşmələri mövcuddur və hər birinin mövqeyi avtomobilin istifadə ediləcəyi tətbiqdən asılıdır. == Tərtibatlar == FF = Qabaqda mühərrik, qabaq təkərlərdən çəkiş tərtibatı FR = Qabaqda mühərrik, arxa təkərlərdən çəkiş tərtibatı MF = Ortada mühərrik, qabaq təkərlərdən çəkiş tərtibatı FMR = Ön ortada mühərrik, arxa təkərlərdən çəkiş tərtibatı RMR = Arxa ortada mühərrik, arxa təkərlərdən çəkiş tərtibatı RR = Arxada mühərrik, arxa təkərlərdən çəkiş tərtibatı RF = Arxada mühərrik, qabaq təkərlərdən çəkiş tərtibatı F4 = Qabaqda mühərrik, dörd təkərdən çəkiş tərtibatı M4 = Ortada mühərrik, dörd təkərdən çəkiş tərtibatı R4 = Arxada mühərrik, dörd təkərdən çəkiş tərtibatı == Mühərrik mövqeyi == Qabaqda mühərrik; Ortada mühərrik; Arxada mühərrik.
Minik avtomobillərinin təsnifatı
Minik avtomobili — sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi. Minik avtomobillərinin təsnifatı Banın növü görə avtomobilləri qapalı (limuzin, sedan, universal), açıq (fayton, kabriolet, torpedo) və kombinə edilmiş (açılabilən) kuzalı olurlar. Qapılarının sayına görə kuzalar 2, 4 və 5 qapılı olurlar. Mühərrikin işçi həcminə (litrlə) görə və öz kütləsinə görə minik avtomobilləri ən kiçik (1.2-dən az), böyük (3.5-dən çox) və ali (məhdudlanmır) siniflərə bölünürlər. Minik avtomobilləri əvvəllər tətbiq olunan sovet təsnifatında əsas təsnif əlaməti olaraq mühərrikin işçi həcmi istifadə olunurdu. Müasir avtomobilqayırma praktikasında bir modeldən olan avtomobillərin müxtəlif həcmli və güclü mühərriklərlə təchiz olunmasının geniş yayıldığı nəzərə alınarsa bu cür təsnifat səmərəli deyildir. Ona görə də, adətən minik avtomobillərinin Avropa təsnifatından istifadə edilir. Belə təsnifatda Minik avtomobilləri qabariti və kuza və şassinin konstruksiyasının xüsusiyyətlərinə görə fərqləndirilir. Təsnifatda istehlak məqsədləri və bazarın marketinq seqmentasiyası üçün şərti olaraq 10 qrup-altı sinif (A-dan F-ə qədər latın hərifləri ilə işarələnir) və dörd kuza və ya şassi növü ayırd edilir. Kuzasının növünə görə; Qapalı, Limuzin, Sedan, Furqon – Van, Universal, Hetçbek.
Aminli
Aminli (Nir)
Birlik
Birlikfilm
Cillik
Cillik — Azərbaycan Respublikasının Balakən rayonunun Qazma kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Alazan-Əyriçay çökəkliyindədir. Yaşayış məntəqəsi Cillik adlanan yerin yaxınlığında salındığı üçün belə adlandırılmışdır. Cil bataqlıqda, rütubətli yerdə bitən bitkinin adıdır. Ərazi bu bitki ilə örtüldüyü üçün belə adlandırılmışdır.
Eminli
Əminli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1019 nəfərdir. == Toponimiyası == Oykonim əminli/eminli nəslinin adı ilə bağlı olub, etnotoponimdir.
Genlik
Genlik — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan şəhər inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.2020-ci il 22 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. Genlik kəndi Oxçuçayının sahilində, dağətəyi ərazidədir. == Tarixi == Kənd salındığı Genlik adlı yerin adını daşıyır. Oykonim "geniş yer" mənasındadır. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Pirçivan kənd dairəsinin Genlik kəndində 83 ev var idi. Burada 318 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş) yaşayırdı və onlar dini baxımdan şiə idilər. Bütün əhali torpaq sahibi kəndlilərdən ibarət idi. Birinci Qarabağ müharibəsi zamanı, 1993-cü ildə, kənd Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək məhv edilmişdir. 2020-ci il 22 oktyabr tarixində, İkinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Prezidenti Genlik kəndinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edildiyini elan etmişdir.
Manilik
Manixeizm və ya Manilik ( bəzən Maniçilik də adlanır) — qnostik dini təlim olub, Mani (216-277) tərəfindən qurulmuşdur. III əsrdə Babildə ortaya çıxmış olan bu təlim bütün dünyada və xüsusilə Şimali Afrikada yayılmışdır. Xristianlıq başda olmaq üzrə; Məzdəkilik, Buddizm və Mesopotamiya dinlərindən bir çox ünsürləri içinə aldığından eyni zamanda sinkretik bir xüsusiyyət daşımaqdadır. Mani, dinini yaymaq üçün biri fars digər altısı süryani dilində olmaq üzərə yeddi kitab və yetmiş risalə yazmış, ayrıca Hindistan başda olmaq üzərə bir çox ölkəyə səyahətlər etmişdir. Manilik ən parlaq dövrünü 8-ci əsrdə Uyğur dövlətinin milli dini olaraq elan edilməsi ilə yaşamışdır. Mani sözü qədim Türk dilində "Mengü" və Çağatay türkcəsində "Tanrı" deməkdir. Manixeist Uyğurlar, ölümdən sonra ruhun bir başqa bədəndə həyatına davam etdiyini ("re-enkarnasiya" və ya "yenidən təcəssüm") qəbul edirdilər. Maniçilik əslində Zərdüşt dualizmi, Babil folkloru, Buddist əxlaq prinsipləri və xristian ünsürlərin qarışığından ibarətdir. Bu tərkibdə öndə gələn anlayış iki əzəli qanunun, yaxşı və pisin münaqişəsidir. Bu baxımdan din tarixi araşdırmaları, Maniçiliyi bir növ dini dualizm (ikiçilik) olaraq qeyd etmişdirlər.
Minillik
Minillik (həmçinin millenium) — 1000 il və ya 10 əsrə bərabər vaxt. 1–999 — birinci minillik; 1000–1999 — ikinci minillik; 2000–2999 — üçüncü minillik.
Monvik
Monvik (fr. Montvicq) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03189. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 280 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 454 nəfərdən (15-64 yaş) 325 nəfəri iqtisadi cəhətdən, 129 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.6%, 1999-cu ildə 66.4%). 325 fəal şəxsdən 289 nəfəri (156 kişi və 133 qadın), 36 nəfəri işsiz (11 kişi və 25 qadın) idi. Aktiv olmayan 129 nəfər arasında 31 nəfər şagird və ya tələbə, 61 nəfər təqaüdçü, 37 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Tənlik
Tənlik — məchulu olan bərabərlik. Dəyişənin (dəyişənlərin) tənliyi doğru bərabərliyə çevirən qiymətinə (qiymətlərinə) tənliyin kökü deyilir. == Qaydalar == Həqiqi ədədlər meydanında verilmiş tənlik üzərində aşağıdakı çevirmələrdən hər hansı biri aparılarsa, onunla eynigüclü olan tənlik alınar: Tənliyin hər tərəfinə eyni ədədi əlavə etmək olar. Tənliyin hər tərəfindən eyni ədədi çıxmaq olar. Tənliyin hər tərəfini 0-dan fərqli eyni ədədə vurmaq olar. Tənliyin hər tərəfini 0-dan fərqli eyni ədədə bölmək olar. == Növləri == === Birməchullu tənlik === Bir məchulu olan tənliklərə deyilir. Nümunə: x + 1 = 4 , x 2 + 3 = 2 x , 3 x = 9 {\displaystyle x+1=4,~x^{2}+3=2x,~3^{x}=9} === İkiməchullu tənlik === İki məchulu olan tənliklərə deyilir. Məsələn, a, b, c hər hansı ədədlər, x və y məchul olduqda, ax+by=c tənliyində x və y məchul olduqlarına görə ikiməchulludur.
Vənlik
Vənlik — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Gözbulağın cənub-şərqində olan Vənlik kəndi XIX əsrin ikinci yarısında salınmışdır. Əhalinin əsas məşğuliyyəti maldarlıqdır. Ağacan bəy Şirinbəy oğlu adlı bir şəxs tərəfindən salınmış bu kəndin əhalisi demək olar ki, bir ailənin övladlarından əmələ gəlmişdir. 1907-ci ildə vəfat etmiş Ağacan bəy öz vəsiyyətinə görə bu kəndin mərkəzində yerləşən doğma mülkünün həyətində dəfn olunmuşdur. Ailənin digər üzvlərinin məzarları isə Pirhəsən və Ağdaş qəbristanlığındadır. == Toponimikası == Fətullaqışlaq çayının sahilində, Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi vən (göyrüş) sözündən və -lik şək.-sindən ibarət olub, “vən ağacı bitən yer, göyrüşlük” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 436 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Şenlik
Şenlik – (şennik) də oba kimi qədim tarixə malik yaşayış məskəni olub, ailə nufusunun sayına gorə ondan kiçik yaşayış məskəni. == Ümumi məlumat == Şenlik (şennik) də oba kimi qədim tarixə malik yaşayış məskənlərindən biridir. Koma quruluşlu yaşayış məskənlərindəki hər bir koma ayrıca bir şenlik təşkil edir və əksər hallarda monogen xarakterli olurdu. Şənlik əhalisinin tərkibi, əsasən, qohum tayfalardan formalaşırdı. XIX əsrin ikinci yarısında N.A.Abelov yazır ki, ayrı-ayrı nəsil və qrupların (tirə, oymaq) məskun olduğu köçəri icma məskənlərini müsəlmanlar şenlik adlandırırlar. XIX əsrdə Azərbaycan xalq yaşayış məskənlərinin tarixən yaranmış tipləri olan kənd, oba və şenlik anlayışları, aralarında bəzi fərqlərin olmasına baxmayaraq, bütövlükdə "yaşayış məskəni" mənasında işlədilmişdir.
Şivlik
Şivlik — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Günəhir kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Şivlik kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Şişlik
Tikə kabab, şişlik və ya şiş kabab — müxtəlif adlar altında tanınan Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa yeməyi. Kababın növlərindən biri. == Etimologiya == Şiş sözü türk mənşəlidir. Bu söz öncə Krım tatar dilindən Zaporojye kazakları tərəfindən alınmışdı. Ordan bu söz rus dilinə шашлык formasında, rus dilindən isə ingilis və başqa Avropa dillərinə shashlik və ya shashlick formasında keçmiş. Tikə sözünün də türk mənşəyi var. Onun prototürk dilindəki forması tikkü kimi yazılır və hissə və ya parça mənasını daşıyır. Cığatay dilində o, tikka formasında mövcud idi. Cığatay dilindən həmin söz Muğal sülaləsi dövründə "bişirilmiş sümüksüz ət parçaları" mənasında Hindistana gəlib. == Tərkibi == Tikə kababın hazırlanmasında qoyun ətindən, baş soğandan, göy soğandan, cəfəri və reyhan kimi göyərtilərdən, duz, sumaq, istiot kimi ədviyyatlardan istifadə olunur.
Şiəlik
Şiəlik (ərəb. الشيعة‎) ― İslam dininin ikinci ən böyük məzhəbi. Şiəliyin təqibçiləri Əli ibn Əbu Talibin İslam peyğəmbəri Məhəmmədin varisi və ilk imam olaraq təyin edildiyini düşünürlər. Şiələrə görə imamlıq həm də peyğəmbərin ailəsinə (İslam ədəbiyyatına görə "Əhli-beyt") və onun nəslindən törəmiş, xüsusi maddi və mənəvi nüfuza sahib olduqlarına inandıqları fərdlərə də sirayət edir. Dünyada İslam dininə etiqad edənlərin 10-15%-ni Şiə məzhəbinin nümayəndələri təşkil edir. == Etimologiya == "Şiə" sözünün mənası "izləyici", "təqib edən" və ya "tərəfdar" deməkdir. Tarixdəki ifadəsilə "şiətul-Ali" (ərəb. شيعة علي‎) yəni "Əli tərəfdarı" birləşməsinin qısaldılmış formasıdır. "Əli şiəsi", "Əhli-beyt şiəsi" kimi ifadələr Məhəmməd peyğəmbərin sözlərində də çox görünmüşdür. Bu haqda İslam mənbələrində bəzi hədislər də mövcuddur.
Şənlik
Şənlik (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Şənlik (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Şənlik bələdiyyəsi — Azərbaycan Respublikasının Ağcabədi rayonunda bələdiyyə.
Əminli
Əminli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1019 nəfərdir. == Toponimiyası == Oykonim əminli/eminli nəslinin adı ilə bağlı olub, etnotoponimdir.
Əmirlik
Əmirlik— Əmirin idarəsi altında olan yerlər, ölkə.
Mistik
Mistika (yun. μυστικός — gizli, sehrli) — insanın fövqəltəbii hadisələrə, digər dünya və fövqəltəbii qüvvələrə inanması.. Bu və ya başqa şəkildə mistisizmlə bağlı olan dini-fəlsəfi cərəyanlar bəşəriyyətin yaratdığı bütün məlum dinlərdə (buddizm, iudaizm, induizm, xristianlıq) müşahidə edilir. İslam dinində yaranmış mistik hərəkat sufizm adını almışdır. Bu termini sufilərin kobud yun parçadan geyindikləri libasla-sufla ("yun" deməkdir) bağlayır, yaxud onun "saf" kəlməsindən yarandığını göstərirlər.
Minnie
Nişa Yontararak (tay ณิชา ยนตรรักษ์; 23 oktyabr 1997, Banqkok) və ya tanınan səhnə adı ilə Minni (kor. 민니; tay มินนี่) – Cənubi Koreyada fəaliyyət göstərən Tailand müğənnisi, bəstəkarı və aktrisası. "(G)I-dle" qrupunun üzvüdür. == İlk illəri == Nişa Yontararak 23 oktyabr 1997-ci ildə Tailandın paytaxtı Banqkokda doğulmuşdur. Onun ailəsi üçüncü nəsil Tailand çinlilərindəndir. İki böyük qardaşı var. O, musiqi ailəsində doğulmuşdur. Anası, xalası və əmisi pianoda ifa edirlər. Minni 5 yaşında pianoda ifa etməyə və 7 yaşında vokal dərslər almağa başlamışdır. Musiqiyə maraq göstərməsində anasının böyük təsiri olmuşdur.
Bilik
Bilik — insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında məlumat toplusu. Bilik müqəddəsliyi baxımından formallaşdırılmış informasiyadır. Bilik praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində alınan predmet sahəsinin qanunauyğunluqları olub həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir. Bilik – yaxşı strukturlaşdırılmış verilənlər və metaverilənlərdir. Biliklərin saxlanılması üçün Biliklər bazası (BB) lazımdır. Daxili interpretasiya. EHM-in yaddaşında verilənlər elementi olan informasiya vahidi ilə birlikdə həmin informasiya vahidi ilə bağlı sistem adlarının saxlanılma imkanının olması. Sistem adları verilənə qoyulmuş fərdi adı və həmin verilənin daxil olduğu adlar çoxluğunu və ya adlar sinfini özündə birləşdirir. Məsələn, müəssisənin hər hansı əməkdaşı haqqında məlumatlar yığımı onun kadrlar şöbəsində şəxsi işinin nömrəsi, işlədiyi laboratoriyanın adı, bu laboratoriyanın daxil olduğu şöbənin adı və i.a. ilə qeyd edilir.
Cinli
Cinli (Ağdam)
Xmilnık
Xmilnık— Ukraynanın Vinnitsa vilayətində regional əhəmiyyətli şəhər, Xmilniki rayonunun inzibati mərkəzi, milli əhəmiyyətli balneoloji kurort. Vinnitsa rayonundan 67 kilometr uzaqlıqda, Vinnitsa rayonunun şimal-qərbində yerləşir. 1448-ci ildə Magdeburg qanununu aldı. == Gəzinti == 4 pravoslav kilsəsi. (1801-1910) türk məscidi. == Məşhur insanlar == Boriseviç, İqor Vladimiroviç - rus immunoloq, mikrobioloq, tibb elmləri doktoru, professor. Dvorkis, Dmitri Vladimiroviç - 1992-ci ildən 2000-ci ilə qədər Ukraynanın Verkitsa şəhərinin Vinnitsa bələdiyyə başçısının III çağırışının Xalq müavini. Zdebski, Anatoli Dmitriyeviç - Sovet raketləri zabiti. Nayko, Sergey Fedoroviç - "Rusiya Federasiyasının əməkdar artisti", pedaqogika üzrə aparıcı mütəxəssislərdən biri, professor. Stessel, Anatoli Mixayloviç - rus general-adyutant (1904), general- leytenant (24 aprel 1901), Rus-Yapon müharibəsi zamanı Port-Artur komandiri.
Çinli
Bu məqalə - ÇXR-nın demonimi haqqındadır. Millət olaraq "Çinlilər" adlanan xalq üçün Han xalqı səhifəsinə baxın.Çinlilər - Çin Xalq Respublikasının və Çin Tayvan Respublikasının vətəndaşlarına verilən ad.