Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Miqmatit
Miqmatit – qeyri-bircins maqmadan və ətraf süxuların ərinməmiş qalıqlarından ibarət mürəkkəb tərkibli süxur. Maqmanın substrata və ya ətraf süxurlara inyeksiyası nəticəsində (Miqmatitləşmə) əmələ gəlir. Miqmatit iki böyuk qrupa ayrılır: inyeksiya yolu ilə yaranmış miqmatit -arterit, selektiv ərinmə, yaxud metamorfik diferensiasiya yolu ilə yaranan miqmatit -venit. Müxtəlif mənşəli və tərkibli, yaxud quruluşlu və teksturlu miqmatit növləri məlumdur. == Həmçinin bax == Maqma Süxurlar Substrat Miqmatitləşmə == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Hannes İqnatius
İohann Ferdinand "Hannes" İqnatius (8 oktyabr 1871, Helsinki – 3 mart 1941, Helsinki) — Finlandiyalı əsgər və Finlandiya müstəqilliyinin görkəmli dəstəkçisi. == Bioqrafiyası == İqnatius fennoman senat Karl Ferdinand İqnatius və Amanda Kristina Berqmanın oğlu idi. İqnatius hərbi təhsilini 1885–1892-ci illərdə Hamina kadet məktəbində, daha sonra 1896–1899-cu illərdə Sankt-Peterburqdakı general heyəti akademiyasında almışdır. === Hərbi xidməti === İqnatius 1892-ci ildən 1901-ci ilə qədər Finlandiya Əjdaha Alayında xidmət etmişdir. O, 1900-cü ildə kapitan vəzifəsinə yüksəldi. Finlandiya knyazlığının ordusu ləğv edildikdən sonra o, 1901–1917-ci illər aralığında biznes fəaliyyəti ilə məşğul olmağa başladı. İqnatius Birinci Dünya müharibəsi ərzində Finlandiya müstəqilli üçün çalışan hərbi komitənin tanınmış üzvü oldu və ilk olaraq polkovnik, daha sonra 1918-ci ildə general mayor rütbəsinə yüksəldi. İqnatius Finlandiya vətəndaş müharibəsi dövründə 1918-ci il 18 fevraldan 6 maya qədər Ağ Finlandiyanın Maddi-Texniki Təchizat Generalı, eyni ilin mayından iyununa qədər ordunun aparat rəhbəri vəzifəsini tutdu. Qış müharibəsində İqnatius yenidən ordu rəhbəri vəzifəsinə gəldi.İqnatius Suomen Vapaussota 1918 (Finlandiya istiqlaliyyət müharibəsi) nəşriyyat komitəsinin sədri idi. O, 1918-ci ildə Qustav Mannerheym kitabını yazdı.
İqnatius Qanaqo
İqnatius Kpene Qanaqo (16 fevral 1999, Duala) — Liqa 1 təmsilçilərindən olan Nitsa klubunda hücumçu kimi çıxış edən peşəkar Kamerun futbolçusudur. == Klub karyerası == Qanaqo Kamerun akademiyalarından olan EFCB klubu vasitəsilə inkişaf etmiş, 2017-ci ildə isə Nitsa klubuna transfer olmuşdur. O, öz peşəkar karyerasında debütünü 9 sentyabr 2017-ci ildə Liqa 1-də Monako klubuna qarşı oyunda etmişdir. O, 74-cü dəqiqədə Mario Balotellini əvəz etmişdir. Qanaqo 85-ci dəqiqədə qolla yadda qalmışdır. Həmin görüşdə Nitsa rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir.
Nəcib Miqati
Nəcib Əzmi Miqati (ərəb. نجيب عزمي ميقاتي‎; 24 noyabr 1955, Tərabülüs əş-Şam) — livanlı siyasətçi, 2005-ci ildə, 2011–2014-cü illərdə və 2021-ci ildən Livanın baş naziri.
Zorin İqnati
Zorin İqnati (erz. Зоринэнь Игнатий) — erziyan əsilli hekayəçi. Bu günə qədər Mokşa-Erzya ədəbiyyatı tarixində xüsusi diqqətlə anılır. Onun həyatı haqqında məlumat olduqca azdır. Onun həyatı haqqında bircə o məlumdur ki, Samara quberniyası, Buquruslan qəzası, Veçkanov (erz. Вечкан веле) kəndində anadan olmuşdur. == Yaradıçılığı == O, ilk dəfə məşhur fin dilçi, folklorşünas və etnoloq Heykki Paasononla 1898-ci ildə tanış olur. Professor ekspedisiyalar üçün pul aldıqda, informantlar arasında: İ. Sirikin, İ. Zorin, A. Şuvalov, İ. Şkolnikov, A. Leontev, S. Siqin, R. Usaçev, V. Savkinin (fin I. Sirikin, I. Zorin, A. Suvalov, I. Skolnikov, A. Leontjev, S. Cigin, R. Ucajev, V. Savkin) də adı çəkilir. Paasonen Veçkanova xalq hekayələrini toplamağa gəldikdə, Zorin İqnati tərəfindən nəql edilən 100-dən çox folklor əsərini qeydə alır. Onlardan 20-dən çoxu İqnatinin müəllifi hekayələri idi.
İqnati Kraçkovski
İqnati Kraçkovski Yulianoviç (4 (16) mart 1883, Vilnüs – 24 yanvar 1951, Leninqrad; rus. Игнатий Юлианович Крачковский) — rus ərəbşünası, sovet ərəbşünaslıq məktəbinin yaradıcılarından biri, akademik (1921), İslam Ensiklopediyasının ilk nəşrinin müəlliflərindən biri. == Həyatı == Peterburq Universitetinin Şərq dilləri fakultəsini bitirmişdir (1905). 1918-ci ildən SSRİ-nin bir sıra ali məktəblərinin, xarici akademiyaların və şərqşünaslıq cəmiyyətlərinin üzvü olmuşdur. 450-dən artıq elmi əsərin müəllifidir. Qurani-Kərimi rus dilinə tərcümə etmişdir. Kraçkovski Nizaminin "Leyli və Məcnun" əsərinin mənbələrini araşdırmış, həmin əfsanənin islamdan əvvəl ərəblər arasında dolaşdığını göstərmişdir. == Əsərləri == "Поэтическое творчество Абу-л-Атахии" ("Записки Восточного Отделения Императорского Русского Археологического Общества", т. XVIII); "Arabica" ("Византийский Временник", т. XIII—XIV); "Мутанабби и Абу-л-Ала" ("Записки Восточного Отделения", т.
İqnati Loyola
İqnati Loyola — Yezuitlər ordeninin banisi == Həyatı == İqnati Loyola 1491-ci ildə İspaniyanın Bask bölgəsinin Qipuskoa əyalətində doğulmuşdur. O, son dərəcə zəngin zadəgan ailəsinin 13 uşağından ən kiçiyi idi. Uşaqlıq illərini ailə mülkü olan Loyola qəsrində keçirmişdir. On dörd yaşında ikən ata və anasını itirmişdir. Gənclik illərini qayğısız keçirmişdir. Sonralar yaxın dostu Qonsales de Kamaraya xatirələrini danışarkən, deyirmiş: "Mən dəbdəbə içərisində yaşayan, xarici görünüşümə qarşı son dərəcə diqqətli, qadınların yanında uğurlu, qüruruma toxunan hərəkətlərə qarşı kəskin, qorxmaz, özümün və digərlərinin həyatını aşağı qiymətləndirən birisiydim". Yeniyetməlik dövrünü başa vurduqdan sonra hərbi xidmətdə olmuşdur. Bir sıra döyüşlərdə fərqlənmişdir, İspaniya-Fransa müharibəsində iştirak etmiş, Pamplona şəhərinin mühasirəsi zamanı yaralanmışdır. O, özü bu barədə demişdir: "Mərminin partlaması nəticəsində bir ayağımdan yaralandım, digəri isə qırıldı." Bu zədə onun səhhətində ciddi problemlər yaratmışdır. O, bir neçə cərrahiyyə əməliyyatlardan keçsə də, ömrünün sonunadək axsaq qalmışdır.
İqnats Kunos
İqnats Kunoş (tam adı: İqnats Lüstiq Kunoş, mac. Ignác Lusztig Kúnos; 22 sentyabr 1860, Haydusamson[d], Haydu-Bihar medyesi[d] – 12 yanvar 1945, Budapeşt) — Macarıstan filoloqu, türkoloqu, linqivisti və Macarıstan Elmlər Akademiyasının müxbir üzvü. Türkdilli xalqların folkloru, etnoqrafiyası və dillərinə, eləcə də macar dilindəki türk ünsürlərinə dair tətqiqatların müəllifidir. Kiçik Asiyaya, Misirə və Balkan ölkələrinə elmi ekspedisiyalarda iştirak etmişdir. Əsas əsərləri Kiçik Asiya türk dialektlərinə həsr olunmuşdur. Həmçinin onun Türk dili dərslikləri də var. == Həyatı == İqnats Kunoş 22 sentyabr 1860-cı ildə Hayduşamşonda yəhudi ailəsində anadan olmuşdur. Debreçen Kollecini bitirdikdən sonra 1879-1882-ci illərdə Budapeşt Universitetində dilçilik üzrə təhsil almışdır. Macarıstan Elmlər Akademiyasının və Budapeşt yəhudi icmasının maliyyə dəstəyi ilə beş il Konstantinopolda türk dili və mədəniyyətini öyrənmişdir. 1890-cı ildə Budapeşt Universitetində Türk filologiyası üzrə professor təyin olunmuşdur.
İqnats Zemmelveys
İqnats Filipp Zemmelveys (alm. Ignaz Philipp Semmelweis‎, mac. Ignaz Semmelweis; 1 iyul 1818[…] – 13 avqust 1865[…], Oberdöblinq, Avstriya imperiyası) — Macarıstan mama həkimi, professor. Zahı qızdırmasının səbələrini təyin etdiyi üçün ona "analar xilaskar" ləqəbi verilmişdir. Aseptika banilərindən biri hesab olunur. O, tibbdə əlləri və alətləri xlor suyu ilə yumaq təcrübəsini tətbiq etmişdir. Görkəmli ginekoloq cərrah kimi tarixə düşdü. Macarıstanda qeysər kəsiyi əməliyyatını keçirən ilk həkim olmuşdur, bundan başqa ölkədə yumurtalıq üzərində əməliyyatı ilk o, etmişdir.Vyana Mərkəzi Xəstəxanasında işləyərkən Zemmelveys təzəcə doğmuş qadınlar arasında ölüm nisbətini 0.85%-ə endirdi, halbuki əvvəlki illərdə bütün Avropada xəstəxanadaxili zahı qızdırma səbəbindən pasiyent qadın və uşaqların 60%-ı vəfat edirdi. Zemmelveysın kəşfi o dövrün təbabətində yayılmış bir neçə ehkamı təkzib edirdi, həmkarlarının əksəriyyəti onun təcrübəsini tətbiq etməyi qəti şəkildə rədd edirdilər, müdiriyyət isə onu öz mövqeyiləri üçün təhlükə hesab edirdilər.Elmi ictimaiyyətin müqavimətinə görə Zemmelveys sinir pozuntusu keçirdi və depressiya inkişaf etməyə başladı. 1865-ci ildə qırx yeddi yaşlı Zemmelveys razılığı olmadan psixiatrik xəstəxanaya yerləşdirilmiş və iki həftə sonra orada klinikanın əməkdaşları tərəfindən döyülərək öldürülmüşdür.Bir neçə onillikdən sonra Zemmelveysın kəşfi və onun aseptik emalın praktiki tətbiq edilmə metodikası geniş nüfuz qazandı, alimin adı tarixə keçdi, bir neçə təhsil müəssisəsi və tibb sahəsində xidmətlərə görə təqdim olunan mükafatlar onun şərəfinə adlandırıldı.
Antioxiyalı İqnati
Antioxiyalı İqnati (yun. Ἰγνάτιος Ἀντιοχείας, İqnatios Antioxeyas) və ya Tanrıdaşıyan İqnati (yun. Ἰγνάτιος ὁ Θεοφόρος, İqnatios ho Feoforos; təq. 35, Suriya (qədim Roma əyaləti) – ehtimal ki, 108, Roma) — erkən xristian yazıçısı və Antioxiya patriarxı. Apostol atası olan İqnati həvarilər Pyotr və Evoddan sonra Antioxiya patriarxı kimi xidmət etmişdir. O, 107-ci ildə Trayanın təqibi nəticəsində əzabkeş olmuşdur. Onun yəhudilərə və doketistlərə yazdığı yeddi məktubu xristian doqmalarının tarixində mühüm əhəmiyyət kəsb edir. Onlar həmçinin, yepiskopluq məsələsində pravoslavlıq və katolisizm protestantlığa qarşı polemikasında mühüm yer tuturlar. == İstinadlar == == Əlavə ədəbiyyat == Послания Игнатия Богоносца / Памятники древней христианской письменности, т. II. Писания мужей Апостольских.
Tanrıdaşıyan İqnati
Antioxiyalı İqnati (yun. Ἰγνάτιος Ἀντιοχείας, İqnatios Antioxeyas) və ya Tanrıdaşıyan İqnati (yun. Ἰγνάτιος ὁ Θεοφόρος, İqnatios ho Feoforos; təq. 35, Suriya (qədim Roma əyaləti) – ehtimal ki, 108, Roma) — erkən xristian yazıçısı və Antioxiya patriarxı. Apostol atası olan İqnati həvarilər Pyotr və Evoddan sonra Antioxiya patriarxı kimi xidmət etmişdir. O, 107-ci ildə Trayanın təqibi nəticəsində əzabkeş olmuşdur. Onun yəhudilərə və doketistlərə yazdığı yeddi məktubu xristian doqmalarının tarixində mühüm əhəmiyyət kəsb edir. Onlar həmçinin, yepiskopluq məsələsində pravoslavlıq və katolisizm protestantlığa qarşı polemikasında mühüm yer tuturlar. == İstinadlar == == Əlavə ədəbiyyat == Послания Игнатия Богоносца / Памятники древней христианской письменности, т. II. Писания мужей Апостольских.
İqnatsi Yan Paderevski
İgnacy Jan Paderewski (18 noyabr 1860[…] – 29 iyun 1941[…], Nyu-York, Nyu-York ştatı) — Polşalı pianoçu, bəstəkar, diplomat, siyasətçi və keçmiş Polşa Baş Naziri. Polşanın ən məşhur pianoçu və bəstəkarlarından biri olub. 16 yanvar 1919 – 10 dekabr 1919 tarixləri arasında Polşanın Baş naziri və Xarici İşlər Naziri vəzifələrini icra edib. (18 noyabr 1860 – 29 iyun 1941), Polşalı pianoçu, bəstəkar, diplomat, siyasətçi və keçmiş Polşa Baş Naziri. == Həyatı == 1860-cı ildə Polşanın (bugünkü Ukrayna) Podolya bölgəsindəki Kurylowka kəndində anadan olmuşdur. Doğulduqdan bir neçə ay sonra anası vəfat edir. 3 yaşında olanda atası 1863-cü ildə Yanvar qiyamında iştirak etdiyi üçün təxminən bir il həbs edilir. Yaşadığı mühit, millətçilik hissini kiçik yaşlarda inkişaf etdirməyə imkan verdi. 12 yaşında Varşava Konservatoriyasında musiqi təhsilinə başlamışdır. 1878-ci ildə məzun olduqdan sonra eyni məktəbdə fortepianodan dərs deyib.
Tomas İqnatius Mariya Forster
Tomas İqnatius Mariya Forster (ing. Thomas Ignatius Maria Forster; 9 noyabr 1789, London; 2 fevral 1860, Brüssel) – İngiltərə astronomu və təbiətçisi. == Bəzi işləri == Researches About Atmospheric Phenomena (London, 1812; 2nd ed., 1823) Reflections on the Destructive Operation of Spirituous Liquors (London, 1812); Pocket Encyclopedia of Natural Phenomena (from his father's MSS., 1826); Beobachtungen uber den Einfluss des Luftdruckes auf das Gehor (Frankfurt, 1835); Observations sur l'influence des Cometes (1836); Pan, a Pastoral (Brussels, 1840); Essay on Abnormal Affections of the Organs of Sense (Tunbridge Wells, 1841); Annales d'un Physicien Voyageur (Bruges, 1848); The Gentleman's Magazine qəzetinin bəzi saylarındakı məqalələr. A Synoptical Catalogue of British Birds: Intended to Identify the Species Mentioned by Different Names in Several Catalogues Already Extant.
Biznes maqnatı
Maqnat və ya böyük bir iş adamı birdən çox biznesə sahib olmaqla böyük müvəffəqiyyət və böyük sərvət əldə etmiş bir iş adamıdır. Müvəffəqiyyətli sahibkarlar müəyyən bir iş və ya biznes sahəsində böyük təsirə, əhəmiyyətə malik olan biznes mütəxəssislərinə nümunədirlər. İlk böyük iş adamları John D. Rockefeller, Andrew Carnegie və Henry Ford kimi sənayeçilər idi. Müasir dövrdə Ceff Bezos və Bill Gates kimi texnologiya şirkətlərinin yaradıcıları böyük iş adamlarıdırlar.
Thomas Ignatius Maria Forster
Tomas İqnatius Mariya Forster (ing. Thomas Ignatius Maria Forster; 9 noyabr 1789, London; 2 fevral 1860, Brüssel) – İngiltərə astronomu və təbiətçisi. == Bəzi işləri == Researches About Atmospheric Phenomena (London, 1812; 2nd ed., 1823) Reflections on the Destructive Operation of Spirituous Liquors (London, 1812); Pocket Encyclopedia of Natural Phenomena (from his father's MSS., 1826); Beobachtungen uber den Einfluss des Luftdruckes auf das Gehor (Frankfurt, 1835); Observations sur l'influence des Cometes (1836); Pan, a Pastoral (Brussels, 1840); Essay on Abnormal Affections of the Organs of Sense (Tunbridge Wells, 1841); Annales d'un Physicien Voyageur (Bruges, 1848); The Gentleman's Magazine qəzetinin bəzi saylarındakı məqalələr. A Synoptical Catalogue of British Birds: Intended to Identify the Species Mentioned by Different Names in Several Catalogues Already Extant.