Ahənrüba – yunanca miqnatis, rusca maqnit, bu bir cövhərdir ki, dəmiri cəlb edir.
Məlumdur ki, ahənrübani dəmirin yanına gətirəndə onu çəkir.
// məc. Cəzbedici qüvvə, cazibə. Onda sanki ahənrüba var idi.
– Könül qərq oldu əşki-alə, lakin tazə can tapdı; Su içrə qalsa da xasiyyəti-ahənrüba getməz.
Bu sözlər elə bil hamını ahənrüba kimi özünə çəkdi.